AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Riyazi model və onun təlim texnologiyasinda tətbiqi
Подобный материал:
1   2   3   4   5   6   7   8   9   10   ...   32

RİYAZİ MODEL VƏ ONUN TƏLİM TEXNOLOGİYASINDA TƏTBİQİ



Müstəqil Azərbaycanın xalq təsərrüfatı müasir tələbləri cavab verən kadrlara böyük ehtiyacı var. Kadrların ilkin hazırlığı orta məktəbdən başlayır. Müasir hesabatda kadrların ümumi və ixtisasla bağlı biliklərilə yanaşı, mütəxəssisin müstəqil surətdə ideya irəli sürməsi, hər hansı məsələnin həllinə yaradıcı yanaşması, təşəbbüskarlıq göstərməsi tələb olunur. Bu kimi keyfiyyətlərin tərbiyə olunması və formalaşması ilk növbədə ümumitəhsil məktəblərində dəqiq və təbiət elmlərinə aid fənlərin tədrisi prosesində həyata keçirir. Gənc nəslin yaradıcı və müstəqil fəaliyyətlə məqsədyönlü şəkildə hazırda məktəb həndəsi kursu tədrisində böyük rolu imkanı və əhəmiyyyəti vardır.

Tədris prosesində ənənəvi metodlardan istifadə olunan zaman məlumatlar şagirdlərə ya auditiv, ya da vizual yolla çatdırılır. Bu halda tədris prosesində şagirdlər zəruri məlumatları qavramaq, bilik, bacarıq və vərdişlərini təkmilləşdirməklə yanaşı, öz maraq dairələrini genişləndirmək, tədris prosesinin özünü daha da rəngarəng və cəlbedici etmək imkanı əldə edirlər.

Məktəb riyaziyyat kursunun yeniləşdirilməsi təlimin həm məzmununun, həm də metodlarının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan son illər orta ümumtəhsil məktəblərində riyaziyyat bir tədris fənni kimi həyatın tələblərinə, praktik reallığa uyğunlaşdırılır.İlk növbədə ibtidai siniflərdə riyaziyyat təlimi məsələlərinin yeni aspektdə işlənməsi aktual xarakter daşıyır. Müasir təhsil şahirdlərin düşünmə və idrak fəaliyyətinin maksimum inkişaf etdirilməsini ön cərgəyə çəkir.

Riyazi təhsil ümumi təhsilin zəruri və mühüm hissəsini təşkil edir. Buna görə də şagirdlərin riyazi hazırlığının gücləndirilməsi – ümumtəhsil məktəbləri qarşısında duran ən mühüm vəzifədir.

Bir tədris fənni kimi – riyaziyyat qarşısında olduqca mühüm və çoxcəhətli vəzifələr durur. Ən mühüm vəzifəsi – ibtidai məktəb şagirdlərini zəruri olan müvafiq riyazi bilik, bacarıq və vərdişlərlə silahlandırmaq və təlimin sonrakı mərhələsində təhsili davam etdirmək imkanını yaratmaqdan ibarətdir. Bu məsələni həll etməklə məktəb şahirdlərinin hərtərəfli inkişafı üçün riyaziyyat təlimindən və kompüter texnologiyalarından maksimum dərəcədə istifadə etməlidir.

1.Məsələlərin hazırmanma və kompüterdə həll olunma mərhələləri

I-IV siniflərin riyaziyyat təliminin keyfiyyətinin yüksəldilməsində məsələ həllinin çox böyük əhəmiyyəti vardır. Məsələ həlli metodikası çox böyük hazırlıq tələb edir. Dərsin tipindən asılı olaraq, məsələlər diqqətlə seçilməli, şagirdlərin gücü, sərf edəcəkləri vaxt və işləmə bacarıqları nəzərə alınmalıdır.

İstənilən məsələnin maşın həllinə gətirilməsi və bilavasitə EHM-də həll olunma prosesi aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır:

1. Məsələnin qoyuluşu

2. Məsələnin riyazi təsviri, həll üsulunun seçilməsi və əsaslandırılması

3. Həll alqoritminin yaradılması

4. Hər hansı proqramlaşdırma dilində ilkin proqramın tərtibi

5. Proqramın sazlanması

6. Proqramın icrası və nəticələirin alınması

7. Nəticələrin təhlili

Məsələnin qoyuluşu onun EHM-də həll prosesinin əsas mərhələlərindən biridir və uğurlu həll düzgün qoyuluşdan çox asılıdır. Bu mərhələdə məsələnin həllində məqsəd formalaşdırılır və onun məzmunu ətraflı təsvir edilir. Məsələnin həllində istifadə olunacaq bütün verilənlərin (kəmiyyətlər)xarakteri və mahiyyəti ətraflı analiz olunur və məsələnin hansı şərtlər daxilində həll olunacağı təyin edilir.

Məsələnin riyazi təsviri, həll üsulunun seçilməsi və əsaslandırılması həlledici mərhələdir. Bu mərhələdə baxılan məsələ riyazi cəhətdən formalaşdırılır.Bu halda məsələnin həllinə gətirib çıxaracaq kəmiyyətlər arasındakı mövcud münasibətlər aydın riyazi düsturla ifadə olunur.Beləliklə,istənilən sahəyə aid prosesin müəyyən hesablama dəqiqliyi ilə riyazi modeli qurulur. Burada riyaziyyatın(xüsusilə tətbiqi riyaziyyatın)ən müxtəlif bölmələri istifadə oluna bilər.Məsələnin riyazi modeli konkret riyazi üsulların tətbiqi ilə axtarılan həllə gətirib çıxarmalıdır.Bəzi hallarda məsələnin riyazi modelini maşın dilinə çevirmək çətin olur. Halbuki, müəyyən ədədi üsulun istifadə edilməsi məsələninin həllini ən sadə hesab əməllərit və bəzi məntiqi əməliyyatın icrasına gətirib çıxarır.Əgər eyni bir məsələ bir neçə müxtəlif ədədi üsullarla həll oluna bilərsə, onda baxılan məsələnin tələblərinə daha yaxşı cavab verən və eyni zamanda EHM-in xüsüsiyyətlərini nəzərə alan üsul seçilir. Uyğun hesablama üsulunu seçmənin əsaslandırılmasında digər məsələlərlə yanaşı hesablama dəqiqliyi, EHM-də məsələnin həll olunma müddəti, tələb olunan operativ yaddaşın həcmi və s. faktorlar həlledici ola bilər. Beləliklə, müxtəlif riyazi və eləcə də, mühəndis texniki məsələlərin həlli üçün ədədi hesablama üsulu seçilir və ya yaradılır. Həll alqoritminin qurulması mərhələsində məsələnin həlli üçün seüilmiş ədədi və ya başqa üsulla uyğun alqoritm qurulur, yəni, axtarılan nəticənin alınması üçün başlanğıc verilənlər üzərində nəzərdə tutulan əməliyyatlar ardıcıllığı dəqiq təsvir edilir. Ayrı-ayrı avtonom hesablama mərhələləri arasında mümkün olan təyin edildikdən sonra məsələnin alqoritmi üçün blok-sxem qurulur. Blok-sxem səviyyəsində hesablama prosesi məntiqinin mümkün hüdudları daxilində məsələnin həll alqoritminin doğruluğu yoxlanılır.

Proqram tərtibi məsələsində məsələnin blok-sxem və və ya başqa təsvir vasitələri ilə verilmiş alqoritmi proqramlaşdırma dillərinin birində təsvir edilir. Məsələnin alqoritminin EHM-in proqramlaşdirma dillərinin öirində belə təsvirinə proqram deyilir. Proqramların bu cür hazırlanması prosesinə proqramlaşdırma deyilir. Əgər proqram maşın dilində yazılıbsa (yəni, maşın kodlarında), onda birbaşa EHM-də icra oluna bilər. Proqramın yazılmasında alqoritmik dillərdən istifadə olunursa, onda proqram əvvəlcə həmin dilin translyatoru vasitəsilə maşın dilinə tərcümə edilir və yalnız bundan sonra EHM-də icra olunur.

Proqramlaşdırma prosesinin hər bir mərhələsində müxtəlif xarakterli səhvlər aşkar oluna bilər. Proqramda səhvlərin üzə çıxarılması və aradan qaldırılması prosesinə proqramın sazlanması deyilir. Ümumiyyətlə, proqramların yaradılmasında sazlama mərhələsi yekun mərhələdir və bu mərhələyə proqrama nəzarət, səhvlərin axtarışı və aradan qaldırılması əməliyyatları daxildir. Alqoritmik dillərdə yazılmış proqramlarda bəzi səhvlər dilin translyatoru vasitəsilə aşkar olunur.Bu səhvlər sintaksis səhvlər adlanır. Belə səhvlər haqqında məlumat displey ekranında aydın şəkildə verilir.

Qeyd edək ki, müasir proqramlaşdırma sistemlərində xüsusi nəzarət və sazlayıcı proqramlar işlədilir. Proqram sazlandıqdan sonra istifadəçinin marağından asılı olaraq başlanğıc verilənlərin bütün variantları nəzərə alınmaqla məsələ maşında həll olunur. Alınan nəticələr isə təhlil edilir və məsələnin qoyuluşunu verən mütəxəssis tərəfindən qiymətləndirilir. Proqramlaşdırmada bir sıra qeyri-riyazi sahələrə aid məsələlərin həlli ilə əlaqədar olaraq ədədi üsullarla yanaşı digər üsullar da işlədilir. Müxtəlif istiqamətli informasiya axtarış sistemləri, verilənlər bazaları, ekspert sistemləri, iqtisadi məlumatların emalı və s. sahələrdə nizamlama və axtarış üsulları çox geniş tətbiqini tapmış belə üsullardandır. Belə üsullardan həm də avtomatlaşdırılmış lüğətlərin yaradırması, mətnlərin analiz və sintezi yazı mətnlərində orfoqrafik səhvlərin aradan qaldırılmasında və s. kimi dilçilik məsələlərinin kompüterlə həllində istifadə olunur. Bu üsullarla VI fəsildə tanış olmaq olar.

Beləliklə, istənilən məsələnin EHM-də həlli prosesində keçilən bütün mərhələlərə nəzər yetirərək aşağıdakı nəticəyə gələ bilərik. Əvvəla EHM özü heç vaxt məsələni həll etmir, o, sadəcə olaraq əvvəlcədən verilmiş hesablamaları yerinə yetirir. İkincisi, EHM-dən istifadə edilməsi heç də öz işimizi dönə-dönə araşdırmaq zəruriyyətindən bizi azad etmir. Maşın hesablamanı insandan tez və dəqiq apara bilər, ancaq hesablama proqramının necə olacağını və alınan nəticədən necə istifadə etmək lazım gəlbiyini bilmək qabiliyyətində deyil. Üçüncüsü, EHM şeç vaxt tədqiq olunan oblastın hərtərəfli öyrənilməsinin zəruri olduğunu inkar etmir.