AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Qərbi azərbaycan ədəbi mühitinin folklor örtüyündə şifahi söz sənəti və aşiq yaradiciliği
Azərbaycanda narkotiklərlə mübarizənin
Kino, televiziya və radio sahəsində azərbaycan və şərqi avropa ölkələri arasinda mədəni əlaqələr
Подобный материал:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

ƏDƏBİYYAT
  1. Баскаков Н.А. Историко-типологическая морфология тюркских языков. М., Наука, 1979, 270 c.
  2. Баскаков Н.А. Историко-типологическая фонология тюркских языков. M., Наука ,1989, 208 c.
  3. Юлдашев А.А. Система словoобразования и спряжение глагола в башкирском языке. М., Издатель. Академии Наук СССР ,1958,195 c.
  4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası,I,Bakı, Nurlan, 2007, 280 s.
  5. Кайдаров А.Т. Структура односложных корней и основ в казахском языке. Алма-Ата, Наука ,1986, 328 c.
  6. Kazımov Q. Azərbaycan dilinin tarixi.Bakı,Təhsil,2003,583 s.
  7. Кормушин И.В. Лексико-семантическое развитие корня га в алтайских языках// Этимология, M., 1979, с.12-14.
  8. Rüstəmov R. Azərbaycan dili dialekt və şivələrində fel. B., Azərb.EA Nəşriyyatı, 1965, 320 s.
  9. Марр Н. Яфетическая теория. М., Научная Ассоциация Востоко ведения,1924, 37 с.



Məhərrəmov Ziyəddin

QƏRBİ AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNİN FOLKLOR ÖRTÜYÜNDƏ ŞİFAHİ SÖZ SƏNƏTİ VƏ AŞIQ YARADICILIĞI


İnsanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiyyət kəsb edən vasitələrdən biri də bədii ədəbiyyatdır. Görkəmli söz sərraflarının təbirincə desək, ədəbiyyat insanları elmi cəhətdən nadanlıqdan, bədii cəhətdən kobudluq və bayağılıqdan xilas edir. Bədii ədəbiyyat geniş miqyaslı hadisədir, onu yalnız pedaqoji proseslə məhdudlaşdırmaq dqzgün olmaz. Onun tərbiyəvi rolunu bədii-estetik zövqün formalaşması ilə deyil, insanı ömrü boyu müşayət edən bədii oxu vasitəsi ilə yanaçı, teatr, kino , televiziya vasitəsi ilə ona mənəvi-estetik mühit yaradan əvəzsiz dünyagörüş formalaşdırır. Bədii ədəbiyyatı millətdəki əhvali-ruhiyyənin inikası adlandıranlar yanılmırlar.

Azərbaycanın, mədəniyyəti, ədəbiyyatı və incəsənəti barədə qədim dövrlərdən bəri mövcud olan müxtəlif elmi mənbələrdən azərbaycanşünaslığa dair məlumatlara malik olsaq da , bir elm kimi azərbaycanşünaslıq əsasən XIX əsrin sonlarında formalaşmağa başlamışdır. Azərbaycanşünaslığın meydana gəlməsi elmi təfəkkürün inkişafı ilə daha çox bağlıdır. Azərbaycanşünaslığın aparıcı problemi hesab edilən Azərbaycan xalqının mənşəyi , dili , onun yazılı və şifahi ədəbiyyatı, folkloru, mədəniyyəti, Azərbaycanda yaşayan müxtəlif mənşəli etnosların öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlaması barədə kifayət qədər söhbət edildi. Azərbaycanşünaslıq Azərbaycan adlanan məkanın bütün ərazilərində yaşayan qeyri-türk etnoslarının əhatəsində formalaşmışdır. Bu ərazilərdə mühafizə olunan antropoloıi , etnoqrafik , etnososioloji göstəricilər xüsusi əhəmiyyətə malikdir. Bu məkanda yaşayan qeyri-türk mənşəli etnoslar, xalqlar Azərbaycan türkcəsi əsasında deyil, Azərbaycan türkcəsinin tarixi birləşdiricilik missiyasında ünsiyyətə girib Azərbaycan xalqını , Azərbaycan cəmiyyətini təşkil edirlər. Etnik cəhətdən tərkibcə mürəkkəb və kifayət qədər zəngin tarixə malik olsa da, Azərbaycan xalqı istənilən qədər bütövdür və mütəşəkkildir. Azərbaycan xalqının tarixini dərindən öyrəndikdə türkologiyanın azərbaycanşünaslığın metodoloji qida mənbəyi olduğunu bir daha yəqin edirik.

Azərbaycanşünaslıq elmi-nəzəri cəhətdən geniş yayılmışdır. Azərbaycanşünaslıq dünyanın müxtəlif ölkələrində vaxtilə böyük ərazidə tarixi Azərbaycanda məskunlaşmış azərbaycanlıların dünyagörüşünə çevrilməkdə olan azərbaycançılıq ideologiyasının elmi-metodoloji əsasını təşkil edir. Azərbaycan xalqının mənşəyinin formalaşması barədə müxtəlif konsepsiyaların mövcudluğunu göstərirlər. Azərbaycan xalqının iki mərhələdə formalaşdığını – I mərhələni eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərinə qədərki böyük bir dövrü, ikinci mərhələni isə ondan sonrakı yüzillikləri əhatə edir[9:10]. Azərbaycan xalqı birinci mərhələdə əsasən irandilli etnoslsrın təmərküzləşməsi nəticəsində formalaşmışdır. İkinci mərhələdə isə xalqın türkləşməsi daha geniş mənada özünü göstərmişdir. Bu proses klassik ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə və onun yaranmaqda olan statik, həm də dinamik sənət növlərində formalaşmaqla müşahidə olunmuşdur.

Klassik mədəniyyət daha çox regional “Ümummüsalman – türk məsələsinin, folklor mədəniyyəti isə ümumtürk etnik konteksində formalaşmışdır. Yeni dövrün başlanğıcına doğru folklor mədəniyyəti milli intibahının təsiri ilə klassik mədəniyyətin formalaşmağa başlayan əsas xüsusiyyətlərini özündə ehtiva etmişdir.

Folklorun mənası xalq birliyi , xalq hikməti deməkdir. Bu terminin XIX əsrin əvvəllərindən bir termin kimi işlədilməsi məqbul sayılmışdır. Folklor başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqının həyatında özünə məxsusluğu və spesifik xüsusiyyətləri ilə diqqəti cəlb edən bədii yaradıcılıqdır. Onun epik, lirik və dramatik növləri vardır. Əfsanə, nağıl, rəvayət, lətifələr, atalar sözləri, zərbi-məsəl, dastan və sair epik növə, qədim əmək və mövsüm-mərasim nəğmələri, laylalar, bayatılar, aşıq şeirləri lirik növə, xalq dramları və meydan tamaşaları isə dramatik növə aid edilir. Şifahi xalq ədəbiyyatı nümunələrinin özünəməxsus qanunları vardır.

Milli mədəniyyətimizin təşəkkülü prosesinə İslam dünyagörüşü poetik təfəkkürün əsas mənbələrindən biri olmaqla, möhtəşəm aşıq sənətinin təşəkkülünə münbit zəmin yaratmışdır.

Məsələyə bu baxımdan yanaşıldıqda aşıq sənətinin milli Azərbaycan mədəniyyətinin əsasını təşkil etdiyini söyləmək zərurətindən; Ədəbi-bədii təfəkkürümüzdə gedən milliləşmənin ədəbiyyatda, mifologiyamızda canlanaraq ədəbi prosesimizin inkişafına güclü təkan verdiyini aşıq yaradıcılığından, dastanlardan əməli nümunələr gətirməklə mövzu barədə qənaətləndirici məlumatlar vermək olar.

Ümumən Türk dünyasında, o cümlədən İrəvan xanlığının əhatə etdiyi ərazilərin folklor örtüyündə şifahi söz sənəti və aşıq yaradıcılığının bütövlükdə ədəbi mühitin formalaşmasında müstəsnalıq təşkil etmişdir. İndiki nəsillərə gəlib çatan şifahi xalq ədəbiyyatı nümunələri ictimai-siyasi, mədəni və ədəbi mühitin tarixi özünəməxsusluğu barədə zəngin təsəvvür yaradır. Azərbaycan Milli Elmilər Akademiyası Folklor İnstitutunun son illər ərzində ayrı-ayrı bölgələr, xüsusən də İrəvan xanlığı ərazisi üzrə taplanılıb nəşr edilən folklor antologiyaları oxucu marağı ilə qarşılanmışdır.

Azərbaycanın, xüsusən də keçmiş İrəvan xanlığınına daxil olan ərazilərinin xalqımızın minillərin o üzündən yol alıb gələn ən qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün daşlaşdığı mifik mətnlərdə, bu mətnlərin bədiiləşdirilmiş formaları olan rəvayət, əfsanə, nağıl, dastan, atalar sözü, tapmacalar və digər şifahi xalq ədəbiyyatı nümunələrində yer almış, günümüzə qədər gəlib çıxmışdır. İrəvan xanlığının Göyçə, Zəngibasar, Sərdarabad, Sürməli mahallarını əhatə edən, Azərbaycan, Türkiyə, İran və Ermənistanın bu günkü dövlət sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru da bu mənada şifahi xalq yaradıcılığının qaynar məskənlərindəndir.

Tarixi-coğrafi mövqeyinə görə Dərələyəz, Zəngəzur, Gərnibasar və İrəvan mahalları ilə çevrələnən bu ulu diyar yüzillər boyu öz adlı-sanlı və qüdrətli saz-söz istedadına malik adamları ilə şöhrətlənmişdir.Göyçə mahalının çox-çox qədim zamanlardan qaynar folklor həyatı üstünə köklənmiş regiondur.

Şair-publisist, saz-söz sərrafı, mlli musiqi alətlərimizın tayı-bərabəri olmayan ustası, sazbənd və tarbənd Pənah (Göyçə)Qurbanovun “Xalq qəzeti”nin 2008-ci ilin sentyabr-oktyabr saylarında bəşər sivlizasiyasını şərtləndirən məsələlərin bir sıra elmi aspektlərini qələmə almış, bütün dövrlərdə bəşər həyatında , onun intelektinin inkişafında incəsənətin biri-biri ilə sıx bağlı olan iki növünün, musiqi və poeziyanın rolunun böyük mənəvi qüvvəyə malik olduğunu elmi cəhətdən səciyyələndirmidir. Təxminən “ 2700 il bundan əvvəl yaşamış tarixdə məşhur əsərlər, dastanlar müəllifi Homerin zamanında Yunanıstanda mövcud olan musiqi alətində çalması, özünün qoşduğu sözləri öz çaldığı musiqi alətinin tələb etdiyi ardıcıllıqla müşayiət etməsini xüsusilə qeyd edir. Haqlı olaraq göstərir ki, sözlərin ardıcıllıqla düzülüşü, musiqi ilə həmahəng düzülüşü şeir adlandırılırdı. Sonralar yunan poeziyasının təsiri altında, bəlkə də müstəqil olaraq dünyanın bütün xalqları sözlərin musiqili düzülüşündən istifadə edərək, şeir yazdılar və belə şeir növünü vəzn sərbəst şeir adlandırıldı.

Bir qədər sonra dünyanın Ərəbistan adlanan başqa bir bölgəsində muğam musiqisi geniş yayıldı. Bu musiqi də yunanlarda olduğu kimi sözlərin özünə uyğun düzülüşünü tələb etdiyi üçün həmin musiqiyə uyğun gələn təzə vəzn - əruz vəzni, təzə şeir forması – qəzəl meydana gəldi... Bir az gec dünyanın Türküstan adlanan böyük bir bölgəsində Dədə Qorqud dünyaya gəldi. Dədə Qorqud o vaxt türk simli aləti qopuzda çalır və həmin musiqinin tələblərinə uyğun düzülüşə malik söz birləşmələr ilə musiqini müşaiyət edirdi. Sözlərin düzülüşünün türk variantı da musiqinin tələbinə görə idi və aydındır ki, yunanlarda olduğu kimi, sərbəst vəzndə idi. Dövrün tələbinə görə sözlərin düzülüşünün türk variantı da musiqinin müşayiət etməsi tarixi bir uzun inkişaf yolu keçərək formalaşmışdır. Sözlərin sərbəst şeir vəznində olmasına gəldikdə düşündürücü sual ortaya çıxır: belə şeir formasının türk dünyasında yaranması Yunanıstan variantının təsiri ilə yaranmışdır, yoxsa müstəqil olaraq bu proses baş vermişdir. Dədə Qorqud dastanı boylarının müəyyən hissələrinin sərbəst şeir formasında olması deyilənləri təsdiq edir.

Poeziya dünyanın bütün xalqlarının həyatına gəlməli və həyatın bütün sahələrində hökm sürən ibtidaidən aliyə, sadədən mürəkkəbə prinsipinə tabe olmalı idi. Islam dininin Şərqdə, həm də türk dünyasında yayılması , islam dini ilə bərabər ərəb mədəniyyətinin də həmin ölkələrə nüfuz etməsinə səbəb oldu. Tezliklə Azərbaycan türkləri həm muğam adlandırılan musiqini, həm də muğamın tələb etdiyi əruz vəzninin qəzəl formasını mənimsədi... həm muğam da , həm də əruz vəznli şeir də bütün Şərqdə aparıcı mövqe qazanıldı. Poeziyadakı birinciliyi N. Gəncəvinin və onun ardıcıllarının sayəsində əldə saxladıq, musiqidə isə o mövqeyi Əbdül Qədir Mərağainin sayəsində əldə etdik.

Qopuz da öz içində olmaqla əsrdən-əsrə inkişaf etmiş, öz möhtəşəm melodiyalarını yaratmışdır. Qopuz çalan musiqiçilər Ozan, yanşaq adlanırdı. Qopuz əsrdən-əsrə təkmilləşərək kamil bir alətə - saza[1: s,4.] , ozanları yeni bir adla aşıq deyə çağırdılar. Son zamanlara qədər hər üç ad , ozan, yanşaq, aşıq adları işlənirdi. Bizim günlərdə ancaq “Aşıq” sözü dəbdədir, o da “aşiq” sözündən yaranmışdır”. [2]Milliliyə qədərki Azərbaycan mədəniyyəti klassik mədəniyyət və folklor mədəniyyəti olmaqla iki istiqamətdə inkişaf etmişdir. Klassik mədəniyyət daha çox regional “Ümummüsalman – türk məsələsinin, folklor mədəniyyəti isə ümumtürk etnik konteksində formalaşmışdır. Aparıcı mövqedə dayanan klassik mədəniyyət Azərbaycan mədəniyyətinin strukturunda İslam kompleksinin çevikliyini çərtləndirməklə, yeni dövrün başlanğıcına doğru folklor mədəniyyəti milli intibahının təsiri ilə klassik mədəniyyətin əsas xüsusiyyətlərini özündə ehtiva etməklə formalaşmağa başlamışdır. Milli mədəniyyətimizin təşəkkülü prosesinə İslam dünyagörüşü poetik təfəkkürün əsas mənbələrindən biri olmaqla möhtəşəm aşıq sənətinin təşəkkülünə münbit zəmin yaratmışdır. Məsələyə bu baxımdan yanaşıldıqda aşıq sənətinin milli Azərbaycan mədəniyyətinin əsasını təşkil etdiyini söyləmək daha doğru olar[3:səh,35]. Ədəbi-bədii təfəkkürümüzdə gedən milliləşmə ədəbiyyatda, mifologiyamızda canlanaraq ədəbi prosesimizin inkişafına güclü təkan verdiyini aşıq yaradıcılığından, dastanlardan əməli nümunələr gətirməklə fikrimizi tamamlaya bilərik. Bu, İrəvan xanlığı əraziləri üçün də səciyyəvidir.

Ümumən Türk dünyasında, o cümlədən İrəvan xanlığının əhatə etdiyi ərazilərin folklor örtüyündə şifahi söz sənəti və aşıq yaradıcılığı bütövlükdə ədəbi mühitin formalaşmasından müstəsnalıq təşkil edir. Azərbaycan Milli Elmilər Akademiyası Folklor İnstitutunun son illər ərzində ayrı-ayrı bölgələr,xüsusən də İrəvan xanlığı üzrə taplayıb Azərbaycan folkloru antologiyası şəklində nəşr etdirdiyi kitablar maraq doğurur[4:səh,3]. Bu, şifahi xalq yaradıcılığı və onun janrları barədə ətraflı söhbət açmağa imkan yaradır.

Azərbaycanın, xüsusən də keçmiş İrəvan xanlığınına daxil olan ərazilərinin xalqımızın minillərin o üzündən yol alıb gələn ən qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün daşlaşdığı mifik mətnlərdə, bu mətnlərin bədiiləşdirilmiş formaları olan rəvayət, əfsanə, nağıl, dastan, atalar sözü, tapmacalar və digər şifahi xalq ədəbiyyatı nümunələrində yer almış, günümüzə qədər gəlib çıxmışdır. Azərbaycan, Türkiyə, İran və Ermənistanın bu günkü dövlət sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru [5:səh, 5] da bu mənada diqqət mərkəzindədir.

Azərbaycan xalqının əsrlərdən bəri bu günkü nəsilə gəlib çatan bədii sənət inciləri içərisində şifahi xalq ədəbiyyatı əvəzsiz bir xəzinə kimi diqqət mərkəzində olmuş və tarix boyu da diqqət mərkəzində olacaqdır.Qədim oğuz ellərindən olan İrəvan xanlığı ərazisində xalqımızın müxtəlif dövrlərdə yaratdığı nağıllar, əfsanələr, dastanlar, bayatılar, tapmacalar, laylalar, lətifələr, aşıq şerləri və s. məclislərin, ağır el yığnaqlarının bəzəyinə çevrilmişdir. Bütün bu yaradıcılıq nümunələri zehinlərə iz sala-sala, yaddaşlara yazıla-yazıla yeni-yeni sənət nümunələrinin yaranmasına, istedadlı sənətkarların üzə çıxmasına öz təsirini göstərmişdir. İrəvan xanlığı və onunla həmsərhəd mahallarda dünyaya göz açan hər bir sakini şad günündə də, qəmli vaxtlarında da saza bağlanmış, sevinc və kədərini aləmə sazla car etmişdir.

Əsasən dağlıq ərazidə yerləşən Göyçə mahalı öz ətrafında yüzdən çox kəndi cəmləşdirmişdir.Tarixi-coğrafi mövqeyinə görə Dərələyəz, Zəngəzur, Gəncəbasar və İrəvan mahalları ilə çevrələnən bu ulu diyar yüzillər boyu öz adlı-sanlı və bir də qüdrətli saz-söz istedadına malik adamları ilə şöhrətlənmişdir. Göyçə mahalı çox-çox qədim zamanlardan qaynar folklor həyatı üstünə köklənmiş regionlardan biri kimi şifahi Azərbaycan ədəbiyyatının qaynar ocaqlarından olmuşdur. Bu da səbəbsiz deyildir.

Göyçə mahalının təbii gözəllikləri, buz bulaqları, ayna suları, dərin dərələri, sərt qayaları, elatın yayladığı yaylaqları, mərd və cəsur insanları xalq yaradıcılığının inkişafı üçün münbit zəmin olmuşdur. Çünki saz-söz mühiti təkcə istedadlı sənət adamlarının yaradıcılığı ilə yox, həm də “tarixi-coğrafi ərazinin, iqlim şəraitinin, güzəran biçiminin və yaşam tərzinin bir toplu, bir bütöv halında” [6: səh,176] qovuşuğa girib vəhdət yaratması ilə meydana gəlir. Bu mənada Göyçə mahalının təbii-coğrafi [7: səh,1,36,65,82] relyefdən tutmuş etnoqrafik həyat tərzinəcən bütün atributları istər zəngin folklor arealının, istərsə də koloritli saz-söz mühitinin təşəkkül tapmasına güclü təkan verə bilmişdir. Orta əsrlərdən etibarən Göyçədə gündən-günə güclənən sənət ahənginin özülü el həyatının xarakteri, həmin çevrənin axar-baxarlı, bar-bəhrəli zəngin iqlim şəraiti ilə birbaşa bağlı olmuşdur.Təbiətin iqlim gözəlliyi el-ulusun mənəvi dünyasındakı zənginlik və gözəlliklə biri-birini tamamlamışdır. Dədə Qorqud boylarında adı çəkilən Göyçənin sözü-söhbəti də yüzillər boyunca oğuz ruhuna bağlı qalmışdır.Bu mahalın elat danışığı öz kaloriti, canlı və obrazlı dinamizmi ilə əsl folklor dili kimi araşdırıcıların diqqətini cəlb etmişdir.Göyçə sinədəftər ağsaqqal-ağbirçəklərin, zəngin repertuara malik söyləyici-informatorların sıx şəkildə məskun olduğu folklor bölgələrindən biri olmuşdur. Burada saza-sözə hədsiz bağlılıq və qeyri-adi həssaslıq mövcud olduğundan hər əlinə saz götürən Göyçədə özünü sənətkar elan etməyə cəsarət etməmişdir.Saz çalmağı, söz oxumağı bu eldə uşaqdan-böyüyə hamı bacarmışdır.Saza-sözə toydan-toya, məclisdən-məclisə deyil, demək olar ki, hər gün müraciət olunmuş, üz tutulmuşdur.Saz-söz, poeziya göyçəlinin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.O, çöldə-bayırda iş görəndə, əkin-biçinlə, bağ-bağatla, qoyun-quzu bəsləməklə məşğul olanda da, nəfəs dərib dost-tanışla, yar-yoldaşla əhvallaşanda da, evdə oğul-uşağa öyüd-örnək verəndə də dilində-könlündə şer gəzdirib dolaşdırmışdır.

Göyçəyə məxsus folklor mühitinin formalaşmasında qissəxan-dərvişlərin, dünyagörmüş qocaların, el sinədəftərlərinin, mollaların, aşıqların söylədikləri qaravəllilər, hədislər, sehrli nağıllar, məhəbbət və qəhrəmanlıq dastanları mühüm rol oynamışdır.

Göyçədə ilk el aşığı kimi tanınan və sənətini başqalarına öyrədən Ağ Aşığın, el şairlərindən Alməmmədin, Məmmədhüseynin, ustad aşıqlardan Aşıq Alının, Aşıq Məhərrəmin, Aşıq Musanın, Molla Tağı oğlu Məhəmmədin, Mərzə Bəylərin, Şair Aydının, Aşıq Əzizin, Şair Məhəmmədin, Usta Abdullanın, Aşıq Ələsgər ocağından çıxan çoxsaylı sənətkarların həyatı, yaradıcılıq və ifaçılıq qüdrəti Göyçə aşıq mühitinin təşəkkül və inkişaf özünəməxsusluğundan soraq verir[8]. Adları qeyd olunan bu ulu sənətkarlar öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatından bəhrələnmiş, xalqın ruhunu, mənəviyyatını, onun müdrikliyini, milli xüsusiyyətlərini yaratdıqları sənət əsərlərində koloritə çevirmiş və poetik məharətlə ifadə etmişlər.

Göyçə aşıq mühiti özünün ən kamil və yetkin çağlarını son yüzilliklərdə keçirmişdir. Lakin həmin sənət zirvəsi heç də birdən-birə fəth olunmamışdır. Əvvəlki yüzilliklərdə gedən yaradıcılıq axtarışları, xalq ruhundan gələn mənəvi-estetik təkanların cilalandırıcı, kamilləşdirici gücü, ecazkar folklor örnəklərinin yaratdığı tükənməz bədii potensiya uzun bir zaman ərzində Aşıq Ələsgər, Aşıq Musa, Aşıq Nəcəf, Məmmədhüseyin, Növrəs İman, Aşıq Talıb ucalığının poetik üslubi təşəkkülünü hazırlamışdır.

Ümumən Azərbaycan aşıqlığının klassik sənət təcrübəsinə dərindən yiyələnən , digər aşıq mühitlərində yetişmiş Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı, Aşıq Valeh və başqa bu sıradan olan ustadların saz-söz irsini incəliyinə qədər mənimsəyən, qədim türk dastançılıq ənənələrini, o cümlədən də Azərbaycan xalq dastançılığının sənətkarlıq keyfiyyətlərini yaradıcı şəkildə əks etdirən Göyçə mühitinin özü də unikal sənət örnəklərini: saz-söz inciləri, dolğun dastanlar, zərif aşıq havaları ortaya qoymuşdur.”Göyçə gözəlləməsi”, “Köhnə Göyçə”, “Göyçəgülü”, “Göyçə Qaragözü”, “Heydəri”, ”Nəcəfi”, “Ağır Şərili”, “Şahsevəni”, “Məmmədsöyünü” kimi melodik zənginliyə malik saz havaları Göyçə aşıq mühitinə məxsus bəstəçiliyin tarixi yadigarlarıdır.

Göyçə aşıq mühitinin sənət mənzərəsi göstərir ki, bu mühit əvvəlki yüzilliklər ərzində hazırlanmış tarixi təcrübəni həm ifaçılıq, həm də yaradıcılıq istiqamətində uğurla davam etdirmişdir.Odur ki, sözü gedən mərhələnin sənət həyatının bağlı olduğu ilkin qaynaqlar maraq doğurur. XIX əsr Göyçə aşıqlığını ərsəyə gətirən tarixi yol İrəvan xanlığına daxil olan digər ərazilərin saz-söz adamlarının sənət həyatı qarşılıqlı bəhrələnməyə şərait yaratmışdır. İrəvan xanlığı ərazilərinin folklor örtüyü, xüsusən aşıq sənəti tarixi baxımdan sufi-dərviş ocaqları ilə sıx şəkildə təşəkkül tapmışdır. Bu mühitin yaranmasında məşhur Miskin Abdal ocağının misilsiz rolu olmuşdur. Bu ocaqdan çıxan dərviş-aşıqlar, başqa bir tərəfdən də kənardan gələn (əsasən Cənubi Azərbaycandan) missioner haqq aşıqları Göyçə aşıqlığını biçimləndirmiş, bu hal ətraf ərazilərə də öz təsirini göstərmişdir.

İrəvan ədəbi mühitinin folklor örtüyü bütün zamanlarda özünün rəngarəngliyiilə seçilmiş, məzmun, forma, ideya cəhətdən təkmilləşmişdir. Yazıya köçürülməmiş nümunələr ağızdan-ağıza , nəsildən-nəsilə keçərək yaşamış, ümumən folklora daxil olan bütün növ əsərlər xalqımızın özü ilə birgə mövcud olmuşdur.


ƏDƏBİYYAT
    1. Mahmud Allahmanlı.Şamanla Ozan arasında. Bakı, 1996.səh., 4.
    2. “Xalq qəzeti”, № 233(25998) Pənah Qurbanov, “Ozan”.19 0ktyabr 2008.
    3. Nizami Cəfərov. Azərbaycan mədəniyyəti məsələləri. Bakı 2000, səh., 35.
    4. Azərbaycan folklore.İrəvan çıxuru.Bakı”Səda ”nəş.,2004. səh.,3
    5. Azərbaycan folkloru antologiyası, X kitab, səhifə 5.
    6. Məhərrəm Qasımlı. Aşıq sənəti. Bakı, “Ozan”, 1996, səh 176
    7. СМОМПК (QƏXTMT) Qafqaz əraziləri və Xalqlarının Təsvirinə dair Materiallar Toplusu, 27-ci buraxılış, “Göyçə gölü” “Göyçə gölü ətrafının florasının icmalı”, ( I şöbə, 1-36; 65-82. səhifələr) Tiflis,1900.
    8. İ.Ələsgər,”Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları”.Namizədlik dissertasiyası, ADU-nun kitabxanası,Bakı,1971.
    9. Nizami Cəfərov. Azərbaycanşünaslığa giriş.. Bakı,AzAll, 2002, səh., 10.


РЕЗЮМЕ

В статье пишется об устном народном творчестве и ашугской профессии на территории, охватывающей Ереванское ханство в 20 гг. ХIХ и ХХ веков.


SUMMARY

In the article is considered the oral folk heritage and “ashug” profession on the territory of Erevan state during ХIХ и ХХ centuries.


Məmmədov Sadir


AZƏRBAYCANDA NARKOTİKLƏRLƏ MÜBARİZƏNİN

STRATEJİ MAHİYYƏTİ


Biz narkotiklərə qarşı qətiyyətlə mübarizə aparacağıq

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bəşəriyyət əsrdən-əsrə keçdikcə özü ilə yeni dövrə zaman-zaman topladığı elmi nailiyyətlər, ixtiralar, minilliklərin çətin sınaqlarından çıxmış adət-ənənələr, qiymətli sənət abidələri ilə yanaşı, strateji əhəmiyyət kəsb edən həlli vacib olan neçə-neçə qlobal problemlər də gətirməkdədir. Cəmiyyət və insanlıq üçün çox önəmli olan həmin problemlərin araşdırılmasına sanki gələcək nəsillər məhkum ediliblər.

Məhz həmin qəbildən olan, get-gedə mühümləşən problemlərdən biri də narkotizm, onun cəmiyyətdəki təzahürləri, yəni dünyada baş alıb gedən narkotik cinayətləri törədən səbəblər və onlara qarşı mübarizə cəmiyyəti dərindən düşünməyə vadar edən ən zəruri məsələlərdəndir. Çünki problemin mahiyyəti o qədər mürəkkəbdir ki, onu sadə bir yolla həll etmək çətin və müşkül məsələ olduğundan istər-istəməz müxtəlif yolların, üsulların yaranması, yeni mübarizə metodlarının tapılıb təqib olunması zərurətini daha da aktuallaşdırır. Narkotizm cəmiyyətin bəzi həyat fəaliyyəti sahələrini-maddi istehsaldan başlamış sosial-siyasi fəaliyyətə, ailə-məişətdən, mədəni-mənəvi həyatdan başlamış fərdi fəaliyyət dairələrinin müəyyən istiqamətlərini əhatə edir. Ona görə də müasir dövrün hər hansı hadisə və prosesləri təhlil olunarkən düzgün elmi-nəzəri və praktik nəticələrə gəlmək üçün əvvəlcə həmin hadisə və prosesin ictimai münasibətlər sistemində yeri, həmin münasibətlərlə qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi hökmən ön plana çəkilməli, buradakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, narkotizm və narkotik cinayətkarlıqla bağlı indiyə kimi çoxsaylı araşdırmalar aparılmış, bu tipli cinayətlərin genezisi, mahiyyətinin öyrənilməsi yönümündə hüquq elmində xeyli müvəffəqiyyət əldə edilmişdir. Lakin bunlara baxmayaraq, narkotizmin cəmiyyətdə yeni təzahürləri meydana çıxır, mahiyyətcə və məzmunca oxşar olan narkotik cinayətkarlıqlar forma cəhətdən fərqli şəkildə özünü büruzə verir. Görünür, bu elə bir qlobal problemdir ki, onu yalnız vahid xətt üzrə araşdırmaqla məqsədə nail olmaq mümkün deyil. Yəni, narkotizmin cəmiyyətdəki təzahürləri gah xəstəliklərin təbiətinə görə narkotik maddələrin qəbulu, yaxud onun əsirinə çevrilmiş fərdlərin narkomaniyaya tutulmuş formasında, gah da narkobiznes, narkotik vasitələrin, psixotop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dünya ölkələrinin bəzilərində həmin vasitələrin narkotik maddə sayılmayaraq əkilib-biçilməsinə, istehsalına qadağa qoyulmaması, digərlərindəsə onların qadağan olunması və s. hallarda zühur etməsi məsələlərin araşdırılmasının mürəkkəbliyini aydın göstərir. Məhz həmin baxımdan narkotizmin cəmiyyətdəki təzahürlərinin səbəblərinin tam şəkildə öyrənilməsi və onlara qarşı mübarizənin effektliyinə nail olmaqdan ötrü kompleks dövlət strategiyasının hazırlanması onun həyata keçirilməsi zərurəti yaranır.

Sadalananlar içərisində bu amili, yəni narkotiklərlə mübavrizənin strateji mahiyyətini nəzərə alan Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra, narkotik vasitələrin, psixotop maddələrin və prekusorların qanunsuz dövriyyəsinə, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan bir çox konvensiyalara qoşulmuş, qanunvericilik aktları qəbul etmiş və bütün bunların sayəsində müəyyən nailiyyətlər əldə etmişdir.

1996-cı ildə Ümummilli liderimiz Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Ölkə başçısının 2000-ci il iyunun 15-də imzaladığı fərmanla isə «Narkotik vasitələrin, psixiator maddələrin və prekusorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram» təsdiq olunmuşdur.

Bu mühüm sənəd mükəmməl qanunvericilik bazasının hazırlanmasına və bəşəri bəlaya qarşı mübarizə tədbirlərinin stimullaşmasına xidmət etmişdir. 2001-ci ildə isə Milli Məclis tərəfindən «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunda narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlər müəyyən edilmişdir. Hazırda narkoloji sağlamlığın, insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilən tibbi, inzibati, sosial və xəbərdaredici tədbirlərin məcmusu olan narkoloji nəzarətin tənzimlənməsi sahəsində xeyli önəmli işlər görülməkdədir.

Məhz sadalanan amillərin strateji mahiyyəti Azərbaycan prezidenti İlham Əliyevin «Narkotiklərə nəzarət üzrə regional əməkdaşlığa dair anlaşma Memorandumu»nun üzv Tərəflərinin Beşinci görüşünün iştirakçılarına göndərdiyi müraciətdə də aydın görünür.

Həmin müraciətdə deyilir: «Narkotik vasitələrinin qanunsuz dövriyyəsinin bəşəriyyət üçün təhlükəliliyi milli, eləcə də beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiq edilməsini zəruri edir.

Lakin dünyanın bəzi bölgələrində hələ də davam edən hərbi münaqişələr və onların nəticəsində formalaşmış işğalçı rejimlər hakimiyyət oqranlarının və beynəlxalq təşkilatların nəzarət edə bilmədiyi ərazilərdə narkotik bitkilərin əkilib-becərilməsinə, narkotiklərin istehsalına, onların qanunsuz dövriyyəsinə və digər cinayətkarlıq yuvalarının yaranmasına gətirib çıxarmış və fəaliyyətdən əldə edilən milyardlarla gəlir beynəlxalq terrorçuluğun maliyyələşdirilməsinə yönəldilir».

Daha sonra cənab İlham Əliyev haqlı olaraq qeyd edir ki, «İşğalçı rejimlər beynəlxalq hüququn prinsip və normalarını, demokratik dəyərləri və insan hüquqlarını kobudcasına pozaraq yalnız öz əhalisi üçün deyil, həm də beynəlxalq sülhə və əmin-amanlığa real təhlükə yaratmaqdadırlar. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsində yaradılmış terrorçu rejim buna əyani sübutdur».

Zənnimizcə cənab prezident bu məsələləri əsaslı şəkildə diqqətə çatdırır. Çünki, hazırda nəzarətsiz zona kimi erməni narkobaronlarını əlində olan Qarabağda onlar narkotiklərin əkilib-becərilməsi ilə yanaşı, tranzitindən də istifadə edərək milyonlara sahib olurlar. Mən özüm də vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayəti DİN-in rəis müavini, Ağdərə və Şuşa rayon DİŞ-in rəisi işləyərkən keçirdiyim əməliyyatlar zamanı bunların şahidi olmuşam. Təəssüf ki, mənim bu barədə xəbərdarlığıma nə AXC, nə də ondan əvvəlki hakimiyyət heç bir tədbir görmədi.

Həqiqətən də bu gün dünyanın elə bir ölkəsi tapılmaz ki, o, narkotiklərin qanunsuz dövriyyəsi və onun törətdiyi bəlalarla rastlaşmasın. Həqiqətən də narkotik cinayətkarlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bütün bunları nəzərə alan və bəşəriyyətin gələcəyini düşünən bəzi dünya dövlətləri XX yüzilliyin əvvəllərindən başlayaraq bu müdhiş bəlya qarşı mübarizənin getdikcə qloballaşacağını hiss edərək bir sıra regional birliklər yaratmaqla ağ ölüm təhlükəsini səngitməyə çalışmışlar. Lakin belə cəhdlər də həmin prosesin qarşısını ala bilməmişdir. Narkotizmin sərhədləri genişləndikcə ona qarşı mübarizə bir qrup dövlətin problemi çərçivəsindən beynəlxalq səviyyəyə qalxmışdır. Vəziyyətin belə bir kritik həddə çatması bəşəri problem kimi nəhayət Birləşmiş Millətlər Təşkilatının pritoritet məsələlərindən biri kimi gündəmə gəlmişdir. Nəticədə BMT «Narkotik vasitələr haqqında 1967-ci il Konvensiyası»nı, «Psixiator maddələr haqqında 1971-ci il Konvensiyası»nı və 1988-ci ildə isə «Narkotik vasitələrin və psixiator maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiya» qəbul etdi. Təbii olaraq bu konvesiyaların müddəaları dünyanın hər bir sivill dövlətinin qanunvericiliyində prioritet təşkil etməli idi. Yəni qanunvericiliyə əsasən narkotik cinayətkarlıqla, narkomaniya ilə mübarizə aparmaq, bu işlərin səmərəli təşkili və mütəşəkkil qaydada həyata keçirilməsi dövlət orqanlarının ümdə vəzifəsi olmalıdır. Problemlə bağlı qəbul olunan qərarların hər birində cəmiyyətin əsasını təşkil edən insanların sağlamlığının qorunması strateji məsələ kimi öz əksini tapmalıydı.

Müstəqil Azərbaycan dövləti də düyanın ümumbəşəri dəyərlərinə daima hörmət bəsləyən sivill bir dövlət kimi BMT-nin narkotiklər haqqında konvensiyalarının tələblərinə uyğun olaraq bu məsələləri milli qanunvericiliyə uyğun şəkildə özünün cinayət-prosessual qanunvericiliyində təsbit etmişdir.

Göründüyü kimi Azərbaycan Respublikası narkotiklərlə mübarizənin strateji mahiyyət daşımasının məsuliyyətini lazımınca qiymətləndirir və bütün dünyada qlobal təhlükə mənbəyi sayılan bu problemin müsbət həllini beynəlxalq hüquq normalarına uyğun həyata keçirir. İnanırıq ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da həmin problem özünün müvəffəqiyyətli həllini tapacaq.


Məmmədov Habil


KİNO, TELEVİZİYA VƏ RADİO SAHƏSİNDƏ AZƏRBAYCAN VƏ ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ ARASİNDA MƏDƏNİ ƏLAQƏLƏR


Azərbaycanın Şərqi Avropa ölkələri ilə beynəlxalq mədəni əlaqələrində kino, televiziya və radio spesifik yer tutur. Müstəqilliyin ilk illərində mədəni əlaqələ- rin bu sahəsində əməkdaşlıq epizodik və zəif olmuşdursa, sonrakı mərhələdə genişlənmiş, onun müxtəlif formaları təzahür etmişdir.Kino, televiziya və radio sahəsində əlaqələr Azərbaycan və Şərqi Avropa ölkələri arasında imzalanmış mədəni əməkdaşlığa dair müqavilə, saziş və protokollar əsasında həyata keçmiş- dir. Məsələn, 23 sentyabr 2005-ci ildə Sofiyada imzalanmış «Azərbaycan Televiziya və Radio» verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Bolqarıstan Milli Televiziyası arasında əməkdaşlıq haqqında sazişi və digərlərini göstərmək olar.

Texniki tərəqqinin əsas məhsullarından biri hesab edilən kino sənəti öz imkanla- rına görə Azərbaycanın Şərqi Avropa ölkələri ilə beynəlxalq mədəni əməkdaşlığı- na əhəmiyyətli şəkildə təsir göstərən vasitələrdən biri hesab edilir. Azərbaycan və Şərqi Avropa xalqlarının tarixi, mədəniyyəti, incəsənəti və məişətindən bəhs edən filmlərin dublyaj vasitəsilə həmin ölkələrdə və respublikamızda yayımlanması kino sənətinin beynəlxalq mədəni əlaqələr sistemində malik olduğu üstünlüklər - dən biridir. Kinonun beynəlmiləl xüsusiyyətlərindən biri də onun həm televiziya ilə, həm də audio-vizual yolla yayımlanma imkanlarının olmasıdır. Müstəqillik illərində Azərbaycan kinosunun dünya meridianlarına çıxışına böyük zəmin ya- randı. Azərbaycan 2000-ci ildən etibarən Beynəlxalq Kino Arxivləri Federasiya- sının üzvüdür.

2000-ci ildə yazıçı Ç.Abdullayevin "Əclafların dairəsi" ("Əclafların qanunu", "Əclafların dairəsi", "Əclafların istiqaməti") trilogiyası əsasında, Rusiyanın "NTV" televiziya kanalının maliyyələşdirdiyi "Dronqo" adlı teleserialın çəkilişinə başlanılmış və qısa zaman ərzində 12 hissəli teleserialın 8 hissəsi çəkilib tamam -lanmışdı. Ancaq sonradan "NTV" kanalının maliyyə ilə bağlı problemləri yaran- dığından kanalın rəhbərliyi ekran əsərini satmaq qərarına gəlir.2001- ci ildə "Əclafların dairəsi" teleserialını "ORT" televiziya kanalı alaraq çəkilişi davam etdirir.. "Dronqo" "ağ ölüm" barədədir. Tamaşaçılar teleserialda narkobizneslə məşğul olan bir dairənin nümayəndələri ilə tanış olurlar.İtirilmiş Azərbaycan torpaqları narkotik maddələrin transfer edildiyi məkana çevrilib. Filmin ilk kadrları məhz bu barədədir.Ssenari müəllifi kimi Çingiz Abdullayev filmin yaradıcı qrupunun diqqətini Azərbaycan sənətçilərinə yönəldib. Filmdə Rasim Balayev, Həmidə Ömərova, Fəxrəddin Manafov, Afaq Bəşirqızı və Rafael Dadaşov oynayır. Təəssüf ki, heç bir iş adamımız filmin maliyyəsinin müəyyən qismini öz üzərinə götürüb, Azərbaycanın adını filmin müəllifləri sırasına qatmayıb. Artıq Rusiyanın "RTR" kanalı da Çingiz Abdullayevlə saziş imzalayıb[1].

ORT telekanalında nümayiş etdirilən “Qardaşlar” (”Bratya”) serialında baş rollardan birini ifa edən Fuad Osmanov indi qonşu ölkədə bəlkə də ən populyar azərbaycanlılardan biridir. Bakıdakı Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru F.Osmanov bundan əvvəl “Rus tərcüməsi” (”Russki perevod”) serialında mayor Mənsur rolunu oynasa da, “Qardaşlar”dakı Rüstəm onu Rusiyada xeyli dərəcədə məşhurlaşdırmışdır [2].

2003-cü ildə Azərbaycanın Ukraynadakı Səfirliyinin vasitəsilə Dovjenko adına kinostudiya ilə əldə olunmuş razılığa əsasən «Güllələnmə təxirə salınır» filmi üzrə tamamlanma işləri Kiyevdə aparılmışdır.Həmçinin film ordaca rus dilinə dublyaj edilmiş və onun Ukrayna kinematoqrafçıları üçün nümayişi təşkil olunmuşdur.

Mədəniyyət sahəsində maraqlı əməkdaşlığın nümunəsi kimi ümumi polyak-azərbaycanlı lahiyəsi Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, kinorejissor V.Mustafayevin 2003-cü ildə çəkdiyi «Qara nişan» filmi oldu. Film Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin həyat və fəaliyyət yolunu işiqlandırır. Filmdə H.Əliyevin obrazını polyak aktyoru Tadeuş Xuk təcəssüm etdiridi. Aktyorun seçimi fiziki oxşarlıq əsasında həyata keçirilmişdi.

2004-cü ilin oktyabr ayında IV Beynəlxalq Audio-vizual Festivalda ukraynalı rejissorların filmləri nümayiş etdirilmişdir. Dünya şöhrətli pianoçu, bəstəkar, caz ustası Vaqif Mustafazadənin konpakt diskinin hazırlanması ilə əlaqədar musiqiçinin ifa etdiyi əsərlərin lent yazıları, həyat və yaradıcılığını əks etdirən foto, buklet, afişa və s. materiallar Ukraynanın Milli Radiosuna göndərilmişdir.

13 iyun 2005-ci ildə Ukrayna Milli Televiziyasının analitik proqramlar redaksiyasının baş redaktoru N.Bazivin həmin televiziyanın «Audiensiya» proqramı üçün YUNESKO-nun xoş məramlı səfiri və “H.Əliyev fondu”nun przidenti Mehriban Əliyevadan və Azərbaycan Respublikası Mədəniyyət Naziri P.Bülbüloğlundan müsahibə almışdır.

Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyezi əsasında xalq yazıçısı Elçinin ssenarisi üzrə rejissorlar Ramiz Fətəliyev və Dilşat Fathulinin çəkdikləri "Hökmdarın taleyi" bədii filminin mayın 27-də Moskvada təqdimatı olmuşdur. Filmin musiqisi Polad Bülbüloğlunundur.
Azərbaycanın Rusiyadakı səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi təqdimat mərasimi "Oktyabr" kinoteatrında keçirilmişdir. Filmin nümayişindən əvvəl yaradıcı qrupun üzvləri, habelə Rusiya və Azərbaycan aktyorları çıxış edərək tariximizin faciəli səhifələrindən - XIX əsrin əvvəlində Qafqazda baş vermiş hadisələrdən söhbət açan kinolentin necə yaranması haqqında danışmışlar. Filmin baş prodüseri V.Əsədullayev quruluşçu rejissor və quruluşçu operator Dilşat Fathulinin, baş qəhrəman rolunun ifaçısı Fəxrəddin Manafovun, çox gözəl Rusiya aktyorları Daniil Spivakovskinin, Aleksandr Qalivinin, İlya Şatunovun və filmdə iştirak edən hər bir kəsin ümumi işə böyük töhfəsini vurğulamışdır.Məşhur Azərbaycan aktyoru F.Manafov Qarabağ xanı İbrahimxəlil xanın obrazını istedadla yaratmışdır. Azərbaycan kinematoqrafçılarının işi Moskvada böyük uğur kimi tamaşaçıların sürəkli alqışları ilə qarşılanmış, filmin əhəmiyyəti, yaradıcı qrupun peşəkarlığı vurğulanmışdır. Bakıda çəkilmiş "Silah" filminin rejissoru Aleksandr Kasatkin isə bildirmişdir ki, "Hökmdarın taleyi" olduqca maraqlı və peşəkar səviyyədə çəkilmiş filmdir. Mayın 28-də - Respublika Günündə isə "Hökmdarın taleyi" filminin Sankt-Peterburqda da təqdimatı olmuşdur. Bu məqsədlə yaradıcı kollektiv Neva sahillərinə gəlmişdi. Təqdimat mərasimini Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu təşkil etmişdir. Mərasimə məktəblilər, Sankt-Peterburq Dövlət Universitetinin tələbələri, Azərbaycan diasporunun görkəmli nümayəndələri, ictimaiyyətin nümayəndələri gəlmişdilər[3].

Koneü formı

Rusiyanın Anapa şəhərində 1999-cu ildə Beynəlxalq "Kinoşok" kinofestivalında
ən yaxşı kinossenariyə görə «Sarı Gəlin» Azərbaycan kinosuna baş Priz verilmişdir[4].Anapada 16-25 sentyabr 2007-ci ildə keçirilən “Kinoşok” XVI MDB, Latviya, Litva və Estoniya ölkələrinin XVI açıq kinofestivalında Azərbaycan O.Səfərəliyevin “Əlvida, cənub şəhəri”,M.İbrahimbəyovun “Üç qız” bədii filmləri və “EXA Production”un istehsalı olan “Nəfəs” tammetrajlı sənədli filmi ilə təmsil olunmuş[5], 2008-ci ildəki XVII "Kinoşok" kino festivalında isə Azərbaycan reyissor Şamil Nəcəfzadənin "Qala" filmi ilə təmsil olunmuşdur[6].

2008- ci ilin oktyabrında Həştərxanda “İnsan və dəniz” devizi altında ekoloji mövzuya həsr olunmuş filmlərin beynəlxalq müsabiqəsi keçirilmişdir. Həştərxan şəhərinin 450 illiyinə həsr olunmuş müsabiqənin münsiflər heyətinə Azərbaycanlı rejissor M.Səlimov daxil edilmişdir. Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri da iştirak etmişlər[7].

Kino sənəti sahəsində Azərbaycan və Şərqi Avropa ölkələri arasında mədəni əlaqələrin inkişafında mühüm yer tutan Şərq-Qərb Beynəlxalq Kinofestivalı 1996-cı ildə MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılmışdır. Əvvəllər Festivallar Festivalı– «Filmfest» adlandırılan Bakı Beynəlxalq Kinofestivalı 1999-cu ildən fəaliyyət konsepsiyasına uyğun olaraq «Şərq-Qərb» adlandırılıb. Prezidenti R.İbrahimbəyov olan «Şərq-Qərb» festivallar festivalı statusunu daşıdığı üçün burada yalnız digər festivallarda uğur qazanmış ekran əsərləri iştirak edir. 1996-cı il 23-27 oktyabr tarixlərində baş verən I«Şərq-Qərb» Kinofestivalı çərçivəsində “Postsovet məkanı: kinematoqraf və həyat” mövzusunda dəyirmi masa keçirilmişdir.1998-ci il 2-8 may tarixlərində keçirilən II«Şərq-Qərb» Kinofestivalın proqramına “Məhəbbət üçbucağı: bu gün və sabah” mövzusunda dəyirmi masa daxil edilmiş və mükafatlar («Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz» - Alla Klyuka, «Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz» - Rayn Simmul, «Bəşəriyyətə ən humanist göndəriş» - Andrey Xrjanovski, «Dünya kinematoqrafındakı xidmətlərinə görə» – aktrisa Mayya Aymedova) təqdim edilmişdir. 1999-cu il 8-14 okyabrda III, 2000-ci il 18-25 dekabrda IV, 2002-ci il 11-18 oktyabrda V, 2004-cü il 15-19 mayda VI, 2005-ci il 2-8 oktyabrda VII, 2006-cı il 4-9 sentyabrda VIII «Şərq-Qərb» Kinofestivalları keçirilmişdir ki, həmin festivallar çərçivəsində kinometoqrafiyanın aktual problemlərinə dair dəyirmi masalar və seminarlar təşkil edilmiş, müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir. 2007 –ci il sentyabrın 5-10 tarixlərində keçirilən IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı Azərbaycan kinoteatrında bolqarıstanlı rejissor Anri Kulyovun 2006-cı ildə məşhur bolqar kino xadimi Georgi Bronevin romanı əsasında çəkdiyi  “Oktyabr sərçələri” filminin nümayişi ilə açıldı. Həmin gün axşam festivalın Bakının mərkəzində yerləşən Yaşıl Teatrdakı təntənəli açılışında isə Mehriban Ələkbərzadənin 2007-ci ildə çəkdiyi «Məhkumlar» filmi təqdim olunmuşdur. Festival çərçivəsində “Milli kinematoqraf – böyük ekrana aparan yol”  mövzusunda  “dəyirmi masa” təşkil edilmişdir. Bundan əlavə, kino həftəsi ərzində Uşaq Filmləri Festivalı təqdim olunmuşdur.Kinofestivalın nəticələrinə görə “Avrasiyada kinematoqrafiyanın inkişafındakı xidmətlərinə görə” - Pavel Çuxray (Rusiya), “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz” - Kseniya Kupetova “Ev heyvanları ilə səyahət” (Rusiya, rej. Vera Storojeva) “Böyük ekranda ümidverici debütə görə” - Mehriban Ələkbərzadə “Məhkumlar” (Azərbaycan “Şair taleyinin ekranda təcəssümünə görə” – Ramiz Həsənoğlu “Cavid ömrü” (Azərbaycan) “Bədii mövqenin saxlanılması” - Larisa Sadilova “Şəxsi heç nə” (Rusiya) “Sadə şeylərin mürəkkəbliyinin dərindən dərk edilməsi” – Aleksey Popoqrebski “Sadə şeylər” (Rusiya) “Ekranda gözəllik və ümid duyğularının ekranda təcəssümü” - aktrisa Marina Poliçeymako “Çayda” (Ukrayna, rejissor-Yeva Neyman) nominasiyaları üzrə mükafatlar təqdim olunmuşdur[8].

IX kinofestivaldan sonra Azərbaycan Dövlət Film Fondu Bolqarıstan Kino Arxivi ilə əməkdaşlığa başlamışdır. Belə ki, 2007- ci ilin dekabr- 2008 –ci ilin yanvar aylarında Bolqarıstanda Azərbaycan, Azərbaycanda isə Bolqarıstan kino günləri keçirilmişdir. Kino günlərində hər iki ölkəyə məxsus 10 filmin nümayişi nəzərdə tutulmuşdu. Bolqarıstana göndərilən kino lentləri son illərin istehsalıdır. Həmin filmlər Bolqarıstanın Dövlət Kino Arxivinin kinoteatrında nümayiş etdirilmişdir. Həmin ölkənin filmləri isə "Nizami" kinoteatrı və eyni zamanda, Muzey Mərkəzində təqdim edilmişdir.

2008-ci il iyunun 1-7 tarixində keçirilmiş və dünyanın 13 ölkəsindən 60 nəfər artist, rejissor, kinotənqidçi, bəstəkar, dramaturq və prodüserin ( o cümlədən, Polşadan rejissorlar - Yakimovski Ancey, Kşiştof Zanussi; Estoniyadan- prodüser Erika Laansalu, aktrisa Viyre Valdma; Latviyadan -rejissor Poşkus Yuris, aktyor Andis Strods; Belarusdan - kino tənqidçisi Sidorenko Anton və s.) iştirak etdiyi X Şərq – Qərb Kinofestivalı çərçivəsində “Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmiş, Festivalın sonuncu günündə isə Azərbay- canda istehsal olunan “Hökmdarın taleyi” və Rusiyada istehsal olunan “Aleksandr. Nevski Döyüşü” filmləri göstərilmişdir. Festival çərçivəsində digər ölkələrə məxsus kinolarla yanaşı,“Rus oyunu” (Rusiya), “Artist qız” (Rusiya), “Tryuk” (Polşa), “Sürgün” (Rusiya), “Yük 200” (Rusiya), “Payız ziyafəti” (Estoniya), “Monotonluq” (Latviya) və “Dost” (Azərbaycan) filmləri nümayiş etdirilib. Yeddi günlük festivalın ilk üç günündə Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin “Persona-non-qrata”, “Var gücü ilə, qalopla” və “Kamuflaj” filmlərindən ibarət retrospektiv təşkil olundu.Müxtəlif nominasiyalar üzrə mükafatlar: “Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz” - Fəxrəddin Manafov (“Hökmdarın taleyi”, Azərbaycan), “Dünya kinosunun inkişafındakı xidmətlərinə görə” - Kşiştov Zanussi (Polşa), “Ən yaxşı debüt film” - İqor Kalyonov (“Aleksandr. Nevski Döyüşü”, Rusiya) təqdim olunmuşdur[9].

Azərbaycan və Ukrayna Prezidentlərinin ardıcıl qarşılıqlı rəsmi səfərləri və səfər çərçivəsində ikitərəfli strateji müttəfıqlik əlaqələrinin daha da inkişaf etdirilməsini özündə əks etdirən müqavilələrin imzalanması hər iki ölkənin dövlət televiziyaları arasında da yeni inkişaf mərhələsinə təkan vermişdir. Ukrayna və Azərbaycan dövlət televiziyalarının birgə təşabbüsü ilə həyata keçirilən telelayihəyə əsasən, Azərbaycan haqqında çəkilmiş "Oddan doğulan xalq" sənədli filmi Azərbaycan həqiqətlərinin, xüsusən də Dağlıq Qarabağ hadisələrinin fövqündə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin 48 milyonluq Ukrayna ictimaiyyətinə çatdırılması üçün müstəsna əhəmiyyət kəsb edib. Bununla bağlı 2007-ci ilin noyabrında Kiyev şəhərindəki Prezident otelində keçirilən təqdimat mərasiminda Ukraynanın elm və mədaniyyət xadimləri, hökumət və dövlət nümayəndələri, millət vəkilləri, politoloqlar, Azərbaycan səfirliyinin diplomatları, Ukrayna Azərbaycanlıları Konqresinin vilayət və şəhər təşkilatlarının sədrləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər. Ukraynanın dövlət televiziyasında ilk dəfə olaraq bir saat efirə yayımlanan fılmin ssenari müəllifləri - tamnmış telejumalistlər Sergey Sivolap va Az.TV-nin Ukraynadakı xüsusi müxbiri Möhsüm Qədiroğlu Azərbaycanı Qobustan, Qız qalası, Atəşgah, Şirvanşahlar, Xan sarayı və neçə-neçə minilliklərin zəngin mədəniyyət sivilizasiyasından xəbər verən tarixi abidələrin dili ilə danışdırıblar. Təqdimat mərasimində çıxış edən fılmin senari müəllifi Sergey Sivolap dünyanın bir çox ölkələrini gəzib dolaşan, jurnalist kimi Azərbaycanda analoqu olmayan zəngin mədəniyyətin, qədim adət-ənənələrin, dosta, qonşuya, xüsusən də qonağa doğma münasibətin şahidi olduğunu söyləyərək Dağlıq Qarabağ probleminin fonunda bu millətin başına gətirilən faciələrə dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların indiyədək göz yummasından təəssüfləndiyini bildirib.

Təqdimat mərasimində Azərbaycan və Ukrayna dövlət televiziyalarının rəhbərləri ikitərafli informasiya əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Ukrayna Azərbaycanlüarı Konqresinin təsis etdiyi İlk qızıl kubok mükafatına layiq görülüblər. "Oddan doğulan xalq" filminin ssenari müəllifləri Möhsüm Qədiroğlu və Sergey Sivolap Ukrayna Azərbaycanlılan Konqresinin və Ukrayna Milli Televiziyasmm fəxri fərmanları ilə təltif olunublar.