AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Detektiv janrda çingiz abdullayevin uğurlari
Mədəniyyətlərarasi ünsiyyətin tədrisi zamani
Ünsiyyət dilləri
Öyrənilən dillər
Подобный материал:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

SUMMARY

After independence, the Azerbaijan Republic joined in many conventions. And strengthened the struggle for illegal circulation with narotics and psychoactive drugs. So our republic made more active the strategic essence of the struggle against navcotics.


РЕЗЮМЕ

После независимости Азербайджанской республики, Азербайджан участвовал во многих соглашениях. Усиленная борьба за незаконное обращение наркотиками и психотропными препаратами. Таким образом, наша республика сделала более активную стратегическую сущность с борьбой против наркотиков.


Məmmədova İlhamə


DETEKTİV JANRDA ÇİNGİZ ABDULLAYEVİN UĞURLARI


Dünya ədəbiyyatında detektiv janrın inkişafı keçən əsrin 50-ci illərində başlanmışdır. Azərbaycan ədəbiyyatı da bu prosesdən kənarda qalmamışdır. Elə bir oxucu tapmaq olmaz ki, “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” detektiv romanlarının müəllifi Cəmşid Əmirovu tanımasın.

Azərbaycan ədəbiyyatında detektiv janrın sonrakı inkişaf mərhələsində də Cəmşid Əmirovun xüsusi payı vardır.

Diqqəti cəlb edən, milli detektiv əsərləri arasında sanballı əsərlərdən hesab edilən Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” romanını da xüsusi qeyd etmək lazımdır.

Dünya detektiv janrının sonrakı inkişaf səviyyəsində bu qədər çox imzalar bolluğunun arasında Çingiz Abdullayevin adına rast gəlinməsi hər bir Azərbaycanlı oxucuya iftixar hissi gətirir.

Əlbəttə, hüquqşünas ailəsində böyüyüb boya-başa çatan Çingiz Abdullayev hələ erkən yaşlarından hüquq elmi ilə dərindən maraqlanmış, atasının tövsiyəsi ilə universitetin hüquq fakültəsinə daxil olmuşdur. Sonralar beynəlxalq təcavüz problemi haqqında dissertasiya müdafiə edərək hüquq elmləri namizədi (1988), beynəlxalq cinayət problemi barədə isə hüquq elmləri doktoru alimlik dərəcəsi (1991) almışdır.

Nasiri fərqləndirən cəhətlərdən biri onun təvazökarlığıdır. “Yazıçı deyəndə göz önünə Nizami, Lev Tolstoy gəlir. Mən sadəcə, yazmaqla məşğulam”(1).

Yazıçının ilk romanı “Mavi mələklər”in nəşri o vaxtkı Sovet Azərbaycanının Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən qadağan edilmişdi. Ancaq çətinliklə də olsa, əsər yazıldığı vaxtdan beş il sonra kitab şəklində çap olundu.

Ç. Abdullayevin 1988-ci ildə Azərbaycanda çıxan ilk kitabının tirajı otuz min idi. Daha sonra nəşr olunan kitabları 400 min tirajla satışa buraxıldı.

“Mənim əllərim fəhlə əlləridir,” - deyən Çingiz Abdullayev kəmiyyətin keyfiyyətə çevrildiyinə inanır. Məhsuldarlıqda Jül Vern, Jorj Simenon kimi ünlülərə oxşamaq istədiyini bildirir.

“Bəzən elə yoruluram ki, (əksər hallarda günə 300-500 səhifə!) az qala huşumu itirirəm”. Zahirən sakit, hətta bir qədər ləng görünən yazıçı bu cür çılğıncasına və fədakarlıqla işləyir(1).

Əlbəttə, siyasi detektiv janrında yazması yazıçıya heç də asan başa gəlməyib. Əsərlərini oxuduqca onun xüsusi cəsarət nümunəsi göstərərək Rusiya dövlətinin başında dayanan bəzi rəhbərləri necə xarakterizə etdiyinin şahidi oluruq. “Müqəddəs olmaq istəyi” romanında keçmiş SSRİ DTK-sındakı xüsusi təyinatlı qrupun fəaliyyətindən bəhs edilir. Bu roman əhalinin böyük əksəriyyətinin qətiyyən xəbəri olmayan xidmət sahələrindən bəhs edilir.

Əslində “Mavı mələklər” və “Müqəddəs olmaq istəyi” romanlarını birləşdirən bir cəhət var ki, o da hadisələrin baş verdiyi məkanın bütün dünyanı əhatə etməsidir.

“Müqəddəs olmaq istəyi” romanının tərcüməçisi Qardaşxan Əzizxanlı belə yazır: “Müqəddəs olmaq istəyi” (orijinalda: «Лучшe быть святым») romanına gəldikdə isə ...mənim Çingiz Abdullayevin bu əsəri ilə tanışlığım onun Azərbaycan oxucusuna doğma dildə çatdırılması ilə nəticələndi. Boynuma alıram ki, belə bir əziyyətli işdən (qəzet, jurnal, nəhayət, kitab variantları hazırlanarkən əsər üzərində hər dəfə yenidən redaktə işi aparılıb) sonra son dərəcə maraqlı yazan bu yazıçının ikinci bir əsəri ilə tanışlığa qorxuram...(1).

Q. Əzizxanlının “yazıçının ikinci bir əsəri ilə tanışlığa qorxuram...” səmimi etirafını isə düzgün qiymətləndirmək lazımdır. Həmin sözlər bir tərəfdən mütərcimin səmimi etirafıdırsa, digər tərəfdən Çingiz Abdullayev yaradıcılığına verilən yüksək qiymətdir.

Ç. Abdullayev doğma vətənin hüdudlarından kənarda da detektiv ustası kimi məşhurlaşdı və ona milyonlarla pərəstişkar qazandırdı. Onun 73 əsəri 500-dən artıq kitabda 15 dildə (MDB respublikalarında, həmçinin, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsrail və başqa ölkələrdə) 18 milyon tirajla çap olunub. Amerikanın “Krişcen Sayens Monitor” nəşri onu dünyanın siyasi detektiv ustalarından biri adlandırıb.

Ç. Abdullayevin əsərlərində məşhur, rəhbər vəzifəli insanlar tənqid atəşinə tutulur. Belə məşhur adamlardan biri yazıçının ölümünə fitva vermiş, lakin qətli sifarış verənin özü sonradan onu “ istedadına bağışlamışdı”.

“Mavi mələklər” romanının “Görünməzlər” fəslində Ç. Abdullayev tənqid və ifşa obyekti kimi ABŞ prezidenti Ceyms Karteri seçmiş, onu Karterin öz sözləri ilə ifşa etmişdir. Ceyms Karter narkomanlar haqqında ABŞ konqresinə göndərdiyi məktubda yazırdı: “Narkotikanı məhv etmək mümkün deyil. Adamlar narkotikada yüngüllük və məmnunluq tapdığından o hələ mövcud olacaq. Biz sərhədlərimizdən narkotikanın qeyri-qanuni aparılmasına tam mane ola bilmərik, cünki işə vicdanla yanaşsaq, bunun bizim hakimiyyətimizə aid olmadığını görərik” (2).

Ç.Abdullayevin sənətkar cəsarəti orasındadır ki, o, ABŞ prezidentinin toxunmadığı bir-iki faktı sadalayır və onun mövqeyini alt-üst edir.

“Heroin isə öz amansız işini görür. İndiyədək bu zəhərli dərmandan 600 minədək adam ölüb. Alverçilər hər il heroindən 10 milyard dollar qazanc götürürlər. Bəlkə də konkret adamlar yox, məhz o mühitin instinkti onlara belə bir fikir təlqin edir: şpris iynəsi etiraz iynəsindən təhlükəsizdir, narkomanın yatmağı ictimai oyanışdan əlverişlidir” (2).

Bu ifadələrlə Azərbaycan yazıçısının ABŞ prezidentinin saxta mövqeyini alt-üst etməsinin şahidi oluruq. Təkcə bu fakt Ç. Abdullayev nəsrinin ümümbəşəri ideallara xidmət etdiyini təsdiq edir.

Yazıçının bəhs etdiyi problemlər qlobal problemlər olduğundan, onların məkanı da dünyanın super dövlətləridir. Bunlar ilk növbədə ABŞ və Rusiyadır.

Ç. Abdullayev heç vaxt adi məsələnin uzun-uzadı təsviri ilə oxucunu yormur. Yazıçının böyük yaradıcılıq məharəti ondadır ki, böyük vəzifə sahibi olan səlahiyyətli adamları ayrı-ayrı bədii obraz kimi əsərlərinə daxil etmir, lakin yeri gələndə onların adları və əməlləri ümümi planda nəzərə çarpdırılır və biz bu ədəbi priyomu yazıçının böyük yaradıcılıq məharəti hesab edirik.

Yazıçı həmkarının zəhmətkeşliyini qiymətləndirən. yuxusuz və istirahətsiz yazmağı “inanılmaz xüsusiyyət” adlandıran xalq yazıçısı Anarın mövqeyi daha əhəmiyyətli və inandırıcıdır.

“Çingizlə gecə avtobusunda Madriddən Barselonaya getdiyimiz günü xatırlayıram. Bütün gecəni, bütün yol boyu boynuma alıram ki, mən yatdım, ancaq o öz noutbukunda yazdı. Bütün günümüzü Barselonada birgə keçirirdik. Şəhərə çıxdıq, muzeylərə baxdıq, nahar etdik və axşam yenə avtobusla Madridə qayıtdıq. Gecə avtobusda yenə də mən yatdım, Çingiz işlədi” (3).

Bizcə, belə də olmalı idi; başqa meyarlara layiq olan sıravi bir şəxs belə dünyəvi əsərlərlə oxucu rəğbəti qazana bilməzdi. Ç.Abdullayevin qiymətli yaradıcılığı onun böyük şəxsiyyətini tamamlayır.

Bu layiqli qiyməti məhz Anarın verməsi daha xoşdur. Axı, Anar özü də sıradan birisi olan şəxsiyyət deyil. O, yazıçı kimi də, tənqidçi kimi də, ssenarilər müəllifi kimi də Azərbaycanın ən çox tanınmış sanballı ziyalılarından biridir. Üstəlik, onlar uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyində çiyin-çiyinə işləyirlər. Deməli, Ç. Abdullayevi işgüzar bir insan kimi qiymətləndirən Anarın mövqeyi daha əhəmiyyətli və inandırıcıdır.

Bu və ya digər obrazı təqdim edərkən yazıçı nitqindən istifadə etməmək, obrazlara əməllərinə görə qiymət verilməsini oxucuya etibar etmək manerası da Çingiz Abdullayevə məxsusdur.

Moskvanın “ЭКСМО-Пресс” nəşriyyatında Çingiz Abdullayevın çapdan çıxmış “Zülmətin simfoniyası” romanı hadisələrin məkan genişliyi ilə seçilir. Əsərin qəhrəmanı Dronqo çox çətin tapşırıq alır. Bu kəşfiyyatçı, duyumu düzgün olan, gümanında yanılmayan, incə fəhmli, həmişə düzgün məntiqi ilə seçilirdi. Dronqo öz ölümü ilə dəfələrlə üzbəüz gəlir. Hətta onunla çiyin-çiyinə çalışan orqanların nümayəndələri belə Dronqonun aradan götürülməsində maraqlı idilər. Dronqo həm taleyin hökmü ilə öz çiyinlərinə düşmüş bəşəri, tarixi missiyanı yerinə yetirərək Avropanın bir sıra ölkəsini atom partlayışı təhlükəsindən qorumalı, həm də eyni komandada çalışdığı, lakin istənilən an imkan düşən kimi Dronqonu məhv etməyə hazır olan düşmənlərlə ölüm-dirim mübarizəsinə girişməli olmuşdu.

Ç. Abdullayevin müəllif uğuru orasındadır ki, baş verən mürəkkəb hadisələri böyük sənətkarlıqla, inandırıcı surətdə oxucuya təqdim edir. Onun belə bir cəhəti də diqqəti cəlb edir ki, ən mürəkkəb məqamlarda biz müəllifin monoloji nitqinə rast gəlmirik. Belə olsaydı əsərin üslubu ağırlaşar, hadisələrə oxucu marağı azalardı.

Yeri gəlmişkən qeyd edək ki, məşhur Amerika yazıçısı Artur Heylinin “Axşam xəbərləri” romanında müəllif nitqinə ifrat meylliliyi bütövlükdə əsərin xeyrinə olmamış, onun detektiv əsərlərə xas olan dinamizmi xeyli azalmışdır.

Yazıçı Anar haqlı olaraq incə bir mətləbə toxunur ki, Dronqo bütövlükdə siyasiləşmiş obrazdır. Dronqo bütün ölkələrin kəşfiyyat sistemlərini, iş qabiliyyətlərini gözəl bilir. Fəaliyyət göstəricilərinə görə dünyanın birincisi sayılan İsrailin MOSSAD kəşfiyyatı Dronqoya minnətçi düşərək bizimkilərdən xahiş etmişdir ki, bir əməliyyatda Dronqo onlarla iş birliyinə girsin.

Lakin Dronqo MOSSAD-la bu əməkdaşlığa razı deyil. Əgər şəxsən onunla əməkdaşlıq tələb olunursa, deməli hət cür hiylə, kələk qurulmuşdur. Dronqo yalnız tanımadığı mühitdə işləməyə üstünlük verirdi. Belə olduqda güdənlər də olmurdu.

Budur, bir gün qabaq Vaşinqtondan uçub gələn Rameş Asantinin təşkilatı Dronqo ilə əməkdaşlıq qərarına gəlib. Professional qatilin tapılması ilə bağlı problemi Dronqonun həll edə biləcəyinə onlar inanırdılar.

Bir sözlə, əsas söhbət Dronqonun növbəti tapşırığından getsə də, Ç. Abdullayev Rusiyanın o vaxtkı siyasi vəziyyətini də yeri gəldikcə obrazların dili ilə oxucuya bəyan edir.

Belə bir fondun şəxsən Dronqo ilə maraqlanması adi məsələyə oxşamırdı. Bunu dərhal hiss edən Dronqo elə bir fonda nə üçün məhz onun lazım olduğu ilə maraqlanır. Bundan ötrü Amerikadan uçub gəlməyə dəyərdimi? Məgər Amerikada mütəxəssis yoxdur?

Bir sözlə, əsas söhbət Dronqonun növbəti tapşırığından getsə də, Ç. Abdullayev Rusiyanın o vaxtkı siyasi vəziyyətini də yeri gəldikcə obrazların dili ilə oxucuya bəyan edir.

İki professional kəşfiyyatçı, Rameş Asanti və Dronqonun bir qədər uzun dialoqundan müəllifin çox qiymətli fikrini başa düşmək o qədər də çətin deyil. Deməli, muzdlu qatillər çox təhlükəlidirlər, amma maliyyə buraxaraq qətlləri sifariş edənlər daha təhlükəlidirlər.

Bu maliyyələrin hesabına qatillər istədikləri yerdə at oynada bilirlər.

Müəllif oxucusunu bu cür ölüm sifarişçilərinə qarşı amansız olmağa çağırır.

Ç. Abdullayevin əsərlərini oxuduqca belə bir nəticəyə gəlirsən ki, onun əsərləri ümumilikdə əsərin müxtəlif hissələridir. Hər əsərdə bizə tanış olan obrazlarla yenidən görüşürük. Lakin yazıçı heç vaxt özünü təkrar etmir, real vəziyyəti, məkanı dəyişərək daha inandırıcı situasiyalar yaradır. Belə olduqda Ç. Abdullayevin həmin sahəni tam incəliyinə qədər bilən gözəl qələm sahibi olduğunun şahidi oluruq. O bəhs etdiyi cinayət hadisələrini elə inandırıcı təqdim edir ki, yazıçının mövqeyinə inanmamaq mümkün olmur.

Ç. Abdullayev keçən ilin səkkiz ayı ərzində üç romanını çapdan çıxararaq detektiv janr həvəskarlarını bir daha sevindirmişdir.

Qeyd-şərtsiz demək olar ki, detektiv janra yeni uzunömürlülük bəxş etmiş yazıçılar içərisində Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev ən öncüllərdən biri, bəlkə də birincidir. Inanmaq olar ki, bundan sonra yetişən nəsillər arasında Ç. Abdullayevin detektiv janr yolunun da davamçıları olacaqdır.


ƏDƏBİYYAT
    1. Abdullayev Ç. A. Mavi Mələklər. Bakı: “Çıraq”, 2009.
    2. Abdullayev Ç. A. Müqəddəs olmaq istəyi. (roman). Bakı: “Adiloğlu” nəşriyyatı, 2004.
    3. Anar. Mənim gənc köhnə dostum. “Ədəbiyyat” qəz, Bakı, 2009, 3 aprel
    4. Rəsulzadə N. Əlli ildən sevgi etirafı. “Ədəbiyyat” qəz, Bakı, 2009. 3 aprel



SUMMARY

In the article is spoken about the successes that Chingiz Abdullayev gained in his literary activity. The article also stresses different features distinguishing him from other detective writers.


РЕЗЮМЕ

В статье говорится об успехах Ч. Абдуллаева в детективном жанре, констатируются творческие особенности отличающие его от других авторов детективных произведений.


Məmmədova Natella


MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏTİN TƏDRİSİ ZAMANI

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİ ƏSASINDA

BİLİNQVİSTİK TƏHSİL MODELLƏRININ QURULMASI


Bilinqvistik təhsil dedikdə, biz ana dili və xarici dil vasitəsilə dünya mədəniyyətinə qoşulmanın məqsədyönlü prosesini başa düşürük. Bu prosesdə xarici dil xüsusi bilik dünyasının dərk edilməsi və müxtəlif ölkələr və xalqların mədəni-tarixi və sosial təcrübəsinin mənimsənilməsi üsulu kimi çıxış edir.

Bilinqvistik tədrisin mahiyyəti, məqsədləri və məzmununun anlaşılması təcrübəsi xarici pedaqoji ədəbiyyatda işıqlandırıldığı, dünyanın müxtəlif ölkələrində, xüsusilə ABŞ, Kanada və Almaniyada mövcud olan təhsil təcrübəsinin ətraflı dərk edilməsi zəruridir.

Belə ki, ABŞ-da 1960-cı illərdə təhsil islahatı baxımından dövlət məktəblərində etnik azlıqlardan olan uşaqlar üçün ikidilli təhsil və tərbiyə daxil edilmişdir. Beykerin tərifinə əsasən: «Bilinqvistik təhsil dedikdə … tarix və ədbiyyat məşğələləri daxil olmaqla, bütövlükdə tədris planı və ya onun bir hissəsini əhatə edən xüsusi proqramın vasitəsilə tələbələrin eyni təbəqələri üçün tədris vasitəsi olaraq iki dildən istifadə nəzərdə tutulur» (Baker C.A., səh. 19-20). Belə proqram uşaqların heysiyyət hissini və iki mədəniyyətlə əlaqəli olduqlarına görə fəxr hissini inkişaf etdirmək məqsədini daşıyır».

Verilmiş definisiyadan göründüyü kimi, əsas diqqət nəinki dillərin funksional öyrənilməsinə, həm də mədəni komponentə yetirilir ki, bu da bilinqvistik və ya ikidilli tədrisin ikimədəni tədris kimi şərh edilməsini mümkün edir.

Məktəb tərəfindən uşağın etnik mədəniyyətinin tanınması təhsilə olan müsbət motivasiyanın yaranmasına imkan yaratmış və onun, təhsil prosesində özünüreallaşdırması üçün əlavə imkanlar yaratmışdır.

Son illər ərzində ikidilli ya va bilinqvistik təhsil problemi daha tez-tez müzakirə edilir və hazırda Avropada onun bir neçə variantı mövcuddur:

Sxem 1

Avropada bilinqvistik təhsil





Ana dili və xarici dil (linqvistik çoxluq və linqvistik azlıq dilləri) vasitəsilə bilinqvistik tədris sisteminin daxil edilməsi tərcrübəsi geniş vüsət almış və Qərbi Avropa və Şimali Amerikada çox perspektiv bir cərəyan kimi nəzərdən keçirilir (Baker C.A., 1991; Cohen A.D., 1996; Cummins J., Swain M., 1992; Ervin-Tripp S.M., 1974; Fishman J.A., 1979; Mikes M., 1991; Rey M., 1986; Сигуан М., Макки У., 1990; де Силлиа Р., 1999). Ona olan maraq nə alimlər, nə də pedaqoji ictimaiyyət tərəfindən azalmır və bu, həmçinin Avropa Şurasının fəaliyyətində də öz əksini tapmışdır (New-Style Workshop 5A. Learning and Teaching Languages in Pre-School and Primary Bilingual Contexts, 1991).

Azərbaycanda xarici dil tədrisində dil və mədəniyyət arasında münasibətlərin izlənilməsinin tədqiqinə dair müəyyən təcrübə vardır (Д.Я.Исмайылова, 2003; Г.Ъ.Щцсейнзадя, 2001, 2004; А.О.Османзадя, 2005).

Təəssüf ki, təhsilin inkişafı tarixində mühüm yeri olan ana dili və xarici dil vasitəsilə bilinqvistik (ikidilli) təhsil 1990-cı illərin ortasına qədər ölkəmizdə və eləcə də digər ölkələrdə tam diqqət mərkəzində olmamışdır. Yalnız son 10-12 il ərzində bilinqvistik təhsilin bu növü Avropa ölkələrinin təhsil siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir ki, bu da Avropanın 38 ölkəsində də təhsildə bilinqvistik sektorun genişləndirilməsinə şərait yaratmışdır (New Style Workshop 12 A. Bilingual Education in Secondary Schools: Learning and Teaching Non-Language Subjects through a Foreign Language, 1993; Self-Assessment in Upper-Secondary Bilingual Schools (History and Literature Teaching), 1998; Workshop 21/96. The Implementation of Bilingual Streams in Ordinary Schools: Processes and Procedures - Problems and Solutions, 1996).

«Bilinqvizm» və ya «ikidillilik» termini altında, adətən, fərdin müxtəlif kommunikativ məqsədlərə nail olmaq üçün iki və daha çox dillərdə danışmaq qabiliyyəti nəzərdə tutulur. Lakin, aşağıdakı cədvəldən göründüyü kimi, müxtəlif işlərdə ikidilliliyin müxtəlif, bəzən isə bir-birinə zidd olan təriflər verilir.

Elmin müəyyən qollarının inkişafının müxtəlif mərhələlərində müxtəlif müəlliflər tərəfindən verilmiş təriflərdə müəyyən fərqlərə baxmayaraq, onların hamısı eyni fikrə gəlmişlər ki, bilinqvizm kommunikativ və idrak məsələlərinin həlli üçün ünsiyyət məqsədləri ilə insana iki dil sistemindən istifadə etməyə imkan verən bacarıqlar və vərdişlərdir. Lakin belə tərif nəinki bacarıq və vərdişlərin hansı dərəcədə formalaşdırılmasını, həm də iki dil sistemi çərçivəsində ünsiyyətin müvəffəqiyyətli reallaşdırılması üçün konkret olaraq hansı bacarıq və vərdilərin zəruri olmasını göstərmir. Başqa sözlə desək, bir sıra təriflərdə (de Cillia R., 1995; Верещагин Е.М., 1969) insanın iki dildə yalnız dinlədiyi, oxuduğu və ya fəal danışdığı göstərilmir.

Beləliklə, bilinqvizmin təsnifatı əsasında duran meyarlardan biri də, ikidilli şəxs tərəfindən icra edilən hərəkətlərin miqdarıdır (Верещагин Е.М., 1969). Bunun əsasında fərqləndirilən bilinqvizm növləri aşağıdakı sxemdə göstərilir.


Sxem 2




Yuxarıda qeyd olunan bilinqvizm növlərinə daha ətraflı nəzər salaq. Bilinqvizmin RESEPTİV növü metodik dəyərə malikdir və ona nail olma xarici dil tədrisinin məqsədi ola bilər. Həqiqətən, misal üçün, elmi işçilərin müəyyən sayından xarici dil mükəmməl bilmək tələb olunmur. Onlar peşəkarlıq baxımından önəmli məlumat əldə etmək üçün, yalnız öz ixtisaslarına aid olan elmi mətni oxumağı bacarmalıdırlar. Bilinqvizmin bu növü eyni zamanda onunla maraqlıdır ki, ona nitq fəaliyyətinin daha bir növü olan biliklər əsasında nail olmaq olar (Верещагин Е.М., 1969, səh.26). İkinci dil yalnız nəzəri cəhətdən öyrənilir və sözlərin paradiqmasını və leksik mənasını öyrənməyə ehtiyac duyulmur. Lakin ifadələr və sözlərin təhlilinə dair əsas qaydaları bilmək, lüğətdən istifadə etmək, kifayət dərəcədə dil bacarıqlarına malik olmaq zəruridir.

Sözsüz ki, belə metodika yalnız bədii və qeyri-bədii yazılı mətnlər üzərində aparılan işdə tətbiq olunandır, lakin reseptiv bilinqvizmə nail olmağa çalışan şəxsin məqsədi məhz yazılı nitqi başa düşməkdir. Şifahi nitqə gəldikdə isə, bu sahədə reseptiv bilinqvizm haqqında danışmaq çətindir. Bu halda söhbət bilinqmizmin ikinci növü, yəni REPRODUKTİV bilinqvizm haqqında danışmaq olar. Bilinqvizmin bu növü, reseptiv bilinqvizm ilə müqayisədə ikidilli şəxsə daha çox hərəkət etməyə imkan verir. Reproduktiv bilinqvizmə nail olmaq üçün biliklərlə yanaşı vərdişləri (səsləri tələffüz etmək və onları müvafiq hərflərlə əlaqələndirmək) də nəzərə almaq zəruridir. Ona görə də, reproduktiv bilinqvizmə nail olmaq üçün işin əsas mahiyyətini nəinki izahat, həm də tapşırıqlar təşkil edir.

Bilinqvizmin başqa növü də vardır ki, o, yuxarıda qeyd olunan meyar əsasında ayrılır. Bu, MƏHSULDAR bilinqvizmdir. Məhsuldar bilinqvizm zamanı ikidilli şəxs (bilinqv) xarici dildə mətnləri başa düşür və ifadə edir, hətta onları müstəqil surətdə hasil edir. Məhsuldar bilinqvizm haqqında yalnız aşağıdakı şərtlərə riayət edərkən danışmaq olar:
  • Bilinqv öz nitqini yaradıcı şəkildə qurmalıdır;
  • Nitq şüurlu şəkildə qurulmalıdır.

Beləliklə, məhsuldar bilinqvizm, insanın “mənaca tamamlanmış ifadələr qurmaq” bacarığıdır (Вереoагин T.М., 1969, səh.28).

Məhsuldar bilinqvizm ingilis dili təmayüllü məktəblərdə və dilyönümlü ali təhsil müəssisələrində, o cümlədən xarici dilin tədrisi sahəsində pedaqoji kadrların hazırlanması prosesində, xarici dilin tədrisi zamanı bir sıra hallarda nail olunan məqsəddir. Sonralar “bilinqvizm” termini altında iş zamanı yalnız məhsuldar bilinqvizm nəzərdə tutulacaqdır, bilinqv isə beləliklə “həm dil biliklərinə, həm də iki və daha çox dillərdə kommunikati bacarıqlara malik olan fərd” kimi nəzərdən keçiriləcəkdir.

Məhsuldar bilinqvizm mərhələsinə nail olmasının səmərəli üsullarından biri də bilinqvistik təhsildir (Baker C.A., 1991; Otten E., 1993; Thurmann E., 1995; Сафонова В.В., 1996). Bu sualı nəzərdən keçirərkən bir çox tədqiqatçılar ümumi fikrə gələrək qeyd edirlər ki, bilinqvistik təhsilin əsas amili ikinci/xarici dilin nəinki tədris fənni kimi öyrənilməsi, hətta ondan qeyri-dil fənlərinin tədrisində tədris vasitəsi kimi istifadə edilməsidir. Belə ki, R. De Sillia qeyd edir ki, “…bilinqvistik tədris prosesində (ayrı-ayrı fənlərin bilinqvistik tədrisində) çox vacib rol ana dilinə ayrılır, lakin əsas diqqət məhz ikidilliliyə yetirilir” (R. de Cillia, 1995, səh.16).

Analoji nöqteyi nəzrin tərəfdaralrından biri də Mashdır (1989). O, qeyd edir ki, “…fənnin bilinqvistik tədrisi, məsələn tarix kimi sahələrdən birinin bilinqvistik tədrisidir ki, bu da tədris vasitəsi olaraq həm ana dili, həm də xarici dildən istifadəni nəzərdə tutur” (R. de Cillia, 1995, səh.16). Yuxarıdakıları yekunlaşdıraraq, R. De Sillia qeyd edir: “Bilinqvistik tədris prosesində xarici dil nəinki öyrənilən obyekt qismində, həm də idrak vasitəsi kimi çıxış edir ki, onun nəticəsində “ikili effekt” adlanan hala nail olunur: həm fənnin, həm də dilin öyrənilməsi ola bilər” (R. de Cillia, 1995, səh.15). Bu məqalədə biz bilinqvistik təhsili tədris proqramları nöqteyi nəzərindən keçirəcəyik. Bu proqramların əsas mahiyyəti ondan ibarətdir ki, burada həm ana dili, həm də xarici dil orta məktəbin və ali təhsil müəssisəsinin proqramına daxil olan müxtəlif fənlərin öyrənilməsi zamanı, təhsil və özünütəhsil aləti kimi istifadə olunur və çoxdilli dünyada müxtəlif fəaliyyət sahələrində müəllimləri və tələbələri mədəniyyətlərarası əməkdaşlığa hazırlamaqda böyük rol oynayan məktəb/universitet təhsilinə beynəlxalq aspektin daxil edilməsi üçün şərait yaranmışdır (Safonova V.V., 1996, səh.15).

Azərbaycanın Avropa Qonşuluq Siyasətinə və Avro-Atlantik məkanına inteqrasiyası ilə bağlı inkişafda olan proseslərin nəticəsində, ölkəmizdə xarici dilin öyrənilməsinin və tədrisinin sosial-mədəni konteksti mühüm dərəcədə dəyişilib. Ölkəmizin ali təhsil müəssisələri beynəlxalq səviyyəli layihələrdə, o cümlədən Avropa Komissiyasının xətti ilə (Erasmus Mundus, Tempus və digərləri), iştirak etmək imkanlarını əldə etmişlər. Bununla əlaqədar olaraq, bilinqvistik sektor kifayət qədər intensiv surətdə inkişaf etməyə başlayıb. Ana dili və xarici dil vasitəsilə bilinqvistik təhsili Azərbaycan modeli üçün orta məktəb və universitet fənlərinin (məsələn, ölkəşünaslıq, mədəniyyətşünaslıq, xarici ədəbiyyat tarixi) həm tam bilinqvistik tədrisi (xarici dil fənninin tədrisin əsas vasitəsi olduğu halda), həm də konkret sahədə təhsilin və özünütəhsilin əlavə vasitəsi qismində istifadəsi səciyyəvidir.

Xarici dil tədrisinin sosial-mədəni kontekstinin təhlili üçün aşağıdakıları nəzərə almaq vacibdir:
  1. Ünsiyyətin rəsmi dilləri
  2. Tələbələrin ana dili
  3. Öyrənilən xarici dillər
  4. Azərbaycanın orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin məqsədləri


Cədvəl 1. Azərbaycanda xarici dillərin tədrisinin sosial-mədəni konteksti


ÜNSİYYƏT DİLLƏRİ

Azərbaycanın rəsmi dili olan Azərbaycan dili (çoxluq dili)40

TƏLƏBƏLƏRİN ANA DİLİ

Azərbaycan dili (linqvistik çoxluğunun dili) və ya konkret regionunda / inzibati-ərazi vahidində çoxluq dili olan ana dili

ÖYRƏNİLƏN DİLLƏR

Xarici dil qismində ingilis, alman, fransız dilləri

TƏDRİSİN MƏQSƏDLƏRİ

Ümumtəhsil (qeyri-dil yönümlü) müəssisələri

Xarici dili dərindən tədrisi ilə məşğul olan təhsil müəssisələri
  • Öyrənilən dildə danışan ölkələrin xalqlarına və mədəniyyətinə hörmətvə marağın formalaşdırılması
  • Tələbələrin erudisiyasının və dilçilik / filoloji dünyagörüşünün genişləndirilməsi



  • Xarici dildən müasir dünyanın mədəniyyətləri və sivilizasiyalarının dialoqunda alət qismində istifadə bacarıqlarının inkişaf etdirilməsi;

Tələbələrin kommunikativ və sosial-mədəni inkişafı

(Safonova V.V., 1996)

ZƏNGİNLƏŞMƏ