AZƏrbaycanşÜnasliğIN
Вид материала | Документы |
- AZƏrbaycanşÜnasliğIN, 12064.5kb.
Əliyeva Elnaz
AZƏRBAYCAN VƏ İNGİLİS DİLİ TAPMACALARINDA
SƏSTƏQLİDİ SÖZLƏR HAQQINDA
Azərbaycan və ingilis dilinin folklor nümunələrini, xüsusilə tapmajaları nəzərdən keçirdikdə görürük ki, müxtəlif sistemli dillərin lüğət tərkibində səstəqlidi sözlər də işlənməkdədir. Belə sözlər obyektiv aləmdə mövcud olan səsləri təqlid etmək yolu ilə düzəlir. Həmin səslər insanların çıxardıqları reflektor səsləri,heyvan və quş səslərini, təbiət hadisələrinin səslərini,cansız əşyaların səslərini təqlid edən sözlərdir. Vokativ sözlər insanın iradi cəhətləri (əmr,istək,arzu) ilə əlaqədardırsa,təqlidi sözlərdə bu cəhət yoxdur. [2, 235]
Qeyd etmək lazımdır ki, səstəqlidi sözlər xüsusi leksik- qrammatik kateqoriya kimi ayrıca nitq hissəsi hesab olunur.
Səstəqlidi sözlər dilçilikdə müxtəlif terminlərlə izah olunur: “onotop”,
“təqlidi və obrazlı sözlər”, “mimem”, “imitativlər”, “təqlidi sözlər”, “səs təqlidi sözlər”, “təsviri və obrazlı sözlər”, “ekoizm”, “ideofon” və s. [3, 4]
İ.A.Əmirbəyov Azərbaycan və fransız dillərində səstəqlidi sözləri müqayisəli-tipoloji aspektdə tədqiq edərək səsin mənbəyini əsas götürməklə səstəqlidi sözləri aşağıdakı kimi qruplaşdırmışdır:
1) insanla bağlı səstəqlidi sözlər; 2) quşlarla bağlı səstəqlidi sözlər; 3) heyvanlarla bağlı səstəqlidi sözlər; 4) həşəratla bağlı səstəqlidi sözlər.
[3,16].
F.B.Abdullayeva ingilis və Azərbaycan dillərində səstəqlidi sözlərin sturuktur-semantik xüsusiyyətlərini araşdırmaqla fərqli təsnif təklif etmişdir:
a)zərbələri təqlid edən səstəqlidi sözlər;
b)qeyri-zərbəni bildirən tonlu səsləri təqlid edən sözlər;
c) təmiz küydən ibarət qeyri-zərbəni təqlid edən sözlər;
ç)vızıltını təqlid edən səstəqlidi sözlər;
d) dissonans, yəni qeyri-ahəngdar səslər kimi qəbul olunan silsilə zərbələri təqlid edən sözlər;
e) qeyri-ani baş verən səslərlə ani səslərin birləşməsindən ibarət mürəkkəb səsləri təqlid edən sözlər;
ə) təbiətdə dissonans, yalançı zərbələr,qeyri-zərbələrdən ibarət mürəkkəb səslərin təqlidi nəticəsində yaranmış sözlər [1, 14-15]
Göründüyü kimi F.B.Abdullayeva araşdırmasında təbiətdəki səslərin (denotatların) yalnız məhz hansı fonemlərlə deyil,həm də hansı fonem tipləri ilə ifadə oluna bilmək imkanlarını nəzərə almışdır. Burada hər iki dilin- ingilis və Azərbaycan dillərinin səs quruluşu və fonetik imkanları təhlil olunmuşdur.
Tapmacalarda da səstəqlidi sözlərdən geniş istifadə olunmuşdur.
Azərbaycan tapmacalarında daha çox quşlarla bağlı yaranmış səstəqlidi sözlər diqqəti cəlb edir:
Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar (56 – Bulud, göy gurultusu ).
Burada “qaqqıldamaq” toyuqların çıxartdığı səsin imitasiyasıdır, “şaqqıldamaq” artıq quşlara aid deyil, qanadın və ya hər hansı digər predmetin hərəkətdə olduğu vaxt çıxardığı səsin təqlididir.
Körpü altda saz gedər,
Qaqqıldayar ,qaz gedər (99 – Sel, su).
- Sağsağan səkər,
Quyruğun bükər,
Qaz qaqqıldar,
Yumurta tökər (150 – Dolu ).
Qaq-qaq qalası var bunun,
Yumurtdamaz, qaqqıldamaz,
Uçar balası var bunun (598 – Kəpənək ).
Əl-ələşə qarğalar,
Dal ayaqda qarıldar (691 – At ayağına vurulan buxov ).
Qara toyuq qaq elədi,
Qanadları taqq elədi (885 – Qapı ).
Bir quşum var,
Züy-züyüdü,
Gecə uçar,
Gündüz yatar (532 – Yarasa ).
Göründüyü kimi, qarğaların çıxardığı səs qarıldamağa bənzədiyi üçün toyuqların,qazların çıxardığı səsdən fərqlidir (“qaq”, “qaqqıldamaq”). “Qarğa” sözünü “qarr”, “qarıldamaq”, “qaz” sözünü isə “qa”, “qaq”, “qarıldamaq”la birbaşa əlaqəli olması, ondan törəməsi ehtimal oluna bilər.
Nümunə kimi göstərilən tapmacalarda qanadların çıxardığı səs fərqlidir: “qanadları şaqqıldadı”, “qanaqları taqq elədi”
“Taqq” səstəqlidi sözünə müvafiq olaraq, “ şaqqıldamaq” felinin də “şaqq” variantı vardır:
Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi (995 – Pambıq ).
- Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar,
Uçsa ildırım çaxar,
Dumanı dağa qalxar (1133 – Tüfəng ).
- Qara toyuq qaqqıldadı,
Qanadları şaqqıldadı (1307 – Paravoz ).
Eyni ehtimalla “qurbağa” sözünün də “qur-qur”, “quruldamaq” feli ilə əlaqəsi hiss olunur:
Başında papaq,
Əlində cida,
Qur-qur quruldayar,
Nə əsgər deyil,
Nə qurbağa (1360 – Sulu qəlyan).
Tapmacalarda müəyyən zərbə,toxunma,tökülmə,dağılma proseslərinin nəticəsində yaranan səslərin təqlidi ilə yaranan sözlər də geniş müşahidə olunur:
Alçacıq quyu,
Dambıldar suyu (9- Damcı ).
Dam dambıldar,
Su gombuldar (şappıldar),
Heyva çalar,
Nar oynuyar (70 – Göy gurultusu, dolu ).
İşım-işım işıldar,
Yarpaq kimi xışıldar (89 – Qar ).
Nə əli var, nə ayağı,
Dağıdar dəli sayağı
Şıqqaşırıq açar qapı (125 – Yel ).
- Taqqır-tuqqur ləzgilər,
Bizə qonaq gəldilər.
Qoyun keçi yunundan,
Evə palaz sərdilər (901 - Keçə ).
Bu tapmacada “taqqur-tuqqur” at ayağın səsinin təqlididir. Çox güman ki, qonaqların atla gəlişinə işarədir.
Bağlarda tappıldar,
Meşədə şaqqıldar (932 – Balta ).
Tapmacalarda suyun səsi müxtəlif cür imitasiya olunur: “pıqqıldamaq”, “şırıldamaq”, “gombuldamaq”, “ sappıldamaq” və s.
Dam dambıldar
Su gombuldar (şappıldar) ,
Heyva çalar,
Nar oynuyar (70 – Göy gurultusu, dolu ).
Balaca quyu,
Pıqqıldar suyu (935 – Samovar ).
Şappur-şuppur çay keçdim,
Şapırına batmadım.
Qırmızdan don geydim,
Nişanəsin tapmadım (1195 – Yuxu ).
Daş xırıldar,
Su şırıldar,
Taxta çalar,
Dən oynaşar (1257 – Dəyirman ).
Dağda tappıldar,
Suda şappıldar,
Obada fərman,
Kənddə Süleyman (1387 – Balta, balıq,at, xoruz ).
Çox güman ki, burada suyun axma şəraiti,vəziyyəti,intensivliyi mühüm rol oynayır. Müxtəlif situasiyalarda axan suyun çıxardığı səs müxtəlif olur.
Adətən, “vız-vız”, “vızıltı” milçəklərə, ağcaqanadlara xas səstəqlidi leksik vahid hesab olunur. Tapmacalarda bəzən quş uçuşu da “vızıltı” ilə əlaqələndirilir:
- Vızhavızla uçan quşum,
Çiçək üstə qaçan quşum,
Öz-özünə xəlbir toxur,
İçərisi şərbət qoxur (677 – Arı pətəyi və bal ).
Tapmacalarda müxtəlif səsləri ifadə edən səstəqlidi sözlər də geniş müşahidə olunur. Səstəqlidi sözlər bəzən qafiyə məqsədi ilə də işlənir:
- Qağdan gəlir danqıra,
Quyruğu zildən qara,
Yerişi tapur-tupur,
Dırnağı səksən para (1006 – Nəvə ).
- Bir belə bəsti,
Dəstəsi yastı
Balış lanqıcı,
Ağzı fış-fışı (1363 – Bulud ).
İngilis dilinə aid əldə olan tapmacalarda səstəqlidi sözlərin işlənməsinə Azərbayjan dilinə nisbətən az hallarda rast gəlinir. Bununla belə, bəzi tapmacalarda səstəqlidi sözlərin işləndiyini müşahidə etmək olar. Aşağıdakı nümunələrə diqqət yetirək.
Thirty white horses on a red hill,
First they champ,
Then they stamp,
Then they stand still ( Teeth in your mouth) (6)
Burada “champ” sözü səstəqlidi sözdür, “marçıldatmaq” anlamında işlənir.
Alive without breath,
As cold as death;
Never thirsty, ever drinking,
All in mail, never clinking. (A fish.) (6)
Tapmacada işlənən “clinking” səstəqlidi sözdür və “cingildəmək” mənasında işlənir.
Voiceless it cries,
Wingless flutters,
Toothless bites,
Mouthless mutters.(The wind) (7)
I am in the tree-tops,
Cheep, cheep, cheep,
My head beneath my feathers when
I sleep, sleep, sleep. ( Bird) (7)
I am in the meadow,
Moo, moo, moo,
Chewing grass to make more milk
For you, you, you .(Cow) (6)
I am in the water,
Quack, quack, quack,
With shiny feathers on my wings
And back, back, back.( Duck) (6)
I am in the farm-yard,
Cluck , cluck ,cluck,
I lay eggs, but I am not
A duck, duck, duck. ( Hen )(6)
I am in the basket,
Mew, mew, mew,
You give me milk and then I purr
For you, you, you. (Cat) (7)
Yuxarıdakı tapmacalarda işlənən mutter (mırıldama), mew (miyovlama), cluck (qaqqıldama), quack (qağıltı, vaqqıltı), cheep (ciyilti, civilti), moo (movuldama, böyürmə) səstəqlidi sözlərdir.
Müxtəlifsistemli ingilis və Azərbaycan dillərinin folklor materialı əsasında səstəqlidi sözlərin araşdırılması bu qəbildən olan sözlərin mahiyyətini aşkar etmək,onların universal, həmçinin “milli” xarakterini müəyyənləşdirmək, bu sahə üzrə nəzəri müddəlar işləyib hazırlamaq baxımından əhəmiyyətlidir.
ƏDƏBİYYAT
- Abdullayeva F.B.İngilis və Azərbaycan diilərində səstəqlidi sözlərin struktur-semantik xüsusiyətləri.Nam.diss.avtoref.Bakı,2000-22s.
- Adilov M.İ.,Verdiyeva Z.N.,Ağayeva F.M.İzahlı dilçilik terminləri. Bakı,”Maarif”, 1989.-364s.
- Əmirbəyov İ.A.Azərbaycan və fransız dillərində səstəqlidi sözlər. (müqayisəli-tipoloji tədqiqat təcrübəsi). Nam. diss. avtoref. Bakı, 2000-28s.
- Кузнецова Т.С. Тематика загадок Эксетерского кодекса (на примере некоторых загадок). // l.org/articles/2007 /fill6.phpl.
- Collins English Dictionary. 8th Edition, first published in 2006 © HarperCollins Publishers. 120,000 entries. // ABBYY Lingvo 12 English Trial.
- Concise Oxford English Dictionary, 11th Edition Revised © Oxford University Press 2006 // ader.com.
- Tarmaşalar. «Şərq-Qərb», Bakı, 2004
SUMMARY
İn the article it has been spoken on the notion of onomatopoeic words using in the language, the onomatopoeic words using in the Azerbaijani and English riddles, their points and usage degrees in folklore samples of . The mentioned languages.
Their role in sreating stylistic shade. İf necessary, it is given, the comparison of this type of words using in the riddles including language system.
РЕЗЮМЕ
В статъе рассматриваются понятие звукоподражающие имитационные слова, их употребления в загадках азербайджанского и английского языка, степень их употребления в фольклорных образцах. А также анализируется процесс использования звукоподражающих слов в загадках и роль этих слов в создании стилистической окраски.
Даются сравнения маркированных слов используемых в загадках языков, вошедших в различные системы.
Əmircanova Qənirə
İNTERAKTİV TƏLİM METODLARININ PEDAQOJİ MAHİYYƏTİ
Azərbaycan Respublikası müstəqil dövlətlər sırasına qatılandan sonra Azərbaycanda yeni təhsil siyasəti, təhsil sistemini islahatlar yolu ilə dünyanın təhsil standartlarına yaxınlaşdırmaq və inteqrasiya etmək istiqamətində mühüm işlər görməyə, tədqiqat və araşdırmalar aparmağa başladı.
Azərbaycan Respublikasının təhsil islahatının məqsədi təlim-tərbiyə prosesinin keyfiyyətini yüksək etməkdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı tələblərin yerinə yetirilməsi ən düzgün yoldur:
- təlimin strukturunun, məzmununun, formalarının və metodlarının təkmilləşdirilməsi və dəyişdirilməsi;
- təlim prosesini təşkil etmək üçün yeni modellərin, tədris-plan və proqramların yaradılması;
Bu vaxta qədər tədrisdə istifadə olunan təlim metodlarının tələbinə görə bəzən şagirdlərin fəaliyyətində passiv təkrarlama özünü göstərir. Şagird təlim materialı üzərində müstəqil düşünmək əvəzinə, daha çox yaddasaxlamaqla, deyilənləri təkrar etməklə məhdudlaşır. Bu isə təlim prosesində şagirddə maraq doğurmur, onları müxtəlif fikir qazanmağa təhrik etmir. Bu sahədə pedaqoci elmlər doktoru, prof.Y.Kərimovun fikirlərinə əsaslanaraq deyə bilərik ki, interaktiv təlim metodlarına yiyələnmək şagirdləri müxtəlif informasiya mənbələrindən – qəzet və curnallardan, müxtəlif lüğət və əlavə kitablardan, valideynlərdən, ümumiyyətlə, böyüklərdən, kompyuterlərdən və s. məlumat əldə etmək vərdişlərinə yiyələndirir.Bu vərdişlərə yiyələnən şagirdlərdə “sübut etmək” məqsədi formalaşır.
Amma bir cəhəti daima diqqət mərkəzində saxlamaq lazımdır ki, interaktiv təlim metodları sırf yeni metod deyil, lakin bu metodların sistemə salınması, bir sistem kimi öyrənilib-öyrədilməsi yenilik kimi qəbul edilə bilər. Bir həqiqət var ki, o, bütün dövrlərdə müəllimin öyrədən, şagirdin isə öyrənən tərəf olmasıdır.
İnteraktiv təlim metodları ilə təşkil olunan dərslərin təşkilində əsas cəhətlərdən biri məhz şagirdlər və müəllim arasında psixoloci mühit yaratmaq, hər iki tərəfin qarşılıqlı əməkdaşlığını təmin etməkdən ibarətdir. Burda əsas məqsədin əhəmiyyəti ənənəvi dərsin məqsədindən fərqlidir. Hər iki dərs prosesini müqayisə edərkən üstünlük yenə də interaktiv təlim metodları ilə təşkil olunan dərsə verilir. Ona görə ki, müasir şagird XX əsrin ortalarının şagirdi deyil və həyat öz yenilikləri, texnologiyası ilə məktəbə doğru istiqamətlənmişdir. Müəllimin dərsin əvvəlində təşkil etdiyi giriş müsahibəsində keçmiş biliklər yada salınır, hamı birgə fəaliyyətə cəlb olunur, dərsin səmərəliliyi artır, öyrənilmiş yeni bilik mexaniki əzbərlənməyə deyil, yaradıcı təfəkkürə əsaslanaraq öyrənilir.Bir həqiqəti müəllim həmişə yadda saxlamalıdır ki, zəif şagird yoxdur, öyrətmək istəməyən müəllim var.
Şagirdlərin fəallığını təmin etmək üçün müəllim “açar söz”dən istifadə edir.“Açar söz” mövzu ilə bağlı müəllimin şagirdləri düşünməyə təhrik etmə vasitəsidir. Müəllimin şagirdlərdə aşıladığı ilk keyfiyyətlərdən birincisi, onlarda başqalarını dinləməyi bacarmaq vərdişini formalaşdırmasıdır.
Qeyd etmək lazımdır ki, interaktiv sözü geniş mənada işlədilir, təlimdə onun müxtəlif növündən istifadə olunduğu göstərilir:
1. Beyin həmləsi
2. Rollu oyunlar
3. Söz assosiasiyası
4. Söz zənciri
5. Şaxələndirmə
6. BİBÖ
7. İnsert
8. Venn diaqramı
9. Kublaşdırma
10. Debat
11. Diskussiya və s.
Sadaladığımız bu metodlardan bəziləri haqqında fikir söyləmək yerinə düşər.
“Beyin həmləsi” termini müxtəlif ədəbiyyatlarda müxtəlif cür adlandırılır, hətta onu bəzən əqli hücum da adlandırırlar. Şagirdlərin düşünmə qabiliyyətlərini inkişaf etdirmək üçün “açar söz”dən istifadə məqsədəmüvafiqdir. Fikrin sübutu üçün IX sinifdə müəllim lövhəyə “Ş.İ.Xətai” sözünü yazır. Bu söz şagirdlərin keçmiş biliklərini yada salır. Şagirdlər Ş.İ.Xətai haqqında tarix fənnindən də müəyyən biliklər öyrənmişlər. Müəllimin “açar söz”ündən sonra fənlərarası–inteqrasiya əlaqəsi yaranır ki, bu da ümumi biliyin mənimsənilməsinə kömək edir.”Açar söz“ ətrafında şagirdlərin söylədiyi fikirlər lövhədə şaxələndirmə üsulu ilə də göstərilə bilər:
Bu sxem istənilən qədər artırıla bilər. Bu şaxələnmənin lövhəyə çəkilməsində uşaqların fəallığı dərhal təmin edilir, çünki heç bir şagird kənarda qalmaq istəmir, hamı nə isə demək istəyir. Beyin həmləsində şagirdlərin fəallığı təmin edildiyi üçün bu üsulu tədqiqatçılığın ilkin mərhələsi hesab etmək olar. İşgüzar səs-küy bir çox müəllimlər tərəfindən qəbul edilmir. Ona görə ki, həmişə dərs prosesində səssizliyi təmin edən müəllimlər dərsdə baş verə biləcək səs-küyün qarşısını almağa çalışırlar. Və bunda da bir həqiqət var: səs-küy başqalarını dinləmək mədəniyyətinə kölgə salır. Bu prosesi rəvanlaşdırmaq üçün qrup-məşğələ yaratmaq məqsədəmüvafiqdir. Bu, heç də o demək deyil ki, bunu ancaq bu üsulla etmək mümkündür, bəzən bütöv sinfin də fəallığı təmin edilir.
Rollu oyunların dərs prosesinə tətbiqi ona görə əlverişlidir ki, müəllimin əməyi yüngülləşir, şagirdlərin öyrənəcəkləri biliklər onların gözləri qarşısında baş verir. Dərs prosesində rollu oyunların təşkili üçün proqram və dərslikdə kifayət qədər materiallar var. Odur ki, bacarıqlı müəllim bundan faydalanmağı bacarmalıdır. Hətta hekayə canrında yazılan əsərlərin də səhnələşdirilməsi mümkündür.Uzun illər bu üsuldan təcrübəli və bacarıqlı müəllimlər faydalanmışlar. Rollu oyunlar dinamikaya əsaslanır, dramla üzvi surətdə bağlıdır. Dram “hərəkət” deməkdir, yəni tamaşaçının gözləri qarşısında baş verən hərəkət mənasında başa düşülür. Rollu oyunların dərs prosesində düzgün tətbiqi sinifdənxaric və məktəbdənkənar müxtəlif xarakterli tədbirlərdə də istifadəyə şərait yaradır.
Söz assosiasiyası şagirdlərdə sürətli düşünmə və cavab vermə vərdişini yaradır. Bunu təkrar mövzularda aparmaq daha məqsədəmüvafiqdir. Sadə bir nümunə ilə fikrimizi əsaslandıra bilərik (Müəllim tək bir söz deyir):
-Uşaqlar, “Nizami”, bu söz sizə nə deyir?
Şagirdlər dərhal Nizami Gəncəvinin fəaliyyətini göz önünə gətirir və əsərlərini illəri ilə sadalayırlar.
Bu üsulun tətbiqi şagirdləri daima diqqətli olmağa təhrik edir.
Söz zəncirini yeni mövzunun möhkəmləndirilməsi prosesində təşkil etmək daha məqsədəmüvafiqdir. Bunun üçün müəllim əvvəlcədən üzərində ayrı-ayrı sözlər yazılmış, iş vərəqləri hazırlayır və onu qrupların birinə təqdim edir. Uşaqlar üzərində sözlər yazılmış iş vərəqlərindən hansısa bir şairin bir beytini sıra ilə zəncirvari düzür. Fikrimizin sübutu üçün İ.Nəsiminin “Yanaram” qəzəlini nəzərdən keçirək:
ey
uzaq
Səndən uzaq, ey sənəm, şamü-səhər yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Şagirdlərin birgə fəaliyyəti üçün söz zənciri üsulunu şeirlərin üzərinə tətbiq etmək məqsədəmüvafiqdir.
“Yanaram” qəzəlinin digər beytlərini də bu üsulla təkrar etməyi praktik müəllimlər məqbul hesab edirlər.
Şaxələndirmə nədir? Şaxələndirmə interaktiv təlim metodları içərisində müəllimlərin ən çox istifadə etdikləri üsuldur, priyomdur, ona görə ki, şaxələndirmə vasitəsilə müəllimin şagirdlərdə düşünmə qabilyyətini inkişaf etdirmək məqsədilə istifadə etdiyi açar sözlərin mənasının açılmasında faydalıdır. Şaxələndirmə üsulunu tətbiq etməklə M.Füzulinin həyat və fəaliyyətinə aid sxemə nəzər salaq:
“Səhhət və Mərəz”
(farsca)
“Həqiqətüs-süəda”
(ana dilində)
“Şikayətnamə”
(ana dilində)
Belə bir sxemi bütün mövzular üçün tətbiq etmək məqsədəuyğundur.
BİBÖ üsulu ilə təşkil olunan dərslər motivasiyadan faydalanmağı tələb edir.
Bildiklərim | İstəyirəm biləm | Öyrəndiklərim |
Keçmiş biliklər yada salınır. | Şagirdlərin maraq dairəsi genişlənir. | Yeni öyrəndikləri faktlar, məlumatlar əldə edilir. |
İnsert üsulunu şagirdlərin müstəqil bilik əldə etməsi də hesab etmək olar. Müəllim yeni bilikləri şagirdlərə müxtəlif vasitələrlə- insert üsulu ilə də öyrədə bilər. Bu üsul şagirdlərin müstəqil düşüncə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onların nitq qabilliyyətini artırır. Fikrimizin sübutu üçün bir dərs nümunəsi göstərək:
Nizami Gəncəvi 1141-ci ildə Gəncədə doğulmuşdur.
Nizamini “hər şeyin kamil bilən alim” anlamını verən “həkim” adlandırırdılar. Nizami əsərlərini bir yerə toplayıb “Xəmsə” adlandırmışdır.
Nizami öz həyatına dair faktları “Xosrov və Şirin” poemasinda vermişdir. Şirinin ölüm səhnəsində həyat yoldaşı Afaqı xatırlayır və s.
Şagirdlərə hazır şəkildə verilən bu materiallar hər kəs tərəfindən ayrı-ayrılıqda oxunur, şagirdlərə bəlli olan fikrin qarşısında (+) işarəsi qoyulur, məlum olmayan, yeni öyrənilən fikrin qarşısinda (!) işarəsi qoyulur. Bəzən mətndə elə fikirlər verilə bilir ki, mübahisəli olur və ya anlaşılmasına ehtiyac duyulur. Bu zaman həmin cümlənin qarşısında (?) işarəsi qoyulur. Ziddiyyətli fikirlər qarşısına (-) işarəsi qoyulmaqda yenidən şagirdlər axtarıcılığa sövq edilir.
Diskussiya dərs prosesində şagirdlərin fikir mübadiləsidir. Diskussiya bütün dövrlərdə dərsin bir mərhələsidir. Bu mərhələdə şagirdlərin düşünmə qabiliyyəti inkişaf edir. Diskussiya elə bir prosesdir ki, sinifdən və məktəbdənkənar tədbirlərdə istifadədə yararlıdır. Bu baxımdan yazıçı və şairlərlə görüş, yeni nəşr olunmuş kitabların təqdimat mərasimləri, ədəbi əsərlərin müzakirələrinə həsr olunan diskussiyalar çox aktualdır. Bu diskussiyanın davamı kimi hər kəsin yazılı şəkildə kiçik elmi iş kimi təqdim olunması ümumi məqsədə xidmət edən amillərdəndir. Belə diskussiyalarda başqalarının fikrini dinləmək mədəniyyəti formalaşır, başqalarının fikirlərinə hörmət etmək vərdişi yaranır ki, bu, təhsilin qarşısında duran ən vacib məsələlərdən biridir. Təbii ki, bütün mərhələlərdə şagirdlərin yaş və bilik səviyyəsi nəzərə alınmalıdır.
Debat müasir təhsil sistemində müəllimlərin və şagirdlərin tez-tez qarşılaşdığı bir üsuldur. Debat hər hansı problemli bir fikrin əks mövqedən izahıdır. Hər hansı bir məsələ barədə fikir söylənir və şagirdlərin açıq müzakirəsinə verilir. Məsələn; Nizami Gəncəvinin Azərbaycan, yoxsa fars şairi olması barədə fikir həmişə müzakirə obyekti olub, ona görə ki, “Xəmsə” farsca yazılıb. Bu fikri sübut etmək üçün sinfi 2 qrupa bölüb müzakirəyə başlamaq olar. Bu məsələ ilə bağlı şagirdlər əlavə məlumat da əldə edir, hətta kiçik həcmli elmi iş də yaza bilərlər. Debatda neytral tərəf də iştirak edə bilər. Bu ya müəllim, ya da qruplara bölünməklə III qrup da yaradıla bilər ki, bu da bir növ hakim rolunu oynaya bilər. III neytral qrup olan şagirdlər sonadək ədalətli mövqedə durmaqla ən müsbət və dəyərli fikirləri birinci növbədə söyləməli, nəticəni isə sona saxlamalıdır. Bu həmçinin başqalarının fikirlərinə hörmət və ehtiram da tərbiyə edir. Debat müzakirənin bir üstün cəhəti də onun həm şifahi, həm də yazılı təşkil olunmasıdır. Yazılı debatın üstünlüyü təkrarın qarşısını almaqdırsa, şifahi debat gözəl nitq vərdişi formalaşdırmaqdır.
Sadaladığımız interaktiv təlim metodları haqqında fikirlər bu gün təhsil sistemində ən çox gündəmdə olan bir problemdir. Ona görə ki, təhsil işçiləri tərəfindən birmənalı qarşılanmır. Bu barədə hələ çox fikirlər söylənəcək, elmi əsərlər yaranacaq, sonunda isə Azərbaycan təhsil sistemində aparıcı cərəyana çevriləcəkdir.
Müasir dövrdə təhsilin problemi müxtəlif elm sahələrindəki məlumat və informasiyaların əhəmiyyətli dərəcədə artması və sürətlə çoxalması faktıdır ki, bu qazanılmış bilikləri təlimin ənənəvi prinsipləri əsasında şagirdlərə çatdırmağın çətinliyidir.
Ənənəvi təlimin mahiyyəti odur ki, müəllim “hazır bilikləri” söyləyir, şagirdlər isə bu bilikləri yalnız qəbul etməklə passiv surətdə mənimsəyirlər.
Məlumatı çatdıran
Məlumatı qəbul edən
Bu, o demək deyil ki, təlim üsullarını dəyişmək və ya şagirdlərin dərketmə qabiliyyətlərini fəallaşdırmaq olmaz, əksinə, yeni metodlar tətbiq etməklə, onları hazır məlumatları qəbul etməkdən uzaqlaşdırıb, axtarıcılığa və fəallığa təhrik etmək lazımdır. Bu metodlar təlimə tədqiqat xarakteri verir və biliklərin mənimsənilməsi prosesində şagirdi ön plana çəkir və onu təlimin obyektindən subyektinə çevirir. Aşağıdakı sxem fikrimizi izah edə bilər:
Biliklərin əldə edilməsi yolunun bələdçisi
Tədqiqatçı,
biliklər
kəşf edən
Yeni təlim metodları şagirdləri sərbəst düşündürür, onu biliklərin mənbəyini axtaran bir tədqiqatçıya çevirir və s. kimi fəalliyyətə təhrik edir. Nəticədə, getdikcə sərbəst düşünmək və sərbəst öyrənmək bacarıq və vərdişi formalaşır.
Yeni təlim metodları, bir qayda olaraq, interaktiv adı altında təqdim olunur. Bəs «interaktiv» nə deməkdir?
«İnteraktiv» termini dialoq, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək kimi izah olunur. İnteraktiv recim – (avtomatlaşdırılmış sistemlər) verilənlərin uzaq məsafədən «insan-maşın» dialoqu əsasında alınmasını və verilməsini təmin edən avtomatlaşdırılmış informasiya axtarışı recimi deməkdir. [106, 137].
İnteraktiv təlim metodlarının dərslərə tətbiqi öyrəniləcək biliyi asanlaşdırır, fənni şagirdlər üçün asanlaşdırır, şagirdin fəallığını təmin edir. Bu metodların bir üstün cəhəti də odur ki, dərs prosesində kənarda qalan olmur. Bu münasibətlə pedaqoci elmlər doktoru, prof. Y.Kərimov «Təlim metodları» adlı kitabında yazır: «Müəllim öyrətmə anlarını düzgün planlaşdırır, şagirdlərə hazır biliklər, faktlar verən kimi deyil, onlarda bilik əldə etməyə həvəs oyadan, öyrənənlərin fəal düşünmələrini təmin edən kimi tanınır. O, öyrənənlərin gələcək inkişafını təmin etməyə çalışır. Avropada belə şəraiti təşkil edən müəllimi fasilitator, əlverişli şəraiti yaradan hesab edirlər». [48, 133].
Ədəbiyyatın öyrədilməsində interaktiv təlim metodları nədir və bu necə, hansı məqsədlərlə bağlıdır? Ümumiyyətlə, bu metodların ədəbiyyat dərslərinə tətbiqinə ehtiyac varmı? Müşahidələr göstərir ki, interaktiv təlim metodlarının həm müsbət və həm də mənfi cəhətləri var.
İnteraktiv təlim metodları müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələrindən (məsələn; kitab, kartoçkalar, illüstrasiyalar, testlər və s.) vasitələrdən istifadəsini təmin etməklə, onları dönə-dönə düşünməyə təhrik edir.
Qeyd etmək lazımdır ki, interaktiv sözü geniş mənada işlədilir, təlimdə onun müxtəlif növlərindən istifadə olunduğu göstərilir. Bir məsələni diqqət mərkəzində saxlamaq lazımdır ki, şagirdlər kitablar vasitəsi ilə öyrəndiklərini testlər əsasında daha da dərinləşdirirlər. Bu da məlumdur ki, öyrənilən biliklər uzun ömürlü yaddaqalmaya səbəb olur.
İnteraktiv təlim həm müəllimlər, həm də şagirdlər qarşısında böyük tələblər qoyur. Belə ki, şagird özü də istəmədən diskussiyaya qoşulur, özü-özünü tanımağa məcbur olur, şagirdin özündə də qaranlıq və bəlkə də, fəaliyyətsiz halda olan xüsusiyyətləri üzə çıxır. Bu, interaktiv təlim metodlarının ən başlıca meyarı, xüsusiyyətidir. Şagird hələ bəsit formada olan bildiklərini və biliklərini genişləndirməyə can atır. Şagirdi müstəqil düşünüb, müstəqil mühakimə yürütməyə təhrik etmək, ona hər hansı bir hazır materialı verib mənimsətməkdən daha çətindir.
Bu metodun bir üstün cəhəti də odur ki, o, şagirdə başqalarının fəaliyyətini də düzgun qiymətləndirməyi öyrədir. Xüsusən, şagirdləri qruplara bölməklə, qrup üzrə iş aparmaq daha məqsədəuyğundur, lakin keçilən bütün dərsləri qrup üzrə bölmək, nəticəni bu yolla almağa çalışmaq düzgün olmaz. Şagird özü düşünməklə yanaşı nəticəni də özü dərk etməlidir. Çin filosofu Konfusi yazırdı: «Qulaq asıram-unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm-anlayıram» [25, 131]. Filosofun bu fikrinin doğruluğuna sübut üçün qeyd etmək lazım gəlir ki, sosioloqlar belə nəticəyə gəlmişlər ki, ən yaxşı və mükəmməl deyilmiş mühazirənin yalnız 35%-i şagirdin və tələbənin yaddaşında qala bilir, lakin şagirdin özünün fəaliyyəti təmin edilirsə, bu nəinki uzunmüddətli yaddaqalmaya, hətta yeni araşdırmaların üzə çıxmasına səbəb olar.
İnteraktiv təlim metodları ilə dərslər təşkil olunarkən müəllim bəzi məsələləri daima diqqət mərkəzində saxlamalıdır:
- müəllim şagirdlərdə şüurlu surətdə dərketmə prosesini tənzimləyən vəziyyət yaradır;
- belə bir vəziyyətin həll olunmasında şagirdlər aktiv tədqiqatçıya çevrilir.
- şagirdlər onlar üçün yeni olan bilikləri sərbəst olaraq əldə edir və onu mənimsəyir.
Beləliklə, interaktiv təlim metodlarını şagirdlərdə yaddaşa əsaslanan elmi biliklərin zənginləşməsi kimi deyil, düşünmə qabiliyyətini və müstəqil bilik əldə etmək və mənimsəmək bacarığını ardıcıl inkişaf etdirmək kimi başa düşmək olar. Bu,elə bir prosesdir ki, şagirdlər mövzunun mənimsənilməsi gedişində ümumiləşmələr aparmaq vərdişinə yiyələnirlər. Belə ki, bu vaxt şagirdlərdə öyrənməyə real maraq meydana çıxır, intellektual potensialın səfərbər olunmasını təmin edir, biliyi əldə etmək fəaliyyətini asanlaşdırır, diqqətin yayınmasına imkan vermir. Nəticədə, interaktiv təlim metodlarından istifadə, şagirdlərin sərbəst düşünmək və öyrənmək fəallığı, onların müstəqil öyrənməyə marağının artması, biliklərin mənimsənilməsi, müstəqil düşüncəyə əsaslanan müstəqil təlimin səmərəsini xeyli artırır. Pedaqoci metod kimi interaktiv təlim müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələri (dərslik, illüstrasiya materialları, mövzularla bağlı kinofilm kassetləri, müxtəlif verilişlərin video-lenti, maqnitofon və s.) və ya bir-birilə ünsiyyət prosesində yeni biliklər əldə etməsinə imkan verən bütün təlim üsullarının məcmusundan ibarətdir.
İnteraktiv təlim metodları ilə təşkil olunan dərs adətən, üç mərhələli dərs strukturuna malikdir:
1) Düşünməyə yönəltmə mərhələsi. Bu mərhələdə fəaliyyət problemsituasiya yaratmaqla həyata keçirilir. Şagirdlər verilmiş mövzular haqqında biliklərinin bərpası işində fəal iştirak edirlər. Bu, onları öz biliklərini təhlil etməyə və araşdıracağı mövzu haqqında düşünməyə məcbur edir, onlarda həmin biliyi öyrənməyə motiv yaradır. İlkin fəaliyyət vasitəsilə şagird mövzu ilə əlaqədar öz biliklərinin səviyyəsini müəyyənləşdirir ki, bunlara yeni biliklər də əlavə edilə bilər. Bu zaman insanın müəyyən qədər bildiyi və başa düşdüyü mövzu ilə bağlı yeni öyrəndiyi bilik daha möhkəm olur, yadda qalır, unudulmur.
2) Dərketmə mərhələsi. Bu mərhələdə şagird yeni informasiya və biliklərlə təmasda olur. Bu mərhələdə mətnin oxunması, mövzuya uyğun səciyyəvi planın tərtib olunması, filmə baxılması, izahatın dinlənilməsi və ya ifadəli oxu kimi iş növləri icra olunur. Dərketmə mərhələsinin əsas vəzifəsi ondan ibarətdir ki, şagirdlərin fəallığı və fənnə olan marağı artsın, daha da inkişaf etsin. Yeni biliyi ərsəyə gətirmək üçün, şagirdlər keçmiş və yeni mövzu arasında əlaqə yaradır ki, bu da onlar arasındakı məntiqi bağlılığı təmin edir.
3) Düşünmə mərhələsi. Bu mərhələdə şagirdlər yeni qazandıqları biliklərini möhkəmləndirir və öz təsəvvürlərini yenidən qururlar ki, bunlara yeni anlayışları da daxil edə bilsinlər. Belə ki, sonrakı həyat prosesində insana xidmət edəcək təlim prosesi məhz bu mərhələdə meydana çıxır. Elə bu mərhələdə şagirdlər yeni ideyaları və informasiyanı öz sözləri ilə ifadə edərək, onu yazdıqları inşa yazılarda, çəkdikləri rəsmlərdə, tərtib etdikləri testlərdə, sxemlərdə ifadə edirlər.
İnteraktiv təlim metodlarından istifadənin bir əsas üstünlüyü də odur ki, şagirdlərdə dərsə maraq artır, şagirdin yaradıcı fəaliyyəti nəticəsində biliklər müstəqil əldə olunur, təfəkkürün inkişafı nəticəsində bu bilik və bacarıqlar daha da möhkəmlənir, faydalı olur. Bu zaman şagirdlər aşağıdakı xüsusiyyətləri əldə edirlər:
- təlimin səmərəliliyinin xeyli artması;
- öyrənmə üçün fəallığın artması;
- biliyin mexaniki yaddaş əsasında deyil, təfəkkür vasitəsilə əldə edilməsi;
- təşəbbüsün və biliklərə olan marağın gücləndirilməsi və s.
İnteraktiv təlim metodları üçün səciyyəvi olan cəhətlər də var:
- şagirdlərin fəallığı təmin edilir;
- müəllim-şagird, şagird-müəllim arasında işgüzar ünsiyyəti təmin edir;
- müxtəlif oyunlardan istifadə olunmasına imkan yaradır;
- şagirdlərin fəaliyyəti üçün sinifdə psixoloci şəraitin yaradılmasını təmin edir, onlar arasında heç bir fərq qoyulmur, «yaxşı və pis oxuyan şagird» kimi qruplaşdırılmır;
- müəllim tədqiqatın aparıcısı və istiqamətvericisi kimi çıxış edir.
Sadaladığımız bu cəhətlər şagirdlərin özündə bir sıra keyfiyyətlər formalaşdırır:
- müstəqil və sərbəst düşüncə formalaşdırır;
- özünü obyektiv qiymətləndirmə təcrübəsi əldə edir;
- öz biliyini təhlil etmək qabiliyyəti yaranır;
- əməkdaşlıq etmək və ya ümumi məqsədə çatmaq üçün iş bölgüsünü paylamaq və alternativ fikirlərə hörmət etmək xüsusiyyəti aşılayır;
- gəldiyi nəticəni əsaslandırmaq, onu sübut və izah etmək bacarığı aşılayır.
Söylədiyimiz bu fikirlərdən, apardığımız araşdırmalardan sonra gəldiyimiz qənaət odur ki, interaktiv təlim metodlarından istifadə prosesində şagirdlər yaddaşlarının yeni biliklərlə zənginləşdirilməsinə deyil, düşünmə qabiliyyətlərinin və müstəqil bilik əldə etmək, onu mənimsəmək bacarığının inkişaf etdirilməsinə əsaslanır. Müxtəlif məzmunlu tapşırıqlar şagirdlərin bir yerdə fəaliyyət göstərməsini tələb edir. Odur ki, təlimdə qruplar arasında qarşıya qoyulan bu vəzifə lazımı şəkildə yerinə yetirilmiş olur.
Fikir ayrılığı üçün iki bədii parçanın, məsələn: N.Gəncəvinin «Sirlər xəzinəsi» əsərində verilən bir təmsillə («Bülbül və qızılquş»), S. Vurğunun «Jeyran» şeiri müxtəlif çətinlik dərəcəsinə malikdir. Belə nümunələr üzərində müxtəlif iş üsulundan istifadə tələb olunur. Daha doğrusu, N.Gəncəvinin «Sirlər xəzinəsi» əsərində iyirminci söhbətlə əlaqədar «Bülbül və qızılquş» hekayəsinin məzmununa nəzər yetirək:
Bir gün qızılquşa bülbül deyir:
«Azad nəfəs alsan da, dilin bağlı həmişə,
Heyran qoyan deyildir səsin ağlı həmişə.
Yerin - Səncər sarayı, - peşən-təklik olubdur,
Sinəsini sökdüyün daim kəklik olubdur.
Məncə bircə ləhzədə görünməz bir xəznədən.
Çıxarıram yüzlərlə qiymətli dürr xəznədən.
Şikar vaxtı qurd-quşa var gümanım bəs neçin?
Neçin tikan üstədir aşiyanım, bəs neçin?»
Javab verdi qızılquş: «Dinlə, bacar susmağı,
Susmağımı görərək inlə, bacar susmağı.
Zirəklikdən almaram heç bir sirri dilimə,
Yüz iş görsəm, yenə də gəlməz biri dilimə,
Vurulmusan dövrana, coşursan, nə coşursan
Solub gedən bir gülə min təranə qoşursan.
Bu ovlaqda şikarçı məntək kimdir əzəldən»,
Kəklik döşü, şah əli nəsibimdir əzəldən,
Ötməkdən dilin yara, bağrın al qan olubdur,
Yemin– qurd– quş olubdur, yerin– tikan olubdur…
Nalə, fəryad qoparıb, olma cövrün əsiri,
Nizamitək olarsan sən də dövrün əsiri». [91, 136].
Bu parçada Nizaminin irəli sürdüyü fikri anlamaq üçün şagirdləri onun ətrafında müstəqil düşündürmək gərəkdir. Təcrübə göstərir ki, parça üzərində şagirdləri interaktiv yolla işlətmək müsbət nəticə verir. Bu məqsədlə şagirdlər qruplara ayrılır. Qrupların biri Qızılquşun, digəri isə Bülbülün sözləri üzərində fikirləşdirilir, sonra cavablar arasında müqayisə aparılır və lazımı nəticələr çıxarılır. Aydın olur ki, dahi Nizami çox danışmaqdansa, çox düşünməyi təbliğ edir. Burda məşhur Dekartın (1596-1650) sözləri yada düşür: «Düşünürəm, demək yaşayıram».
Nümunə üzərində aparılan müşahidədən aydın olur ki, interaktiv təlimin bir üstün cəhəti odur ki, o, şagirdi passiv dinləyici olmaqdan çıxarır, fəal və hərəkətli simaya çevirir, lakin sovet təhsil sistemində belə bir üsul az hallarda tətbiq edilirdi. Belə ki, sovet təhsil sistemində dərs monoton şəkildə, adi dinləyici qarşısında təşkil olunurdu. Bu da təlimin effektlilik dərəcəsini aşağı salırdı. Bunun da səbəbi o idi ki, məktəbdə şagird passiv dinləyici, təlim obyekti rolunu qəbul etmək məcburiyyətində qalırdı.