L naziRLİYİ baki slavyan respublikasi

Вид материалаДокументы

Содержание


Kitabi-dədə qorqud” dastanlarinda qazan xan
Kitabi-dədə qorqud”da “avesta” motivləri
Kitabi-dədə qorqud” dastaninda ölümsüzlük motivi
«kitabi-dədə qorqud» eposunda məhəbbətin tərənnümü
Kitabi-dədə qorqud” mühacirət ədəbiyyatşünasliğinda
«kitabi-dədə qorqud» dastanlarinda ana surəti
Kitabi-dədə qorqud” eposunda qadin ucaliği
«nibelunqlar haqqinda nəğmə»
Kitabi-dədə qorqud”da islam düşüncəsinin əks olunmasi
Подобный материал:
1   2   3   4   5   6   7   8   9   10

Kitabi Dədə Qorqud Oğuz türklərinin ən ulu, ən möhtəşəm abidəsidir. Epos oğuzların dövrünün doğulduqları gündən qocalanadək, məişət həyatından doğma torpağın iqtisadiyyatı uğrunda mübarizəyədək, ictimai həyatın bütün sahələrinə sirayət edən «igidlər əsri» kimi təsvir edir. Bu, hərbi şöhrət, qüdrət və qələbələr əsridir. Bu barədə qəhrəmanların doğulması, qocaman və gənc igidlərin – nəinki fiziki cəhətdən, həm də ruhən güclü olan, ümumi mənafelərin və ilk növbədə torpaqlarının,onun bütövlüyünün və azadlığının öz qələbəsinin, və müstəqilliyinin rəmzi kimi hökümdarın şərəfini, öz əcdadının adət və qaydalarının müdafiəsi keşiyində duran insanların haqqında dastanlar söyləyən xalq müdriki və hər şeyi qabaqcadan görən Dədə Qorqudun söyləmələri şəhadət verir. Eposdan məlum olur ki, qəbilələrarası və qəbilədaxili münasibətlər qarşılıqlı yardım prinsipi və Bayandur xanın ali hakimiyyətinə tabelilik əsasında qurulmuşdu. Qarşılıqlı kömək və yardım münasibətləri boylarda qabarıq şəkildə tərənnüm edilir.


«Salur Qazanın» evinin yağmalanması boyunda – Salur Qazan təkbaşına dü şmənin üzərinə gedir. Bundan xəbər tutan çöl və iç oğuz igidləri birləşərək Qazan xanın köməyinə gəlirlər. Birlikləri qəhrəmanlıqları nəticəsində düşməni məğlub edən oğuz igidləri Salur Qazanın ailəsini, qəbilə üzvlərini azad edir və sərvətini geri qaytarırlar. Analoji epizod digər boylarda – «Qazılıq Qoca oğlu Yeynək» boyunda da verilir. Qazılıq Qocanın əsirlikdən azad edilməsi üçün Bayandur xanın əmrinə əsasən 24 nəfər görkəmli bəy Qazılıq Qocanın oğlu Yeynəklə sıx birləşir. Ümumi düşmənə qarşı sıx birlik və qəhrəmanlıq nəticəsində Qazılıq Qoca əsirlikdən xilas olunur. Oğuz igidləri həmdə torpağına, şərəf və ləyaqətinə qəsd düşmənlərə qarşı sıx birləşərək misilsiz şücaət və qəhrəmanlıqlar göstərirlər. Buna görə də, «Kitabi Dədə Qorqud» bahadırlıq vəç qəhrəmanlıq dastanı hesab etmək olar. Oğuz cəngavərlərinin hünərini. Dəyanətini mərdlik və sədaqətini tərənnüm edən bir abidədir. Bu cəngavərlər öz qəhrəmanlıqları sayəsində düşmənlərə və təbiətin kortəbii qüvvələrinə qalib gəlirlər. Bu igidlər heç vaxt məğlub olmurlar, məğlub olanda da bu məğlubiyyət müvəqqəti olur, onlar Həmişə düşmən üzərində qələbə çalırlar.

Dədə Qorqud Oğuznaməsində adı çəkilən müsbət kişi qəhrəmanları üç nəslin nümayəndələridir. Yaşlı, orta və cavan nəsildən ibarət qəhrəmanlardır.

Bir sözlə, «Kitabi – Dədə Qorqud» eposu qədim bir xalqın öz yurdu, milli şərəfi, ləyaqəti uğrunda qəhrəmanlıq mübarizəsinin yüksək bədii ifadəsidir.


Hüseynov İqbal İslam oğlu

Xocavənd rayonu 1 saylı orta məktəbin IX sinif şagirdi

Elmi rəhbər: f.e.n., dos. Şükürlü E.Ə.

İbrahimov H.Ş.


^ KİTABİ-DƏDƏ QORQUD” DASTANLARINDA QAZAN XAN,

QARACA ÇOBAN VƏ URUZ OBRAZLARI


«Kitabi-Dədə Qorqud» dastanı Azərbaycan xalqının gəlib-keçmiş ən qədim dastan­la­rынdan biridir. Dastanda Qazan xan obrazı ən qüvvətli obrazlardandır. Qazan Xan Oğuz eli­nin başçısı, xanlar-xanı Bayandur xanın kürəkənidir. Onun igidliyindən 3 boyda danışılır. Məzmundan aydın olur ki, Qazan xan Oğuz elinin sərkərdəsidir. Onun vəzifəsi Oğuz elini xarici düşmənlərdən qorumaqdır. Dastanda Qazan xan mərd, vüqarlı, döyüşkən və qorxmazdır. Qazan xan çox ədalətlidir, hamıya eyni gözlə baxır.

Qazan xanla yanaşı Qaraca Çoban da çox məharətli bir döyüşçüdür. Qaraca Çoban eposun yalnız bir boyunda iştrak etsə də, çox böyük şücayətlər göstərir. O ilk növbədə sa­yıqlığı və qoçaqlığı ilə seçilir. Qazan xanın obasına düşmənlər gecə hücum edərkən Çoban işini ehtiyatlı tutur: qardaşları Qabangüclə Dəmirgücü yanına çağırır və qoyunlar olan yerin (ağılın) qapısını bağlayır. Düşmənlər Çobana bəylik təklif edilər, lakin Çoban razı olmayır, onların hiyləsınə düşməyir və sapandı ilə döyüşərək üç yüz düşməni öldürür. Düşmənlə döyüşdə Qaraca Çoban qardaşlarını itirir. Sonra o, Qazan xanla birləşərək qardaşlarının qisasını almaq üçün düşmənlə döyüşür və igidlik göstərir.

Dədə Qorqud boylarında oguz igidlərinin ən səciyyəvi nümayəndələрindən biri də Uruzdur o qorxmaz, cəsur, əyilməz bir döyüşçüdür. Uruz Qazanxanın oğludur. Atası Qaxanxanın uğrunda vuruşaraq onu əsirlikdən qurtarır. Özü yağıya əsir düşəndə isə oğuz elinin şərəfini uca tutur. Anasının ləyaqətinin taptanmaması üçün tərəddüд etmədən tikə-tikə doğranmağa razı olduğunu bildirir. Uruz anasını da namusla yaşamağa çağırır.

Həsənov Şəhriyar

Bакы Sлавйан Uниверситети

Филолоэийа факцлтяси AJ-106

Elmi rəhbər: fil.e.d. Mustafayev T.


^ KİTABİ-DƏDƏ QORQUD”DA “AVESTA” MOTİVLƏRİ

  1. Azərbaycan xalqı tarixən qədim xalqlardan biridir. Onun zəngin və qədim mə­də­niy­­yə­ti vardır. Təsadüfi deyil ki, dünyanın qədim mədəniyyət abidələrindən Avestanın və Ki­tabi-Də­də Qorqudun adları Azərbaycan xalqı ilə bağlıdır.
  2. “Avesta”nın Azərbaycan türklərinə mənsubluğu bir sıra tədqiqatçılar tərəfindən mü­ba­hisəli qarşılansa da, bu abiдələr arasındakı paralellər əksini sübut edir. “Avesta” qə­dim azər­baycanlıların, “Dədə Qorqud” isə илкин орта яср azərbaycanlıların eposudur. Hər iki əsərin ya­randığı məkan və hadisələrin cərəyan etdiyi ərazi Azərbaycandır.
  3. Atəşpərəstlərin peyğəmbəri Zərdüştün, Oğuzların ağsaqqalı Dədə Qorqudun hik­mət­ləri arasında çoxsaylı paralellər aparmaq olar. Hər iki cəmiyyətin inamları, etiгaдları, əxlaqı ara­sında oxşar cəhətlər çoxdur.
  4. «Kitabi-Dədə Qorqud»da odla bağlı inamlara, atəşpərəstlik izlərinə rast gəlinir. Oğuz­лар xalqı artıq islamı qəbul etsə də, şamanlıqla yanaşı atəşpərəstliyin də müəyyən cə­hət­lə­rini qoruyub saxlayır.



İskəndərova Цlviyyə Rюvşən qızı

Бакы Славйан Университети

BM və regionşünaslıq факцлтяsi II kurs

Елми рящбяр: Adilov V.


^ KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA ÖLÜMSÜZLÜK MOTİVİ


Tanrı öz bəndəsini ölümlə sınağa çəkir. Ona ölümsüzlüyün gücünü ölümlə öyrətmək istəyir. Ölüm insan üçün sadədirmi, yoxsa ölümsüzlük ölümlə müqayisə ediləcək qədər mürəkkəbdirmi? Yaradılan hər bir şeyin ölümlə məhkum olunduğunu bilirik. Ancaq ölümün məğlub edə bilmədiyi bir yüksək zirvə var ki, bu da ölümsüzlükdür. Bu zirvəyə “Kitabi-Dədə Qorqud” dastanındakı boyları misal göstərə bilərik. Dəli Domrulun həyat yoldaşı vasitəsilə yüksəldiyi zirvənin, Basatın Təpəgözə qalib gəldiyi anın, Buğacın ana südü, dağ çiçəyi ilə qazandığı qüvvənin adı da məhz ölümsüzlükdür. Tanrı insanlara Dəli Domrulun, Basatın, Buğacın simasında ölümsüzlük yollarını göstərir. Bu yolda baş verə biləcək çətinliklər sırf onların yüksək zirvəyə çatmağı üçündür.

Ölümsüzlük sevginin uzun ömrü, sədaqətin güzgüsüdür. İnsanın sevdikləri ilə ölüm qorxusu olmadan bir yerdə yaşaması ölümsüzlüyün adıdır.

“Kitabi-Dədə Qorqud” dastanının ilk boyu “Dirsə xanın oğlu Buğac” haqqındadır. Bu boyda Buğacın ana südü və dağ çiçəyi ilə ölümdən qurtulması, atası Dirsə xanı düşmənlərdən azad etməsi birinci boyun ölümsüzlük motivinə misal ola bilər.

Dastanın “Dəli Domrul” boyunda Dəli Domrul ölümlə üz-üzə gəlir, lakin həyat yoldaşının bir an belə düşünmədən öz canını ona fəda etməsi dastandakı ölümsüzlük motivini bir daha sübut edir.

Növbəti ölümsüzlük motivi «Basatın Təpəgözü öldürməsi» boyunda əks olunub. Daima öz igidliyi, qəhrəmanlığı ilə seçilən Basat Oğuz elinin məşhur igidlərindən idi. O, Oğuz elində kiçik yaşlarından etibarən at çapır, qılınc oynadır, öz igidliyinə görə seçilirdi.

Bütün təhlükələrə qarşı mübarizə aparan Oğuz eli çox böyük təhlükəli düşmənlə mübarizə aparmaq məcburiyyətində qalır. Bu boyun qəhrəmanı Basat bütün Oğuz elini cana doyduran, yarıinsan, yarıvəhşi Təpəgözə qarşı mübarizə aparır, Oğuz elini müdafiə edir və bu çətin mübarizədə qələbə çalır.

Buradan belə nəticə çıxarmaq olar ki, insan ölümsüzlüyü çox yaşamaqda deyil, sevgidə, igidlikdə, sədaqətdə axtarmalıdır.


İsmayılova Günay

Bakı Slavyan Universiteti

Elmi rəhbər: Adilov V.


^ «KİTABİ-DƏDƏ QORQUD» EPOSUNDA MƏHƏBBƏTİN TƏRƏNNÜMÜ


Azərbaycan ədəbiyyatında ta qədim dövrlərdən müasir dövrədək məhəbbət mövzusu aktual bir mövzu olmuşdur. Məhəbbət mövzusu, «Kitabi-Dədə Qorqud»da da geniş yer tutur. Dastanda məhəbbət çox şaxəlidir. Burada valideyn-övlad arasında bağlılıq, vətənə sevgi, aşiqin məşuqə sədaqəti, ülvi məhəbbəti əks olunmuşdur.

Eposda «Salur Qazanın yağmalanması» boyunda Qaraçuq çobanın igidliyi, «Basatın Təpəgözü öldürməsi» boyunda Təpəgözü öldürüb bütün Oğuz elini xilas etməyi, İmranın dastanında Bəkilin Oğuz elinin sərhədlərində keşik çəkməyi, düşmən basqını zamanı İmranın Oğuz elinin sərhəddini düşmənlərdən qorumağı, vətənə olan məhəbbətin tərənnümüdür.

Valideyn-övlad bağlılığı, anaya, ataya, böyüyə hörmət Buğacın dastanında anasının oğlunu xilas etməsi, «Salur Qazanın evinin yağmalanması» boyunda Salur Qazanın öz ailəsini əsirlikdən xilas etməsi, döyüşdən əvvəl Söklü Məlikdən anasını istəməsi, Bamsı Beyrəyin dastanında barmağını qanadıb atasının gözünə vurmaqla gözlərinin açılması, «Uruzun dustaq olduğu» boyda oğlunun arxasınca gedən Salur Qazanın qayıdışını gözləməyə səbri çatmayan Burla Xatun Salur Qazanın izi ilə oğlunun ardınca gedir, Qan Turalının dastanında ata-anasının Qan Turalının Trabzondan sağ-salamat Oğuz elinə qayıtmağını gözləməyi, Yeynəyin dastanında Beyrək 16 il Düzmürd qalasında dustaq olan atası Qazlıq qocanı xilas edir, «Dış Oğuzun İç Oğuza ası olması» boyunda Uruz atası Salur Qazanı əsirlikdən azad edir.

Eposda aşiqlə məşuqun bir-birinə sədaqəti Bamsı Beyrəyin dastanında Banuçiçəyin Beyrəyə olan sevgisində, «Dəli Domrulun» boyunda arvadının öz canını dəli Domrula qurban etməsi, Qan Turalının dastanında Qan Turalının Trabzona gedib Sarı donlu Selcan Xatunu almaq üçün 3 heyvanla (qara buğa, qoğan aslan, qara buğra) vuruşması, Oğuz elinə dönərkən döyüş meydanında yaralanan Qan Turalını ölümdən xilas edən Selcan xatun ona olan ülvi məhəbbətindən xəbər verir, Səgrəkin dastanında qardaşını dustaqlıqdan azad etməyə gedən Səgrəki arvadının gözləməsi ona sadiqliyini bildirir.


Quliyeva Samirə Cabir qızı

Bakı Slavyan Universiteti, 408 груп тялябяси

Elmi rəhbər: dos. İmaməliyeva L.M.


^ KİTABİ-DƏDƏ QORQUD” MÜHACİRƏT ƏDƏBİYYATŞÜNASLIĞINDA


Azərbaycan və ümumən Oğuz türklərinin qədim mədəniyyətinin ilk abidələrindən olan “Kitabi-Dədə Qorqud” eposu mühacirət ədəbiyyatşünaslığının da diqqət mərkəzində olmuş, onun haqqında maraqlı tədqiqatlar yaranmışdır.

Mühacirət ədəbiyyatşünaslığının “Kitabi-Dədə Qorqуd”la bağlı araşdırmaları ayrı-ayrı mo­noqrafiyalarla yanaşı, “Yeni Qafqazya”, “Odlu yurd” (İstanbul), “Qurtuluş” (Бerlin), “Azər­­baycan” (Ankara) və başqa mətbu orqanlarının səhifələrində dərc olunmuşdur.

Azərbaycan ədəbi və siyasi mühacirlərinin tanınmış nümayəndələri- Məmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə və başqalarının tədqiqatlarında “Kitabi-Dədə Qorqud”un ideya-məzmun, bədii-estetik aspektləri araşdırılmışdır.

Azərbaycan mühacirət ədəbiyyatşünaslığında “Kitabi-Dədə Qorqud” eposunun araşdırılmasından danışarkən M.Ə.Rəsulzadənin tədqiqatlarına xüsusi diqqət yetirilməlidir. M.Ə.Rəsulzadə Moskvada yaşadığı illərdə dastanın rusca tərcüməçisi akademik V.V.Bartoldla əlaqə saxlamış, əsərdəki bəzi sözlərin izahı və tərcüməsi prosesində ona dəyərli məsləhətlər vermişdir.

M.Ə.Rəsulzadə mühacirətdə olduğu illərdə dastanla bağlı araşdırmalarını davam etdirmiş, “Dədə Qorqud dastanları”, “Dədə Qorqud oğuznamələri” kimi maraqlı məqalələr qələmə almışdır.

“Kitabi-Dədə Qorqud” eposunun tədqiqində dünya şöhrətli türkoloq Əhməd Cə­fər­oğ­lu­nun redaktorluğu ilə İstanbulda nəşr olunan “Azərbaycan yurd bilgisi” dərgisinin böyük xid­mətləri olmuşdur.

Görkəmli türkoloq Ə.Cəfəroğlu müxtəlif səpkili tədqiqatlarında “Kitabi-Dədə Qor­qud”a müraciət etmişdir. Müəllif “Türk qövmləri” adlı tədqiqatında “Manas”ın yaranma ta­ri­xindən danışarkən onun “Dədə Qorqud”la eyni dövrün məhsulu olduğunu vur­ğu­la­mış­dır. O, “Dədə Qorqud”dakı Burla xatun obrazını “Manas”dakı qəhrəman qızların prototipi ki­mi səciyyələndirmişdir.

Azərbaycan mühacirətini təmsil edən digər ədəbiyyatşünasların- Mirzə Bala Məmmədzadənin “Dədə Qorqud”, Hüseyn Baykaranın “Dədə Qorqud kitabı üzərində notlar” adlı məqalələrində də dastanın mövzusu, yaranma tarixi, ideya-bədii xüsusiyyətləri haqqında danışılmışdır.


Quliyeva Çinarə Rəhman qızı

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə İTPM şöbəsi, II kurs tələbəsi

Elmi rəhbər: N.A. Xəndan


^ «KİTABİ-DƏDƏ QORQUD» DASTANLARINDA ANA SURƏTİ


Türk xalqlarının ədəbiyyat tarixində səsi uzaqlardan gələn, işığı ilə tarixləri yarıb keçən yenilməz bir dastan var: «Kitabi-Dədə Qorqud»! «Kitabi-Dədə Qorqud» milli mədəniyyətimizin, qədim türk bədii-təfəkkürümüzün ən qiymətli nümunələrindəndir.

Bildiyimiz kimi, bu dastan 12 boy 1 müqəddimədən ibarətdir. Xalqımızın tarixini, uzaq keçmişini təsdiq edən bir çox sübutlar (faktlar) kimi «Kitabi-Dədə Qorqud»da ilk dəfə dünya ədəbiyyatına əcnəbi əlləri ilə təqdim olunmuşdur. 1815-ci ildə Fridrix Dits tərəfindən Drezden Kral kitabxanasından götürülmüş və ictimaiyyətə çatdırılmışdır. Bəlkə də başqa millətlər bu dastanın gözəl dilini anlaya bilməzlər. Hətta bu əsərin tərcüməsi də çox çətin və qəliz olar. Məhz bunlar bir daha sübut edir ki, Dədə Qorqud öz qopuzundan süzülən havalarda ulu nənələrimizin, babalarımızın şirin dilini bizə anlatmışdır. Bizim milli ruhumuz bu dastanın dərinliklərində özünü, sözünü, soyunu tapır. Demək olar ki, bütün dünyanın təqdir etdiyi bizim ailə dəyərlərimiz məhz bu dastana köklənir. Hər bir gənc ailə öz övladına hörmət, qayğı və namus kimi dəyərləri Dədə Qorqudun sözlərindən bəhrələnərək başa sala bilər.

Burada real, mübaliğəsiz verilən əsas bir obraz var ki, o da anadır. Məncə Dədə Qorqudun vaxtından indiki dövrə qədər bütün analarda olan keyfiyyətlər bu obrazda cəmlənmişdir. Həm Burla Xatun, həm Dirsə xanın xatunu, hətta Dəli Domrulun anası belə real həyatdan götürülmüş analardır. Sanki Dədə Qorqud bu qadınların fərqliliyini göstərməklə bizə həyatın hər üzünü təlqin edir.

Burla xatun bizə fədakar, ən başlıcası isə namus, qeyrət mücəssəməsi, bir sözlə Qazan xana layiq qadın, oğuz elinin isə layiqli anasıdır. Ulu Ozan bu qadının fərqli cəhətini belə göstərmişdir ki, o sadəcə övladını sevən bir ana deyil, o, yenilməz qüdrətli Oğuz dilinin mənəvi anasıdar. Həm döyüşçü, həm xanım, həm də övladını öz elinin namusuna qurban verəcək qədər böyük anadır! Daha bir nümunəvi ana obrazını Dirsə xanın xatununun timsalında görə bilərik. Buğacın anası ana obrazını hər birinmizə dəqiqliklə izah edir. Onun həssaslığı, övladına bağlılığını Buğac üçün etdiyi fədakarlığında görə bilərik. «Ana ürəyi dağ çiçəyi» məsəlini hətta indiyə qədər gündəlik həyatımızda işlətməyimiz əbəs yerə deyil. Yəni ki, öz övladı üçün südünün məlhəm olması ananın necə uca bir zirvə olduğunu bir daha sübut edir. Əvvəldə qeyd olunduğu kimi, bu dastan həyatiliyi və əsl insan xislətinə xas olan bütün xüsusiyyətləri göstərir. Məsələn: qadınların 4 qrupa bölünməsi, onların yaxşı və pis cəhətlərinin aşkarlanmasını qeyd etmək olar. Biz isə bu əsərdə məhz ana surətini təhlil etdiyimizə görə fərqli olan Dəli Domrulun anasını da qeyd etməliyik. O biri qadınlardan bu obraz özünü sevməsi və övladına fədakar olmaması ilə seçilir. Burada Dədə Qorqud həyatda hər şeyin müsbət olmadığını və bu dastanın nağıl olmadığını sübut edir.

Hər halda əsl ana xüsusiyyətləri burada özünü bütün gözəlliyi ilə göstərir və sübut edilir ki, insanı təmannasız sevən yeganə varlıq anadır.


Kərimova Gülnar Güloğlan qızı

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə, İTPM III kurs

Elmi rəhbər: Qafarova S.


^ KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDA QADIN UCALIĞI


Qadın – böyük qüvvə! Yaradılanların ən alisi! Dahilərin anası!

Ədəbiyyat tariximizdə qadının fəxri mövqeyi vardır. “Aslanın erkəyi, dişisi olmaz” deyən dahi Nizaminin bütün yaradıcılığı bunun ən gözəl nümunəsidir. Qadına olan belə münasibətin kökü, əlbəttə ki, xalqımızın şanlı keçmişindən, şifahi xalq ədəbiyyatımızın gözəl nümunələrindən irəli gəlir. Tomris, Tutibikə, Həcər kimi onlarca azəri qadınının tarixin silinməz səhifələrinə yazılmış həm şifahi, həm də yazılı klassik ədəbiyyatımızın ölməz obrazları kimi tərənnüm edilmişdir.

Tarixi-qəhrəmanlıq səlnaməmiz olan “Kitabi-Dədə Qorqud” boylarında da qadınlar məhz belə bir qəhrəmanlıq mövqeyində durur. Eposda qadınlar kişilərdən geri qalmayan müstəqil surətlər kimi göstərilib. Burla xatun, Banuçiçək, Selcan xatun, Dirsə xanın arvadı, Dəli Domrulun sadiq xanımı və b. tanınmış qadın surətləridir. Qadınlar təsvir edilən hadisələrin ən fəal aparıcı qüvvələrindəndir.

Dastandakı qadın obrazları haqqında danışarkən ilk növbədə əsərdə qadınlığın ümumi mövqeyindən, analıq şərəfindən, döyüşdəki igidlиklərindən, at çapmaqda, oх atmaqda kişilərdən geri qal­mamaqlarından, saf məhəbbət, ailə namusu və vəfadarlıq, sadiqlik kimi yüksək bəşəri xüsusiy­yət­lərdən danışmaq lazımdır.

“Kitabi-Dədə Qorqud” boylarında hər şeydən önдə Anadır. Bu yüksək ad bütün boylarda qürurla səslənir. Nə eşq, nə məhəbbət, nə gözəllik – heç bir başqa hiss bu adın qarşısında dayana bilmir. Dastanda “Ana haqqı, Tanrı haqqı”na bərabər tutulur, ana müqəddəsləşdirilir. Oğuz qadınları yüksək şərəfi, namusu, saf sevgi uğrundakı dəyanətləri, dözümlülükləri və sədaqətləri ilə bu mövqeyə yüksəlmişlər.

Dastandakı qadınlar kişilər kimi mərddir, mübarizdirляр. Qadınlar at minən, ox atan, hünərli, cəsur qadınlardır.

Dastanın əsas motivlərindən biri də arvadın ərə, ananın oğula, bacının qardaşa məhəbbəti, nişanlı qızların sədaqətidir.

Beləliklə, dastanda qadın yüksək mövqedə durur.


Kərimova Vüsalə Səid qızı

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə İTPM şöbəsi III kurs

Elmi rəhbər: Qafarova S. H.


^ «NİBELUNQLAR HAQQINDA NƏĞMƏ»

DASTANININ MƏNŞƏYİ VƏ ALMAN XALQININ ADƏTLƏRİ


Əgər Avropa ədəbiyyatından kənara çıxmasaq onda «Alman xalqının «Nibelunqlar haqqında nəğmə» dastanını Homerin «Roland haqqında nəğmə», «İqor polku haqqında dastan» və Dantenin «Əsrarəngiz komediyası» ilə bərabər tərzdə tutmaq olar.

«Nibelunqlar haqqında nəğmə» dastanı XIII əsrdə nəinki Almaniyada həmçinin bütün qərbdə yarandı və yaranması ilə də məşhurlaşdı. Dastan oyanışın, dirçəlişin əsasını təşkil etdi. 20 il ərzində 1190-cı ildən 1210-cu ilə qədər Qartmanın, Volframın və Qotfridin məşhur əsərləri yarandı. Lakin «Nibelunqlar haqqında nəğmə» bütün bu əsər­lərdən fərqlənirdi. Bu fərq əsasən ondan ibarət idi ki, dastan digərlərindən fərqli ola­raq fransız çarlığının romanı əsasında yaranıb. Bütün bunlar dastanda bir-birilə əlaqələnir və bunlar dastanı alman poeziyasının mərhələləri ilə bağlayır.

Dastandan çoxlu əlyazmalar saxlanılıb 33 və ya 34 əlyazmanın saxlanılmasını biz XVI əsrdə yaşamış alman humanisti Volfanqın yazılarından görə bilərik. Ən qədim əlyazma XIII əsrin başlanğıcına ən sonuncu isə XVI əsrə aid edilir. Bəzi əlyazmalar arasında müəyyən yaxınlaşmalar olduğu aydın hiss olunur. Belə ki, əsas 3 əlyazma qeyd olunur. Bunlar aşağıdakılardır.

1. A – Xoenem-Munxın əlyazması – XIII əsrin başlanğıcı.

2. B – Sant Qalen əlyazması – XIII əsr.

3. C – Xanem-Lasberq əlyazması – XIII əsrin sonu.

«Nibelunqlar haqqında nəğmə» dastanının ümumi materialı və dastanda Qərb və Şərqlə bağ­lı deyilən deyimlər. V.M.Jirmunskinin kitabında öz əksini tapıb. Bu kitab «Milli qəh­rə­man­lıq dastanı» adlanır.

İlk dəfə «Nibelunqlar haqqında nəğmə» rus dilinə tamamilə M.İ.Kudrayaşev tərəfindən tər­cümə olunub. Bundan sonra dastan yenidən tamamilə rus dilinə tərcümə olunmayıb. Das­tan haqqında danışdıqda isə bunları qeyd etmək olar. Kral – Senyor – Vassal əlaqələri das­ta­nın orta əsrlərə aid olduğunu sübut edir. Dastanda baş verən hadisələr Reyn çayı kənarında, Vorms şəhəri yaxınlığında baş verir.

Dastanın bizə XIII əsrdə gəlib çatmasına baxmayaraq bəzi köhnə mənbələrdə Latınca nəğ­mələrdə daha qədim bölümlərin olduğu nəzərdən qaçmır. Dastanda Pagon adət-ənə­nə-ləri də əks olunub. Dastan Orta əsrə aid olduğu üçün onu danışanın və danışdıqca əsərə zövq bəxş etməsi, incəlikləri düşünüb qeyd etməsi bu əsərdə nəzərə çarpır. Bu dastanda Xristian di­ninə sitayiş edən xalqların adət-ənənələri əks olunub. Beləliklə «Nibelunqlar haqqında nəğ­mə» dastanı Qərbdə və Şərqdə özünəməxsus yer tutub.


Məstəlili Şəbnəm

Bakı Slavyan Universiteti

Filologiya fakültəsi

Elmi rəhbər:dos.R.Kamal


^ KİTABİ-DƏDƏ QORQUD”DA İSLAM DÜŞÜNCƏSININ ƏKS OLUNMASI


Tariximizin dərin qatlarında türkün tərcümeyi-halı olan “Dədə Qorqud” dastanının ən maraqlı məqamlarından biri də türkçülüyün adət-ənənəsi, məişəti, həyat tərzi ilə harmoniyalaşdırılmış məhz islam mo­tivləridir. Dastanın aid olduğu dövrlə bağlı hələ də tədqiqatçılar arasında mübahisənin səbəbi, həm­çi­nin mətnlərin həm islam təfəkkürü­nü, həm də ondan əvvəlki inanc sistemini özündə birləş­dir­məsidir.

T.Hacıyev “Kitabi-Dədə Qorqud”da eyni zamanda türklərin ən qədim inanclarının da əks olun­ma­sı baxımından belə hesab edir: ”Bu kitabı Dədə Qorqud, ya qorqudçu ozan yox, dastanı islamlaşdıran dahi sə­nətkar-islamçı “redaktor” təqdim etmişdir. ”Bu fərziyyəni əsas götürsək, belə nəticəyə gəlmək olar ki, das­tanın tarixi əvvəlki dövrlərə aid olub və islama qədər və islamın sonrakı mərhələləri də daxil olmaqla bir şifahi nümunə olaraq dəyişdirilə-dəyişdirilə və hər dövrün tələbinə uyğun inkişaf edərək öz varlığını qo­rumuşdur.

“Giriş”də Dədə Qorqudun dili ilə Allahın adı ilə başlanğıc, Hz.Məhəmməd, Hz.Əbu Bəkir, Hz.Əli və oğulları, Hz.Osmanın, Məkkə kimi müqəddəs yerlərin və digər dəyərlərin öyülməsi verilir: ”Bismillah ir-rəhman ir-rəhim və bihi nəstəin; Tanrı dostu, din sərvəri Məhəmməd görklü. Muhəmmədin sağ yanında namaz kılan Əbu Bəkir Sıddık görklü. Kılıç çaldı, din açdı, şahı-mərdan Əli görklü. Əlinin oğulları, Peyğəmbər nəvalələri, Kərbəla yazısında yezidilər əlində şəhid oldı, Hasan ilə Hüseyin iki kardaş bile görklü.

Dədə-Qorqudun xeyir-dualarının əksəriyyəti Yaradanın və Hz.Məhəmmədin adı ilə bitir: ”Allah verən umudun üzülməsin! Yığışdursun, durışdursun, Adı görklü Məhəmməd Mustafa yüzi suyına bağışlasun, xanım, hey!”.

İslamda imanın vacibliyini nəzərə çatdıran cümlələrə də dastanda rast gəlinir: ”Ahır sonı aru imandan ayurmasun. Yohsa göksündə yokmıdur iman”.

Qurandan “İxlas” surəsini xatırladan sözlərin işlənməsi, Allaha məxsus sifətlərin öyülməsi, islamda “Ən böyük adlar”adı ilə tanınan və mənası etibarilə həm Allahın bütün simalarının vəsf olunduğu, həm də Tanrıdan arzu edilənlərdən, dualardan ibarət olan “İsmi-əzəm” duasının adının çəkilməsi dastanda islami ünsürləri daha da qabarıq əks etdirir: ”Dədənin anısı anıtdı. Tanrıya sıqındı. İsmi-əzəm oqıdı. Yucalardan yucasan, Kimsə bilməz necəsən, Görklü Tanrı! Sən atadan olmadın, Anadan doğulmadın. Hak Taala atamın könlinə rahmət eyləsə. Ya Rab noldı? Kadir Tanrı səni namərdə möhtac eyləməsün. Sana sıqındum cömərdlər cömərdi Qani Tanrı, mədəd didi”.

Dastanda “Qurani-Kərimə” “Mushəf”adı ilə rast gəlinir: ”Aruz araya Mushaf gətürdü, aydur: Den imdi, and içün, didi”.

Eyni zamanda Cəbrayıl və Əzrail mələklərinin,islam dininin ideyalarına əks tərəfdə duran ”kafir” an­layı­şının, şeytanın, Adəm və Xızır peyğəmbərin adları da çəkilir: ”Ya Kadir Allah birligün,varlığun hak­kı içün Əzraili mənüm gözümə göstərgil. Adəmə sən tac urdun, şeytana lənət qıldın. Bir suçdan ötüri dərgahdan sürdün. Oğlan anda yıkıldukda yeşil donlu Xızır-İlyas bi-iznillah hazır oldu”.

Allahın birliyinə, axirətə inam, Tanrıya edilən şükr və tövbə kimi islam ünsürləri də əks olunur: ”Birligünə sıqındım, Əziz Allah, xocam,mana mədəd.Axirət hakkını halal etsün, Beyrək aşağa baqdı. Kəndözin yer yüzində gördi. Allaha şükr eylədi. Üç kərə ağzından iqrar eylədi. Günahına tövbə eylədi”.

Allahın icazəsinin, izninin kəraməti ilə qız istənilməsi,qurban kəsilməsi islam şərt­ləri ilə həyata keçirilir: ”Sən mənim əlümi sağaldı gör, Tanrının buyruğuyla, Pey­ğəm­bərin qövliylə qız qarındaşımı Beyrəgə verəyin!; A bəg baba,eşidürəm. Amma Ərafatda erkək quzı qurban içün”.

İslamın qaydaları ilə namaz qılınması belə təsvir olunur: ”Kan Turalı yer öpdi, aydur: Amənna və saddakna maksudumuz Hak Taala dərgahında hasıl oldu deyüp aru sudan abdəst aldı, ağ alnını yirə kodı,iki rikət namaz kıldı”.

Bütün bu nümunələr “Kitabi-Dədə Qorqudda” islam düşüncəsinin məhsuludur və deməyə əsas verir ki, islam dini,doğurdan da, əvvəldən sona kimi dastanın abu havasının əsasını təşkil edir. Dədə Qorqud kitabını “T.Hacıyevin təbiri ilə desək, islam qoruyub saxladı”. ”Kitabi-Dədə Qorqud” islam inanc düşüncəsini, qazilik və şəhidlik dəyərlərini yaşadan möhtəşəm epik abidədir.