AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Professor ə.z abdullayevin sintaktik görüşləri
Bədii üslubda əvəzliklər
Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır. Bu
Budur mədəniyyət, budur
Elə atasının, anasının yanında sözümü deyim. Ərköyünlük və kütlüyün nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə
Həmən o hadisədən
Kim sual əvəzliyi xəbəri təsdiq fellərlə ifadə olunmuş cümlələrlə işlənərkən çox vaxt heç kəs, heç kim
Kim sual əvəzliyi cəm şəkilçisi ilə işlənir. Bu zaman ümumiləşmə bildirir. Kimlər
Nə sual əvəzliyi insandan başqa digər canlılan əvəz edə bilər. Məs: Nə
Nədir könlümdəki bu duyğular bəs? (B.Vahabzadə) Nə
Nələrin var, nələrin
Nə sual əvəzliyi hansı sual əvəzliyinə sinonim kimi işlənir. Yad dildə məktub yazıb qardaş öz qardaşına, Bu məktubu oxuyan nə kü
Nə sual əvəzliyi niyə
Подобный материал:
1   ...   24   25   26   27   28   29   30   31   32

ƏDƏBİYYAT

1. Баскаков H.A. Каракалпакский язык. Тот П. Изд. AHSSR. Москва, 1952.

2. Бенвенией Э. Общая лингвистика. М., 1974, с.12

3. Богородитский В.А. Введение в татарское языкознание в связи с другими тюркскими языками. Изд. 2-е. Казань, 1953, с.166.

4. Богородитский B.A. Этюды по татарскому и тюркскому языкознанию. Казань, 1933; А.Н.Кононов. Грамматика современного турецкого литературного языка. М.,-Л., 1956.

5. Дмитриев Н.К. Строй тюркских языков восточная литература. Изд. М., 1962

6. Исламов М. Местоимения в диалектах и говорах Азербайджанского языка. Баку, 1973, с.6.

7. Кононов А.Н. Грамматика современного узбекского литературного языка. М., Л., 1960, с.173.

8. Коцнельеон С.Д. Типология языка и речевое мышление, Л., 1972, с. 147

9. Мирзязадя Щ. Азярбайъан дилинин тарихи морфолоэийасы. Бакы, Азяртядрисняшр, 1962, с. 168

10. Паранджи Фируза. Местоимение в письменных памятниках Азербайджанского языка (XIII-X1X в). Баку, 1978, с.6; С.Ялизадя. Орта ясрлярдя Азярбайъан йазылы дили. Бакы, 1985, с.42.

11. Поцелуевский А.П. Происхождение личных и указательных местоимений (материалы к истории туркменского языка). Ашхабад, 1947, с.27.

12. Рамстедт И. Введение в алтайское языкознание. Морфология, М, 1957, е.76-78.

13. Rəçəbli Ə. Göytürk dilinin morfologiyası, s.211

14. Селверстова O.H. Местоимения в языке и речи. М., 1988, с.37

15. T.İ.Hacıyev, K.N.Vəiiyev «Azərbaycan dili tarixi». Maarif nəşriyyatı, Hakı, 1983, səh.187


РЕЗЮМЕ


Личные местоимения - один из видов местоимений. В статье По-отдельности разъясняется каждое личное местоимение, их этимология, лексика - семантические свойства и высказываемые мысли обосновы­ваются.


SUMMARY


Personal pronouns are one kind of pronouns. In the paper each personal pronoun is explained one by one, and their etymology, lexical -semantic and morphologic properties are told, the investigator's ideas are grounded.


Şahbazova Nüşabə


PROFESSOR Ə.Z ABDULLAYEVİN SİNTAKTİK GÖRÜŞLƏRİ


Azərbaycan dilinin ən aktual problemləri üzrə 50-dən artıq əsərin, o cümlədən 16 kitabın[dərslik, dərs vəsaiti və monoqrafiyanın]müəllifi olan professor Ə. Abdullayevin elmi fəaliyyəti geniş və əhatəlidir. Araşdırmaya tələbəlik illərindən başlayan Ə. Z. Abdullayevin ilk qələm təcrübələri ədəbiyyatşünaslıqla bağlıdır. Ədəbiyyatımızda “26 Bakı Komisarının surəti”onun ilk qələm təcrübəsidir. Bundan sonra bir-birinin ardınca , C. Cabbarlının “Sevil”əsərində”tiplərin dili”[1;2] N. A. Nekrasovun “Saxta çovğun, qırmızı burun”əsərinin tərcüməsinə aid yazdığı “Bir tərcümə haqqında”məqalələri göstərirdiki elm aləminə zəngin intuisiyalı, bacarıqlı qələm sahibi gəlir ”[2;3].

1950-ci ildən başlayaraq Ə. Abdullayev dilçilik sahəsində araşdırmaya başlamış, dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr yazmışdır. Professor Ə. Abdullayevin elmi biblioqrafiyasındakı əsərlərin yarıdan çoxu sintaksisə aiddir. O, sintaktik əlaqələr, əlavələr, cümlə üzvləri, üzvlənməyən sadə cümlələr, təktərkibli sadə cümlələr, feli tərkibli sadə geniş cümlələr və başqa bu kimi aktual məsələlərə həsr edilmiş elmi əsərlərin müəllifidir. Professor Ə. Abdullayevin elmi fəaliyyətində ilk iri həcmli elmi əsəri 1954-cü ildə “Azərbaycan dilində xüsusiləşmələr”mövzusunda yazdığı və müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasıdır.

O, bu elmi əsərində əsas mövzu ilə yanaşı, Azərbaycan dilçiliyində əlavələr və tərkiblər haqqında ilk dəfə ətraflı şərh vermişdir.

Əlavə və xüsusiləşmələrə aid Ə. Abdullayevin araşdırmasına qədər ancaq orta məktəb qrammatikalarında ümumi məlumat vərilirdi. Müəllif öz mülahizələrini problematik səviyəyə qaldırmışdır.

Professor əlavənin altıncı üzv olmadığını qeyd etmiş, onların xüsusiyyətlərini elmi səviyyədə izah etmişdir. Göstərmişdir ki, əlavələr öz xüsusiyyətlərinə görə iki yerə bölünür.
  1. Xüsusiləşməyən əlavələr
  2. Xüsusiləşən əlavələr.

Müəllif haqlı olaraq tarixən əlavə kimi işlənən, sonradan mürəkkəb sözə çevrilməni digərlərindən fərqləndirmişdir. Bununla dilçiliyimizdə mürəkkəb sözlərin yaranmasındakı yollardan birini izah etmişdir. Bu yolla əmələ gələn “Məsməxanım” “Babakişi” “Babadağ”kimi mürəkkəb sözlərin xüsusi isimlərdən sonra əlavələrin işlənməsi, dilin sonrakı inkişaf mərhələsində mürəkkəb sözə çevrilməsini göstərmişdir.”[4;379] Əlavələrin bir qismi ümumi isimdən sonra gəlir və izah edir. Belə tipli əlavələrin bir qismi isimdən əvvələ keçdikdə təyini olur. Haqlı olaraq müəllif qeyd etmişdir ki, bunlar əslində təyin olub, yerlərini dəyişdikdə, əlavəyə çevrilmişdir. ”[4;380]

Əlavələrin izahında dərin elmi araşdırmaya meyl edən tədqiqatçı xüsusiləşən əlavələrə daha çox diqqət yetirmiş, onların qrammatik, semantik xüsusiyyətlərini izah etmişdir.

Əlavə aid olduğu üzvlə eyni olmalıdır. ”Bu bir növ uzlaşma adlandırıla bilər”.[4;382] Əlavəyə aid sonralar yazılmış bir çox məqalə və elmi kitablarda əlavəni aid olduğu üzvlə qrammatik əlaqəsi həmişə problem kimi qalmışdır. Bu münasibəti bəzi dilçilər Ə. Z. Abdullayevin qeyd etdiyi kimi uzlaşma xarakterli, bəzən tabesizlik, bəzən aydınlaşdırma olduğunu qeyd etmişlər. Bəzən bu əlaqə haqqında heç danışılmamışdır. ”[8]

Mübtəda 1və 2 şəxs əvəzliyi ilə ifadə olunduqda onun əlavəsi kəmiyyət və ismin halına görə uzlaşır, ancaq şəxsə görə uzlaşma pozulur. Bu isə əlavələri digər üzvlərdən fərqləndirir. Bu haqda müəllif belə yazır:”Elə bu xüsusiyyətinə görə də əlavələr bəhsi köhnə qrammatika kitablarında uzun müddət qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər[xitab, ara söz və nidalar]sırasında verilmişdir. ”[4;383]

Əlavələr müstəqil üzv deyil, cümlə üzvündən asılıdır. Asılı olduğu üzv aydınlaşdırır, konkretləşdirir. Bizə belə gəlir ki, müəllifin qeyd etdiyi fikirləri bir az da diqqətlə izləsək görərik ki, doğurdanda əlavə və əlavəli üzv arasında qrammatik əlaqənin uzlaşmaya uyğunluğu daha çoxdur. Lakin bu uzlaşma mübtəda və xəbər arasında olan uzlaşmadan fərqlidir. Müəllifin qeyd etdiyi kimi burada şəxs, kəmiyyətlə yanaşı, isimin halı da nəzərə alınmalıdır. Məsələn;Sonra evimizdəki söhbətlərdən burada-kəndə də soyğunların başladığını eşitdim. [İ. Əfəndiyev]

Bu əhvalatdan iki il sonra-yay vaxtı Fatma Şuşaya-bacısı Bəyazgilə qonaq getdi.

Əlavə əlavəsi olduğu üzvün müxtəlif ifadələri kimi meydana çıxır. Bütün cümlə üzvlərinin əlavəsi vardır. Bundan başqa əlavə söz birləşmələrinin asılı tərəfinə də xitablara da aid olur, onları konkretləşdirir. Əlavələrin izahında müəllifin diqqətini bir çox digər sintaktik kateqoriyalar da cəlb etmişdir. Cümləyə daxil olaraq onun mənasını genişləndirən vasitələrdən biridə həmcins üzvlərdir. Bir çox cəhətlərinə görə həmcins üzvlərlə əlavə arasında oxşar cəhətlər vardır. 1. Əlavə ilə əlavəli üzv və həmcins üzvlər eyni suala cavab verir. 2. Əlavə də həmcins üzvlər də eyni üzvlə bağlı olur. Həm həmcins üzvlər, həm də əlavələr də nitq zamanı müıyyən fasilə ilə deyilir. Lakin bütün bunlarla yanaşı əlavə ilə həmcins üzvlər arasında bir çox fərqlər vardır. Bu fərqləri Ə. Z. Abdullayev aşağıdakı şəkildə göstərir:
  1. Həmcins üzvlər bir cinsdən olan müxtəlif əşyaları müxtəlif şəkildə ifadə edir. Neçə məfhum varsa, o qədər də söz həmcins üzv vardır.
  2. Əlavəli üzvlə əlavə hər ikisi eyni hədəfi göstərir, ifadə edilir. Müəllifin qeyd etdiyi kimi. ”Bir cümlə üzvünün iki əlavəsi olsa da, bunların hamısı eyni hədəfi oxumağa xidmət edir. “[4;389]
  3. Həmcins üzvlərdə birincidən sonrakı üzvə və ya üzvlərə sual verilərsə, həmin sualdan əvvəl daha sözünü artırmaq olar. Əlavəli üzvdən əvvəl “yəni”sözünü artırmaq olar.
  4. Əlavəli üzvlə əlavə üzv arasındakı fasilə həmcins sıranın komponentləri arasındakı fasilədən daha çox olur.
  5. Əlavəli üzvlərdə şəkilçiləri ixtisar etmək olmur. Burada qeyd etmək lazımdır ki, xəbərin əlavəsində xəbərlik şəkilçiləri ixtisar edilə bilir. Lakin digər üzvlərdə bu qrammatik hadisə baş vermədiyi üçün bu istisnanı başqa üzvlərə şamil etmək olmaz. Məsələn;1. Bəli, düz tapmışsınız maarif işçisi-müəlliməm. 2. Sənin yerin bura-döyüş meydanıdır.

Həmcins üzvlərdə şəxs, mənsubiyyət , hal, cəm şəkilçiləridə ixtisar edilə bilər. Həmcins üzvlərdə ümumiləşdirici sözlər müxtəlif şəkildə işlənə bilir. Həmcins sıranı təşkil edən üzvlərin arasında tabesizlik bağlayıcıları işlənə bilir.

Həmcins sıranın komponentləri arasında aydınlaşdırıcı-yəni, məsələn bağlayıcıları işlənə bilmir. Əlavə və əlavəli üzv arasında bu, yalnız bağlayıcılardan istifadə edilir. Həmcins üzvlər arasında sadalama intonasiyası, əlavə və əlavəli üzv arasında aydınlaşdırıcı, izah edici, konkretləşdirici fasilə olur. Həmcins sıranın komponentləri arasında tabesizlik, aid olduğu üzvlə isə tabelilik əlaqəsinin müxtəlif tipləri özünü göstərir. Məsələn; O, uzunboylu, qarabuğdayı, girdəsifət bir oğlan idi. Yay aylarında yataqxanada Gülü xala ilə Ələsgər dayı qalırdı. Qeyd etdiyimiz cümlələrdə uzunboylu, qarabuğdayı, girdəsifət təyinləri öz aralarında tabesizlik əlaqəsi ilə, aid olduqları üzvlə yanaşma əlaqəsi ilə bağlanmışdır. İkinci cümlədə Gülü xala və Ələsgər dayı həmcins mübtədaları öz aralarında tabesizlik, tabe etdikləri xəbərlə uzlaşma vasitəsilə bağlanmışdır.

Əlavə və əlavəli üzv arasında isə qeyd etdiyimiz kimi sadalama intonasiyası olmur, bağlanmada tabesizlik münasibəti özünü göstərmir.

Əlavə ilə təyin arasında yaxınlıq olduğu kimi fərq vardır. Professor Ə. Z. Abdullayev bu oxşarlıq və fərqi seçdiyi üçün əlavəni təyinin bir növü kimi qeyd edənlərə etiraz edir.[4;392] “Müəllif bunların ayrı-ayrı kateqoriya olduğunu qeyd edir. Əlavə və təyinin yaxınlığını məzmun oxşarlığı olduğunu qeyd edir. Müəllif bu fərqlərin hər birini ayrıca bənd şəklində verir. Göstərir ki, təyin və əlavələrin sırasında fərq vardır. Yəni təyin aid olduğu üzvdən əvvəl, əlavə isə sonra işlənir. Təyinlərin məhz özünə məxsus “necə? nə cür? hansı, neçənci, nə qədər” sualları vardır. Əlavələr isə aid olduğu üzvün sualına cavab verir. Təyin aid olduğu üzvün formasını qəbul etmir, formaca sabit qalır. Əlavələr isə aid olduğu üzvün formasını qəbul edir. Təyinlə təyinlənən üzv arasındakı fasilə qısa, əlavə ilə üzv arasındakı fasilə daha çox olur. Təyini cümlədən çıxardıqda və yaxud təyinlənən üzvü atdıqda cümlə pozulur. Əlavənin aid olduğu sözü cümlədən çıxardıqda əlavə daha əlavə olmur, cümlə üzvünün yerinə keçir. Əlbəttə bu bütün hallarda mümkün olmaya bilir. Bu, mübtəda 1, 2 şəxs əvəzlikləri ilə ifadə olunan cümlələrdə, əlbəttə, mümkün olmur. Lakin əksər hallarda bu mümkün olur.

Ə.Abdullayev əlavə və xüsusiləşməyə aid yazdığı elmi əsərində hər bir cümlə üzvünün əlavəsinin elmi şərhini vermişdir. Bir çox dərsliklərdə əlavə və xüsusiləşmə bölmələrini Ə. Abdullayev yazmışdır. 1972-ci ildə çap edilən “Müasir Azərbaycan dili dərsliyində” [Dərslik Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür], 1981-ci ildə çap edilmiş “Müasir Azərbaycan dili” [3 ciddə III cild sintaksis] dərsliklərində də əlavə və xüsusiləşmə və bölməsini məhz professor Ə.Z.Abdullayev yazmışdır. Hər dəfə mövzuyə müraciət edən alim söylədiyi fikirlərə nəzər salmış, müəyyən yeniliklər etmişdir. Bu dərsliklərdə əlavələrin xitablara da, ismi söz birləşmələrinin feli tərkiblərin aslı tərəfinə aid ola bildiyini qeyd etmiş, daha əhatəli elmi şərhlər vermişdir.


ƏDƏBİYYAT
  1. Lenin tərbiyəsi uğrunda qəzeti. 1948.
  2. Ə. Z. Abdullayev. Bir tərcümə haqqında, Azərbaycan gəncləri, 1952, 29 noyabr.
  3. Azərbaycan dilinin qrammatikası 2-ci hissə sintaksis, AE nəşr Bakı 1959.
  1. 4 Müasir Azərbaycan dili, ADU-nun nəşriyyatı, Bakı 1959.
  1. Ə. Z. Abdullayev Azərbaycan dili məsələləri ADU-nun nəşri 1992.
  2. Ə. Z Abdullayev, Y. M. Seyidov, A. Q. Həsənov Müasir Azərbaycan dili sintaksis 4-cü hissə, Maarif nəşriyyatı Bakı, 1972.
  3. Ə. Z. Abdullayev, Y. M. Seyidov, A. Q. Həsənov Müasir Azərbaycan dili sintaksis 4-cü hissə Bakı 1985
  4. Q. Kazımov Müasir Azərbaycan dili “Aspoliqrof LTD “MMC Bakı-2004; Müasir Azərbaycan dili, Bakı EA; Ə. Z. Abdullayev, Y. Seyidov, A. Həsənov, Müasir Azərbaycan dili Bakı, 2009. Z. Budaqova Müasir Azərbaycan dilində sadə cümlə Azərbaycan SSR EA.
  5. S. Abdullayeva “Şərəflə yaşanan ömür “. Tədqiqlər-2 Bakı Elm nəşr səh 49.


РЕЗЮМЕ

Профессор А.З. Абдуллаев является автором многих статей, книг и монографий о синтаксисе. Мы поставили цель изучения его научных, общественных и языковых трудов. Это статья профессора А.З. Абдуллаева посвящается одной части его широких исследований - приложениям. По словам автора, эти приложения не являются шестым членом, входя в состав предложения, объясняют, и конкретизирует суть члена предложения, являющегося приложением. Статья рассмотрена с точки зрения современного научного исследования приложений, не потерявшего актуальности по сегодняшний день, и не вынудившего отбросить на задний план научные разработки профессора.


SUMMARY

Professor A.Z.Abdullayev is an author of great number of articles, books and monographs on Syntax. We purpose to investigate his scientific, social and linguistic approaches. This article is devoted to the term of “Additions”—one field of Pr.Abdullayev’s broad research. As the author says: “Additions are not the sixth member”. While entering the sentence they clarify and concretize the part of the sentence which additions they are. In this article “Additions” are looked over from the modern scientific point of view and Pr.’s scientific views which have not lost their topicality, are emphasized.


Tanrıverdiyeva Hüsniyyə


BƏDİİ ÜSLUBDA ƏVƏZLİKLƏR


Poetik nitadə əvəzliklər mətnin hissələri arasında əlaqə və xüsusi poetik don yaradan ünsür kimi çıxış edir. Bu halda əvəzliyi mətnə təzəlik, qeyri-adilik gətirir. Obrazlı nitqdə işarə əvəzliyi daha çox işlənir hansı bir fikrin birbaşa deyişilmiş mənasını qabarıqlaşdırmağa, aktullaşdırmağa xidmət edir. Bu əvəzliklər hər hansı bir mətndə işlənərkən özünəməxsus üslubi-semantik çalar qazanır. Mətnin hissələri arasında məna əlaqəsi yaradan işarə əvəzlikləri qənaət vasitəsinə çevrilir. Bu ısə mətnin əvvəiki hissə və fraqmentlərini təkrardan azad edir. Bu tipli işarə əvəzlikləri anaforik xarakterə malikdir, mətni təşkil edən cümlələrin əvvəlində özünü göstərir:

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır.

Bu dil - bir-birimizə əhdi-peymanımızdır,

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil - əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir (B.Vahabzadə)

Bu, bu arzudur bizi bura yığan, ay Süleyman. (Şəmşad Rza)

Həmin gecə yarısı birdən-birə bütün həqiqəti ilə Ziyad xana aydın oldu ki, Mahmud heç vaxt taxtda oturmayacaq. Mahmud heç vaxt bəylərbəyi tacını başına qoymayacaq. Ziyad xanın neçə müddət yuxusunu çəkən də bu idi (Elçin).

İşarə əvəzlikləri tabeli mürəkkəb cümlələrdə nisbi sözlər kimi də çıxış edə bilir. Bəzən tabeli mürəkkəb cümlələrdə işarə əvəzlikləri nümayişkaranə şəkildə təkrar olunur. Bu təkrar cümlənin sintaktik genişlənməsinə və bu genişlənmə üçün perspektiv açılmasına səbəb olur. Məs.: Onluq lampanın işığında Xıdırın sifətində elə bir mehribanlıq vardı ki, dodaqlarındakı təbəssümdə elə bir doğmalıq vardı ki və bu mehribanlıq, bu doğmalıq o üç nəfərin sifətindəki, danışığındakı soyuqluq-yadlıqdan o qədər seçilirdi ki, Əbdül o arxayınlığa baxmayaraq ağladı (Elçin).

İşarə əvəzliyi poetik mətndə hər hansı şəxs, hadisə, obyekt və s. Fərdiləşdirmək üçün də işlədilir. Bu halda hər hansı bir hissədə aydınlaşdırıcı, təyinedici kimi özünü nümayiş etdirir. Bəzən eyni işarə əvəzliyi müəllif tərəfindən qəsdən təkrar edilir. Bu təkrar dili ağırlaşdırmır, əksinə emosionallıq və ekspressivliyi artırır.

1. Sən həyat naminə ölmədin qızım,

Sən ölüm naminə öldün, dərd budur! (B.Vahabzadə)

2. Qulluq et bir fikrə, tək bir amala,

Budur mədəniyyət, budur böyüklük! (B.Vahabzadə)

Mizin arxasında Xıdırla üzbəüz oturub o gözəl ət qızartmasını yedikcə o on yaşlı balaca oğlan başa düşürdü ki, yox bu dəfə söhbət idmandan getmir, bu dəfə nəsə daha böyük iş olacaq və o böyük iş Xıdırı da, Əbdülü də daha artıq xoşbəxt edəcək (Elçin).

Antonim mənalı işarə əvəzlikləri bir mətn, bəzən bir cümlə daxilində paralel işlənir. Bu, işarə edilən obyektin daha aydın müqayisəsinə səbəb olur. Belə qarşılaşdırma və müqayisədə işarənin ayırıcılıq xüsusiyyəti daha çox qabarıqlaşır. Müqayisənin daha uğurlu olması işarə əvəzliyinin mətndə tutduğu sintaktik mövqedən asılı olur. Məs.:

1. O sərvət hara, bu sərvət hara. Açıldı mücrü, örtüldü mücrü (G.Hüseynoğlu).

2. Könlüm keçir Qarabağdan

Gah bu dağdan, gah o dağdan (S.Vurğun).

Belə qarşılaşdırma adi müqayisə çalarını ifadə etdiyi kimi, keçmişi. indini, bir-birinə əks olan varlıqları, hətta ən kəskin ziddiyyət çalarını nəzərə çarpdıra bilər:

Mən beləyəm, sən elə, sən eləsən mən belə (S.Rüstəm).

Bu müqayisə təkcə antonim mənalı işarə əvəzlikləri ilə deyil, eyni işarə əvəzliyi ilə də edilə bilər. Bu heç də müqayisə və qarşılaşdırmanı zəiflətmir.

Bu mən, bu o, bu da sən

De görək nə deyirsən (Ə.Kərim).

İşarə əvəzliklərindən bu, o, elə, belə sözlərinin üslubi xüsusiyyətlərindən biri də odur ki, onlar bəzən sintaktik situasiyadan asılı olaraq köməkçi vasitələr kimi də çıxış edə bilir. Belə şəraitdə həmin əvəzliklər ozlərinin işarə bildirmək mənasından uzaqlaşır, mətnə emosionallıq, ekspressivlik verir.

Elə atasının, anasının yanında sözümü deyim. Ərköyünlük və kütlüyün nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi (M.İbrahimov).

Lap ədatının «elə, belə» sözünə qoşulmasından düzələn «lap elə», «lap belə» ifadələri tamlıq, qətilik çalarını gücləndirmək üçün işlədilir:

O lap beb dedi. Lap elə belə dedi.

İşarə əvəzliklərinin paralel işlənməsi də dildə müxtəlif rəngarəngliyin yaranmasına səbəb olur. Bu əvəzliklərin paralelliyinə aşağıdakı şəkillərə rast gəlinir; həmən o, həmən bu; elə belə, həmən elə bu, həmən elə o və s.

Tehrana atıldıqlarının üçüncü ayı elə beləcə arvad sönüb getdi. Həmən o hadisədən sonra özünə gələ bilmirdi. Bu həmin o Səlimdir ki, atasını əlahəzrət taxta çıxdığının birinci ilində məhbəsə basdırıb öldürmüşdür (M.İbrahimov).

Elə, belə əvəzlikləri ki, ha, isə, - ca, - cə kimi köməkçi söziərə qoşularaq «belə ki», «elə ki», «eiə ha», eləcə, beləcə ifadələrini əmələ gətirir. Belə ifadələr mətnə müxtəlif məna çalarlarını yaratmaq üçün daxil olur. Məs:

Elə isə al gəldi. Bundan başqa bilərsən ki, ağanın üzünə ağ olmaq nə deməkdir (M.İbrahimov). Sən mənim gözümdən düşdün, belə ki, sənə olan inamımı itirdim. Tehrana atıldıqlarının üçüncü ayı elə beləcə yanıb qurtaran bir şam kimi arvad dönüb getdi (M.İbrahimov).

Sual əvəzlikləri də üslubi xüsusiyyətlərə malikdir. Bunların içərisində kim, nə, necə sual əvəzlikləri daha fəaldır.

Kim sual əvəzliyinin məhz özünəməxsus spesifik üslubi, cümlənin daxili semantikasından doğan xüsusiyyətləri vardır.

b) Kim sual əvəzliyi xəbəri təsdiq fellərlə ifadə olunmuş cümlələrlə işlənərkən çox vaxt heç kəs, heç kim mənasını əmələ gətirə bilir.

Kim öz əlini kəsər? (Əbülhəsən)

Kim deyə bilər ki, bir yol karıxdın,

Məgər danışdın ki, sən karıxasan (B.Vahabzadə)

Kim deyir, gətirir xeyir qocalıq? (B.Vahabzadə)

c) Kim sual əvəzliyi inkar mənalı fellərlə işlənir və hami mənası yaradır.

Xoşbəxt olmağı kim istəməz? Kim işığının gur yanmasını istəməz?

ç) Kim sual əvəzliyi təkrar işlənir. A.N.Kononov göstərir ki, kim-kim formasmda işlənən şual əvəzliyi topluluq, cəmlik bildirir. «Müasir Azərbaycan dili» kitabında da kim-kim şəklində işlənən əvəzlikdən söhbət açılır və onun kimlər əvəzliyi ilə yaxın mənalı olduğu göstərilir.

Bizə elə gəlir ki, təkrarlanan kim-kim əvəzliyi cəmlik və topluluqdan daha çox konkretləşdirmə, fərdiləşdirmə, xüsusi nəzərə çarpdırma mənalarını bildirir. [2, 569]

İclasda kim-kim çıxış etdi? Qonaqlığa kim-kim getdi?

Bu zaman hər bir şəxsin adı ayrılıqda çəkilməlidir. Kimlər sualına isə ümumi cavab vermək mümkündür.

d) Kim sual əvəzliyi cəm şəkilçisi ilə işlənir. Bu zaman ümumiləşmə bildirir.

Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan.

əvəzliyi həm canlı, həm də cansız əşyaları əvəz edə bilir. Görünüyü kimi, sual əvəzliyinin əvəz edəcəyi əşyalar müxtəlifdir. Bu müxəliflik isə sözünün oynaqlığına və üslubi zənginliyinə səbəb olur.

Müasir Azərbaycan dilində «nə» sual əvəzliyinin aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:

sual əvəzliyi insandan başqa digər canlılan əvəz edə bilər. Məs:

gördüm?

Beşiyindən, bələyindən dünyanın (B.Vahabzadə) Onun gələcəyinə nə olub? (Əbülhəsən) Dedim, bu məqalədə nə qayda, qanun (B.Vahabzadə) Telefon telləri, sizə bu axşam, həsrətin boyca ehtiyacı var? (B.Vahabzadə)

Dünya başdan-başa imiş deyin?

Dünya başdan-başa nə imiş, de (B.Vahabzadə)

suai əvəzİiyi mənsubiyyət şəküçisinin bütün şəxslərdə həm təkini, həm də cəmini qəbul edir.

Mənim nəyim varsa, qaldı dünəndə (B.Vahabzadə)

Eh nəyimə gərəkdir? (Ə.Kərim)

Mənsə aparıram sizə lazım olmayan nəyim var (Ə.Kərim)

sual əvəzliyi xəbərlik şəkilçisi qəbul edir.

Bir-birindən aralı biz nəyik ki, ay Nigar (Ə.Kərim)

Nigar, dəlisən, nəsən? (Ə.Kərim)

Nədir könlümdəki bu duyğular bəs? (B.Vahabzadə)

sual əvəzliyi hallanır və bu əvəzliyin sual bildirən törəmələri əmələ gəlir:

Bir ölkənin milyon-milyon vətəndaşı

Başqa başqa düşünərsə,

Bəs hökumət nəyə gərək? (B.Vahabzadə)

sual əvəzliyi cəm şəkilçisi ilə birlikdə işlənir və hər şey mənasını əmələ gətirir.

Tankların var, topların var,

Nələrin var, nələrin var (B.Vahabzadə)

Könlü nələr demədi. Nigara. nələr, nələr (Ə.Kərim)

Qeyd etmək lazımdır ki. «nə» sual əvəzliyi həm sual, həm də nida cümlələrində işlənə bilir. sual əvəzliyinin dildə mühüm rolundan biri də onun müəyyən sintaktik məqama düşdükdə müxtəlif sözlərə üslubi sinonim kimi çıxış etməsidir.

sual əvəzliyi hansı sual əvəzliyinə sinonim kimi işlənir.

Yad dildə məktub yazıb qardaş öz qardaşına, Bu məktubu oxuyan nə kül töksün başına (B.Vahabzadə). Gəlibsə, xəbər gətiribdi? (Əbülhəsən)

Nə sual əvəzliyinin bəzi situasiyalarda ədat kimi necə sözünün əvəzinə işlənə bilər.

gözəldir, ürək geniş, söz açıq

Yaşamadım bir sevdanı yarımçıq (B.Vahabzadə).

Bilsən, nə gözəl günlər bizi gözləyir. Nə arxayın adamsan.

sual əvəzliyi niyə sözünə sinonim olur. Belə sinonimliyə dildə az rast gəlinir.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldım (Ə.Kərim).

H.Mirzəzadə nə əvəzliyinin necə, nə cür əvəzliyi ilə sinonim olduğunu qeyd edərək göstərmişdir ki, bu məzmun müasir dövrə şamil edilə bilməz. [5, 186] Ancaq müasir dildə nə sual əvəzliyinin mətn daxiiində necə, nə cür, hansı, niyə sözləri ilə sinonimliyinə rast gəlinir. Bu hadisə ədəbi dildə, bədii əsərlərin dılində də, dıalektlərdə də özünü göstərır.

Sənsiz çətin imiş

gecə ilə bacarmaq.

Nə şıltaqmış, nə tərs imiş

İntizarın, həsrətin (Ə.Kərim).

Bu əvəzliyin neçə sözünə sinonimliyinə, az da oisa, rast gəlirik. Buna daha çox dialektiərdə rast gəlinir. Nə sual əvəzliyi burada öz lakonikliyi ilə seçilir.

Ayrıldığım nə müddətdi,

Bir əsrdi, yoxsa andı? (Ə.Kərim).

sual əvəzliyi aid olduğu cümlədəki xəbərin semantikasından asılı olaraq müxtəiif xüsusiyyətlər daşıya bilir. Xəbəri təsdiq mənalı fellərlə işlənən nə sual əvəzliyi cümlədə inkar mənasını əmələ gətirir. Məs.:

Sən dağ meyvəsinin dadını bilirsən? (Əbülhəsən).

Bu incik məhəbbət bizə verdi (B.Vahabzadə).

Baxmaqdan savayı gözə qaldı (Aşıq Alı).

Ömrü də xərclədik, bizə qaldı? (B.Vahabzadə).

Haqqını tapdayan məni nə anlar (B.Vahabzadə).

Belə cümlələrdə fikir dinləyiciyə xüsusi vasitə, məntiqi vurğu və emosiya ilə çatdırılır.

Ömrü də xərclədik bizə qaldı

Sən dediyini bilirsən! (B.Vahabzadə)

Nə sual əvəzliyi var, yox sözləri ilə işlənir. Bu zaman əvvəlkindən fərqli xüsusiyyət nəzərə çarpır. Bu da onlara əks məna qazandıra bilməlidır.

Dedim: «Yox, dağılmaz dünyaya var?

Könül dünyamız viranə qalar (B.Vahabzadə)

Səs bürüdü aləmi,

Səsə düşdü hər var (Ə.Kərim)

Stolun üstündə yox idi.

Nə sual əvəzliyinin maraqlı xüsusiyyətlərindən biri onun çoxfunksiyalılığıdır. Bu əvəziik müəyyən sintaktik məqama düşdükdə bağlayıcı, ədat kimı də çıxış edə bilir. Lakin buradakı keçid tam deyildir. Yənı əvəzlik müvəqqəti olaraq göstərdiyimiz funksiyaları yerinə yetirir. Sintaktik şərait dəyişdikdə isə özünün əsl vəzifəsinə sual bildirmək xassəsinə qayıdır.