L naziRLİYİ baki slavyan respublikasi

Вид материалаДокументы

Содержание


Elmi rəhbər: f.e.d., prof. Məmmədov N.
Kitabi-dədə qorqud” dastaninda təşbehlərdən
«ana haqqi – tanri haqqi» deyiminin mənasi
Azərbaycan eposu: dədə-qorquddan koroğluya
"Kitabi dədə qorqud" dastanlarinin
Əmin abid “kitabi-dədə qorqud”un araşdiricisi kimi
Qadağan olunmuş “dədə qorqud”
Kitabi-dədə qorqud”da ailə və qəhrəmanlarin
«dədə qorqud» dastanlarinda oğuz qəhrəmanliği
Подобный материал:
1   2   3   4   5   6   7   8   9   10
^

Elmi rəhbər: f.e.d., prof. Məmmədov N.



«KİTABİ-DƏDƏ QORQUD»UN BƏDİİ İNTERPRETASİYASI

(Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı əsasında)


«Kitabi-Dədə Qorqud» qəhrəmanlıq eposudur, özü də, bir cəngavər, bir igid haq­qın­da yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən bö­yük ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma tor­paqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir.

Eposun müqqədiməsinin ilk sözlərindən Dədə Qorqud gözümüz önündə keçmişi, bu günü və gələcəyi bilən bir şəxsiyyət kimi canlanır. Əsərin bütün boylarında Dədə Qorqud nurani el ağsaqqalı və müdrik filosof keyfiyyətlərini daşıyan ozan kimi çıxış edir. Dədə Qorqud fəlsəfəsi arxaik olduğu qədər də müasirdir. Əsirlər keçsə də, bəşəriyyəti daim düşündürən olum və ölüm, insan və zaman, insan və cəmiyyət problemləri bu gün də bizi eposa müraciət etməyə vadar edir. Kitab elə bir qüdrətə malikdir ki, özündən sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz, yazılı ədəbiyyatımız onun təsirindən daim qaynaq­lan­maqdadır.

Folklorşünaslar, tənqidçilər, ədəbiyyatşünaslar, yazıçılar tarixi köklərimizə bağlı olan və bu gün də aktu­allıgını itirməyən sədaqətin, vətənpərvərliyin və gözəlliyin harmoniyasını özündə birləşdirən «Kitabi-Dədə Qorqud»a müxtəlif yöndən yanaşırlar.

«Kitabi-Dədə Qorqud»un motivləri əsasında özünəməxsus yaradıcılıq palitrası ilə seçilən nasir Kamal Abdulla özünün «Yarımçıq əlyazma» romanını fərdi aləmində yaradır, ona fərqli baxış ifadə edir. Yazıçı «Kitabi-Dədə Qorqud»da əksini tapmış münasibət və obrazları öz yaradıcılıq süzgəcindən keçirmiş, yeni interpretasiyada təsvir və təqdim edə bilmişdi. «Yarımçıq əlyazma» ilə K.Abdulla biz türklər qarşısında bir neçə köklü məsələ qaldırır, suallar qoyur. Əslində «Yarımçıq əlyazma» bizim özümüzün haradasa yarımçılığımıza, müəllifin sözü ilə desək, «işarə» edir. Bütün bunları müəllif daha çox sətiraltı mətnlərdə bizə təqdim edir.

Kamal Abdulla «Kitabi-Dədə Qorqud» materialından istifadə zamanı heç də mifoloji obrazların təsvirində qəhrəmanlıq cəhətlərini ön plana çıxarmağa can atmır, bu, xeyli dərəcədə kölgədə qalır. O, dövrümüz üçün xarakterik olan tipik problemləri qabartmağa, mifoloji həqiqətdən kənarlaşıb bugünkü həyat gerçəklikləri ilə uyğun səsləşmələri müəyyənləşdirməyə çalışır. Mifoloji mətnin materialına K.Abdullanın öz bucağından yanaşması və onu oxucunun ixtiyarına bu rakursda təqdim etməsi ilk baxışda «gizli» və «yarımçıq» qalsa da, əsəri tam oxuyub qurtarıb, üzərində düşündükdən sonra hər şey bəlli olur, aşkarlanır və tamlıq yaranır.

Müəllif əsərdə etnik-milli «mən»imiz üçün mühüm olan taleyüklü məsələlərə önəm verir. Problem heç də yalnız «casusla», «xainlə» bağlı deyildir. Bayandır xan, Şirşəmsəddin, Qorqud, Salur Qazan, Qılbaş və b. yazıçının hiss və duyğularını bölüşdürməklə, «Yarımçıq əlyazma»nın bədii aləmində özlərinə yer tuturlar. Söhbətin fərqli xüsusiyyəti kimi Bayandır xanın onlardan bəzilərinə inam ifadə etməsi ilə seçilir. Müəllif Şirşəmsəddinlə, Qılbaşla, Qorqudla, Bəkillə bağlı söhbət apararkən mənəvi, hərbi durumu müzakirə etdikcə İç Oğuzda və Dış Oğuzda yaranmış mürəkkəb siyasi vəziyyəti göstərir. Burada təhkiyə heç də sərbəst söhbət formasında aparılmır, bu, yerli-yataqlı düşünülmüş istintaqı xatırladır.


Cəfərli Turan

Bakı Slavyan Universiteti

Humanitar liseyi, X sinif

Elmi rəhbər: Əhmədova Ş.


^ KITABI-DƏDƏ QORQUD” DASTANINDA TƏŞBEHLƏRDƏN

İSTİFADƏ FORMALARI


Bədii təsvir vasitələrindən olan təşbeh ərəbcə “oxşatmaq”, “bənzətmək” mənasını ifadə edir. Ədə­biyyatşünaslıqda təşbeh sözünün əvəzinə bənzətmə termini də işlədilir. Bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özündən daha qüvvətli əşya və hadisəyə oxşadılmasına təşbeh deyilir. Digər məcaz növləri kimi təşbehin də geniş istifadə olunmasına səbəb onun əsərə rəngarənglik, gözəllik qatmasıdır. Elə türk xalqlarının ortaq dastanı “Kitabi-Dədə Qorqud”da da məcaz növlərindən təşbehin daha çox istifadə olunması təsadüfi deyildir. Hətta deyərdim ki, dastanın böyük rəğbət qazanmasının səbəblərindən biri də dil və üslub baxımından zənginliyi, epitet, təşbeh, mübaliğə, litota və s. bədii təsvir və ifadə vasitələrinin geniş tətbiq olunmasıdır.

Dastanın boylarına diqqət yetirsək, təşbehlərin daha çox oğuz gözəllərinin tərən­nümünə aid olduğunu söyləmək olar. Bənzətmələrdən istifadə olunmaqla gözəlin zahiri görkəmi: yanağı, gözləri, qaşları, dodağı təriflənir.

“Dədə Qorqud” xalqın yaratdığı bir dastandır. Mənim fikrimcə, xalq qadın gözəlliyini ona görə belə qabarıq əks etdirib ki, hamı agah olsun – türk qadınları at çapmaqla yanaşı, ox atmaqla yanaşı, həm də sadə, boyaqsız və çox gözəldirlər. Əlbəttə ki, təşbeh və epitetlərin işlənilməsi bunu sübuta yetirməkdə bir vasitədir. “Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xan qadınını “Qurulmuş yaya bənzər çatma qaşlı” və ya “Güz almasına bənzər al yanaqlı”, – deyə çağırır. Bu ifadələri oxuyanda xəyalımızda Dirsə xanın Xatunu canlanır: O, boyu uzun, qara saçlı, qoşa badam sığmayan dar ağızlı və nəhayət yaya bənzər çatma qaşlı və al yanaqlıdır. Dirsə xan qadının qaşlarını yaya, al yanaqlarını isə payız almasına bənzədir. Dastanın “Salur Qazanın evinin yağmalandığı boy”unda “qaza bənzər qız-gəlin” ifadəsi işlədilir. Xəyalımızda Qazanın qadını və qırx incə belli qız qaz kimi ağ və gözəl canlanır. Burada gözəl bir bənzətmənin yarandığını söyləmək olar. “Bamsı Beyrək boyu”nda Beyrəyin çox əzab-əziyyətdən sonra qovuşduğu yarı – Banuçiçəyin təsviri belədir: Banuçiçəyin alnı açıq-açıq meydanlara, gözləri iki gecə çırağına, yalı yumşaq ipəyə, qulaqları qoşa qardaşa, qara saçı qarğıya, ağ yanaqları almaya bənzədilir. Dastanda məni valeh edən ən gözəl təşbeh “Qanlı qoca oğlu Qanturalı boyu”ndadır. Qanturalı sevgilisi Selcan Xatunu sınayandan və onun vəfasına, sədaqətinə əmin olandan sonra yarını tərifləyir. Bu zaman belə bir bənzətmə işlədir: “Qar üstünə qan dammış tək al yanaqlım”. Bu sanki bir rəssam işidir: Selcanın üzü qar kimi ağdır və qarın üzərinə qan damıb, yəni yanaqları qırmızıdır. Bu və digər təşbehlər dastana xüsusi gözəllik bəxş edir, oxucunu başqa bir aləmə aparır və ona böyük zövq verir. Bir daha vurğulamaq lazımdır ki, oğuz qadınları yalnız gözəl deyillər, həm də oğuz igidləritək qürurlu, qeyrətli, qorxmazdırlar. Ovdan gələn bəylərinin yanında bircəcik oğullarını görməyən, kişi kimi geyinib övladlarını xilas etməyə gedən igid analar – Boyu Uzun Burla xatun və Dirsə xanın Xatunu, eləcə də Qanturalının yuxuya getdiyini görən və onu düşməndən qorumaq üçün yaraqlanan Selcan Xatun cəsarəti, dərin məhəbbəti və ya Banuçiçək kimi vəfası ilə oxucunu təəccübləndirir.

Təşbehlər qadın gözəlliyini tərənnüm etməklə yanaşı, digər mövzularda da istifadə olunur:

1. ”Dirsə xan oğlu Buğac xan” boyunda - “Təpə kimi ət yığ, göl kimi qımız sağdır “ və ya “O buğa bərk daşa buynuz vursa, un kimi üyüdərdi”, eləcə də “Onlar bu dünyadan karvan kimi qondu, köçdü”.

2. “Salur Qazanın evinin yağmalandığı boy”da - “Üç yerdə təpə kimi daş yığdı”.

3. “Uruzun dustaq olduğu boy”da - “Dəniz kimi qaralıb gələn nədir, od kimi işarıb

ulduztək parlayıb gələn nədir” və ya “Qazan dəvə kimi kükrədi, aslan kimi nərə çəkdi”,

eləcə də “Kölgəsitək iri ağacımı kəsən Qazan”.

4. “Duxa qoca oğlu Dəli Domrul boyu”nda - “Ağzım dondu buz kimi” və ya “Sümüklərim ovuldu duz kimi”.

5. “Qanturalı boyu”nda - “Manacaq daşı tək qıjıldayıb yerə enən insan”.

6. “Salur Qazanın dustaq olduğu boy”da - “Hündür yerdə yumru başı top tək kəsdim”, “Fironun sütunutək yerdə yüklər qalansa” və ya “Ala qaztək ovlamağa düzlərində bir at qoymaz”, “İt kimi mırıldayan, çərkəz donuzlusan sən” və s. kimi təşbehli ifadələrə rast gəlmək mümkündür.

Bədii ifadə və təsvir vasitələri ilə zəngin olan “Kitabi-Dədə Qorqud dastanı” çoxəsrlik yazılı ədəbiyyatımızın və ədəbi dilimizin inkişafına güclü təsir etmişdir.


Cəbrayılova Gülnar Cəbrayıl qızı

Bakı Slavyan Universiteti

Filologiya fakültəsi, III kurs tələbəsi

Elmi rəhbər: Məhərrəmova G.A.


^ «ANA HAQQI – TANRI HAQQI» DEYİMİNİN MƏNASI


Ana haqqı - Tanrı haqqıdır – bu deyim tam aydınlığı ilə «Kitabi-Dədə Qorqud» dastanında əks olunmuşdur. Dastanın Salur Qazanın evinin yağmalandığı boyun süjet xəttini məzmununu Anaya sevgi, məhəbbət, onun müqəddəsliyi təşkil mərasimində şərab paylayanlar kafir qızlarıdır. Bu ən azından qadının özünə, namusuna, əxlaqi dəyərlərinə olan hörmətsizlikdən irəli gəlir. Kafir Şöklü Məlik də Qazan xanın əsir alınmış xanımına şərab paylatmaqla heyf almaq istəyirdi. Bu kafir tərəfindən Qazan xanın namusunu sındırmaq üçün ilk addım idi. Ancaq Burla xatunun qızlara verdiyi öyüd-nəsihət nəticəsində, kafir istəyinə nail ola bilmədi. Kafir heyfi başqa yolda axtardı. Qazanın oğlu Uruzun ətindən qıyma çəkib, qovurma bişirib, qırx bəy qızına aparmağı və hər kim yemədisə, onu götürüb gətirməyi əmr etdi. O, bu yolla oğul ətini yemək iqti­darında olmayan ananı tapıb öz istəyinə nail olacaqdır. Ancaq ana ilə oğlun görüşündəki diаloqdan kafirin bu yolla da öz istəyinə çatmayacağı əks olunur. Ananın oğlu: «Sənin ətindən yeyim? Yoxsa, iyrənc dinli kafirin döşəyinə girimmi? Neyləyim, ay oğul?».

Uruzdan aldığı cavab olaraq: «Ağzın qurusun ana! Dilin çürüsün ana!» «Ana haqqı - Tanrı haqqı» deyilməsə idi qalxıb yerimdən durardım, yaxandan, boğazından tutardım. Qoy ətindən çəksinlər, qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər duymasınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan.

Bir sözlə, bu boyda ana Burla Xatunun timsalında müqəddəsləşdirilmiş, pak, ata namusu kimi dəyərləndirilmişdir. Anaya ən yüksək qiymət isə Qazan xanın dilindən söylənilir. Qırx incəbelli qızla, xanımı Burla xatundan, oğlu Uruzdan, ilxısından, hətta savaşmadan, vuruşmadan geri dönəcəyini söyləyən Qazan xan kafirdən yalnız bircəcik qoca anasını tələb edir. Bu addım Anaya qoyulan hörmətdir.

«Kitabi-Dədə Qorqud» boylarında tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri «Ana haqqı» anlayışıdır. Bu anlayışa görə Ana – Tanrı şərafətli bir varlıqdır, «Tanrı haqqı» da­şıyı­cısıdır. Hüquqi baxımdan toxunulmazdır. Böyük bir günah işləmiş olsa belə, bir kim­sə­nin ona qılınc qaldırması yasaqdır. Bir sözlə biz görürük ki, Ana müqqədəs varlıqdır. Bu belə olub, belə də olacaqdır.

Ələsgərov Həsən

Bакы Sлавйан Uниверситети

Филолоэийа факцлтяси AJ-106

Elmi rəhbər: Mustafayev T.


^ AZƏRBAYCAN EPOSU: DƏDƏ-QORQUDDAN KOROĞLUYA

  1. Hər bir mükəmməl xalqın öz eposu, mifoloji təfəkkürü mövcuddur. Epos isə sadəcə dastan yox, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürüнц bütövlükdə ifadə edən dastan – potensiadır. Onun tam halında bərpa etmək mümkün deyil. Biz türk eposundan bəhs edərkən eyni zamanda türk mifologiyasından danışmış oluruq.
  2. «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbiyyatının, xalqımızın yaradıcı dühasının ən böyük və ilkin ifadəsidir. «Kitabi-Dədə Qorqud» xalq həyatının ən erkən dövrlərini, saysız-hesabsız təfərrüatı, ayrın­tı­ları, çalarları ilə əks etdirən bilgilər toplusudur.
  3. «Kitabi-Dədə Qorqud» Azərbaycan xalqının, «Koroğlu» isə Azərbaycan millətinin formalaşdığı dövrün ovqatının, sosial-siyasi, etnoqrafik proseslərin hər dövrdəki özünəməxsus təzahürüdür. Və heç də təsadüfi deyil ki, «Korоğlu» ilə «Kitabi-Dədə Qorqud» arasında qırılmaz semantik-struktur əlaqə vardır ki, həmin əlaqəni etiraf etmədən Azərbaycan «Koroğlu»sunun nəinki genezisini, heç tipologiyasını da müəyyənləşdirmək mümkün deyil. «Kitabi-Dədə Qorqud»dan «Koroğlu»ya qədər türk-oğuz ozanı Azərbaycan aşığına transformasiya olunur. «Dədə Qorqud» eposu mənsub olduğu xalqın yaddaşından silindiyi halda, «Koroğlu» eposu nəinki xalqın yaddaşında yaşayır, həmçinin müasir Azərbaycan mədəniyyətinin bir sıra möhtəşəm abidələrinin ideya-estetik əsasını təşkil edir.

Əsədov Kamran Əmir oğlu

Laçın rayon Ə. Əsgərov adına

Dambulaq kənd orta məktəbinin IX sinif şagirdi

Elmi rəhbər: f.e.n., dos. Şükürlü E.Ə.

İbrahimov H.Ş.


^ "KİTABİ DƏDƏ QORQUD" DASTANLARININ

İDEYA BƏDİİ XÜSUSİYYƏTLƏRİ


“Kitabi-Dədə Qorqud” dastanı Oğuz türklərinin ən qədim qəhrəmanlıq dastanıdır. İslamiyyətdən öncə və onun ilkin çağlarında yaranmış bu eposun bizə iki əl yazması bəllidir. Bu Drezden və Vatikanda saxlanılan nüsxələrdir. Bu əlyazmaların XV əsrdə köçürüldüyü söylənilir. “Kitabi-Dədə Qorqud” dastanları 1 müqəddimə 12 boydan iba­rətdir. “Kitabi-Dədə Qorqud” dastanlarında aparcı mövzu qəhrəmanlıq, vətənpər­vər­lik­dir. Bu dastanlarda olan şeirlər isə heca vəznindədir. Dastanların üstün cəhətlərindən biri olan bədii dili və onun qrammatik və sintaktik söz vahidləridir. Eposun dili olduqca zəngin və əvəzsizdir. Qeyd etmək lazımdır ki, bu dastan şifahi xalq ədəbiyyatından yazılı ədə­biyyata keçid dövründə yaranmışdır.

Dastanda oğuz igidlərini birləşdirən əsas cəhət vətən, yurd sevgisinin olmasıdır. Ümumiyətcə elm aləminə ilk geniş məlumatı Alman şərqşünası Fridrix Dits vermişdir. O, 1815- ci ildə Almaniyanın Drezdən kitabxanasından Drezden nüsxəsini aşkar edib. Sonra isə İtaliyanın Vatikan kitabxanasından 1952-ci ildə Ettori Rossi digər əlyazmanı tapıb üzə çıxardıb. Bu nüsxələr bir-birindən genişliyinə və s. xüsusiyyətinə görə fərqlənir. Yəni Drezden nüsxəsi 12 boydan, Vatikan nüsxəsi isə 6 boydan ibarətdir. Ümumiyyətlə bu boylarda oğuzlardan söhbət açılır. Oğuz ölkəsinə xanlar xanı Bayandur xan rəhbərlik edir. Amma buna baxmayaraq süjetlərdə Bəylər bəyi Qazan xan iştirak edir.

“Kitabi-Dədə Qorqud” dastanları xalqımızın tarixini, dilini, etnosunu tədqiq etmək baxımından bizə tükənməz material təqdim edir. Bizim borcumuz isə bu materialdan dəyərincə istifadə etməkdir.


Əlizadə Pərvin Cavanşir qızı

Bakı Slavyan Universiteti

407 груп тлябяси

Elmi rəhbər: dos. İmaməliyeva L.M.


^ ƏMİN ABİD “KİTABİ-DƏDƏ QORQUD”UN ARAŞDIRICISI KİMİ


Tədqiqatçıların diqqətini möhtəşəm “Kitabi-Dədə Qorqud” abidəsinə yönəl­dən F.Dits ol­muşdur. O, 1815-ci ildə “Təpəgöz” boyunu alman dilinə tərcümə etmiş, şərhlərlə nəşrini real­laş­dırmışdır. Bu hadisəni qorqudşünaslığın əsasının qoyulması da adlandırmaq olar. Azər­baycanda isə bu işi Əmin Abid görmüşdür.

Əmin Abidin 1923-1926-cı illərdə yazdığı “Azərbaycan türklərinin ədəbiy­yatı ta­ri­xi”nin əlyazması 316 səhifədir. Əlyazmanın demək olar ki, yarısı “Kitabi-Dədə Qor­qud”a aiddir. Bu, Azərbaycanda “Kitabi-Dədə Qorqud”un araşdırılması sahəsində ilk və çox cid­di tədqiqat işidir.

Heca vəzninin tarixini araşdıran Əmin Abid “Kitabi-Dədə Qorqud”dakı şeirləri Mahmud Kaşğarinin “Divani-lüğət-it türk”dəki bədii nümunələri ilə qar­şılaş­dırmış və öncələr on iki hecalı olmuş poetik nümunələrin sonralar onbirliyə çevrilməsi qənaətinə gəlmişdir.

Əmin Abid 1928-ci ildə tamamladığı “Türk xalqları ədəbiyyatında mani növü və Azər­baycan bayatılarının xüsusiyyətləri”, “Azərbaycan ədəbiyyatı tarixi ətrafında”, “Səl­cuq dövlətinin daxili quruluşuna dair” və b. məqalələrində oğuzlardan, “Kitabi-Dədə Qor­qud”dan bəhs etsə də, dastanın araşdırılmasına ayrı­lıq­da iki məqalə həsr etmişdir.

“Dan ulduzu”(Tiflis) dərgisində çap olunan “Türk el ədəbiyyatına elmi bir baxış. Oğuznamə” Əmin Abidin mətbuatda “Kitabi-Dədə Qorqud” haqda ilk böyük həcmli araş­dır­masıdırsa, ikinci araşdırması “Azərbaycanı öyrənmə yolu” dərgisindəki “Əşirət döv­ründəki Azərbaycan ədəbiyyatına aid vəsiqə” adlı məqaləsidir.

Azərbaycanda “Kitabi-Dədə Qorqud” haqqında Avropada, Rusiyada, Türki­yədə yazı­lan­ları orijinaldan oxuyub araşdıran, zəngin biblioqrafiya yaradan ilk ali­mimiz məhz Əmin Abid olmuşdur. Onun 1923-1937-ci illərdə “Kitabi-Dədə Qorqud” üzərində ardıcıl çalış­dığını sübut edən kifayət qədər sənədlər də mövcuddur.


Əliyev Əli

Bakı Slavyan Universiteti

Filologiya fakültəsinin jurnalistika şöbəsinin I kurs tələbəsi

Elmi rəhbər: f.e.d. Mustafayev T.

^ QADAĞAN OLUNMUŞ “DƏDƏ QORQUD”

1950-ci ilin may ayında “Dədə Qorqud”un kobud siyasi səhv olduğu Sovet İttifaqı Kommunist partiyası yığıncağında rəsmi elan edildi. Həmin partiya yığıncağında deyilirdi: ”Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən “Dədə Qorqud” eposunun mürtəce burjua millətçilik mahiyyəti son zamanlaradək ifşa edilməmişdir. “Dədə Qorqud” eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. ”Dədə Qorqud”da Azərbaycan xalqı üçün yabancı olan həyat tərzi, adət və ənənələr təsvir olunmuşdur.

Eposun ünvanına səslənən ittihamlardan sonra ayrı-ayrı alimlərin mövqeləri kəskin tənqid atəşinə tutuldu. Artıq epos sözünün özü də dırnaq içərisində yazılırdı. O dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orda “Dədə Qorqud” tənqid olunma­sın.

Başqa türkdilli respublikalarda, xüsusilə də Türkmənistanda “Dədə Qorqud”un əleyhinə dəhşətli bir təbliğat geniş şəkildə həyata keçirilirdi. Əslində eposa qadağa damğası vurulmuşdu. Eposun bütün tədqiqat planları, tədris proqramları, dərsliklərdən çıxarıldı. ”Kitabi-Dədə Qorqud” yalnız ölkənin siyasi ab-havasında baş verən ciddi dəyişikliklərdən sonra bəraət qazana bildi. 1957-ci il martın 26-da “Kommunist” qəzetində “Dədə Qorqud dastanları” adlı çox böyük məqalə çıxdı. Onu Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif və Məmmədhüseyn Təhmasib yazmişdılar. Bu məqalə ilə “Kitabi-Dədə Qorqud”un Azərbaycandakı yasaqlığına son qoyuldu .

XIX əsrin I rübündə, dünyanın mədəni ictimaiyyətinə məlum olan gündən “Dədə Qorqud Kitabı” heç vaxt elmin diqqətindən kənarda qalmayıb. Hətta əsrin 50-ci illərinin əvvəllərində bu Ana kitabımızın öz vətəni Azərbaycanda və bütövlükdə sovet türko­lo­gi­ya­sında öyrənilməsi yasaq olunanda belə dünya miqyasında onun öyrənilməsinə fasilə ver­mə­di. Xüsusilə, Türkiyədə bu dəyərli ədəbi-tarixi abidənin tədqiqi daha intensiv şəkil aldı. Sanki türkiyəli qardaşlarımız Azərbaycandakı boşluğun yerini doldurmaq üçün ikiqat işlədilər.

Maraqlıdır ki, Azərbaycandakı həmin yasaq illərdə, məhz 1952-ci ildə İtaliya şərqşünası E.Rossi abidəmizin Vatikan nüsxəsi adı ilə tanınan yeni nüsxəsini aşkar etdi.

“Dədə Qorqud Kitabı”nın davamlı və məhsuldar tədqiqi tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev abidəsinin 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 27 fevral 1997-ci il tarixli fərmanı ilə yeni mərhələ başladı. Həmin fərmanla 2000-ci ilin 8 aprel yubiley təntənəsinə qədərki müddətdə “Dədə Qorqud Kitabı” görülməmiş sürəkliklə öyrənildi.

Ölkəmizdə həyata keçirilən “Kitabi-Dədə Qorqud”a həsr olunan yubiley tədbiri göstərdi ki, dünyanın Azərbaycana marağı yalnız onun yeraltı sərvətlərinə maraqla məhdudlaşmır, hətta “Neft renessansı” və “Əsrin müqaviləsi” dövründə də Bakıya yalnız biznes­menlər yox, həm də milli-mənəvi dəyərlərin cazibəsinə - Qorqud zəkasının işığına və istisinə can atan elm, sənət adamları axışırlar....


Əmrahova Ülviyyə İntiqam qızı

Bakı Slavyan Universiteti

407 груп тялябяси

Elmi rəhbər: dos. İmaməliyeva L.M.


^ KİTABİ-DƏDƏ QORQUD”DA AİLƏ VƏ QƏHRƏMANLARIN

QOHUMLUQ ƏLAQƏLƏRİ


Oğuz dövlət rejimi daxilində çox möhkəm və sağlam ailə qurumu vardır. Ər arvadın, arvad ərin uğrunda özünü qanlı döyüşlərə атыр. Vətən uğrunda, xalq uğrunda qəhrəmanlıq ailədə də pozulmaz qanundur. Qadın bu cəmiyyətdə ana olaraq ulu tanrı səviyyəsində yüksək tutulur. Valideyn övlada, övlad valideynə qorxmazlıq və əqidəsindən dönməzlik nümunəsi göstərir. Gənclər, uşaqlar ailədə qəhrəmanlıq ruhunda, vətənə, xalqa sədaqət, düşmənə nifrət ruhunda tərbiyə olunur.

Gənc Uruz düşmən həbsxanasında ikən öz atasının namusu, şərəfi uğrunda, onun ailə şərəfiни горумаг наминя özünün düşmən tərəfindən kəsilib qənərəyə taxılmasından qorxmayıb, анасына “O qırx qız bir yesə, mənim qara qovurmamdan sən iki ye!” - deyir.

Bəkil oğlu İmran da ovda ayağı sınmış atasının Oğuzdan kömək çağırmaq təklifini rədd edib, onun geyimini geyinir, atına minir, silahını qurşanıb, basqın edən kafir qoşunlarını qılıncdan keçirir, ölkənin sərhəddini şərəflə qoruyur.

Dastandakı gənclər Oğuz qızları ilə ailə məhəbbətini igidlik, cəsarət və qəhrəmanlıqla əldə edirlər. Çox halda qızlar böyük güc və ağıl tələb edən sınaqdan keçirilmiş oğlanla ailə həyatı qururlar. Salur Qazanın qızı əmisi Qaragünə oğlu Budaьın, Qambura bəyin oğlu Beyrəklə Baybecan bəyin qızı Banıçiçək və Qanlı Qoca oğlu Qanturalı ilə Trabzon Təkurunun qızı Selcan xatunun izdivacı bu yolla icra olunmuşdur.

Ərlə arvadın qarşılıqlı məhəbbəti və onların bir-birinə olan istəyinin hədsizliyinə parlaq misal Duxa qoca oğlu Dəli Domrul obrazında və onun ailəsi timsalında öz əksini tapmışdır.


Hüseynova Aydan

Ağsu rayonu Ərəb Mehdibəy kənd orta məktəbinin

XI sinif şagirdi

Rəhbər: Həsənova Solmaz

Elmi rəhbər: prof. Bədirxan Əhmədov


^ «DƏDƏ QORQUD» DASTANLARINDA OĞUZ QƏHRƏMANLIĞI