AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


I. bakixanovun instrumental konsertlərində
Azərbaycan torpaqlarinda erməni
Подобный материал:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

ƏDƏBİYYAT
  1. Şərifli M.X. IX əsrin ikinci yarısı – XI əsrdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978.
  2. Əliyev Ş.H. IX əsrin ikinci yarısı – XIII əsrin əvvəllərində Azərbaycan – Gürcüstan münasibətləri. Bakı, 2007.
  3. Матиане Картлиса. Пер., введ. и примечание М.Д. Лордкипанидзе. Тбилиси, 1976.
  4. Летопись Картли. Пер., введ. и примечание Г.В. Цулая. Тбилиси, 1982.
  5. Ахмед ибн Лютфуллах (Мунаджим-Баши). Джами ад-Дувал. - Труды института истории АН Азерб. ССР, т. ХЫЫ. Баку, 1957.
  6. Мкртумян Г.Г. Грузинское феодальное княжество Кахети в ВЫЫЫ-ХЫ вв. и его взаимоотношения с Арменией. – Ереван, 1983.
  7. Hacıəli Ş. Şimal-Qərbi Azərbaycan: İngiloylar. Bakı, 2001.
  8. İbn əl-Əsir. Əl-Kamil fi-t-Tarix. Ərəb dilindən tərcümə edəni M. Əfəndizadə. Bakı, 1959.
  9. Мусхелишвили Д.Л. Из исторической географии Восточной Грузии. Тбилиси, 1982.



РЕЗЮМЕ

В азербайджанском историоведении недостаточна исследован азербайджано - грузинские отношения в период X-XI вв, в том числе отношения Гянджинского государства Шаддадидов с феодальными государствами этого периода в Грузий. Династие Шаддадидов захватившая власть в Арране, где исламо-тюркские отношения пустили глубокие корни, их активность религиозно-идеологической борьбе под флагом «святая война против иноверцев», ведение непримиримой вражеской политики по отно­шению с соседними христианскими государствами, борьба против грузинских феодалов, которые пытались уничтожить Тифлисский мусульманский амират, являющимися ближним союзникам Шаддадидов, борьба против регулярных нападений грузинских феодалов, поставшихся расширить свои границы на восток за счёт арранских земель на фоне всего этого региональное соперничество и другие фактора явились результатом регулярных войн и продолжительной напряженности в отношениях Шаддадидов с грузинскими феодальными государствами X-XI вв.


SUMMARY

X-XI century Azerbaijan Georgian relationships, as well as, the relations between Shaddadi emirate in Ganja with feudal states arisen in Georgia at that time were not enough investigated in Azerbaijan history. Special activity in “holy war against scoffers” of Shaddadi emirate that seized power in Arran, conducting uncompromising hostility policy to neighboring Chistian states, as well as, efforts of Georgian feudal lords to broaden their territories in account of Arran region were the reason for keeping tension relationships and cause for the war to brake out.


Əliyeva Hökümə


I. BAKIXANOVUN INSTRUMENTAL KONSERTLƏRINDƏ

SOLIST-ORKESTR «MÜNASIBƏTLƏRINƏ» DAIR


Tofiq Bakıxanovun olduqca geniş və ətraflı olan yaradıcılığında instrumental konsert xüsusi yer tutur və bəstəkarın bu janr nümunələrinin sırasında skripka konsertləri öz sayı və bədii əhəmiyyəti ilə seçilir. Onu da deməliyik ki, musiqiçinin ilk ciddi yaradıcılıq uğuru 1957-ci ildə yazdığı Birinci skripka konserti (d-moll) ilə bağlıdır və o vaxtdan başlayaraq instrumental konsert bəstəkarın ən sevimli janrı kimi çıxış edir.

İnstrumental yaxud solo konsertin irəli çıxması XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Barokko musiqisində baş verir və o, instrumental musiqinin aparıcı janrına çevrilir. Simfoniya, kvartet və sonata kimi janrlarla müqayisədə instrumental konsertin daha tez yaranma və formalaşması ümumiyyətlə zəngin ənənələrlə bağlı olması bu janrın tarixi əhəmiyyətindən və bədii imkanlarından xəbər verir. Təsadüfi deyil ki, Barokko və klassisizmi təmsil edən A.Vivaldi (1677-1741), C.Tartini (1692-1770), İ.S.Bax (1685-1750), Q.F.Hendel (1685-1759), V.A.Motsart (1756-1791), L.vsn. Bethoven (1770-1827) kimi məşhur sənətkarlar bu janrda böyük nailiyyətlər əldə etmişdirlər.

İnstrumental konsertin istifadəsi ilə bağlı olan sonrakı tarixi mərhələlər də çox maraqlıdır. Belə ki, XIX əsrin instrumental konserti öz lirik poetikliyi və əsasən F.Histin bu janra gətirdiyi yenilikləri ilə yadda qalır. Romatizm dövrün ən radikal novatoru kimi çıxış edən macar bəstəkarı instrumental konsertin ənənəvi silsilə quruluşunu pozur və üçhissəli silsilə yerinə birhissəli, monotematizmə istinad edən iki fortepiano konsertlərini (№ 1 Es-dur, № 2 A-dur) təqdim edir. Faktiki olaraq burada böyük silsilənin sıxlaşdırılması baş verir və çoxhissəli silsilə cizgiləri birhissəli kompozisiya çərçivəsində çatdırılmış olur.

Təbii ki, üslub baxımından son dərəcəli müxtəlif və rəngarəngli olan XX əsrin musiqisi də söz açdığımız janrdan kənar qalmayıb və dövrün ən istedadlı musiqiçiləri bu janrla bağlı olan öz dəyərli əsərlərini yaratmış olurlar. Keçən əsrin instrumental konsertində ilk növbədə diqqəti cəlb edən məzmun mürəkkəbliyidir. A.Berq (1885-1935), D.Şostakoviç (1906-1975), Q.Qarayev (1918-1982) və digər bəstəkarlar öz konsertlərinə simfoniyaya xas olan fəlsəfəliyi, dərin məna kəsb edən lirikanı, əsl dramatizmi və hətta faciəliyi daxil etməklə onu ənənəvi məzmunundan uzaqlaşdırırlar və bu addım istər-istəməz janrın digər cəhətlərinə də öz təsirini göstərir. Şübhəsiz, XX əsrin instrumental konsertində, o cümlədən silsilə quruluşunda və musiqi dilində baş verən prinsipial dəyişiklər onun yeniləşmiş məzmunundan irəli gəlir.

Beləliklə, instrumental konsert mənalı və maraqlı inkişaf yolu keçmişdir və o, bu günün özündə də instrumental musiqinin ən çox istifadə olunan janrdır. Xüsusi vurğulamaq istərdik ki, yuxarıda göstərdiyimiz yeniliklərin «müdahiləsi» instrumental konsertin janr mahiyyətinə heç bir zərər gətirmir. Bu günə qədər müxtəlif əsrlər və cərəyanlardan keçən bu janr öz sabitliyini, zamanın bütün «şıltaqlarına» davam gətirməsini çox qabarıq şəkildə nümayiş edir. Bu özü-özlüyündə çox vacib şərtdir və yəqin ki, buna görə instrumental konsertə olan maraq azalmır.

Tofiq Bakıxanovun illər boyu instrumental konsertə müraciət etməsi onun ifaçı olması ilə də izah oluna bilər. Bildiyimiz kimi, musiqiçi konservatoriya təhsilini iki ixtisas – ifaçılıq (skripka) və bəstəkarlıq üzrə bitirir. Odur ki, T.Bakıxanov bəstəkarlıqla yanaşı ifaçılıqla da məşğul olub və o, uzun illər ərzində solist, ansambl (Dövlət triosunun skripkaçısı) və Dövlət Simfonik orkestrdə (konsertmeyster) çalışıb.

Bəstəkarın musiqisində skripkaya birbaşa ünvanlanan çoxsaylı solo, ansambl və konsert əsərləri var. Burada 12 skripka və fortepiano üçün sonata, skripka və fortepiano üçün azərbaycan xalq mahnılarının işləmələri, 7 skripka konserti, skripka və simfonik orkestr üçün «Türk rapsodiyası» kimi əsərlərini göstərmək yerinə düşər. Musiqiçi sevdiyi aləti gözəl hiss edir və onu zövq və xüsusi bacarıqla istifadə edir.

Hər musiqi janrı xarakterizə edən elə xüsusiyyət yaxud xüsusiyyətlər var ki, onlar yalnız ona xasdır. Başqa sözlə desək məlum olan xüsusiyyət (xüsusiyyətlər) bu ya digər janrın mahiyyətini açmış olur. İnstrumental konsertin mahiyyətini ilk növbədə solo-orkestr «münasibətləri» əks etdirir. Əsərin üslub və dil xüsusiyyətlərindən asılı olmayaraq bu «münasibətlər» çox mühüm faktor kimi çıxış edir.

Adətən Barokko və klassisizm dövrlərinin instrumental konsertlərində solist və simfonik orkestr eyni bərabər təqdim olunur və hər iki iştirakçı (solist və simfonik orkestr) özünə xas olan bütün texniki və tembr-ifadə cəhətlərini tam şəkildə çatdırır. Unutmaq lazım deyil ki, instrumental konsert virtuozluğu, parlaq yazı üslubu ilə seçilən əsərdir. Odur ki, instrumental konsert hər zaman maraqla qarşılanan musiqi nümunəsidir və onun qavramasında heç bir ciddi çətinlik mümkün deyil.

Konsert boyu dinləyici sanki iki ifaçılıq başlanğıcının – solist və simfonik orkestrin qarşıdurmasını, yarışını və harmonik birləşməsini seyr edir. Məhz bunun hesabına instrumental konsertin musiqisinə rəngarənglik, virtuozluq, möhtəşəmlik daxil olur ki, bu da onun dinlənilməsində müəyyən «intriqanı» və marağı artırır.

Tofiq Bakıxanov bir bəstəkar kimi hər zaman və daima müxtəlif ənənələrlə bağlılığını qabarıq şəkildə əks etdirir. Onun musiqisində çox təbii olaraq, milli və avropa musiqi ənənələrin istifadəsini görmək olar. Onu da qeyd etməliyik ki, hər bir ənənə bəstəkar tərəfindən böyük ustalıqla təqdim olunur. Bir sözlə T.Bakıxanov ənənə (ənənələr) ilə hörmətlə «rəftar» edən bəstəkardır.

Eyni zamanda bəstəkarın ənənəyə məlum olan yarışma onun ümumiyyətlə ənənədən asılılığı kimi qəbul olunmalıdır. Əksinə, bəstəkar müraciət etdiyi ənənəni istədiyi kimi göstərir, onu sözün tam mənasında əsərdə qoyulan məsələnin həllinə tabe edir. Dediyimizi T.Bakıxanovun skripka konsertlərində solo-orkestr «münasibətlərin» misalında göstərmək istərdik.

İlk öncə onu qeyd etməliyik ki, bəstəkar öz instrumental, o cümlədən skripka konsertlərində solo-orkestr «münasibətlərini özünə məxsus şəkildə çatdırır. Burada heç bir harmonik solist-orkestr «münasibətlərindən» danışmaq olmur, çünki əsər boyu solistin üstünlüyü göz qabağındadır.

Beləliklə, bəstəkar skripka konsertlərində solist-orkestr «münasibətlərini» birmənalı olaraq solistin «xeyrinə» həll edir. Qeyd etməliyik ki, T.Bakıxanov öz instrumental konsertlərində üçhissəli silsilə quruluşuna həmişəki kimi sadiqdir və bu cəhət onun skripka konsertlərində də özünü büruzə verir. Konsert boyu skripka öz üstünlüyünü aydın şəkildə nümayiş edir və bəstəkar bunu müxtəlif yollarla çatdırır.

Əsərin bütün mövzuların göstərilməsini müəllif solistə (skripkaya) tapşırır. Maraqlıdır ki, bu priyom yalnız birinci hissənin sonata formasının ekspozisiya bölməsinə aid deyil, həmin priyomun istifadəsini repriza bölməsində də görmək olar. Əgər nəzərə alsaq ki, skripka konsertlərin orta hissənin əsas mövzusunu da solist səsləndirir, eləcə də finalın bütün mövzuları onun ifasında keçir, onda əsərin ifasında solistin qeyri-adi üstünlüyü aydın olur.

Bununla yanaşı solist partiyasının zənginliyi qeyd olunmalıdır. Təbii ki, T.Bakıxanov skripka alətini və digər simliləri çox gözəl bilir və bacarıqla istifadə edir. Skripka konsertlərin solist partiyası çox gözəl işlənmiş, hərtərəfli ölçüb-biçilmiş və olduqca rəngarəngli təəssürat yaradır. Əvvəla burada virtuozluq, geniş təqdim olunan texniki imkanlar (passajlar, paralel oktavalar, iri akkordlar, xırda, barmaq texnikası və s.) skripka alətinə xas olan ifadəlik, axınlıq, gözəl səs, tembr incəlikləri ilə birləşərək bütöv, tarazlaşmış təsir bağışlayır. Şübhəsiz, skripka partiyasını fərqləndirən bu cəhət bir daha bəstəkarın bu alətə olan «münasibətini» aşkar edir və eyni zamanda onun bu alətlə məlum olan «rəftarını», ustalığını çox dəqiq və aydın şəkildə sübut edir.

Skripka konsertlərində simfonik orkestrin roluna gəldikdə onu deməliyik ki, T.Bakıxanov onu bilərək məhdudlaşdırır. Bəstəkar adətən konsertlərində simfonik orkestrə müraciət edir, ikinci skripka konsertində isə o, yığcam kamera orkestrini istifadə edir. Onu da qeyd etməliyik ki, burada istifadə olunan simfonik yaxud kamera orkestri bir o qədər prinsipial əhəmiyyət daşımır, çünki hər bir konsertdə orkestr müşayiət edən rolda çıxış edir. Bununla belə onun bu imkanları da olduqca kasıbdır. Misal üçün bəstəkar əsər boyu orkestr tuttisindən çox az istifadə edir və sanki çalışır ki, orkestr səsi solistin ifasına maneçilik törətməsin.

Skripka konsertlərin daxilində solist-orkestr «münasibətləri» müxtəlif olur. Belə ki, bu «münasibətlərin» ən maraqlı mənzərəsini konsertin birinci hissəsində tapmaq olar. Adətən konsert silsiləsinin bu hissəsini T.Bakıxanov sonata formasında təqdim edir və bütövlüklə bu əsərin ən böyük və mürəkkəb xarakterli mərhələsidir. Yaxşı məlumdur ki, konsertin birinci hissəsi mövzu seçimi, təzadlı obrazlar ifaçılıq baxımından silsilənin digər hissələrindən çox fərqlənir. Birinci hissənin musiqisində xüsusi təkrarolunmaz bir aləm öz əksini tapır və onun çatdırılmasında solist (skripka) əsas rolda çıxış edir. Odur ki, onun partiyasının ümumi həcmi, istifadə olunan bütün ifaçılıq imkanları olduqca geniş və fərqlidir.

Bəstəkar solistin partiyasına xüsusi diqqət yetirir. Burada heç bir mövzunun dəqiq təkrarından danışmaq olmaz. Bəstəkar bilərək hər səslənən mövzunun ayrı cümləsini, bir kiçik parçasını müəyyən dəyişiklə çatdırır. Burada müxtəlif priyomlardan və ən əsas azərbaycan xalq musiqisi üçün çox səciyyəvi olan variantlıqdan geniş istifadə olunur. Bununla bəstəkarın mili musiqi köklərlə bağlılığı təsdiqlənir və eyni zamanda musiqidə rəngarənglik əldə olunur, mövzunun işlənməsi kimi məsələlər öz həllini tapır.

Skripka konsertlərin birinci hissəsində solist kadensiyası da mühüm rol oynayır. Ümumiyyətlə, kadensiya hər bir konsertdə solistin nəyə qadir olmasının parlaq ifadəsidir. T.Bakıxanov öz kadensiyalarında, demək olar ki, bu ənənəvi inkişaf etdirir. Onun kadensiyaları həmi ifadəli, həmi də virtuoz xarakterlidirlər. Bəstəkar burada alətin imkanlarından xüsusi bacarıqla istifadə edir.

Konsertin ikinci və üçüncü hissələrində də bu prinsip davam olunur. Əgər ikinci hissədə lirik ifadəlik xüsusi əhəmiyyət kəsb edirsə, konsertin finalı isə öz mili musiqi koloriti, şən oynaq, obyektiv xarakterli musiqi ilə xoş təsir yaradır.

Konsert boyu yeni üçhissəli əsərdə Tofiq Bakıxanov ardıcıl olaraq skripka alətinin aparıcı qüvvə olduğunu inandırıcı şəkildə nümayiş edir.


ƏDƏBİYYAT

1. İsazadə Ə. Azərbaycan sovet bəstəkarlarının instrumental yaradıcılığı. B., Azərbaycan SSR EA nəşriyyatı, 1961.

2. Qafarova Z. Tofiq Bakıxanov. Bakı, 1992.

3. İsmayılov M. Azərbaycan xalq musiqisnin janrları. B., İşıq, 1984.

4. Əliyeva H. Tofiq Bakıxanovun kamera-intsrumental əsərlərində ifaçılıq xüsusiyyətləri. B., 2004, 240 s.

РЕЗЮМЕ

Настоящая статья посвящена взаимоотношениям солиста и оркестра в инструментальных концертах Т.Бакиханова и обозначенная в названии статьи проблем раскрывается на примере скрипичных концертов композитора. В статье дается небольшой обзор из истории инструментального концерта и раскрывается своеобразие «взаимоотношений» партий солиста и симфонического оркестра в скрипичных концертах Т.Бакиханова, разрешаемых всецело в пользу солиста.


Əliyeva Leyla


AZƏRBAYCAN TORPAQLARINDA ERMƏNİ

VİLAYƏTİNİN YARADILMASI


I Pyotrun hakimiyyəti dövrundən Cənubi Qafqazı xususilə də Azərbaycanı işğal etmək Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

XIX əsrin əvvəllərində beynəlxalq munasibətlərdə Rusiya ücün yaranmış munbit şərait bu işğalın reallaşmasına təkan vermişdir. Rusiya işğal zamanı və işğaldan sonrakı dövrdə ermənilərdən istifadə etmişdir. Cənubi Qagfqazın işğal olunmasında ciddi iddiaları olan Rusiyanın maraqlarının erməni maraqları ilə üst-üstə düşməsi Azərbaycanın qədim torpaqlarının işğalına gətirib çıxardı. Rusiyanın imperiya maraqlarının təmin edilməsinə xidmət edən müvəqqəti idarəçilik yarandığı ilk gündən yerli əhalinin, xüsusən də xan və bəylərin əmlaklarının müsadirəsinə başlanılmışdır.

1827-ci il aprelin əvvəlində Benkedorfun qoşun hissələri arxiyepiskop Nerses Aştarekatsinin muşayiəti ilə Borçalıdan hərəkətə başladı. 13 apreldə Eçmiədzin tutuldu. (7.s, 166) Aprelin 27-də İrəvan qalası muhasirəyə alınsa da iki aylıq muhasirə uğursuz nəticələndi. Iyunun 26-da Naxçıvan qalası döyuşsüz ələ keçirildi. Sentyabrda Sərdarabad qalası tutuldu. Sərdarabadda bir briqada və erməni alayı yerləşdirən Paskeviç sentyabrın 24-də Nerseslə birgə İrəvana hucum etdi. (7. s, 168) Sentyabrın 26-da İrəvan qalasının mühasirəsi başlandı. Oktyabrın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. (2. s, 616) İrəvanın tutulmasından beş gün keçdikdən sonra (6 oktyabr 1827-ci ildə) Paskeviçin sərəncamı ilə burada muvəqqəti idarəçilik yaradıldı. Yerli Orduya komandanlıq edən general Krasovski idarə rəisi, İrəvan qalası komendantı podpolkovnik Borodin və Nerses Aştaraketsi isə üzvlər təyin edildilər. (9 s, 71)

A.İ.Krasovskinin sədrliyi altında müvvəqqəti Vilayət İdarəsi təşkil edildi. Baş komandanın təlimatında ifadə edilirdi ki, “idarənin başlıca məqsədi əmin- amanlığı və rifahı bərpa etmək və onun (vilayətin) sərhədlərini duşmən hücumlarından, həmçinin daxili təşvişlərdən qorumaq üçun lazımlı qərar almağa gərəkəni təşkil etməkdir” (8. s, 165) İrəvanın zəngin əhalisinin müqavimətini qırmaq üçün bir çox varlı şəxslərin, o cümlədən Irəvan xanının danışmaz və daşınan əmlakı hesaba alındı və müsadirə edildi.

Irəvanın işğalından sonra Dehqarkan danışıqları zamanı erməni ictimai xadimlərinin xanlıq rejimini yeni quruluşla əvəz etmək və Rusiyanın himayəsi altında Erməni muxtariyəti təşkil etmək layihəsi ilə çıxış etməyə başladılar. A.S.Qribayedovun S.İ.Mazaraviçə 8 may 1827-ci il tarixli məktubundan bəlli olur ki, Turkmənçay sulh muqaviləsi ilə əlaqədar olaraq Peterburq layihəsini almazdan əvvəl Qriboyedov İranla sülh müqaviləsinin tərtib olunması üzərində işləyirdi. Qriboyedov Erməni ictimai xadimlərinin təkliflərini və ilk növbədə Nerses Aştaraketskinin “ermənilərin sülh danışıqlarına daxil edilməsi haqqında qeydləri” və “Rusiyaya məxsus əyalətlərə İran vilayətlərindən ermənilərin köçürülməsi haqqında” arayışa, eləcədə Gülüstan müqaviləsinin VI maddəsinə əsasən müqavilə layihəsinin son variantı hazırlayır və onun Paskeviçin müsbət rəyini aldıqdan sonra Qaraizədinə Abbas Mirzə ilə müzakirəyə çıxarır.

1827-ci ilin oktyabrında qalib ordunun komandanı kimi Təbrizə daxil olan İ.Paskeviç qısa müddətdə, Təbrizə və onun ətrafındakı əyalətlərdən erməni millətindən olan əhalinin Rusiya tərəfinə cəlb olunmasında Q.Lazarevin fəal rolunu nəzərz alaraq onu Təbrizin komendantı təyin edir. Q.Lazarevin Təbrizin komendantı təyin olunması haqqında xəbər yayılan kimi İranın bütün xanlıqlarından ermənilər Təbrizə axışmağa başlayırlar. Onlar Q.Lazarevdən xahiş edirlər, Rusiya imperatoruna çatdırsın ki, ermənilər “O əlahəzrətin səltənətində yaşamağa və ölməyə şad olardılar!” (6. c, 150)

1827-ci ilin dekabrında “erməni vətənpərvərləri” öz layihələrini çar hökumətinə təqdim etdilər, ancaq bu layihə təqdir edilmədi və həyata keçirilməmiş qaldı. Baxmayaraq ki, layihə müəllifləri Rusiyanın tərkibində bilavasitə çarın hakimiyyəti altında Ermənistan muxtariyyətini təşkil etmək fikrətində idi, amma I Nikolay bu tələbi rədd etdi və Erməni vilayətinin təşkil edilməsi layihəsini təqdir etdi. (9.s, 75)

Qriboyedov müharibənin gedişində və Türkmənçay müqaviləsinin hazırlanmasında öz ermənipərəst mövqeyi ilə yadda qalmışdır. O, 1828-ci ilin avqustunda özünün yol xatirələrində “bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu yazmışdı” (4 s, 115) Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindəki on beşinci maddə ermənilərin İranda Transkafkaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdur) ilə bağlı idi.

Bu təlimat aydın göstərir ki, Rusiyanın erməniləri Qafqaza, xüsusən Şimali Azərbaycanın cənub torpaqlarına köçurmə tədbirləri bir təsadüfün nəticəsi olmayıb, mükkəmməl hazırlanmış dövlət siyasəti idi.

Iran tərəfi ilk vaxtlarda bu hadisələrə o qədər də əhəmiyyət verməmiş kimi qörünürdü. Onlar köçürmə ideyasının bu qədər əhatəli olacağını ilk zamanlar təsəvvür edə bilməmişdilər. Lakin sonradan bunun əksini gördükdə Lazarevə məktub yazaraq bildirilmişdir: “Köçməyən kəndlərdən yasavullar və kazaklar vasitəsilə pul tələb edirsiniz. Bundan sonra azacıq da olsa, vicdan ola bilərmi və burada məcburiyyəndən söz getməzmi? Köçməyən erməni kəndlərinə o qədər əsğər və kazak ğöndərilir ki, sakinlər sondərəcə sıxıntı hiss edərək öz vətənlərini atıb gedirlər.” (3. s, 33-34)

Ermənilər Rus-İran müharibəsi dövründə ruslara olan gizli sövdələşmələrinə görə İran hökuməti tərəfindən cəzalanacaqlarından qorxurdular. Məhz bu səbəbdən idi ki, Türkmənçay müqaviləsinin XII, XIV və XV maddələrində yerli xalqların müharibə dövründəki mövqeyinə görə mühakimə edilməməsi məsələsi qoyulmuşdu. Lakin ermənilər onların ruslarla olan gizli sövdələşmələrinin cəzasız qalmayacağına bilirdilər. Odur ki, ruslar hələ orada olduqları zaman İranın sərhədlərini tərk etməyə ciddi-cəhdlə çalışırdılar.

Türkmənçay müqaviləsinin Rusiya tərəfindən ratifikasiya edildiyinin səhərisi gun, 21 mart 1828-ci ildə I Nikolayın fərmanı ilə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi və bu xanlıqların və Ordubad dairəsinin hesabına “Erməni vilayəti” yaradıldı.

Göründüyü kimi, bu ərazilərin ruslar tərəfindən ələ keçirilməsində “ərazi və şəraiti bilən, düşməni türk tərəfin əsgəri birliklərinin hərəkəti və vəziyyəti haqqında məlumatlarla təmin edən bolgənin xristian əhalisinin- ermənilərin” köməyinin də rolu böyük olmuşdur” (11.s, 383)

İrandan ermənilərin köçürülməsi davam etdiyi şəraitdə Rusiya Osmanlı lövləti ilə yeni müharibəyə başladı. Burada da ermənilər rusların işğalçı siyasətlərində çox fəal iştirak etməkdə idilər. Belə ki, rusların ermənilərlə gizli əlaqələri Ərzurumun alınmasında da təkrarlandı. Ərzurumun da çox asanlıqla, ciddi muqavimət göstərmədən ruslar tərəfindən işğal edilməsi qalanın içərisində olan 20-25 min nəfərlik erməni əhalisinin onlarla işbirliyində olmasının nəticəsi idi. (6.s, 327) Əlinə fürsət düşmüş ermənilər türk ordularının bir daha Ərzuruma qayıtmayacağına ümid edərək buradakı türklərə qarşı eşidilməmiş vəhşiliklər törədirdilər. (5. s, 152)

Ərzurum ermənilərinin rəhbəri ermənilərin yerli türk xalqına qarşı nələr etdiklərini bildiyindən rus qoşunlarının çəkilməsi ilə əlaqədar olaraq hökumətə ruslarla sövdəşənləri əfv etməyə müraciət etdi. Onların “Əfnamələrin”in elan edilməsinə baxmayaraq, ermənilər ruslara gizki işbirliyində olduqlarına görə hesab verəcəkləri qorxusu ilə narahatlıqlarını dilə gətirir və “təhlükəsizliyin təmin edilməsini” tələb edirdilər. (11. s, 328)

Rus-türk hərbinin nəticəsi olaraq Ədirnə müqaviləsinin 13-cü maddəsi ilə Anadoludan Ermənilərin Rusiyaya köçürülməsi məsələsi müəyyən edilirdi. Müqavilə 18 ay ərzində köçən sakinlərin “öz ailələri və daşınan əmlakları ilə Türkiyə ərazisinə və əksinə daşınmasına” icazə verirdi. Trabzon valisi Osman paşanın 14 avqust 1829-cu il tarixində İstanbula göndərdiyi məlumat bu baxımdan çox önəmlidir. O, yazırdı: “Ərzurumda olan general Pankratyev qəza və nahiyyələrdə olan əhalinin əkib-biçmələrinin qarşısını alaraq onları köçə zorlayır və təsirli tədbirlər axtarırdı. Ərzurumda olan erməni rəhbərlərinin də “Rusiyaya yaxınlıq” etdiyindən ermənilərin də o tərəfə meyl etmələri açıq surətdə gorunur”. (11.s, 388)

Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasətinin əsas məqsədləri ilə bağlı məsələlər rus tədqiqatçısı N.Şavrovun “Zaqafqaziyada rus işinin yeni təhlükəsi” kitabinda özünün qeniş əksini tapmışdır. O qeyd edirdi ki, “Biz Zaqafqaziyada müstəmləkəçilik fəaliyyətimizi oraya rusları köçürməklə deyil, başqa dildən olanları köçürməklə başladıq. 1826-1828-ci illərdə iki il davam etmiş müharibə qurtardıqdan sonra 1828-ci ildən 1830-cu ilə kimi Zaqafqaziyaya İrandan 40 mindən çox, Türkiyə ərazisindən isə 84.600 nəfər köçürdük və onları Yelizavetpol və İrəvan quberniyalarının erməni əhalisinin çox cuzi olduğu ən yaxşı dövlət torpaqlarında yerləşdirdik.” (10. s. 59-61) Bu vaxta qədər fəaliyyət göstərən müvəqqəti İrəvan idarəçiliyinin öz səlahiyyətlərini yeni təşkil olunmuş “Erməni vilayəti”nə verdi. Məhz bundan sonra ermənilərin kütləvi şəkildə digər ölkələrdən köçürülərək əzəli Azərbaycan torpaqları olan İrəvan xanlığı ərazisində məskunlaşdırılması Rusiyanın himayəsi və təzyiqi altında son dərəcə intensiv xarakter aldı.

Rus tədqiqatçilarının məlumatına görə son Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində Şimali Azərbaycanın İrəvan, Gəncə, Qarabağ xanlıqlarına kütləvi surətdə Türkiyədən 84000, İrandan isə 40 mindən çox erməni köçürülmüşdür. (1., s 49) Bütün bunların nəticəsi olaraq qədim Azərbaycan torpaqlarında Rusiya əsasən köçürülən ermənilərdən ibarət “müdafiə qalası” yaratdı.

Ruslar tərəfindən ermənilərin kütləvi şəkildə köçürülərək Azərbaycan ərazisində yerləşdirməkdə əsas məqsədi Osmanlı imperiyası və İrana qarşı hərbi sipər yaradaraq öz təhlükəzisliyini təmin etmək idi. Rusiyanın Azərbaycan torpaqları hesabına yaratdığı erməni vilayəti isə bugun təkcə Azərbaycan üçün deyil bütün Qafqaz bölgəsinin ciddi probleminə çevrilmişdir.