AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Müasir texnologiyalarin notariat prosesində tətbiqi
Azərbaycan dilinin leksik sistemində
Подобный материал:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

ЛИТЕРАТУРА
  1. Abbasov A.A. Bir-birindən asılı dövlətlər birliyi. Bakı: Kitab aləmi, 2005
  2. Əliyev İ. Azərbaycan MDB məkanında inteqrasiya proseslərində iştirak edir / dent.az
  3. Аналитическая записка об итогах заседаний Совета министров иностранных дел и Совета глав государств Содружества Независимых Государств, состоявшихся 8–9 октября 2009 года, в г. Кишиневе / insk.by/main
  4. Аналитический доклад «Итоги деятельности СНГ за 10 лет и задачи на перспективу» / insk.by
  5. Раджабли А.А. Международные связи Российской Федерации. Баку: Kitab aləmi, 2005.
  6. Рушайло В. Б. Содружеству Независимых Государств 15 лет // Аналитическая записка о деятельности базовых организаций (учреждений) в сфере безопасности в Содружестве Независимых Государств / insk.by/main.
  7. papers/news-azerbaijan
  8. s.az/ru/posts/view
  9. az/news/official/parliament
  10. .az/economy/ittech
  11. insk.by/main.aspx?uid
  12. g/cis-summit/bishkek-summit
  13. ссылка скрыта
  14. dent.az
  15. kavkaza.ru/news/politika/diplomatia



XÜLASƏ

Azərbaycanın MDB çərçivəsində fəal əməkdaşlıq edir. Ümummilli lider H.Əliyev, Azərbaycanın Prezidenti İ.Əliyev və ölkənin Parlamenti dəfələrlə MDB çərçivəsində ölkənin əməkdaşlıqda maraqlı olduğunu vurğulamışlar. Azərbaycanın MDB-də iştirakının prinsipləri dövlətin MDB-yə münasibətində strategiyasının əsas istiqamətləri ilə – iqtisadi, humanitar, təhlükəsizlik məsələləri ilə müəyyən olunur.


SUMMARY

Azerbaijan actively cooperates within the limits of the CIS. The national leader G.Aliyev, the President of the Azerbaijan I.Aliyev and the parliament repeatedly confirmed interest of the country in cooperation with the CIS. Principles of participation of Azerbaijan in the CIS it is defined by mainstreams of strategy of the state the relation of the CIS is an economic interaction, humanitarian cooperation, safety issues.

Məsimova Günay


MÜASİR TEXNOLOGİYALARIN NOTARİAT PROSESINDƏ TƏTBİQİ


Bu gün Azərbaycan dövlətinin qarşısında duran ən vacib vəzifələrdən biri də iş strukturlarında müasır tələblərə cavab verən iş prosesinin tətbiqi, bütün sahələrin fəaliyyətinin elektron hökumətin qurulmasına yönəltməkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin də qurumları bu prosesi tətbiq etməklə elektronlaşmanın sürətli inkişafı üçün üzərlərinə düşən vəzifələri yerinə yetirir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat işlərinin həyata keçirilməsi üçün istifadə edilən NSEMB proqramı (Notariat Sənədlərinin Elektron Məlumat Bankı) bu sahədə işin təkmilləşdirilməsi üçün nəzərdə tutulan proqramdir. Proqram bu sahədə çalışanların işini yüngünləşdirməklə yanaşı notariat kontoruna müraciət edən şəxslərin qanuni tələblərinin yerinə yetirilməsində də əvəzsiz xidmət göstərir. Belə ki, proqram ölkə daxili bütün notariat sənədlərini ümumi şəbəkədə əks etdirir və müraciət edən vətəndaşın bütün qanuni hüquqlarının qorunması üçün şərait yaradır. Məlumat bazası, məlumat ötürücüsü, sistem parametrləri, istifadəçilər, DİALUP əlaqədən ibarət olan bazada demək olar ki, bütün notariat hərəkətlərinin həyata küçirilməsi üçün imkan vardır. Proqram reystr üzrə mövcud olan yeddi kitabdan ibarətdir

Proqramın müsbət xüsusiyyəti ondan ibarətdir ki, burada verilmiş hər hansı bir notariat sənədi birtərəfli şəkildə ləğv edildikdə o ümumi şəbəkədə öz əksini tapır və sənədin ləğv olunması barədə məlumat Azərbaycan Respublikasındakı bütün notariat kontorlarının elektron bazasında əks edilir. Beləliklə, istənilən notariat kontoru ona müraciət edən vətəndaşın təqdim etdiyi hər hansı hüquqi sənədi ümumi şəbəkədə yoxlaya və bu sənədin hansı səviyyədə qanuni olub-olmaması müəyyənləşdirilə bilər. Bu zaman, təqdim olunan sənəddəki ad və soyad göstərilməklə axtarış verilir və həmin şəxsə məxsus olan müvafiq sənədin hansı notariat kontoru tərəfindən, hansı tarixdə verilməsi, ləğv olunub-olunmaması barədə notariat kontorları məlumatlana bilir. Bu proses qeyri-qanuni yolla icra ediləcək bütün halların qarşısını alır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə görülən işlərə ümumi şəbəkə proqramı vaistəsi ilə nəzarət etmə imkanı verir.

Bu müsbət xüsusiyyətlərlə yanaşı proqramda bir sıra təkmilləşdirilmə işlərinin aparılmasına da ehtiyac duyulur. Buna NSEMB proqramında yer ayrılan 6L – leqallaşma bölməsinin fəaliyyətə başlamasının sürətləndirməsini nümunə göstərə bilərik. Belə ki, beynəlxalq şəbəkəyə qoşulan Azərbaycan Respublikası bununla ölkəmizdə verilən vərəsəlik haqqında vəsiyyətnamələr, bağışlama sənədləri məlum etməklə, həm də digər ölkələrdə verilən bu tipli sənədlər barədə məlumat əldə etmiş olur. Bu zaman bağışlanılan hər hansı bir mülk qanuna müvafiq olaraq ikinci dəfə başqa bir ölkənin ərazisində başqa bir şəxsə bağışlana bilmir. Beləliklə, vahid sistemdə vətəndaş eyni əşya və ya mülkü yalnız bir dəfə və bir ölkənin ərazisində qeydiyyatdan keçirərək bağışlamış olur. Bu həm də beynəlxalq hüquq normalarının qorunması deməkdir.

Başqa bir məsələ vərəsəliklə bağlıdır. Əgər bir şəxs öz mülkünü istədiyi şəxsə vəsiyyət etmişdirsə və bir müddət sonra başqa bir ölkədə fikrindən daşınaraq vəsiyyətnaməni və ya onun içərisindəki hansı bir hissəni dəyişirsə, o zaman yeni tərtib edilib təsdiqlənmiş vəsiyyətnamə köhnəni etibarsız edir ki, bu da beynəlxalq şəbəkədə yerləşdirilir. Bununla, dünyanın harasında olmasından asılı olmayaraq vətəndaş dəyişdirdiyi qərarını qanuni qüvvəyə saldırmış olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq demək olar ki, reystr üzrə mövcud olan 6L-in leqallaşmasınin tezliklə işə düşməsi vacib məsələlərdəndir. Biz bu sahədə olan çətinlikləri nəzərə alaraq ilkin olaraq belə əlaqələrin qonşu ölkələrlə məsələn, Türkiyə, Rusiya, Gürcüstanla qurulmasını vacib hesab edirik. Daha sonra isə elektron notariat əlaqələri mövcud olan bütün dövlətlərlə bu qarşılıqlı əlaqələrin qurulmasını arzu edirik.

Bütün bu göstərilənlərdən əlavə qeyd edək ki, Ədliyyə Nazirliyi iş prosesində lazım olan əməliyyatların operativ aparılması üçün bir sıra digər dövlət qurumları ilə də elektron əlaqəyə malik olmalıdır. Belə ki, yetkinlik yaşına catmayan şəxslərin adına mövcud olan daşınmaz əmlakın alqı-saqısı zamanı notariat kontoru müvafiq icra hakimiyyətində Qəyyumluq və Himayəyə Nəzarət şöbəsinə yetkinlik yaşına çatmayan azyaşlıların əmlakına sərəncam verilməsi üçün razılıq verib-verməməsini rəsmi şəkildə tələb edir. Bu prosesin elektron şəkildə həyata keçirilməsi zamanı verilən cavabin vaxtında və etibarlı şəkildə çatdırılması işin keyfiyyətinin artırılması ilə yanaşı təqdim edilən sənədin dolğunluğuna bir daha zəmanət vermiş olur.

Göstərilənlərlə bağlı Avropa, konkret olaraq Hollandiya təcrübəsinə müraciət etsək görərik ki, ölkədəki notariusların sayı 830 olduğu halda, bütün notariuslar avtamatlaşdırmanın sayəsində proseslərə lazımı səviyyədə həm nəzarət edə bilir , həm də işin operativ və şəffaflığını təmin etməklə vahid proqramda öz funksiyalarını yerinə yetirmiş olurlar. Burada hər bir notariat kontoru əmlakın alqı-satqısı dövründə satıcınin nə dərəcədə qanuni alqı-satqı aparmasını yoxlamaq məqsədi ilə Dövlət Kadastr Reysterinə daxil olur və satılan əmlakın xarakterik xüsusiyyətlərini - əvvəllər kim tərəfindən və hansı məbləğə satıldığını, komunal xərclərin ödənilmə səviyyəsini, vergi məbləğini yoxlamaq imkanına malikdir. Bundan əlavə, notariat konturları Ticarət Reystrinə daxil olmaqla satıcının müflis olub-olmaması barədə məlumatları araşdıra bilər. Yalnız bütün bunlardan sonra o, vətəndaş tərəfindən təqdim edilən əqdləri imzalayır. Göründüyü kimi, Hollandiyada notariat konturları Dövlət Kadastr Idarəsi (bizdə Torpaq Xəritəçəkmə Komitəsi adlanır), Ticarət Reystri və digər lazımi təşkilatlarla elektron vasitə ilə asanlıqla əlaqə yaradır və bunun nəticəsi olaraq notariat sənədlərinin tam qanuni və vaxtında tərtibi təmin edilir.

Bununla əlaqədar digər bir nümunə yuxarıda qeyd etdiyimiz Hollandiya təcrübəsində də rast gəlinir. Adı çəkilən ölkədə bağlanan hər hansı bir əqd əvvəlcə notariusda təsdiqlənir, sonra notarius aparılan əməliyyatı elektron formada Kadastr Ərazi Idarəsinə ötürür. Məlumatı alan Kadastr Idarəsi elektron poçtu almağı barədə dərhal notariat kontoruna xəbər verir. Əmlakın reystrə daxil edilməsini Kadastr Idarəsi 3 saatdan 4 günə qədər müddət ərzində həyata kecirir. Bundan sonra Kadastr Idarəsi notariusu hüquqların qeydə alınması barədə məlumatlandırır. Müqayisə üçün qeyd edək ki, bu proses Azərbaycanda 5 gündən 20 günə qədər bir müddətdə aparılır.

Göründüyü kimi, ölkədə bütün iş sisteminin mükəmməl şəkildə avtomatlaşdırılması həmin işin həyata keçirilmə vaxtını qısaldaraq operativliyi təmin edir, həm də işin keyfiyyətini və təhlükəsizliyini, düzlüyünü təmin etmiş olur.

Bu təcrübənin Azərbaycan Respublikasının müvafiq orqanlarında da yaradılması işin keyfiyyətinə yaxşı mənada təsir etmiş olar.


ƏDƏBİYYAT

  1. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2000
  2. Mülki hüquq. Dərslik. Bakı, 2006
  3. Məmməd Quliyev. Beynəlxalq hüquq. Bakı, 2002
  4. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı, 2002
  5. Beynəlxalq informasiya agentliyi, Hollandiyada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məkan məlumatları infrostrukturu sisteminə əsaslanır. “Novesti – Azerbaycan”. 18 iyul 2008-ci il



РЕЗЮМЕ

В статье говориться о пользе и подробностей автоматизации работ в нотариальной конторе при Министерстве Юстиции Азербайджанской Республики. Реализация нотариального процесса в электронной версии с интернациональным опытом в Голландии должно сравниваться с Азербайджанской нотариальной конторой. Хорошие черты Европейского опыта и реализация в Азербайджанских нотариальных конторах вновь оснащается. В это время обеспечение существующей специальной программы как важный вопрос принимается во внимание. Итак использование существующего интернационального опыта и технологическая автоматизация цель нащей статьи.


SUMMARY

In article is said about useful advantage & details in notaries of the Ministry of Justice. In fact the realization of notaries’ process in electronic version with international experience in Holland should compare with the notaries of Azerbaijan Republic.

The good features of European experience & realization in Azerbaijan notaries is mentioned again. So the usage of existing international experience & workflow (technologic) automation is the aim of our article.


Mikayılzadə Lalə


AZƏRBAYCAN DILININ LEKSIK SISTEMINDƏ

FARS DILINDƏN ALINMA SÖZLƏR


Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir qismi də dilimizə başqa dillərdən gəlmişdir. Bu sözlər müəyyən tarixi faktorlar, məkan və zaman münasibətləri ilə əlaqədar olaraq müxtəlif dillərdən dilimizə keçmişdir. Belə sözləri öz tarixiliyi etibarilə Qafqaz dillərindən, ərəb dilindən, fars dilindən, rus dili və rus dili vasitəsilə başqa dillərdən keçən sözlər olmaq üzrə dörd qrupa ayırmaq olar. Bu qruplar arasında fars dilindən keçən sözlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı fars və fars dilinə qohum dillərdə danışan (talış, tat, kürd və s.) xalqlarla qədim dövrlərdən müxtəlif əlaqə və münasibətdə olmuşdur. Bu münasibətlər nəticəsində fars dili uzun əsrlər boyu Azərbaycan dilinin lüğət tərkibinə güclü təsir göstərmişdir. Bunun nəticəsində müasir Azərbaycan dilinin lüğət tərkibində xeyli fars sözlərinə təsadüf edilir.

Fars dilinin dilimizə keçmiş olan sözlər həm ədəbiyyat və həm də şifahi danışıq dili vasitəsilə keçdiyi üçün burada müxtəlif sahələrə aid sözlərə təsadüf edilir: cam, abıgərdən, badə, zinət, xəkəndaz, cəftə, astana, avadan, həyət, taxt, çarpayı, qənd, şəkər, şəkərbura, düşbərə, abqora, sirkə, plov, kasa, fincan, nəlbəki, nizə, şana, külüng, noxud, xiyar, covdar, güzəşt, büt, büsat, vadar, viran, qəm, dəm, dərgah, dəst, dilbər, dildar, kuzə, külah, əgər, gərdan, girdab, gövhər, nazənin, natəvan, nərd, zər, nuş, peyman, pəst, səbzə, səda, fürsət, xaniman, xəndan, xuraman, xurşud, cəngavər, cahangir, şam, şivə, pərvərdigar və s.

Müasir dilimizdə işlənən şəxs adlarının müəyyən hissəsi isə ərəb dilindən keçmədir; məsələn, Əli, Məhəmməd, Musa, Mustafa, Xəlil, Cəbrayıl, Süleyman, Səməd, Vəzifə, Zərifə, Zeynəb, Səltənət, Gülsüm, Zübeydə, Ayişə, Afət və s.

Ərəb və fars dillərindən dilimizə söz keçməsi dövrü müəyyən müddət paralel olduğu və ərəb dili eyni zamanda fars dilinə də öz təsirini göstərdiyi üçün bu dillərdən gələn sözlər, köklər və şəkilçilərin, bəzən də sözlərin birləşməsi vasitəsilə dilimizdə ərəb və fars sözləri kimi sabitləşmişdir. Bunlara misal olaraq aşağıdakı sözləri göstərmək olar: aləmara, aləmpəsənd, amiranə, aqilanə, alimanə, arifnamə, vəhşətgah, qanunpərəst, ədəbiyyatşünas, qəzəbnak, qəmküsar, qiblənüma və s.

Çox zaman, ümumiyyətlə, ərəb-fars sözləri adı ilə işlənən istər fars, istər ərəb və istərsə də ərəb-fars sözlərinin əksər qismi, düşdüyü yeni mühitdə, Azərbaycan sözlərinin və bu sözlərə aid fonetik qaydaların təsiri altında Azərbaycan sözlərindən o qədər də seçilməyən bir şəklə düşmüşdür. Bununla belə, hər iki dildən gələn sözlər gəldiyi dillərə məxsus fonetik xüsusiyyətləri də müəyyən dərəcədə saxlamışdır. Həmin bu fonetik xüsusiyyətlərə görə belə sözlərin fars və ya ərəb mənşəli olduğunu müəyyənləşdirmək mümkün olur, Fars, xüsusilə ərəb dilindən alınma sözlərin fərqləndirilməsində saitlər əsas rol oynayır; bir qayda olaraq bu sözlər ahəng qanununa tabe edilmir.


Fars sözləri aşağıdakı əlamətlərlə fərqlənir.
  1. Sonunda n samitindən sonra g iştirak edən sözlər; məsələn nəhəng, səhəng, pələng, ahəng, tüfəng, qəşəng və s.
  2. Birinci hesabında i, ikinci hecasında u iştirak edən sözlər; məsələn, dilsuz, imruz, Firuz, nikun və s.
  3. Tərkibində u, ə iştirak edən sözlər; məsələn, busə, buzə, duzəx və s.
  4. Tərkibində ü, a və yaxud u, a iştirak edən sözlər; məsələn, rübah, guya, tuba və s.
  5. Tərkibində a, ə və ə iştirak edən sözlər; məsələn, xanəndə, danəndə, ahəstə, sazəndə və s.
  6. Tərkibində i, a və a iştirak edən sözlər; məsələn, xiyaban, çirağban, firavan və s.
  7. Tərkibində ü, a və ə iştirak edən sözlər; məsələn, dübarə, Rüxsarə və s.
  8. Tərkibində a, a və ə iştirak edən sözlər; məsələn, amadə, karxanə, kaşanə və s.
  9. Tərkibində a, a və i iştirak edən sözlər; məsələn, asayiş, barani, azadi və s.
  10. Tərkibində a, ə və a iştirak edən sözlər; məsələn, payəndaz, bazərkan və s.
  11. Tərkibində a, ə və i iştirak edən sözlər; məsələn, atəşin, naməlum, afərin və s.
  12. Tərkibində a, i və a iştirak edən sözlər; məsələn, asiman, aşiyan, aşina və s.
  13. Tərkibində a, i və i iştirak edən sözlər; məsələn, amiziş, canişin və s.
  14. Tərkibində a, u və ə iştirak edən sözlər;məsələn, aludə,arzumənd və s.
  15. Tərkibində ə, ə və i iştirak edən sözlər; məsələn, ənkəbin, zərxərid, sərsəri və s.
  16. Tərkibində ə, a və ə iştirak edən sözlər; məsələn, kəcavə, ləbalə, fərasət və s.
  17. Tərkibində ə, i və a iştirak edən sözlər; məsələn, dərica, zərnigar, kəmingah və s.
  18. Tərkibində ə, u və ə iştirak edən sözlər; məsələn, Kəbutər, bərumənd və s.
  19. Tərkibində ə, ü və a iştirak edən sözlər; məsələn, bərgüzar, kəcnüma, əsbsüvar və s.
  20. Tərkibində u, i və ə iştirak edən sözlər; məsələn, julidə, şuridə, Nuridə və s.


Dilimizdə işlənən fars sözlərinin fonetik xüsusiyyətlərini göstərən cədvəl


Sözün Miq- İşlədilən

tərkibi darı sait və Misallar

samitlər

İki- 1 ng pələng, qəşəng, nəhəng və s.


2 i, u dilsuz, imruz, Firuz və s.

2 ü,u, i rübah, guya, Quba və s.


sözlər 2 u, ə busə, buzə, duzəx və s.


1 a, a, ə amadə, karxanə, kişanə və s.

2 a, a, i azadi, asayiş, barani və s.

3 a, ə, a payəndaz, masəzar, laləzar və s.

4 a, ə, ə xanəndə, danəndə, ahəstə və s.

5 a, ə i atəşin, mandəki, şahpəriz və s.

6 a, i, a amiyan, asayib, aşina və s.

7 a, i, ə avidə, bazicə, saldidə və s.

8 a, i, i amirzat, canişin və s.

9 a, u, u danişcu və s.

10 a, u, ə aludə, arzumənd və s.

Üç- 11 a, u, ə azurdə, aşuftə, ağuştə və s.

12 ə, a, i kəcavə, ləbaləl, fərasət və s.

hecalı 13 ə, ə, i ənkəbin, zərxərid, sərsəri və s.

14 ə, i, a Zərnigar, dərica, kəmingah və s.

sözlər 15 ə, u, ə Sənubər, kəbutər, bərumənd və s.

16 ə, ü, a bərgüzar, kəcnümə, əsbüvar və s.

17 ə, ü, ə bədkühər, əncümən, bədsüxən və s.

18 i, a, a xiyaban, çirağban, firavan və s.

19 u, i, ə julidə, şuridə, Nuridə və s.

20 ü, a, ə dübarə, Rüxsarə, Nüşabə və s.

Azərbaycan dilində saitlərə görə fonetik xüsusiyyətləri eyni olan həm ərəb, həm fars, həm də ərəb-fars mənşəli sözlərə təsadüf edilir.

Fonetik xüsusiyyətləri eyni olan həm ərəb və həm də fars sözləri:

1. Tərkibində a və ə iştirak edən sözlər; məsələn, sahə, qayə, qamət, maddə və s. əpəbcə; atəş, badə və s. farsca.

2. Tərkibində a və u iştirak edən sözlər; məsələn, namus, qanun, qamus və s. ərəbcə; arzu, ahu, ağuş və s. farsca.

3. Tərkibində ə və a iştirak edən sözlər; məsələn, cəfa, səfa, qərar, əvam və s. ərəbcə; fəda, əncam, fəğan və s. farsca.

4. Tərkibində ə və u iştirak edən sözlər; məsələn, məktub, məhkum, mənzum və s. ərəbcə; əfsus, Fərrux və s. farsca.

5. Tərkibində i və a iştirak edən sözlər; məsələn, inkar, iqrar, israf, idrak və s. ərəbcə; dilşad, girdab və s. farsca.

6. Tərkibində i və ə iştirak edən sözlər; məsələn, zirvə, qitə, ibrət, izzət və s. ərəbcə; Dilbər, pinə və s. farsca.

Bu tipli Azərbaycan sözlərinə də (məsələn, iynə) təsadüf edilir.

7. Tərkibində ö və ə iştirak edən sözlər; məsələn, ölkə, çöhrə, lövhə, kövsər və s. ərəbcə; Gövhər, Rövşən, ördək və s. farsca.

8. Tərkibində ü və a iştirak edən sözlər; məsələn, dünya, ünvan, Kübra və s. ərəbcə; Gülnar, Bünyad, xünxar və s. farsca.

9. Tərkibində a, ə və a iştirak edən sözlər; məsələn, macəra, laməkan və s. ərəbcə, laləzar, Natəvan və s. farsca.

10. Tərkibində e və a iştirak edən sözlər; məsələn, eyham, Mehman, Şeyda və s. ərəbcə; dehqan, şeyda, yeldar, pərzad və s. farsca.

11. Tərkibində a və i iştirak edən sözlər; məsələn, alim, hakim, dahi, kafi və s. ərəbcə; danşi, şagird, amiz və s. farsca.

12. Tərkibində ü və u iştirak edən sözlər; məsələn, qülub, vücud, qürur və s. ərəbcə; düruğ, nümud, sürüş və s. farsca.

13. Tərkibində u və i iştirak edən sözlər; məsələn, kufi, huri və s. ərəbcə; xupriz və s. farsca.

14. Tərkibində a, i və a iştirak edən sözlər; məsələn, kainat, masiva və s. ərəbcə; aşiyan, aşina və s. farsca.

15.Tərkibində ə, a və iştirak edən sözlər; məsələn, bəlağət, fəsahət və s. ərəbcə; cəngavər, mərdanə və s. farsca.

16. Tərkibində ə, ə və a iştirak edən sözlər; məsələn, təmənna, ərməğan və s. ərəbcə; bəstəkar, dərməla və s. farsca.

17. Tərkibində ə, i və ə iştirak edən sözlər; məsələn, səliqə, vəzifə və s. ərəbcə; əndişə və s. farsca.

18. Tərkibində i, a və ə iştirak edən sözlər; məsələn, qiraət, ziyafət və s. ərəbcə; dibacə və s. farsca.

19. Tərkibində ə, ə və ə iştirak edən sözlər; məsələn, mətbəə, vərəqə və s. ərəbcə; qələndər, Qəzənfər və s. farsca.

20. Tərkibində i, i və a iştirak edən sözlər; məsələn, iğtişaş, ittifaq və s. ərəbcə; giriftar, xiridar və s. farsca.

21. Tərkibində ü, ə və a iştirak edən sözlər; məsələn, ürəfa, üləma və s. ərəbcə; güzəran, kühənsal və s. farsca.

Ərəb və fars mənşəli sözlərin ikinci qismi sadəcə ərəb-fars sözləri adlanır. Belə sözlərdə onların tərkibində olan komponentlərin hərəsi bir dilə və ya söz kökü bir dilə, köməkçi ünsür başqa dilə mənsub olur; məsələn, dəstxət sözündə dəst farsca, xətt ərəbcədir; ibrətəngiz sözündə ibrət ərəbcə, əngiz farscadır; yaxud bikədər sözündə bi farsca, kədər sözü ərəbcədir; bəliğanə sözündə bəliğ sözü ərəbcə, anə isə farscadır.

Ərəb-fars sözləri lüğətlərdə sözün birinci komponentinin hansı dilə mənsub olmasından asılı olaraq (ə.– f. ) və (f.- ə.) hərf birləşmələri ilə göstərilir; tam ifadə edildkidə isə, əvvəlcə ərəb, sonra fars sözü yazılaraq arasında defis qoyulur.

Müasir Azərbaycan dilində, xüsusilə klassik ədəbiyyatımızın dilində ərəb-fars sözlərinə tez-tez təsadüf edilir. Bu sözlərdə, əsasən, aşağıdakı xüsusiyyətlər olur:
  1. Əvvəlində ab işlənən sözlər; məsələn, ab-kövsər, ab-həyat, ab-hava, abqora, abadan, abgərdan və s.
  2. Əvvəlində sər işlənən sözlər; məsələn sərkərdə, sərgərdan, sərdar, sərkar və s.
  3. Əvvəlində na işlənən sözlər; məsələn, nadan, nasaz, naxoş, naqabil, nabələd və s.
  4. Əvvəlində pür işlənən sözlər; məsələn, pürsürür, pürxün, Pürhəsən və s.
  5. Əvvəlində bi işlənən sözlər; məsələn, bivec, bivəch,bivücud, bikədər və s.
  6. Sonu dar ilə bitən sözlər; məsələn, xəzinədar, dindar, mülkədar, hökmdar və s.
  7. Sonu keş ilə bitən sözlər; məsələn, zəhmətkeş, dəmkeş, palankeş, düdkeş və s.
  8. Sonu gər ilə bitən sözlər; məsələn, kimyagər, hiyləgər, zərgər, dülgər və s.
  9. Sonu nişin ilə bitən sözlər; məsələn, kirayənişin, xanənişin, sərnişin və s.
  1. 10, Sonu nak ilə bitən sözlər; məsələn, fərəhnak, xətərnak, qəzəbnak və s.
  1. Sonu gah ilə bitən sözlər; məsələn, qibləgah, iqamətgah, əzmgah və s.
  2. Sonu kar ilə bitən sözlər; məsələn, tələbkar, ecazkar, bəlağətkar, sərkar və s.
  3. Sonu yab ilə bitən sözlər; məsələn, feyziyab, zəfəryab, zövqyab, kimyab və s.
  4. Sonu anə ilə bitən sözlər; məsələn, bəliğanə, acizanə, aqilanə, mehribanə və s.
  5. Sonu pərvər ilə bitən sözlər; məsələn, maarifpərvər, müsafipərvər, vətənpərvər və s.
  6. Sonu namə ilə bitən sözlər; məsələn, əhdnamə, tələbnamə, ruznamə, Dəhnamə və s.
  7. Sonu «hal» ilə bitən sözlər; məsələn, dərhal, aşüftəhal, bihal, xoşhal və s.
  8. Sonu xət ilə bitən sözlər; məsələn, dəstxət, hüsnxət və s.
  9. Sonu xana ilə bitən sözlər; məsələn, rəsədxana, qiraətxana, kitabxana və s.
  10. Sonu pərəst ilə bitən sözlər; məsələn, qanunpərəst, bütpərəst, mənsəbpərəst və s.


Dilimizdə ərəb-fars sözlərindən bu xüsusiyyətlərə malik ancaq fars dilinə, məsə­lən (abqora, dalandar və s. kimi), eləcə də kökü Azərbaycan dilinə (məsələn, toyxana, əməkdar və s. kimi) mənsub sözlərə də rast gəlirik.

Beləliklə, Azərbaycan dilində artıq ümumişlək sözlər qismində mövcud bu söz­lər V-XI sinif şagirdlərinin Azərbaycan dili dərslərində lüğət ehtiyatının zən­gin­ləşdirilməsi üçün əsas mənbə və vasitələrdən biri ola bilər.