L naziRLİYİ baki slavyan respublikasi
Вид материала | Документы |
- Kİtabxana-biBLİoqrafiya təSNİfati (Kütləvi kitabxanalar üçün qısaldılmış variantı)., 1715.55kb.
- İqtİsadİ İnkİşaf Nazİrlİyİ, 1793.97kb.
- İqtİsadİ İnkİşaf Nazİrlİyİ, 537.32kb.
- İqtİsadİ İnkİşaf Nazİrlİyİ, 495.31kb.
- Rbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ, 5402.02kb.
Musayeva Nərmin Həbib qızı
Bakı Slavyan Universiteti
Magistratura şöbəsinin I kurs tələbəsi
Еlmi rəhbər: dos. Ağayeva E.
“^ KİTABİ - DƏDƏ QORQUD” DASTANINDA QƏHRAMANLIQ
VI–VII-ci əsrlərdə formalaşan, ХII-ci əsrdə yazıya alınan “Kitabi-Dədə Qorqud” oğuz türklərinin ən böyük qəhrəmanlıq eposudur. 12 boydan ibarət olan dastanda igidlik, mərdlik, əxlaq, tərbiyə, ailə məsələləri geniş işıqlandırılmaqla, qəhrəmanlıq oğuz türklərinin mühüm xüsusiyyəti kimi göstərilir. Bütün boylar tərbiyəvi əhəmiyyətə malik olmaqla, çoxsaylı igidlik səhnələri ilə zəngindir.
Eposada mərdlik və qoçaqlığı ilə yadda qalan bir çox qəhrəmanlar təsvir olunmuşdur. Əsərdə ən çox adı çəkilən igidlərdən biri Qazan xandır. Eposun səkkiz boyunda göstərilən Qazan xan oğuz elinin başçısı Bayandır xanın kürəkəni və bəylərbəyidir. O, əsərdə igid, öndə gedən döyüşçü kimi təsvir olunur. Eyni zamanda Qazan xan vüqarlı və öz gücünə inanandır. Belə ki, Qaraca Çobanın köməyindən imtina edərək, təkbaşına döyüşə gedir, onu bərk-bərk arabaya bağlayan düşmənə gülür, qolundakı ipləri qırır. Qazan xan elin yolunda acizlik göstərib qaçanı bağışlamır, onun üçün oğuz elinin bütövlüyü müqəddəsdir. O, öz var-dövlətini də oğuzdan əsirgəmir, üç ildən bir nəyi varsa, hamısını xalqa paylayır. Boylarda gücü ilə qaplana, pələngə bənzədilən Qazan xan yenilməz bir bahadır kimi yağı ilə savaşa gedərək, təkbaşına saysız – hesabsız düşmənlərlə vuruşur.
Eposda adı çəkilən igidlərdən biri də Qaraca Çobandır. O, yuxarı zümrədən olmayan adi bir insan, çobandir. Qaraca Çoban öz sayıqlığı və qoçaqlığı ilə heç də Qazan xandan geri qalmır. Qazan xan özü də bu sadə çobanı sevir, ona rəğbətlə yanaşır. Salur Qazanın evinin yağmalandığı boyda Qaraca Çoban öz şücaəti və igidliyi ilə seçilir. Yalnız bir boyda göstərilməyinə baxmayaraq, bu surət qoçaqlığı və mərdliyi ilə dərin rəğbət doğurur, unudulmur.
Bundan başqa eposda atasını yağıların əlindən xilas edən Dirsə xanın oğlu Buğac, quldurlarla savaşan Bayburanın oğlu Bamsı Beyrək, Əzrayıla qılınc qaldıran Duxa Qoca oğlu Dəli Domrul, aslan, buğa və dəvəyə qalib gələn Qanlı Qoca oğlu Qanturalı, atasını əsirlikdən xilas edən Qazlıq Qoca oğlu Yeynək, Təpəgözü öldürən Basat, üç yüz igidlə atasına köməyə gələn Bəkil oğlu İmran, qardaşını düşməndən xilas edən Uşun oğlu Səgrək, atası Salur Qazanı əsirlikdən xilas edən Uruz və başqaları eposun yaddaqalan qəhrəmanlarıdır.
“Dədə Qorqud” boylarında bir sıra mərd, kamil, gözəl qadın surətləri də vardır. Bu qadınlar döyüşkən, safürəkli, döyüş günlərində at minib, qılınc çalan oğuz qadınlarıdır. Onlar yeri gələndə oğuz igidlərini əvəz edərək el-obanın şərəfi uğrunda vuruşurlar. Dördüncü boyda Burla xatın oğul və ərini fəlakətdən qurtararaq öz igidliyi və qoçaqlığı ilə seçilir. Beləcə boylarda analar öz uşağını və ərini qorumaq bacarığı ilə seçilir.
Mədətova Günay Şahin qızı
Bakı Slavyan Universiteti, I kurs
BM və Regionşünaslıq fakultəsi
Elmi rəhbər : professor Məmmədli А.
“^ KİTABİ DƏDƏ QORQUD ” DASTANINDA QADINA MÜNASİBƏT
“Kitabi-Dədə Qorqud” kimi möhtəşəm abidə xalqımızın eləcə də bütün türk xalqlarının dəyərlərinin möhtəbər qaynağı sayıla bilər. Bu eposun keçdiyi yolun özü də enişli-yoxuşlu və bir çox cəhətdən səciyyəvi olmuşdur.“Kitabi-Dədə Qorqud” xalqımızın şifahi xalq ədəbiyyatının bir çox nümunələri kimi ağızdan-ağıza, dildən-dilə, nəsildən-nəsilə keçərək yaşamışdır.
“Kitabi-Dədə Qorqud” dastanında qadına böyük hörmət bəslənilir. Oğuzlarda qadın müqəddəs varlıq hesab olunurdu. Onlarda “Ana haqqı - Tanrı haqqı”na bərabər tutulurdu. Oğuz elinin qadınları namuslu, ilqarlı olmaqla yanaşı, həm də döyüşkənliyi, cəsurluğu ilə oğuz ərənlərindən geri qalmırdılar.
Ozan qadınları dörd qrupa bölürdü: “birisi say solduran, birisi toy doldurandır, birisi evin dayağıdır, birisi necə desən bayağıdır”.
Türk qadını öz seçimimndə azad olmuşdur.
Türk evində qızlar, qadınlar isməti, namusu hər şeydən uca tuturdular .
Oğuz qadınları fədəkarlıqları ilə də seçilirdilər. Onlar həm də ailənin başçısı da hesab olunurdular.
“Kitabi-Dədə Qorqud”da ananın övladına məhəbbəti, onun yolunda hər şeydən keçməsi, hər çətinliyə dözməsi də əks olunmuşdur.
Dastandakı bir çox qadın obrazları dünya ədəbiyyatının nadir qadın təsvirlərindəndir.
Oğuz qadınları həm də yaxşı həyat yoldaşı, həm də övladı üçün hər şeyi qurban verməyə hazır olan ana olmuşlar.
Onlar eyni zamanda digər xalqalar ən gözəl qadınlar hesab olunurdular.
Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında audın görünür. Bu dastanda ana vətən rəmzi kimi qiymətləndirildi.
Oğuz qadınları at çapmaqda, güləşməkdə, yeri gəlsə kişilərlə məclislərdə şərab içməkdən də geri qalmırlar. Bu da onların islamdan əvvəlki adət-ənənələri saxlaması ilə bağlı idi.
Məmmədova Esmira İkram qızı
Bakı Slavyan Universiteti
Beynəlxalq münasibətlər regionşünaslıq
fakültəsi I kurs tələbəsi
Elmi rəhbər: dos. Adilov V. M.
^ «KİTABİ-DƏDƏ QORQUD» DÜNYA MƏDƏNİYYƏTİNİN NADİR ÖRNƏYİDİR
Dünyada səviyyəsindən, sayından asılı olmayaraq, folkloru olmayan xalq yoxdur və əslində bütün xalqların folklor özünəməxsusluğu təkrarsızdır: onlara qarşıqoyma, üstünlük, dərəcələmə, status mövqeyindən baxmaq yanlışdır.
Hər xalqın öz yaradıcılıq stixiyası, təbii axarı var ki, onun öz qanunauyğunluğunu tapmaq, öyrənmək, dünyanı dərk etməyin sınanmış yollarından biridir.
Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır.
Yandırılan salnamələr, yasalar, kitabələr, biliklər, unudulan qayaüstü cizgilər və rəsmlər, damğa və yazı gələnəyi folklorla çiyin-çiyinə yaşayaraq xalqın tarixini, mənəviyyatını yaratmışlar. Bu abidələrin sırasında oğuznamələr ayrıca yer tutur.
Bu günümüzə gəlib çatan müqəddimə, on iki boy – on iki oğuznamə böyük oğuz mədəniyyətini əks etdirən ensiklopedik səciyyəli çoxsaylı, çoxqatlı nadir bir ədəbi-tarixi söz sənətidir.
Şübhəsiz ki, oğuznamələr çox olmuş, Türküstanda, Qafqazda, Sibirdə, Ön Asiyada dildən-dilə gəzmişdir. Fəqət bizə Drezden və Vatikan əlyazmalarından gəlib çatan XV əsrdə başqa əlyazmalardan köçürülməsi təxmin edilən «Dədə-Qorqud Kitabı» Azərbaycan ərazisində formalaşan və coğrafi dil, üslub baxımından daha çox Azərbaycan türk dili olan ədəbi abidədir.
Xalqımızın incə yumor hissini, kinayə tərzini, qədim adət-ənənəsini, mifik fəlsəfəsini, dürlü-dürlü mərasimlərini parlaq və dolğun boyalarla ifadə edən «Kitabi-Dədə Qorqud» ölümsüz bir əsərdir.
Səmədova Dilanə
Bakı Slavyan Universiteti
Humanitar лiseyi, VII sinif
Elmi rəhbər: Kərimli M.M.
“^ KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QAZAN XAN SURƏTİ
“Kitabi-Dədə Qorqud” dastanında Salur Qazan xan “Ulaş oğlu, Tülü quşun yavrusu, bizə miskin umudu, Amit soyunun aslanı, Qaraçuğun qaplanı, Qonur atın yiyəsi, Xan Uruzun ağası, Bayandur xanın göygüsü, Qalın oğuzun dövləti, qalmış yigit arxası” kimi təqdim olunur. Oğuz bəyləri Salur (sərkərdə) Qazanı özlərinə Bayandır xandan sonra yalnız başçı, hökmdar deyil, həm də arxa, pənah sayırlar. Dara düşən igidlər ona xəbər göndərib “Qazan xan yetsin. Degil, gəlməz olsan, məmləkət pozulub xarab olur, qızım, gəlinim əsir gedir” deyirlər. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Döyüş günü “öndən təpir”, düşmən məğlub olanda qaçanı qovmur, aman diləyəni öldürmür”. Eposun bizə gəlib çatan boylarının çoxunda Qazan xan ya birbaşa iştirak edir, ya da adı xatırlanır.
Oğuz elinin birliyi, Oğuz bəylərinin səmimi münasibəti, xalqın güzəranının yaxşılığı Qazan xan üçün əsas məsələdir. Üç ildən bir ailəsini götürüb evdən çıxır, var-dövlətini dağıdır. Dayısı Aruzun bəylər arasına nifaq saldığını, Oğuz elini parçalamaq istədiyini görəndə onu öldürür. Xəyanətkarlığı bağışlamır.
Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, qadınını (halalını) ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır.
Nə qədər tədbirli sərkərdə, nə qədər igid döyüşçü, nə qədər səxavətli insandırsa, o qədər də təvazökardır.
Şirazova Günel Səfa qızı
Ağsu rayonu Ərəb Mehdibəy kənd orta məktəbinin
X sinif şagirdi
Rəhbər: Həsənova Solmaz
Elmi rəhbər: prof. Bədirxan Əhmədov
^ «DƏDƏ QORQUD » OBRAZLARI BƏDİİ DÜŞÜNCƏDƏ
«Dədə Qorqud kitabı» milli mədəniyyətimizin tarixində bir Dədə Qorqud ədəbiyyatı yaratmışdır. Bu ədəbiyyat xalqımızın iç dünyasında Oğuz bahadırlarına məxsus bir mənəviyyat havası yaratmışdır. Bu hava ilə nəfəs almış oğullar dövlət qurmaq. Millətə sahib olmaq duyğuları ilə tərbiyələnmişlər. Bu «Kitab» Oğuz tarixini vətandaş obrazına çevirmişdir.
Asif Abdullazadə «Ulu Qorqud» poemasında aşkarca Qarabağ yolunda, torpaq birliyi uğrunda mübarizəyə Qorqud övladı aşılayır. Bunlar tarix deyil, bu günün həqiqətidir:
…..Nəsil-nəsil, əsr-əsr
Yollar üstə toz qaldırıb,
Dağ başında tonqallanıb…
Bu günümlə görüşdü.
Nəbi Xəzri qadın-ana obrazını ön plana çəkdi.Şair «Dədə Qorqud» kitabındakı «Ana haqqı- Tanrı haqqı» etmik-psixoloji düsturunu əsas tutdu.
Dədə Qorqud ədəbiyyatı içərisində Səhəndin «Sazının sözü» poemasının xüsusi yeri var. Əsərin adından müşayəti ilə deyir. Bu, Dədə Qorqud qopuzunun sözüdür.
Dədə Qorqud motivində iki komediya yazılmışdır. Altay Məmmədovun «Dəli Domrul – komediyasında dastanın müvafiq boyuna müraciət edilmişdir.
İkinci komediya kamal Abdullanın «Casus» komediyasıdır. Öz «Casusi ilə Kamal Abdulla bizi Oğuzun romantik vüsətindən endirir, tarixə bu günün reallığı bucağından baxır. Oğuzu tarixən solduran məhz casus olub. Asiyada Çin casusluğu türkü içəridən palıdı qurd yeyən kimi əridir, Qərbdə həmin üsulla Avropa oğuzla qıpcağı bir-birinə qırdırıb. Bu gün də Oğuz nəvələrini casus bir-birinə salışdırıb zəif salır. Casus evlərimizə girmişdir: azərbaycanlı oğulların erməni dayılarının casusluğu ilə Qarabağı itirdik. Oğuzun nəvələri casusun bu tarixi yürüşün qarşısını ala biləcəkmi? Ancaq və yalnız bu sualı həll etməklə Oğuzun şanlı tarixini qaytara bilərik.
Yusifova Ülkər
Bakı Slavyan Universiteti
Фilologiya fakultəsi III kurs tələbəsi
Elmi rəhbər: prof, f.e.d. Əhmədov B.
“^ KİTABİ-DƏDƏ QORQUD” DASTANI QƏRB TƏDQİQATLARINDA
“Kitabi-Dədə Qorqud” xalqımızın tarixi yaddaşıdır. Bu dastan fikir tariximizin XI-XII əsrlərə aid abidəsidir. Dastanı 1512-ci ildə Yakov Reysk Drezden kitabxanasının qədim əlyazmaları siyahısına salıb. İlk dəfə elm aləminə 1815-ci ildə Henrix Fridrix Fon Dits tərəfindən tanıtdırılıb və o, “Təpəgöz” boyunu alman dilində çap etdirib.
Alman şərqşünası Teodar Neldeke dastanı alman dilinə tərcümə edir (1859), lakin çap etdirmək imkanı olmur. Həmin materialları 1892-ci ildə Almaniyada təhsil alan V.V.Bartolda verir. V.V.Bartold dastanın dörd boyunu rus dilinə çevirib çap etdirir.V.Bartold yazmışdır ki, “Kitabi-Dədə Qorqud” dastanı Qafqaz mühitindən kənarda formalaşa bilməzdi.
V.V.Bartoldun 1922-ci ildə rus dilində çap etdirdiyi dastanı “Dədəm Qorqudun kitabı” adı altında (1962) V.M.Jirmunskilə A.N.Kononov V.V.Bartoldun “Türk eposu və Qafqaz”, A.Y.Yaqubovskinin “Kitabi-Qorqud və onun erkən orta əsr türkmən cəmiyyətinin öyrənilməsində rolu”, V.M.Jirmunskinin “Oğuz qəhrəmanlıq eposu” və “Qorqudun kitabı” məqalələri ilə birlikdə çap etdirir.
Dastanın yeni Vatikan nüsxəsini Ettori Rossi tərcüməsi ilə birlikdə (1952) çap etdirmişdir. Tədqiqatçının fikrincə Drezden nüsxəsi Azərbaycan dilinə, Vatikan nüsxəsi isə Türk dilinə aiddir. Alman şəqşünası İohan Hayn dastanı Surixdə alman dilində çap etdirmişdir.
Cofrey Lyuns Londonda dastanı çap etdirmişdir (1974). ”Dədə Qorqudun müdrikliyi” adlı müqəddimədə dastanın islamiyyətdən əvvəl yarandığını və dastandakı hadisələrin Azərbaycan ərazisində baş verdiyini qeyd edir.
^ Teymurova Mahizər Vidadi qızı
Xocavənd rayon Tuğ kənd 1 saylı orta məktəbinin XI sinif şagirdi
Elmi rəhbər: f.e.n. dos. E.Ə.Şükürlü
Xocavənd rayon Tuğ kənd 1 saylı orta məktəbinin
ədəbiyyat müəllimi B.Bağırlı
^ "KİTABİ - DƏDƏ QORQUD" DASTANLARINDA
TOPONİMLƏRİN LEKSİK VƏ QRAMMATİK XÜSUSİYYƏTLƏRİ"
Тəkcə Azərbaycan xalqının deyil, bütün Turk dünyasmın möhtəşəm və əzəmətli tarixini yaşadan,onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri və həm də birincisi "Kitabi - Dədə Qorqud" eposudur.Bu söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.
Elm aləminə "Kitabi - Dədə Qorqud" eposunun iki əlyazması məlumdur.Bu əlyazmalarm biri və daha mükəmməli Almanyanm Drezden muzeyində saxlanılır.Bu əlyazma giriş və on iki boydan İbarətdir.Əsərin ikinci əlyazması Vatikan muzeyindədir.Vatikan muzeyindəki əlyazma giriş və altı boydan ibarətdir.
Dastanda bəzi toponomik adların leksik və qrammatik xüsusiyyətlərinə nəzər salaq:
Qara Tağ - burada "qara" sözü "böyük" mənasında olduğu üçün "tağ" yəni "dağ" sözündən ауп yazılmalıdır.Lakin, "Kitabi - Dədə Qorqud" un mətnində dağ adı kimi "Qaradağ" mürəkkəb isminin də işləndiyini də inkar etmək olmaz.
İç Oguz - Kürlə Araz qovşağmda (Aranda) yerləşən torpaqları əhatə etmişdir. Bayandur və Qazan xamn "divanları" burada,Mii - Qarabağ düzənliyində yerləşirdi.Bu söz abidədə I növ təyini söz birləşməsi şəklində işlənmişdir.Birinci tərəfi sifət,ikinci tərəfi isə isimlə ifadə olunan sadə söz birləşməsidir.
Taş Oğuz Qorqudşünaslıqda Şimali və Cənubi Azərbaycan vilayətləri nəzərdə tutulur,habelə gündoğar Anadolunun Van vilayəti buraya düşür. "Taş" sözü "daş" mənasmdadır.I növ təyini söz birləşməsidir.Hər iki söz ayn-aynlıqda isimdir,lakin söz birləşməsi formasında olduğu üçün sintaktik təhlil zamanı parçalandıqda birinci tərəf təyin,ikinci tərəf isə mübtəda olur.
Qalın oğuz - Böyük Oğuz dövbti: İç Oğuz və Taş Oğuz tayfalarımn birliyi, ümmniittifaqıdır. Bu birləşmə I növ təyini söz birləşməsidir. Birinci tərəfi sifət,ikinci tərəf isə isimdir.
Ala tağ - ucalıq,yüksəklik,böyüklük mənalarını verən "ala" sözü oronimin birinci komponentidir. "Ala tağ" oronimi indiki Ermənistana gedən yolun kənarında,Şirak dağı ilə bir sırada yerləşir.F.Rəşidəddinin "Oğuznaməsində" Ala tağ Tiflisin yaxınlığında göstərilir.Burada qeyd edilir ki,Gürcüstam э1э keçirən Oğuz xan 45 gün orada qalır,yaz gələndə atlan kökəldir,yay mövstimündə Ala tağa çıxır.Burada "Ala tağ" oronimi "ulu dağ" kimi də verilmişdir.Bu birləşmə I növ təyini söz birləşməsidir.Birinci tərəfi sifət,ikinci tərəfi isə isimdir.
Qazlıq tağı - "Qafqaz dağı" mənasmdadır. Bu söz II növ təyini söz birləşməsidir. Birləşmənin birinci tərəfi qeyri-müəyyən yiyəlik hal,ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmişdir. Söz birləşməsi eyni suala cavab verərək bir cümlə üzvü olur və mübtəda rolunda iştirak edir.
Yayxan - Zalqada yer adıdır.Bu söz mürəkkəb isimdir.İki müxtəlif sözün birləşməsindən yaranıb,hara? Sualına cavab verir.
Pasunik Qara Dərbənd - Ərzurumun güney səmtində,qədim Tarixçilərin Fasiana adlandırdığı yer Basian dərəsi adlanır. Lakin,Qafqazda Qaraçay - Balkar Muxtar respublikasmdakı Balkar dərəsi də Gürcü salnamələrində "Basiani" adalanırdı. Ümumiyyətlə, "Dərbənd", "Qara Dərbənd", "Dəmir Qapı" anlayışlan ilə bağlı boylardakı уег adlan ənənəvi qəlibdə oxunmamalıdır.Bu adlar altında bəzən Qafqazdakı dəryol keçidi və Orta Asiyadakı "Dəmir qapı" keçidi,bəzən də ümumiyyətlə "çətin dağ" keçidi nəzərdə tutula bilərdi. Bu söz mürəkkəb addır.Sintaktik təhlil zamanı һәг üç söz eyni suala cavab verib bir cümlə üzvü olur.
Evnük qələsi - Ərzurum səmtində Abnik - Avnik qalası olduğu ehtimal ounur.Bu söz ikinci növ təyini söz birləşməsidir.Birinci tərəfi qeyri - müəyyən yiyəlik,ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmişdir.Birləşmənin һәг iki tərəfi isimdir.Sintaktik təhlil zamanı iki söz eyni suala cavab verir və bir cümlə üzvü olur.
Başı açıq - Burada Gürcüstan və yaxud Gürcüstanın indiki Kutaisi rayonunun ərazisi nəzərdə tutulur.Bu söz mürəkkəb addır.Sintaktik təhlil zamanı cümlədə mübtəda olur. "Kitabi - Dədə Qorqud" da qeydə alınmış yer adları demək olarki,Zaqafqaziya-Azərbaycanərazisində yayılmışdır. Gəncə, Bərdə, Bayandur, Dərəşam, Dərbənd, Qaradərbənd, Şəki, Sürməli,Çeşməli, Göyçə,Qazlıq (Qafqaz dağı) Xalxal, Xaçınçay, Əlincə, Qəbələ və s. Elə bu qeyd etdiyimiz onomostik vahidlər "Dədə Qorqud" boylarmda cərəyan edən hadisələrin məhz Azərbaycan ərazisində baş verdiyini sübut edir. "Kitabi - Dədə Qorqud" dastanlannda işlənən bir sıra yer adları eyni zamanda yerinə görə tayfa və ya xalq mənasında da işlədilmişdir.
Şükürova Fəridə İmran qızı
Xocavənd rayon Tuğ kənd 1 saylı orta məktəbinin IX sinif şagirdi
Elmi rəhbər: f.e.n. dos. E.Ə.Şükürlü
Xocavənd rayon Tuğ kənd 1 saylı orta məktəbinin
ədəbiyyat müəllimi B.C.Bağırlı
^ "KİTABİ - DƏDƏ QORQUD DASTANLARINDA
QADIN OBRAZLARI NAMUS VƏ QƏHRƏMANLIĞIN TƏCƏSSÜMÜ KİMİ"
Qədim dövr Azərbaycan ədəbiyyatmın әп möhtəşəm xalq (ozan) yaradıcılığı hadisəsi olan "Dədə Qorqud" eposu qədim türk (oğuz) dastan ənənələri əsasmda Azərbaycan ərazisində I minilliyin II yarısında formalaşmışdır.
Eposun boylannı ilk dəfə düzüb-qoşan,söyləyən ozanlar ozanı, oğuzlarm kamil bilicisi Dədə Qorqud,yaxud Qorqud Ata olmuşdur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi səlnaməsi,həyat ensiklopediyasıdır. "Kitabi - Dədə Qorqud" bahadırlıq və qəhrəmanlıq simvoludur.
Oğuzlar üçün yurd vətən sevgisi,torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarmdan keçməyə hazırdılar. Oğuz elinin igidləri ilə yanaşı onların qadınlan da hər an düşməndən intiqam almağa hazır olublar.
"Dədə Qorqud" dastanlarında qadma verilən etibar və əhəmiyyət əsgi bir ənənənin xüsusiyyətlərindəndir.Qadm əsgi türk xalqlarmda kişi kimidir və onunla һәг cəhətdən ortaq bir həyat yaşayır, qadın ata minir, silah bağlayır və ərləri kimi savaşa gedir.
Selcan xatun,Burla xatun, Çiçək Banu kişilərlə bərabər ox atmaq və at çapmaqda onlardan geri qalmırdılar.
Qadın xan qızı olsa da,ən böyük şərəfi ana,xüsusən oğul anası olmaqdn. Analar balalannı özləri tərbiyə edirlər.Uşaq bir az böyüyəndən soma ona ox atmaq,ata minmək və ova getmək, savaşda qılınc çəkmək öyrədirlər.
Beblikə,qadınlar tarixən qəhrəmankq simvolu olublar.
XX əsr Azərbaycan qadınlanmn mərdliyi, mübarizliyi heç də Dədə Qorqud dastanındakı qadm surətlərindən geri qalmır. Bunlardan Salatın Əsgərova,Gültəkin Əsgərova, Qarabağlı qızı Gülbar xanrmm cəsarəti, heç vaxt biz məktəblilərin xatirəsindən silinməyəcək. Belə qadınlann Vətən yolunda öz canlarından keçməsi bu qadınların mərdliyindən хəbəг verir.
Buradan göründüyü kimi oğuz qadınlan mərddir, sədaqətlidir.Məsələn, Dəli Dornrulun qadrnı Banu Çiçək, San donlu, Selcan xatun boyu uzun Burla xatun öz ərbrinə, xalqına sədaqətli,vəfalı bir dost olması indiki müasir dövrümüzün qadınlanna bariz nümunədir. Beləliklə, istər Dədə Qorqud dastanındakı qadmlann mərdliyi,istərsə də,bu dövrümüzün cəsur və mərd qadınlanmn qəhrəmanlığı bu gün də aktual mövqedə dayann,geniş oxucu kütləsinin diqqət mərkəzində olaraq sevilə-sevilə oxunur. Belə qəhrəman qadınlanmız gələcək nəsillərə bir örnəkdir. Bir məktəbli kimi mən və mənim həmyaşıdların həmişə vətən yolunda öz canımızdan кеçməyə hazırıq.
^ Аквердиева Гюльнар Яшар кызы
Бакинский славянский университет
Педагогический факультет, II курс
Научный руководитель: Тагиева А. Т.
^ ПОДГОТОВКА УЧЕБНОЙ ЛЕКЦИИ НА МАТЕРИАЛЕ «ТАЙНЫ ДЕДЕ КОРКУД»
В условиях кредитной системы обучения актуальным стало практикование в вузах учебных лекций, которые способствуют формиравнию у студентов навыков самостоятельной научной работы. Занятия по академическому чтению и письму создают возможность для осуществления данной задачи. Подготовленная в письменной форме и доводимая до слушателя в устной форме учебная лекция - один из приемов совершенствования навыков ораторского искусства студентов. Учебная лекция может иметь разнообразные формы: комментарий /лингвистический, пропедевтический/, подытоживание коллективной работы/ экскурсии/, показательный разбор темы/ произведения, партитуры текста/.
2. Учебная лекция может проводиться в форме устного рассказа, высказывания, выступления. В процессе её подготовки соблюдаются основные этапы: определение темы, задачи и цели лекции; отбор и систематизация материла; составление плана и определение манеры речи. При этом автор лекции включается в ролевую игру, требующую авторства, как в плане письменного воплощения замысла, так и в звучащем слове/автор-оратор/.
3. В подготовке учебной лекции мы в основном опирались на труд профессора К. Абдуллаева «Тайны» Деде «Коркуд»,который представляет обширный и благодатный материал для размышлений. Раскрывая глубинные философские тайны этого древнего памятника слова XVI века он пошагово проливает свет на «черную дыру» беспамятства. Из представленных трех разделов монографии/ «Таинственный Дастан», «В поисках инвариантов». «Семантические лакуны текста» / особо интересной для нас оказалась параллель « Отцы и дети». Анализ содержания позволил выделить несущие моменты мифологической педагогики составить план выступления, сгруппировать лексический ресурс лекции. Естественно, что жанр источника во многим определяет манеру как художественно- логическую и произносительную сторону речи с использованием средств выразительности. В лекции разрабатывается морально этическая сторона отношений Бекил- Гараджа Чабан, Газан Хан-Турал, Деде Коркуд- Азер.