L naziRLİYİ baki slavyan respublikasi

Вид материалаДокументы

Содержание


Məmmədzadə İlahə Bakı şəhəri 190 saylı məktəb “KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QADIN ADLARI
Kitabi-dədə qorqud” da ümumişlək sözlər
«kitabi - dədə qorqud» eposunda at adlari
«kitabi-dədə qorqud» eposunda alinma sözlər
«kitabi-dədə qorqud»da rəng
Kitabi-dədə qorqud” eposunda işlənən etnonimlər
Агаева Севда Эльдар кызы
Синтаксические особенности побудительного
Yer üzündə böyük çadır qur – приказание.
Архетип «неуязвимость» в мировом эпосе
Потапова Любовь Викторовна
Об особенностях употребления сложного
Kitabi-dədə qorqud” boylarinin
Kitabi dədə qorqud” və “nibelunqlar haqqinda
Cavadzadə Nərgiz Ehlam qızı
Подобный материал:
1   2   3   4   5   6   7   8   9   10
^

Məmmədzadə İlahə

Bakı şəhəri 190 saylı məktəb

“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QADIN ADLARI

Tarixdə elə hadisələr var ki, üzərində nə qədər rüzgarlar əssə də, mənası, dəyəri azalmır. Hər yeni nəsil ona öz dövrünün ölçüləri baxımından yenidən nəzər salır, öz zamanının reallığı mövqeyindən yenidən qiymət verir. Mədəniyyət tariximizdə bu cür ədəbi dəyərlərdən biri, bəlkə də birincisi “Kitabi-Dədə Qorqud” eposudur. “Kitabi-Dədə Qorqud” təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həm də Azərbaycan Türklərinin mifik, tarixi, coğrafi, etnoqrafik, əxlaqi görüşlərinin ən mötəbər qaynağı, ana dilimizin ən ulu kitabıdır. Dastanın 2 nüsxəsi məlumdur. Bunlardan biri 1815-ci ildə alman şərqşünası H.F.Dits Drezden kitabxanasında, digərini isə 1952-ci ildə italyan alimi Ettori Rossi Vatikan kitabxanasında ortaya çıxarmışdır. E.E.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının dili” kitabında dastanın zəngin antroponimlər sistemindən bəhs edir və oradakı antroponimik vahidləri 2 yerə bölür: 1.Xüsusi adlar. 2.Ləqəb və titullar.

“Kitabi-Dədə Qorqud”un dili ilə konkret bir bölgənin şivəsi geniş planda müqayisəyə cəlb edilməmişdir. Qorqudşünaslıqda göstərilir ki, eposun drezden nüsxəsinin bütövlükdə dili fonetik və leksik göstəricilərə görə müasir Azərbaycan dilinin cənub və şərq dialekt və şivələrinin xüsusiyyətləri ilə səsləşir.

“Dədə Qorqud” eposundakı antroponimləri daxili inzibati tabeliyə və qohumluq münasibətlərinə görə 3 qrupa bölürlər: 1. İç Oğuz qəhrəmanları - Qazan xan başda olmaqla: Qaragünə, Baybura, Beyrək, Qaracık çoban, Qılbas, Qarabudaq, Qazlıq qoca, Qazan oğlu Uruz, Yegnək, Şir Şəmsəddin, Qaragünə. 2. Dış oğuz qəhrəmanları: Aruz qoca başda olmaqla: Basat, Əmən, Baybican, Alp Rüstəm, Qoca oğlu Düləkvuran, Qiyan, Dəli Domrul. 3. İc oğuzdanmı, yaxud Dış oğuzdanmı olması aşkar bilinməyən, ümumiyyətlə, Oğuz qəhrəmanları: Dədə Qorqud, Dursa xan (Dirsə xan), Buğac, Bəkil, İmran (Əmran), Dəli Domrul, Qanturalı, Səgrək.

“Kitabi-Dədə Qorqud”un antroponimləri sisteminə daxil olan Bayındır, Qarabudaq, Qaraca, Banuçiçək, Selcan, Rüstəm, Şəmsəddin, Arslan, Yetər kimi adlar müasir Azərbaycan antroponimləri sistemində bəzi deyişmələri nəzərə almasaq, əsasən eynilə işlənməkdədir. Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud”un antroponimlər sisteminə daxil olub, müasir dövrdə işlənməyən adların bir hissəsi 1723-1728-ci illərdə Osmanlı məmurları tərəfindən tərtib edilmiş, “Dəftəri-müfəssəli-əyaleti-Tiflis” (“Tiflis əyaletinin müfəssəl dəftəri”) adlı topluda eynilə işlənmişdir.

Müəllif “Dədə-Qorqud” dastanındakı adqoyma mərasimini belə ümumiləşdirir: Ad əslində Mifin cəmiyyət üzünə vurduğu damğadır! Təsadüfi deyildir ki, adqoyma mərasimini Mifi təmsil edən real qüvvə kimi Dədə Qorqud həyata keçirir. Əvvəl-əvvəl adsız gəzərək ad qazanmağa məcbur olan oğuz igidləri onların boynuna qoyduqları məsuliyyəti sanki hiss edirlər, sonrakı hərəkətlərilə bu qazandıqları adları bir daha doğruldurlar. Ad sanki onlara gələcək fəaliyyət proqramı verir.


Banuçiçək. Mürəkkəb quruluşlu “Banuçiçək” antroponimin 1-ci hissəsi fars mənşəli “xanım” anlamlı banı//banu tituldur. Müasir ədəbi dilimizdə titul kimi arxaikləşsə də, antroponimlər sistemində qadın adı kimi ayrılıqda, həm də mürəkkəb quruluşlu antroponomlərin tərkibində işlənməkdədir. “Orxon-Yenisey” abidələrində “çeçek” şəklində işlənən apelyativ gözəllik məzmunlu olduğuna görə qədim türk ad sistemində antroponim yaradıcılığına cəlb edilmişdir. Semantikasında gözəlliyi, qəşəngliyi bildirən, əsrlərin süzgəcindən keçib gələn, çoxəsrlik tarixə malik, bu gün də türk antroponimləri sistemində qadın adları kimi işlənən “çiçək” adının tarixi qədimdir. Macar alimi Pyotr Qolden yazır ki, 732-ci ildə Xəzər xaqanı öz qızını Bizans imperatoru Konstantinə ərə verir. Yunanlar onu İrina, Xəzərlər isə Çiçək çağırırlar.

Boyu uzun Burla Xatun. 2-ci, 3-cü, 4-cü boylarda işlədilmişdir. Burla xatunun xanlar xanı Bayındırın qızı, bəylər bəyi Ulaş oğlu Salur qazanın həyat yoldaşı olması onun oğuz dövlətinin 1-ci xanımı olduğunu təsdiqləyir. Burla xatun “Humay” və “Tanrı” kimi uca, ilahiləşdirilən bir varlıq, elin və nəslin ana başbiləni, sosial nüfuzunu “Tanrı haqqına” bərabər götürülən toxunulmaz bir şəxsiyyətdir. “Boyu uzun Burla Xatun” antroponimik modeli “Boyu uzun” ləqəbi “Burla” əsl şəxs adı və “Xatun” titulundan ibarətdir. “Burla” kaş ətir saça, gözəl görünə mənasındadır. Belə bir adı məhz xanlar xanı Bayındırın qızı daşıya bilərdi. Burlanın “Boyu uzun” ləqəbi də semantik baxımdan “ətir saça” mənası ilə gözəllik xəttində birləşir.

Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. “Sarı tonlu” ləqəbi “Selcan xatun”un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun “gözəllər sərvəri”, “incə tonlu” epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, “Selcan qədim türk dilindəki “sel” və fars dilindəki “can” sözlərindən düzəlib, “can dincliyi, qərb sakitliyi” deməkdir. N.Məmmədov isə “Selcan”ın “işıqlı sima”, “parlaq vücud” mənasında olduğunu göstərir.

Pəri. 7-ci boyda işlədilmişdir. “Kitabi-Dədə Qorqud”dakı qeyri-real, mifik antroponimlər sisteminə daxildir. Fars mənşəli “pəri” dini əsatirdə: gözəl bir qadın surətində sehrbaz və cadugər; məcazi mənada isə çox gözəl qadın və ya qız mənasındadır.

Ayişə. Müqəddimədə və 2-ci boyda işlədilən diri, canlı, ölməz mənasında olan “Ayişə” ərəb mənşəli antroponimik vahiddir. Müasir antroponimlərimiz sistemində işlənməkdədir.

Boğazca Fatma. 3-cü boyda işlədilmişdir. “Boğazca” ləqəbinin kök morfemi, əsasən, heyvanlar üçün işlədilən “boğaz” apelyatividir. Boğazca ləqəbli Fatma, həm də “Qırq oynaşlu” adı ilə tanınır. Boğazca Fatma Beyrəyə “ərə varan qız mənəm, oynayım”, - dediyi üçün Beyrək “sənin adın oylaşlu Boğazca Fatma degildimi”, -deyir. “Qırq oynaşlı” ləqəbi də “Boğazca” ləqəbi kimi mənfi emosiyalıdır. Müasir antroponimlərimiz sistemində də işlənən “Fatma” antroponimi ərəb mənşəlidir. Məhəmməd peyğəmbərin qızı, İmam Əlinin arvadı da bu adı daşımışdır. “Fatma” süddən kəsilmiş, döşdən ayrılmış anlamlı “fatimə” antroponimi fonetik tərkibcə dəyişmiş, daha dəqiq desək, türk dilinə uyğunlaşmışdır.

Statistik hesablamada müəyyən fərqlər nəzərə alınmazsa, “Dədə Qorqud” eposunda 100-ə yaxın antroponim işlədilməsi faktı, şübhəsiz ki, doğrudur. Dastanın antroponimlər sistemindəki qadın adlarında gözəllik, paklıq, zəriflik motivi əsasında formalaşma daha qabarıq nəzərə çarpır.


Mustafazadə Nərmin Ramiz qızı

Bakı Slavyan Universiteti

Filologiya fakültəsi, I kurs

Elmi rəhbər: b.m. Qafarov N.S.

^ KİTABİ-DƏDƏ QORQUD” DA ÜMUMİŞLƏK SÖZLƏR


“Kitabi-Dədə Qorquddastanı Azərbaycan xalqının tarixi-qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Təxminən min il bundan əvvəl meydana gələn bu epos Oğuz tayfalarının bədii zövqünü, adət-ənənəsini, mənəvi-ruhi aləmini, alp-ərənlik həyatını öyrənmək üçün böyük əhəmiyyətə malikdir. Kitabi-Dədə Qorquddastanındakı sözlər üzərində aparılan araşdırmalar sübut edir ki, dastanın dili əhatəli və çox genişdir.

Müasir Azərbaycan dilinin lüğət tərkibini əhatə edən sözlər öz işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər. Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirən, dildə çox işlənən sözlərə ümumişlək sözlər deyilir.

Dastanda işlənmiş ümumişlək sözləri aşağdakı kimi qruplaşdırmaq olar:

I. Kitabi-Dədə Qorquddastanının dilində işlənmiş ad bildirən ümumişlək sözlər: meşə/orman sözünü dastanın dili üçün ümumişlək söz kimi qeydə ala bilərik: “Toz yarıldı, gün kibi şiladı, dəniz kibi yaygandı, meşə kibi qarardı; Ala yılan sökəməz, onun oramnı olur”.

Müasir türk dilində “meşə” leksemi semantik dəyişikliyə uğramış “palıd” mənasını, “orman” leksemi isə öz normativliyini saxlamışdır. Müasir Azərbaycan dilində isə “meşə” sözü daha geniş işlənmə tezliyinə malikdir, bunlarda “orman” sözü isə əsasən poeziyada işlənir.

II. Kitabi-Dədə Qorquddastanının dilində hal və vəziyyət bildirən ümumişlək sözlər: oxumaq-çağırmaq, dəvət etmək, səsləmək mənasını bildirən bu fel dastanın dilində oxı, oxıdı, oxıdılar, oxıyalım, oxu, oxudı, oxudu, oxuyuban variantlarda işlənmişdi. “Qalın Oğuz bəglərini odamıza oxıyalım, necə məsləhət görərlərsə, ona görə iş görəlim; Adam saldı, əmmisini oxudı, gəldi.” Bu fel müasir Azərbaycan dilində ümumişlək söz kimi öz varlığını saxlayır.

III. Kitabi-Dədə Qorquddastanında əlamət, kəmiyyət bildirən ümumişlək sözlər: arı - təmiz, pak, saf mənalarında müxtəlif şəkillərdə dastanda işlənmişdir. Arı, arısını, aru, arusını formasında işlədilmişdir. Azərbaycan dilinin Bakı, Quba, Ordubad, Füzuli, Şəki, Qazax, İmişli, Gədəbəy, Göyçay, Naxçıvan şivələrində arı sözü saf, təmiz, pak mənalarında işlənir.Arı sözü öz ümumişləkliyini müasur dilimizdə zoonim söz kimi qoruyub saxlayır.Bu leksem dastanda işləndiyi mənada atalar sözündə də öz varlığını saxlamışdır; “Aydan arı, sudan duru”.

Nəzərdən keçirdiyimiz nümunələrdən aydın olur ki, “Kitabi-Dədə Qorqud” dastanının dilində işlənmiş ümumişlək sözlərin bəziləri öz varlığını olduğu kimi saxlayır, bəziləri öz varlığını dialekt və şivələrdə saxlayır, bəziləri isə arxaikləşərək leksikonumuzdan çıxarılmışdır.


Nəsibova Gülsüm Ramiz qızı

Bakı Slavyan Universiteti

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi

Elmi rəhbər: f.e.n., dos. Adilov Vasif


^ «KİTABİ - DƏDƏ QORQUD» EPOSUNDA AT ADLARI


«Kitabi-Dədə Qorqud» dastanları türk-oğuz xalqlarının folklorunun möhtəşəm abidəsidir. Dastanların demək olar ki, hər bir boyunda qəhrəman igidlərlə bərabər onların atlarına da xüsusi əhəmiyyət verilir. Belə ki, «Dədə Qorqud» dastanlarında qəhrəmanlıq göstərən gənclərə el ağsaqqallarının qərarı ilə adla yanaşı bəylik də, at da verilirdi. Məsələn, Bamsı Beyrəyin Boz ayğırı, Qazan xanın Qonur atı, Ay Bahadırın Ağ atı vardır. Təsadüfi deyil ki, bu qəhrəmanların adları ilə at adları arasında alliterasiya vardır. Bu da dastan dilinin poetikliyi­nə və obrazların yadda qalmasına xidmət edir.

Dastanda Ağboz atdakı «ağ» təmizlik, paklıq, onun düşümlü sayılıb, uğur gətirdiyi düşünülür.

Oğuzların və kafirlərin yaxşı tanıdığı Al Ayğır Doqquz tümən Gürcüstan ağzında oğuz elinə qarovulluq edən Bəkilindir.

Qaraqoç atlar da düşmən hənirtisini uzaqdan-uzağa duyurdu «Uşan qoca oğlu səgrək boyu»nda qardaşının arxasınca gedən Səgrək yatanda, düşmən onun üstünə gələndə Qaraqoç onu oyadır.

Qonur at isə Qazan xanın ən yaxın köməkçisi hətta qardaşı kimi idi. Bu at 3 günlük yolu bir günə gedirdi.

Dastanın «İç Oğuza Daş Oğuz asi olub beyrək öldüyü boyu»nda ölümcül yaralanan Beyrək dostlarına:

Yigitlərim, yerinizdən uru durun

Ağ boz atumun quyruğunu kəsin

Bu şəhidlik anlamına gəlir.

At həm də namus simvolu sayılır. Hətta kişinin ya atı, ya arvadı da deyilir.


Nəsibova Şəbnəm Daşdəmir qızı

Bakı Slavyan Universiteti

Filologiya fakültəsi, I kurs

Elmi rəhbər: baş müəllim Qafarov Namiq Saleh oğlu


^ «KİTABİ-DƏDƏ QORQUD» EPOSUNDA ALINMA SÖZLƏR


Türk xalqları dilləri formalaşmağa başladığı zamandan etibarən istər müxtəlif türk, istərsə də yad tayfa dilləri ilə uzunmüddətli söz alış-verişi prosesi yaşamışdır. Təbii ki, yad dil ünsürlərinin ümumi bir proses kimi dilimizə nə zaman və hansı miqdarda daxil olması xüsusi araşdırma tələb edən ayrıca problemdir.

Məlumdur ki, leksik alınmalar tarixi şəraitdən doğan bir hadisədir. VII əsrdən başlayaraq, Azərbaycan dili daşıyıcılarının islamı qəbul etməsi nəticəsində Azərbaycan dilinə müxtəlif ərəb sözləri keçmişdir ki, bu sözlərə “Dədə-Qorqud kitabı”nın dilində də rast gəlmək olar. Ancaq bu o demək deyildir ki, “Dədə-Qorqud” kitabı, azərbaycanlıların islamı qəbul etməsindən sonra yaranmışdır. Xeyr, eposun yaranma tarixi, islam dininin yaranmasından çox əvvəllərə, əsrlərin dərinliklərinə gedib çıxır. Bu səbəbdən də eposda qədim dinlərin və inancların izlərinə rast gəlirik.

Lakin alınma sözlərin «Kitabi-Dədə Qorqud»da hansı yolla gətirilməsi, bu eposda işlənən türk, ərəb, fars mənşəli sözlərin paralel işlənməsi haqqındakı aşağıdakı fikir gerçəkliyi əks etdirir: «Türk mənşəli sözlərin paralelliyi sonrakı düzüb qoşmanın nəticəsidir – axırıncı dəfə yazıya alan mövcud türkdilli modelə uyğun türk mənşəli sözlərdən birini, məsələn, XV əsrdə işlənən ərəb, fars qarşılıqlarından biri ilə əvəz etmişdir, bu, həm də anlaşmanı müasirləşdirmək cəhdidir».

Dilçi alimlərin hesablamalarına görə ”Kitabi-Dədə Qorqud”da, xüsusi isimləri nəzərə almasaq, 573 söz alınmadır ki, bunlardan da 205-i fars, 353-ü ərəb, 15-i isə türk, ərəb və fars dillərində düzələn düzəltmə sözlərdir. Belə sözlərdən ərmağan, məsləhət, rəhmət, müsəlman, ilham, könül, kafir, əcəl, əzəl və s. sözləri misal göstərmək olar. Bundan başqa türklərin qədimdən, hələ İslamı qəbul etmədən öncə bir çox dillərlə bərabər, Çin və Hind-Avropa dilləri ilə də söz alış-verişi olmuşdur. Məsələn: Təhsin Banquoğlu don “paltar” sözünün saxa dilindən, “bez” kəlməsinin yunancadan, çətük “pişik” sözünün isə Hind-Avropa dillərindən olduğunu yazır. Bu sözlərə biz «Kitabi-Dədə Qorqud» eposunda da rast gəlirik.

«Kitabi-Dədə Qorqud» eposunda işlənilən alınma sözlərin çoxu müasir dilimizdə vətəndaşlıq hüququ qazanan kəlmələrdir.


Novruzova Gülana Səfər qızı

Bakı Slavyan Universiteti

«Pedaqogika nəzəriyyəsi və tarixi»

ixtisası üzrə MA-103 qrup magistrantı

Elmi rəhbər: dos. A.Qasımov


^ «KİTABİ-DƏDƏ QORQUD»DA RƏNG


Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsi olan «Dədə Qorqud» eposu Azərbaycan ərazisində 1-ci minilliyin II yarısında formalaşmışdır. «Dədə Qorqud» eposu əsasında «Dədə Qorqud» kitabını tarixçilər yaratmağa başlamışdılar. İki əlyazması mövcuddur. Əlyazmanın biri - bir müqəddimə və 12 boydan ibarət olanı Drezdendə, bir müqəddimə və 6 boydan ibarət olanı isə Vatikanda saxlanılır. Hər iki əlyazma XV əsrə aid olub əvəlki əlyazmalardan köçürülüb.

Dastan haqqında ilk məlumatı XIX əsrin əvvəllərində alman alimi Fridrix Fon Dits vermişdir. Dastanın motivləri əsasında «Dədə Qorqud» filmi çəkilib. Ssenarinin müəllifi Anardır. 1999-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə dastanın 1300 illiyi qeyd olunmuşdur.

Eposun boylarını söyləyən ozanlar ozanı Dədə Qorqud olmuşdur. Rəvayətə görə, Qorqud ata Məhəmməd Peyğəmbərin zamanında yaşamış, Bayat elindən olmuşdur.

Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən atalar sözləri verilir. Deyilənə görə, guya hər bir şeyə Dədə Qorqud ad verir. Lakin Dədə Qorqud özü bir neçə şeydə yanıldığını etiraf edir.

Gəlinə ayran demədim mən Dədə Qorqud,

Ayrana doyran demədim mən Dədə Qorqud,

İynəyə tikən demədim mən Dədə Qorqud,

Tikənə sökən demədim mən Dədə Qorqud.

«Dədə Qorqud» qəhrəmanlıq dastanıdır. Hadisələr Oğuz elində cərəyan edir. Oğuzun xanı Bayandur xan, igidlərin başında duranı isə bəylər bəyi Qazan xandır. Dastanda həm real, həm də mifik obrazlar var (Təpəgöz və onun anası Pəri qız).

Dastanın dili qədim türk dili olsa da, günümüzlə səslənir. Çünki azərbaycan dili iltisaqi dil olduğundan kökdə dəyişiklik baş vermir. Dastanda fonetik və qrammatik dəyişikliklər vardır. Əsərdəki şeirlər türk poeziyasının xüsusiyyətlərini – bəndini, misra quruluşunu, ahəngini geniş bir şəkildə əks etdirir. «Dədə Qorqud» dastanında müxtəlif obrazların dilindən verilən sözlər, rənglər, bənzətmələr, ifadə və təsvir vasitələri, sonrakı dövr yazıçılarımızın əsərlərində də özünü göstərir. Biz «Dədə Qorqud»da müxtəlif rəng çalarlarına rast gəlirik.

«Dirsə xan oğlu Buğac xan boyunu bəyan edər, xanım, hey!» boyunda: Bir gün Qamğan oğlı xan Bayandır yerindən durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalçası döşənmişdi.

Xanlar xanı xan Bayandır yildə bir kərrə toy edib, oğuz bəglərin qonaqlardı. Genə toy edib atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdurmışdı. Kimin ki, oğlı-qızı yoq, qara otağa qondurun, qara keçə altına döşən, qara qoyun yaxnısından önünə gətürün, yer isə, yesün, yeməzsə, dursun, getsün» - demişdi. Oğlı atanı ağ otağa, qızı olanı qızıl otağa qondurun, oğlı-qızı olmayan Allah Təala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün!» - demiş idi. Burada qara sözü rəngi bildirməklə yanaşı, həm də qara türk dilinidə böyük mənasında işlədilir. Hətta, Qazanın qardaşının adı Qaragünə, qardaşı oğlu Qarabudaqdır (Böyük budaq) Qara rəng dastanda bir neçə dəfə işlənir.

Dastanda müxtəlif rənglər qəhrəmanların və ya obrazların dilindən söylənilir.

Güz olmasına bənzər al yanaqlarını…

Başqa bir şeirdə isə belə deyilir:

Alca qanın yer yüzinə dönəyinmi?

Burada alca rəng dedikdə qırmızı rəng başa düşülür.

Dədə Qorqud burada belə söyləmiş – aydır (dedi):

Altun başlu ban ev vergil bu oğlana,

Kölgə olsun, ərdəmlidir:

Burada altun rəng deyəndə o, qızılı rəngi nəzərdə tutur.

Bayandur xanın ağ meydanda bu oğlan cəng etmişdir…

Yenə həmin boy, başqa bir yerdə: «Ağ saqqallu qocanın ağzın sögdi, ağ birçəklü qarının südin dartdı. Aqan durı sulardan xəbər neçə, arqurı yatan ala dağdan təpər aşa…

Başqa bir şerdə «Aqlı, qaralı seçilən çağda» deyilir. Burada ağlı, qaralı başqa bir rəngi göstərir. Yəni, havanın bozumtul rəngini verir.

Ağ yüzlü, ala gözlü gəlinlər gedərsə, bənim gedər.

Sənin də içində nişanlın varsa, yigit, degil mana,

Ağ saqqallu qocalar gedərsə, mənim gedər.

Ağ rəng misal gətirdiyim misralarda ağ rəng çalarını göstərir.

«Qara ölüm gəldiyində keçid versün» - bu cümlədə qara rəngi həyata son qoymaq mənasında işlədilir.

«Yerlü qara dağların, yıqılmasun» cümləsində isə qara böyük mənasında verilir.

«Dədə Qorqud» dastanındakı rənglərin insan adları ilə uyğunlaşmasına da təsadüf edilir. Bu dastanın qəhrəmanlarından biri olan Qaracıq çobanın adının da məhz qara sözü ilə bağlılığının şahidi oluruq.

Qızılaq dəgənəgincə gəlməz mana!..

Ala qolu sapanınca gəlməz mana!

Burada qızıluq rəng mənasında verilir. Həm də bu zoğalın rənginin qırmızılılığına işarədir. Bu söz indi rus dilində işlədilən kizıl – zoğal ifadəsini verir. Yəni bizim dilimizə başqa dillərdən söz keçdiyi kimi, bizim dilimizdən də başqa dillərə söz keçir və işlənir.

«Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur.

Odur, Sarı donlu Selcan xanım köşkdən baxır,

Kimə baxsa, öz eşqiylə oda yaxır!

Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»! dedi.

«Uruz Qoca oğlu Seyrək» boyunda üç yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi. Meyxanada beş gün yemək-içmək oldu. Ondan sonra Şirokuz kənarından Göycə dənizədək sahəni çalıb-taladılar. Dastanın bu boyunda Göycə dəniz adlı ifadəyə rast gəlirik. Göy rənginin səma, o, yaşıllıq rəngi olması ilə bərabər, həm də dənizə verilməsini görürük.

Eposda Oğuz igidlərinin atlarına verilən adlar da müxtəlif rənglərlə söylənilir. Qazan xanın atının adı qonur at, dəli dondarın atı Təpəlqaşqa, Qaragünənin atı Göy bədəvi, Şir Şəmsəddinin atı ağ-boz at, Beyrəyin atı boz ayğır, Yeynəyin atı isə duru ayğır adlanır.

Eposda müxtəlif rənglər, rəqəmlər həm heirin şeiriyyətinə, həm də əsərin dilinə oxuculuq verir. Əsərdə qəhrəmanlıq, vətənpərvərlik, anaya, Tanrıya məhəbbət ideyası öndə gedir. Vəfalı, etibarlı, namuslu qadın obrazları diqqəti cəlb edir. Düşmənə nifrət müasir gənclərimizin tərbiyəsində mühüm rol oynayır.


Zaidli Gülgün Füzuli qızı

Bakı Slavyan Universiteti

Filologiya fakültəsi, I kurs

Elmi rəhbər: b.m. Qafarov N.S.

^ KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDA İŞLƏNƏN ETNONİMLƏR


“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının folklor örnəyi olmaqla bərabər, həm də Azərbaycan türkcəsinin qədim və nadir yazılı mənbələrindəndir.

Türk xalqlarının ad sistemində tayfa adları-etnonimlər əsas yerlərdən birini tutur. Etnonimlər onomastikanın bir növüdür. Onomastika-yunan sözü olub Azərbaycan dilinə tərcümədə “advermə elmi” kimi tərcümə olunur. Etnonimika onomastika ilə bağlı olub, qəbilə, tayfa, nəsil, etnik qrup, xalq, millət adlarını öyrənən elm sahəsidir.

“Kitabi-Dədə Qurqud”da biz bir çox etnonimlərə rast gəlirik: Bayat, Oğuz, Salur, Tatar, Qaraca və s.

Bayat - Rəşiddədinə görə, bayat etnonimi Oğuzun oğlanlarından biri olan Gün xanın oğlu Bayatla əlaqədardır. Müəllifin fikrincə, antroponim “xoşbəxt, mərhəmətli, lütfkar” mənalı Bayat ümumi leksik vahidindən törənmişdir.

Oğuz – Ümumi türkoloji ədəbiyyatlarda “Oğuz” sözü 3 əsas mənada işlənmişdir: Oğuz – şəxsin adıdır, Oğuz – xalqın adıdır, Oğuz – “Oğuz eli” şəklində coğrafi məfhumdur.

Salur – 24 Oğuz boylarından birini təşkil etmiş Salur/Salor tayfasının adı Oğuzun 5-ci oğlunun (Tak xanın) oğlu Salor/Salır-la əlaqədar yaranmışdır. Monqol dövrünə qədər bu boyun adı Salğur şəklində yazılırdı.

Salurların qədim tayfa nişanı, yəni tamğasının “qazayağı” olduğu bildirilir. Anadolu və Azərbaycan xalçalarında bu nişan indi də qalmaqdadır.

Tatar – “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xan və onun oğlu Uruza kafirlər həqarətlə “tataroğlu” deyirlər. “Qarı düşmən tataroğlu əlimizə girmişkən, cəza ilə öldürəlim. Kərəm öylə ol, tatarı quyudan çıxar.”

Mənbələrdə doqquz tatar, otuz tatar adlı türk mənşəli tayfa adları VII-VIII əsrlərdə Şərqi türk xaqanlığı ərazisində xatırlanır.

Qaraca – “Kitabi-Dədə Qorqud” dastanında Qaraca (Çoban) şəxs adının tərkibində işlənir. Burada iki fikir mövcuddur. Birincisi, odur ki, həmin şəxs adında Qaraca tayfa adını, Çoban şəxs adını bildirir. Ikinci fikir odur ki, Qaraca şəxsin adını, Çoban isə peşəni bildirir. Adın quruluşu hər iki modelə uyğundur.

^ Агаева Севда Эльдар кызы

Бакинский славянский университет

Филологический факультет 303 группа

Научный руководитель: проф. И.Г.Гамидов


^ СИНТАКСИЧЕСКИЕ ОСОБЕННОСТИ ПОБУДИТЕЛЬНОГО

ПРЕДЛОЖЕНИЯ В ДАСТАНЕ «КИТАБЕ ДЕДЕ КОРКУД»


По функции, по целенаправленности заключенного в них высказывания предложения делятся на повествовательные, вопросительные, побудительные. Они служат для передачи соответственно трех основных форм мысли-суждения; повествования, вопроса, побуждения.

В дастане «Китаби Деде Коркуд», естественно, представлены все три типа предложения. Побудительные предложения в дастане типичны для речи персонажа: они выражают волеизъявление, побуждение к действию, и адресованы к собеседнику или третьему лицу.

Побуждение имеет разную степень категоричности. В зависимости от этого различаются виды – побуждение-приказание, просьба, совет, разрешение или согласие, призыв. Они же в свою очередь делятся на а) собственно побудительные (сюда входит приказ, просьба, вердикт и т.д.) и б) побудительные предложения со значением доброжеланий (alqış) и зложеланий (qarqış), например:

^ Yer üzündə böyük çadır qur – приказание.

Çal, ay dəli ozan, ərə gedən qız mənəm, oynayım – просьба.

Dilin qurusun, çoban – зложелание.

Все побудительные предложения в дастане «Китаби Деде Коркуд» по количеству составов делятся на двусоставные и односоставные.

В дастане имеется 11 двусоставных побудительных предложений и 105 односоставных побудительных предложений.

Следует отметить, что все побудительные предложения в дастане определенно-личные. Причиной этого, на наш взгляд, является то, что определенно-личные предложения в силу наличия в нем определенной формы глагола-сказуемого обладает особой степенью динамичности употребления. Поэтому функционирование подлежащего принципиального нейтрализуется и этот тип предложений приобретает форму воспроизводящейся модели бесподлежащной конструкции, т.е. односоставность для этой модели становится языковой нормой.

В заключении следует отметить, что в «Китаби Деде Коркуд» представлен вполне нормированный язык с уже сложившейся системой односоставных и двусоставных предложений.


Омаров Орхан Юсиф оглы

Факультет филологии, 302 гр.


^ АРХЕТИП «НЕУЯЗВИМОСТЬ» В МИРОВОМ ЭПОСЕ

(«Песнь о Нибелунгах» и «Книга моего деда Коркута»)


Так как эпос «Песнь о Нибелунгах» и «Книга мего Деда Коркута» зачастую сравнивают с произведением Гомера, то в докладе мы хотели бы сопоставить героя немецкого фольклора с одним из героев древнегреческого происхождения и одного из героев эпоса Деде Коркут, а именно Зигфрида, Ахиллеса и Тепегез. Каждый воин имеет похожую историю, связанную с их неуязвимостью и смертью. Мама Ахиллеса в детстве купала его в мифической реке Стикс, держав его за пятку. Зигфрид получил неуязвимость после победы над драконом, когда искупался в его крови. Тепегез получил неуязвимость благодаря кольцу, которое ему было вручено его Матерью. Но каждый из них как один имели одно уязвимое место. Мы провели еще одно сравнение эпоса Деде Коркут и Санскритские писания, а именно часть из Индийского произведения «Махабхарата» философское учение «Бхагават-гита».

Деде Коркут раскрывает нам и говорит, о том, что на поле сражались армии двух Огузских племен, где против друг друга бились брат с братом, отец с сыном, сородич с сородичем. В полном смысле понимания этого эпизода речь идет о братоубийстве между соплеменниками. Подобную ситуацию мы с вами можем рассмотреть на примере «Бхагавад-гиты», что дословно переводится «Как она есть». Повествуется о том, как на поле брани стояли против друг друга, две армии отцов против детей своих, брата против брата, друга против друга. Таким образом, перед нами открывается новая ветка сравнений двух разных по своей сути произведений: Деде Коркут, который является эпосом и памятником тюркских народов и «Бхагават-гиты», что является одним из самых серьезных Индийских философских учений. Также сравнению подлежат одни из ключевых героев этих произведений – это сам Деде Коркут и Арджуна: Арджуна так же как и Деде Коркут пытался остановить и избежать кровопролитие с обеих сторон и оба героя помимо борьбы внешней за справедливость, боролись и переживали внутри самих себя. Деде Коркут переживая за братоубийство двух племен пытаясь остановить бойню и Арджуна пытался понять стоит ли воевать против братьев своих или как можно этого избежать и найти иной путь, путь истинный. Таким образом, мы рассмотрели не просто совпадение одной из сцен в таких разных произведениях, но и провели параллель между героями столь разных времен и вероисповеданий. Давно известно, что индийская лингвистика повлияла на греко-римское языкознание, следовательно, и Индийский эпос мог оказать влияние на формирование европейского эпоса, в том числе и на греческий.

Этот факт подтверждается также тем, что территория Азербайджана и Турции входили в империю Дария III и Александра Македонского, который изучал историю индийского народа.


^ Потапова Любовь Викторовна

Филологический факультет

3 курс , 302 группа

Научный руководитель: ст. преп. Магеррамов Г.А.


^ ОБ ОСОБЕННОСТЯХ УПОТРЕБЛЕНИЯ СЛОЖНОГО

ПРЕДЛОЖЕНИЯ В «КНИГЕ МОЕГО ДЕДА КОРКУТА»


В дастане «Книга моего деда Коркута» можно встретить большое количество сложных предложений. Эти сложные предложения имеют свою специфику построения. Особенностью их является то, что части предложений построены на синтаксическом параллелизме. За счет синтаксического параллелизма многие предложения воспринимаются как пословицы, несмотря на то, что вне текста эпоса они таковыми не являются. Примером могут служить такие фразы как: “Ana haqqı – Tanrı haqqı”, “Ölən adam dirilməz, çıxan can geri gəlməz” и т.д. Подобные выражения для человека, глубоко не изучающего азербайджанский язык и незнакомого с азербайджанским фольклором, приравниваются к пословицам.





ЯДЯБИЙЙАТ

ЛИТЕРАТУРА

LITERATURE




Aslanova Aytəkin

Bakı Slavyan Universiteti

Filologiya fakültəsi qrup 408

Elmi rəhbər: f.e.n., dos. Məmmədova L.


^ KİTABİ-DƏDƏ QORQUD” BOYLARININ

İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ


Möhtəşəm sənət abidəsi olan “Kitabi-Dədə Qorqud” qədim “Oğuznamə”lərin ən bö­yü­yü və məşhurudur. Müqəddimədə əsas etibarilə Dədə Qorqud tərif olunur, onun nə­sihətləri və müd­rik xalq ifadələri verilir. Dilimizdə aforizmə çevrilən bu ifadələrin əksəriyyəti bütün dövr­lərdə atalar sözü və məsəllər kimi yaşamaqdadır. Məs.: ”Əzəldən yazılmasa, qul başına qəza gəlməz”, “Baba malından nə fayda, başda dövlət olmasa”, “Ölən adam dirilməz, çıxan can geri dönməz”, “Kül təpəcik olmaz” və s.

Boyların yarandığı dövrdə, yazıya alındığı vaxt arasında böyük bir fasilə vardır. ”Kitabi-Dədə Qorqud”dakı on iki boyun hər biri müstəqil qəhrəmana malikdir. Boyları oxuyarkən biz müx­təlif oğuz igidlərinin şücaətinin, dönməzliyinin və öz xalqı yolunda qarşısına çıxan ma­ne­ə­ləri dəf etməsinin şahidi oluruq.

“Kitabi-Dədə Qorqud”un boylarında xalq həyatının müxtəlif sahələri işıqlandırılmışdır. Bu­rada yalnız və­tən yolunda mübarizə, müharibə deyil, xalqın məişəti, sevgisi, arzusu, adət-ənə­nələri və s. ilə əlaqədar mü­hüm məsələləri öz bədii əksini tapmışdır.

Dastanda qadınlar hadisələrin ən fəal aparıcı qüvvələrindəndir. Onlar mübarizlikdə, qəh­rə­manlıqda heç də kişilərdən geridə qalmırlar. Dastandakı müqəddimədə qadınlar dörd yerə bö­lünür. Burada evdar, qonaq­pər­vər, işgüzar, səxavətli, xoşrəftar qadınlar təriflənir, əksinə, gə­zəyən, pinti, dedi-qodu ilə məşğul olan qadınlar pis­lənir.

“Kitabi-Dədə Qorqud” ən qədim Azərbaycan dastanı olmaqla özündən sonra yaranan həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarına təsir etmişdir. Bir çox dastanlarımızın süjetində ayrı-ayrı surətlərin başına gələn əhvalatlarda “Dədə Qorqud” təsiri özünü göstərir.


Əkbərova Aysel Ərəstun qızı

Bakı Slavyan Universiteti

Pedaqoji fakültə, İTPM, III kurs

Elmi rəhbər: Qafarova S.


^ KİTABİ DƏDƏ QORQUD” VƏ “NİBELUNQLAR HAQQINDA

NƏĞMƏ” DASTANLARINDA MİFOLOGİYA


Azərbaycan xalqının tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında mifoloji hadisələrə rast gəlirik. 12 boydan ibarət olan bu dastanın yalnız 2 boyunda mifik obraz və hadisələr öz əksini tapıb. Mifoloji obrazlara “Basatın Təpəgözü öldürməsi” və “Dəli Dom­rul” boylarında rast gəlirik. Buradakı Təpəgöz obrazı, çobanın gücünün təsviri səh­nəsi, “Dəli Domrul”dakı əzrayıl mifik obrazlardır. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanının digər boylarında az da olsa mifik hadisələr var. Mясялян: Qaraca çobanın ağacı kökündən qolları ağaca bağlı vəziyyətdə çıxarmasının, həmçinin Qazan xanın bir dəfəyə yediyi yeməyin miqdarının və s. hadisələriн təsvirini göstərmək olar.

“Nibelunqlar haqqında nəğmə” eposunda da mifologiyaya geniş yer verilib. Buradakı Зiqfridin heyvanlarla rastlaşması səhnəsi, onun barmağının əjdaha yağına vurarkən “buynuz kimi” sərtləşməsi, sonra bütün bədənini bu yağla yağlaması, Tarnkappenin sehirli gücü, həmçinin qadını Krimhildаnын gördüyü yuxunun çin çıxması, Brunehildin uzun­müddətli yuxudan Siqfridin öpüşü ilə ayılması, eləcə də Зiqfridin canının kürəyindəki yarpaqşəkilli yerdə olması və yalnız o hissədən vurularsa ölməsi fikri söylədiklərimizi bir daha təsдiqləyir.

Bununla da biz görürük ki, щяр 2 dastanda mifоlogiyaya geniş yer verilmişdir. Бизим fikrimизcə bu, hər 2 xalqın adət-ənənəsinin, həyat tərzinin, xalq təfəkkürünün məhsuludur.


^ Cavadzadə Nərgiz Ehlam qızı

Bakı Slavyan Universiteti

Jurnalistika şöbəsi, II kurs