L naziRLİYİ baki slavyan respublikasi

Вид материалаДокументы

Содержание


Kitabi-dədə qorqud” бoylarinda humanizm
«dədə qorqud» dastaninda мüasir azərbaycan cəmiyyətinin izləri
"Kitabi-dədə qorqud" dastanlarinda dini motivlər
Kitabi-dədə qorqud”un sovet dövründə taleyi
«kitabi-dədə qorqud» dastaninda dini motivlər
«kitabi-dədə qorqud» eposunda müasirlik və qərbə təsir mexanizmi
«kitabi-dədə qorqud»da hərbi-məişət təcrübəsinin verilməsi
«kitabi-dədə qorqud»da ailə tərbiyəsi
Hüseynli Səyyarəxanım
Kitabi-dədə qorqud”dastaninda adət-ənənələrin təsviri
Dədə qorqud” eposunda dövlət idarəçiliyi və hüquq məsələləri
«kitabi-dədə qorqud» eposunda milli mənəvi dəyərlər
«kitabi-dədə qorqud»da dövlət və hüquq haqqinda ideya
Kitabi-dədə qorqud”eposunda milli yeməklərimiz
«kitabi-dədə qorqud» eposunda milli adət-ənənələr
Dədə qorqud hikayəlerinin türk tarix və ədəbiyyatindaki
«kitabi-dədə qorqud» dastanlarinda ailə tərbiyəsi məsələləri
Рзайев Йашар Шащверян оьлу
Dədə qorqud” eposu – тарихи абидямиздир
«kitabi-dədə qorqud»da din
...
Полное содержание
Подобный материал:
1   2   3   4   5   6   7   8   9   10

Əbilova Günel

Bakı Slavyan Universiteti

Jurnalitika şöbəsi 2-ci kurs

Elmi rəhbər: f.e.d., prof. Nizami Məmmədov

^ KITABİ-DƏDƏ QORQUD” БOYLARINDA HUMANİZM

VƏ VƏTƏNPƏRVƏRLİK İDEYALARI


“Kitabi-Dədə Qorqud” türk xalqlarının etnik keçmişini, onun milli adət-ənənələrini, məişət həyatını, dünyaya baxışlarını əks etdirir. Bu abidə qədim türklərin köklü təşəkkül tarixinin canlı təzahürüdür. Bunu duymaq üçün dastanın bədii məzmunu və onun ictimai ideyası ilə tanış olmaq lazımdır.

“Kitabi-Dədə Qorqud” boylarında qarşıya qoyulmuş əsas məqsəd vətəni müdafiə etmək, onun bü­töv­lüyünü, milli istiqlaliyyətini xarici və daxili sarsıntılardan qoruyub saxlamaqdan ibarətdir. Bu baxımdan 9-cu boyda Bəkilin məşhur sifarişini xatırlamaq kifayətdir: “Əlbəttə və əlbəttə Qazan bəy mənə yetişsin... Degil gəlməz olsan, məmləkət pozulub xarab olar, qızım, gəlinim əsir gedər”.

“Kitabi-Dədə Qorqud” qəhrəmanları məhz öz doğma məmləkətlərinin “pozulub xarab olmaması” üçün onun keşiyində durmuş, qızlarının, gəlinlərinin əsir aparılmaması üçün, ölkənin bol sərvətinin talan edilməməsi üçün xarici basqınlara qarşı hazır dayanmışlar. Bu yüksək ideya kitabda axıra qədər dаvam etdirilir. Qəhrəmanların ictimai fəaliyyəti yüksək vətənpərvərlik ideyasına xidmət edir.

Bütün boyları gözümüzün önündən keçirsək, görərik ki, dastanın əsas aparıcı qüvvəsi bütün kütlə, ümumi xalqdır. Hər bir qəhrəman ümumi xalq mübarizəsinin bir qolunu öz şəxsində бирляшдирир. Buna görə də dastanda ümumi xətt tək bir və bir neçə fərdin yox, bütün xalqın birgə qüvvəsinin hərəkət və inkişafıyla bağlıdır.

Ac doyurub “yalıncıq donatmaq” Oğuz qəhrəmanlarının ən nəcib xüsusiyyətlərindəndir. Bu yüksək insanpərvərlik humanizm lap ilk boydan axıradək əsərin ideya mərkəzində durur. Övladsızlıq üzündən dərd çəkən Dursa xana arvadı belə məsləhət verir: “ac görsən doydurgil, yalıncıq görsən donatgil, borclunu borcundan qurtargil! Ulu toy elə, hacət dilə, ola ki, bir ağzı dualının alqışı ilə tanrı bizə bir yetman övlad verə”.

Türk xalqlarının tarixində qadının fərqli bir mövqeyi vardır. “Aslanın erkəyi dişisi olmaz” deyən böyük Nizaminin bütün yaradıcılığı buna misaldır. “Kitabi-Dədə Qorqud” boylarında da qadınlar məhz belə bir qəhrəmanlıq mövqeyində dururdular. Bütün boylarda iştirak edən qadınlar kişilərdən geri qalmayaraq müstəqil obrazlar kimi təcəssüm olunurlar. Qadınlar haqqında danışarkən əsərdə qadınlığın ümumi mövqeyindən, analıq şərəfindən, döyüş igidliyindən, saf məhəbbət, ailə namusu kimi bəşəri xüsusiyyətlərindən danışmaq lazımdır.

Beləliklə, “Kitabi-Dədə Qorqud” boylarının nəzərdən keçirdiyimiz bu ümumi məzmunundan və sürətlərin səciyyəsindən aydın olur ki, burada hökm sürən əsas ideya yüksək humanizmlə birləşmiş vətənpərvərlik ideyası olmaqla, doğma vətəni, ana yurdun sərhəd bütövlüyünü, xalqın milli şərəfi və istiqlaliyyətini qoruyub saxlamaгdan ibarətdir.


Əliyeva Rövşanə

Bakı Slavyan Universiteti

Filologiya fakültəsinin jurnalistika şöbəsi (AJ-106)

Elmi rəhbər: fil.e.d.Tehran Əlişanoğlu


^ «DƏDƏ QORQUD» DASTANINDA МÜASİR AZƏRBAYCAN CƏMİYYƏTİNİN İZLƏRİ

  1. Müasir Azərbaycan toplumu yüz illər, min illər ərzində formalaşmış toplumdur. Bu cəmiyyətdə formalaşmış müasir cəhətlərlə yanaşı tarixən movcud olan keyfiyyətlər də müşahidə olunur. Xalq adət-ənənəsi, inam və görüşləri eposun ən səciyyəvi cəhətlərindən biridir. Boylarda ad qoymaq, elçilik, toy, yaş və s. adət-ənənələrin təsviri bədii boyalarla verilmişdir.
  2. «Dədə Qorqud» dastanı 1300 il əvvəl orta əsrlər Azərbaycan cəmiyyətini əks etdirir. Dastandan görünür ki, oturaq həyat sürən oğuzlarda əkinçilik, maldarlıq, toxuculuq və başqa sahələr inkişaf etmişdir. Boylarda əksini tapan əhvalatlar oğuzun dastana çevriliş tarixidir. Buna görə də burada hər sözün, ifadənin, adın dərin mənası var, onların arxasında oğuz elinin keçmişi durur.
  3. Azərbaycan cəmiyyətinin «Dədə Qorqud» dastanında və bu gün oxşar və fərqli cəhətləri: Oğuz igidləri şəhid qanını yerdə qoymayacaqlarına and içirdilər. Oğuzların bu adəti hələ də yaşayır və yaşayacaq. İndi də bütün Azərbaycan xalqı şəhidlərin qanını yerdə qoymayacagına and içir.

Dastanda ata, ana, oğul, qardaş sevgisi bütün boylarda özünü göstərməkdədir. Ananın tanrı qədər uca tutulması ibrətamizdir. “Ana haqqı, Tanrı haqqı ...”. Bu düşüncə bu gün də yaşamaqdadır. Lakin min illər boyu itirdiyimiz bəzi dəyərlər də var. Bu gün mövcud olan “Qocalar ev”ləri buna əyani sübutdur.


Əhmədzadə Afət

Bakı Slavyan Universiteti

Humanitar liseyi, VIII sinif

Elmi rəhbər: Y.H.Bəxtiyarova


^ "KITABİ-DƏDƏ QORQUD" DASTANLARINDA DİNİ MOTİVLƏR


"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar. Dədə Qorqud dastanlarında təsvir edilən müha­ribələr qətiyyən milli və ya dini зяминдя vuruşma deyil. Əsasən tayfalar arasında gedən bu vuruşmalar çox zaman talan, qarət xatirəsi üçün və ya qız üstündə aparılır. Bəzən tayfanın öz içində də vuruşma gedir ki, on ikinci boy buna əн yaxşı misaldır.

Dədə Qorqud dastanında islam dininin təsiri çox azdır. Doğrudur, burada hamı islamdır, «kafirlər» ilə müharibə edirlər. Allah, Məhəmməd və başqa dini adlar çox təkrar olunur. Kərbəla hadisəsindən xəbərdardırlar, namaz qılırlar, lakin bütün bunlar üzdəndir və katiblər tərəfindən qüvvətləndirilmişdir. İslam dini dərin və əsaslı kök salmamışdır. Butpərəstlik əlamətləri məişətdə daha qüvvətli yer tutur.

İnsanlar allahdan çox təbiət qüvvələrinə inanıb etiqad edirlər. Əsərdən görünür ki, bu dövrdə xalq içərisində dini təbliğat aparan ərəb və ya fars ruhaniləri «saqqalı uzun tat əri» adlandırılırmış. Xalq özlə­rin­dən ayrı bir xalqa mənsub olanları «tat əri» adlandırırlar. Hətta “əzan” sözü xalq dilinə keçməmişdir. Boy­larda qadın, ata, ana, qardaş və at da allah, Məhəmməd və quran kimi müqəddəs sayılır.

«Dəli Domrul» boyunda Allah adi insan kimi təsvir olunur. O, xudbin, məğrur və tərif sevəndir. Burada Əzrail real qəhrəmandan zəif verilir. O, qılıncı çəkib hücum edən Domrulun qorxusundan qapını qoyub bacadan qaçır. Domrulu yalnız hiylə ilə məğlub edə bilir, atını ürküdür, at onu götürüb yerə vuran kimi sinəsinə qonub canını almaq istəyir. Burada xalqın öz qahrəmanlarını dini qüvvələrdən yüksək tutduğunu görürük. Əsərdə bütün qəhrəmanlar islam dininin haram buyurduğu şərab içir, «ərin könlündə pas olsa şərab açar» deyirlər. Al şərab din nümayəndələrinin qarşısında da təriflənir.

«Dədə Qorqud»da andlar da maraqlıdır. Heç bir yerdə qəhrəmanлар allaha, peyğəmbərə deyil, «qılıncıma doğranayın», «oxuma sancılayın», «torpaq kimi sovru-layın», «oğlum doğmasın, doğsa da on yaşına varmasın» deyə real şeylərə and içərlər, dualar isə çox sadə və təbiidir: «Sağ varıb əsən gələsən, uğrun açıq olsun», «yerli qara adağın yıxılmasın», «çalışında qara polad üz qılıcın kütəlməsin», «çaparkən ağ-boz atın büdrəməsin» və s.

«Kitabi-Dədə Qorqud» boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zaman­larda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) qəhrə­man­larından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkçəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.


Əsədova Nigar

Bakı Slavyan Universiteti

Filologiya fakultəsi, Jurnalistika şöbəsi, II kurs

Elmi rəhbər: prof. N.Məmmədov


^ KİTABİ-DƏDƏ QORQUD”UN SOVET DÖVRÜNDƏ TALEYİ


“Kitabi-Dədə Qorqud” dastanı XX əsrin sonlarına qədər heç də geniş yayılma­mışdır. Bu daha yaxşı tarixçilərimizə, sonra folklorşünaslarımıza, ədəbiyyətşü­naslarımıza məlum oldu. Xalqımıza, millətimizə gəldikdə isə onu demək olar ki, geniş kütlə “Kitabi-Dədə Qorqud” haqqında çox az təsəvвцrə malik olmuşdu. Mərhum prezident Heydər Əliyev demişdir: “Biz ötən dövrdə tariximizi özümüz istə­diymiz kimi yaza bilməmişik. Ta­rixmiz, mədəy-niyətimiz, ədəbiyyatımızын həmişə ideologiya təsiri altında qalması, bu barədə bizim sərbəst qalmamağımız vaxtilə belə böyük itkilərə gətirib çıxarmışdı”.

XX əsrin tarixində “Kitabi-Dədə Qorqud” eposu da misli görünməmiş təqiblərə məruz qalıb. Hətta onu öyrənməyə, tədqiq etməyə cəhd göstərənlərin taleyi də acınacaqlı olub. Sovet dövrü tədqiqatçılarından biri də Əmin Abid olmuşdur. O, “Kitabi-Dədə Qorqud” ilə bağlı bir əsər çap etdir­dikdən sonra əbədi susdurulmuşdur. Bəzi mənbələr eposun 30 boydan ibarət olduğunu təxmin edirlər. Azərbaycanın dilçi alimi Bəkir Çobanzadə aşkar etdiyi yeni boy haqqında məlumat versə də, bu məlumatın dürüstlüyünü təsdiqləmək mümkün olmadı.

Faşizmə qarşı mübarizəyə qalxan qəhrəmanlıq ruhunu canlandırmaq məqsədilə sovet ideoloji maşını “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi dastanlardan istifadə etməyə cəhd göstərirdi. Müharibə quрtar­dıqdan sonra gənc nəslin “Kitabi-Dədə Qorqud” ruhunda tərbiyə olunması ideoloqlar tərəfindən yasaq olundu. Ədəbiyyata və incəsənətə qarşı yönəldilmiş məşhur “Jadrov qərarları”nın ab-havasına uyğun olaraq “Kitabi-Dədə Qorqud”a qarşı hücümlara başlandı. “Kitabi-Dədə Qorqud”un ümumən xalq eposu olmadığı bildirildi və eposu “yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq” şüarları səsləndi.

1950-ci ilin may ayında “Dədə Qorqud”un kobud siyasi səhv olduğu partiya yığıncağında rəsmi elan edildi. Bu rəsmi mövqe bildirildikdən sonra eposun xalqa zidd bir əsər olduğu tezisi irəli sürüldü. Həmin partiya yığıncağının hesabatında deyilirdi: “Dədə Qorqud” eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. Burada Azərbaycan xalqı üçün yabancı olan həyat tərzi, adət və ənənələr təsvir edilmişdir.

1951-ci ilin may ayında Mirzə İbrahimov, Səməd Vurğun, Mikayıl Rəfili, Mikayıl Rzaquluzadə və başqaları öz “səhv”lərini boyunlarına alsalar da, onlara qarşı keçirilmiş kampaniya hələ bir müddət davam etdi.

“Kitabi-Dədə Qorqud” hər bir müdrik və incə zövqlü oxucunun təsəvvüründə bədii sözün əlçatmaz və ünyetməz zirvəsidir. Bu “Kitab” keçmişə qayıdış deyil, gələcəyə çağırışdır. Onun hər səhifəsində tцрklərin qəlb genişliyi, milli qüruru, tükənməz hünər və qəhrəmanlıq ehtirası dolğun ifadəsini tapmış oğuz atlarının gümüş nalları ilə möhürlənmişdir.


Həsənova Səriyyə İsmayıl qızı

Bakı Slavyan Universiteti

Beynəlxalq münasibətlər və

Regionşünaslıq fakültəsi, III kurs

Elmi rəhbər: dos. Adilov V. M.


^ «KİTABİ-DƏDƏ QORQUD» DASTANINDA DİNİ MOTİVLƏR


Türklərin, türkdilli xalqların qədim tarixli yazılı abidələrindən biri də «Kitabi-Dədə Qorqud» eposudur. «Kitabi-Dədə Qorqud» türk xalqlarının milli mədəniyyətini, bəşəri duyğularını, düşüncə tərzini ata-anaya, qardaş-bacıya ülvi məhəbbəti əcdadlarmızın həyatını örnək olaraq təcəssüm edən möhtəşəm abidədir.

Digər türk eposlarında olduğu kimi «Kitabi-Dədə Qorqud» eposunda da dünyanın ən əski və davamlı, ən azından 5 min illik bir tarixə sahib olan türklərin tarixi, coğrafiyasını, dinini zaman və məkan baxımından dəyərləndirmək mümkündür.

Eposda islamdan qabaqkı dövrdə türklərin inançları və islamdan sonrakı dövru əks etdirən ünsürlər, boylar yetərlidir. «Kitabi-Dədə Qorqud»u təşkil edən boylar müxtəlif əsrlərdə yazılıb toplandığı üçün oğuzların islamdan öncəki və sonrakı həyat tərzini müqayisə etmək mümkündür. Belə ki, onlar yarımköçəri həyat sürür, suya, qurda, ağaca inanırdılar. Elin başbiləni, yolgöstərəni Dədə Qorqudun da islamdan öncə yaşaması, mövcudluğu barəsində bir deyimlə qeyd olunmuşdur: «Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud ata derler bir ər qopdu». Bəzi müəlliflər Dədə Qorqud denən şəxsin mövcud olmadığı, sadəcə uydurulduğunu söyləsə də, ozan dastanda Dədə Qorqudu baş verən hadisələrin iştirakçısı, boyların müəllifi olduğunu bildirir.

Eposda şamançılıqdan, toteizmdən xəbər verən boylar olsa da belə, oğuzların tikdirdikləri məscidlərdən, onların tək Allaha sitayiş etmələri, islamın ilkin göstəriciləri kimi dəyərləndirilir.

Yəni, boylarda türk millətinin tarixini heç bir dönəmində dinsiz yaşamamağı təcəssüm olunur. Eposda oğuzların tək tanrı düşüncəsinə çox erkən yiyələndiyi, bundan öncə isə şamanizm və totemizmin türk düşüncəsində yer aldığı göstərilir. Əski türklərdə şamançılıq və toteizmi bugünkü günümüzdə inkar edən sübutlar olsa da belə, Orta Asiya türkləri arasında aparılan araşdırmalar nəticəsində bu bölgədə şamançılığın olduğunu söyləməyə əsas verir. Göy tanrıçılıq dini türklərin çox erkən dövrlərdə bir inanc sistemi olaraq qəbul etmişlər. Bu dində Tanrı (Tengri) ən yüksək varlıq olaraq yaradıcı və tam iqtidar sahibi idi.

«Dədə Qorqud» dastanında da yer alan Tək Tanrı anlayışı «Yücelerden yücesin, kimsə bilməz nicesin» ifadəsiylə göstərilmişdi. Türklər islamı inanc olaraq özlərinə uyğun bulduqları üçün qəbul etməkdə zorluq çəkməmişdilər. Onların arasında dini əsaslar arasında bənzərliyin bulunması, türklərin müsəlman olmalarına zəmin hazırlamışdır.


Hüseynova Gülər Elman qızı

Bakı Slavyan Universiteti

Filologiya fakultəsi, III kurs

Elmi rəhbər: f.e.n. G.Qarayeva


^ «KİTABİ-DƏDƏ QORQUD» EPOSUNDA MÜASİRLİK VƏ QƏRBƏ TƏSİR MEXANİZMİ


Dünya ədəbiyyatı tarixinə türk abidəsi kimi daxil olan «Kitabi-Dədə Qorqud» eposunun müəyyən zaman kəsiyində yaranmasına baxmayaraq müasir dövrümüz ilə səsləşən məqamları da vardır və hətta deyə bilərik ki, müasirlik baxımından bu dövrü qabaqlamaqdadır. Eposun mahiyyətinə vardıqca görürük ki, qədim insanların cəmiyyət daxili inkişafı üçün müəyyən yollarla mədəni həyata bir cığır da açmışdır. Əsas predmet kimi seçdiyimiz məqamlara istinad etməklə də bunu sübut edə bilərik:

1. Ailədə ata ilə yanaşı ananın da sözü keçərlidir və dinlənilir. Məsələn, I boy – Dirsə xanın iki dəfə qadının sözünü eşidib, əməl etməsi xoşbəxt nəticə verir. Oğuz elində güclü matriarxat ruhu hakimdir. Bu türkün qadına münasibətində «Ana haqqı, Tanrı haqqı» kimi əzəli qanunun yaşamasıdır.

2. Bu boylarda dövlətlə ailə həmrəydir. Bu namus kodeksinə dövlət nəzarət edir. Məsələn, II boy – Dəli Qarcarın bacısını yenidən ərə vermək istədikdə Beyrəyin ata-anasına yox, məhz dövlət başçısına ərz olunur. Bu indi də Konstitusiyamızda (maddə 17) öz əksini tapıb.

3. Bütöv nikah-evlənmə məcəlləsi də əks olunur. Belə ki, boyların əksəriyyətində qızlar ərə gedəcəyi şəxsi özləri seçir. Bu yüksək demokratik cəmiyyətin xüsusiyyətidir.

Eposda indi bizim Avropa estetik düşüncə tərzi kimi anladığımız detallar (dayə anlayışı) da vardır. Buna eposun I və II boylarında rast gəlinir. Kapitalist aristokrat mədəniyyətinin ailədəki yüksək pedaqoji-tibbi davranışlarından sayılan bu iş – türkün qədim etnik ailə əlamətlərindəndir.


Hüseynova Gülər

Bakı Slavyan Universiteti, III kurs

Elmi rəhbər: R. K. Kamal


^ «KİTABİ-DƏDƏ QORQUD»DA HƏRBİ-MƏİŞƏT TƏCRÜBƏSİNİN VERİLMƏSİ


“Kitabi-Dədə Qorqud” türk qəhrəmanlıq eposunun milli formasıdır. Etnosun həyatında baş vermiş mühüm hadisələr epik mətnin sцjet-motiv məkanını təşkil edir. Arxaik sцjetlərdə qədim və orta əsrlərin məişət-savaş təcrübəsi öz əksini tapmışdır.

Əzəmətli türk abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunda diqqəti cəlb edən səhnələrdən biri də oğuzların hərb strategiyasıdır. Oğuzun demək olar ki, iki boyundan başqa (Dəli Domrul və Təpəgöz) bütün boylarda döyüş səhnələrinə rast gəlirik. Döyüş səhnəsi igidlərin bir yerə toplanması ilə başlayır. “Qazanın bəgləri həb yetdi, üzərinə yığnaq oldu. Arı sudan abdəst aldılar. İki rikət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat gətirdilər” və bundan sonra bir-bir igidlərin döyüşə daxil olma səhnəsi verilir: Ulaş oğlu Qaragünə, Qıyan Səlcik oğlu Dəli Dondaz, Qaragünə oğlu Qarabudaq, Qəflət qoca oğlu Şir Şəmsəddin, Baybörə oğlu Bamsı Beyrək, Qazlıq qoca oğlu Yegnək, Qazanın dayısı Aruz qoca və b. Oğuz qoşunun gücü hiperbola təsvirilə verilir: “Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz.” Qoşun adətən 3 cinahdan hücuma keçir:

  1. Sağdan Dəli Dondazın başçılığı ilə dış oğuz bəgləri.
  2. Soldan Dəli Budaqın başçılığı ilə oğuzun cəsur igidləri.
  3. Mərkəzdən Qazanın başçılığı ilə iç oğuz bəgləri

Mərkəzdən hücum məhz baş komandanın işidir. Qazan xanın baş komandan mövqeyi Qalın oğuz bəylərinin döyüşəgirmə sistemindən və hər birinin ona mürciət formasından da görünür. Qardaşı Qaragünə “Çal qılıncın qardaş Qazan, yetdim”, dayısı Aruz “Çal qılıncın ağam Qazan, yetdim” deyə müraciət edir. Burada “ağam” hərbi müraciət forması kimi Qazan xanın hərbi rütbəsinin hamıdan yüksəkliyini bildirir və bu cinah komandirlərinin sərkərdəyə raportu kimi səslənir. Burada hər bir igid özünəməxsus silahı ilə tanınır:

  1. Qaraca Çoban – sapand;
  2. Qara Budaq – altı pərli gürz;
  3. Dəli Dondar – altmış tutamlıq sür nizə;
  4. Təpəgöz – altmış batmanlıq mancanaq.

Qoşunun tərkibində piyada dəstəsi yoxdur, yalnız atlılardan ibarətdir. Oğuz elində igidi atdan yıxmaq böyük hünər sayılır, çünki at qəhrəmanın qəhrəmanlığının tam yarısıdır. Oğuz igidlərinin bu qədər hünərli olmasının səbəblərindən biri də qarşı tərəfin – kafirlərin mifoloji-hiperbolik təsvirləri ilə bağlıdır. Məs: IV boy – “Qazan aydır: Oğul,mənim ünüm anla, sözüm dinlə. Ol kafirin üçin atıb birin yarmaz ağcısı olur. “Hı” demədin başlar kəsən cılladı olur. Adam ətin yaxnı qılan aşpazı olur. Sən varası kafir deyil.”

Savaş sonunda isə kafirin bayrağı qılınclanır. “Kafirin kəlisasın yıqdılar, yerinə məscid yapdılar. Keşişlərdən öldürdilər. Beş yüz oğuz yigitləri şəhid oldı. Əziz Tanrı adına qüdbə aqıtdılar.”

“Kitabi-Dədə Qorqud” boylarının təhlili göstərir ki, epos mürəkkəb və çoxplanlı hadisədir. Oğuz bəylərinin hünər əməlləri yüksək qiymətləndirilir. Epik mətnlərin bu aspektdə araşdırılması vacib məsələlərdən biridir.


Hüseynova Sevinc Çingiz qızı

Bakı Slavyan Universiteti

«Pedaqogika nəzəriyyəsi və tarixi» ixtisası

üzrə MA 103-cü qrup magistrantı

Elmi rəhbər: dos. N.X.Mirzəyev


^ «KİTABİ-DƏDƏ QORQUD»DA AİLƏ TƏRBİYƏSİ


Qədim türk (oğuz) tayfalarından bəhs edən «Dədə - Qorqud» eposu Azərbaycan ədəbiyyatının ən möhtəşəm xalq yaradıcılığıdır.

«Dədə-Qorqud» eposu birinci minilliyin sonu, ikinci minilliyin əvvəllərində Azərbaycanda və Ana­dolunun şərqində geniş vüsət almışdır.

Bu epos əsasında «Dədə-Qorqud» kitabı yaradılmışdır ki, bu da Oğuz türklərinin mükəmməl tarixi sənədidir. «Kitabi-Dədə Qorud»un iki əlyazması var ki, onlardan biri Drezdendə, digəri isə Vatikanda saxlanılır.

Oğuz türklərinin yazılı yaddaşı olan «Dədə-Qorqud» eposunu yaradan, boyları ilk dəfə söyləyən ozanlar – ozanı Dədə Qorqud olmuşdur. Epos el ağsaqqalı Dədə Qorqudun 44 öyüdü ilə başlayır.

Eposda Dədə Qorqud hikmətamiz sözlər və atalar sözləri söyləyir ki, bu da bugünkü gündə öz orijinallığını itirməmişdir.

Eposda təsvir olunan hadisələr əsasında bir sıra mövzulara toxunulmuşdur. Bu baxımdan eposda ailə tərbiyəsi də öz orijinallığı ilə seçilir. Eposda ailənin qurulması, onun yaşadılması, övladın tərbiyə edilməsinə dair bir çox hadisələr göstərilmişdir.

«Kitabi-Dədə Qorqud»da göstərilir ki, evliliyin əsasında ata-ananın icazəsi, xeyir-duası, eyni zamanda oğlanın qızı görüb bəyənməsi dayanır.

Oğuz ailələrində övladın dünyaya gəlməsi böyük hadisə sayılırdı. Övlada həm valideynlərin birliyi­ni möhkəmləndirilməsi, həm də nəsli genişləndirilməsi baxımından yüksək qiymət verilirdi. Oğuz türk­lərində övladı olmayan ailələr sonsuz adlandırılırdı. Övladı olan valideynlərə hər zaman hörmət edilirdi. Məsələn eposda deyilirdi: “onun kim, ağlı-qızı olmaya, Tanrı Taala anı qarğayıbdır, biz dəxi qarğariz”.

Oğuz ailələrində uşaq doğulan kimi dayə himayəsinə verilirdi. Dayə uşağun sağlamlığı, tərbiyəsi ilə məşğul olurdu. Oğuz ailələrində uşaq yetkinlik yaşına çatanda artıq o, ox atmağı, qılınc oynatmağı bacarır, bir sözlə fiziki tərbiyə baxımından tam olaraq yetkinləşirdi. Yeniyetmələr millət, vətən sevgisini mənimsəmələri ilə səciyyələnirdilər. Oğuz ailələrində uşağın istər fiziki, istərsə də estetik və əqli tərbiyəsi vəhdətdə aparılırdı.

Oğuz elində oğlan və qız uşaqlarının fiziki tərbiyəsi elə də fərqlənmirdi. Məsələn, oğuz igidinin nişanlısı onunla birlikdə at çapır, ox atır, güləşir, sınaqdan çıxardıqdan sonra ona ərə getməyə razılıq verirdi.

Oğuz ailələrinin əsas xüsusiyyətlərindən biri də ərlə-arvad arasında olan sadiqlikdir. Əgər ər müharibədə əsir düşürsə, qadın onun ölüm xəbərini eşidənə qədər ailə qura bilməzdi.

Bundan əlavə Oğuz ailələrində oğlan övladına bir qədər üstünlük verilirdi. Səbəb isə öləndən sonra yurdun sahibsiz qalmaması və vətənə qulluq edən igidin yetişdirilməsi idi. Məsələn, Bayböyrə söyləyirdi: «Mənim dəxi oğlum olsa, xan Bayındırın qarşısın alsaq – dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm»…

Oğuz türk ailəsində valideynə hörmət, böyüklərə ehtiram yüksək qiymətləndirilirdi. Oğuz elində ana haqqı Tanrı haqqı kimi buyrulur. Dastanda ailə tərbiyəsinin özəlliyindən biri də namusun qorunmasıdır. Oğuz elində namusa yüksək qiymət verilir, namussuzluq bağışlanmaz günah kimi qiymətləndirilirdi. Dastanda qadın ərinin namusu naminə, oğul atasının namusunun tapdanmaması üçün ölümə hər zaman hazır olur. Uruz, Burla xatun və s. buna misal ola bilər.

Bir sözlə «Kitabi-Dədə Qorqud» eposunun hər bir boyunda el-obaya, ata-anaya, bacı-qardaşa sonsuz məhəbbət və yüksək əxlaqi keyfiyyətlər təcəssüm edilir.


^ Hüseynli Səyyarəxanım

Bakı Slavyan Universiteti

Humanitar liseyi, VIII sinif

İsmayılova Ülviyyə

Bakı Slavyan Universiteti

filologiya fakültəsi, IV kurs

Elmi rəhbər: Şəhla Əhmədova


^ KİTABİ-DƏDƏ QORQUD”DASTANINDA ADƏT-ƏNƏNƏLƏRİN TƏSVİRİ


Azərbaycan xalqı tarix boyu öz milli dəyərlərinə, adət-ənənələrinə sadiq qalan, bu ənənələri yaşadan bir xalq kimi tanınıb. Hər zaman abır-həya qız gəlinlərimizin ən qiymətli cəvahiratı, namus-qeyrət isə bəy ərənlərimizin ən böyük sərvəti olub. Bu müqəddəs ənənələrin isə tarixi çox qədimdir. Bu dəyərlər ilk yazılı salnaməmiz olan “Dədə Qorqud”da öz əksini tapıb. Абидяmiz elə etibarlı salnamədir ki, çox tarixçilər Oğuzun tarixi haqqında məlumat verərkən ona dönə-dönə müraciət etmişlər. “Dədə Qorqud” kitabını həm də xalqımızın yazılı yaddaşı da adlandırmaq olar. Bu yaddaşda xalqımıza xas olan bütün keyfiyyətlər, ən ülvi dəyərlər yer alıb.

“Kitabi-Dədə Qorqud”da oğuz elinin adət-ənənələri çox incəliklə təsvir olunur. Əgər oğuz zamanında bir igid evlənsə, ox atardı. Oxu hara düşsə o yerdə gərdək (çadır) tikərdi. Beyrək xan oxun atdı və dibinə də gərdəyin tikdi. “Bu da çadırdı”. Gərdək kimi istifadə olunmaq üçün qurulur-tikilir. “Dədə Qorqud”da adı çəkilən gərdək bu dövrün mərasim mədəniyyətini nümayiş etdirən tarixi faktlardır. Qədim türk ailə quruculuğunda belə bir adət olub. Qız ailə quracаğı oğlanın igidliyini, cəsurluğunu yoxlarmış. Qız yalnız məğlub olduğuna ərə gedərmiş. “Dədə Qorqud” dastanında Bamsı Beyrəklə Banıçiçəyin qarşılaşması səhnəsi aşkarca həmin adətə işarə edir. Təbii ki, hər bir elin xeyir, xoş günü ilə yanaşı ağrılı-acılı günləri də olurdu. Yas mərasimləri indi də olduğu kimi 3, 7, 40-cı günlər qeyd olunur.

Əgər ölən adamın cəsədi tapılmazdısa, onun yası ömür boyu saxlanardı. Buna misal olaraq, Beyrəyin əsirlikdə olarkən bacılarının onun yolunu gözləməsini misal göstərmək olar. Biz gənclər də hər zaman öz xalqımızın, ailəmizin milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq qalaraq, onları yaşatmalıyıq. Çünki namus, düzlük və sadiqlik insanın ən qiymətli bəzəyidir. Tədqiq olunduqca həm “Kitabi-Dədə Qorqud”un öz sirləri zaman-zaman açılır, dünya dastanşünaslıq mədəniyyəti daha da zənginləşir, daha dolğunlaşır.

İsmayılov Söhrab

Bakı Slavyan Universiteti

Beynəlxalq münasibətlər və

regionşünaslıq fakültəsi I kurs

Elmi rəhbər: dos. Ş. H. Əliyev

^ DƏDƏ QORQUD” EPOSUNDA DÖVLƏT IDARƏÇİLİYİ VƏ HÜQUQ MƏSƏLƏLƏRİ


  1. Epos Azərbaycanda dövlətçilik ənənələrinin təşəkkülünü, o zamankı dövrün ictimai-siyasi həyatının tam mənzərəsini əks etdirən möhtəşəm abidədir.
  2. Dastanda qəbilələrarası və qəbilədaxili münasibətlər qarşılıqlı yardım prinsipinə əsaslanır.
  3. Eposda İç oğuzların Bayandur qəbiləsinə, Dış oğuzların isə Qayı qəbiləsinə aid edilməsi tarixi həqiqətlərlə üst-üstə düşür.
  4. Dastanda vassal münasibətlərinin mövcudluğu dövrün qəbilələrarası münasibətlərində özünü biruzə verir.
  5. Dövlət quruluşu məsələləri, hökmdarlar və onların səlahiyyətləri, fəaliyyət orqanları və onların statusu haqqında dastanda ətraflı məlumat verilir. Dastanda köləlik yalnız ev köləliyi formasındadır.
  6. “Dədə Qorqud” dastanında hökmdarın öz qəbiləsi daxilində hakimiyyətinin irsi əsaslara söykəndiyi göstərilir.
  7. Hökmdarın yanında məşvərətçi orqan funksiyasını divanların yerinə yetirməsi və orada öz statusuna uyğun hər bir bəyə yer verildiyi dastanda öz əksini tapmışdır.
  8. Eposun ana xəttini oğuzların öz yurdlarını düşmən təcavüzündən qorumaq üçün apadıqları qanlı döyüşlər təşkil edir.
  9. Dastanda adət “törə” hüququ əsas hüquq tipidir və bu hüquq tipi bütün siyasi və ictimai sahələrdə münasibətlərin tənzinlənməsinə xidmət edir.
  10. Eposda cinayət вə cəza, habelə əfv məsələlərinə toxunulur.
  11. Xalqımıza məxsus olan bu tarixi abidə ümumbəşər mədəniyyətinə dəyərli bir töhfədir.


İsmayılova Lalə

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə İTPM şöbəsi, I kurs

Elmi rəhbər: f.e.n. Qafarova S.H.


^ «KİTABİ-DƏDƏ QORQUD» EPOSUNDA MİLLİ MƏNƏVİ DƏYƏRLƏR


«Kitabi-Dədə Qorqud» dastanı bir çox türk xalqlarının yaratdığı milli mədəniyyətin ən zəngin, ən ulu qaynaqlarından biridir.

«Kitabi-Dədə Qorqud» dastanında oğuzların geyimləri böyük ustalıqla təsvir olunmuşdur.

Milli geyim kompleksinə daxil olan geyim növlərinin hansı ilə tipoloji oxşarlıq təşkil etdiyi hələ də tam aydınlaşmayan belə geyimlərdən biri çənbər olmuşdur.

XIX əsr və XX əsrin əvvəllərində tac tipli möhkəm sağanağa malik baş geyim növü olmaqla kübar qadınların məişətində hələ də qalmaqda idi. Zəmanəmizə «köynək» formasında gəlib çatmış, «kömlək» və «könlək» geyim növünün adına «Kitabi-Dədə Qorqud» boylarının hamısında təsadüf olunur. Dastanda əsasən kişi üst geyim kimi təqdim edilən köylək, qismən də könlək deyilişində səslənmişdir.

«Kitabi-Dədə Qorqud»da geniş istifadə olunan bəzək əşyalarından biri də «küpədir». Dastanın boylarında «küpə» və ya «kübə» adı ilə təqdim edilən sırğanı təkcə «qadınlar» deyil, kişilər də taxırmış.

Kişi geyim tiplərindən biri olan kürk dəridən düzəldiyindən qədim tarixə malik olmuşdur. Azərbaycanda bu geyim tipinin kaval kürk və geymə kürk olmaqla 2 növü zəmanəmizə gəlib çatmışdır.

«Kitabi-Dədə Qorqud» kişi, qadın ayaq geyimi başmaq zəmanəmizədək gəlib çatmış ayaqqabı geyimlərinin ən tipik nümunəsidir.

Eposda qadın, kişi baş geyimi oğuzları arasında kütləvi səciyyə daşıyan qoyun dərisindən hazırlanan börk xüsusi yer tuturdu. Onu bütün ictimai zümrələr, hətta çobanlarda başlarına geyirdilər.

Həm kişi, həm də qadın üst geyim kompleksini tamamlayan qədim tarixə malik libas növü cübbədir. «Kitabi-Dədə Qorqud» dastanlarında çox vaxt çuxa ilə bəzən isə don ilə yanaşı işlənir.

Qoyun yunundan basma üsuluilə peşəkar ustalar – həllaclar tərəfindən hazırlanan geyim növündən biri kəpənəkdir. Qara rəngi oğuzlar arasında dəbdə olmuşdur «Oğlana qara kəpənək geydirmişlərdi».

Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən biri qaytan adlı geyim olub. Bir sıra xalqlara onlardan keçmişdir. Həm qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur.

Oğuzların ənənəvi geyimlərinə dair «Kitabi-Dədə Qorqud» boylarındakı maraqlı məlumatlardan biri də, digər geyim tipləri kimi qaftanın da tipoloji cəhətdən həm kişi, həm də qadın üçün eyni olmasından ibarətdir.

Son orta əsrlərdən etibarən Oğuz elinin varisləri arasında qaftan istilahı aradan çıxmış, biçim etibarilə həmin geyim tipinə yaxın olan «don» və «arxalıq» terminləri ilə dəb şəklini almışdır.

Qasımova Xurşudxanım Hacıağa qızı

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə İTPM şöbəsi, III kurs

Elmi rəhbər: Qafarova Səməngül Hüsü qızı


^ «KİTABİ-DƏDƏ QORQUD»DA DÖVLƏT VƏ HÜQUQ HAQQINDA İDEYA


1. Qəhrəmanlıq eposu olan «Kitabi–Dədə Qorqud» Azərbaycanın qədim və erkən feodal dövrünün dövlət quruluşunun və qaydalarının geniş mənzərəsini yaradan böyük tarixi abidədir. Real tarixi, mifoloji boylardan ibarət olan epos Azərbaycan dövlətçiliyinin təşəkkülünün sosial-iqtisadi prosesləri haqqında dolğun təsəvvürlər yaradır.

2. Epos ölkənin qonşu ölkələrlə münasibətlərində xarici fəaliyyəti, öz xalqını bu ölkələrin hücumlarından müdafiə etməsi haqqında kifayət qədər tam məlumat verir.

3. Eposda cəmiyyətdəki qəbilələrarası və qəbilələrdaxili münasibətlər qarşılıqlı tabelik və yardım prinsipləri əsasında təşəkkül tapır. Bununla belə «iç» və «çöl» (dış) oğuzlar arasındakı düşmənçilik də istisna olunmur (bax: 12-ci boy).

Qəbiləyə müdrik, öz xalqının rifahı qayğısına qalan, onları xarici düşmənlərdən qoruyan, öz əcdadlarının adət-ənənələrinə, qayda-qanunlarına hörmət edən, fiziki cəhətdən güclü insan tərəfindən başçılıq edilir ki, bu da kökləri Azərbaycanın qədim tarixinə, Avestaya aparıb çıxaran maarifçi monarx ideyalarının rüşeymləri haqqında şəhadət verir.

Burada idarəçilik orqanları – divan, onun çağırılması, qərarlar qəbul etməsi, ədalətli mühakimənin həyata keçirilməsi, cəzanın vacibliyi, onun ədalətli olması və başqa prinsipləri haqqında dərkedici materialları əhatə edir.

4. Epos Azərbaycanda ictimai həyatı tənzim edən novator məsələlərə dair son dərəcə dərkedici materialları özündə ehtiva edir.

Belə təsəvvür yaranır ki, bunlar erkən mərhələlərdə əsasən təşəkkül tapan ənənələr və hüquqi adət normaları olmuşdur. Xanların müxtəlif sərəncamları, divanların qərarları, da istisna olunmur. Eposun sonrakı dövrlərə aid olan və islamın qəbul edilməsinə şəhadət verən boylarında müsəlman hüquq normalarının tətbiq olunması haqqında danışılır.

5. İctimai həyatda qadının rolu haqqında məsələ böyük maraq doğurur. Burada qadın qəhrəman ana, nəinki ailə ocağının, həm də ictimai dayaqların müdafiəçisidir. Qadın öz həmqəbilələrinin azadlığı uğrunda kişilərlə bərabər mübariz kimi təsəvvür edilir.

6. «Kitabi–Dədə Qorqud» Azərbaycan xalqının mənəvi mədəniyyətinin dəyərli abidəsidir. Buradakı bir çox şəxsi etik normalar öz aktuallığını və ümumbəşəri dəyərini itirməmişdir və gələcəkdə də itirməyəcəkdir.

Quliyeva Aysel İlham qızı

Bakı Slavyan Universiteti

Beynəlxalq münasibətlər və

Regionşunaslıq fakültəsi, II kurs

Elmi rəhbər: Rəcəbli Q. Ə.

^ KİTABİ-DƏDƏ QORQUD”EPOSUNDA MİLLİ YEMƏKLƏRİMİZ


Milli yeməklər maddi mədəniyyətin mühüm ünsürlərindən biridir. Azərbaycan milli yeməklərinin tarixi çox qədimdir.Milli xörəklərimizin zəngin kolleksiyası qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da öz əksini tapmışdır. “Dədə Qorqud” dastanında Azərbaycan oьuzlarının qədim yeməkləri arasında tez-tez “ətmək” və “aş”-ın adı çəkilir. Dastanda“ətmək”sözü “çörək”mənasında işlədilmişdir. “Aş” sözü isə müasir dilimizdəki “plov” xörəyinin sinonimidir.

Azərbaycan oğuzlarının ət yeməkləri əsasən at,dəvə və qoyun ətindən,qismən ov heyvanlarından sı­ğın və keyikin, ov quşlarından isə qaz və toyuğun ətindən hazırlanırdı. “Dədə Qorqud” dastanında ət yeməklərindən “şişlik”, “qovurma”, “qiymə” və “yəxni” haqqında məlumat verilir. Bu yeməklərdən “yəx­ni” istisna olmaqla, qalanları indi də Azərbaycanda geniş yayılmışdır. “Yəxni” XIX-XX əsrlər­də yal­nız Qarabaьda qalmışdır. Naxçıvanda “yaxnıkeş”adlı xüsusi boşqabların mövcudlugu bu yeməyin həmin bölgədə də yaxın vaxtlaradək qalmasını sübut edir.“Yəxni”yağlı qoyun ətindən “qovurma” qaydasinda bişirilir.Ət bişənə yaxın qazana yuxa doğrayır və duz səpib qarışdırırlar.Çörək ətin suyuna həll olanda xörək hazır sayılır. “Yəxni” xörəyini çörəksiz yeyirdilər. Azərbaycan oğuzlarının süfrəsində süd məhsul­larından“qatıq”, tərəvəz bitkilərindən “soğan” və “sarımsaq”da olurdu.

“Dədə Qorqud” dastanında içkilərdən tez-tez “al şərabın” adı çəkilir.Azərbaycan oğuzları üzümdən эözəl şərab hazırlayırmışlar və oğuz igidləri şərab içməyi xoşlayırmışlar.

Azərbaycan milli yeməklərinin tarixi kökləri və fərdi keyfiyyətləri təsдiq edir ki, Azərbaycan mətbəxi dünya xalqlarının mətbəxləri arasında layiqli yerlərdən birini tutur.

Mürsəlova Günay

Bakı Slavyan Universiteti

Фilologiya fakültəsi

407-ci qrup tələbəsi

Elmi rəhbər: Əsgərova S.

^ «KİTABİ-DƏDƏ QORQUD» EPOSUNDA MİLLİ ADƏT-ƏNƏNƏLƏR


Minillik zaman çərçivəsində milli cizgilərin birləşib bütövləsməsində xalqın adət-ənənənəsi aparıcı yer­də durur. Çünki adət-ənənə bir ilin yox, yüzilliklərin sınağında formalaşan mənəviyyat toplusudur. Adət-ənənələr xalqın gündəlik həyatında, özünü göstərdiyi kimi, onun şifahi və yazılı irsində qorunub yaşanır.

Ümumiyyətlə, agsaqqalın məsləhətlərinə qulaq asmaq xalqımızın mənəviyyatının tərkib hissəsi kimi zaman-zaman yaşayan ənənələrdəndir.

Oğuz tayfalarının məsləhət verəni Dədə Qorqud hünər göstərən igidlərə ad verir, bir agsaqqal kimi elçiliyə gedir, Təpəgöz yalnız onun sözünü eşidirdi.

Ana sözünün müqəddəsliyi “Kitabi-Dədə Qorqud”da verilmiş ana haqqı – Tanrı haqqı kimi gostərilmişdir.

Аtaya da böyük hörmət bəslənmiş, atanın dediyinə qeydsiz-şərtsiz əməl olunmuşdur.

Qonağa ehtiram əski çağlardan xalqımızın müqəddəs adətlərindən sayılıb, kimliyindən asılı olmayaraq qonaq qapısını döydüyü evin əziz adamı sayılıb.

“Kitabi-Dədə Qorqud”da qonaga qayğı bəslənib. “Qonağı gəlməyən qara evlər yıxılsın hey!” - deyə qarğış söylənilib. Oğuzlar evə gəlmiş qonağa etinasızlıq göstərən, layiqli süfrə açmayan qadını “bayağı” adlandırmış, beləsinin “bəbəkləri bitməsin” söyləmişlər.

Türk xalqlarında əlöpmə adəti indinin özündə də var. Bu “sənə ehtiram bəsləyirəm” - deməkdir. Qədim zamanlardan bəri davam edib gələn bu adətin bədii əksini biz “Kitabi-Dədə Qorqud” da görürük. Əlöpmə adətinə çox ciddi yanaşılıb. Belə ki, ata dura-dura oğulun əlini öpmək ən azı qəbahət sayılıb. Bundan basqa əgər bir kimsə öz səhvini etiraf edib qarşısında günahkar olanın əlini öpərsə onun günahından keçərlər.

Xalqımızın gözəl adət-ənənələrindən biri də muştuluq vermədir. Hər hansısa bir uğurlu hadisənin xəbərini çatdırana, gözaydınlıq verənə bilavasitə həmin xəbəri gözləyənin mütləq hədiyyə verməsi qədim dövrlərdən “muştuluq” adı ilə davam edib gələn adətdir. “Kitabi-Dədə Qorqud”da bu adətlərə rast gəlmək olar. Məsələn: Basat Oğuza qənim kəsilmiş Təpəgözü öldürür və Yükü Qoca ilə Yapaqlı Qocanı bu şad xəbəri el-ulusa çatdırmağa tələsdirir. Onlar ilkin olaraq Basatın atasını görüncə ona “Muştuluq! Oğlun Təpəgözü təpələdi!” - deyirlər.

“Kitabi-Dədə Qorqud”da xüsüsən vuruşda göstərilən igidlik müqabilində xeyirxah tədbirlər görmək - ad qoymaq, bəylik vermək, qul-qaravaşı azad etmək adət halını almış məsələlərdəndir.

“Kitabi-Dədə Qorqud”da oğuzların Allaha ibadət etmələrinin, döyüşqabağı Тanrıdan güc, qüdrət istəmələrinin şahidi oluruq.

Etiqada tapınma ilə bağlı ibadət boylarda istər forma, istərsə də məzmunca eynilik təşkil edir.

Bütün bu sözü gedən məsələlərin оğuzlarda adət-ənənə halını alması və bugünki məişətimizdə də öz aktuallığını qoruması xalqımızın daha qədim və köklü bir xalq oldugunu sübüt edir.


Mehmet Çınar Ali oğlu

Bakı Slavyan Universiteti

Pedogoji Fakulte ITPM III Kurs

Elmi рящбяр: Qafarova S.H.


^ DƏDƏ QORQUD HİKAYƏLERİNİN TÜRK TARİX VƏ ƏDƏBİYYATINDAKI

YERİ VƏ ÖNƏMİ


Türk dünyasının bilge atası olan Dede Korkut ve onun hikâyelerinde; Türk toplumunun savaşları ve barışları ile birlikte, aile ve eğitim yapısıyla üstün ahlâk ve karakter sağlamlığı dikkati çeker.Türk milletiyle özdeşleşmiş olan doğruluk, sözünde durmak, mukaddes değerler uğruna ölmek gibi çeşitli seciyeler, hikâyelerin ana temasıdır. Dede Korkut, tüm Türk kavimlerinin atasıdır ve dâhisidir. Türk destanlarında ve halk hikâyelerinde, Dede Korkut adına ve onun mucizevî sözlerine rastlamak her zaman mümkündür.Bütün Türklüğün yegâne temsilcilerinden ve bugün de yaşatılmaya çalışılan atalarındandır.

Korkut Ata olarak saygı gören Dede Korkutun hikâyeleri yaşlı ve bilginlere büyük değer verildiğini de göstermesi açısından, son derece önemlidir. Allah, doğum, din ve ölüm düşüncesi, hayatin her anında kendisini gösterir. Bugün Dede Korkut ve onun hikâyelerinden ve destanlarımızdan alacağımız önemli dersler vardır. Dede Korkut aslında büyük bir vatanseverdir ve milletinin sonsuza dek güçlü ve mutlu yaşamasını gerçekleştirme mücadelesi içindedir.Hikâyelerindeki örnek şahsiyetler olan Bayındır Han, Kazan Han, Bamsı Beyrek, Boğaç Han, Selcen Hatun, Seğrek ve diğerleri toplumda olması gereken ideal insan karakterlerini temsil ederler.Bu insanlar, milleti ve vatanı için ölümü göze alan ve tüm zorlukların üstesinden gelebilen kahramanlardır.Bugün elimizde bulunan ve XV. yüzyılın sonlarına doğru yazıya geçirildiği tahmin edilen metnin iki nüshası vardır. Bunlardan biri Almanya'da, Dresden Kütüphanesi'nde, ikincisi ise Vatikan Kütüphanesi'ndedir. Prof. Fuat Köprülü Dede Korkut Kitabı için "Bütün Türk edebiyatını terazinin bir gözüne, Dede Korkut'u da öbür gözüne koysanız, Dede Korkut ağır basar" diyor. Prof. Muharrem Ergin de, Dede Korkut Kitabı'nın, "Türk edebiyatının en büyük âbidesi, Türk dilinin en güzel eseri" olduğunu söylüyor:Dede Korkut kendi adıyla anılan hikayelerin veya destanın yazarı değil, saz eşliğinde manzum hikayeleri anlatan bir ozan aksakallı bir pîri, bir Türk bilgesini, Uluğ Türk'ü simgeler. Dede Korkut üzerine araştırma yapan ve hikâyeleri anlatan Türk edebiyatçılarımız, başta Orhan Saik Gökyay, Muharrem Ergin olmak üzere, çoktur. Dede Korkut'un hayatı ve onun hikâyeleri, geçmişten geleceğe uzanan mücadelede varlığımızın, birliğimizin ve dirliğimizin ne kadar önemli olduğunu ortaya koymakta, kahramanlık ruhumuzu coşkun bir üslupla dile getirmekte ve âtiye ümit ve sevgiyle bakmamızı sağlamaktadır. Hepimiz biliyoruz ki, tarihe damgasını vurarak geleceğimize ışık tutan şahsiyetleri unutmamak, onlar hakkında araştırma yaparak yeni neslin köklerinden koparılmadan yetiştirilmesini sağlamak, milletimizin her alanda yükselip yücelmesine önemli katkılarda bulunacaktır.


Rüstəmzadə Zümrüd Ayət qızı

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə İTPM şöbəsi, II kurs

Elmi rəhbər: Məlikov Malik


^ «KİTABİ-DƏDƏ QORQUD» DASTANLARINDA AİLƏ TƏRBİYƏSİ MƏSƏLƏLƏRİ


«Kitabi-Dədə Qorqud» dastanı qədim türklərin, oğuzların adət və ənənələrini, məişətini, mübarizə əzmini, ağbirçəyə, ağsaqqala hörmətini, yağıya nifrətini yüksək bədii sənətkarlıqla əks etdirir.

İnsanın necə formalaşacağı, onun həyatda hansı mövqe tutacağı ailə tərbiyəsindən çox asılıdır. Bu mənada oğuzlar öz övladlarını yersiz əzizləmir, onu çətinliklərə salır, sınağa çəkirdilər. Anadan olan uşağa o, müəyyən yaş həddinə dolub özünü təsdiq edənə qədər ad qoyulmurdu. Həm də oğlana, qıza göstərdiyi hünərin, cəsarət və qabiliyyətin müqabilində ad verilirdi. Deməli, yaxşı əməlinə görə övladın mükafatlandırılması lazım bilinmirdi. Mükafatlandırma isə rəğbətləndirmə metodunun bir üsuludur.

Ümumiyyətlə, dastanda ailə məsələlərinin qoyuluşunu bir neçə istiqamətdə araşdırmaq mümkündür. Burada tərbiyənin metodlarına münasibət bildirilir, həm qızların, həm də oğlanların mənəvi keyfiyyətlərə yiyələnməsində valideynin şəxsi nümunəsi məsələsinə toxunulur.

Qız anadan görməyincə öyüd almaz.

Oğul atadan görməyincə süfrə açmaz.

Eyni zamanda öz əməli, hərəkəti ilə ailəsinə tənə gətirən övladlar tənqid olunur.

Ata adını ucaltmayan fərsiz oğul,

Ata belindən enincə, enməsə yaxşıdır.

Ana bətninə düşüncə, doğulmasa yaxşıdır.

Diqqət ailədə ər və arvad arasında qarşılıqlı hörmətin, anlama, səmimiyyət və mehribanlığın mövcud olması zərurətinə yönəldilir. Dastanda qadına məhəbbət, onun qayğısına qalmaq vacib tələb kimi irəli sürülür. Məsələn, Dirsə xanla arvadının bir-birinə müraciəti – «dayağım», «başımın baxtı, evimin taxtı», «gözümün işığı» və s. yaşlı və gənc ailələr üçün ibrətamiz örnək sayılmalıdır.

Dastanda valideynin övlada, anaya, valideynə məhəbbəti öz ifadəsini tapmışdır. Buğac anasına müraciətlə deyir:

Bəri gəl ağ südünü əmdiyim, xanım ana!

Ağ birçəkli, hörmətli, canım ana!

Dastan gənc nəsildə ailə şərəfi, kişi qeyrəti, qızlıq qüruru, qadın ləyaqəti, isməti və s. bu kimi məsələlər barədə aydın təsəvvür yaratmaq və bu müqəddəs keyfiyyətlərə yiyələnmək üçün zəngin material verir. «Hər bir kişi öz şərəfini özü qorumalı, qeyrətdə ad çıxarmalıdır». Bu ideya dastanı qırmızı xətlə kəsib keçir.

Ailədə ciddi münasibətin formalaşdırılması, uşaqların ailə həyatına hazırlanması məsələlərinin dastanda qoyuluşu da diqqətəlayiqdir. Gənclər ailə qurmamışdan əvvəl gələcək ailə sahibləri kimi bir-birini sınayır, bir-birinin xasiyyətinə, hünərinə, möh­kəmlik və dözümünə bələd olurlar. Göründüyü kimi, qızı oğlana ad eləmək, nişan üzüyü taxmaq, nişanlılıq dövrü yüz illər bundan əvvəl də qədim türklərdə mövcud olmuşdur.

«Kitabi-Dədə Qorqud» dastanı belə nümunələrlə gənc nəsli tərbiyələndirmək üçün zəngin material verir. Bugünki gənclik belə nümunələrdən ibrət götürə-götürə vətənin layiqli övladları kimi böyüyürlər.


^ Рзайев Йашар Шащверян оьлу

Бакы Славйан Университети

Бейнялхалг вя реэионшцнаслыг факцлтяси, 101 гр.

Елми рящбяр: Щцммятова С.Я.


^ DƏDƏ QORQUD” EPOSU – ТАРИХИ АБИДЯМИЗДИР


Qədim dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm xalq yaradıcılığı hadisəsi olan “Dədə Qorqud” eposu qədim türk dastan yaradıcılığı ənənələri əsasında Azərbaycan ərazisində formalaşmışdır.

“Dədə Qorqud” eposu birinci minilliyin sonu, ikinci minilliyin əvvəllərində Azərbaycanda və Anadolunun şərqində geniş yayılaraq ozanların repertuarının əsasını təşkil edirdi. Dastanda bəhs olunan hadisələrin tarixi əhəmiyyətini nəzərə alan türk müsəlman katibləri, tarixçiləri onu yazıb mühaфizə etməyə ehtiyac duymuş, ikinci minilliyin əvvəllərində “Dədə Qorqud” eposu əsasında “Dədə Qorqud kitab”larını yaratmağa başlamışlar. Eposun iki əlyazması məlumdur: onlardan biri Almanyanın Drezden muzeyində, ikincisi isə Vatikandakı muzeydə saxlanılır. Hər iki əlyazma ХV əsrə aid olub, daha əvvəlki əlyazmalardan köçürülmüşdür. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 12 boydan və müqəddimədən, Vatikan nüsxəsi isə 6 boydan və müqəddimədən ibarətdir.

Oğuz türklərinin belə bir dastanı olması barədə ilk məlumatı XIX əsrin əvvəllərində alman alimi Fridrix fon Dist vermiş, ondan sonra “Kitabi-Dədə Qorqud” elm aləmində məşhurlaşmağa başlamışdı. Orxan Şaiq Gökyay, Həmid Araslı, Məhərrəm Ergin kimi görkəmli qorqudşünaslar “Kitab”ı dəfələrlə nəşr etdirmişlər.

Dədə Qorqud obrazı türk xalqlarının, eləcə də azərbaycanlıların epik-bədii təfəkküründə orta əsrlərin sonlarına qədər yaşamış, yeni dövrdən etibarən öz yerini xalq aşıqlarına vermişdir. Xalq aşıqları ozanın, saz isə qopuzun varisidir.

“Dədə Qorqud” eposu hər birinin öz süjet xətti olan müxtəlif boylardan ibarətdir. Lakin bu boylar eposun ümumi məzmunu, ideyaları ilə ya birbaşa ya da dolayısıyla bağlıdır. Eposda təsvir edilən hadisələr əsasən Oğuzda cərəyan edir. Oğuz həm məkandır, həm də öz sərhədləri olan ölkədir; “Dədə Qrqud” eposunu yaradan, düzüb qoşduğu boyları ilk dəfə söyləyən ozanlar ozanı Dədə Qorqud, yaxud Qorqud Atadır. Epos məhz onun adı ilə adlanmış, zaman-zaman nə qədər zənginləşib təkmilləşsə də əsərin ilk yaradıcısının adı unudulmamışdır.

Dədə Qorqud yalnız söz sənətkarı deyil, oğuzların kamil bilicisi idi. Gələcəkdən qəribə xəbərlər söylər, nə deyərmişsə olarmış. Allah onun könlünə ilham verərmiş. Rəvayətə görə, Dədə Qorqud Məhəmməd peyğəmbərin zamanında yaşamış, islamı qəbul edərək xalq arasında təbliğ etmişdir. Oğuz elində kim bir mühüm işə başlamaq istəyirdisə, mütləq Dədə ilə məsləhətləşər, nə buyurursa onu da edərdi.

Eposun bizə gəlib çatan boyları ana dilimizin ərəb, fars dillərinin təsirinə hələ o qədər də məruz qalmadığı dövrdə yazıya alındığına görə qədim türk dili xüsusiyyətlərini daha çox qoruyub saxlamışdır.


Süleymanlı Südabə Xəlil qızı

Bakı Slavyan Universiteti

Beynəlxalq münasibətlər və regionşünaslıq, I kurs


^ «KİTABİ-DƏDƏ QORQUD»DA DİN


Oğuzların ibtidai dövrünə – b.e. III-IV əsrlərinə aid həyatı əks etdirən ünsürlər, adət-ənənələr, əxlaq-etika, ədəb-ərkan normaları və s. «Kitabi-Dədə Qorqud»da aydın ifadə olunmuşdur.

Məlum olduğu kimi hər bir xalqın ənənələrinə onların sitayiş etdikləri dinin də təsiri vardır.

Oğuzlar arasında ilk əvvəllər qam-şaman münasibətləri geniş yayılmışdır. Onlar yalnız X əsrdə kütləvi şəkildə islam dinini qəbul etmişlər. Buna görə də əksər tədqiqatlar qeyd etmişlər ki, «Dədə-Qorqud» islamiyyətdən əvvəl yaranmış və dastanlarda əvvəlki oğuzların həyatı təsvir edilmişdir. Dastanlarda qam-şaman ünsürləri çoxdur. Ağaca, suya, qurda böyük inam var. İslam dini hələ onların qanına yeriməyib. Namaz qılmır, oruc tutmurlar əksinə, şərab içirlər, qadınlar kişilərlə bərabər at belində gəzir, çadranın nə olduğunu bilmirdilər. Oğuz igidlərindən Dəli Domrulun Əzrayili tanımaması, islam dini ilə bağlı bir çox anlayışların hələ oğuzlar arasında yayılmadığını göstərir.


^ Мустафаева Лейла Орудж кызы

Бакинский славянский университет

Филологический факультет

отделение журналистики, гр. 205 РЖ

Научный руководитель:

д.ф.н., профессор Низами Мамедов


^ «КИТАБИ-ДЕДЕ КОРКУД» В РУССКИХ ПЕРЕВОДАХ


Непревзойденный памятник общетюркской культуры «Китаби-Деде Коркуд», являясь одним из древнейших, среди подобного рода произведений, сыграл значительную роль в художественной памяти азербайджанских тюрков.

«Книга» по своим идейно-художественным качествам наряду с «Песней о Нибелунгах» и другими составляет важную страницу духовной жизни человечества.

А что касается переводов «Книги», то русским читателям она стала известна с конца XIX века. В этот период Бартольдом был осуществлен перевод лишь четырех частей «Книги» Именно после перевода В.Бартольда ученые-тюркологи все активнее интересовались идейно-худо­жественными особенностями «Книги…» после этого русские, европейские и азер­байджанские исследователи начали досконально изучать специфику, систему образов, всю поэтику «Китаби-Деде Коркуд».

В.Бартольд придавал огромное значение этой книге. Он считал свой перевод не поэтическим, а филологическим. Перевод В. Бартольда в Азербайджане был известен до начала 20-х гг. ХХ века. Обратившись к «Книге», азербайджанские ученые Г.Араслы, М.Тахмасиб, Ш.Джамшидов и др., проведя скрупулезные текстологические анализы и сравнения, они проделали огромную работу в плане выявления погрешностей перевода В. Бартольда.

Вторым к переводу «Книги» обратился П.Антокольский, работавший в 30-е годы в Баку над переводом антологии азербайджанской поэзии. Основой для перевода П.Антокольского служил текст, подготовленный Г.Араслы, который отлично владел языком оригинала. Кроме этого П.Антокольский консультировался со специалистами, в совершенстве знающими этот памятник. Переведя лишь одну из частей дастана, он поместил свой перевод в «Антологии азербайджанской поэзии» (1939 год).

В 80-е годы ХХ века к переводу «Книги» обратилась талантливая переводчица А.Ахундова. Спустя три года (1992 г.) свой перевод «Книги» опубликовал В.Кафаров, в совершенстве знающий секреты азербайджанской и русской поэтики, язык дастана, стилевое своеобразие, систему образов, местный колорит и т.д.

^ Мустафазаде Алишан

ученик IXb класса

Гуманитарного лицея

Бакинского славянского университета

Научный рукководитель: д.ф.н. Мустафаев Т.


^ РОЛЬ ГЕЙДАРА АЛИЕВА В УВЕКОВЕЧЕНИИ ЭПОСА «ДЕДЕ КОРКУД»


Эпос «Китаби Деде Коркуд» («Книга моего Деда Коркуда») является древнейшим худо­же­ствен­ным поэтическим памятником огузов, предков нынешних азербайджанцев, турок, туркмен и гагаузов. Каждый из этих современных народов ценит, изучает, и считает этот памятник неотъемлемой частью своего исторического прошлого.

В Азербайджане эпос изучается с 20-х годов ХХ века. Но прокатившаяся в 1937 году вол­­на репрессий не миновала и «Деде Коркуд». Вплоть до середины 50-х годов не пре­кра­ща­­лись непре­


М Ц Н Д Я Р И Ъ А Т

С О Д Е Р Ж А Н И Е






ДИЛЧИЛИК

ЯЗЫКОЗНАНИЕ





1.

^ ABBASLI İLAHƏ MƏHƏRRƏM qızı

“Kitabi-Dədə Qorqud” dastanlarında işlənən atalar sözləri……………………………


5

2.

ABBASLI SƏYYARƏ MƏHƏRRƏM qızı

“Kitabi-Dədə Qorqud” dastanlarında rəng simvolikası..................................................


5

3.

ALLAHQULİYEVA TURANƏ NOVRUZ qızı

“Kitabi-Dədə Qorqud” dastanında toponimlər…………………………………………


6

4.

^ AЬAYEV FЯRİD

“Kitabi-Dədə Qorqud” dastanlarının dilindəki sabit

söz birləşmələri - frazelogizmlər………………………………………………………



7

5.

ƏZİZOVA RƏFİQƏ OQTAY qızı

“Kitabi-Dədə Qorqud” dastanında leksik yolla söz yaradıcılığı……………………...


7

6.

ƏLİYEVA KÖNÜL SƏXAVƏT qızı

“Kitabi-Dədə Qorqud”da elliptik cümlənin mətnyaratma xüsusiyyətləri……………..


8

7.

^ ЯMİRCANLI SЮHRAB

“Dədə Qorqud” dastanlarında leksik vahidlər………………………………………..


8

8.

ЯМИРЛИ ЯЙЙУБ

“Kitabi-Dədə Qorqud”дастанында кишиляря верилян лягябляр вя титуллар……………….


10

9.

ƏKBƏROV FƏRHAD ŞAHİN oğlu

“Kitabi-Dədə Qorqud” ensiklopediyasının strukturu və məzmunu……………………


11

10.

^ CABBARLI AYNA

“Kitabi-Dədə Qorqud” dastanında atalar sözləri və struktur-semantik xüsusiyyətləri………


11

11.

HACIYEVA AYSEL VƏLİYƏDDIN qızı

Qadın adlarının etimoloji izahı (“Kitabi-Dədə Qorqud” dastanı üzərində)……………


13

12.

ЩАЪЫЙЕВА НУРАНЯ РУСЛАН гызы

«Китаби-Дядя Горгуд»да топонимлярин изащы…………………………………………


14

13.

ЩЯСЯНОВА СЕВИНЪ РАФИГ гызы

«Китаби-Дядя Горгуд»ун орфографийасы……………………………………………..


15

14.

HÜSEYNOVA GÜLƏR ELMAN qızı

“Kitabi-Dədə Qorqud”da zaman anlamı…………………………………………….


16

15.

HÜSEYNOVA GÜLƏR ELMAN qızı

“Kitabi-Dədə Qorqud” eposunda qohumluq bildirən sözlər………………………….


16

16.

HÜSEYNLİ NAİLƏ TƏBRİZ qızı

“Kitabi-Dədə Qorqud” dastanında işlənən dialektizmlər……………………………..


17

17.

QAFAROV ARİF NAMİQ oğlu

“Kitabi-Dədə Qorqud” dastanlarında şəxs adları……………………………………..


18

18.

QAFAROVA LEYLA NAMİQ qızı

“Kitabi-Dədə Qorqud” dastanında müraciətlər……………………………………….


18

19.

ГЯЩРЯМАНОВА РЯВАНЯ ИБАДУЛЛА гызы

«Китаби-Дядя Горгуд» дастанында архаик сюзляр……………………………………..


19

20.

MIRZƏZADƏ ELLADA RƏSUL qızı

Kitabi-Dədə Qorqud dastanларinda sюzlərin fonetik xцsusiyyətləri…………………


20

21.

^ MƏMMƏDZADƏ İLAHƏ

“Kitabi-Dədə Qorqud” dastanında qadın adları……………………………………….



20

22.

MUSTAFAZADƏ NƏRMİN RAMİZ qızı

“Kitabi-Dədə Qorqud” da ümumişlək sözlər………………………………………….



22