AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


H.Hayne kimi M.Hadi də azadlıq şairidir. O, vətənini dərin məhəbbətlə sevən, onun hürriyyəti naminə canından keçməyə hazır olan
«dədə qorqud kitabi»nin dilində işlənən
Farsca tələffüz Azərbaycanca tələffüz
Farsca tələffüz Azərbaycanca tələffüz
Dil siyasəti və dil quruculuğu
Подобный материал:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

H.Hayne kimi M.Hadi də azadlıq şairidir. O, vətənini dərin məhəbbətlə sevən, onun hürriyyəti naminə canından keçməyə hazır olan vətənpərvər romantikdir.


M.Hadi özünün “Beşikdən məzara qədər bəşərin əhvalı” poemasında bu fikirlərini əsaslandıraraq fərdin ana bətnindən doğulub, ta yetkin şəxsiyyət kimi yetişənə qədər inkişafını romantik təfəkkür tərzi ilə təhlil edir. Ana bətnini körpə üçün həbsxana hesab edən romantik şair doğulduqdan sonra da onun azad olmadığını, dərd, möhnət və əsarətin onunla birgə dünyaya gəldiyini yazır:

... Bir xeyli zaman tifl yatar həbsi-işkəmdə,

Ordan da atılır dəhrə xilas olduğu dəmdə,

Bir gün işkəmi-müzləmi tərk eyləyor adəm,

Sonra oluyor məskəni bu aləmi müzləm,

Rəhyabi-nicat oldumu, eyvah, şu bədbəxt

Tifl ilə bərabər doğuyor qeydi-əsarət. (6, 334)

M.Hadi dünyaya göz açan körpənin ağlamasını onun bədbəxtliyi, əsarəti görüb peşiman olmasının təzahürü kimi izah edir. Ananın körpəni sakitləşdirməsini, əmziklə ağzını yummasını, onun təbii hüquqlarını, söz azadlığına qoyulan məhdudiyyət, səsinin alınması kimi yozur.

M.Hadidə belə bir maraqlı və özünəməxsus fikir səslənir ki, azadlıq insanın təbii mahiyyətindədir, o, fitrətən hürr varlıqdır. Lakin doğulduğu andan onun təbii azadlıq hüquqlarını dərk etmir, məhdudlaşdırır, insanı əsarətə alışdırırlar. Körpənin bələnməsi, nənnidə “həbs olunması", onun məhkumluğa öyrədilməsi təbii hürriyyətinin boğulmasına dəlalət edir. Nənnidə yırğalanarkən körpənin sakitləşməsi güclülər qarşısında haqqın qorxub geri çəkilməsinə bənzəyir.

M.Hadinin siyasi görüşlərində belə bir fikir səslənir ki, nə qədər ki, insanlar cahil və savadsızdırlar, öz fərdi hüquq və azadlıqlarını dərk etməyiblər, cəmiyyətdə siyasi ədalətdən və istiqbaldan söz gedə bilməz.

H.Hayne isə bu barədə belə deyir:

“Biz kütlələrin həqiqi vəziyyəti başa düşmələrinə nail olduğumuz zaman, xalqlar aristokrasiyasının muzdlu cızma-qaraçılarına müharibə qızışdırmağa imkan verməyəcəklər; o zaman xalqların böyük birliyi, millətlərin müqəddəs ittifaqı yaranacaqdır; o zaman daha qarşılıqlı inanmazlıq üzündən yüz minlərlə qatillərdən ibarət daimi ordular saxlamaq lazım gəlməyəcəkdir; biz qılıncları döyüb, onlardan kotan qayıracağıq, müharibə atlarını bu kotanlara qoşacağıq, biz sülhə, rifaha, azadlığa qovuşacağıq! Bu işə mən həyatımı həsr etmişəm. Bu mənim borcumdur.” (4, 13)

H.Haynenin həyatının sonlarına yaxın yazdığı bu sözlər bu gün də dunyada bütün insanlar üçün, azad və xoşbəxt bir həyat qurmağa çalışan və buna ürəkdən inanan hər kəs üçün əzizdir.

H.Hayne və M.Hadi bir mütəfəkkir kimi dərk edirdilər ki, vətəndaşların ölkədəki ictimai-siyasi hadisə və proseslərin subyektinə və iştirakçısina çevrilməsi üçün onlarda siyasi şüuru formalaşdırmaq, siyasi davranış mədəniyyəti aşılamaq zəruri şərtdir, çünki geniş xalq kütlələri milli dəyərlər sistemi, siyasi inanc və hədəfləri qavramadan cəmiyyətdə baş verən hadisələrə müdaxilə edə bilməz. M.Hadiyə görə insanların ictimai-siyasi proseslərə reaksiya vermək qabiliyyətinin olması və buna uyğun olaraq öz fəaliyyət formalarını müəyyən etməsi, onların şüur səviyyələri ilə bilavasitə bağlıdır. M.Hadinin siyasi görüşlərində şəxsiyyətin siyasi inanc və dəyərləri, ideoloji hədəflər və ictimai idealları mənimsəməsi vacib hesab edilir. Romantik mütəfəkkir fərdlərin siyasi sosiallaşması prosesində ailənin, elitanın (M.Hadiyə bura ziyalı zümrəsi, ədib və şairlər daxildir - M.O.) və ictimai mühitin rolunu xüsusi qeyd edirdi.

Həm H.Hayne həm də M.Hadi vətənində və bütün bəşəriyyətdə hüriyyət və azadlığın hakim olacağı gün uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə cevirir. Əsrin əvvəllərindən başlanan milli istiqlal mücadiləsi romantik filosofun arzularına qol-qanad verir. O, yaşadığı dövrün real mövcud olan ictimai eybəcərliklərini xəyallarındakı gözəl, hürr məkanın mükkəmməllikləri ilə əvəz etməyi düşünür.

H.Hayne və M.Hadinin siyasi görüşlərindəki hürriyyət idealı onların vətənpərvərlik hissləri ilə vəhdət təşkil edir, vətənə bağlılıqları onların hər şeirində öz təzahürünü tapır. Vətənin bütün dərd-səri, ağrıları romantik-lirik qəhrəmanın şəxsi faciəsinə çevrilir.

Həm H.Haynenin həm də M.Hadinin ictimai-siyasi görüşlərində irəli sürülən bir sıra müddəalar, o cümlədən, milli vətənpərvərlik hissinin təbliği, azad, suveren dövlət haqqında, insanın hüquq və azadlıqlarına dair fikirləri, dövlətçiliyin inkişafında vətəndaş cəmiyyəyinin yeri və roluna dair və s. mühakimələri bu gün də öz aktuallığı və müasiliyi baxımından diqqəti cəlb edir.


ƏDƏBİYYAT
  1. Azərbaycan dərgisi, Münhen, Azərbaycan Milli Birliyinin Orqanı (türk dilində) №4, 1953.
  2. Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı, Azərnəşr, 1992, 276 s.
  3. Heinrich Heine. Samtliche Gedichte in Zeitlicher Folge. Dieser Ausgabe Insel Verlag Franfurt am Main und Leipzig 1993.
  4. Heine, Heinrich. Werke in funf Banden. Bd. 4. Aufbau-Verlag Berlin und Weimar, 1968, 345 s.
  5. Kaufmann H., Politisches Gedicht und klassisches Dichtung Heinrich Heine. B., 1958.
  6. Məhəmməd Hadi, Seçilmiş əsərləri, Bakı, 1-ci c., Bakı Elm, 1978, 375.
  7. Mirəhmədov Ə., Məhəmməd Hadi, Bakı, Yazıçı, 1985, 128 s.
  8. Resulzade M.E. Azerbaycan Kültür Gelenekleri ve Çağdaş Azerbaycan Edebiyyatı, Ankara, Kardeş matbaası, 1984, 44 s.



SUMMARY

This report is dedicated to the subject of independence in creation of gerat member of Azerbaijan romatism M.Hadi and an outstanding german poet H.Heine. As H.Heine, M.Hadi too is a poet of freedom. Both of them are patriotic romanticists loving their motherland, being ready to give their life for its independence.


РЕЗЮМЕ

Этот доклад посвящен теме свободы в творчестве великого представителя Азербайджанского романтизма М.Хади и великого немецкого поэта Г.Гейне. Как и Г.Гейне, М.Хади истинный поэт свободы. Оба поэта, патриоты романтики глубоко любящие свою родину и готовые отдать свою жизнь за ее независимость.


Piriyev Eldar


«DƏDƏ QORQUD KİTABI»NIN DİLİNDƏ İŞLƏNƏN

FARS SÖZLƏRİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ


Tarixi leksikologiya və dil əlaqələri dünya dilçiliyini, o cümlədən türkologiyanı ən çox maraqlandıran problemlərdəndir. Dil əlaqələri tarixinin tədqiqi xalqlar arasında tarixən mövcud olmuş ictimai, iqtisadi, siyasi, mədəni əlaqələrin müəyyənləşdirilməsində də böyük əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan Respublikasında türkdilli yazılı abidələrin fonomorfoloji və leksik-semantik quruluşunu öyrənmək sahəsində müəyyən təcrübə vardır.

Dilimizin əlimizdə olan ən qədim və mükəmməl abidəsi «Dədə Qorqud Kitabı» iki yüz ilə yaxındır ki, tədqiqatçıların diqqət mərkəzindədir. «Dədə Qorqud kitabı»nın leksikasının hərtərəfli tədqiqi təkcə Azərbaycan dili tarixi üçün deyil, eyni zamanda bütün türk dillərinin, ilk növbədə Oğuz qrupu türk dillərinin tarixi üçün aktualdır. Bu abidənin leksikasının tədqiqi eyni zamanda Azərbaycan dilinin fars, ərəb və monqol dilləri ilə qədim əlaqələrinin tədqiqi baxımından da maraqlıdır.

Ümumi etiraf olunan fakdır ki, «təmiz dil» anlayışı yoxdur. Böyüklüyündən – kiçikliyindən asılı olmayaraq dillər bir-birinə söz verir, bir-birindən söz alır. Kiçik dillər böyük dillərdən aldığı kimi böyük dillər də kiçik dillərdən söz götürür. Bir sözlə, dünya dilləri arasında digər dillərdən faydalanmamış, bir-birindən müəyyən leksik vahidlər qəbul etməmiş, saf bir dil təsəvvür etmək mümkün deyildir. Əsas lüğət fondundakı sözlər içərisində mənşə etibarı ilə başqa dillərdən alınmış sözlər görünə bilər. Çox çətin təsəvvür etmək olar ki, bir dil, hətta özünün ən qədim vəziyyətində belə, başqa dilin heç bir təsirinə məruz qalmamış olsun.

Tarix boyunca xalqların bir-biri ilə siyasi, iqtisadi mədəni və s əlaqələrinin nəticəsində həmin xalqların dilinə yad elementlərin keçməsinə şərait yaranmışdır. Ümumiyyətlə, alınma sözlər müxtəlif xalqların tarixən mövcud olmuş sıx əlaqələrinin dildəki faktik izləridir. Bu cəhətdən azərbaycanlılar və qonşu farslar da istisna təşkil etmir; onların arasında hələ qədim zamanlardan yaxın münasibətlər mövcud olmuşdur. Bu hadisə təsadüfi olmayıb, uzun bir tarixi prosesin məhsuludur.

Ümumiyyətlə, türk və irandilli xalqların mədəni təsiri qarşılıqlı olmuşdur. Bu özünü dil vahidlərində də göstərir. Məhz bu təsirin nəticəsində hər iki dil qrupu bir-birindən xeyli söz qəbul etmişdir. «Müasir fars və türk dillərində ki bağlayıcısının, I və III şəxs əvəzliklərinin (mən, o/u), həmçinin eyni məqamlarda şəxs və xəbərlik şəkilçilərinin uyğunluğu da (I şəxs təkdə – m ünsürünün işlənməsi, III şəxs təkdə isə bu şəxs anlayışının sıfır morfemlə ifadəsi) göstərir ki, bu müxtəlif sistemli dillərdə məhz çox qədim dövrlərdən qarşılıqlı nüfuzetmə başlanmışdır. Şübhəsiz, bu başlanğıc Midiya dövründən əvvəllərə gedir və Midiya dövründə bu qarşılıqlı təsir daha həlledici səviyyədə olmuşdur» (Tofiq Hacıyev).

Azərbaycan və fars dillərinin qarşılıqlı təsirinin istedadlı tədqiqatçısı H.Zərinəzadə XI əsr türkoloqu Mahmud Kaşqarlıya, ondan əvvəlki və sonrakı müxtəlif mənbələrə əsaslanaraq göstərir ki, bu iki xalqın birbaşa yaxınlığı nəticəsində onların dilləri arasında çox qədimlərdən qarşılıqlı təsir, qarşılıqlı faydalanma olmuşdur, bu təsir yazıyaqədərki dövrdə, tarixin dərinliyində başlanmışdır.

Müəyyən tarixi hadisələr nəticəsində Azərbaycan dili də başqa dillərdən müxtəlif mənşəli sözlər mənimsəmişdir. Dilimizin lüğət tərkibindəki alınma sözlərin, demək olar ki, əsas hissəsini ərəb (VII əsrin sonundan başlayaraq Azərbaycan türklərinin islam dinini qəbul etmələri ilə əlaqədar) və fars mənşəli sözlər təşkil edir.

Əlbəttə, bu sözlər müxtəlif dövrlərdə əxz olunmuşdur. Hətta belə sözlərə Azərbaycan xalqının qədim ədəbi dil abidəsi olan « Dədə Qorqud» dastanlarında da təsadüf edirik. Məlumdur ki, leksik alınmalar bir dildən başqa dilə ya yazılı, ya da şifahi yolla keçir. «Dədə Qorqud» dastanları xalqımızın şifahi yaradıcılığının məhsulu olduğu üçün bu dastanlarda təsadüf etdiyimiz fars dilinin leksik ünsürləri də dilimizə şifahi yolla keçmiş sözlər kimi qiymətləndirilməlidir.

Bizim hesablamalara görə dastanda söz yaradıcılığı da nəzərə alınmaqla 194 fars sözü işlənmişdir. Din, məişət, hərb məzmunlu sözlər və adlar (xuda, peyğəmbər, behişt, didar, bargah, divar, külah, əbrişəm, Rüstəm, cəng, ləşgər, düşmən və s.) müxtəlif tarixi dövrlərlə əlaqədar olaraq dilimizə daxil olmuşdur.

Biz həmin sözlərin siyahısını və xüsusən işlənmə tezliklərini ayrı-ayrı boylarda, boylar üzrə və bütov dastanda hesablamışıq.

Müqəddimə və boylar üzrə tərtib olunmuş statistik cədvələ nəzər saldıqda fars sözlərinin eyni kəmiyyətdə işlənməmələri aydın görünür. 194 fars sözü dastanda həm Drezden və həm də Vatikan nüsxələri nəzərə alınmaqla1475 dəfə işlənmişdir. Yəni bunların 982–sinə Drezden nüsxəsində, 493-nə isə Vatikan nüsxəsində rast gəlinir. O cümlədən dastanın «Müqəddimə» hissəsində 24 fars sözü 52 dəfə, I boyda 32 fars sözü 245 dəfə, II boyda 95 fars sözü 272 dəfə, III boyda 78 sözü 245 dəfə, IV boyda58 fars sözü 138 dəfə, V boyda 48 fars sözü 144 dəfə, VI boyda 58 fars sözü 127 dəfə, VII boyda 32 fars sözü 46 dəfə, VIII boyda 32 fars sözü 4675 dəfə, IX boyda 39 fars sözü 70 dəfə, X boyda 28 fars sözü 41 dəfə, XI boyda 35 fars sözü 71 dəfə, XII boyda 30 fars sözü 56 dəfə işlənmişdir.

Alınmış fars sözlərinin boylar üzrə müxtəlif tezliyə malik olmaları təbiidir, «çünki əsərin dili və hadisələri təsdiq edir ki, boylar müxtəlif dövrlərdə yaranıb, həm də bu yaranma müddətləri arasında əsrlərdən ibarət məsafə var»(Hacıyev T.İ., Azərbaycan ədəbi dili tarixi, B.,1976, səh59).

Dillərin bir-birinə təsirindən bəhs edərkən, onların fonetik və morfoloji qanunlarını da aydınlaşdırmaq lazımdır. Müxtəlif dillərdən bir-birinə keçmiş sözlər asan tələffüz nöqteyi-nəzərindən alan dilin fonetik qanunlarına uyğunlaşdırılaraq müəyyən qədər fonetik dəyişikliklərə uğrayır və bəzən əslindəki fonetik xüsusiyyətləri saxlayır. Dastanda işlənən fars mənşəli sözləri tələffüz baxımından 3 kateqoriyaya bölmək olar.

1. Azərbaycan dilində oxunuş və tələffüzünə görə fərqlənməyən fars sözləri: bəxş, dəm, dərd, əgər, zəxm, zəhm, leş, ləşkər, məgər, məst, nər, peyğəmbər, pəncyek, sərvər, sərxoş, sərhəng, səxt, xoş, çəmən, cəng, şəkər, xəncər və s.

Misallardan göründüyü kimi fars mənşəli sözlərin bu qrupu eyni ilə Azərbaycan dilinə keçmiş, olduğu kimi tələffüz olunaraq həm danışıq dilində və həm də ədəbi dildə sırf Azərbaycan sözlərindən fərqlənmir. Hətta bu sözlərin alınma olduğunu müəyyən etmək belə çətin olur. Yəni bu qisim sözlər farscadakı öz fonetik tərkibini tam olduğu kimi saxlayaraq dastanın dilində işlənmişdir.

2. Digər qisim sözlər yazılış-fonetik cildinə görə eyni ilə dilimizə keçsə də, saitlərin uzunluğu fars dilində olduğu kimi tələffüz edilmir. Dastanda işlənən və demək olar ki, eyni cür oxunan bu sözlərin Azərbaycan dilindəki tələffüzü fars dilindən fərqlənir. Yəni həmin sözlərdə bəzi saitlərin vurğudan asılı olmayaraq uzun tələffüz olmasına nəzər saldıqda bu fərq daha aydın görünür. «Fars dilində saitlərin tələffüz məxrəci və keyfiyyət çalarından əlavə onların xarakteristikası üçün, həmçinin kəmiyyət əlaməti, yəni uzunluq böyük əhəmiyyətə malikdir. Saitlər iki qrupa bölünür: uzun (və ya davamlı) – i, u, a və qısa ( və ya qeyri davamlı) ə, o, e. Onların kəmiyyət fərqi aydın surətdə yalnız bir vəziyyətdə olduqca qısalır, uzun saitlər uzunluqlarını, demək olar ki, saxlayırlar. Bu mənada Azərbaycan dilinin saitləri yalnız keyfiyyət çalarlarına, tələffüz məxrəclərinə görə bir-birindən fərqlənirlər. Fars dilində mövcud olan kəmiyyətcə uzun a, i, u saitləri Azərbaycan dilinin öz fonetik tərkibində yoxdur.» (Axundov A., Azərbaycan dilinin fonetikası, B., 1984, səh 75).

Saitlərin uzunluğu baxımından hər iki dildə bəzi sözlərin tələffüz fərqinə nəzər salaq:


farsca tələffüz azərbaycanca tələffüz

a:bdəst abdəst

ba:da:m badam

dərvi:ş dərviş

di:va:n divan

di:va:r divar

zəbu:n zəbun

zənci:r zəncir

kəna:r kənar

pərva:z pərvaz

rəva:n rəvan

fərya:d fəryad

şi:ri:n şirin və s.


Azərbaycan dilində, göründüyü kimi, farscadakı uzunluq nəzərə çarpmır. Azərbaycan sözlərinə aid fonetik qaydaların təsiri altında fars dilindəki xüsusiyyətləri itirmiş və azərbaycancalaşaraq adicə tələffüz olunur.

3. Dastanda işlənən fars sözlərinin üçüncü qismi öz fonetik simasını dəyişərək azərbaycan dilinin daxili inkişaf qanunları əsasında onun fonetik qaydalarına tabe olan sözlərdir. Azərbaycan dilində işlənən doqquz saitdən üçünün (ı, ü, ö) fars dilində olmaması, qeyd edildiyi kimi, fars dilindəki altı saitdən üçünün (a, i, u) Azərbaycan dilindən fərqli olaraq uzun tələffüz olunması və s. daha bir çox fərqlər nəzərə alınarsa, müxtəlif dil ailələrinə mənsub bu iki dilin bir-birindən fərqlənən sözlər deyil, eyni zamanda Azərbaycan dilinin fonetik qanunlarına (ahəng qanunu, assimilyasiya, dissimilyasiya, eliziya və s.) məruz qalaraq, saitləri və hətta samitləri də əvəzlənmiş sözlərdir.


Farsca tələffüz Azərbaycanca tələffüz

a:sema:n asiman

ba:zərqa:n bazirqan

ba:rqa:h bargah

beheşt behişt

bu:sta:n bostan

botxa:ne bütxana

dərqa:h dərgah

dəstma:l təsmal

doşmən düşmən

zenda:n zindan

zi:r – o zəbər zir- ü zəbər

ka:rva:n karvan

kohne köhnə

kola:h külah

qoma:n güman və s.


Fars dilində kaf hərfi a, o, u saitlərinin əhatəsində işləndikdə Azərbaycan türkcəsindəki kadr, kart sözlərindəki qalın k səsini xatırladan səs kimi tələffüz olunur. Həmin sözlər Azərbaycan türkcəsinə keçdikdə isə kitab, kənd sözlərində işlənən k səsinə çevrilir:


Farsca tələffüz Azərbaycanca tələffüz


ka:ğəz ağız

ka:r kar

ka:rva:n karvan

kohne köhnə

kola:h külah

ku:r kor

şeka:r şikar və s.


Fars dilində gaf hərfi qalın saitlərin (a, o, u) əhatəsində gəldikdə Azərbaycan türkcəsində qaşıq, qar sözlərində işlənən q səsi kimi tələffüz olunur. Həmin sözlər Azərbaycan türkcəsinə keçdikdə isə g səsinə çevrilir:


Farsca tələffüz Azərbaycanca tələffüz

ba:zərqa:n bazirgan

ba:rqa:h bargah

dərqa:h dərgah

qa:h gah

qu:r gor

qoma:n güman

qona:h günah

qonbəd günbəd

na:qa:h nagah

neqa:r nigar

çənqa:l çəngəl və s.


Ərəb qrafikası əsasında yazıya köçürülmüş «Dədə Qorqud Kitabı»nda işlənən fars mənşəli sözlərin azərbaycancalaşması məsələsi hələ tam həll olunmamışdı. Belə ki, bu sözlərin bəzisi yazılış nöqteyi nəzərindən əsasən əslində olduğu kimi yazılmışdır. Deməli, eyni ilə də tələffüz olunmuşdur. Məsələn, baxt, taxt, canavar və s. sözlər qısa ə saitini ifadə edən və fəthə adlanan hərəkə ilə işarələnərək bəxt, təxt, canəvər və s. kimi oxunması hökmü verilmişdir (eyni sözlərə hərəkəsiz də rast gəlmək olur).

Lakin təshihçi fars sözlərinin fonetik yazılma qanunlarına tam riayət edə bilməmişdir. Dastanda işlənən fars sözlərindəki azərbaycancalaşma yazıda da müəyyən dərəcədə öz əksini tapmışdır. Məsələn, bustan sözu dastanın dilində də Azərbaycan dilində tələffüz olunduğu kimi bostan şəklində, yəni «vav»sız yazılmışdır. Həmpa, hiç sözlərinin dastanda Azərbaycan dilində tələffüz olunan yazı formasında, yəni hampa, heç kimi verilmişdir. Bu da tələffüzün yazıya hələ qədimdən təsiri ilə əlaqədardır.

Elə sözlər də vardır ki, onlara hər iki yazı formasında rast gəlirik. Yəni həm əslində olduğu kimi qorz, qonah, doşmən, həm də azərbaycanlı tələfüzünə uyğun gürz, günah, düşmən kimi yazı formaları mövcuddur. Görünür, təshihçi bu sözləri Azərbaycan dilinə uyğunlaşdırmağa qətiyyətlə yanaşmamış, tərəddüd etmişdir. Yaxud da dastanın qələmə alındığı dövrdə bu sözlər Azərbaycan dilinin fonetik qanunlarına tabe olmasına baxmayaraq hələ hər iki formada işlənmişdir. Yəni dastanın şifahi deylişində bu olmuşdur ki, yazıya da hərfən köçürülmüşdür. Bunu ərəb qrafikalı yazılış – orfoqrafik konservatizm şərtələndirir. Qeyd etmək lazımdır ki, bu kimi konservatizm ərəb mənşəli sözlərdə də özünü göstərir. Məsələn, eyb, moxənnət və s. ərəb mənşəli sözlərin dastanda ayıb (D,8), müxənnət (D,33) və s. kimi fonetik cəhətdən azərbaycancalaşmış formalarına rast gəlirik.

Öz fonetik tərkibini dəyişərək Azərbaycan dilinin tələffüz özəlliklərinə uyğunlaşdırılan fars sözlərinin alınma olduğunu bəzən müəyyən etmək çətin olur.

Bu sözlərin bir qismi arxaikləşərək dilin lüğət tərkibindən çıxmış, bəziləri isə Azərbaycan türkcəsində vətəndaşlıq hüququ qazanaraq bu gün də işlənməkdədir.


Rəcəbova Ramizə


DİL SİYASƏTİ VƏ DİL QURUCULUĞU


Bəşəriyyət tarixində dillərin fəaliyyət göstərməsi, inkişafı və qarşılıqlı əlaqələrinə cəmiyyətin şüurlu təsiri problemi müasir dövrdəki kimi aktual olmamışdır. Müasir dövrdə cəmiyyətin dilə fəal təsiri ən müxtəlif aspektlərdə həyata keçirilir. Cəmiyyətin, insanların dilə təsirinin müxtəlif yolları, üsulları və priyomları mövcuddur. Dilin cəmiyyətin həyatında rolu və əhəmiyyəti barədə çox yazılıbdır. Dil millətin, xalqın varlığı, mənəvi dünyası, mədəniyyəti, tarixidir. Dil ictimai hadisədir. Həyatda, insan cəmiyyətində elə problemlər var ki, onlar heç vaxt aktuallığını itirmir. Xalqın, millətin doğma ana dili, onunla bağlı problemləri bu cəhətdən qeyd olunmalıdır.

İnsan ilə cəmiyyətin görüşdüyü yer olan dil çox mühüm hadisə kimi, heç saman siyasətdən, onun müdaxilələrindən kənarda qala bilməz. Dil siyasəti və dil quruculuğu da bu problemlərdən biridir. Dil siyasəti siyasətin müxtəlif şəkillərindən biridir. Dil siyasəti dövlətin, ictimai qrupların, siniflərin, partiyaların, hətta ayrı-ayrı şəxslərin ümumi siyasətinin bir hissəsidir.

“Dil siyasəti milli siyasətin bir hissəsidir və onun çoxmillətli və birmillətli dövlətdə həyata keçirilməsinin öz xüsusiyyətləri vardır. Dil siyasəti cəmiyyətin dilə şüurlu təsiri ilə bağlı kateqoriyalara aiddir. O bu və ya digər sosial və ideoloji prinsiplərə əsaslanır” (4, 255).

Dil siyasətinin ümdə vəzifələri, adətən, dilin funksional cəhəti, cəmiyyətdə fəaliyyət göstərməsi, onun yerinə yetirdiyi sosial-kommunikativ funksiyalar və onun tətbiqi dairəsi ilə əlaqədardır. Lakin bunlara bənzər vəzifələri həll etmək, dilin strukturuna müəyyən təsir göstərmədən, çətin ki mümkün olsun. Dilçilik ədəbiyyatında bir struktur vahid kimi bu cinsdən olan şüurlu və məqsədyönlü təsir haqqında kifayət qədər yazıya rast gəlmək olar.

Tədqiqatçılar belə şüurlu və məqsədyönlü təsirə ümumtəhsil normalarının (tələffüz, orfoqrafik, leksik, qrammatik) müəyyənləşdirilməsini, söz işlətmənin reqlamentləşdirilməsi üzrə işlərin, terminologiyanın yaradılması və təkmilləşdiril­məsini, ümumməcburi dil normalarının tətbiqini və yayılmasını aid edirlər.

Dil siyasəti – əslində kifayət qədər mürəkkəb struktura malik hadisədir; hər şeydən əvvəl ona görə ki, burada dilin təbii imkanları, tarixi situasiya və subyektiv maraqlar, yaxud iddialar qarşılaşır, yəni, bu və ya digər dil siyasəti konkret bir dilin mövqeyindən, mövcud beynəlxalq, sosial – siyasi şərait nəzərə alınmaqla aparılır.

Dil siyasəti : a) aktiv və passiv, b) humanist və mürtəce, c) qlobal, regional və milli ola bilər.

Bizim fikrimizcə, aktiv dil siyasəti mövcud tarixi şəraitdə şəxsiyyətin iradəsi ilə həyata keçirilir. Passiv dil siyasəti isə bir növ dillərin təbii inkişafının diktəsinə əsaslanır.

Humanist dil siyasəti, prinsip etibarilə, dillərin təbii inkişafının məntiqinə əsaslanmaqla aparıldığı halda, mürtəce dil siyasəti bu məntiqin ziddinə, yaxud onun detallarını nəzərə almadan yürüdülür və bir qayda olaraq, konyuktur səciyyə daşıyır.

Qlobal dil siyasəti, ümumən dünyada gedən dil proseslərini nəzərə almaqla aparıldığı halda, regional dil siyasəti dillərin qarşılıqlı əlaqəsində bu və digər regionu əhatə edir. Milli dil siyasəti isə bir ölkə, yaxud dövlət daxilində aparılır.

Dil quruculuğu terminini hər hansı dil siyasəti üçün işlətmək olmaz. Bu terminin ifadəsi dillərin ictimai funksiyasının genişləndirilməsi, onların terminoloji sistemlərinin mükəmməlləşdirilməsi və tamamlanması, ədəbi dillərin yaradılması və kodlaşdırılmasıdır.

Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu dövlətçiliklə bilavasitə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur.

Yazılanlardan məlum olur ki, Azərbaycan dili bugünkü səviyyəyə çatanadək dil sahəsində müəyyən maneələrlə rastlaşmışdır. Lakin hər bir ictimai-siyasi quruluş öz izlərini dildə əks etdirmiş, müəyyən dərəcədə dilin inkişafına zəmin yaratmışdır: “Azərbaycan ədəbi dili ümumxalq Azərbaycan dilinin yüksək formasıdır və bu dil birdən-birə təşəkkül tapmamışdır. O, əsrlərin məhsuludur və əsrlər boyu azərbaycanlılara fikir mübadiləsində ləyaqətlə xidmət edən kamil bir ünsiyyət vasitəsidir. Azərbaycan ədəbi dili müstəqil dil olsa da, dünya dilləri sistemində türk dillərinə mənsub dillərdən biridir və onun da inkişafı, əsasən, dünya dillərinin ümumi inkişaf qanunauyğunluqlarına müvafiq olmuşdur. Zaman keçdikdə bu ədəbi dil xidmət etdiyi xalqın ehtiyac və tələblərinə görə dəyişmiş, təkmilləşmə, səlisləşmə yolu ilə inkişaf etmişdir” (3, 3).

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra milli-mədəni sərvətlərimizə yeni bir baxış prosesi başlanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda gedən milliləşmə prosesinə, 90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına bilavasitə rəhbərlik etməklə yanaşı, dil məsələsinə də xüsusi diqqət yetirmiş, yalnız Azərbaycan deyil, ümumən dünya tarixinə böyük dil siyasətçilə­rindən biri kimi daxil olmuşdur. A.Axundovun fikrincə, mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi görkəmli dövlət başçısı Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır (5,5).

Böyük insan, dahi siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyev xalqın təkidi və tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyimizin qorunub saxlanmasına, ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, sabitləşməsinə nail oldu. Onun hərtərəfli yaradıcı fəaliyyətində ana dili, dil və dövlət, dil və mədəniyyət, dil quruculuğu kimi önəmli məsələlər – dövlət səviyyəsində inkişaf etdi.

Azərbaycana hələ sovet dönəmində rəhbərlik etdiyi vaxtdan Heydər Əliyev öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli dil siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirmiş, Azərbaycan dilinin dövlət dili olması uğrunda ardıcıl mübarizə aparmışdır.

1969-cu ildə BDU-nun 50 illiyinə həsr olunmuş təntənəli yubiley yığıncağında respublikada rəhbərliyə cəmisi dörd ay əvvəl gələn Heydər Əliyev ana dilində parlaq nitq söylədi. Bu hadisə o dövr üçün böyük əks-səda yaratdı. Ana dilinin – respublikanın dövlət dilinin təbliği işinə məhz Universitetdən, elmi-pedaqoji mühitdən başlaması təbii olduğu qədər strateji, gələcəyə hesablanmış bir təşəbbüs idi. Eyni zamanda məhz həmin illərdə müxtəlif bölgələri gəzib yerli əhali ilə görüşən, xalqla öz ana dilində - anlaşıqlı bir üslubda danışan və nəticə etibarilə dövlətlə xalq arasında ünsiyyət yaradan Heydər Əliyev milli dil siyasətinin ilk addımlarını atırdı.

“Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi sağlamlığına xüsusi diqqət yetirən respublika rəhbəri üçün dil məsələsi həmişə əhəmiyyətli bir məsələ olmuşdur, belə ki, o, Azərbaycan yazıçıları ilə görüşlərində dil məsələsinə geniş mənəvi-əxlaqi prob­lemlər kontekstində yanaşır, maarif-məktəb, elmi-pedaqoji sahələrdə ana dilinin inkişafı üçün çalışır, ali məktəblərdə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə tələbə qəbulunun həcmi artırılır, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi sayılırdı” (5, 22-28).

1974-cü ildə “Müasir Azərbaycan dili” dərsliyinin müəllifləri – Ə.Dəmir­çi­za­də, S.Səfərov, M.Hüseynzadə, Ə.Abdullayev, Y.Seyidov və A.Həsə­nova dövlət mükafatı verilməsi Azərbaycan dilinə, Azərbaycan dilçiliyinə, azərbaycandilli təh­silə böyük qiymət idi.

Milli mənlik şüurunun əsaslandığı ən mühüm amil olan dil xalqın özünü özünə tanıtmaq üçün əsas vasitədir. Dil quruculuğu sahəsində əldə olunan nailiyyətlər heç də asan olmamışdır. Möhtərəm prezidentin başçılığı və mütəxəssislərin iştirakı ilə keçirilən geniş müzakirələr dilimizin problemləri üçün məhsuldar olmuşdur. Dilin inkişafı və tərəqqisi üçün tarixi qərarlar qəbul olundu. “Dövlət dilinin tətbiqi işinin təkmilləşməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” (4 iyul 2001-ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi” (9 avqust 2001-ci il), “Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu” (30 sentyabr 2002-ci il) və “Azərbaycan Respublikasında “Dövlət dili haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi haqqında (2 yanvar 2003-cü il) Azərbaycan Respublikası Prezidentinin qanunları verildi.

“Çoxəsrlik tariximizdə ana dilimiz Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Azərbaycan dili sözün əsl mənasında dövlət dili olmaq haqqını Azərbaycan müstəqilliyini aldıqdan sonra əldə etmişdir” (2, 339).

Azərbaycan dili ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizi işıqlı gələcəyə aparmağa qadir olan prezident İlham Əliyevin siyasi və diplomatik fəaliyyəti nəticəsində dünyaya çıxmağa müvəffəq olmuşdur. Bu gün dünyada Azərbaycana maraq artdığı üçün Azərbaycan dilinə də maraq getdikdə artmaq­da­dır. Təsadüfi deyildir ki, bu gün xarici ölkələrdə Azərbaycan dilini öyrənməyə səy göstərənlər qat-qat çoxalmışdır.