AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Seyidova Şahnaz
Azərbaycan nefti uğrunda mübarizənin
Demographic portrait of the azeris residing in georgia
Azərbaycan ədəbiyyatinda elmi-fantastik janr
M.y.lermontovun lirikasinda
Подобный материал:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

Seyidova Şahnaz


İ.ŞIXLININ «DƏLİ KÜR» ROMANINDAKI MİLLİ KOLORİTİN RUS DİLİNƏ TƏRCÜMƏDƏ TƏZAHÜRÜ


Azərbaycan nəsrində özünəməxsus yeri və rolu olan İ.Şıxlı öz əsər­lərində bir qayda olaraq, mənəvi-əxlaqi problemlərə üstünlük vermişdir. Azərbaycan xalqının adət-ənənələrinə, milli dəyərlərinə, vətənə bağlılığına olan maraq İ.Şıxlı yaradıcı­lığının əsas qayəsini təşkil edir.

Bildiyimiz kimi, Azərbaycan-rus ədəbi-mədəni əlaqələrinin yaranma­sında, inkişafında bədii tərcümə ən önəmli vasitədir, məhz bədii tərcümə ədəbi əlaqələrin yaranmasına zəmin yaratmışdır. Bu mənada, bədii tərcüməni müxtəlif xalqlar, onların ədəbiyyatı və mədəniyyəti arasındakı qardaşlıq körpüsü adlandırsaq yanılmarıq. Tərcümə vasitəsi ilə insanlar digər xalqların həyatı, ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olurlar. Qədim zamanlardan insanlar bir-birinin həm yaşayış tərzi, həm də mədəniyyəti, tarixi, məişəti ilə maraqlanıb, çox zaman digər xalq­lar­dan müxtəlif, özəl xüsusiyyətləri mənimsəmişlər. Bu haqda M.İbrahimov yazırdı: «Bədii tərcümə bir-birinə ruhən, qəlbən, həyata baxışla, müxtəlif xalqların zövqləri ilə yaxınlaşma və bunlar arasında qırılmaz əlaqələr yaradan ən güclü vasitədir» [4, 215]. Şübhəsiz ki, yazıçı tamamilə haqlıdır, xalqlar bir-biri ilə məhz bədii tərcümə vasitəsilə yaxın­dan tanış olur və bir-birinin mənəvi, estetik və s. dəyərlərini mənimsəyirlər. Tərcümə hər bir xalqın həyatında önəmli və xüsusi əhəmiyyət daşıyır.

«Dəli Kür» romanının mahiyyətini, onun rus dilinə tərcüməsinin səviyyəsini dərindən araşdırmaq üçün ilk mərhələdə məhz milli kolorit məsələsinə müraciət etmək lazımdır.

Milli kolorit nədir? Milli özünəməxsusluğun ifadəsi. Burada milli ruh, milli psixologiya, coğrafi məkan, adət-ənənələr, yaşayış tərzi və düşüncə tərzi – bir sözlə, bu və ya digər millətin ümumiləşmiş obrazının bədii əksi, milli kolorit, milli mahiyyətin təzahürüdür. Milli mahiyyət isə hər şeydə – dildən, ləhcədən, məkandan tutmuş milli ruha qədər, milli mədəniyyətə və yaşayış tərzinə qədər hər şeydə təzahür edir. Milli köklərlə bağlı yazıçı və şair, bəstəkar və rəssam və s. yaradıcı insanlar öz yaradıcılığında, öz əsərlərində istər-istəməz bu ruhi mahiyyəti əks etdirirlər. Bu olmadıqda əsər kosmopolit milli mədəniyyətdən və köklərdən təcrid olunmuş yabançı bir yaradıcılıq əsəri kimi ortaya çıxır ki, onun da nə vətəni, nə məkanı, nə də ruhi əcdadı olmur.

Hər bir xalqın özünəməxsus xüsusiyyətləri, milli dəyərləri, dilinin lüğət tərkibi, məişəti, mədəniyyəti, ədəbiyyatı vardır. Azərbaycan xalqının milli özünəməxsusluğunu, psixologiyasını, milli ruhu­nu, adət-ənənələrini, məişətini «Dəli Kür» romanı özündə əks etdirir desək, yanılmarıq.

Bir sıra şərq müəllifləri kimi, İ.Şıxlı da «Dəli Kür» romanında islami dəyərlərdən, ayinlərdən, bayramlardan, mərasimlərdən, həmçinin din xadimlərinin obrazlarından bəhrə­lənmişdir. Romanda təsvir olunan Şahnigarın toy mərasimi, Novruz bayramı, Şahnigarın yas mərasimi, Zərnigarın toyu əsərdə öz əksini tapmışdır. Bu səhnələr milli koloriti özündə əks etdirən məqamlardandır. Biz yuxarıda yerli koloritdən, onun təbiət təsvirlərində əks etdirilməsindən, təbiətlə xalqın həyatının sıx bağlılığından söhbət açmışdıq. Orada milli kolorit, necə deyərlər, bilavasitə təbiət təsviri vasitəsilə verilmişdir. Milli adət-ənənələrin, mərasimlərin, bayramların təsviri isə birbaşa milli özünəməx­susluqdan bəhs edir və bu özünəməxsusluğun təzahürü kimi təsvir olunur. Odur ki, bu tipli məqamların və onların tərcüməsinin üzərində bir qədər ətraflı dayanmaq istərdik. Bəzi qüsurları nəzərə almasaq, bu hissələrin tərcüməsini təqdirə layiq hesab etmək olar.

Qədim zamanlardan azərbaycanlılar tərəfindən böyük sevgi və rəğbətlə qeyd olunan Novruz bayramı romanda ən xırda detallarına qədər təzahür tapmışdır. Novruz bayramı Azərbaycan xalqının ən çox sevdiyi, səbirsizliklə gözlədiyi bayramdır. Bu bayramın romanda təsviri heç də təsadüfi deyildir. Əvvəlcə təbiət təsvirində öz əksini tapan oyanış, yeniləşmə, həyat eşqi öz ifadəsini Novruz bayramında da tapmışdır. Novruz da oyanışdır, özü də təkcə təbiətin deyil, ilk növbədə xalqın, xalq həytının oyanışı, təzələnməsidir. Bu həm təqvim, həm təbii, həm də mənəvi-ruhi təzələnmə deməkdir. Kasıb xalq kütləsi Novruzda ruhən dirçəlir, öz kasıblığını unudub ümumxalq şənliyinə qo­şulur. Novruz bayramı xalqın ruhunda, onun qəlbində baş verən təzələnmənin, həyat eşqinin təzahürüdür.

Romanda təsvir olunan milli bayramımız Novruz yazıçı tərəfindən o qədər canlı və rəngarəng əks olunmuşdur ki, bir anlıq Novruzun bütün gözəllikləri göz önündə canlanır. Dünyanın bütün xalqları yeni ili öz etnik, milli xüsusiyyətlərinə uyğun qeyd edirlər. Özündə milli dəyərlərimizi əks etdirən Novruz bayramı qışın bitməsi və yazın gəlməsi və yeni ilin torpağımıza qədəm qoyması ilə bağlıdır. Bu bayram insanlara sevinc bəxş edən, onları ruhlandıran, nəinki insanları, hətda təbiəti də canlandıran ən sevimli bayramdır. Səməni göyərtmək, yumurta boyamaq, evdə təmizlik işləri aparmaq, tonqal yandırmaq, fal açmaq, papaq atmaq, qapı pusmaq, süfrədə şam yandırmaq, dünyasını dəyişmiş insanların ruhuna ehtiram göstərib, onları yad etmək Novruzun əsas atributlarındandır və bütün bunlar İ.Şıxlı tərəfindən əsərdə dolğun şəkildə əks olunmuşdur. Tərcümədə novruzun ab-havası, bayram əhval-ruhiyyəsi öz əksini tapmışdır. Bu xalq bayramı bütün xalqların bayramları kimi, tərcüməçiyə yaxın və tanışdır. Oğlanların tonqal hazırlığı, qızların özlərinə təzə paltar tədarükü, qadınların bayram plovunu hazırladıqları və s. tərcümədə canlı verilmişdir.

Bir məqam diqqətimizi çəkir: Novruzun əsas simvolu, səməni əsərdə «səməni süfrələrə düzülür» kimi əks olunsa da, tərcümədə ixtisar olunub. «Səməni» sözünü olduğu kimi saxlayıb, sözə açıqlama verilsəydi, daha yaxşı olardı.

«Qızlar qapıları pusa-pusa xeyli gəzdilər və nəhayət Pakizənin xala­sıgilə gəldilər» [2, 227] ifadəsi tərcümədə: «Веселясь и дурачась, девушки пришли наконец к дому, где жила тетя Пакизе» [3, 217] əks olunur. İlk baxışdan da tərcümədə müəyyən qeyri-dəqiqlik nəzərə çarpır. Belə ki, tərcümədə «qızlar qapıları pusa-pusa xeyli gəzdilər» ixtisar olunub, əvəzinə «şadlanan və zarafatlaşan qızlar» tərcümə olunur və bununla da qeyri-dəqiqliyə yol verilir. Bu məqamda M.F.Axundovun fikri yada düşür: «Tərcümədə ən əsas şərt budur ki, orijinala nə bir şey artırasan, nə də bir şey əksildəsən» [1, 41].

Romanda həmçinin dini mərasimlər də böyük ustalıqla təsvir olunur. Belə ki, Şahnigarın yas mərasimi ən kiçik detallarına qədər romanda öz əksini tapmışdır: «O günü camaatın başı dəfnə qarışdı. Hamı Cahandar ağanın qapısına toplandı. Ağlaşmaya gedən qonşu arvadlar xəbər gətirdilər ki, Cahandar ağa bacısının cənazəsini özü götürdü, qəbrə ilk torpağı özü tökdü, kişilərdən biri qəbrin üstündə quran oxumağa başlayanda kənara çəkildi, namaz qılanlara qoşulmadı. Nə cənazə qaldıranda, nə qəbirstan­lıqda, nə də evdə ehsan yerində, bir kəlmə danışmadı. Başsağlığı verənlərə belə heç nə demədi» [2, 207].

Romanda yalnız dini mərasimlər deyil, toy mərasimi də bütün incəlikləri ilə öz ək­sini tapmışdır. Bu baxımdan Azərbaycan xalqının toy mərasimləri milli özünəməxsusluğu ilə seçilir. Elçilik, nişan, xınayaxdı, toy bu günə kimi qorunub saxlanılmış ayinlərdir. Bu baxımdan «Dəli Kür» romanında toy mərasimi xüsusi özəlliklə öz əksini tapmışdır.

Burada toy mərasimi ilə yanaşı azərbaycan milli psixologiyası, azərbaycan­lı kişi­lərin öz prinsiplərinə sadiq olmaları və s. öz əksini tapmışdır. Zərnigarın qardaşı bacı­sının öz toyunda oynamasına razılıq vermir. Qardaş sözü bacı üçün qanundur. Bacı hələ ər evində deyildir. Deməli, onun ixtiyarı hələ qardaşındadır. Sonralar da görəcəyik ki, «Dəli Kür» romanında Azərbaycan ailəsində bacı-qardaş münasibətləri gözəl, səmimi münasibətlər kimi nə qədər realistcəsinə və yüksək bədiiliklə təsvir edilmişdir. Bu da milli xüsusiyyətin, milli koloritin ayrılmaz hissəsidir.

Toydan əvvəl elçilik, nişan, nəhayət toy, toy zamanı cıdır oyunu, gəlinin aparılması, musiqi alətimiz zurna, hətta qumrovlu fayton belə əsərdə öz əksini tapmışdır. Belə bir dəqiq və canlı təsvir, yazıçının xalqına, milli dəyərlərinə dərindən bağlılığından xəbər verir. Tərcüməni nəzərdən keçirərkən aydın olur ki, bu hissənin tərcüməsini uğurlu hesab etmək olar. Burada həm toy mərasimi, həm Zərnigarın qardaşları ilə müna­sibəti, həm böyük qardaşın tərsliyi, həm yerli cavanların şıltaqlığı tərcümədə çox dəqiq verilmişdir. Yuxarıda qeyd edilir ki, bəzən Solouxin tərcümədə kiçik əlavələr də edir və bu, əsərin bədii ahəngini pozmur, əksinə gücləndirir. Burada da bir yeniliyin əlavə olunduğunun şahidi oluruq. İsmayıl Şıxlı Zərnigarın qardaşı ilə cavanların mübahisəsini təhkiyəçinin dilindən verir və iştirakçıların sözləri bəzən sitat, bəzən də paraqraf şəklində verilir. Bu da onu göstərir ki, təsvir olunan hadisələr keçmişdə baş verir, indi onlar yeri gəlmişkən xatırlanır. Solouxin oxucunu bu hadisəyə – toy səhnəsinə daha da yaxınlaşdırır və sanki oxucu bu səhnənin tamaşaçısına çevrilir. Buna Solouxin dialoqun daxil edilməsi ilə nail olur: Zərnigarın qardaşı ilə cavanların qarşılaşması dialoq şəklində verilir və bunun da nəticəsində keçmişdə baş vermiş hadisə sanki indi baş vermiş kimi təsvir edilir. Bu da səhnəni bir qədər də canlı edir. Tərcümədə bəzi xırda dəyişikliklərə də rast gəlirik.

Belə ki, «Kim isə «gəlin oynasın» -dedi» cümləsi, tərcümədə «По обычаю, кто-то выкрикнул:

-Пусть невеста танцует. Без танца не выпустим из села» kimi öz əksini tapır.

Qeyd edək ki, əsərdə nə «по обычаю», nə də «из села не выпустим» kəlməsi yoxdur. Söz yox ki, bizim milli adət-ənənələrimizə görə, gəlin heç zaman ata evindən çıxarkən oynamaz, bu yüngül əlamət sayıla bilər.

Qeyd etməliyik ki, romanda milli geyimlərdən kəlağayı, başlıq, çuxa, əba, məişətdə istifadə olunan əşyalardan palaz, sac, qazan, mütəkkə, milli yeməklərin adlarından plov, xəngəl, dovğa, pencər, bozartma, kabab kimi sözlər tərcümədə olduğu kimi saxlanıl­mışdır.

Digər bir söz, kəlağayı sözü tərcümədə heç bir açıqlama verilmədən saxlanılmışdır. Orijinalda: «halbuki həmişə dağ yolunda qırmızı atlazdan don geyinərdi, ağ kəlağayı örtərdi» [2, 273] də: «Обычно в дорогу она надевала платье из красного атласа и белый келагай» [3, 251].

Ötən əsrin əvvəllərindəki geyimlərdən olan çuxa, əba, başlıq sözləri arxaizmlərdir. Çox güman ki, kəlağayı sözündən başqa, bu sözlər gündəlik leksikonumuzda işlənmir, Azərbaycan oxucusuna tanış olan bu sözlər, sözsüz ki, əcnəbi oxucuya tanış deyildir və bu səbəbdən də, mütərcim bu sözləri olduğu kimi saxlasa da, bu sözlərə bir aydınlıq gətirsəydi, daha məqsədəuyğun olardı.

Məişətimizdə istifadə olunan əşyalardan palaz, xurcun, sac, müştük sözləri də tərcümədə olduğu kimi saxlanmışdır. Mütərcim yalnız sac sözünə aydınlıq gətirir, digər sözləri nəzərdən kənarda saxlayır. Orijinalda:

«Ocaqlar qalandı, samovarlar çıxarıldı, kənddən tədarüksüz yola düşənlər xəmir yoğurub sac asdılar. Arvadlar arabaların kölgəsinə palaz saldılar, yastıq, mütəkkə çıxartdılar» [2, 273].

Tərcümədə: «Некоторые месили тесто и укрепляли над огнем саджи для того, чтобы печь хлеб, некоторые подвешивали казаны. Женщины расстелили в тени арб паласы, разложили подушечки» (3, 251).

Tərcümədə sac sözü olduğu kimi saxlanılsa da, səhifənin sonunda sözə садж – плоская жаровня kimi aydınlıq gətirilir. Digər sözləri («palaz» və «mütəkkə») sözlərini olduğu kimi saxlasa da, bunlara heç bir açıqlama vermir. Mütərcimin əsas məqsədi əsərin milli özünəməxsus­lu­ğunu, milli rəngarəngliyini qorumaq üçün bir sıra sözləri olduğu kimi sax­lamaqdır.

Səhvlər, bitki adlarının tərcüməsi zamanı da qeydə alınmışdır. Belə ki, «bağayar­pağı», «yarpız», «quşəppəyi», «yemlik», «qarağac», «nanə» sözləri ya səhv tərcümə edilmiş, ya da bəzi sözlər olduğu kimi, heç bir açıqlama verilmədən saxlanılmışdır.

Orijinala nəzər salırıq: «Bədənin sıyrılmış yerlərini yoxladı. Bir-iki bağayarpağı tapıb yarasının üstünə qoydu» [2, 298].

Tərcümədə: «Царапины заныли от холодной воды. Ашраф приложил к ним листья лилии» [3, 295] kimi verilir.

Nədənsə «bağayarpağı» sözünün tərcüməsi «подорожник» kimi deyil, «liliə» kimi verilir. Bu sözlərin rus dilində ekvivalenti olduğu halda, onlar tərcümədən kənarda qalmışlar. Belə ki, «quşəppəyi», «yemlik», «yarpız» sözləri heç bir açıqlama verilmədən olduğu kimi saxlanılır. Halbuki, bu sözlərin rusca tərcüməsi mümkündür, yəni quşəppəyi – пастушья сумка, yemlik – козлобородник, yarpız – мята, qarağac – вяз kimi tərcümə edilə bilərdi. Təbii ki, bu sözlərin tərcüməsi əsərin milli koloritinə tərcümə zamanı heç bir xələl gətirmir, əksinə, bu sözlərin tərcümədə ekvivalentinin verilməsi oxucuya daha çox aydınlıq gətirir.

Beləliklə, romanın müqayisəli təhlilinə əsaslanaraq qeyd edək ki, əsərin milli ruhu əsərdə öz əksini tapmış, milli dəyərlər tərcümədə bəzi qüsurları nəzərə almasaq, düzgün və uğurla verilmişdir. Əsərin bədii ruhu, ideya məzmunu, psixoloji səhnələri, adət-ənənələrin əksi, təbiət təsvirləri tərcümədə təhrif edilmədən saxlanılmışdır. Bu da tərcümənin ümumən böyük uğurundan xəbər verir.


ƏDƏBİYYAT
  1. Axundov M.F. Seçilmiş əsərləri. 3 cilddə. III cild, Bakı: Azərnəşr, 1955, 320 s.
  2. Şıxlı İ. «Dəli Kür». Bakı: Gənclik, 1968, 448 s.
  3. Шихлы И. Буйная Кура: Роман. Перевод с азербайджанского В.Со­лоухина. М.: Советский писатель, 1971, 368 с.
  4. İbrahimov M. Gözəllik qanunları // Bakı: Yazıçı, 1964, 215 s.


РЕЗЮМЕ

В статье дается передача национального колорита романа И.Шихлы «Буйная Кура».


SUMMARY

The article deals with the giving of national calourite in translation into Russian in I.Shikhli’s novel “Dali Kur”.


Səlimov Şirxan


AZƏRBAYCAN NEFTİ UĞRUNDA MÜBARİZƏNİN

KƏSKİNLƏŞMƏSİNİN SƏBƏBLƏRİ


1917-ci ilin ortalarından etibarən Azərbaycan neftinin beynəlxalq münasibətlərdə oynadığı rolda və onun uğrunda mübarizədə keyfiyyətcə yeni bir dövr başlandı. Bu dövrün səciyyəvi cəhəti Rusiyada yaranmış vəziyyət və regionda maraqları olan dövlətlərin siyasətinin xeyli dərəcədə fəallaşması ilə əlaqədar idi. Azərbaycan neftinin beynəlxalq münasibətlərdə əsas yerlərdən birini tutmasına və onun uğrunda mübarizənin güclənməsinə bir sıra amillər təsir edirdi

Fevral inqilabı imperiyanın ictimai-siyasi, sosial vəziyyətini tamamilə dəyişdirdi. 1917-ci il oktyabrın 24-dən 25-nə keçən gecə Petroqradda baş verən çevrilişdən sonra bolşevik Rusiyasının müharibədən və daxil olduğu Antanta blokundan çıxmağa çalışması, çarizmin keçmiş müttəfiqlərini özünə düşmən elan etməsi, “dünya kommunist inqilabı” nın başlandığını bəyan etməsi döyüşən dövlətlər üçün təhlükəli idi. “Neftyanoe delo” jurnalında yazılırdı ki, indi Qafqaz və bütün Rusiya bərbad haldadır (1, s.4). Bakı neftinə sahib olan bolşeviklər regiona da nəzarət etmək imkanı qazanırdılar.

Çarizmin milli siyasətini başqa formalarda davam etdirən bolşevik hakimiyyəti Rusiyanın keçmiş müttəfiqləri olan Böyük Britaniya, Fransa və ABŞ-ın düşməninə çevrildi.

Belə şəraitdə elan etdikləri prinsiplərin ziddinə olaraq az sonra bolşeviklər Cənubi Qafqazı, ilk növbədə Azərbaycanı ələ keçirmək üçün planlar qurmağa başladılar. Azərbaycanın işğalında başlıca məqsəd neftə yiyələnmək idi.

Əməliyyatların aparılmasında əsaslı rol oynadığından Rusiya imperiyası dağıldıqdan sonra döyüşən dövlətlər müharibənin taleyində başlıca rol oynaya biləcək və Rusiyada neft istehsalının 83%-ni verən, böyük yanacaq mənbəyi olan Bakıya can atmağa başladılar.

Hərbi əməliyyatların gedişində döyüşən dövlətlər təyyarə istehsalını artırdılar. Təyyarə və hərbi texnika istehsalının artması da neftə olan tələbatı çoxaltdı. Yeni yanacaq mənbələri əldə etmək döyüşən dövlətlər üçün başlıca zərurətə çevrildiyindən belə şəraitdə artıq bütün diqqət neftə yiyələnməyə yönəldildi. Yeni yanacaq mənbələri əldə etmək döyüşən dövlətlər üçün başlıca zərurətə çevrildiyindən belə şəraitdə artıq bütün diqqət neftə yiyələnməyə yönəldildi.

Bu zaman rus bolşevikləri Bakı neftini müntəzəm olaraq amansızlıqla talayıb daşıyırdılar. Təkcə 1917-ci ilin oktyabrında Bakıdan 7.105.774 ton neft aparılmışdı (1, s.30).

1917-ci ilin noyabrında Bakı neft sənayesində vəziyyət xeyli ağır idi. Siyasi hadisələr neft sənayesindəki vəziyyətə təsir edirdi (2, s.5).

Böyük Britaniya strateji cəhətdən böyük əhəmiyyəti olan Xəzər dənizinə, ilk növbədə Bakı neftinə sahib olmağa çalışırdı. İngilis hökumətinin planlarında Cənubi Qafqaza sahib olmaq, başlıcası isə Azərbaycan neftini ələ keçirmək xüsusi yer tuturdu.

Cənubi Qafqaz istiqamətində hazırlanan hərbi əməliyyatlar planında heç şübhəsiz, Böyük Britaniyanın neft siyasəti mühüm rol oynayırdı. İngilis maqnatları Bakı neft sənayesi ilə xüsusilə maraqlanaraq, ona möhtəşəm bir nemət kimi baxırdılar. İngilis müəllifləri E.Q.Devenport və Sidney R.Kuk bununla əlaqədar olaraq yazırlar ki, Bakı nəinki Qafqazda, hətta Şimali İranda və Türküstanda neft ehtiyatlarının işlənilməsi və bölüşdürülməsi üçün baza idi (3, s.115). İngilis jurnalı “Yaxın Şərq” 1918-ci ildə yazırdı: “Dünyada neft sarıdan Bakının misli yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər neft bir səltənətdirsə, Bakı onun taxt-tacıdır”(4, s.115). Böyük Britaniyanın Azərbaycan neftinə yiyələnmək siyasətinin mahiyyətini daha geniş şəkildə general L. Denstervil belə açıqlayırdı: “Bakının tutulması bizə aşağıdakı nəticələri verə bilər: düşmənin neft ehtiyatlarına gedən yolunu və Mərkəzi Asiyada qapılarını bağlayırdı. Neft ehtiyyatlarının ələ keçirilməsi əsasən Bakı neft mənbələrindən asılı olan Cənubi Qafqaz dəmiryolu ilə qatarların hərəkətini dayandırardı. Bakının əhəmiyyəti böyükdür. Onun alınması üçün atılan hər bir risk özünü doğruldardı” (5, s.122-128).

Beləliklə, neft amilinin vacibliyi Britaniya hökumətini hərəkətə gətirdi. 1917-ci ilin dekabrinda ingilis hökuməti Bakıya ordu göndərmək barədə qərar qəbul etdi. Lakin ingilislər 1918-ci ilin birinci yarısında Bakıya hücumu reallaşdıra bilmədilər. Bunun bir sıra səbəbləri var idi: müttəfiq dövlətlər əsas diqqətlərini Avropada Almaniya ilə hərbi əməliyyatların aparılmasına yönəltmişdilər; general Denstervilin yazdığı kimi, bu dövr ərzində hücum üçün ingilislərin kifayət qədər qüvvəsi yox idi (5.s.121). Belə bir qüvvənin toplanması üçün zaman və xeyli vəsait tələb olunurdu.

Bu zaman müttəfiqlər neft məsələsində səyləri əlaqələndirilməsinin zəruriliyini başa düşərək ciddi addımlar atdılar. 1918-ci ilin fevralında ABŞ və müttəfiqləri neft üzrə konfrans çağırdılar. ABŞ, Böyük Britaniya, Fransa və İtaliya yanacaq təminatını əlaqələndirməyi və birləşdirməyi qərara aldılar. Bu isə müharibənin sonunadək təchizat problemlərini müəyyən qədər qaydaya saldı.

1918-ci ilin martında ingilislər Bakını tutmaq üçün Xəzər sahilindəki əlverişli hərbi-strateji məntəqə olan Ənzəlini ələ keçirdilər. Rus tədqiqatçısı F.D.Volkovun yazdığına görə, Bakıdakı ingilis konsulu Makdonel bu əməliyyatın gerçəkləşdirilməsinə kömək edirdi (6, s.40). Mərkəzdən aldığı tapşırıqları yerinə yetirən bu konsul Böyük Britaniyanın Cənubi Qafqazda siyasətini həyata keçirirdi. O, daha sonra yazır ki, Bakının tutulması Xəzər dənizində ingilislərin hökmranlığını gücləndirməli idi. Bununla da Böyük Britaniya və ABŞ sovet hakimiyyətini yanacaqdan məhrum etmək istəyirdilər (6. s. 40). Bakı neft rayonunun bolşeviklərin nəzarəti altında olması Antanta ölkələrinin mənafeyinə cavab vermirdi. O dövrə aid qaynaqlardan birində deyilirdi: “Amerika nefti hərbi əməliyyatlar meydanına uzaq olan Atlantik okeanından böyük risklərlə keçib gəlməsəydi, daha böyük əhəmiyyət daşıyardı” (7. ).

Almaniyanın Bakı neftinə olan marağının artması aşağıdakı amillərlə bağlı idi: müharibənin başlanğıcında almanlar ilk növbədə ümid etdikləri Mesopotomiya neftini Böyük Britaniyanın əlindən ala bilmədikdə və Rumıniya nefti onların tələbatını ödəməkdə Azərbaycana xüsusi diqqət yetirməyə başladılar. Rusiya inqilab nəticəsində müharibədən çıxdığından alman bloku ölkələri, xüsusən Osmanlı imperiyası üçün Cənubi Qafqazda əlverişli şərait yarandı.

Bakının işğal edilməsinin Almaniya üçün mühüm iqtisadi-siyasi və hərbi-strateji əhəmiyyəti olardı.

Bakı nefti uğrunda mübarizədə regionda maraqları olan dövlətlər ən dəhşətli, qanlı hərbi əməliyyatları aparmağa hazır idilər.

Müharibənin gedişində yeni neft mənbələrinə sahib olmaq Britaniya imperiyası üçün başlıca problem olaraq qalırdı. Hələ müharibə başlamamışdan xeyli əvvəl ingilis kapitalı Qafqaza, Azərbaycana ayaq açaraq konsessiyalar almışdı. 1917-ci ilin oktyabr ayı ərəfəsində ingilislərə məxsus olan Bakı neft sənayesi müəssisələri bütün Bakı neftinin 60-70%-ə qədərini verirdi (8, s.11). Böyük Britaniyanın hərbi naziri A.Milne 1918-ci ilin iyununda Mesopotamiyadakı ingilis orduları komandanlığına verdiyi məlumatda bildirirdi ki, kral hökuməti Xəzər dənizi üzərində daima nəzarət qurulmasına böyük əhəmiyyət verir (9, s.83).

Rusiyanın müharibədən çıxması Osmanlı imperiyasının Azərbaycan nefti uğrunda mübarizəsini xeyli fəallaşdırdı.

Türklər Krımı, Qafqazı, Xəzər dənizi sahillərini, Volqaboyu və Mərkəzi Asiyanı tutmaq üçün əlverişli beynəlxalq şərait qazandılar. Strateji cəhətdən əhəmiyyətli olan Azərbaycana yiyələnmək Osmanlı imperiyasını iqtisadi, mənəvi və hərbi cəhətdən daha da qüdrətli edərdi. İstanbul islamın və türklüyün mərkəzi olduğundan bütün müsəlmanlar da Osmanlı imperiyasına onların müdafiəçisi kimi baxır, türklərin qələbələrini arzulayırdılar.

Azərbaycan nefti uğrunda aparılan mübarizədə dövlətlər istifadə etdikləri bütün vasitələri məqbul hesab edirdilər. Bununla əlaqədar olaraq amerikan tədqiqatçısı Lui Fiıer yazır ki, Bakının neftli torpaqlarını almaq üçün müxtəlif millətlərin və neft maqnatlarının çoxlu risklərə asan getdiyini başa düşmək lazımdır (10, s. 12).

Kifayət qədər gücləri olmasa da, bolşeviklər Bakını kiməsə vermək niyyətində deyildilər. Birinci Dünya müharibəsi və bolşevik çevrilişi nəticəsində iqtisadi cəhətdən tənəzzülə uğrayan Rusiyanı yalnız Bakı nefti xilas edə bilərdi (11, s. 21). Ona görə də bolşevik hökuməti Bakı neftini əldən verməmək, digərləri isə ona sahib olmaq uğrunda mübarizəni gücləndirdilər.

Cənubi Qafqaz istiqamətində hazırlanan hərbi əməliyyatlar planında heç sübhəsiz, Böyük Britaniyanın neft siyasəti mühüm rol oynayırdı. İngilis maqnatları Bakı neft sənayesi ilə xüsusilə maraqlanaraq, ona möhtəşəm bir nemət kimi baxırdılar. İngilis jurnalı “Yaxın Şərq” 1918-ci ildə yazırdı: “Dünyada neft sarıdan Bakının misli yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir.”

Beləliklə, göründüyü kimi, neft amili XX əsrin əvvəllərində Cənubi Qafqazı, xüsusən də Azərbaycanı beynəlxalq aləmdə vacib amilə çevirmişdi.


ƏDƏBİYYAT
  1. Положение нефтяной промышленности // Журн. «Нефтяное дело», 1918, 26 февраля, №3-4.
  2. Положение Бакинской нефтяной промышленности // Журн. «Нефтяное дело», 1917, 16 января, №1.
  3. Дэвенпорт Е.Г., Кан А. Таяная война против Советской России. М., 1947.
  4. Сейерс К., Кан А. Тайная война против Советской России. М., 1947.
  5. Денстервиль Л. Британский империализм в Баку и Персии в.1917-1918 гг. Воспоминания. Пер. с. анг. Б.Руденис. Тифлис: Советский Кафказ, 1925.
  6. Волков Ф.Д. Крах английской политики интервенции и дипломатической изоляции советского государста (1917-1924 гг.). М., Политиздат, 1954,
  7. Вызов из Баку в декабрь 1917 году // Журн. «Нефтяное дело», 1918, 27 апреля, №7-8
  8. Павлович М. Мировая борьба за нефть. М.,Молодая гвардия. 1923.
  9. Лавров С.В. Политика Англии на Кафказе и Средней Азии в 1917-1921 гг. // Журн. «Вопросы истории», 1979, №5.
  10. Фишер Л. Империализм нефти. Международная борьба за нефть. (Пер. С американского издания. Ст. Вольского) М.,Л. Госиздат, 1927.
  11. Qasımov M. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti, I hissə.



РЕЗЮМЕ

В начале ХХ века Азербайджанская нефть играла важную роль во многих международных отношениях и борьба за неё приобрела новый характер. После революции 1917-го года европейские страны отказались от сотрудничества с Россией, и она обратила свои взоры на Кафказ. Основной целью завоевания Кафказа являлась Азербайджанская нефть. В данной статье автор рассматривает процесса столкновения интересов России и других стран на Кафказе.


SUMMARY

At the beginning of XX century Azerbaijan oil played important roul in international relations and straggle for it acquired new character. After revolution of October 1917 Russia loosed its relations with other European countries and tried to occupy Caucasus because of Azerbaijan oil. Author of this article looks through process of clashion of interests of Russia and other countries in Caucasus.


Shinjiashvili Tamar

DEMOGRAPHIC PORTRAIT OF THE AZERIS RESIDING IN GEORGIA


The General Population Census of Georgia 2002 contains important data on demographic conditions of the ethnic groups residing in Georgia. Georgia is a multi-ethnic state, where people of over 120 ethnic origins reside in this country. Unlike previous ones, the 2002 Census, has identified substantial changes of the last ten years in the demographic development of the country’s population, including its ethnic structure.

Ethnoconflicts have entirely changed the demographic development of the population. First of all, both absolute and relative indicators have undergone significant changes, such as the growth of mortality level in Georgia, the demographical ageing of the population, and the growth of a number of Georgian citizens abroad (over a million).

Important distribution features can be identified by examining the permanent population of Georgia by ethnic groups within various administrative-territorial units (parts of the country). Georgians reside in nearly all regions, while 78.9% of Azeris reside in Kvemo Kartli and 14% in Kakheti; Russians are mainly concentrated in Tbilisi (48.1%), Greeks in Kvemo Kartli (48.9%) and Tbilisi (25%).

Among ethnic minorities residing in Georgia the most numerous are Azeris. According to the data of General Population Census of 2002, their number on the territory controlled by the central government is 284761 and consists of 6,5 % of the total population. Azeris mainly reside compactly, whereas – 224606 Azeris or nearly 80 % of them live in Kvemo Kartli, the rest of them live in Kakheti (40036), Tbilisi (10942), Shida Kartli (5768), and in other regions of Georgia. Only in three regions - Marneuli, Gardabani and Bolnisi the number of Azeris is 197264 that comprises 68, 9 % of total Azeri population residing in Georgia. It should be mentioned that 98, 7 % of Azeris were born in Georgia and this indicator is the highest among the nationalities living in Georgia, except for native Georgians.

As the population census of 1989 shows, Azeris were on the fourth place according to the number of the population after Georgians (70,7%), Armenians (8,1 %) and Russians (6,3 %). Because of the lower intensity of migration processes among Azeris, they moved ahead on the second place that may be explained by the fact that the majority of Azeris – 75 % lived in the rural places in 1989, and the emigration processes among rural population are less intensive than among urban population.

Natural movement (childbirth, mortality, marriage, marital dissolution) of the population of Georgia is different according to its ethnic characteristic. Azeris residing in Georgia are known for their high fertility level, that is conditioned by traditions, customs, and first of all, by religion. In spite of it, in the 19th century the increase rate of the Azeri population was relatively low. This phenomenon was stipulated by early marriages of Azeri women that often caused secondary sterility, and a high level of mother and infant mortality.

The number of Azeris living in Georgia increased rapidly in the second part of the 20th century and its natural increase is the highest in comparison to other ethnic groups of the population of Georgia. In this case, along with the traditional and religion factors, the improvement of hygiene-sanitary conditions of pregnant women, the development of better medical service and considerable decrease of early marriages have played an important role.

In 1926, 138 thousand Azeris lived in Georgia; in 1959 - 154 thousand. During the next 50 years the number of Azeris doubled and reached 308 thous., whereas at the same time the whole population of Georgia increased only by 33,6 %. It should be mentioned that assimilation of Azeris with other nations practically is not presented. Nowadays, 285 thous. Azeris reside in Georgia and their rapid reproduction is conditioned by traditions, customs, religion and profitable living conditions.

In the last years indicators of natural movement of population have considerably worsened in Georgia, but if we compare the indicators of natural movement of Georgian with the same indicators of Azeris, we will see that the level of their natural increase is significantly high.

As for the gender and age structure of ethnic groups residing in Georgia, it has been identified that an unfavorable gender correlation exists among Russians, Armenians and Georgians (respectively 2507, 1138 and 1106 women are per thousand men). A relevantly favorable gender correlation has been observed among the Azeri population of Georgia (1016 women per thousand men).

Also, a striking difference has been witnessed in the age structure of some ethnic groups residing in Georgia: the share of children and adolescents in the Azeri population of Georgia is 27.1%, while 20.9% is in the Georgian population. The respective figures for those of working age are as follows: 63.7% and 64.2%. Among Azeris only 9.1% are too old to work, whereas 14.8% - of Georgians. Ethnic Russians are the most aged population of Georgia, with only 8.4% of children or adolescents, and 30.6% - over the working age. This is mainly caused by a low birth rate and high outflow of migrants amongst the Russian population of Georgia.

The Population Census of 2002 showed a decrease since 1989 in the share of children and adolescents (under 14) in all ethnic groups of Georgia. At the same time, there was an increase in the share of those of working age. As for men of 65 and over, and women of 60 and over, a slight reduction was observed among Georgians, for Azeris there was a slight increase, while for Russians there was a substantial increase (from 22.0% to 30.6%), which is explained by population ageing.

Azeri population knows the Georgian language badly, that partly prevents their integration process with Georgians and other ethnic groups. Russian language, that was one of the main languages of communication with other ethnic groups, has lost this function lately. Only 15,1 % of Azeris residing in Georgia speak Georgian fluently, and 26,4 % of them - Russian language. Though, even this indicator is not high. Azeri women in comparison with Azeri men speak Georgian and Russian worse. The reforms addressing the development of teaching Georgian language in Azeri schools, even perfectly implemented, nevertheless will give us a desirable result only after a very long period of time.

And finally, it should be indicated that there exist friendly relations between Georgian and Azeri population and there are created such conditions for Azeri population which don’t prevent its demographic development.


Soltanova Ruhəngiz

AZƏRBAYCAN ƏDƏBİYYATINDA ELMİ-FANTASTİK JANR

Fantastika incəsənətin sinkretik bir növü olub gerçəkliyi xüsusi əks etdirilmə üsulu və dünyanı görmənin spesifik ifadəsi kimi müxtəlif tarixi mərhələlərdən keçmişdir. Ədəbi-bədii düşüncə tərzi kimi fantastika ədəbiyyat tarixində qədim və zəngin tarixə malikdir. Ədəbiyyatın inkişafı ilə əlaqədar olaraq XIX əsrdən başlayaraq fantastikanı bir neçə qollara ayırmaq lazım gəlmişdir; elmi-fantastika, fəlsəfi fantastika, utopik fantas- tika, satirik fantastika, elmi-texniki-utopik, psixoloji fantastika, macəra-fantastika, dedektiv-fantastika, mifoloji-fantastika, kosmik fantastika, antiutopik-fantastik, qorxulu fantastik, alleqorik fantastika, fentezi və s.

Dünya ədəbiyyatında fantastik janrın bütün yuxarıda sadalanan tiplərində yazılmış ədəbi örnəklər mövcuddur, lakin daha çox elmi-fantastik janrda yazılmış əsərlər üstünlük təşkil edir. Azərbaycan ədəbiyyatında mifoloji fantastikanın bəzi nümunələrinə (S.Elcanlının yaradıcılığında) təsadüf olunsa da, demək olar ki, elmi-fantastika daha aparıcı mövqe tutur.

Dünya klassik ədəbiyyatında fantastikadan, fantastik süjet və obrazlardan istifadə edilərək yazılmış əsərlər öz rəngarəngliyi ilə seçilir. Belə ki, ərəblərin «Min bir gecə», hindlilərin «Mahabharata» və «Ramayana», Homerin «İllada», «Odisseya», Firdovsinin «Şahnamə», F.Rablenin «Qarqantua və Pentaqruel» və başqa bu kimi bir çox ölməz ədəbi nümunə- lərdə fantastik motiv və obrazlar öz əksini tapmışdır. Eləcə də C.London, N.Qoqol, M.Y.Lermantov, N.Q.Çernişevski, A.S.Puşkin, K.Doyl və b. dahi yazıçılar fantastikaya müraciət etmiş, öz əsərlərində fantastik süjet və obrazlardan bəhrələnmişlər.

Azərbaycan ədəbiyyatında «Kitabi – Dədə Qorqud» dastanlarında, Nizami Gəncəvinin «Xəmsə»sindəki «Xeyir və Şər», «Çoban və üzük», «Qara geyinmiş şəhər», «İsgəndərin xoşbəxtlər ölkəsinə çatması», “Mahanın hekayəsi” kimi ölməz nümunələridə fantastik motiv, ünsür və elementlərdən bəhrələnmə aydın görünür. Bütün bu nümunələr yaxın dövrlərdə yaranmış elmi-fantastik əsərlərdən kəskin şəkildə fərqlənsə də, müasir tipli elmi-fantastik ədəbiyyat üçün bədii qaynaq və zəmin rolunu qoruyub saxlayır. Həmin əsərlərdəki fantastik element və epizodlar çağdaş elmi-fantastik janrın yaranmasına «çığır açan» əsas və danılmaz faktlardan biridir.

Floklor və klassik ədəbiyyatdakı fantastikadan tamamilə fərqlənən müasir tipli elmi-fantastika bir o qədər də qədim tarixə malik deyil. Dünya ədəbiyyatında elmi-fantastik əsərin ilk yaradıcısı «Yeni Atlantida» kitabının müəllifi F.Bekon hesab edilir[1,51]. Elmi-fantastika termini bu qəbildə yazılmış ədəbi-bədii nümunələr yaranandan çox-çox sonralar meydana çıxmışdır. Elmi-fantastika termini ilk dəfə 1920-ci ildə Amerikada meydana çıxmışdır. Mühəndis, elmi-kütləvi jurnalın naşiri olan Hüqo Hernsbek (1884-1967) məşhur fransız fantast yazıçısı Jül Vernin əsərlərini oxuyandan sonra ilk dəfə bu termini işlətmişdir.Onu da qeyd etmək lazımdır ki, J.Vern dünya ədəbiyyatında elmi-fantastik janrın banisi hesab edilir. Azərbaycan ədəbiyyatında elmi-fantastik janrın ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-ci ildə çap etdirdiyi «Gələcək şəhər» hekayəsidir.

Ancaq bizim qənaətimizə görə elmi-fantastikanın tarixi köklərini insan təfəkkürünün ilkin nümunələrində- şifahi xalq ədəbiyyatında, miflərdə, rəvayətlərdə, xüsusən də nağıllarda axtarmaq lazımdır. Təbii haldır ki, mifologiyaya, qeyri-adi hadisələrə müraciət edən fantastik əsərdə diqqət mərkəzində uydurma əhvalatlar, möcüzəli vəziyyətlər, arzular dayanır. Buna rəvac verən əsas amillərdən biri belə əsərlərdə sehrkarlıq, fantaziya elementlərinin çoxluğudur. Bu fantastik elementlər nağıllarda özünü daha qabarıq göstərir. Əşya və təbiət hadisələrinin canlandırılması, insanlara məxsus xasiyyət və keyfiyyətlərin əşya və heyvanlar üzərinə köçürülməsi, cəmiyyətdə və təbiətdə adi görünən hadisələrin fantastik şəklə salınması sehirli nağıllara xas olan xüsusiyyətlərdəndir. Bəzi nağıllarda xalq tərəfindən sehrli qüvvələr yaradılmış və bu qüvvələrin fövqəladə gücə malik olduğu deyilmişdir. Nağıllarda olan sehrli üzük, küpə, süfrə, çomaq, uçan xalça, Simurq quşu sehrli qüvvə kimi səciyyələndirilir. «Nağıl folklorun daha çox fantaziyaya əsaslanan janrıdır, tarixli ənənələri və ictimai ziddiyyətləri qabarıq halda, bədii uydurmalar vasitəsilə və çox halda nikbin bitən əhval-ruhiyyə əks etdirir» [2, 217].

Belə hesab edirik ki, Azərbaycan ədəbiyyatında elmi-fantastika məhz bu ənənədən qaynaqlanır. Belə ki, ta qədim zamanlardan insanlar xəyal- larını, arzularını öz yaratdıqları nümunələrdə ifadə etmişlər. Onlar səmada uçmaq arzusunda olduqdarından uçan xalçanı uydurmuşlar, avtomobil arzusu ilə iti yeriyən çəkməni «ixtira» etmişlər, xəyallarını gerçəkləşdirmək üçün sehrli çubuğu yaratmışlar.Xalq fantaziyasının məhsulu olan bütün bu sadalananların zaman-zaman gerçəkləşdiyinin şahidi olmuşuq.«Nağıllarda xalq tərəfindən yaradılan fantastik əşyalar onun fantastik ixtirası kimi diqqəti cəlb edir. Vaxtilə xalq fantaziyasının məhsulu kimi ortalığa çıxan «uçan xalça», «danışan sandıq» bu gün hamının gördüyü təyyarə, radioqəbuledicidir. Deməli, bu əşyalar hələ mövcud olmadığı bir zamanda xalq onu arzulamış, müxtəlif əşyalara müəyyən əlamət və keyfiyyətlər verərək öz istəklərini əfsanəvi şəkildə ifadə etmişdir» [3,27].Bütün bunlardan başqa nağıllarda olan fantastik süjet və vasitələr, elə bil ki, müasir elmi-fantastikaya köçrülmüşdür. Elmi-fantastik janrda yazılmış əsərlərdə müşahidə etdiyimiz şərti məkan, şərti zaman və şərti surətlər (nağıllardakı sehrbaz, qeyri-adi qüvvə) nağılları xatırladır. Sehirli nağıllarla elmi-fantastik əsərlərin süjeti arasında paralellər aparılarsa aydın görünər ki, nağıllarda hadisələrin cərəyan etdiyi şərti məkan müasir elmi-fantastik əsərlərdəki qütb ölkələri, tropik cəngənliklər, Yerin altı, Ay, planetlər, ulduzlar, digər qalaktikalardır. Nağıllarda şərti fantastik obrazlar olan cürbəcür pərilər, iblislər, müxtəlif heyvanlar, danışan divlər, simurq quşu, qeyri-adi atlar müasir elmi-fantastik əsərlərdə qeyri-adi gücə və qabiliyyətə malik olan qəhrəmanlarla, yerdənkənar sivil qüvvələrlə əvəzlənmişdir. Hadisələrin baş verdiyi şərti zaman isə nağıllarda, adətən, «qədim zamanlar», «çox-çox bundan qabaq» hesab olunur.Sehirli çubuqlar, uçan xalçalar, iti yeriyən çəkmələr, möcüzəli qılınclar, ölünü dirildən, uzunömürlülük bəxş edən dirilik suyu arzuları həyata keçirmək üçün sehirli, möcüzəli vasitələrdir. Müasir elmi-fantastik əsərlərdə isə sehirli çubuqları, uçan xalçaları müxtəlif aparatlar, cihazlar əvəz edir. Sehirli nağıllarda pəri həmişə xeyir işlər görən, yaxşılıq edən, iblis pisliklərlə məşğul olan obraz kimi təqdim olunur. Elmi-fantastik əsərlərdə isə pəri rolunda müxtəlif xeyirxah məqsədlərlə ixtiralar edən alimlər, mühəndislər çıxış edirlər. Onlar daxilən saf, təmiz, bacarıqlı, yüksək istedad və intellekt sahibləri kimi təqdim olunurlar. Ümumiyyətlə, fantastika bəşəriyyətin özü qədər qədimdir. Əsatir və nağıllarımızda təcəssüm olunan qədim xalq fantaziyaları, xəyalları ibtidai insanın gələcəyi görməsi kimi qiymətləndirilməlidir. Bu barədə M.Qorkinin bir fikri maraq doğurur: «Qədim insanların əliyalın fantaziyası havada uçmaq, su altında yaşamaq, yerdəki hərəkəti hədsiz sürətləndirmək, maddəni nəyə isə döndərmək və s. imkanları qabaqcadan görmüşdür» [4, 150].

Yuxarıda qeyd etmişdik ki, ədəbiyyatımızda elmi-fantastik janrın ilk nümunəsi Y.V. Çəmənzəminlinin «Gələcək şəhər» hekayəsidir. Ədibin bu əsəri ilk dəfə 1933-ci ildə «Gələcəkdəki şəhər» adı ilə özbək dilində kitabça şəkilində nəşr edilmişdir.«Gələcək şəhər» hekayəsinin Əlyazmalar institutunda saxlanılan iki nüsxəsindən biri latın əlifbası ilə yazılmış otuz bir səhifədən ibarətdir. İkinci əlyazma isə ərəb əlifbasında qırx dörd səhifəlik bir nüsxədir. «Gələcək şəhər» hekayəsi çap olunandan sonra ədəbi tənqiddə elə kəskin etirazla qarşılanır ki, uzun müddət ədəbiyyatımızda elmi-fantastik janr nümunələrinə təsadüf olunmur.Keçən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan içtimai-mədəni- ədəbi həyatında baş verən dəyişikliklərlə bağlı olaraq bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın yeni mərhələsi başlayır.Yəni bu dövr ədəbi-estetik, bədii düşüncə tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalır.Bu zamandan etibarən Azərbaycan ədəbiyyatı yeni bir istiqamətdə formalaşmağa, inkişaf etməyə başlayır, yeni-yeni mövzuların, obrazların, poetik dəyişikliklərin şahidi oluruq. Məhz bu dövrdən başlaya- raq elmi- fantastik ədəbiyyat yarım əsrdən artıq bir dövrdə həmişə yüksələn xətlə inkişaf etmiş, dünya fantastik ədəbiyyatının ən yaxşı ənənələrinə yiyələnərək, ədəbiyyatımızı ideya-məzmun və bədii keyfiyyət baxımından xeyli zənginləşdirir

Dünya ədəbiyyatında keçən əsrin 50-ci illərindən sonra yaranmış elmi-fantastik əsərlərdə bu günün və sabahın mürəkkəb və mühüm, mənəvi, əxlaqi, fəlsəfi və sosial problemlərinin qoyuluşu, onların həllinə edilən cəhdlər diqqəti cəlb edir.Azərbaycan ədəbiyyatında mövcud elmi-fantastik əsərlərdə toxunulan əsas mövzu və problemlər; gələcəkdə yer planetinin aqibəti, başqa planetlərdə olan canlı varlıqlardan müdafiə, yaxud da digər sivilizasiyalarla əlaqə problemi, elmi-texniki yüksəlişin nəticəsində yarana bilən təhlükələr, sürətlə silahlanma, nüvə müharibəsini və onun səbəb olduğu fəlakətlər və s. məsələlər bədii təhlilə cəlb edilmişdir. Ədəbiy- yatımızda yaranan elmi-fantastik əsərlərdə daha çox cəmiyyət həyatında sosial məna və məzmun kəsb edən problemlər qabardılır, bədii təhlil müstəvisinə gətirilir. Azərbaycan ədəbiyyatında yaranan elmi-fantastik janrın ilkin nümunələri müəlliflərin elmi-fantastika sahəsində təcrübələr, axtarışlar apardığından xəbər verir. İlk hekayələrdə kəskin və zəruri mövzulara, problemlərə toxunulmasa da, zaman keçdikcə elmi-fantastik əsərlərin səhifələrində zamanın irəli sürdüyü həlli vacib mövzu və problemlər qabardılır. Bu baxımdan İbrahim Hüseynovun, Namiq Abdullayevin, Emin Mahmudovun, Əhməd Xaspoladovun, Maqsud İbrahimbəyovun, Yusif Şükürlünün, Qabil Əhmədovun, Elmira Zamanovanın elmi-fantastik janrda yazılmış povest və hekayələri diqqət çəkir. Yuxarıda sadalanan mövzu və problemlərə müəlliflər özünəməxsus şəkildə yanaşırlar. Hər yazıçının öz mövzu dairəsi, problemlərə yanaşma meyarı fərqlidir. Emin Mahmudovun, Elmira Zamanovanin əsərlərində əsasən yad dünyalarla əlaqə problemi, müasir elmlərin qarşısında dayanan və qlobal xarakter daşıyan məsələlər əsas mövzulardır. E. Mahmudovun «Kainat gəmisi», «Veneranın göyləri od içindədir», «Zülmət dənizi», «Atlant qızı» povestləri, E.Zamanovanın «Yeraltı dünya», «Ruhlar bizimlədir», «Vaxtdır qardaşım» kitabına daxil olan əsərləri bu baxımdan daha səciyəvidir.

İbrahim Hüseynovun yaradıcılığı isə cəmiyyət həyatının, mühitin problemlərinin qabardılması baxımından diqqəti cəlb edir. Onun əsərlərində mənəviyyat problemlərinin qabardılması aktuallıq kəsb edir. «Panqeyanın övladları», «Aqvananın məhəbbəti», «Gecələr olmayaydı», «Günəşə salam verin» povestləri ilk növbədə yüksək psixologizmi, insan mənəviyyatının dərin qatlarına enə bilməsi, insanı bütün mürəkkəbliyi ilə təqdim etməsinə görə fərqlənir. Bu əsərlərdə insanın daxili aləminin bədii tədqiqinə xüsusi cəhd var. Yazıçı insan həyatının, onun fərdi dünyasının gizli məqamlarını özünəməxsus sənətkarlıqla açıb göstərir.Bu povestlərdə yazıçı cəmiyyətdəki eybəcərliklərə, ədalətsizliklərə, ləyaqətsizliklərə qarşı çıxır, cəmiyyətin bütün zümrələrini ittiham edir, onların törətdikləri bəlaların ictimai köklərini araşdırır. Yazıçı insan həyatının, onun fərdi dünyasının gizli məqamlarını özünəməxsus sənətkarlıqla açıb göstərir.

«Təbiətin elə möhkəm qanunları var ki, onların dərinliyinə varmaq olmaz. Təbiətin xüsusi sirrləri mövcuddur ki, onların səddi keçilməzdir». Bu problem İ.İbrahimbəyovun elmi-fantastik janrda yazdığı hekayələrinin əsas mövzusudur.

Namiq Abdullayevin «Sehrli oğlan», «İtirilmiş dünya», «Dirilmə» kitablarındakı əsərlərində müəllif əsasən, kainat cismləri ilə maraqlanır, digər planetlərdə baş verənləri elmi-fantastik fərziyyələrlə izah etməyə çalışır. Müəllif müasir elm və texnikanın yeniliklərini bədii dillə oxuculara çatdırır. Oxucularını müxtəlif elmlərin qarşısında dayanan məsələlərin gələcəkdə necə həll edilməsi yolları ilə tanış edir. Namiq Abdullayevin sonrakı illərdə yazdığı əsərlərdə daha çox Yer kürəsi sakinlərinin, insanların iç dünyalarında, duyğu, düşüncə və psixologiyalarında baş verən proses- lərdən bəhs edilir. Yaradıcılığının son dövrlərində müəllifin diqqətin çəkən əsas mövzu və problemlər digər planetlərin və səma cismlərinin sirlərindən daha çox insanın mənəviyyatında baş verən daxili mənəvi vəziyyətlərin tədqiqi və təhlilidir.

Dünyanı müasir elmi texniki tərəqqinin rakursundan müşahidə etmək, gerçəklikdə baş verən hadisələrin elmi və bədii üsullarla qavrayışı və ifadəsi elmi-fantastik əsərlərdə başlıca üslubi xüsusiyyətdir. Məlum məsələdir ki, elmi-fantastik əsərlər insanın gələcəyi görmək arzusundan, zamanın problemlərini çözmək üçün müasir elmin, texnikanın gücündən istifadə edərək bəşərin tərəqqisinə çalışmaq istəyindən yaranır. Elmi-fantastikanın ən yaxşı nümunələri oxşar quruluşlara malikdir. Onları bir-birindən fərqləndirən fantastik çalar və elementlərin müxtəlif olması və bunlardan hər bir sənətkar öz dünyaduyumuna, səriştəsinə görə öz əsərlərində istifadə edir.

Azərbaycan ədəbiyyatında elmi-fantastik əsərlər yazan müəlliflərin bədii idrak səviyyəsi, mövzunu dərk və əxz etmə qabiliyyətləri, həmin mövzuları bədii vüsətlə qələmə almaq, estetik amala çevirmək qabiliyyətləri müxtəlif olsa da onların yaratdıqları ədəbi örnəklər elmi-fantastikanın tələb və prinsiplərinə cavab verir və bu janrın dünya ədəbiyyatındakı analoji nümunələri ilə bir sırada dayanmağa layiqdir .


ƏDƏBİYYAT
  1. Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, IV c., Bakı, Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası, 1980, 592 s.
  2. Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 s.
  3. Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Maarif, 1986, 190 s.
  4. 162.О литературе для детей. Вып. 10. Л., «Детская литература», 1965, 240 с.



SUMMARY

The article is about the history of creation and formation of scientific-fantastic genre in Azerbaijan literature. The author shows that though the fist modern type of scientific-fantastic pattern in Azerbaijan literature is created in 30 th years of last century the classic literature and folklore had played a link role in formation of this genre. Here is shown features of fantastics in Azerbaijan literature and is spoken about main topies of these woks, about authors skill in the article


РЕЗЮМЕ

В статье несмотря на то что первым образцом научной фантастики считается произведение Ю.В.Чеменземинли «Будущий город», автор ищет исторические корни жанра в устном народном творчестве. Начиная с начала прошлого века жанр научной фантастики нашел своё отражение в творчестве Э.Махмудова, Н.Абдуллаева, И.Гусейнова, М.Ибрагимбекова, Э.Заманова, А.Хасполадова, Й.Шукюрли, Г.Ахмедова. В существующих научно-фантастических произведениях разные проблемы, отличающиеся друг от друга темы, выдвинутые временем, привлекаются к исследованию в соответствии с индивидуальным мировоззрением, творческим стилем каждого автора.


Sultanova Xanım


M.Y.LERMONTOVUN LİRİKASINDA

ŞƏRQ QADINI OBRAZI


Rus poeziyasının günəşi A.S.Puşkinin ölümündən sonra rus ədəbiyyatında yeni bir ulduz parladı. Bu 22 yaşlı kornet və şair Mixail Yuriyeviç Lermontov (1814-1841) idi. Onun A.S.Puşkinin ölümünə həsr etdiyi şeiri Rusiyanı təlatümə gətirdi. Bu şeir dünya ədəbiyyatına misilsiz incilər bəxş etmiş şairin qatillərinə ölüm hökmü, M.Y.Lermontovun öz yaradıcılığına isə əbədi həyat nəğməsi idi. A.S.Puşkinlə şəxsi tanışlığı olmayan gənc şair onun zəngin yaradıcılığını dərindən öyrənmiş, onun poeziyasından bəhrələnmişdi. Xalqı mübarizəyə səsləyən «Şairin ölümünə» adlı şeir, birinci növbədə M.Y.Lermontovun özünü mübarizə meydanlarına atdı. 1837-ci ilin fevralın 27-də M.Y.Lermontov çarın xüsusi əmri əsasında «Şairin ölümünə» şeirinə görə həbsə alınmış, mart ayında isə Peterburqdan Qafqaza – dağlılarla vuruşan Nijeqorodsk droqun alayına göndərilmişdir.

Yeniyetməlik dövründə M.Y.Lermontov 1829-1929-cu illlərdə Qafqazda 4 dəfə müalicə olunmuşdu. Lakin bu dəfə artıq xalq tərəfindən tanınmış şairin dağlılarla mübarizə aparan Nijeqorodsk süvari alayında xidmət etməsi onun özü üçün də maraqlı idi. Bu illərdə Qafqaz həyatı şairin dünyagörüşünə, yaradıcılığına böyük təsir göstərir.

Şairin bu səyahəti onun yaradıcılığında yeni səhifələr açdı. Qafqaza, xüsusən Azərbaycana səyahəti zamanı M.Y.Lermont Şərq aləmi ilə yaxından tanış olmağa, şərqlilərin həyatını, mədəniyyətini, adət-ənənələrini öyrənməyə can atmışdır.

A.S.Puşkinin əsərlərində xüsusi incəliklə təsvir olunan Şərq qadınlarının bədii obrazı M.Y.Lermontovun yaradıcılığında da özünəməxsus yer tutdu. Əlbəttə, M.Y.Lermontov öz böyük sələfini təkrar etmədi. O, Şərq qadınının bədii obrazının təsvirinə yeni ruh, yeni rövnəq gətirdi. A.S.Puşkinin müraciət etdiyi eyni mövzular M.Y.Lermontov yaradıcılığında tam fərqli üslubda bədii həllini tapdı. Qafqazda yazdığı bir çox lirik əsərlərinin yaranmasında isə ona ilhamı Şərq gözəlləri vermişdir. O, 1829-cu ildə yazdığı «Qafqaz» şeirində «vətənin dadlı, şirin nəğməsi tək» qəlbən sevdiyi «Qafqazın füsünkar dağlarından, kahalarından, gen düzənlərindən» heyranlıqla söz açdığı kimi, orada gördüyü ilahi gözlərdən də həsrətlə danışır.

Sizdə xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər.

Keçdi beş il, yenə könlüm sizi həsrət izlər.

İki göz gördüm o yerlərdə, ilahi gözlər

Yada düşdükcə pıçıldar ürəyim min yerdən

Sevirəm Qafqazı mən! (2, 16)*

Sevincsiz uşaqlıq illəri şairin dünyagörüşünə ciddi təsir göstərmişdir. Bu şeirdə də şair həyatda erkən itirdiyi anasını xatırlayır. Lakin anasını Şərq qadınlarının arasında, Qafqaz düzlərində, dağlarında yad etməsi bu təbiətin ona bəxş etdiyi doğmalıq hissindən və romantik əhval-ruhiyyədən irəli gəlir.

Bir uşaqdım o zaman, soldu ölüb getdi anam,

Keçdi, heyhat, o düzənlər mənə hər gün axşam

Yadigar bir səsi əks eylədi, sakit, ilham,

Yurdu dağlar, qayalartək nə qədər, ah, bilsən,

Sevirəm Qafqazı mən! (2, 16)

Şeirin bu bəndindən göründüyü kimi şairin anasının səsini «yadigar səsi» dağlar qoynunda eşitməsi yuxarıda qeyd etdiklərmizə sübutdur.

Üç bənddən ibarət olan şeirin hər bir bəndində şair ona müqəddəs olan üç varlıqdan söz açır. Şair Qafqaza olan sevgisini vətənlə, anası ilə, sevdiyi «ilahi gözlərlə» bağlayır. Oxucu «Qafqaz» şeirində «vətən», «ana», «sevgi» anlayışlarının vəhdətini, harmoniyasını görür. Bu harmoniya məhz şairə Şərq qadınının «ilahi gözlərinin» bəxş etdiyi ülvi hisslərlə tamamlanır.

Çox incə və zərif duyğuların nəğməsi olan «Çərkəz qızı» şeiri müəllifin gözəl əsərlərindən biridir. Bu şeir şairin 1829-cu ildə yazdığı cənub şeirləri silsiləsinə aiddir. Şeirdə «vəhşi təbiətin» gözəlliyi təsvir olunur. Şairin seyr etdiyi yaşıl yamaclar, sinəsi kol-koslu dağlar onu valeh edir. O, təbiətin qoynunda təmiz duyğular içində yaşayan xalqa «xoşbəxtdir o uzaq çöllərdəki xalq», – deyərək həsəd hissini gizlətmir. Şair coşqun təbiətin qoynunda, Terek çayının çağlayıb coşduğu yerdə – qayalar, daşlar aləmində onun qəlbini «oğrun baxışları» ilə ovlayan çərkəz qızından söz açır. Bu oğrun baxışlar lirik qəhrəmanın sarsılmış ruhunu daha yüksəklərə, göylərə səsləyir. Şair çərkəz qızına olan hissini aşağıdakı gözəl və bənzərsiz misralarla çatdırır.

Eşqin əzab dolu ahı, fəryadı

Yaşar xatirimdə ölənə qədər. (2, 17)

Ümumiyyətlə, yaradıcılığının bütün dövrəlrində şairin Şərq gözəllərinə həsr etdiyi lirik əsərində «ilahi gözlər», «iki göz», «oğrun baxışlar», «qara gözlər» ifadələri Şərq gözəlinin bədii portiretinin yaradılmasında istifadə etdiyi ən tutarlı ifadə vasitəsidir.

M.Y.Lermontovun Cənub mövzusunda yazılmış şeirlər silsiləsinə «Xəncər» şeiri də daxildir. 1838-ci ildə yazılmış «Xəncər» şeirində müəllif ürəyində eşq atəşinin yanğısı, əlində hədiyyə gətirdiyi xəncərlə onun görüşünə gələn Şərq qadınından söz açır.

Şair ayrılıq vaxtı «nilufər biləkli bəyaz sinənin» ona təqdim etdiyi «gürcünün qisas üçün döydüyü», «çərkəzin qanlı savaş üçün hazırladığı «soyuqnəfəs» xəncəri, «lal sevginin əziz yadigarı» adlandırır. Orijinal məzmunu ilə fərqlənən «Xəncər» şeirində Şərq qızının ülvi hissləri, dərin mənəvi aləmi, məhəbbət yolunda çəkdiyi iztirablar ön plana çəkilib. Şərq qadınının incə duyğularından söz açan şair onun gözlərini «gahdan alışıb, gahdan sönən» xəncərə bənzədir.

Süzüb qara gözlər baxanda mənə,

Kədərli, qüssəli sehrə döndülər.

Titrək bir şölədə bənzəyib sənə,

Gahdan alışdılar, gahdan söndülər. (2, 64)

İlk baxışdan yalnız iki gəncin romantik hissilərini tərənnüm edən bu şeirdə sənətkar oxucuya dərin fəlsəfi fikir, bədii sözün ecazkar qüdrətini aşılamağa cəhd göstərir.

Nilufər biləkli bir bəyaz sinə,

Səni bəxş edəndə ayrılıq vaxtı,

İlk dəfə tiyəndən qan əvəzinə

İnci göz yaşları süzülüb axdı. (2, 64)

Bu misralarda Şərq qadınının iztirabları lirik notlarla əks etdirməklə bərabər, bəşəriyyəti düşündürə biləcək bir problemə də toxunulur. Dünən tiyəndən axan qan, bu gün məhəbbətdən doğan göz yaşı ilə əvəz oluna bilər. Dünən zəiflərə qənim kəsilən, bu gün sevgi rəmzi ola bilər. Dünən qanlı döyüşlərdən xəbər verən, bu gün xoş bir xatirəni yada salar.

Şeirin əvvəlində:

Səni qisas üçün döyübdü güclü,

Qanlı savaş üçün biləyib çərkəz»,–

deyən şair son misrada:

Əziz yadigarsan bir lal sevgidən,

Mənə həm yoldaşsan, həm də ki örnək. (2, 64) –

deyir.

Gənc yaşlarından belə müdrik düşüncə tərzinə malik sənətkar kiçik bir şeirdə çatdırmaq isitədiyi fikirlə bir daha təsdiq edir ki, böyük sənətkar üçün mövzu obyekti kimi əsas məsələ kiçikdə böyüyü, dünəndə bu günü əks etdirmək ustalığıdır. Bu şeirlə şair Şərq qadınının bədii obrazının köməkliyi ilə oxucuların ruhunu oxşayan və onları düşünməyə vadar edən gözəl sənət nümunəsi yaratmışdır.

Lermontov yaradıcılığının ilk mərhələsi sonsuz axtarışlarla səciyyələnir. Şərq qadınının bədii obrazının qələmə alınmasında bu axtarışların mərkəzində duran bədii obyektlərdən biri kimi nəzər salsaq yanılmarıq. Şair bu məqsədlə indiyə qədər Şərq qadını haqqında deyilməmiş sözü demək, açılmamış cığırı açmaq, keçilməmiş yolları keçmək istəmişdir. O, Şərq qadınında Bayronun, Puşkinin poetik təsvirlərində sezə bilmədiyi cizgiləri axtarır və tapır. Elə buna görə də şərqliliyini unutmamaq şərtilə müxtəlif xarakterli, müxtəlif istəkli qadın obrazları yaradır. Getdikcə həyatın sirlərini, ziddiyyətlərini öyrənməyə can atan şair Şərq qadınının psixologiyasında, daxili dünyasında müəyyən etdiyi ziddiyyətlərin açarını da tapmağa çalışır. Onun qadın qəhrəmanları ülvi hisslərlə sevib, dəlicəsinə sevilə bilir. Bu qadınlar cavabsız sevgiyə tuş olub göz yaşı axıdır və əks tərəfi bu dərdə düçar edə bilir. Onun qadın qəhrəmanları kimə isə ümid verib yaşada və əksinə, kimi isə şeytani hisslərə uyub məhv edə bilər. Bir sözlə, Lermontovun yaratdığı Şərq qadınının obrazlarında insan xarakterinin üç əsas xüsusiyyəti: sevgi, biganəlik və nifrət öz əksini tapır.

Yaradıcılığının ilkin dövlərində yazdığı şeirlərdən göründüyü kimi şair insanların bir-birinə olan münasibətdən gileylənir. İnsan övladını «şər qüvvələr yaradıcısı kimi görmək ona əzab verirdi. Şeirlərində bu mövzuya, şeirlərə qulluq edən personajları açıb göstərməklə Lermontov nə vaxtsa şərlə dolu dünyanın məhv olacağına və yer üzünə yalandan, riyakarlıqdan uzaq insanların gələcəyinə inanır. Millətindən, dinindən ası­lı olmayaraq haqsızlığın, ədalətsizliyin qurbanı olan hər bir zəif xalqın taleyi böyük sənətkarı düşündürürdü. O, bu haqsızlıqla, riyakarlıqla Şərq aləmində az qarşılaşmamışdır. Xüsusilə Şərq rəvayətlərində, dastan­larında, nağıllarında, əfsanələrində eşitdiyi şər qüvvələr haqqında yazmaq şairin yaradıcılığında səciyyəvidir. Lermontovun 1841-ci ildə yazdığı «Tamara» balladası belə əsərlərdən biridir. Adını çəkdiyimiz bu əsər şairin Qafqazda eşitdiyi rəvayət əsasında qələmə alınmışdır. Bu rəvayətə maraq A.Puşkinin «Ərzuruma səyahət» və A.Bestujev-Marlinskinin «Amalat bəy» əsəri ilə tanışlıqdan sonra daha da artmışdır. Sonralar Lermontov bu rəvayətə öz yaradıcılığında xüsusi yer verərək «Demon» əsərini yaradır və onun üzərində ömrünün sonuna kimi işləyir. Ümumiyyətlə, həm tarixi mövzulara, həm də xalq yaradıcılığına müraciət edək Lermontov ideyanın müasirləşdirilməsinə xüsusi diqqət verirdi. O, əfsanəvi aləmi reallıqla tamamlamaq istəyirdi. Məhz bu baxımdan «Tamara» ballada­sında əfsanəvi Dariya tarixi şəxsiyyət olan gürcü hökmdarı Tamaranın şərəfinə adlandırılmış və bununla da əsərdə cərəyan edən hadisələr həyat reallığı ilə uyğunlaşdırılmışdır (6, 605).

Balladada təsvir olunan hadisə çox geniş, qollu-budaqlı deyil, lakin son dərəcə mənalı, ibrətli olub, dərin ictimai məzmuna malikdir.

Şərq aləmini sehrli aləm sayan Lermontov Klayevskiyə deyirdi: «Orada – Şərqdə zəngin sirlər xəzinəsi var. Mən onların çoxunu asiyalılardan öyrənmişəm. Lakin hələ nə bizə, nə də asiyalıların özlərinə belə bəlli olmayan sirlərin mənbəsini araşdırmaq istərdim» (7, 456). Şair Qafqaz təbiətində füsünkar mənzərələr haqqında xalq arasında yaranmış rəvayətlərə və Qafqazın tarixi abidələrinə xüsusi maraq göstərməklə qeyd etdiyi sirlər aləminin dərinliyinə varmaq istəmiş, onların hər birinə özünəməxsus tərzdə yanaşmışdır. N.V.Markelovun «Qafqazın keşməkeşli günlərindən danışaq» əsərində kitabın müəllifinin qeydlərindən məlum olur ki, Lermontovun bu mövzuya müraciət etməsində Bestujev-Marlinskinin yaradıcılığının da az rolu olmamışdır. Müəllifin yazıların­dan oxuyuruq: «Lermontov Bestujev-Marlinskinin 1832-ci ildə «Moskov­skiy teleqraf» jurnalında çap olunan «Amalat bəy» povesti ilə maraqlan­mış, povesti dəfələrlə oxumuş, burada təsvir olunan hadisələrə aid rəsmlər çəkmişdir. Terekin sahillərindəki Dəryal qalasının təsviri şairin təfəkküründə romantik duyğular oyatmışdır» (3, 245). Doğrudan da yazıçının qeyd etdiyi kimi Lermontovun 1841-ci ildə yazdığı «Tamara» balladasında Bestujev-Marlinskinin «Amalat bəy» povestindəki Dəryal qalasının təsvirində işlətdiyi eyni ifadələrə rast gəlirik. Bəlkə də Bestujev-Marlinskinin povestindəki verilən parça Lermontovun balladasındakı məşhur misraların ilkin mənbəsi olmuşdur.

Терек воет, дик и злобен,

Меж утесистых громад