AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


L.L < Law Latin
Ceil. < California
Çex ədəbiyyati azərbaycan dilində
Azərbaycan dilinin kök morfemləri türk dilləri kontekstində
Подобный материал:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

J.

(justice)




ChfJ. J.P. J.K.B.

(Chief Judge) (justice of the peace) (justice of the King’s Bench)


Системность терминологической, как и общелитературной, лексики также обеспечивают отношения синонимии, полисемии, омонимии и анто­нимии. Традиционно считается, что эти семантические процессы несвой­ственны и нежелательны для терминологии33.

Среди терминов-аббревиатур омонимия встречается гораздо чаще, чем среди полных форм терминов. Ср.: L.L < Law Latin и Limited liability; J. P. < junior partner и Justice of the peace, H.C. < Habeas Corpus и habitual criminal и т.д.

Большинство лингвистов соглашается с тем, что синонимия в терми­нологии ограничена явлением дублетности. Термины-дублеты не противо­поставлены друг другу ни стилистически, ни эмоционально-экспрессивно, и поэтому не существует проблемы выбора того или иного дублета в раз­личных ситуациях34. Синонимия терминов приводит к синонимии аббревиатур и образо­ванию аббревиатурных омонимов. Ср.: judge - justice, J. < judge, justice.

Кроме синонимов, различают варианты терминов, которые отлича­ются по своим свойствам от синонимов. Однако некоторые исследователи считают, что для терминологии разграничение вариантов и синонимов не­существенно, т.к. лексемы, различающиеся даже одной буквой, явля­ются разными самостоятельными терминами, и поскольку они служат для называния одного понятия, то полностью соответствуют признакам абсо­лютных синонимов35.

С.В. Гринев различает полные, краткие и усеченные варианты. Под полным вариантом он понимает вариант, включающий максимальный набор терминоэлементов данного термина. Краткий вариант, по мнению ис­следователя, - вариант, полученный путем сокращения полного варианта. Он может быть образован с помощью аббревиации, эллипсиса или компо­зиции термина-словосочетания, сложного или производного термина. Усе­ченный вариант, в свою очередь, - разновидность краткого вари­анта. Такие варианты образуются с помощью отбрасывания конечной час­ти однословного полного варианта (laboratory - lab). «Краткий вариант может быть получен с помощью аббревиации, эллипсиса или композиции термина-словосочетания, сложного или производного термина. Краткий вариант следует отличать от краткой формы термина, т.е. применяемого преимущественно в документации условного сокращения, например, тру­бопровод - трубопр., железная дорога - ж/д), поскольку, в отличие от варианта, сокращенная форма не является самостоятельной лексической еди­ницей»36.

При делении на основе «признака языкового уровня» Гринев выделяет следующие вилы вариантов:

1) графические, различающиеся только написанием (jail - gaol);

2) фонетические, различающиеся только произношением (association);

3) фонетико-графические, отличающиеся только произношением и вари-антным написанием одинаковых лексем (centering - centring);

4) морфологические - варианты с разными словоизмени­тельными аффиксами (thesauri - thesauruses);

5) словообразовательные, образованные с помощью раз­ных словообразовательных аффиксов (distling - distillation), словообразо­вательной моделью (fiber-glass - glass fieber);

6) синтаксические – варианты терминов-словосочетаний, отличающиеся синтаксической моделью образования (порядком слов и от­ношением между ними) (reclamation of land - land reclamation);

7) морфолого-синтаксические варианты, один из которых – термин-словосочетание или сложный термин, а другой – его краткий вариант, по­лученный путем синтаксических и морфологических преобразований37.

Также автор выделяет следующие разновидности морфолого-синтаксических вариантов:

а) эллиптические варианты, образованные эллипсисом (пропуском одного из компонентов) многокомпонентного термина без изменения его значения (weight-lifting room - weight room);

б) композитные варианты, образованные сложением слов или основ
многокомпонентного термина (key word – keyword);

в) аббревиатурные варианты, образованные сложением частей слов
(чаще начальных) многокомпонентного термина (motor hotel - motel), которые представлены также акронимными вариантами, образованными сложением начальных букв и/или звуков многокомпонентного термина (direct current – DC)38.

Отношения внутрисистемной полисемии (полисемии в рамках от­дельной терминосистемы) и антонимии среди терминов-аббревиатур воз­можны, но они могут быть только отражением антонимии или многознач­ности самих терминов.

Тем не менее, возможны и случаи многозначности юридических тер­минов-аббревиатур. Такие случаи ограничены и представлены только аббревиатурами, образованными на основе метонимического переноса. Так, сокращенные термины-названия американских штатов, которые сле­дует считать юридическими терминами в силу того, что они обозначают единицы административно-территориального деления в США, являются в то же время обозначениями сборников судебных решений, принятых и опубликованных в конкретных штатах. Например:

Ceil. < California и California Reports

La. < Louisiana и Louisiana Reports

Minn. < Minnesota и Minnesota Reports

Mis. < Mississippi и Mississippi Reports

Mont. < Montana и Montana Reports

Neb. < Nebraska и Nebraska Reports

Как видно из приведенных выше примеров, сокращению в юридиче­ской терминологии подвергаются как термины-универбы, так и составные термины.

Часто тенденция к сокращению протяженности термина проявляется в образовании сложного слова из сокращенных основ, в результате чего получаются сложносокращенные термины. С.В. Гринев отмечает: «По-видимому первой стадией такого сокращения является незначительное усечение одной из складываемых основ: praseodvminium из praseo + (di)dyminium, асбоцемент из асб(ест)о + цемент. В дальнейшем усечение захватывает все большую часть основы - ammeter из am(pere) + meter, биофильтр из био(логический)+ фильтр - и распространяется на второй элемент – универ(сальный)+маг(азин), кер(амика)+металл, доходя до слогового сокращения. Пределом сокращения является акронимия ини­циальная буквенная или звуковая аббревиация: potential difference – РТ, pulverized fly ashPFA, ultra high frequency – UHF39.

Таким образом, можно определить, что в современной англо-американской юридической терминосистеме термины-аббревиатуры вступают в систем­ные (парадигматические) связи с другими терминами: 1) иерархические (как правило, юридические термины-аббревиатуры представляют собой обозначения видовых предметов, чаше всего предельной степени диффе­ренциации); 2) отношения тождества, которые представлены в английской юридической терминологии вариантами полных и сокращенных терминов; варианты разных сокращенных терминов также образуют оппозиции тож­дества (аббревиатуры-омонимы).


РЕЗЮМЕ

В данной статье рассматривается специфика юридических тер­минов-аббревиатур в современном английском языке и характеристики их функционирования.


Mehrəliyev Elçin


ÇEX ƏDƏBİYYATI AZƏRBAYCAN DİLİNDƏ


Yaşadığımız çağdaş dövrdə Azərbaycanın Avropaya inteqrasiyası baş verdiyi bir zamanda Avropa xalqının Şərqlə olan təmaslarını öyrənmək, tədqiq etmək günümüzün ən aktual, mühüm məsələlərindən biri hesab olunmalıdır.

Hər bir xalqın, millətin inkişaf tarixi bu millətin yalnız daxili inkişaf tarixi deyil, həmçinin onun başqa xalqlarla siyasi, mədəni və iqtisadi əlaqələr tarixidir. Bu prosesdə əsas rollardan birini bədii tərcümə oynayır. Mənimsənilən ədəbiyyat axınına qoşulan tərcümələr onun tərkib hissəsi olmaqla xalqlar arasında dostluq körpüsü vəzifəsini daşıyır. Məhz tərcümə sayəsində müxtəlif ölkələrin insanları dünya ədəbiyyatının inciləri ilə tanış olmaq imkanı əldə edir.

Azərbaycan xalqının çex ədəbiyyatına marağı heç də təsadüfi olmamışdır. Hələ eramızın V əsrindən başlayaraq təşəkkül tapan çex və türk xalqlarının tarixi-mədəni təmasları ötən əsrdə bu marağın yeni bir qüvvə ilə meydana çıxması üçün münbit zəmin yaratmış oldu.

Çex ədəbiyyatını inkişafında çex torpaqlarında gedən 1848-1849-cu illər inqilabının mühüm əhəmiyyəti olmuşdur. Məhz bu dövrdə Çexiyada milli azadlıq ideyaları ön plana çəkilmişdir. Çex ədəbiyyatında realistik ənənələr yaranmağa başlamışdır.

ХХ əsrin 50-ci illərindən isə çex ədəbiyyatından Azərbaycan dilinə tərcümə olunan bədii nümunələrin sayı artmağa başladı. Görkəmli çex yazıçıları Yaroslav Haşek, Karel Çapek, Mariya Mayerova, Yulius Fuçik və Milan Kunderanın sayəsində çex ədəbiyyatı bütün dünyada, o cümlədən Azərbaycanda geniş şöhrət tapdı. Azərbaycanlıların çex ədəbiyyatına marağı ümumi düşmən olan faşizmə qarşı birgə aparılan azadlıq mübarizəsi dövründə, xüsusilə İkinci Dünya müharibəsindən sonra (1945-1960) yaranmışdır. Məhz bu dövr Çexiya və Azərbaycan xalqlarının mənəvi həyatında, mədəniyyətində və ədəbiyyatında mühüm bir dönüş nögtəsi oldu. İqtisadi, mədəni və elmi əlaqələrin artması çex və Azərbaycan xalqlarının yaxınlaşmasına səbəb oldu.

Çex dilindən Azərbaycan dilinə müharibədən əvvəl də tərcümə edilmişdir. Məsələn, faşizmin tüğyan etdiyi 1939-cu ildə Karel Çapekin “Ana” dramı Cahanbəxş tərəfindən tərcümə olunaraq “Revolyutsiya və kultura” jurnalında dərc edilmişdir. Bu əsər müharibə əleyhinə yazıldığı üçün o dövrdə xüsusi sifarişlə tərcümə olunmuşdur. Belə ki, həmin dövrd-də Sovet İttifaqı faşizmlə üz-üzə qaldığından bütün respublikalara bu əsərin tərcümə olunması göstərişi verilmişdi. Bu səbəbdən də müharibədən əvvəl çex ədəbi nümunələrinin Azərbaycan dilinə tərcümə edilməsi sporadik xarakter daşıyırdı.

1953-cü ildə Qılman Musayevin tərcüməsində T.Svatoplukun “Botostroy” romanı işıq üzü gördü. Böyük ədəbi hadisə kimi qəbul edilən bu tərcümə əslində çex ədəbi nümunələrinin Azərbaycan dilinə intensiv tərcüməsinin başlanğıcı oldu.

Digər dövrlərə nisbətən XX əsr çex ədəbiyyatı Azərbaycan dilinə daha çox tərcümə olunmuşdur. Bu hər şeydən əvvəl həmin dövrün çağdaş olması ilə bağlıdır. Belə ki, məhz bu səbəbdən yeni dövrdə yazılmış ədəbiyyat Azərbaycan oxucusunun mənəvi tələbatına cavab verirdi və heç şübhəsiz ki, tərcüməçilər də bu amilə xüsusı diqqət yönəldirdilər.

ХХ əsrin II yarısından etibarən bu dövrün çex ədəbi nümunələri daha tez-tez Azərbaycan dilinə tərcümə olunur. Azərbaycan - çex ədəbi əlaqələrinin möhkəmlənməsində hər iki xalqın yazıçıları arasında olan şəxsi münasibətlər, eləcə də ayrı-ayrı ədiblərin fəal tərcüməçilik fəaliyyəti mühüm rol oynamışdır.

Çex və Azərbaycan ədəbi əlaqələrindən danışarkən, xalq şairi Rəsul Rzanın adını qeyd etməmək olmaz. Bu ədəbiyyatların yaxınlaşmasında onun böyük əməyi olmuşdur. Məhz onun sayəsində Azərbaycan oxucuları ilk dəfə çex şairlərinin yaradıcılığı ilə tanış olmaq imkanı əldə etmişlər. 1965-ci ildə onun redaksiyası altında “Çex poeziyasının antologiyası” Azərbaycan dilində işıq üzü gördü [1, 98]. Rəsul Rza nəinki bu kitabın redaktoru olmuş, həmçinin bir tərcüməçi kimi fəal iştirak etmişdir. Kitabın dörddə bir hissəsini tərcümə etmək məhz onun öhdəsinə düşmüşdür. Bu barədə şair özü belə deyir: “Bizim o qədər də böyük olmayan tərcüməçilər qrupu böyük maraqla antologiya üzərində işləmişlər. Antologiya bizim qarşımızda yeni bir dünya – Çexoslovakiya xalqının poetik, mənəvi dünyasının, özü də zəngin, özünəməxsus və böyük maraq kəsb edən dünyasını açmış oldu. Bu kitab bizim xarici dostlarımızın milli xüsusiyyətlərini, fikir və düşüncələrini dərk etməkdə bizə böyük kömək göstərmişdir” [2, 63]. Antologiyaya çex şairlərinin 44 əsəri daxil edilmişdur – romantik Karel Hinek Maxadan tutmuş müasir poeziyanın nümayəndələrinədək. Bu cür geniş təmsilçilik Azərbaycan oxucularına çex poeziyasının inkişaf yolunu izləməyə imkan vermişdir. Antologiyaya ön sözü çex şairi İrji Şotola yazmışdır: “Çex poeziyası heç zaman dünya arenasına çıxmamışdır, onun səsi dünya poeziyasında eşidilməmişdir, o hələ heç zaman dünya oxucularının qəlbinə yol tapmamışdır, bu həmişə belə olmuşdur və bu gün də belədir. Çünki, kiçik xalqların, daha doğrusu dilləri az tanınan poeziyanın qəribə acı taleyi vardır. Bu xalqların poeziyası çox zaman dünya ədəbiyyatı xəzinəsinə yol tapa bilmir” [1, 64]. Doğrudan da Azərbaycan poeziyası kimi, çex poeziyası da özünün inkişaf yolunda bir sıra keşməkeşlərdən keçməli olmuşdur - kitablar və əlyazmalar yandırılmış, mədəniyyət nümunələri məhv edilmiş, çex dili qadağan olunmuşdur [1, 53].

Müqəddəs Roma imperiyasının imperatoru məşhur tiran II Ferdinandın zamanında çexlərə xristian dinini korlayan yaramazlar kimi baxırdılar [1, 54]. Lakin ön sözün müəllifi, fikrimizcə, çex poeziyasının rolunu azaldır. Məlumdur ki, çex poeziyasının görkəmli nümayəndələri olan Yan Neruda, İrji Volker, Vityezslav Nezval və başqaları nəinki Avropada, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Çex şairlərinin geniş şəkildə tanınması haqqında təkcə bir faktı qeyd etmək kifayətdir: Məşhur Çili şairi Pablo Neruda məhz azadlıq şerlərinə görə çex şairi Yan Nerudanın soyadını özünə təxəllüs götürmüşdür.

Antologiya çex poeziyasının incisi olan məşhur çex şairi, inqilabi romantizmin görkəmli nümayəndəsi Karel Hinek Maxanın “May” poeması ilə başlayır. Bu əsər K. H. Maxanın yaradıcılığının zirvəsini təşkil etməklə yanaşı, müasir çex poeziyasının çiçəklənməsində mühüm rol oynamışdır. K. H. Maxanın taleyi və yaradıcılığı onun kimi həyatdan erkən getmiş Azərbaycan şairi Mikayıl Müşfiqin taleyini xatırladır.

Antologiyaya daxil olan əsərlər içərisində ictimai eybəcərliklərin tənqidi, vətənpərvər motivləri özündə ehtiva edən Svatopluk Çexin, Yaroslav Vırxlitskinin poeziyasını xüsusilə qeyd etmək lazımdır. Bu mənada Yan Nerudanın yaradıcılığı olduqca səciyyəvidir. Yulius Fuçik onu nəinki dövrünün, eləcə də bütün dövrlərin ən böyük şairi adlandırmışdır [3, 200]. Onun yaradıcılığında realistik vətəndaş poetikası xüsusi yer tutur. Onu təkcə Avropada deyil, eləcə də okeanın o tayında sülhsevər və azadlıq şairi kim tanıyırlar. Y.Nerudanın böyük ədəbi irsindən antologiyada yalnız beş şeir təmsil olunmuşdur. Əlbəttə bu şeirlər şairin yaradıcılığı haqqında geniş təsvir yaratmaq imkanına malik deyil. Bununla belə hətta bu şeirlərə qısa bir nəzər saldıqda şairin azadlıqsevərlik və vətənpərvərlik hisslərini duymaq olur. Şair öz əsərlərində azadlıq və tərəqqi yolunda qorxub geri çəkilən insanları qamçılayır, xalqını zamanla ayaqlaşmağa səsləyir.

Lakin Azərbaycan dilinə tərcümə olunan çex ədəbi nümunələri heç də həmişə öz uğurlu həllini tapmamışdır. Çex ədəbiyyatından uğursuz tərcümələr arasında, xüsusilə Azərnəşr tərəfindən çapa buraxılan “Çex yazıçılarının hekayələri” kitabını qeyd etmək lazımdır. Orada Bojena Nemtsova, Yan Neruda, Svatopluk Çex, Aloiz İrasek, Yaroslav Haşek, Karel Çapek, İvan Olbraxt, Yulius Fuçik və s. kimi çex ədəbiyyatı klassiklərinin və müasir yazıçılarının əsərlərinə rast gəlmək olar.

Çex ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi yaxın vaxtlara qədər bütünlüklə rus dili vasitəsilə həyata keçirilirdi. Məlum olduğu kimi köməkçi dilin vasitəsilə həyata keçirilən tərcümə zamanı əsərin ruhu müəyyən qədər orijinala uyğun gəlmir və bu səbəbdən bəzi yalnışlıqlara da yol verilir. Bununla belə Azərbaycan oxucusu bu tərcümələrə borcludur, çünki məhz bu tərcümələr sayəsində onun başqa ədəbiyyatlar kimi çex ədəbiyyatı ilə ilk tanışlığı mümkün olmuşdur.

Orijinaldan edilmiş bədii tərcümələr bir qayda olaraq uğurlu tərcümələr hesab olunur. Köməkçi dil vasitəsi ilə olan tərcümələrdə isə adətən hərfi tərcüməyə üstünlük verilir. Bu cür tərcümələrin dili adətən olduqca ağır olur və burada tez-tez tərcümə olunmayan sözlərə rast gəlinir.

1980-ci illərdən başlayaraq bu sətirlərin müəllifinin tərcüməsində müasir çex ədəbiyyatından bir-birinin ardınca bir neçə hekayələr doğma dilimizdə işıq üzü gördü. Onların arasında xüsusilə İvan Viskoçilin “Yaqubun tələsi”, Lenka Haşkovanın “Qol sancağı”, Yaromira Kolarovanın “Müharibədən sonra görüşənədək” və başqalarını göstərmək olar [4, 40-46]. 2002-ci ildən başlayaraq isə orijinaldan tərcümə işi yeni bir vüsət almışdır. Bu mənada görkəmli çex yazıçısı Yaroslav Haşekin “Qoçaq əsgər Şveykin sərgüzəştləri” romanın ilk hissəsi “Mütərcim” jurnalında dərc olunması mühüm ədəbi hadisə kimi qeyd olunmalıdır. Hazırda həmin romanın tərcüməsi üzərində iş davam etdirilir.


ƏDƏBIYYAT
  1. Çex poeziyası: Antologiya, Bakı, 1965, 341
  2. Антология чехословацкой поэзии // Вышка. 1965, 27 июля
  3. Фучик Ю. Репортаж с петлей на шее. М., 1966
  4. Kolarova Y. Müharibədən sonra görüşənədək // Ulduz, 1983, 6


РЕЗЮМЕ

В статье рассказывается о чешско-азербайджанских литературных взаимосвязях, а именно o переводах произведений чешских писателей на азербайджанский язык. При этом рассматриваются переводы, как посредством русского языка, так и с оригинала.


SUMMARY

In article told about Czech –Azerbaijan literature interconnectivity, namely translations of czech writer's creations into Azerbaijan language. In this translations are considered by means of not only Russian language, but also from original.


Məhərrəmli Baba


AZƏRBAYCAN DİLİNİN KÖK MORFEMLƏRİ TÜRK DİLLƏRİ KONTEKSTİNDƏ


İndiyə qədər türk dillərinin kök morfemləri ilə bağlı müxtəlif tədqiqatlar aparılsa da,bir çox məsələlər hələ də tam həllini tapmamışdır. İlk türk söz kökünün hansı heca formasında olması məsələsi hələ də türkologiyanın həll olunmamış problemlərindən biridir. Qədim kök sözlərdə karlaşmanın və ya cingiltiləşmənin birinciliyi mübahisəlidir. Açıq yoxsa qapalı hecaların ilkinliyi məsələsi ziddiyyətli fikirlərlə izah olunur. Bəzi kök sözlərin praformalarının,arxetiplərinin bərpasında, rekonstruksiyasında yeni təhlillərə ehtiyac var.

Dil faktlarına zaman və məkan prizmasından yanaşdıqda,görürük ki, dil sistemində dəyişməyən dil vahidi yoxdur.Tarix boyu dildə baş verən dəyişmələr obyektiv və subyektiv amillərdən asılı olaraq ümumi və fərdi xüsusiyyətlər qazanır.

Türkoloqlar göstərirlər ki,türk dilllərində təkhecalı sözlərin çoxu hələ də izah olunmamışdır. Bu baxımdan,türk dillərindəki kök morfemlər haqqında “yeni söz” deməyə ehtiyac var.

Türk dillərinin kök morfemlərində fonomorfoloji,fonosemantik inkişaf qədim dövrlərdən başlanmışdır. Ehtimal olunur ki,vaxtilə əski türk söz köklərində supraseqment elementlər-vurğu, ton, intonasiya məna fərqi yaradan (yəni fonematik) elementlər kimi çıxış etmişdir.

Türkoloqlar göstərirlər ki,türk dillərində təkhecalı sözlərin çoxu hələ də izah olunmamışdır.Çağdaş türk dillərində onlarla monosillabik kök söz var ki,onlar da tarixən derivasiya nəticəsində yaranmışdır. Yəni həmin təkhecalı köklər sonradan düzəlmədir.

Türk dillərinin tarixinə dair aparılan araşdırmalarda yazıyaqədərki (prototürk) dövrdə amorfluğun əlamətlərinin əks olunduğu göstərilir.Tarixi-etimoloji istiqamətdə aparılan tədqiqatlar sübut edir ki,türk dilləri ilkin dövrdə amorf quruluşa malik olmuşdur. İltisaqilik, flektivlik sonradan yaranmışdır. Həmin inkişaf bütün dünya dillərinin keçdiyi inkişaf yoludur. Buna görə də türk dillərinin inkişafına da ümumdünya dilləri köntekstindən yanaşmaq lazımdır.

Çağdaş türk dillərinin lüğət fondunda “daşlaşmış” çoxlu miqdarda leksemlər var ki,onlarda kök +şəkilçi sərhədini və ya münasibətini araşdırmaq üçün həmin sözlərdə tarixən baş verən fonomorfoloji,morfosemantik inkişaf proseslərini izləmək lazımdır. Vaxtilə amorfluq mərhələsində kök morfemlərdə xüsusilə aksentuasiya daha aktiv olmuşdur.Türk dillərinin tarixində affiksləşmə (şəkilçiləşmə) sonrakı hadisə olsa da, kök morfemlərin sürətli inkişafını təmin etmişdir.Türk dillərində kök sözlərin morfoloji strukturunun formalaşması onların iltisaqi quruluşu ilə biavasitə bağlıdır.Tədricən baş verən fonetik hadisələr kök morfemləri yeni leksemlərə çevirmiş,həm də onların derivatları yaranmışdır.Fonomorfoloji dəyişmələr müasir türk söz köklərini çox dəyişdirmişdir.Tarixən əksər kök sözlərdə kök+şəkilçi birikməsi,fuziallaşması baş vermişdir.Əski kök morfemlər yüzlərlə düzəltmə sözün daxilində “ölü”köklərə çevrilmiş,daşlaşmışdır.

Biz kök morfem anlayışına tarixi aspektdən yanaşırıq.Yəni kök morfemlər ilkin söz köklərini özündə ehtiva edən,qədimliyi yaşadan,əski söz yaradıcılığı üçün əsas baza rolunu oynayan söz strukturlarıdır.Türk dilləri amorfluqdan iltisaqi quruluşa keçdikdən sonra onlardan törəmə sözlər formalaşmışdır.Aparılan tədqiqatlar sübut edir ki,amorfluq mərhələsində məhz korrelyativ-sinkretik söz kökləri(yəni ad-fel omonimliyini əks etdirən köklər) müasir dövrlə müqayisədə daha çox mövcud olmuşdur.Vaxtilə A.Şleyxer kök sözlü dilləri inkişafın başlanğıcı adlandırırdı.Bu baxımdan,tarixən amorf quruluşa malik olan türk dillərinin dünyanın ən qədim dillərindən biri olması qənaəti daha inandırıcıdır.

Ümumiyyətlə,türkoloji dilçilikdə kök morfemlərin strukturu ən mübahisəli məsələlərdən biridir.Türkoloqlar flektiv dillərə nisbətən, iltisaqi quruluşlu dillərin morfoloji strukturunun daha şəffaf olduğunu etiraf edirlər(6,76;21,267).Lakin bu problemə diaxronik baxımdan yanaşsaq,həmin şəffaflıq bir o qədər də hiss olunmur.Çünki tarixi inkişaf nəticəsində söz kökləri çoxlu fonomorfoloji dəyişmələrə məruz qalmışdır.Kök sözlərdə kök+ şəkilçi,kök+kök birikmələri,fuziallaşmaları həmin prosesin nə qədər çoxşaxəli, müxtəlifistiqamətli olduğunu göstərir.Yəni müasir dövrdə türk söz kökündə tərkib hissələrin ayırd olunması nə qədər asandırsa,tarixi ekskurs baxımından bir o qədər çətindir.

Dilçilikdə kök morfemlərin praformasının bərpası rekonstruksiya məsələləri ilə bağlıdır.Dünya dilçiliyində daxili rekonsruksiya mövzusuna ilk dəfə F.de Sössürün “İlk yaranan saitlər sistemi”məqaləsində toxunulmuşdur.

Türk dillərindəki kök morfemlər haqqında ilkin məlumatlar hələ XI əsrdə M.Kaşqarlının məlum lüğətində verilir.Türk dillərində kok morfemlərin öyrənilməsinin tarixi isə A.Vamberinin və V.V.Radlovun tədqiqatları ilə başlayır. XIX əsrdə A.Vamberi türk dillərinə aid ilk etimoloji lüğət yazmışdı.1878-ci ildə A.Vamberi türk dillərinə aid yazdığı bu etimoloji lüğətin ön söz hissəsində türk dillərində nitq hissələrinin mənşəyi məsələsinə də toxunmuşdur (12,20).V.V.Radlov 1906 –cı ildə yazdığı “Вводные мысли описанию морфологии тюркских языков” məqaləsində türk söz köklərinin ilkin strukturu ilə bağlı mülahizələrini bildirmişdi. Türk dilçiliyinin tarixində ilk dəfə V.V.Radlov 1906- cı ildə yazdığı bu məqalədə qeyd etmişdi ki,türk dillərində bəzi təkhecalı sözlər var ki,onlara ilkin kök kimi baxmaq olmaz(16,12).

Türk dillərinin kök morfemləri ilə aparılan tədqiqatların nəticələri heç də eyni olmamışdır.Türkologiyada kök morfemlərin ilkin formaları,qədim strukturu haqqında fərqli fikirlər irəli sürülmüşdür.Monosillabizmin ilkinliyini qəbul edən dilçilər əksəriyyət təşkil etsə də,əks mövqedə duran dilçilər də var.Bəzi dilçilər ilkin söz kökünün samitdən yarandığını güman edirlər.Məsələn,N.Marr qeyd edirdi ki, yafəs dillərində köklər semit dillərində olduğu kimi samitlər əsasında formalaşmışdır, saitlər isə sözlərin müxtəlif formalarının yaranmasında iştirak etmişdir(19,6).Lakin bu inandırıcı deyil.

İkihecalılığı qəbul edənlər qeyd edirlər ki,ilkin köklərin ikihecalılığını sözlərin fizioloji baxımdan tələffüzü də təsdiqləyir.Onların fikrincə,birhecalı sözləri tələffüz edərkən danışıq üzvləri birdən-birə dayanmır.Eyni zamanda danışıq üzvlərinin ətaləti qəti olmur (13,49).Türkologiyada kök morfemlərin ilkin fonetik strukturu haqqında da yekdil fikir yoxdur.Bu problemlə bağlı fərqli fərziyyələr irəli sürülmüşdür.Müqayisə üçün qeyd edək ki,Hind-Avropa dilçiliyində də praformalar təkhecalı köklər əsasında bərpa edilir.

A.Zayonçkovski 1961-ci ildə türk dillərində kökün strukturuna həsr etdiyi məqaləsində yazırdı ki,qədim türk sözləri əsasən təkhecalı fellər olmuşdur (22,29).Lakin əks arqumentlə çıxış edən türkoloqlar da var.Monqol dillərinin faktlarına əsaslanan Q.İ.Ramstedt,N.K.Dmitriyev ilkin türk söz köklərinin ikihecalı olmasını qəbul edirlər.

Biz də əksər türkoloqlar kimi,diaxronik baxımdan kök morfemlər dedikdə ancaq bir hecalı(monosillabik) sözləri nəzərdə tuturuq və qədim türk söz kökünün təkhecalılığı fikrinin tərəfdarıyıq.Yəni inkişaf sadədən mürəkkəbə doğru getmişdir.

Bəzi tədqiqatçılar fellərdə təkhecalılığın daha çox mühafizə olunduğuna əsaslanaraq məhz felləri qədim hesab edirlər.Lakin bu fakt əsas sayıla bilməz.Çünki türkologiyada dəfələrlə sübut olunmuşdur ki,monosillabik fellərin bir qismi düzəltmədir,onların hamısı ilkin inkişafı əks etdirmir.

Türkologiyada A.Vamberi,E.Kajibəyov B.M.Yunusəliyev,P.M.Melioranski, İ.A.Batmanov,A.P.Paçeulevski türk dillərində ilkin köklərin sinkretik olduğunu qəbul edirlər.Yəni bu türkoloqların fikrincə,adlar və fellər omonim köklər kimi mövcud olmuş,sonradan diferensiasiya nəticəsində fel kökləri adlardan ayrılmışdır(12,20).İ.V.Karmuşin isə “Türk dillərində nitq hissələrinin mənşəyi haqqında”məqaləsində qeyd edir ki,türkologiyada nitq hissələrinin mənşəyi haqqında məsələdə sinkretizmlik nəzəriyyəsi üstünlük təşkil edir(17,23).Yəni əksər türkoloqun fikrincə,ad və fellər eyni zamanda yaranaraq korrelyativ koklər kimi mövcud olmuşdur.A.M.Şerbak ehtimal edir ki,türk dillərində bütün kök morfemlər kiçik istisna olmaqla ad və fellərdən ibarətdir(20,269).

B.Atalay isə isimlərin ilkinliyi qənaətinə gəlir.O,fikrini bununla əsaslandırır ki,insanlar öz ətrafındakı anlayışları əvvəl adlandırmağa başlamışlar.Fellərdə iş, zaman,şəxs kimi üç anlayışın birdən göz önünə alınması gərəkdir.Bundan başqa, fellərdə mənaca təcrid olunma var.Bu cür soyutlama(yəni mücərrədləşmə) isə hər halda dil inkişaf etdikdən və düşünmə qabiliyyəti yüksəldikdən sonra meydana gəlir(1,110).

Fikrimizcə,ən qədim kök sözlər isimlər və fellərdir.Düzdür,bəzi qaynaqlarda işarə və şəxs əvəzlikləri də ən qədim söz layına aid edilir.Ehtimal olunur ki,şəxs əvəzlikləri də işarə əvəzliklərindən törənmədir.Dünya dillərində xüsusilə şəxs əvəzliklərindəki uyğunluqlar,onlardakı fonetik və semantik analogiyalar bunu iddia etməyə əsas verir.Ancaq təbii ki,bunlar hamısı fərziyyə səviyyəsindədir.Çünki problem yazıyaqədərki dövrlə bağlıdır.Çox güman ki,əvəzliklər isim və fellərdən sonra yaranmışdır.

Problemin şərhi yazıyaqədərki dövrlə bağlı olduğuna görə,isimlərin və ya fellərin hansının daha qədim olduğunu müəyyənləşdirmək çətindir.Buna görə də biz də hər iki söz qrupunu kök morfemlərə aid edirik.

Dünya dilçiliyində belə bir fikir mövcuddur ki, dünya dilləri amorfluqdan iltisaqiliyə,iltisaqilikdən flektivliyə doğru inkişaf yolu keçmişdir.Çağdaş iltisaqi quruluşlu türk dillərində indi də fleksiya əlamətləri müşahidə olunur.Yəni dünya dillərinin amorf,flektiv,iltisaqi tiplərə bölünməsi,əslində, şərti xarakter daşıyır.

Çağdaş türkologiyanın vacib məsələlərindən,problemlərindən biri də türk dillərində daşlaşmış,birikmiş,fuziallaşmış köklərin tədqiq olunması,”ölü” söz köklərinin üzə çıxarılımasıdır.

Minillik tarixə malik prototürk dilinin şaxələri olan müasir türk dilləri qədim yaxınlığı,ümumiliyi qoruyub saxlamağa müvəffəq olmuşdur.Bu ümumilik,qohumluq,genetik bağlılıq həmin dillərin əski kök layının-kök morfemlərinin nümunəsində daha çox nəzərə çarpır.Eyni zamanda bu dillərin zaman keçdikcə spesifik,fərqli xüsusiyyətləri yaranmışdır.Türk dilləri arasında elə dillər var ki,digərlərindən kəskin şəkildə fərqlənir.Hətta yaranan fərqlər o dərəcədə güclü olmuşdur ki,həmin kəskin fərqlərə əsaslanan bəzi dilçilər bu dillərin qohumluğunu inkar etmişlər.Digərlərindən daha çox fərqlənən,spesifik fonetik,qrammatik quruluşu olan türk dilləri də var.Çuvaş,uyğur,yakut,başqırd dilləri bu qrup dillərdəndir.Bəzi tədqiqatlarda həmin dillər ən qədim türk dillərinə aid edilir.Lakin həmin divergensiya faktları heç də onların qohumluğunu inkar etmir.Türkiyə dilçiliyində müstəqil türk ədəbi dillərinin ləhcələr,dialektlər adlandırılması tarixi baxımdan düzgündürsə,müasir dillər baxımından yanlışdır.Vaxtilə dialektlər səviyyəsində ayrılan-diferensiallaşan türk dilləri hal-hazırda müstəqil ədəbi dillər kimi formalaşmışdır.

Türk dillərinin tarixi ilə bağlı tədqiqatlarda nəinki türk dillərinin eləcə də qeyri -türk dillərində olan analoji dil faktlarının səbəbləri öyrənilməli,genetik bağlılığın mahiyyəti müəyyənləşdirilməlidir.

Türk dillərinin kök morfemlərinin öyrənilməsində kifayət qədər ziddiyyətli məqamlar,problemlər,məsələlər var.Əslində, qohum dillər anlayışı da nisbi anlayışdır.Alternativ dilçilik cərəyanının və ya nostratik dilçilik cərəyanının nümayəndələrinin gəldiyi qənatə görə,bütün dünya dilləri qohumdur.Bu, həqiqətdir.Həmin ideya vaxtilə böyük etirazlarla qarşılansa da, müasir dünya dilçiliyində aparılan təhlillər onların haqlı olduğunu sübut edir.

Əlbəttə,türk dünyasının bir hissəsi olan Azərbaycan türklərinin dilindəki kök morfemlər də əlahiddə öyrənilə bilməz.Bu məsələyə münasibət ümumtürkoloji aspektdən olmalıdır.Tarixən meydana çıxan spesifik xüsusiyyətlər,divergensiyalar, diferensiallaşmalar türk dillərinin fərdi taraixi inkişafı ilə bağlı yaranmışdır.Bizim əsas məqsədlərimizdən biri Azərbaycan dilinin kök morfemlərini türk dillərini kontekstindən araşdırmaqdır.

Türk dillərinin inteqrasiyası gücləndikcə ortaq əlamətlərin yaranması prosesi güclənir,fərqli cəhətlər tədricən zəifləyir.Məsələn,son dövrlərdə Türkiyə türkcəsi ilə Azərbaycan dili arasındakı yaxınlıqların,əlaqələrin artmasının nəticəsi olaraq qarşılıqlı anlaşmanın yaranması,müəyyən dil fərqlərinin aradan qalxması bizim fikrimizin doğruluğunu sübut edir.Yəni türk və Azərbaycan dilləri arasındakı təmasın güclənməsi qarşılıqlı söz mübadiləsini gücləndirir,ortaq sözlərin işlənməsinə şərait yaradır,fərqləri azaldır.

Azərbaycan dilşiliyində kök morfemlərinin digər türk dilləri ilə müqayisəli araşdırılmasıV.Aslanovun,S.Əlizadənin,Q.Bağırovun,Y.Məmmədovun,M.Yusifovun,F.Cəlilovun,R.Rüstəmovun,B.Xəlilovun tədqiqatlarında öz əksini tapmışdır.Bu tədqiqatlarda da kök sözlər düzgün olaraq türk dilləri aspektindən nəzərdən keçirilmişdir.R.Rüstəmov “Azərbaycan dili dialekt və şivələrində fel”(1965) adlı əsərində yazır ki,türk dillərində köklərin,xüsusilə fel köklərinin mənşəcə təkhecalılığı Azərbaycan dili materialları ilə də təsdiq olunur (18,22).Həmin əsərdə səs əvəzlənmələrinin qədim türk sözlərində yaratdığı köklü dəyişmələr geniş təhlil olunmuşdur.

Məlumdur ki,türk dillərində fonomorfoloji divergensiyalar mövcuddur.Müxtəlif səs keçidləri bu dillərin xarakterik əlamətlərindəndir.Yəni müxtəlif səs keçidlərinin mövcudluğu türk dillərinin kök sözlərində müşahidə edilən səciyyəvi hallardandır.

Azərbaycan dilinin kök morfemlərinin digər çağdaş türk dillərinin oxşar faktları ilə müqayisəsi mühüm amillərin ortaya çıxmasına səbəb olur.

Çuvaş dilində protetik səslərin mövcudluğu(əsasən v,y,h səsləri)onu digər türk dillərindən fərqləndirən əsas xüsusiyyətlərdəndir.Məsələn,əksər türk dillərində olan ot//ut sözü həmin dildə vut şəklindədir və ya ula//ulu – feli çuvaş dilində vula- formasındadır.Uyğur dilində başqırd dilində olduğu kimi söz önündə,yəni anlautda h-laşma daha aktivdir:Azərbaycan araq-uyğur harak.Digər diferensial faktları nəzərdən keçirək:

Azərbaycan dilinin kök morfemlərini digər türk dillərinin paralel,analoji faktları ilə müqayisə etdikdə məlum olur ki,Azərbaycan dilində hal-hazırda quruluşca sadə hesab olunan köklərin,əslində,bir qismi tarixi baxımdan düzəltmədir:Məsələn, Azərbaycan qoyun -qırğız koy,tatar kuy,Azərbaycan qarış-qaqauz kaar-.Türk dilləri ilə müqayisədə məlum olur ki,Azərbaycan dilində köklərin əvvəlində işlənən samitlərin bir qismi protetik,yəni sonradan artırlan səslərdir:Azərbaycan vur-qırğız,özbək ur-.Və yaxud əksinə hallar da müşahidə olunur:Azərbaycan il-türk,özbək yıl,

Azərbaycan ədəbi dilində arxaikləşən və ya ancaq dialektlərdə qorunan əski türk sözləri digər türk dillərində işlənir:arxaik duş”yuxu”sözü qaraqalpaq dilində tüs formasında,dünən sözünün kökü tün//dün(gecə)sözü müstəqil şəkildə türk,qaraqlpaq, başqırd,qırğız dillərində,dinc sözünün kökü tın-“dincəlmək”feli qaraqlpaq dilində işlənir. Hətta Azərbyacan dilinin faktlarını digər türk dillərinin faktları ilə tutuşdurduqda sadə olan köklərin bir qisminin tarixən iki sözdən yarandığıgerçəkləşir. Məsələn, aparmaq=alıb+barmaq,gətirmək=gəlib+eltirmək,oturmaq=olub+turmaq.Məlumdur ki, Azərbayca dilinin kök morfemlərinə leksik-semantik cəhətdən oğuz dilləri içərisində ən yaxını türkmən dilidir.Ancaq türkmən dili ilə də Azərbaycan dilinin kök sözləri arasında fonetik,leksik semantik cəhətdən kifayət qədər fərqlər mövcuddur. Azərbaycan dilində prasemantikası itmiş köklərin bir qismi digər türk dillərində mühafizə olunmuşdur.

Məlumdur ki, uzanmaq feli uz”uzaq”kökündən yaranmışdır,uz+a,-a burada sifətdən fel yaradan şəkilçidir,n isə tarixi baxımdan qayıdış növün şəkilçisidir,Azərbaycan dilində həmin formada növ şəkilçisinin daşlaşmasını qaraqalpaq dilində uza-felinin müstəqil işlənməsi sübut edir.Azərbaycan dilində işlənən yuxu morfemində daşlaşan V”sait”quruluşlu u”yuxu” kök morfemi Orxon-Yenisey yazılarında müstəqil şəkildə işlənmişdir.Azərbaycan dilindəki yuxu kökünün tarixən metateza nəticəsində yaranmasını çağdaş Türkiyə türkcəsindəki uyku,qaraqalpaq dilindəki uykı sözləri sübut edir.Bu barədə Azərbaycan dilçiliyində professor Q.Kazımovun dəyəli fikirləri var.Onun düzgün olaraq qeyd etdiyi kimi,xüsusilə,metateza hadisəsinin qədim söz köklərinin inkişafı prosesində tarixi rolu güclü olmuşdur.Məlumdur ki,Azərbaycan dilçiliyində A.Məmmədovun, F.Cəlilovun,T.Hacıyevin,Q.Kazımovun,B.Xəlilovun araşdır- malarında şumer-türk, şumer-Azərbaycan dil paralelliklərinə toxunul- muşdur.Q.Kazımov dünya sivilizasiyanın ən qədim dillərindən olan şumer dili ilə Azərbaycan dilinin kök sözlərinin mənşəyinin eyni olması qənaətinə gəlir( 15,93-147).

Azərbaycan dilində qapalı hecalı köklərin bir qismi,əslində,açıq hecalı köklərdən törəmişdir.Bu faktı digər türk dillərinin anoloji misalları sübut edir:Azərbaycan o-tatar ol//ul,Azərbaycan su tuva –suq.Azərbaycan dilində anlautda cingiltili samitlərlə işlənən köklər tarixən kar samitli olmuşdur.Həmin ilkin karlaşma digər türk dillərində qalmışdır.Müqayisə edək:Azərbaycan daş-qırğız taş.

Bu faktı həm tarixi qaynaqlar,həm də çağdaş türk dillərinin materialları bir daha təsdiq edir.Çağdaş Azərbaycan türkcəsində ilkin mənasından uzaqlaşan onlarla kök söz var ki,digər türk dillərində həmin prasemantika mühafizə olun- muşdur.Azərbaycan dilinin əski yazılı qaynaqlarında işlənən,ancaq hazırda arxaikləşən kök sözlər digər çağdaş türk dillərində qorunmuşdur:suç”günah” (türk),us”ağıl”(türk),ayt-“demək”(qırğız).

Kök morfemlərdə fonetik,leksik-semantik,morfoloji səviyyələrdə fərqlənmələr, divergensiyalar var.Ən çox müşahidə olunan fonetik fərqlərdir:

a~u

Azərbaycan at-çuvaş ut

Başqırd dilində Azərbaycan dilindən fərqli olaraq anlautda ı işlənir:

ırıy”nəsil”>*ur//ır”nəsil,uşaq”,ırğıy-“tullanmaq”>*ır-“hərəkət etmək”

Azərbaycan-başqırd

o~u:oba- uba,od-ut,oxu~ukı,.

Azərbaycan-yakut

ş~s:aş-as,

ç~s:biç-bis,

Azərbaycan -qırğız

x~k:oxu-oku,ox-ok,

Azərbaycan-özbək

a~o:dağ-toğ, yaz-yoz ,qab-kop,

d~t:daş-taş,

Azərbaycan-qaraqalpaq

ş~s:alış-veriş-alıs- beris,

o~u:oğru-uru,oxşa-usa.

Azərbaycan-tuva

y~ç:yurd~çurt

q~x:qıl(tük)~xıl,qab~xap

Azərbaycan –türk:b~m:min~bin,mən~bən və s.

Bu müqayisələri daha da artırmaq olar.Belə fonetik divergensiya-ayrılma faktları həm türk dil qrupları,həm də fərdi türk dillərindən hər biri üçün səciyyəvi əlamətlərdəndir.Əslində,biz fikirləşirik ki, türk dillərinin tarixinə nəinki Altay və ya Ural –Altay dilləri kontekstindən,bütövlükdə dünya dilləri kontekstindən yanaşmaq daha düzgündür.Çünki bəşər tarixinin inkişafı eynidir.Həyat eyni məkanda yarandığına görə,dil də eyni məkanda yaranmışdır.Nostratik dilçilik metodları ilə aparılan tədqiqatlar dünya dillərindəki söz köklərinin eyni yuvadan təşəkkül tapdığını isbatlayır.


ƏDƏBİYYAT
  1. Atalay B.Türk dilinde ekler ve kökler üzerine bir deneme,İstanbul,Matbaai Ebuzziya,1941,382s
  2. Баскаков Н.А.Ногайский язык и его диалекты.Москва-Ленинград, 1940.
  3. Баскаков Н.А.Каракалпакский язык.ч.1.Москва,Из.-во Академия Наук СССР,1951.
  4. Баскаков Н.А.Каракалпакский язык.ч.2.Фонетика и морфология. Москва,Из-во Академия Наук СССР,1952.
  5. Баскаков Н.А.Диалект черневых татар(туба-кижи).Северные диалекты Алтайского(ойротского)языка.Москва,,Наука,1966.
  6. Баскаков Н.А.Морфологическая структура слова в тюркских языках -//Морфологическая структура слова в языках различных типов. М-Л, 1963, стр.76-84.
  7. Баскаков Н.А.Историко-типологическая морфология тюркских языков. М., 1979.
  8. Баскаков Н.А. Историко-типологическая фонология тюркских языков. M., 1989.
  9. БертагаевТ.А.Морфологическая структура слова в монгольских языках.М.Наука,1969, с.292-295.
  10. 1Цинциус В.И.Алтайские термины родства и проблема их етимологии.-Проблема общности алтайских языков. Ленинград, Наука,1971.с.130
  11. Дмитрийев Н.К Грамматика кумыкского языка ,М-Л,1940 ,c.15.
  12. Юлдашев А.А. Система слоовобразования и спряжение глагола в башкирском языке Издательство Академии Наук СССР,М,1958,c.22-27.
  13. Xəlilov B.Müasir Azərbaycan dilinin morfologiyası,I,Bakı,Nurlan,2007.səh.49
  14. Кайдаров А.Т.Структура односложных корней и основ в казахском языке. Алма-Ата, 1986.
  15. Kazımov Q.Azərbaycan dilinin tarixi,Bakı,Təhsil,2003.
  16. Кормушин И.В.Лексико-семантическое развитие корня га в алтайских языках// Этимология, M., 1979, с.12-14.
  17. Кормушин И.В. К происхождению частей речи в тюркских языках”// Тюркология-88,Фрунзе,Илим, 1988.c.23-25.
  18. Rüstəmov R.Azərbaycan dili dialekt və şivələrində fel.B.,1965.
  19. Марр Н.Яфетическая теория, М,Научная Ассоциация Востоко ведения, 1924, 37 с.
  20. Щербак A.Грамматика староузбекского языка ,М-Л.1962 .
  21. Щербак А.М.О морфологической структуре слова в тюрксих языках // Морфологическая структура слова в языках различных типов, М.-Л,1963, с.267-270.
  22. Зайонцковский А.К вопросу о структуре корня в тюркских языках. Глаголь- ные основы моносиллабические (односложные) типа С+Г (согласный +гласный) // Вопросы языкознания,1961,№2, с.28-35.


SUMMARY

The article deals with the devolopment of ancient root-morphems of Azerbaijani languages in the context of Turkic languages.The author comes to the conclusion that though the words are arxaic in the modern Azerbaijani language, they are used as independent words in the other Turkic languages. The results obtained durinq the investigation show that the root morphems with sircumstancial meaninq have been differentiated