AZƏrbaycanşÜnasliğIN
Вид материала | Документы |
СодержаниеTəkcə dəli Terik hay-həşir salır Elə ki, sübh çağı qalxıb üfüqdən М.Ю.Лермонтов. СС в 4-х томах. Т.IV.М-Л., 1962 |
- AZƏrbaycanşÜnasliğIN, 13391.37kb.
Təkcə dəli Terik hay-həşir salır,Başına alardı dərin Dəryalı. Lakin təsvirlərdə oxşar cəhətlərlə qarşılaşsaq da Lermontov bütün əsərlərində olduğu kimi «Tamara» balladasında da öz sənətkarlıq dəsti-xəttini qoymuşdur. Balladada şair təbiət təsvirinin müşayəti ilə hadisənin məkanını müəyyənləşdirir. Sis-duman içində cumub Dəryala, Terek dərələri eşdiyi yerdə Boz qaya üstündə qədim bir qala, Qarala-qarala qalıb sehrdə. (2, 94) Şair məkan təsvirində istifadə etdiyi «boz», «qarala-qarala», «sis-duman içində» epitetləri ilə şeirdə baş verəcək hadisələrin hansı xarakter daşıyacağından xəbər verir. Əsərin əsas qəhrəmanının – Tamaranın da, onun yaşadığı qalanın təsvirində də mövzuya uyğun epitetlər seçir. O uca darısqal, mübhəm qalada Hökmdar yaşardı Tamara adlı. Mələk görünsə də ərşi-əlada, Zalım bir iblisdi, hiylə fəsadlı. (2, 94) Lermontov balladada haqqında söz açdığı hökmdar Tamara obrazında hisslərin ən mənfi xüsusiyyətlərini cəmləşdirir. Eyş-işrət düşkünü olan «mələk simalı», «hiylə fəsadlı» bu «iblis» qadın üçün aldatdığı insanların: əsgərlərin, çobanların, tacirlərin həyatı heç bir məna kəsb etmir. O, istəyinə çatandan sonra öz qurbanların məhv edib Terek çayının ağuşuna atarmış. Görüş səhnələrini qələminin ecazkar gücü ilə yaradan şairin hər kəlməsindən ağır dərd, kədər süzülür. O, şər qüvvənin əməlindən doğan bu kədəri çox məqsədyönlü bədii vasitələrlə qüvvətləndirir. Elə bil o gecə o boş qalaya Yüz cavan ər-arvad yığışıb birdən Bir küy salıblar ki, ərşi-əlaya, Elə bil hüznlü toydu bu yerdə. (2, 94) Müəllif şairin bu bəndində «hüznlü toy» antitezasından olduqca tutarlı istifadə edərək göstərilən səhnəni oxuculara daha aydın tərzdə çatdırır. İncə duyğulardan xəbərsiz bu qadının qəlbində olduğu kimi, məskən saldığı qalada da «Zülmət, sükut hakim kəsilib» «Sübh çağı üfüqdən qalxan günəşin nuru nə Tamaranı, nə də onun yaşadığı qalanı isidə bilmir». Elə ki, sübh çağı qalxıb üfüqdənGünəş nur ələdi düzə, talaya. Qayıdıb zülmət də, sükut da, tövrən, Hakim kəsilibdi yenə qalaya. (2, 95) Məhv etdiyi qurbanların Terekin dalğaları arasında yırğalanmasını soyuqqanlıqla seyr edərək «bağışla» kəlməsi ilə günahını yumuş hesab edən və «sevgi» nəvazişi vəd edib ağuşuna yeni qurbanlar səsləyən «vüsal dəlisi» olan bu qadın oxucularda ikrah hissi oyatmaya bilmir. Tamara obrazı XIX əsr rus ədəbiyyatında Lermontova qədər və sonra yaranan əsərlərdə göstərilən Şərq qadınlarının, demək olar ki, ən qəddarı, bəşəriyyət üçün ən təhlükəlisidir. Yaradıcılıqlarında müxtəlif güclü psixologiyaya malik Şərq qadınlarının bədii obrazına yer verən Puşkin, Bestujev-Marlinski, Tolstoy kimi görkəmli sənətkarların əsərlərində Lermontovun yaratdığı bu tipaja rast gəlmirik. Bir çox tənqidçilər Puşkinin «Bağçasaray çeşməsi» əsərinin qəhrəmanı Zaremanın ünvanına deyilmiş «demonsayağı ehtiraslar düşkünü» ifadəsini Lermontov balladasının qəhrəmanı olan Tamaraya şamil etmək daha həqiqətə uyğun olardı. Əsərdə şair şər qüvvələrə qulluq edən bu qadın qəhrəmanının törətdiyi əməllərə qarşı öz etirazını xacə surətinin və Terek çayının timsalında verir. Puşkinin «Bağçasaray çeşməsi»ndə yaratdığı «qəlbi eşq anlamaz bir viranədir» –dediyi xacə obrazı ilə müqayisədə Lermontovun balladasında təqdim etdiyi xacə – duyğulu və rəhmlidir. Öz xanımının əməllərindən xoşlanmayan xacə gələn qonaqları «üzündə dərdlə» qarşılar, onların gələcək talelərinin aqibətinə ürək yanğısıyla yanaşarmış. Lermontov qadın qəhrəmanını ümumdünya ədəbiyyatında ən duyğusuz şəxs sayılan xacə obrazından da qəddar, daşürəkli göstərir. Hayandan eşitsə, ora uçarmış Əsəgrlər, tacirlər, çobanlar belə. Yüyürüb onlara qapı açarmış Üzündən dərd yağan bir xacə-kölə. (2, 94) Şair qəlbində baş verən təlatümü canlı obraz kimi yaratdığı Terek çayının hissləri ilə biruzə verir. Təkcə dəli Terek baş verən hadisələrə qarşı üsyan edərək, qurbanların keçdiyi «bu dərdli yolu» dalğaları ilə ağlayır, tufan qoparır. Qoynunda yırğalanan meyitlərə insan kimi ağı deyir. Meyit yırğalandıqca, çayın axarı, Bir ağı deyərdi bu yerə, göyə. Bu vaxt pəncərədən nəsə ağarıb, Ordan səsləyərdi: «Bağışla» deyə. Lermontov qəlbinin məhsulu olan bu balladada göstərilən Tamara obrazı ilə tarixi şəxsiyyət olan gürcü hökmdarı Tamaranın fərdi keyfiyyətləri arasında nə dərəcədə oxşarlıq olduğunu deyə bilmirik. Lakin müəllif Şərqdə geniş yayılmış əfsanəvi Darya haqqında nəql olunan rəvayətdə təsvir olunan Şərq qadınının keyfiyyətlərinə əsaslanaraq şər qüvvələr daşıyıcısı olan bəzi Şərq qadınlarının bədii obrazını dünya ədəbiyyatına bəxş edən, özü qeyd etdiyi kimi, sehrli Şərq dünyasının sirlərindən birinin mənbəsini bədii yolla araşdırmağa çalışmışdır. Lirik şeirlərində Şərq qadınının bədii obrazının təsvirinə xüsusi səy edən görkəmli söz ustası bu qadınların hər birinə müxtəlif aspektlərdən yanaşmış və onların cənub mövzusuna həsr etdiyi əsərlərində əsas maraq obyektinə çevirmişdir. Şərq qadınları obrazı şairin nəsrlə yazılmış əsərlərində də öz əksini tapmışdır. ƏDƏBİYYAT
|