AZƏrbaycanşÜnasliğIN
Вид материала | Документы |
СодержаниеRiyazi model və onun təlim Əmircanova Qənirə Qlobalizm və milli-mənəvi dəyərlərimiz |
- AZƏrbaycanşÜnasliğIN, 12064.5kb.
İÇİNDƏKİLƏR
| Abdullayeva Nailə | Qlobalizm və milli-mənəvi dəyərlərimiz ......... | |
| Abdullayeva Sənubər | Azərbaycan dilinin beynəlxalq standartlara uyğun öyrədilməsinə dair ................................. | |
| Abışova Sevinc | Стилевой пласт текста Андрея Платонова и его презентация в переводе на азербайджанский язык ................................... | |
| Акперова Айгюн | Проблема безопасности в контексте глобализации .............................. | |
| Ахмедова Севда | Азербайджан в период становления национальной государственности (май – июнь 1918 года) .................................. | |
| Ağazadə Yədulla | Ümumtürk ədəbiyyatinda XIX əsr Azərbaycan satirik şeiri ...................... | |
| Bağırova Sevinc | Rus romantizmində Azərbaycan mövzusu ....... | |
| Baxşəliyeva Gözəl | Kitab çapi Mir Möhsün Nəvvabin fəaliyyətində mühüm bir sahə kimi ................ | |
| Cəbrazyılzadə Sevinc | Tematik axtariş kataloqlarindan və axtariş maşinlarindan istifadə ...................... | |
| Cəfərova Nabat | İbtidai siniflərdə morfologiyanin tədrisinin linqvistik əsaslari............................................... | |
| Джафов Телман | Евразийство и азербайджанство: точки соприкосновения и перспективы сближения ............................. | |
| Eyyubov Ramazan, Abulova Sevda, Abbasova Mahirə | Riyazi model və onun təlimtexnologiyasinda tətbiqi ........................................................................... | |
| Əliyeva Dürdanə | Müasir gənclərin nitq davranışları ................... | |
| Əliyeva Elnaz | Azərbaycan və ingilis dili tapmacalarindaSəstəqlidi sözlər haqqinda……………………. | |
| Əmircanova Qənirə | Interaktiv təlim metodlarının pedaqoji mahiyyəti ........................................... | |
| Hacıyev İsmayıl | Heydər Əliyev və Azərbaycan tarixi məsələləri ............................ | |
| Hacıyeva Şəfəq | F.Əmirov “Nəsimi dastanı” baletinin dramaturji xüsusiyyətləri ................... | |
| Hacızadə Aftab | It is / was he who tipli konstruksiyalar və onların Azərbascan dilində qarşılığı ................ | |
| Hümmətova Sevil | Müasir Azərbaycan dilində rus dilindən alinma sözlərin linqvistik xüsusiyyətləri .......... | |
| Hüseynova Kifayət | Azerbaycanda - Elektron Imza Sertifikati......... | |
| Xudiyeva Sevinc | Lermontov nəsrinin Azərbaycan dilinə tərcüməsinin bəzi məsələləri............................. (“zəmanəmizin qəhrəmanı” romanının materialları əsasında) ....................................... | |
| İsgəndərova Nüşabə | Müasir uşaq poeziyasinda vokativ və təqlidi sözlər ................................... | |
| İsmayılova Əzizə | “Kitabi Dədə Qorqud” dastanındakı sətiraltı mənaların rus tərcümələrində saxlanması problemi ............... | |
| Ибрагимова Джейла | Комическое как феномен осмысления бытия в философско- культурологическом аспекте | |
| Gurbansoy Firudin | Immortal monument to Nizami Ganjavi and seven beauties …………………………… | |
| Гафарова Наргиз | Азербайджанское мышление в русской поэии XIX века ............................ | |
| Гаджиев Аскер | Психологические Аспекты Обучения Русскому Языку Как Иностранному В Условиях It-Технологий……………….. | |
| Гашимов Эльчин | Языковое содержание и форма экстралингвистической информации с национально-культурологическими компонентами семантики ................................ | |
| Гашимов Э.А., Шабаев С.Ф. | Текст как учебно-языковая единица и его лингвокультурологический потенциал ........ | |
| Гулиева Ламия | Участие Азербайджана в международном сотрудничестве государств в сфере культуры ........................ | |
| Гусейнов Фархад | Интересы европейского союза в сфера образования в Азербайджане .......... | |
| Куровская Анна | Специфика аббревиатур в современном английском языке (на примере юридических терминов-аббревиатур) .......... | |
| Mehrəliyev Elçin | Çex ədəbiyyati Azərbaycan dilində ................. | |
| Məhərrəmli Baba | Azərbaycan dilinin kök morfemləri türk dilləri kontekstində ................................... | |
| Məlikova Zümrüd | Avropa ittifaqi və Azərbaycan: əməkdaşlığın yeni mərhələsi ............................ | |
| Məmmədov Sadir | Azərbaycanda narkotiklərlə mübarizənin strateji mahiyyəti ......................... | |
| | | |
| Məmmədova İlhamə | Detektiv janrda Çingiz Abdullayevin uğurları ........................... | |
| Məmmədova Natella | Mədəniyyətlərarasi ünsiyyətin tədrisi zamanı Azərbaycan və ingilis dilləri əsasında Bilinqvistik təhsil modellərinin qurulması ....... | |
| Mustafayev Tehran | Ən yeni nəsrimizdə Azərbaycan obrazı ........... | |
| Мамедова Арзу | Исследование оркестрового письма как один из ракурсов изучения симфонического наследия Азербайджаских композиторов .................... | |
| Мамедханова Наида | Восприятие поэзии Мирза-Шафи Вазеха поэтами некрасовской школы ............................. | |
| Мехтиев Афган | Профессиональная лексика и ее связь с терминологией .......................... | |
| Nəcəfov Etibar | Islam və modernləşmə problemi ...................... | |
| Novruzova Xumar | Azərbaycan təhsil sistemində kompyuterli təlimin pedaqoji xüsusiyyətləri .... | |
| Novruzova Nuridə | Qədim türk mətnlərinin etnokulturoloji anlamı (ölümsüzlük kultu) ...... | |
| Наджафов Гусейн | Топонимика Южного Кавказа ...................... | |
| Новрузов Рафиг | К проблеме передачи поэтики Мамеда Араза на русский язык .................... | |
| Раджабли Адиль | К вопросу политико-правовой природы и моральных Аспектов геноцида азербайджанского народа .............................. | |
| Səmədli Ziya | Türkiyənin dövlət quruculuğunun milli-ideoloji əsaslarina yeni baxiş .................. | |
| Садыгзаде Майя | Основные тенденции современной музыки в Азербайджане ................................ | |
| Şahbazova Z.Ə | Şəxs əvəzlikləri haqqinda.................................. | |
| Şahbazova Nüşabə | Professor Ə.Z Abdullayevin sintaktik görüşləri ............................................ | |
| Tanrıverdiyeva Hüsniyyə | Bədii üslubda əvəzliklər.................................... | |
| Тагиева Эллада | Азербайджановедческий аспект в методике обучения русскому языку на базе концепта «спорт» ................... | |
| Таирова Дурдана | К проблеме национального в прозе Анара ....................... | |
| Шафиева Kамаля | Основа сюжета и идейная концепция балета «Любовь и смерть» П.БюльБюль оглы .......................................... | |
| Zeynalova Sevinc | Azərbaycan romantizmində milli-mental dəyərlərin inikasi problemi .............................. | |
| Vahabova Sara | Elçinin dram dili haqqinda................................ | |
| Велиева Земфира | Мир, перевернутый вверх дном, глазами автора и героя в романе Сабир Азери «тупик» (дискурсивный анализ) .................................. | |
| Видадова Вюсала | Коранические мотивы в романе Чингиза Гусейнова «не дать воде пролиться из опрокинутого кувшина» ......... | |
| Зейналова Шеля | Глагольные времена азербайджанского языка на уровне сложного синтаксического целого ............... | |
Abdullayeva Nailə
QLOBALİZM VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ
Qloballaşma cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-siyasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O milli sosial-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə qarşılıqlı surətdə bağlayan ümumdünya hadisəsidir.
Ramiz Mehdiyev
Qloballaşma və inteqrasiya prosesində milli-mənəvi dəyərlərimizi, mentallığımızı müasir dünyanın ilk baxışda cəlbedici görünən hadisələrinə qurban vermək böyük yanlışlıqdır.
Qeyd edək ki, qloballaşma müasir dünyada baş verən dəyişikliklərin əsas mənbəyidir. Çox zaman qlobalizasiyaya ilk növbədə iqtisadiyyatla bağlı bir qüvvə kimi anlaşılsa da, o bütövlükdə dünyada gedən bütün sosial-siyasi prosesləri əhatə edir. Kapital, əmək, texnologiya və informasiyanın mobil qüvvələri siyasi və mədəni sərhədlərin üzərindən sürətlə hərəkət edirlər. Kommunikasiya və informasiya texnologiyasındakı dəyişikliklər siyasi hadisələrə böyük təsir göstərir.
Ümumiyyətlə, qloballaşmaya münasibət heç də birmənalı deyil. Bəziləri qloballaşmanı mənfi bir proses kimi dəyərləndirirlər, Qərbin iqtisadi və mədəni maraqlarının bütün dünya üzərində dominantlığı kimi səciyyələndirirlər və bu dominantlığın varlı və kasıb ölkələr, regionlar arasında bərabərsizliyin davam etdirilməsinə səbəb olduğunu bildirirlər.
Qloballaşmaya müsbət bir proses kimi baxanlar isə onu özü ilə dünya əhalisinə beynəlxalq əmək bölgüsünün və bazar iqtisadiyyatının nailiyyətlərindən yararlanmaq imkanı verən kapitalizmin dünyanın hər bir tərəfinə nüfuz etməsi kimi baxırlar.
İqtisadi, informasiya və telekommunikasiya texnologiyaları sahələrindəki qloballaşma prosesi elə bir həddə çatıb ki, artıq mütəxəssislər iqtisadi baxımdan vahid, bütövləşən dünya haqqında danışmağın mümkün olduğunu söyləyirlər.
Qeyd edək ki, XX əsrdə informasiya məkanında bütün dünya mədəniyyətləri bir-birilərinə çox yaxınlaşmışlar. KİV-in insanları daha da yaxınlaşdıraraq, dünyanın müxtəlif guşələrində yaşayan xalqların həyat tərzlərini, adət-ənənələrini, mədəni təcrübəsini, mənəvi həyatını hər kəsə təqdim edir və inteqrativ prosesləri sürətləndirir.
Qlobalizm və Qərb dəyərləri mədəniyyət sahəsinə güclü təsir göstərir. Qərb demokratiyası “siyasi plüralizmi” təbliğ etsə də, mədəni plüralizm ideyasını qəbul etmir və bəzən Qərb dəyərlərinə uyğun olmayan hər bir şey “keçmişin qalığı” kimi qiymətləndirilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə, dünya xalqları ilə sosial-iqtisadi, mədəni-mənəvi sahələrdə sıx əməkdaşlıq əlaqələri yaradır. Bu şəraitdə xalqımız mütərəqqi ümumbəşəri mənəvi dəyərləri mənimsəyir və onlardan istifadə edərək zənginləşir. Bu da çox təbiidir. Çünki xalqlar və onların mədəniyyətləri arasında çin səddi çəkmək olmaz, bu heç mümkün də deyil. Xalqlar həmişə bir-birindən öyrənir, bəhrələnir və bir-birinin hesabına öz mədəniyyətlərini zənginləşdirir.
Lakin bununla yanaşı hər bir xalq öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamağa da çalışır. Çünki onlar həmin xalqı digər xalqlardan fərqləndirən, onun milli mənliyini təmin edən mühüm cəhətlərdir. Xalqların öz tarixi kökünə, milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir.
Qeyd etmək istərdik ki, XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan etnik-milli cəhətdən türk təfəkkürü, dini baxımdan isə islam mənəviyyatı və düşüncə tərzi ilə səciyyələnir. Yəni yaşadığımız bu dövrdə xalqımızın mentaliteti azərbaycançılığın, türkçülüyün və islamçılığın sintezi, vəhdəti şəraitində formalaşmışdır. Lakin bu prosesə digər amillər də təsir edir. Burada Qərb amilini xüsusi qeyd etmək lazımdır.
Belə ki, müasir dövrdə cəmiyyətdə birmənalı dəyərləndirilməyən məsələlərdən biri də Qərb dövlətlərinin dünya miqyasında gerçəkləşdirməyə çalışdıqları qlobalizm siyasəti fonunda, Qərb dəyərlərinin ölkəmizə intensiv nüfuzu, milli-mənəvi dəyərlərimizin inkişafına təsiridir. Dünya siyasətinin əsas istiqamətini təşkil edən qloballaşma, Qərb mədəniyyətinin dünyanın bütün ölkələrinə, o cümlədən Azərbaycana intensiv olaraq nüfuz etməsilə müşayət olunur.
Dünya xalqlarının milli-mənəvi mədəniyyətinin, özünəməxsusluğunun qorunub saxlanılmasını əngəlləyən, bu mədəniyyətlərin Qərb mədəniyyətində əriməsi ilə nəticələnən və bu məqsədə xidmət edən qlobalizm siyasətinin xalqımızın əsrlər boyu yaratdığı və nəsildən-nəsilə ötürərək inkişaf etdirdiyi mənəvi mədəniyyətimizə, onun gələcək inkişafına göstərdiyi güclü təsir danılmaz faktdır. Şübhəsiz, bu təsiri birmənalı dəyərləndirmək olmaz. Bu proses çox vektorlu, müxtəlif istiqamətlidir.
Bir tərəfdən, elm və texnikanın yeni nailiyyətləri, demokratiya, plüralizm, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması, yeni iqtisadi münasibətlər və s. bu kimi Qərb ideya və dəyərlərinin ölkəmizə nüfuz etməsi, müasir dövrdə mənəvi mədəniyyətimizin inkişafına müsbət təsir göstərir.
Digər tərəfdən isə insanların və xüsusilə gənc nəslin zövqünü, mənəviyyatını korlayan, kommunikasiya vasitələrinin, xüsusilə internet, televiziya kanalları, xarici kinofilmlər və ədəbiyyatlar vasitəsilə ölkəmizdə geniş yayılan Qərbin mənəvi-əxlaqi dəyərləri mənəvi dünyamıza sirayət edir, milli-mənəvi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir.
Doğrudur, mənəvi aləmi zəngin, kamil olan insanlar Qərbin bu mənəvi-əxlaqi dəyər və prinsipləri ilə tanış olarkən, əvvəlcə onları beyinlərinin süzgəcindən keçirir, onları öz əxlaqına, mənəviyyatına uyğun olaraq dəyərləndirir və istifadə edirlər, mənfi məzmunlu, nöqsanlı mənəvi-əxlaqi dəyərlərdən isə imtina edir, onlardan qorunmağa çalışırlar. Lakin, bütövlükdə insanların əksəriyyəti, xüsusilə gənc nəsil, bunu bacarmır və Qərbin mənəvi-əxlaqi dəyərlərinin, qayda və prinsiplərinin, düşüncə tərzinin təsiri altına düşür.
Qeyd edək ki, dünyanın bütün böyük xalqları, maddi sərvətlərlə yanaşı mənəvi sərvətlərlə də öz varlıqlarını sürdürür, davam etdirirlər. Bu sərvətlərdən məhrum olan cəmiyyətlərin yaşaması, öz varlıqlarını davam etdirməsi mümkün deyil. Milli mədəniyyətindən uzaq düşən, mənəvi dəyərlərini unudan bir xalqın gələcəyi böyük şübhə doğurur. Çünki tarixi şüuru olmayan fərd və ya cəmiyyət, müxtəlif mədəniyyətlər və sivilizasiyalar burulğanında məhv olmağa məhkumdur.
Mənəvi dəyərlər hər bir cəmiyyətin mədəni əsasıdır. Onun yoxluğu ilə cəmiyyətin daxili tarazlığı pozulur, dünyada qüvvətli olan bir mədəniyyət içərisində əriyib yox olması təhlükəsi yaranır.
Bu gün, əsrlər boyu formalaşdırılmış milli-mənəvi dəyərlərimizin müxtəlif təsirlərə məruz qaldığı bir dövrdə, mənəvi mədəniyyətimizin gələcək inkişaf yollarını müəyyənləşdirməyə böyük ehtiyac vardır. Bir tərəfdən xalqımızın tarixən bağlı olduğu islam dəyərlərinin hələ də davam edən təsiri, digər tərəfdən cəmiyyətdə geniş yayılan Qərb mədəniyyətinə heyranlıq, mənəvi mədəniyyətimizin gələcək inkişafını təmin edəcək daha uğurlu bir yolun seçilməsi zərurətini yaradır.
Bu gün bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksək intellektual səviyyədən din, əxlaq və digər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına və insanların həyatında onların rolunun yenidən dəyərləndirilməsinə böyük ehtiyac yaranmışdır.
Mənəvi dəyərlər deyildikdə, əsasən əxlaqi dəyərlər nəzərdə tutulur. Düzdür, əxlaqi dəyərlər mənəvi dəyərlərin mühüm tərkib hissəsidir, lakin bildiyimiz kimi mənəvi dəyərlər daha geniş anlayışdır. Bu anlayışa cəmiyyətin mənəvi həyatının əsasını təşkil edən bütün dəyərlər sistemi daxildir.
Mənəvi mədəniyyət cəmiyyətin mənəvi sərvətlərinin yaradılması və onlardan istifadə olunması prosesidir. Ona bütövlükdə mənəvi yaradıcılıqdan ibarət olan dialektik bir proses kimi baxılmalıdır. Mənəvi mədəniyyətə insanın mənəvi fəaliyyətinin nəticələri olan elm, fəlsəfə, ədəbiyyat, incəsənət, din, əxlaq, siyasət, hüquq və s. cəmiyyətin intellektual və mənəvi inkişaf sahələri aiddir.
Bir çox alimlər haqlı olaraq mədəniyyət anlayışını əsasən mənəvi həyat sahələrinə aid edirlər, onu insanların ruhani aləmində axtarırlar. Bu təbiidir, çünki hər bir xalqın mövcudluğu onun mənəvi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.
Mədəniyyət deyərkən insan fəaliyyətinin bütün sahələri, əldə etdiyi nəticələri və yaratdığı sərvətlərin ümumi toplusu nəzərdə tutulur. O, çox mürəkkəb ictimai hadisədir. Mədəniyyət bəşəriyyətin tarixən topladığı maddi və mənəvi sərvətlərin məcmusu, habelə bu sərvətlərin yaradılması, onlardan istifadə edilməsi və gələcək nəsillərə çatdırılması yollarından ibarətdir. Mədəniyyətin inkişafı milli-mənəvi irsin ən yaxşı cəhətlərinin mənimsənilməsi yolu ilə mümkündür.
Mənəvi dəyərlər, onların inkişaf dialektikası ictimai münasibətlərlə, eləcə də ictimai quruluşun xarakteri ilə sıx bağlı olub bəşəri inkişafın strukturunda özünəməxsus yer tutur. Mənəvi dəyərlərin ümumi sistemində hər bir ictimai quruluşun səciyyəvi xüsusiyyətləri, insanların düşüncə və davranış tərzləri bir küll halında öz əksini tapır.
Odur ki, onların məzmununu təhlil edərkən, məsələyə bilavasitə ictimai münasibətlərlə qırılmaz əlaqədə yanaşmaq lazımdır. Burada varislik məqamını unutmaq olmaz, çünki milli-mənəvi dəyərlər zamanın sınaqlarından keçərək, xalqın və millətin formalaşmasında mühüm rol oynayır, hər bir xalqın, millətin, şəxsin kimliyini ortaya çıxarır. Hər bir xalqın milli-mənəvi dəyərləri tarixən formalaşaraq həmin xalqın milli varlığının əsasını təşkil edir.
Belə ki, mənəvi dəyərlər tarixi inkişaf prosesində ayrı-ayrı nəsillərin, dövrlərin məntiqi əlaqəsini yaradır, tarixi yaddaşın bölünməzliyini, bütövlüyünü və beləliklə də onun güclü tərbiyəvi əhəmiyyətini təmin edir. Mənəvi dəyərlər insanın intellektual fəaliyyətinin bəhrəsi kimi özündə fərdin mənəvi tələbatının ödənilməsi üçün yararlı olan, onun intellektual yüksəlişinə və əxlaqi kamilliyinə xidmət edən, müəyyən qaydalar və normalar çərçivəsində mövcud olan kompleks dəyərləri özündə birləşdirir. Bu dəyərlər insan həyatının, fəaliyyətinin bütün sahələrini əhatə edir, əxlaqi və mənəvi keyfiyyətlərin özünəməxsus meyarına çevrilir.
Qeyd edək ki, dünyada gedən qloballaşma prosesi mənəvi dəyərlər problemini qabardır, azad cəmiyyət quruculuğu məsələlərinin sosial-mənəvi tərəflərinin elmi-fəlsəfi təhlili zərurətini yaradır.
Qərb mədəniyyətinin dünyaya açılışı nəticəsində həm bu mədəniyyətin daxilində, həm də onun yayılma dalğalarının zərbələri altında qalan cəmiyyətlərdə «dəyərlər sarsıntısı»nı yaratmış, həmçinin universallıqla lokallığın konfliktini doğurmuşdur. Bu konfliktin ifadə etdiyi ziddiyyətlər isə mənəviyyatda müasirlik və ənənəvilik, bəşərilik və millilik və s. bu kimi problemləri əhatə edir. Nəticədə, bəşəriyyətdə həm dəyərlərin mübarizəsi, həm də onların dialoqu özünü göstərir.
Bu cür konfliktləri tədqiq edən Azərbaycan fəlsəfi fikri üçün milli-mədəni və mənəvi sistemlərə, mədəniyyətlərə xas olan universallığın öyrənilməsi çox əhəmiyyətlidir.
Ümumiyyətlə, mədəni irs və müasirləşmə mövzusu XIX əsrin əvvəllərindən etibarən mənəvi həyatımızda daima gündəmdə duran bir mövzudur və müxtəlif təsir ünsürlərini özündə ehtiva edir.
Azərbaycanın görkəmli şəxsiyyətləri, mütəfəkkir və ədibləri – A.A.Bakıxanov, M.Ş.Vazeh, S.Ə.Şirvani, H.B.Zərdabi, M.F.Axundov hələ XIX əsrdə Qərb mədəniyyətini, onun inkişaf səviyyəsini yüksək qiymətləndirmiş, onu milli mədəniyyətimizin tərəqqisi üçün meyar saymışlar.
Bu təmayül XX əsrin əvvəllərində də davam etmiş və güclənmişdir. Azərbaycan romantikləri – M.Hadi, A.Səhhət, H.Cavid, Ə.B.Hüseynzadə və başqaları əsərlərində Qərb mədəniyyətini təbliğ etmiş, xalqı bu mədəniyyətin nailiyyətlərindən istifadə etməyə çağırmışlar. Lakin onlar Qərb mədəniyyətini, onun nailiyyətlərini yüksək qiymətləndirməklə bərabər ona seçimli yanaşmağı, ondan düşünülmüş istifadə etməyi məsləhət görmüşlər.
Bu gün də cəmiyyətimizdə keçmişdə olduğu kimi, Avropa və bütövlükdə Qərb mədəniyyəti, onun dəyərlər sistemi milli-mədəni tərəqqinin meyarı sayılır, hətta cəmiyyətdə Avropa mədəniyyəti qarşısında alüdəçilik meyllərinin artması müşahidə edilir. Buna baxmayaraq bu gün də ölkəmizdə Qərb mədəniyyətinə, dəyərlərinə münasibət birmənalı deyil.
Bir tərəfdən xalqın müəyyən hissəsi Qərb mədəniyyətini, onun dəyərlər sistemini mədəni tərəqqinin meyarı sayır, islami dəyərləri özündə əxz edən milli adət-ənənələrimizə tənqidi yaraşır, bütövlükdə onlardan uzaqlaşır, Qərbin mədəni dəyərlərinə üstünlük verərək, davranışlarında, geyimlərində, bir sözlə həyatın bütün sahələrində Avropa sayağı həyat tərzini təqlid edir və bununla müasir mədəni səviyyəyə yüksəldiklərini düşünürlər.
Digər tərəfdən isə cəmiyyətimizdə bu müasirləşmə cəhdlərinə reaksiya olaraq, əks təmayül, xalqımızın qədim və zəngin mədəniyyəti ilə öyünüb, tariximizə, keçmiş mədəniyyətimizə, dini-əxlaqi dəyərlərimizə sığınma təmayülü güclənir.
Belə bir şəraitdə cəmiyyət qarşısında seçim etmək, mədəni yüksəlişin, müasirləşmənin optimal yolunu müəyyən etmək zərurəti durur: ya mənəvi dəyərlərimizi ehtiva edən milli mədəniyyətimiz, ya da Qərbin mədəni dəyərlərinə üstünlük verən müasir mədəniyyət.
Lakin həqiqət budur ki, milli mədəniyyətsiz müasir mədəniyyət ola bilməz, müasir inkişaf olmadan da milli mədəniyyət öz varlığını davam etdirə bilməz. Fikrimizcə, milli mədəni tərəqqiyə bu iki görüş arasında barışdırıcı mövqe tutmaqla, yəni milli-mənəvi dəyərlərlə Qərb mədəniyyəti və dəyərləri arasında sintezi, barışığı təmin etməklə nail olmaq mümkündür.
Unutmaq olmaz ki, hər bir millilikdə ümumbəşərilik, ümumbəşərilikdə isə millilik vardır.