AZƏrbaycanşÜnasliğIN
Вид материала | Документы |
- AZƏrbaycanşÜnasliğIN, 12064.5kb.
ƏDƏBİYYAT
1. Elscberq. Ə., Voprosı teorii literaturı, Moskva, 1957,
2. Abramoviç Q.A. Vvedenie v literaturovedenie, Moskva,1955
3.Cümhuriyyet döneminde Türk Mizahı, «Dizyaçı»,Ha zırlayanı: Aziz Nesin, İstanbul,1973
4. Sultanlı Ə., Azərbaycan dramaturğiyasının inkişaf tarixindən Bakı,1968,
5. «İnqilab və mədəniyyət» jurnalı, 1934, №4,
6. Mirəhmədov Ə., Zakirin satirası, «Azərbaycan müəllimi» qəzeti, 7 mart,1957
7. Köçərli.F., «Azərbaycan ədəbiyyatı», Bakı, «Elm», 1978,
8.Azərbaycan ədəbiyyatı tarixi, Bakı, Elm,1978
РЕЗЮМЕ
Как известно, традиционно в общетюркской литературе сильно развивалась восточная поэтическая система, которая способствовала появлению лучших образцов сатирической литературы. В этом смысле, в тюркской литературе и в том же контексте в азербайджанском поэтическом сознании имеет огромное значение место и значимость сатирической поэзии.
Азербайджанская сатирическая поэзия имеет богатые традиции, ценные литературные образцы. Все это обогащая азербайджанскую литературу, непосредственно влияет на литературу тюркских нарадов. На этим проблемы историки тюркской литературы должны уделять особое внимание.
SUMMARY
As it is knavn that Eastern poetic system has always been strong in Common Turkish Literature, the best versions ob satirical literature have been created as poetic works as wen.
An this meaning satire occupies an important place in Turkish Literature and Azerbaijan poetic mind.
Azerbaijan satire has rich traditions and valuable samples.
All these above mentioned featurus have enriched Azerbaijan Literature and also have made a great influence on Turkish literature to whiclı.
Bağırova Sevinc
RUS ROMANTİZMİNDƏ AZƏRBAYCAN MÖVZUSU
Azərbaycan tarixinə və mədəniyyətinə, ümumən, azərbaycanşünaslığa dair tədqiqatların mühüm qaynaqlarından biri də xalqımızın yüzillərlə təmasda olduğu Rusiya elmi, ədəbi, bədii mənbələridir. Rus alimləri və ədiblərinin, hərbçilərinin, dövlət adamlarının, səyyahların, publisistlərinin tariximizə və mədəniyyətimizə dair müşahidələri, əsərləri, xatirələri azərbaycanşünaslığa dair zəngin məlumat daşıyır və müasirlik baxımından yeni elmi dərkini tələb edir. Azərbaycan – rus əlaqələrinin müxtəlif aspektlərinə dair xüsusən sovet dövründə bir çox dəyərli əsərlər yazılsa da mövcud materialın böyük əksəriyyəti hələ də elmi təhlilə cəlb edilməyib, digər tərəfdən, kommunist ideologiyası heç də bütün məsələləri tam aydınlığı ilə şərh etməyə imkan verməyib. Günümüzün reallıqları, Şərq-Qərb məsələsinin qlobal problem kimi aktuallaşması bütövlükdə Avropa – Azərbaycan, o cümlədən, Rusiya – Azərbaycan ədəbi-mədəni əlaqələrinin tədqiqini yenidən zəruri məsələ kimi önə şıxarmışdır.
Bu baxımından, Şərq və Azərbaycan haqqında rus ədiblərinin əsərlərinin öyrənilməsi həm ədəbi, həm kulturoloji, həm də tarixi səpgilərdən əhəmiyyətli və vacib mövzulardan birinə çevrilir. Rus ədəbiyyatında qədim dövrdən izlənən Şərq və Azərbaycan mövzusu ilk dəfə məhz romantizm mərhələsində konseptuallıq qazanır, rus ədəbi-ictimai fikrinin fəlsəfi axtarışları, ideoloji əsasları ilə bağlanır. Bütövlükdə Avropa romantizmində olduğu kimi, rus romantiklərində də Şərq mövzusu və bu məcrada Azərbaycan motivləri sadəcə olaraq ekzotikaya olan maraq çərçivəsindən çıxır və milli özünüdərkin, formalaşmaqda olan imperiya təfəkkürünün konseptual anlayışlarını əks etdirməyə başlayır.
Rus romantizminə Avropa maarifçi və romantik orientalizminin, xüsusən, Russo, Volter, Bayronun güclü təsiri olsa da, bu, həlledici amil deyildi. Şərqə (Qafqaza, Orta Asiyaya, Osmanlıya, İrana, Hindistana) maraq ilk növbədə Rusiyanın bir Avrasiya dövləti kimi bu geosiyasi məkanda hegemonluq iddialarından, İstanbulu fəth, Hind okeanına çıxış istəyindən irəli gəlirdi. Digər tərəfdən, rus milli şüurunda artıq Şərq və Qərbin sintezindən ibarət yeni topluma çevrilmək ideologiyası, yəni gələcək avrasiyaçılığın meylləri təşəkkül tapmaqda idi. Romantizm təfəkkürü bütün bu siyasi və kulturoloji ideya və meyllərlə üst-üstə düşdüyündən, romantik orientalizm XIX əsrin əvvəllərindən rus ədəbiyyatında xüsusi vüsət qazandı və aparıcı ədəbi-bədii, fəlsəfi-estetik cərəyana çevrildi. Qeyd edək ki, bu prosesdə Mirzə Kazım bəyin, Mirzə Cəfər Topçubaşovun və digərlərinin fəaliyyəti də böyük rolu oynayıb.
Bu məcrada 1820-1830-cu illərdən rus romantizmində Qafqaz, o cümlədən Azərbaycan mövzusu və obrazı, Azərbaycan folkloru və ədəbiyyatı xüsusi aktuallıq qazanır, əsas temalardan biri olur. Puşkin, Qriboyedov, Bestujev-Marlinski, Lermontov, Polonski kimi ədiblərin əsərlərində Azərbaycan türklərinin obrazları, folklorumuzdan götürülmüş motiv və süjetlər, türk sözləri, ifadləri, toponimləri, yerli etnoqrafik özəlliklərin təsviri əhəmiyyətli yer tutur. A.Puşkinin “Ərzuruma səyahət”, “Hafizdən”, “Dəlibaş”, M.Lermontovun “Aşıq Qərib”, “Qafqaz əsiri”, “Zəmanəmizin qəhrəmanı”, A.Bestujevin “Ammalat Bəy”, “Molla Nur”, Y.Polonskinin “Karvan” “Tatar nəğməsi”, “Tatar qızı”, “Əkbər”, “Səttar” kimi əsərlərində Qafqazın say, tarix və mədəniyyət etibarilə əsas xalqı olan Azərbaycan türklərinin həyatından, ədəbi-folklor yaradıcılığından, dilindən götürülmüş bir çox elementlər var. Qafqazın azad, saf, məğrur mühiti, zəngin mədəniyyəti və qədim tarixi, ecazkar təbiəti ilə tanışlıq rus romantiklərinə güclü emosional təsir etmiş, onlar burada romantik ideallarına uyğun yeni aləm, mənən sıxıldıqları rəsmi-kübar Rusiyanın “kirli” ictimai durumuna, əsarət və köləlik ölkəsinə alternativ bir dünya tapmışlar. Bu emosional pafos rus romantiklərinin yerli xalqların, o cümlədən azərbaycanlıların həyatına dərin marağına, bu mövzuda əsərlər yazmasına təkan vermişdir. Bu müəlliflərin romantik ruhlu əsərlərində Azərbaycan və azərbaycanlılar haqqında canlı müşahidələrə əsaslanan bir çox maraqlı fikirlər, düşüncülər, qənaət var. Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi, istedadlı şair və alim Fazil xan Şeyda ilə tanışlığını Puşkin “xeyir-dualı” qismət kimi vəsf etmişdir (1, s.63). Dahi şair qədim Azərbaycan şəhəri İrəvanın fəthinə görə Erivanski titulu almış qraf Paskeviçi istehza ilə “qraf Yerixonski” adlandırmış, Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda apardığı müharibələrə etiraz etmiş (2, s.61, 67-68), romantik pafosla azərbaycanlıların mərdlik və şücaətini vəsf etmiş, ermənilərin xəyanətkar xislətindən yazmışdır. Bu dövrdə hətta ermənilərə rəğbətlə yanaşan bir çox rəsmilər də erməni saxtakarlığıdan yazmışlar (3, s.39).
Rus romantizminin digər böyük nümayəndəsi M.Lermontovun yaradıcılığında Azərbaycan xüsusilə əhəmiyyətli yer tutur. Lermontov həm Azərbaycanla, Şuşa, Quba, Şamaxı kimi tarixi mərkəzlərimizlə tanışlığını daim xatırlamış, həm əsərlərində azərbaycanlı obrazları yaratmış, həm dilmizi öyrənmiş və əsərlərində geniş istifadə etmiş, həm də folklorumuz əsasında “Aşıq Qərib” kimi dahiyanə əsər yazmışdır. Bu əsərdə avropalının bələd olmadığı duyğular, mənəvi dəyərlər, xarakterlər yaradılmışdır. Lermontov Azərbaycan mühitinin nümunəsində öz estetik-fəlsəfi axtarışlarına, romantik ideallarına uyğun saf və təbii, boz obıvatel həyatından fərqlənən ecazkar bir aləmi təsvir edir, zahiri ekzotika, əslində, daha dərin mətləbləri, müəllifin “başqa aləm” axtarışlarını əks etdirir. Azərbaycan türklərinin mənəvi aləmi ilə tanışlıq, islam dəyərlərini mənimsəməsi Lermontovun yaradıcılığının əsas anlayışlarından olan fəlsəfi fatalizminin formalaşmasında da həlledici rol oynayır, “Zəmanəmizin qəhrəmanı”nda fatalizm ideyasının məhz müsəlmanların tale haqqında inancından qaynaqlandığı açıq şəkildə ifadə olunur.
Bestujev-Marlinskinin yuxarıda qeyd etdiyimiz və digər əsərləri, məktubları da rus romantizmində Azərbaycan mövzusunun işlənməsi, ümumən, qafqazşünaslıq və azərbaycanşünaslıq baxımından xüsusi dəyərə malikdir. Cənubi və Şimali Qafqazın müxtəlif yerlərində qulluq etmiş Bestujevin əsərlərində Azərbaycan haqqında ədəbi, tarixi-etnoqrafik əhəmiyyat daşıyan dəyərli məlumat var.
Azərbaycanla tanışlıq rus bütövlükdə klassik romantizmə aid olmasa da, rus rimantizminin emosional pafosunu, ruhunu saxlamış Yakov Polonski yaradıcılığında da mühüm yer tutur. Mirzə Fətəli Axundovla dostluğu sayəsində mədəniyyətimizə dərindən mənimsəmiş Polonskinin Azərbaycan mövzusunda əsərləri, xüsusən “Tiflisin statistik oçerki”, “Qafqaz və Zaqafqaz diyarının bəzi şəhərlərinin qısa oçerki” ədəbi əhəmiyyəti ilə yanaşı, tarixi-etnoqrafik baxımdan da dəyərlidir.
Adlarını çəkdiyimiz görkəmli ədiblərlə yanaşı, rus romantizmində, Şərq, islam dünyası, Qafqaz və Azərbaycan mövzusunda bir çox digər yazıçı və şairlərin də orijinal bədii, tarixi, memuar, səyahətnamə səciyyəli əsərləri var. XIX əsrin əvvəllərinin dövri mətbuatında dərc olunmuş bir sıra mənbələrdə, Bakı, Şamaxı, Dərbənd, Gəncə, Şuşa, Lənkəran, İrəvan, Tiflis kimi məntəqələrin islam abidələri, azərbaycanlıların güzəranı, məişəti, həyat tərzi, etnik xarakteri, mədəniyyəti təsvir olunur, romantik obrazlar yaradılır, yerli motivlərə əsaslanan süjetlər verilir.
Azərbaycan motivləri rus romantik və eləcə də realist ədəbiyyatını yalnız mövzu, motiv, obraz baxımından zənginləşdirməmişdir. Rus romantik və realist ədəbiyyatında orientalist ədəbi-bədii meylin, Şərq üslubunun təşəkkülündə də Azərbaycan folkloru və poeziyasının, xüsusən, Nizami, Xaqani kimi şairlərin böyük rolu olmuşdur. Həm romantizm dövründə, həm də sonrakı mərhələlərdə Azərbaycan mövzusu, eləcə də Azərbaycan folkloru və ədəbiyyatı rus ədəbi prosesinə təsir etmiş, onu orijinal ideyalar və üslubi vasitələrlə zənginləşdirmişdir.
Ədəbiyyat
- Hacılı A. Qurani Kərim rus ədəbiyyatında. B., 2009
- Тынянов Ю. O «Путешествии в Арзурум» // «Bpeмeнник пушкинской комиссии», вып.2, M., 1936
- Корф Ф. Проезд через Закавказский край // «Библиотека для чтения», том 29, 1838
Baxşəliyeva Gözəl
KİTAB ÇAPI MİR MÖHSÜN NƏVVABIN FƏALİYƏTİNDƏ MÜHÜM BİR SAHƏ KİMİ
Azərbaycan torpağının ayrılmaz parçası olan Qarabağ diyarı təkcə öz gözəlliyi, təbii zənginliyi ilə deyil, yetişdirdiyi ünlü aydınları ilə - Ü.Hacıbəyli, Y.V, Çəmənzəminli, C. Hacıbəyli, Ə. Haqverdiyev, X. Məmmədov və onlarla belə dühaları ilə tanınır. Bu siyahıda görkəmli elm adamı, böyük təfəkkür sahibi Mir Möhsün Nəvvab Ağamirzadə Qarabağinin adı xüsusi yer tutur.
Dini və dünyəvi elmlərin dərin bilicisi, ədəbiyyat, mədəniyyət tariximizdə öz işıqlı əməlləri ilə görkəmli şəxsiyyət kimi silinməz iz qoymuş M.M. Nəvvab 1833-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini molla məktəbində alan, ərəb, fars, rus dillərini mükəmməl öyrənmiş M. M. Nəvvaba Axund Molla Abbas Cavanşir adlı görkəmli bir şəxs coğrafiya, riyaziyyat, kimya və nücum elmlərindən dərs keçmişdir.Nəvvabın özü fitri istedad idi.Yüksək rəssamlıq qabiliyyətinə malik M.M.Nəvvab gözəl şeirlər yazır, musiqini, muğamlarımızı dərindən bilir,eyni zamanda münəccimliyi də bacarırdı. Prof. Ə.Mirəhmədov yazırdı: “Azərbaycanda realist rəsm sənətinin ilk nümayəndələrindən biri olan Nəvvab 70-80-ci illərdə çoxlu divar rəsmləri və kitablara illüstrasiyalar çəkmişdir. O, şəxsi mətbəəsində litoqrafiya üsulu ilə şəkilli kitabçalar çap etmişdir. Nəvvabın rəsmləri içərisində Firdovsi “Şahnamə”si qəhrəmanlarının və dini- tarixi şəxsiyyətlərin şəkilləri olduğu kimi, təbiət mənzərələri, gül və bülbül şəkilləri də vardır. Qabarıqlığa meyl bu əsərlərin başlıca xüsusiyyətidir” (7,s.103).Qeyd edək ki, Nəvvabın rəssamlıq fəaliyyətinə işıq salan , onu araşdıran bir sıra tədqiqatçılar( N.M. Miklaşevskaya, Z.Əliyev və b.) onun öz əsərlərinə çəkdiyi illüstrasiyalar, divar rəsmləri barədə məlumat vermişlər.Tərtib etdiyimiz “M.M.Nəvvab” adlı biblioqrafik vəsaitdə görkəmli ədibin öz əsərlərinə çəkdiyi illüstrasiyaların bir çoxu, “Kəşfül-həqiqə” əsərinin I cildinə çəkdiyi “Kəpənək” rəsmi ilk dəfə olaraq rəngli şəkildə çap edilmişdir(5, s.50).
Nəvvab xalqını ürəkdən sevən bir insan idi. O, cəmiyyət həyatından kənarda dayanmır, bir sıra qəzetlərlə, o cümlədən “ Ziyayi- Qafqaziyyə” qəzeti ilə əməkdaşlıq edir, cəmiyyətin nöqsanlarından, xalqın sosial vəziyyətindən bəhs edən məqalələr yazırdı. Ədəbiyyatşünaslıq, musiqi, pedaqogika, etika, astronomiya, tarix, ilahiyyat, kimya və s. sahələrdə iyirmidən artıq fundamental əsərin müəllifi olan Nəvvabın həmin əsərlərinin siyahısı “ 1905- 1906- cı illərdə erməni- müsəlman davası” adlı əsərində verilmişdir: “Kənzül - mühən”, “Bəhrül- həzən”, “Kəşfül- həqiqə”, “Təzkireyi – Nəvvab”, “Vüzuhül -ərqam” və s.
M.M. Nəvvvabın fəaliyyəti olduqca çoxşaxəlidir. Lakin uzun illər bu fəaliyyət müxtəlif ədəbiyyatlarda çox qısa, həm də səthi şəkildə işıqlandırılmışdır. Görkəmli ziyalılarımız Nəvvab yaradıcılığını geniş təhlil etməsələr də, onun haqqında müəyyən məlumatlar vermişlər. F.Qasımzadə, F.Köçərli, Y.V. Çəmənzəminli, H.Araslı, sonralar N.Axundov, K.Məmmədov, B.Məmmədov və başqaları onun yaradıcılığından az da olsa, söhbət açmışlar. Nəvvabın çoxçalarlı elmi-ədəbi irsi müasir dövrdə də tədqiqatçıların diqqət mərkəzindədir(2,6).
Nəvvabın XIX əsr Azərbaycan kitab işinin inkişafında özünəməxsus misilsiz əməyi olmuşdur. Nəvvab görkəmli əlyazmaçı idi. Onun əlyazmalarının mühüm cəhətlərindən biri bu əsərlərin avtoqraf olmasıdır. Avtoqraflar Azərbaycan və fars dillərində köçürülür, həmçinin ərəb dilində Quran hədislərindən parçalar verilirdi. Nəvvab orta əsr Şərq əlyazma sənətinin ənənələrini davam və inkişaf etdirmiş, öz dəsti-xəttini yaradıb özündən sonrakı nəsillərə yadigar qoymuşdur.
Bu görkəmli şəxsiyyət XIX əsr təzkirəçiliyində çox böyük yeniliklər etmişdir.
Onun “Təzkireyi- Nəvvab” əsəri XIX əsr ədəbiyyat tarixini öyrənmək üçün qiymətli mənbədir. Əsər AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun arxivində “M-67/2365 şifrəsi altında saxlanılır. Əsərdə, əsasən, 90-dan çox Qarabağ şairi, o cümlədən M.P. Vaqif, M.V. Vidadi, Q.Zakir, X. Natəvan, F. Kəminə kimi söz ustaları haqqında məlumat verilir. Bundan başqa, müəllif qeyd edir ki, o, Azərbaycanın Bakı, Gəncə, Dərbənd, İrəvan, Ordubad, Quba və s. kimi yerlərinin şairləri haqqında təzkirə tərtib etmək fikrində olmuşdur(9.s.222). “Təzkireyi-Nəvvab” əsərinin əsas xüsusiyyəti onun avtoqraf olmasındadır.Bir çox şeirləri öz xətti ilə əsərə daxil edən Nəvvab nəinki Azərbaycan, ümumiyyətlə,Yaxın Şərq ədəbiyyatında bu sahədə yenilik etmişdir.
M.M. Nəvvab din adamı, dini elmlərin dərin bilicisi olmuşdur. Onun dini əsərləri bunlardır: “Kənzül- mühən”, “Bəhrül- həzən”, “Muxtarnamə”, “Müseyibnamə”. Bundan başqa, “Ziyaül-ənvar”, “Şəmsül- hidayə” kimi əsərlərində də dinə dair fikirlər söyləmiş, islama şərik qoşan müxtəlif dini təriqətləri (babizm və s.) tənqid etmişdir.
Etika, pedaqogika sahəsinə aid əsərlər də qələmə almış Nəvvabın “Pəndnamə” (Nəsihətnamə) adlı əsəri indi də tərbiyəvi əhəmiyyəti baxımından olduqca faydalıdır.
“1905-1906-cı illərdə erməni- müsəlman davası” adlı tarixi əsəri bu günümüz üçün xüsusilə aktualdır. Uşaqlar üçün yazdığı “Kəşfül-həqiqeyi-məsnəvi “, musiqi sahəsində “Vüzuhil-ərqam”, astronomiyaya dair “Risaleyi-üstürlab”, “Kifayətül-ətfal” əsərləri indi də öz aktuallığını qoruyub saxlamaqdadır.
“Kifayətül-ətfal” əsərində Nəvvab bir sıra təbiət hadisələrini – günəşin tutulma səbəbəbini, fəza cisimlərinin hərəkətlərini rəngli sxemlərdə göstərmişdir. Məhz bu yanaşma astronomiya elminə əsl elmi yanaşma idi. Nəvvab böyük zəhmətlə 2 üstürlab-fəza cisimlərini müşahidə üçün cihaz (teleskop) düzəltmişdir.
Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” əsərində yazır: “Azərbaycanın XIX əsr alim, musiqişünası Nəvvab Mir Möhsün Hacı Seyid Əhməd oğlu Qarabaği (Şuşadan) özünün “Vüzuhül-ərqam” (“Musiqi istilahlarının şərhi”) adlı kitabında ... Yaxın Şərq xalqlarının qədim musiqisindən bəhs edir” (3, s.14.).
M.M.Nəvvabın kitab çapı sahəsindəki fəaliyyətinə daha ətraflı nəzər salaq.
Azərbaycanda daşbasma üsulu ilə kitab çapı Təbriz şəhərində 1832 – 1833 – cü illərdə Mirzə Saleh Şirazi tərəfindən Qurani-kərimin çapı ilə başlamışdır(10). Şimali Azərbaycan ərazisində ilk dəfə Şuşada mətbəə yarandıgı məlumdur. “Azərbaycan kitabı” biblioqrafiyasının I cildində göstərilir: “Kitabi-mizanül-həqq, yəni təşxisül-İncil vəl Quran ki, dər qəleyi- Şuşa gərdid, Səneyi-məsihiyyə1835”(1, s.41) Göründüyü kimi, hələ XIX əsrin 30-cu illərində Şuşada mətbəə olmuşdur. Nəvvab özü də Şuşada mətbəə açmışdır. Onun mətbəəsinin dəqiq açılma tarixi məlum olmasa da, bunun XIX əsrin 80-ci illərinə təsadüf etdiyi məlumdur.Yenə “Azərbaycan kitabı” biblioqrafiyasının I cildinin müqəddiməsinə müraciət edək. “Haşımzadə Ağa Mir Mehdi Xəzani Şəraitül- İslam. Dər Şərhi Şuşə, Qarabaği Dər mətbəeyi-Ağamirzadə Qarabaği. 1302 h. (1884), 48 s. 21x13 sm. Daşbasması. (1, s.17)
Qeyd edildiyi kimi, çapçılıq, kitabxana və kitabçılıq işi Nəvvabın ədəbi irsinin tərkib hissələridir. “Mir Möhsün Nəvvab xəttatlıq, rəssamlıq, nəqqaşlıq, miniatür və cildləmə işlərinin hamısını özü görmüşdür” (4, s.1).Nəvvab çap işinin mahir ustası idi.O, kitabın çapından tutmuş, yayılıb təbliğ olunmasına qədər olan işlərin hamısını özü görürdü.
M.M. Nəvvabın fəaliyyəti həm maraqlı, həm də çoxşaxəlidir. O, əlyazma kitab sənətində qazandığı uğurları, çapçılıq sənətində də inkişaf etdirmişdir. Şuşadakı şəxsi mətbəəsində Nəvvab daşbasma üsulu ilə həm öz əsərlərini, həm də uşaqlar üçün dərsliklər çap etmişdir. Bu əsərlər aşağıdakılardır:
1. Dəvaz dəh bənd. – Şuşa, 1897. – 24 s. ərəb əlif.
2. Divan.- Şuşa. 1897. – 128 s. ərəb əlif.
3. Əşar: Şeirlər. – Şuşa, 1897. – 46 s. Azərb. d.
4. Kəşfül- həqiqə I c. - Şuşa, 1897. – 92 s.
5. Kəşfül-həqiqə II c. – Şuşa, 1897. – 60 s., şəkilli
6. Kəşfül-həqiqə III c. – Şuşa, 1897. – 70 s.
Bu əsərlərin çapı haqqında Ə.Nəcəfov, T.Kərimli, Ə.Əliyevin birlikdə yazdıqları “Mir Möhsün Nəvvabın əsərlərinin nəşri və tədqiqi tarixindən” adlı kitabda da məlumat verilir. Lakin burada bir sıra qüsurlara yol verilmişdir. Belə ki, burada “Orucov qardaşları mətbəəsi”ndə çap olunan kitablar da həmin siyahıya salınır, lakin burada Nəvvabın çapçılıq fəaliyyəti bir qədər geniş şərh edilir (8, s 16).
Orta əsr kitab işi ənənələrini davam və inkişaf etdirmiş Mir Möhsün Nəvvabın bizə qoyub getdiyi ədəbi irsin içərisində çapçılıq, kitabxana və kitabçılıq işi çox mühüm bir hissəni təşkil edir. Bu ədəbi irsin dərindən araşdırılması ölkəmizdə kitab çapı sahəsindəki ənənələrin yaranması və inkişafı tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.
ƏDƏBIYYAT
- Azərbaycan kitabı (biblioqrafiya). – B, 1963. – Ic., 219 s.
- Hacıyeva Aytən. M.M. Nəvvabın ədəbi-bədii irsi. – B.: Nurlan,
- 2004. – 211s.
- Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. – B, 1950. – 117 s.
- Qayıblı G. Görkəmli əlyazmaçı // Elm, 1989. – 5 avqust, s.1 İsmayıl qızı Gözəl.
- Mir Möhsün Nəvvab: biblioqrafik vəsait. – B. Nağıl evi, 2001. – 105s.
- Kərimli Tahir. Mir Möhsün Nəvvabın pedaqoji görüşləri. (dissert.)– B, 2005. 67s.
- Mirəhmədov Ə. XIX əsr Azərbaycan mədəniyyəti // Tarix və fəlsəfə institutunun əsərləri. – 1955 – s.57 – 105
- Nəcəfov Ə, Kərimli T., Əliyev Ə. Mir Möhsün Nəvvabın əsərlərinin nəşri və tədqiqi tarixindən. – B, 1997. – 58 s.
- Təzkireyi – Nəvvab (Azərbaycan və fars dil). – B.: Orucov qardaşlarının elektrik mətbəəsi, 1892. – 245s.
- Щеглова О. П. Иранская литографированная книга. – М.: «Наука», 1978. – 251 с.
РЕЗЮМЕ
В статье рассмотрено литературной, художественной и научной деятельности М.М.Навваба, исследовано также его деятельность в области изобразительного и издании книг. Показано, что он открыл в Шуше личное издательство, здесь напечатал литографированным способом свои произведения, также произведения других авторов. Он рисовал иллюстрации своим произведениям. С этим он сделал большие дары не только азербайджанской книжной культуре, в том числе книжному делу в Ближном Востоке. Эти исследования могут иметь важные значение в области изучении книжной деятельности М.М.Навваба, в том числе в изучении истории в области книжного дела в нашей стране.
SUMMARY
In article is considered M.M.Navvaba's literary, art and scientific activity, it is investigated also its activity in the field of graphic and the edition of books. It is shown, that he has opened personal publishing house in Shusha , here has printed by litogragh way his works, also works of other authors. He drew illustrations to these works. With it he has made the big gifts not only to the Azerbaijan book culture, including book industry in Middle East. These researches can have important value in area studying of book activity of M.M.Navvab, including in studying of history in the field of book edition in our country.
Cəbrayılzadə Sevinc,
Ələkbərova Xatirə
TEMATİK AXTARIŞ KATALOQLARINDAN VƏ
AXTARIŞ MAŞINLARINDAN İSTİFADƏ
Tematik axtarış kataloqlarından istifadə
İnternet-mənbələrindən istifadə etmək üçün onun ünvanını bilmək lazımdır. İnternet daima inkişaf edib yeniləşdiyi üçün bu şəbəkədə vahid kataloq yoxdur, lakin lazımı məlumatı tapmağa imkan verən məlumat-axtarış sistemləri var. Bunlar kimi tematik kataloqlar, axtarış serverləri və metaaxtarış maşınları, xüsusi axtarış xidmətləri ola bilər. Axtarış mexanizmləri çox vaxt adi kitabxana işinə oxşayır.
Əgər sizə hər hansı mövzu və ya onun konkret istiqaməti haqqında ümumi məlumat lazımdırsa, tematik axtarış kataloqlarından istifadə etmək məqsədəuyğundur.
Kataloqlardan istifadə edənlər axtarışa ümumi mövzudan və ya müvafiq tematik kataloqdan başlayırlar. Sonra addım-addım axtarış dairəsini məhdudlaşdırırlar. Məsələn, tədris layihəsinə material axtaran istifadəçi “Təhsil" kateqoriyasından başlamalıdır. Sonra isə tədricən ”Metodlar” və “Layihələr metodu” kateqoriyalarına keçməlidir.
Kataloqun lazımı bölməsinə tez keçmək üçün ümumi sözlərdən istifadə etmək lazımdır. Bunun üçün sorğu sətrində ümumi sözü (cümləni) yazmaq və Search düyməsini basmaq lazımdır. Axtarışı yerinə yetirdikdən sonra ekranda sistem kataloqunda müvafiq bölmənin olub-olmaması haqqında məlumat əks olunacaq.
Daha çox tanınmış Tematik kataloqlar
Ukrayna | Rusiya | Dünya |
„Seçilənlər”kataloqu: ites.com.ua/ İnternet portal: om.ua Ukrayna portalı (Ukraynanın sayt kataloqu ter.com/ Silver kataloqu: r.kiev.ua/ Ualist kataloqu: t.com/ | Runetu uşaq mənbəəsi kataloqu: r.ru Federal portal „Российское образование”: l.edu.ru Məktəb dünyası: təhsil mənbələri kataloqu: lm.ru Russia on Net: /> List.ru: ru Max.ru: u Weblist.ru: st.ru MavicaNET: ссылка скрыта | Yahoo! – mənbə kataloqu (ingilis dilində): .com Yahooligans –Uşaqlar üçün veb- bələdçi (ingilis dilində): ligans.com internetin aşıq kitabxanası: rg Look Smart: mart.com/ Aşıq kataloq: WebBrain: itebraіn.com |