AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


İngilis dilindən azərbaycan dilinə tərcümə prosesində morfoloji transformasiya
1. Artiklin transformasiyası.
Yet H.Y. (Wells) had not an enemy on earth (Y.B.Shaw) – Lakin Herbertin dünyada heç bir düşməni yox idi.
2. Nitq hissələrinin transformasiyası.
3. Kəmiyyət kateqoriyasının uyğun gəlməməsi
Qərbi azərbaycan ədəbi mühitinin folklor örtüyündə şifahi söz sənəti və aşiq yaradiciliği
Подобный материал:
1   ...   61   62   63   64   65   66   67   68   69

SUMMARY

This article obsesves the history, archelogy, geography, toponymies of Kharabagh.


РЕЗЮМЕ

В статье нашлo свое отражениe историческое прошлое, археологиe, география, топонимия Карабаха.


Ədəbiyyat

  1. M.Hüseynov: Azıx magarası.Bakı, “Kommunist” nəşriyyatı.
  2. N.İ.Şavrov: Novaya uqroza russkomu delu v Zaqafkazye: predstoyaşaya Muqani i narodstam. SPB. 1911, s. 59.
  3. S.B.Aşurbəyli : Bakı toponimi. Azərbaycan toponimikasının öyrənilməsinə həsr edilmiş elmi konfransın materialları, Bakı, “Elm”, 1973.



liyeva İradə

İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ PROSESİNDƏ MORFOLOJİ TRANSFORMASİYA


İngilis və Azərbaycan dilləri morfoloji qurumuna görə müxtəlif, fərqli dillərdir: ingilis dili flektiv, Azərbaycan dili aqqlütinativ quruluşlu dillərdir. Təbii ki, bu, tərcümə prosesində çətinliklərə səbəb olur. Bü çətinliklər tərcümədə morfoloji transformasiyalar vasitəsilə aradan qaldırılır. Məqalədə tərcümə prosesində artikl, kəmiyyət kateqoriyası və nitq hissələrinin transformasiyası nəzərdən keçiriləcəkdir.

1. Artiklin transformasiyası. İngilis dilində artikl mövcuddur. Düzdür, bu dildə artikl, məsələn, alman və fransız dillərində olduğu kimi mühüm rol oynamır, lakin, hər halda, bir sıra vəzifələr (funksiyalar), o cümlədən müəyyənlik və qeyri-müəyyənlik bildirmək vəzifəsini icra edir: ingilis dilində a artikli qeyri-müəyyənlik, the artikli isə müəyyənlik bildirir.

Məsələn:

«Give me a book – Mənə kitab ver» deməkdirsə,

«Give me the book – Mənə kitabı ver; Mənə bu (o; həmin) kitabı ver» deməkdir.

Birinci halda qeyri-müəyyənlik kitabdan, hər hansı bir kitabdan söhbət gedirsə, ikinci halda adresat və adresata məlum olan kitabdan söhbət gedir.

Azərbaycan dilində artikl yoxdur, lakin Azərbaycan dilində müəyyənlik və qeyri-müəyyənlik anlayışı mövcuddur və ingilis dilindən edilən tərcümələrdə bu nəzərə alınmalıdır.

Rus dilində də müəyyənlik və qeyri-müəyyənlik anlayışı mövcuddur, lakin ingilis dilin­dən tərcümədə bu məsələ Azərbaycan dilinə tərcümədəki kimi mühüm əhəmiyyətə malik de­yildir. Məsələn, yuxarıda verilmiş hər iki ingilis cümləsini «Дай мне ту книгу», «Дай мне эту книгу», «Дай мне какую-нибудь книгу» və «Дай мне книгу» kimi təcrümə etdikdə tər­cü­mənin «qrammatikasına» heç bir ziyan dəymir. İngilis dilindən Azərbaycan dilinə, eləcə də Azərbaycan dilindən ingilis dilinə edilən tərcümələr­də «mətnin qrammatikasını» düzgün, adek­vat çatdırmaq üçün müəyyənlik və qeyri-müəyyənlik anlayışını mütləq ifadə etmək lazımdır.

İngilis dilindən Azərbaycan dilinə edilən tərcümələrdə artiklin mənası müxtəlif vasitələrlə – leksik və qrammatik vasitələrlə, söz sırası ilə ifadə edilir, həm də bu zaman müxtəlif transformasiya üsullarından istifadə edilir: forma dəyişikliyi edilə bilər, Azərbaycan dilində artikl kateqoriyası mövcud olmadığı üçün ingilis dilindən tərcümədə artikli əvəz edən leksik vahid artırıla bilər, ingilis dilində artikl müəyyən məna yükü daşımadıqda tərcümədə o buraxıla bilər. Deməli, ingilis dilində Azərbaycan dilinə tərcümədə artiklə münasibətində üç transformasiya üsulundan istifadə etmək olar: əvəzetmə, artırmaburaxma (ötürmə).

a) Qeyri-müəyyənlik artikli. İngilis dilindən qeyri-müəyyənlik anlayışını ifadə etmək üçün a artikli işlədilir. Bu artikl ingilis dilində, əsasən, təsnifləyici funksiya yerinə yetirir: o, əşyanın fərdi səciyyəvi xüsusiyyət və əlamətlərindən asılı olmayaraq əşyanın müəyyən əşyalar sinfinə daxil olduğunu göstərir. Bir sıra halda qeyri-müəyyən artikli öz mənasına görə someany qeyri-müəyyən əvəzliklərinin mənasına yaxınlaşır. Bu zaman tərcümədə artiklin mənasını mütləq vermək lazımdır. Məsələn:

From the anxious depth within her there reawakened the suspicion that the people errend her-mother, father, siste-were entangled in a conspiracy (Q.Updike) – Onun qəlbinin tərəddüdlü dərinliklərində yenə belə bir şübhə oyandı ki, onun ətrafındakılar – anası, atası, bacısı da – hansısa süi-qəsddə iştirak edirlər.

Bəzən ingilis dilində qeyri-müəyyənlik artıkli özünün ilkin one – bir mənasında işlənir. Belə məqamda artiklin mənası uyğun leksemin artırılması ilə tərcümə edilir.

Məsələn:

Yet H.Y. (Wells) had not an enemy on earth (Y.B.Shaw) – Lakin Herbertin dünyada heç bir düşməni yox idi.

Bəzən qeyri-müəyyənlik artikli söyləmin semantikasını əhəmiyyətli dərəcədə dəyişir.

b) Müəyyənlik artikli. İngilis dilində müəyyənlik bildirmək üçün the artikli işlədilir. Bu artikl məhdudlaşdırıcı funksiya yerinə yetirir. Elmi ədəbiyyatda göstərilir ki, the artiklı əşyalar sinfindən əşyanı ayırır, onu özünəbənzərlərdən təcrid edir, konkretləşdirir. Bu artikl işarə əvəzliyindən yaranmışdır və bəzən özünün ilkin – işarə əvəzliyi mənasını yerinə yetirir.

If he remmembered anything, it was the fainty capiciousness with which the gold-haired brown-eyed girl had throated (Q.Calsworthy) – Əgər o, nəyi isə başa düşürdüsə, bu da yalnız qızılı saçlı qonur gözlü qızın ona müraciət edərkən dəcəl duruşu idi.

2. Nitq hissələrinin transformasiyası. Tərcümədə nitq hissələrinin əvəzlənməsi morfoloji transformasiyanın ən geniş yayılmış növüdür. Nitq hissələrinin bu cür əvəzlənməsi ingilis və Azərbaycan dilinin müxtəlif qrammatik quruluş tipinə aid olması və sözlərin işlənməsi və birləşməsinin müxtəlif normalarda olmasından irəli gəlir.

Belə transformasiya ən çox özünü isimlərdə göstərir. Məlum olduğu kimi, ingilis di­lində bir sıra isimlər fellərlə omonim fonetik tərkibə malikdir. Belə isimlərin işləndiyi cüm­­lələri Azərbaycan dilinə tərcümə etdikdə isimlər felə transformasiya olunur.

Məsələn:

You give me food and drink and Ill tell you how to sail the ship (R.I.Stevenson) – Sən məni yedizdirəcək və içizdirəcək və mən sənə gəmini necə idarə etməyi göstərəcəyəm.

Bəzi ingilis dili isimləri isə Azərbaycan dilinə tərcümədə feli isimlərlə və ya məsdərdə transformasiya olunur. Məsələn:

Should she go to the airport for a showdown with mal, as she had considered caroler (A.Hailey) – Qız əvvəlcə qərara aldığı kimi, mənimlə danışmaq üçün aeroporta getsinmi?

Tərcümədə isimlərin başqa nitq hissələrinə transformasiyası məsələsi Azərbaycan dilində araşdırılmamışdır.

Tərcümədə transformasiya hadisəsi özünü ən çox əvəzliklərdə göstərir. Məlum olduğu kimi, ingilis dilində üçüncü şəxs təkdə əvəzliyin üç tipi vardır, daha doğrusu, əvəzliyin üçün­cü şəxs təkində qrammatik cins kateqoriyası mövcuddur: he she, it.Təbii ki, hər üç əvəzlik Azərbaycan dilində o əvəzliyi ilə tərcümə edilməlidir. Bundan qaçınmaq üçün Azərbaycan dilinə tərcümədə tez-tez he əvəzliyi kişi, oğlan, she əvəzliyi isə qız, qadın isimləri ilə əvəz edilir. Məsələn:

he reproached himself for having sent the back (D.Davin) - … oğlan qızı geri qaytardığına görə özünü məzəmmət edirdi.

Ümumiyyətlə, ingilis dilindən edilən tərcümələrdə əvəzliklərin isimlə əvəz edilməsi adi haldır və tərcümədə dəqiqləşməyə xeyli dərəcədə kömək edir. Məsələn:

I look possession of his effects after his death, I explained. They were done up in a parcel and I was directed to give them to you (S.Maugham) – Onun ölümündən sonra nə qalmışdısa, hamısını mənə verdilər, - mən izah etdim. Məktublar və portsiqar zərfə qoyul­muş­du və zərfin üstündə yazılmışdı: şəxsən ledi Kastellana təqdim edilsin.

Bu tərcümədə they – onlaryou – sən əvəzlikləri mətnin kontekstindən çıxış edərək they məktublar və portsiqar, you isə ledi Kastellan isimləri ilə transformasiya edilmişdir. S.Barxudarov bunun «tərcümə edilən bütün mətn səviyyəsində semantik ekvivalentliyin müəy­yənləşdirilməsi» adlandırır.

İngilis dilindən tərcümədə tez-tez sifətlər də isimlə əvəz edilir.

İngilis dili mətnlərində sifət köməkçi fellərlə birlikdə predikative birləşmə əmələ gətirib cümlənin xəbəri kimi işləndikdə Azərbaycan dilinə fel kimi tərcümə edilir, başqa sözlə desək, fellə əvəzlənir.

3. Kəmiyyət kateqoriyasının uyğun gəlməməsi. İngilis və Azərbaycan dillərinin hər ikisində kəmiyyət kateqoriyası mövcuddur. Lakin istər sayılan, istərsə sayılmayan isimlərə münasibətdə tək və cəm kəmiyyətlərinin işlənməsində kifayət qədər fərqlər müşahidə olunur. Bu da tərcümədə transformasiyaya cəlb olur. Bir sıra hallarda ingilis dilində cəmdə işlənən bir sıra sözlər Azərbaycan dilində təkdə işlənir. Bir sıra hallarda isə əksinə, ingilis dilində tək kəmiyyətdə işlənən isimlər tərcümədə Azərbaycan dilində cəm kəmiyyətlə əvəz edilir. Sözün leksik mənası ingilis dilində ümumiləşdirici səciyyə daşıdıqda tək kəmiyyətdə işlənən sözlər Azərbaycan dilinə tərcümədə cəm kəmiyyətinə transformasiya olunur.


Ziyəddin Həmil oğlu


QƏRBİ AZƏRBAYCAN ƏDƏBİ MÜHİTİNİN FOLKLOR ÖRTÜYÜNDƏ ŞİFAHİ SÖZ SƏNƏTİ VƏ AŞIQ YARADICILIĞI


İnsanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiyyət kəsb edən vasitələrdən biri də bədii ədəbiyyatdır. Görkəmli söz sərraflarının təbirincə desək, ədəbiyyat insanları elmi cəhətdən nadanlıqdan, bədii cəhətdən kobudluq və bayağılıqdan xilas edir. Bədii ədəbiyyat geniş miqyaslı hadisədir, onu yalnız pedaqoji proseslə məhdudlaşdırmaq dqzgün olmaz. Onun tərbiyəvi rolunu bədii-estetik zövqün formalaşması ilə deyil, insanı ömrü boyu müşayət edən bədii oxu vasitəsi ilə yanaçı, teatr, kino , televiziya vasitəsi ilə ona mənəvi-estetik mühit yaradan əvəzsiz dünyagörüş formalaşdırır. Bədii ədəbiyyatı millətdəki əhvali-ruhiyyənin inikası adlandıranlar yanılmırlar.

Azərbaycanın, mədəniyyəti, ədəbiyyatı və incəsənəti barədə qədim dövrlərdən bəri mövcud olan müxtəlif elmi mənbələrdən azərbaycanşünaslığa dair məlumatlara malik olsaq da , bir elm kimi azərbaycanşünaslıq əsasən XIX əsrin sonlarında formalaşmağa başlamışdır. Azərbaycanşünaslığın meydana gəlməsi elmi təfəkkürün inkişafı ilə daha çox bağlıdır. Azərbaycanşünaslığın aparıcı problemi hesab edilən Azərbaycan xalqının mənşəyi , dili , onun yazılı və şifahi ədəbiyyatı, folkloru, mədəniyyəti, Azərbaycanda yaşayan müxtəlif mənşəli etnosların öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlaması barədə kifayət qədər söhbət edildi. Azərbaycanşünaslıq Azərbaycan adlanan məkanın bütün ərazilərində yaşayan qeyri-türk etnoslarının əhatəsində formalaşmışdır. Bu ərazilərdə mühafizə olunan antropoloıi , etnoqrafik , etnososioloji göstəricilər xüsusi əhəmiyyətə malikdir. Bu məkanda yaşayan qeyri-türk mənşəli etnoslar, xalqlar Azərbaycan türkcəsi əsasında deyil, Azərbaycan türkcəsinin tarixi birləşdiricilik missiyasında ünsiyyətə girib Azərbaycan xalqını , Azərbaycan cəmiyyətini təşkil edirlər. Etnik cəhətdən tərkibcə mürəkkəb və kifayət qədər zəngin tarixə malik olsa da, Azərbaycan xalqı istənilən qədər bütövdür və mütəşəkkildir. Azərbaycan xalqının tarixini dərindən öyrəndikdə türkologiyanın azərbaycanşünaslığın metodoloji qida mənbəyi olduğunu bir daha yəqin edirik.

Azərbaycanşünaslıq elmi-nəzəri cəhətdən geniş yayılmışdır. Azərbaycanşünaslıq dünyanın müxtəlif ölkələrində vaxtilə böyük ərazidə tarixi Azərbaycanda məskunlaşmış azərbaycanlıların dünyagörüşünə çevrilməkdə olan azərbaycançılıq ideologiyasının elmi-metodoloji əsasını təşkil edir. Azərbaycan xalqının mənşəyinin formalaşması barədə müxtəlif konsepsiyaların mövcudluğunu göstərirlər. Azərbaycan xalqının iki mərhələdə formalaşdığını – I mərhələni eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərinə qədərki böyük bir dövrü, ikinci mərhələni isə ondan sonrakı yüzillikləri əhatə edir[9:10]. Azərbaycan xalqı birinci mərhələdə əsasən irandilli etnoslsrın təmərküzləşməsi nəticəsində formalaşmışdır. İkinci mərhələdə isə xalqın türkləşməsi daha geniş mənada özünü göstərmişdir. Bu proses klassik ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə və onun yaranmaqda olan statik, həm də dinamik sənət növlərində formalaşmaqla müşahidə olunmuşdur.

Klassik mədəniyyət daha çox regional “Ümummüsalman – türk məsələsinin, folklor mədəniyyəti isə ümumtürk etnik konteksində formalaşmışdır. Yeni dövrün başlanğıcına doğru folklor mədəniyyəti milli intibahının təsiri ilə klassik mədəniyyətin formalaşmağa başlayan əsas xüsusiyyətlərini özündə ehtiva etmişdir.

Folklorun mənası xalq birliyi , xalq hikməti deməkdir. Bu terminin XIX əsrin əvvəllərindən bir termin kimi işlədilməsi məqbul sayılmışdır. Folklor başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqının həyatında özünə məxsusluğu və spesifik xüsusiyyətləri ilə diqqəti cəlb edən bədii yaradıcılıqdır. Onun epik, lirik və dramatik növləri vardır. Əfsanə, nağıl, rəvayət, lətifələr, atalar sözləri, zərbi-məsəl, dastan və sair epik növə, qədim əmək və mövsüm-mərasim nəğmələri, laylalar, bayatılar, aşıq şeirləri lirik növə, xalq dramları və meydan tamaşaları isə dramatik növə aid edilir. Şifahi xalq ədəbiyyatı nümunələrinin özünəməxsus qanunları vardır.

Milli mədəniyyətimizin təşəkkülü prosesinə İslam dünyagörüşü poetik təfəkkürün əsas mənbələrindən biri olmaqla, möhtəşəm aşıq sənətinin təşəkkülünə münbit zəmin yaratmışdır.

Məsələyə bu baxımdan yanaşıldıqda aşıq sənətinin milli Azərbaycan mədəniyyətinin əsasını təşkil etdiyini söyləmək zərurətindən; Ədəbi-bədii təfəkkürümüzdə gedən milliləşmənin ədəbiyyatda, mifologiyamızda canlanaraq ədəbi prosesimizin inkişafına güclü təkan verdiyini aşıq yaradıcılığından, dastanlardan əməli nümunələr gətirməklə mövzu barədə qənaətləndirici məlumatlar vermək olar.

Ümumən Türk dünyasında, o cümlədən İrəvan xanlığının əhatə etdiyi ərazilərin folklor örtüyündə şifahi söz sənəti və aşıq yaradıcılığının bütövlükdə ədəbi mühitin formalaşmasında müstəsnalıq təşkil etmişdir. İndiki nəsillərə gəlib çatan şifahi xalq ədəbiyyatı nümunələri ictimai-siyasi, mədəni və ədəbi mühitin tarixi özünəməxsusluğu barədə zəngin təsəvvür yaradır. Azərbaycan Milli Elmilər Akademiyası Folklor İnstitutunun son illər ərzində ayrı-ayrı bölgələr, xüsusən də İrəvan xanlığı ərazisi üzrə taplanılıb nəşr edilən folklor antologiyaları oxucu marağı ilə qarşılanmışdır.

Azərbaycanın, xüsusən də keçmiş İrəvan xanlığınına daxil olan ərazilərinin xalqımızın minillərin o üzündən yol alıb gələn ən qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün daşlaşdığı mifik mətnlərdə, bu mətnlərin bədiiləşdirilmiş formaları olan rəvayət, əfsanə, nağıl, dastan, atalar sözü, tapmacalar və digər şifahi xalq ədəbiyyatı nümunələrində yer almış, günümüzə qədər gəlib çıxmışdır. İrəvan xanlığının Göyçə, Zəngibasar, Sərdarabad, Sürməli mahallarını əhatə edən, Azərbaycan, Türkiyə, İran və Ermənistanın bu günkü dövlət sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru da bu mənada şifahi xalq yaradıcılığının qaynar məskənlərindəndir.

Tarixi-coğrafi mövqeyinə görə Dərələyəz, Zəngəzur, Gərnibasar və İrəvan mahalları ilə çevrələnən bu ulu diyar yüzillər boyu öz adlı-sanlı və qüdrətli saz-söz istedadına malik adamları ilə şöhrətlənmişdir.Göyçə mahalının çox-çox qədim zamanlardan qaynar folklor həyatı üstünə köklənmiş regiondur.

Şair-publisist, saz-söz sərrafı, mlli musiqi alətlərimizın tayı-bərabəri olmayan ustası, sazbənd və tarbənd Pənah (Göyçə)Qurbanovun “Xalq qəzeti”nin 2008-ci ilin sentyabr-oktyabr saylarında bəşər sivlizasiyasını şərtləndirən məsələlərin bir sıra elmi aspektlərini qələmə almış, bütün dövrlərdə bəşər həyatında , onun intelektinin inkişafında incəsənətin biri-biri ilə sıx bağlı olan iki növünün, musiqi və poeziyanın rolunun böyük mənəvi qüvvəyə malik olduğunu elmi cəhətdən səciyyələndirmidir. Təxminən “ 2700 il bundan əvvəl yaşamış tarixdə məşhur əsərlər, dastanlar müəllifi Homerin zamanında Yunanıstanda mövcud olan musiqi alətində çalması, özünün qoşduğu sözləri öz çaldığı musiqi alətinin tələb etdiyi ardıcıllıqla müşayiət etməsini xüsusilə qeyd edir. Haqlı olaraq göstərir ki, sözlərin ardıcıllıqla düzülüşü, musiqi ilə həmahəng düzülüşü şeir adlandırılırdı. Sonralar yunan poeziyasının təsiri altında, bəlkə də müstəqil olaraq dünyanın bütün xalqları sözlərin musiqili düzülüşündən istifadə edərək, şeir yazdılar və belə şeir növünü vəzn sərbəst şeir adlandırıldı.

Bir qədər sonra dünyanın Ərəbistan adlanan başqa bir bölgəsində muğam musiqisi geniş yayıldı. Bu musiqi də yunanlarda olduğu kimi sözlərin özünə uyğun düzülüşünü tələb etdiyi üçün həmin musiqiyə uyğun gələn təzə vəzn - əruz vəzni, təzə şeir forması – qəzəl meydana gəldi... Bir az gec dünyanın Türküstan adlanan böyük bir bölgəsində Dədə Qorqud dünyaya gəldi. Dədə Qorqud o vaxt türk simli aləti qopuzda çalır və həmin musiqinin tələblərinə uyğun düzülüşə malik söz birləşmələr ilə musiqini müşaiyət edirdi. Sözlərin düzülüşünün türk variantı da musiqinin tələbinə görə idi və aydındır ki, yunanlarda olduğu kimi, sərbəst vəzndə idi. Dövrün tələbinə görə sözlərin düzülüşünün türk variantı da musiqinin müşayiət etməsi tarixi bir uzun inkişaf yolu keçərək formalaşmışdır. Sözlərin sərbəst şeir vəznində olmasına gəldikdə düşündürücü sual ortaya çıxır: belə şeir formasının türk dünyasında yaranması Yunanıstan variantının təsiri ilə yaranmışdır, yoxsa müstəqil olaraq bu proses baş vermişdir. Dədə Qorqud dastanı boylarının müəyyən hissələrinin sərbəst şeir formasında olması deyilənləri təsdiq edir.

Poeziya dünyanın bütün xalqlarının həyatına gəlməli və həyatın bütün sahələrində hökm sürən ibtidaidən aliyə, sadədən mürəkkəbə prinsipinə tabe olmalı idi. Islam dininin Şərqdə, həm də türk dünyasında yayılması , islam dini ilə bərabər ərəb mədəniyyətinin də həmin ölkələrə nüfuz etməsinə səbəb oldu. Tezliklə Azərbaycan türkləri həm muğam adlandırılan musiqini, həm də muğamın tələb etdiyi əruz vəzninin qəzəl formasını mənimsədi... həm muğam da , həm də əruz vəznli şeir də bütün Şərqdə aparıcı mövqe qazanıldı. Poeziyadakı birinciliyi N. Gəncəvinin və onun ardıcıllarının sayəsində əldə saxladıq, musiqidə isə o mövqeyi Əbdül Qədir Mərağainin sayəsində əldə etdik.

Qopuz da öz içində olmaqla əsrdən-əsrə inkişaf etmiş, öz möhtəşəm melodiyalarını yaratmışdır. Qopuz çalan musiqiçilər Ozan, yanşaq adlanırdı. Qopuz əsrdən-əsrə təkmilləşərək kamil bir alətə - saza[1: s,4.] , ozanları yeni bir adla aşıq deyə çağırdılar. Son zamanlara qədər hər üç ad , ozan, yanşaq, aşıq adları işlənirdi. Bizim günlərdə ancaq “Aşıq” sözü dəbdədir, o da “aşiq” sözündən yaranmışdır”. [2]Milliliyə qədərki Azərbaycan mədəniyyəti klassik mədəniyyət və folklor mədəniyyəti olmaqla iki istiqamətdə inkişaf etmişdir. Klassik mədəniyyət daha çox regional “Ümummüsalman – türk məsələsinin, folklor mədəniyyəti isə ümumtürk etnik konteksində formalaşmışdır. Aparıcı mövqedə dayanan klassik mədəniyyət Azərbaycan mədəniyyətinin strukturunda İslam kompleksinin çevikliyini çərtləndirməklə, yeni dövrün başlanğıcına doğru folklor mədəniyyəti milli intibahının təsiri ilə klassik mədəniyyətin əsas xüsusiyyətlərini özündə ehtiva etməklə formalaşmağa başlamışdır. Milli mədəniyyətimizin təşəkkülü prosesinə İslam dünyagörüşü poetik təfəkkürün əsas mənbələrindən biri olmaqla möhtəşəm aşıq sənətinin təşəkkülünə münbit zəmin yaratmışdır. Məsələyə bu baxımdan yanaşıldıqda aşıq sənətinin milli Azərbaycan mədəniyyətinin əsasını təşkil etdiyini söyləmək daha doğru olar[3:səh,35]. Ədəbi-bədii təfəkkürümüzdə gedən milliləşmə ədəbiyyatda, mifologiyamızda canlanaraq ədəbi prosesimizin inkişafına güclü təkan verdiyini aşıq yaradıcılığından, dastanlardan əməli nümunələr gətirməklə fikrimizi tamamlaya bilərik. Bu, İrəvan xanlığı əraziləri üçün də səciyyəvidir.

Ümumən Türk dünyasında, o cümlədən İrəvan xanlığının əhatə etdiyi ərazilərin folklor örtüyündə şifahi söz sənəti və aşıq yaradıcılığı bütövlükdə ədəbi mühitin formalaşmasından müstəsnalıq təşkil edir. Azərbaycan Milli Elmilər Akademiyası Folklor İnstitutunun son illər ərzində ayrı-ayrı bölgələr,xüsusən də İrəvan xanlığı üzrə taplayıb Azərbaycan folkloru antologiyası şəklində nəşr etdirdiyi kitablar maraq doğurur[4:səh,3]. Bu, şifahi xalq yaradıcılığı və onun janrları barədə ətraflı söhbət açmağa imkan yaradır.

Azərbaycanın, xüsusən də keçmiş İrəvan xanlığınına daxil olan ərazilərinin xalqımızın minillərin o üzündən yol alıb gələn ən qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün daşlaşdığı mifik mətnlərdə, bu mətnlərin bədiiləşdirilmiş formaları olan rəvayət, əfsanə, nağıl, dastan, atalar sözü, tapmacalar və digər şifahi xalq ədəbiyyatı nümunələrində yer almış, günümüzə qədər gəlib çıxmışdır. Azərbaycan, Türkiyə, İran və Ermənistanın bu günkü dövlət sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru [5:səh, 5] da bu mənada diqqət mərkəzindədir.

Azərbaycan xalqının əsrlərdən bəri bu günkü nəsilə gəlib çatan bədii sənət inciləri içərisində şifahi xalq ədəbiyyatı əvəzsiz bir xəzinə kimi diqqət mərkəzində olmuş və tarix boyu da diqqət mərkəzində olacaqdır.Qədim oğuz ellərindən olan İrəvan xanlığı ərazisində xalqımızın müxtəlif dövrlərdə yaratdığı nağıllar, əfsanələr, dastanlar, bayatılar, tapmacalar, laylalar, lətifələr, aşıq şerləri və s. məclislərin, ağır el yığnaqlarının bəzəyinə çevrilmişdir. Bütün bu yaradıcılıq nümunələri zehinlərə iz sala-sala, yaddaşlara yazıla-yazıla yeni-yeni sənət nümunələrinin yaranmasına, istedadlı sənətkarların üzə çıxmasına öz təsirini göstərmişdir. İrəvan xanlığı və onunla həmsərhəd mahallarda dünyaya göz açan hər bir sakini şad günündə də, qəmli vaxtlarında da saza bağlanmış, sevinc və kədərini aləmə sazla car etmişdir.

Əsasən dağlıq ərazidə yerləşən Göyçə mahalı öz ətrafında yüzdən çox kəndi cəmləşdirmişdir.Tarixi-coğrafi mövqeyinə görə Dərələyəz, Zəngəzur, Gəncəbasar və İrəvan mahalları ilə çevrələnən bu ulu diyar yüzillər boyu öz adlı-sanlı və bir də qüdrətli saz-söz istedadına malik adamları ilə şöhrətlənmişdir. Göyçə mahalı çox-çox qədim zamanlardan qaynar folklor həyatı üstünə köklənmiş regionlardan biri kimi şifahi Azərbaycan ədəbiyyatının qaynar ocaqlarından olmuşdur. Bu da səbəbsiz deyildir.

Göyçə mahalının təbii gözəllikləri, buz bulaqları, ayna suları, dərin dərələri, sərt qayaları, elatın yayladığı yaylaqları, mərd və cəsur insanları xalq yaradıcılığının inkişafı üçün münbit zəmin olmuşdur. Çünki saz-söz mühiti təkcə istedadlı sənət adamlarının yaradıcılığı ilə yox, həm də “tarixi-coğrafi ərazinin, iqlim şəraitinin, güzəran biçiminin və yaşam tərzinin bir toplu, bir bütöv halında” [6: səh,176] qovuşuğa girib vəhdət yaratması ilə meydana gəlir. Bu mənada Göyçə mahalının təbii-coğrafi [7: səh,1,36,65,82] relyefdən tutmuş etnoqrafik həyat tərzinəcən bütün atributları istər zəngin folklor arealının, istərsə də koloritli saz-söz mühitinin təşəkkül tapmasına güclü təkan verə bilmişdir. Orta əsrlərdən etibarən Göyçədə gündən-günə güclənən sənət ahənginin özülü el həyatının xarakteri, həmin çevrənin axar-baxarlı, bar-bəhrəli zəngin iqlim şəraiti ilə birbaşa bağlı olmuşdur.Təbiətin iqlim gözəlliyi el-ulusun mənəvi dünyasındakı zənginlik və gözəlliklə biri-birini tamamlamışdır. Dədə Qorqud boylarında adı çəkilən Göyçənin sözü-söhbəti də yüzillər boyunca oğuz ruhuna bağlı qalmışdır.Bu mahalın elat danışığı öz kaloriti, canlı və obrazlı dinamizmi ilə əsl folklor dili kimi araşdırıcıların diqqətini cəlb etmişdir.Göyçə sinədəftər ağsaqqal-ağbirçəklərin, zəngin repertuara malik söyləyici-informatorların sıx şəkildə məskun olduğu folklor bölgələrindən biri olmuşdur. Burada saza-sözə hədsiz bağlılıq və qeyri-adi həssaslıq mövcud olduğundan hər əlinə saz götürən Göyçədə özünü sənətkar elan etməyə cəsarət etməmişdir.Saz çalmağı, söz oxumağı bu eldə uşaqdan-böyüyə hamı bacarmışdır.Saza-sözə toydan-toya, məclisdən-məclisə deyil, demək olar ki, hər gün müraciət olunmuş, üz tutulmuşdur.Saz-söz, poeziya göyçəlinin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.O, çöldə-bayırda iş görəndə, əkin-biçinlə, bağ-bağatla, qoyun-quzu bəsləməklə məşğul olanda da, nəfəs dərib dost-tanışla, yar-yoldaşla əhvallaşanda da, evdə oğul-uşağa öyüd-örnək verəndə də dilində-könlündə şer gəzdirib dolaşdırmışdır.

Göyçəyə məxsus folklor mühitinin formalaşmasında qissəxan-dərvişlərin, dünyagörmüş qocaların, el sinədəftərlərinin, mollaların, aşıqların söylədikləri qaravəllilər, hədislər, sehrli nağıllar, məhəbbət və qəhrəmanlıq dastanları mühüm rol oynamışdır.

Göyçədə ilk el aşığı kimi tanınan və sənətini başqalarına öyrədən Ağ Aşığın, el şairlərindən Alməmmədin, Məmmədhüseynin, ustad aşıqlardan Aşıq Alının, Aşıq Məhərrəmin, Aşıq Musanın, Molla Tağı oğlu Məhəmmədin, Mərzə Bəylərin, Şair Aydının, Aşıq Əzizin, Şair Məhəmmədin, Usta Abdullanın, Aşıq Ələsgər ocağından çıxan çoxsaylı sənətkarların həyatı, yaradıcılıq və ifaçılıq qüdrəti Göyçə aşıq mühitinin təşəkkül və inkişaf özünəməxsusluğundan soraq verir[8]. Adları qeyd olunan bu ulu sənətkarlar öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatından bəhrələnmiş, xalqın ruhunu, mənəviyyatını, onun müdrikliyini, milli xüsusiyyətlərini yaratdıqları sənət əsərlərində koloritə çevirmiş və poetik məharətlə ifadə etmişlər.

Göyçə aşıq mühiti özünün ən kamil və yetkin çağlarını son yüzilliklərdə keçirmişdir. Lakin həmin sənət zirvəsi heç də birdən-birə fəth olunmamışdır. Əvvəlki yüzilliklərdə gedən yaradıcılıq axtarışları, xalq ruhundan gələn mənəvi-estetik təkanların cilalandırıcı, kamilləşdirici gücü, ecazkar folklor örnəklərinin yaratdığı tükənməz bədii potensiya uzun bir zaman ərzində Aşıq Ələsgər, Aşıq Musa, Aşıq Nəcəf, Məmmədhüseyin, Növrəs İman, Aşıq Talıb ucalığının poetik üslubi təşəkkülünü hazırlamışdır.

Ümumən Azərbaycan aşıqlığının klassik sənət təcrübəsinə dərindən yiyələnən , digər aşıq mühitlərində yetişmiş Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı, Aşıq Valeh və başqa bu sıradan olan ustadların saz-söz irsini incəliyinə qədər mənimsəyən, qədim türk dastançılıq ənənələrini, o cümlədən də Azərbaycan xalq dastançılığının sənətkarlıq keyfiyyətlərini yaradıcı şəkildə əks etdirən Göyçə mühitinin özü də unikal sənət örnəklərini: saz-söz inciləri, dolğun dastanlar, zərif aşıq havaları ortaya qoymuşdur.”Göyçə gözəlləməsi”, “Köhnə Göyçə”, “Göyçəgülü”, “Göyçə Qaragözü”, “Heydəri”, ”Nəcəfi”, “Ağır Şərili”, “Şahsevəni”, “Məmmədsöyünü” kimi melodik zənginliyə malik saz havaları Göyçə aşıq mühitinə məxsus bəstəçiliyin tarixi yadigarlarıdır.

Göyçə aşıq mühitinin sənət mənzərəsi göstərir ki, bu mühit əvvəlki yüzilliklər ərzində hazırlanmış tarixi təcrübəni həm ifaçılıq, həm də yaradıcılıq istiqamətində uğurla davam etdirmişdir.Odur ki, sözü gedən mərhələnin sənət həyatının bağlı olduğu ilkin qaynaqlar maraq doğurur. XIX əsr Göyçə aşıqlığını ərsəyə gətirən tarixi yol İrəvan xanlığına daxil olan digər ərazilərin saz-söz adamlarının sənət həyatı qarşılıqlı bəhrələnməyə şərait yaratmışdır. İrəvan xanlığı ərazilərinin folklor örtüyü, xüsusən aşıq sənəti tarixi baxımdan sufi-dərviş ocaqları ilə sıx şəkildə təşəkkül tapmışdır. Bu mühitin yaranmasında məşhur Miskin Abdal ocağının misilsiz rolu olmuşdur. Bu ocaqdan çıxan dərviş-aşıqlar, başqa bir tərəfdən də kənardan gələn (əsasən Cənubi Azərbaycandan) missioner haqq aşıqları Göyçə aşıqlığını biçimləndirmiş, bu hal ətraf ərazilərə də öz təsirini göstərmişdir.

Irəvan ədəbi mühitinin folklor örtüyü bütün zamanlarda özünün rəngarəngliyiilə seçilmiş, məzmun, forma, ideya cəhətdən təkmilləşmişdir. Yazıya köçürülməmiş nümunələr ağızdan-ağıza , nəsildən-nəsilə keçərək yaşamış, ümumən folklora daxil olan bütün növ əsərlər xalqımızın özü ilə birgə mövcud olmuşdur.

ƏDƏBİYYAT

1. Mahmud Allahmanlı.Şamanla Ozan arasında. Bakı, 1996.səh., 4.

2.. “Xalq qəzeti”, № 233(25998) Pənah Qurbanov, “Ozan”.19 0ktyabr 2008.

3. Nizami Cəfərov. Azərbaycan mədəniyyəti məsələləri. Bakı 2000, səh., 35.

4. Azərbaycan folklore.İrəvan çıxuru.Bakı”Səda ”nəş.,2004. səh.,3 .

5. Azərbaycan folkloru antologiyası, X kitab, səhifə 5.

6. Məhərrəm Qasımlı. Aşıq sənəti. Bakı, “Ozan”, 1996, səh 176.

7. СМОМПК (QƏXTMT) Qafqaz əraziləri və Xalqlarının Təsvirinə dair Materiallar Toplusu, 27-ci buraxılış, “Göyçə gölü” “Göyçə gölü ətrafının florasının icmalı”, ( I şöbə, 1-36; 65-82. səhifələr) Tiflis,1900.

8. İ.Ələsgər,”Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları”.Namizədlik dissertasiyası, ADU-nun kitabxanası,Bakı,1971.

9. Nizami Cəfərov. Azərbaycanşünaslığa giriş.. Bakı,AzAll, 2002, səh., 10.