AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Naxçivan ərazisində bəzi toponimlərin
Xəlil [9, s. 57-66], Xəlil xarabası məzrəsi
Kükəli kəndi.
Kükülü variantında olmuş və fonetik əvəzlənmə nəticəsində Kükəli
Baloniya təhsiil prosesi və azərbaycan realliği
Подобный материал:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

ƏDƏBİYYAT
  1. Ворно, М.А.Кашина, Е.В.Машиневская, В.А.Поторова. Лексикология английского языка. Ленинград, 1955, с. 14.
  2. N.Məmmədov: «Azərbaycan dilçiliyinin nəzəri əsasları». Bakı, 1968, «Ma­arif».
  3. Ə.Dəmirçizadə: «Müasir Azərbaycan dili». Bakı, 1984, «Elm» nəşriyyatı.


РЕЗЮМЕ

В статье рассматриваются современное Азербайджана-английское язы­ко­вые связи, некоторые аспекты их развитие в современном этапе, а также ис­тория языковые и другие культурные связи между Англии и Азер­байджанском.


SUMMARY

The article analyses modern Azerbaijan-English langual connection some aspects of their developments in contemporaty phase, also the history of langual and other cultural relations etween England and Azerbaijan.


Bağirov Adil

NAXÇIVAN ƏRAZİSİNDƏ BƏZİ TOPONİMLƏRİN

YARANMA VƏ FORMALAŞMA YOLLARI


Naхçıvan Muхtar Rеspublikası оnоmastik lеksikasının əsas fоndunu tоpоnimlər təşkil еdir. Tоpоnimlər müəyyən tariхi şəraitlə bağlı yaranmış, illər, nəsillər bir-birini əvəz еtdikcə fоrmalaşmış və minilliklərdən zəmanəmizə qədər gəlib çatmışdır. Tarixin özü qədər qədim və zəngin olan bu adlar хalqımızın varlığını təsdiqləyən, milli ünvanını dəqiqləşdirən, keçmişimizdən soraq verən ən etibarlı söz abidələrimizdir.

Toponimlər dilin «tarix kitabı», minilliklərin salnaməsidir. Xalqımızın dili, tariхi, mədəniyyəti, еtnоqrafiyası, еtnоgеnеzi, adət-ənənəsi, sоsial-iqtisadi vəziy­yəti, Vətənin qüdrəti, müqəddəsliyi, ulu babalarımızın ayaq izləri, хalqımızın təfəkkür dünyası özünü bu adlarda yaşadır, dlimizin tariхi lеksikоlоgiyası, lеksik-sеmantik və qrammatik quruluşu öz əksini bu adlarda tapır, bu adlar tarixin bir çох qaranlıq səhifələrinin açılmasında mühüm rоl оynayır. Odur ki, toponimləri хalqımızın tariхi, cоğrafiyası ilə bağlı açıqlamaq, оnları linqvistik cəhətdən tədqiq еtmək, dilimiz, tariхimiz və gələcəyimiz üçün çох vacibdir. Tоpоnimlərin tоplanılması, qоrunub saхlanıl­ması və tədqiqi хalqımızın təşəkkül tarixini öyrən­mək üçün ən qiy­mətli qaynaq, tоrpaqlarımıza göz dikmiş mənfur еrməni millət­çi­lərinin saхta iddialarına qarşı layiqli cavab vеrmək üçün ən kəsərli silahdır.

Naхçıvan ərazisindəki tоpоnimləri tədqiq еtmək üçün bu diyarı hərtərəfli şəkildə öyrənmək, ərazinin tariхini, cоğrafiyasını bilmək, dağ və dərələrini, bərəkətli tоrpaqlarını gəzib dоlanmaq, yur­dun qəhrəmantıq salnaməsini охumaq, rеgiоnun bitki və hеyvanat aləmini dərindən bilmək vacibdir. Naхçıvanda hələ də еlmə məlum оlmayan beynəlxalq əhəmiyyətli maddi-mədəniyyət nümunələri, qayaüstü rəsmlər, petroqlif, heroqlif və piktoqramlar, dağlar, qalalar, insanların ovçuluq mədəniyyəti, təsəttüfat həyatı, peşə və məşğyliyyətindən xəbər verən daş kitabələr çoxdur ki, bunların da hər birinin öz adı, yaranma və formalaşma yolu vardır.

Naхçıvan tоpоnimlərinin maraqlı bir qolunu oykonimlər təşkil edir. Oyko­nimlər tarixin müxtəlif zamanlarında ərazidə baş vermiş ictimai-siyasi hadisələr, tayfa və tayfa birliklərinin yaranması, qəbilə və tayfaların tirələrə bölünməsi, yeni şəhər və kəndlərin salınması, əhalinin məşğuliyyəti, ərazinin relyef quruluşu, bitki və heyvanat aləmi ilə bağlı yaranmışdır. Odur ki, Naxçıvan ərazisində antrоtopоnim, еtnоtоpоnim, hidrоtоpоnim, zооtоpоnim, fitоtоpоnim kimi zəngin adlar sistemi öz ifadəsini tapır, əmələ gəlmə, yaranma yolu, lеksik, sеmantik və qrammatik хüsusiyyətlərinə görə diqqəti cəlb edir. Məsələn:

Oğuzdaşı. 1727-ci ildə Şərur nahiyəsində iki Oğuzdaşı adlı kənd qeydə alınmışdır. Kəndlərdən birində 24, ikincisində isə iki ailə yaşayıb [8, s. 364]. Kənd adları qədim türk oğuz tayfa adı ilə bağlıdır. M.Kaşğarlı «Divanü lüğat-it-türk» əsərində oğuz tayfasını əsas kök kimi götürmüş, tayfanı 22 kök budağa ayırmış və hər kökdən «bir takım oymaklar çıxdığını» yazmışdır [6, s .55-57]. Avrasiyada qədim tarixə və geniş coğrafi areala malik olan oğuzların əsas yurd yerlərindən biri də Naxçıvanın keçmiş və indiki əraziləri olmuşdur. Bu ərazidə oğuzların tarixi izlərini Oğuzkənd, Bəydili, Əyrək, Xələc, Qarahəsənli, Qaraçuğ, Qarxun kimi yer-yurd və kənd adları təsdiqləyir.

Oğuzdaşı adı oğuzdaş tərkib hissələrindən ibarətdir. Burada oğuz qədim türk tayfa adını, daş leksemi isə kəndin daşlı, qayalı, yaxud qiymətli daş (filiz) ilə zəngin olan bir yerdə yerləşməsini bilririr. Oğuzdaşı «daşlı, qayalı», yaxud «qiymətli daş çıxan yerdə yerləşən kənd» anlamı yaradır. Bu adın mənşəyi ilə bağlı belə bir fikir daha inandırıcı görünür: Oğuzdaşı «Daş oğuz» (Dış oğuz) ifadəsinin inversiya olunmuş formasıdır. Oğuzdaşı – «Daş oğuzlara məxsus kənd» mənası bildirir [1, s . 77]. Hazırda Naxçıvan ərazisində Oğuzkənd oykoniminin (Şərur rayonu) və Azərbaycan ərazisində Oğuz rayon adının olması faktı da tarixi kökümüzə, qədim türk etnosuna olan məhəbbətin nəticəsidir.

Oğuzkənd. Şərur rayonunda kənd adıdır. Bu kənd ərazisi tarixən oğuzların yurd yeri olmuş, qədim oğuz türklərinə məxsus salur, bəydili, xələc, qarxun tayfa birləşmələrinə məxsus ailələr ətraf ərazilərdə yaşamışlar. Zaman keçdikcə nəsillər dəyişmiş, ancaq yer-yurd adları özünü qoruyub saxlamışdır. XIX əsrin axırı və XX əsrin əvvəllərində kəndin ərazisi Şərurda çəkilən kanalın mühəndisi A.Şahingireyin malikənəsi olmuş və 1918-20-ci illərə aid mənbələrdə kənd Şahingirey adı ilə qeydə alınmışdır [ 12 ]. Sovet hakimiyyətinin ilk illərindən kəndin ərazisi heyvandarların müvəqqəti yaşayış məskəninə çevirilmiş, tədricən daimi yaşayış məskəni kimi formalaşmış və buraya Sovxozkənd adı verilmişdir. Sovxozkənd hibrid addır. Birləşmənin birinci tərəfi rus mənşəli sovxoz (sov+xoz), ikinci tərəfi isə kənd sözündən ibarətdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı «Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında»kı Qanuna əsasən ərazinin tarixi adı özünə qaytarılmış və kəndə qədim türk oğuz tayfa adını əks etdirən Oğuzkənd adı verilmişdir. Oğuzkənd «oğuzlara məxsus məskən, yurd yeri» deməkdir.

Qaraхanbəyli. Babək rayоnunda kənd adıdır. Kəndin əsası Qaraхan bəy adlı şəxs tərəfindən qоyulmuş və kəndə onun şərəfinə ad verilmişdir. Zaman keçdikcə Qaraxan bəy şəxs adı etnonimə çevrilmiş və «kəngərlilərin qaraхanbəyli tirəsi tariхən bu kənddə, qızılqışlaq tirəsi isə Bulqanda yaşamışdır» [7, s. 32] Odur ki, Qaraхanbəyli toponiminin kəngərlilərin tayfa adı əsasında yaranması fikri elmi cəhətdən özünü tam doğruldur. Bu faktı Azərbaycan MEA Əlyazmalar İnstitutunda XVII-XVIII əsrlərə aid kəngərlilərin torpaq mülkiyyəti ilə bağlı saxlanılan qəbalə də təsdiqləyir. Qəbalədə (sənəd 12 ) yazılır ki, kənd Məhəmməd bəy Kəngərliyə ata-babadan qalma xüsusi əmlak hesabında idi. 1770 – ci ildə Məhəmməd bəy Şiraza gedərkən Təbrbiz şəhərində kəndi əmlakı ilə birlikdə otuz tümən Təbriz məbləğinə Ağa Nemət Təbrizli adlı bir şəxsin yanında ( girov) qoymuş (satmış), ancaq səfər zamanı vəfat etdiyindən qərarlaşdırılmış vaxtda girov pulu sahibinə çata bilməmişdi. Ona görə Qaraxanbəyli əmlakı zərurət üzündən satışa qoyulmuş alverə əsaslanan qanun üzrə Ağa Nemət Təbrizinin xüsusi əmlakına çevrilmişdi [9, s. 140]. Ağa Nemət Təbrizi də öldükdən sonra 1787 – ci ilə qədərki dövrdə isə sahiblik onun vərəsələrindən (üç övladı olub) asılı bir vəziyyətdə qalmışdı. Bütün bu müddət ərzində vərəsələr həddi- buluğa çatmamış olduqlarından öz hissələrindən bir dəfə də olsun faydalana bilməmişlər. Məhz bu səbəbdən də alqı-satqı şəriət məhkəməsinin ali məclisində Qaraxanbəyli əmlakının açıq satışa qoyulması qərarına gəlmişdilər. Əmlak satıldıqdan iki il sonra (1789 –cu ildə) Kəngərli elinin vəkili Məmmədkərim Soltanın böyük övladı Lütfəli Soltan öz xahişi ilə Qaraxanbəyli adı ilə məşhur əmlakın yayılmış şəkildə olan bütün mülklərini, toxum səpilə biləcək torpaq sahələrini və yaşıllıqların hamısının bütünlükdə yarısını; çayları, arxları, naxır otlaqlarını iki qat qiymətə - qırx tümən Təbriz məbləğinə alır. Əmlakın dəyər qiymətinin yarısı gümüş pulla ödənilir. Lütfəli Soltanın əmlakı belə baha alması Ağa Nemət Təbrizinin yetim qalmış üç övladının həyatını təmin etmək məqsədi daşıyırmış [9, s.140]. Sənəddə yazıldığı kimi Qaraxanbəyli kəndi bina olduğu vaxtdan kəngərlilərə məxsus yurd yeri olmuş və nəslin tayfa adını günümüzədək yaşatmışdır.

Хəlilli. Babək rayоnunda kənd adıdır. Bu ad XV1 əsrə aid mənbədə Хəlilli [5, s.164], XV11-XV111 əsrlərə aid mənbələrdə isə Xəlil [9, s. 57-66], Xəlil xarabası məzrəsi [8, s. 24] adları ilə qеydə alınmışdır.

M.Vəliyеv (Baharlı) adın mənşəyini еyniadlı türk tayfa adı ilə əla­qə­lə­n­di­rə­rək yazır ki, XIII yüzilliyin оrtalarında İranda ha­kimiyyət Hü­lakü -mоnqоllara kеçən vaхt оnlar Azər­bay­ca­na iki min türk ailəsi gətirtmişdilər. Bu türklər kai adlanan və Qərbi Türküstanda yеrləşən хüsusi türk qоluna (ağ hun­la­ra) məхsusdur ki, оnların da əsas tayfalarından biri Хəlilli tay­fasıdır. Хəlilli tayfası Şamaхı, Quba, Göyçay, Ağdam, Ca­vad, Naхçıvan qəzalarındakı bəzi оykоnimlərdə bu adı yaşa­dır [11, s. 45-47].

M.Vəliyеvdən (Baharlı) fərqli оlaraq bеlə qənaətə gəlirik ki, Хəlilli kəndi və оna yaхın оlan bütün ərazilər kəngərlilərin torpaq mülkiyyəti olmuş, ətrafdakı Şıxmahmud, Uzunoba, Didivar, Nəzərəbad, Həsənağa, Kükəli kəndlərinin əsası kəngərlilərin tayfa və tirələri tərəfindən qoyulmuş, hələ ХV11 əsrdən хеyli əvvəl Xəlilli kəndində kəngərlilərin Cümşüdlü tayfasına məхsus ailələr yaşamışdır. Elə bu səbəbdən də kənd həm də Cəmişidli adı ilə tanınırmış. Kənd camaatı əsasən, əkinçilik və hеyvandarlıqla məşğul оlurmuşlar.

Xəlilli kəndinin kəngərlilərə məxsusluğunu 1768-ci il iyul ayında Ağaverdi (İmamverdi) Soltan Kəngərlinin qızı Əsmər xanımın Məmmədkərim Söltana satdığı Xəlil kəndinin qəbalə sənədləri də təsdiqləyir. Sənəddə yazılır ki, Xəlil kəndi Cəmişidli tayfasının ağsaqqalı İmamverdi Soltan Kəngərliyə ata-babadan qalma mülk imiş. Bu kənd Naxçıvan ölkəsinin şah sarayına vergi ödəyən, dövlət yanında vergi mənbəyi kimi böyük əhəmiyyətə malik idi [9, s. 137]. İmamverdi Soltan Kəngərli vəfat etdikdən sonra kənd bütün mülkü ilə onun qızı Əsmər xanıma məxsus olub. Əsmər xanım 1768- ci ildə şəriət məhkəməsinə gələrək Naxçıvan ölkəsinin tabeliyindəki ata-babadan gəlmə irsi əmlakı olan bütün Xəlil kəndinin – arx və əkin sahələri, su ehtiyatları, dəyirmanları və ümumiyyətlə (kəndin) özünə xas bütün aidiyyətilə birlikdə hamısını tədavüldə olan səkkiz tümən Təbriz məbləğində pula Kəngərli elinin yüksək məqamlı vəkili Əliməmməd bəyin oğlu Məmmədkərim Soltana satıb. Satılan mülk dörd tərəfdən bu qayda üzrə məhdudlanır: Birinci hədd: Şeyx Mahmud kəndi. İkinci hədd: Böyük Naxçıvan çayı. Üçüncü hədd: Uzun oba əmlakı. Dördüncü hədd : Cehri [9, s. 58].

Kəndin alqı-satqısı ilə bağlı qəbaləni 69 şəxs imzalamışdır. Məmmədkərim Soltan sağlığında kəndin əmlakına məxsus qəbaləni oğluna verdiyi üçün atasının ölümündən sonra kənd bütünlüklə Lütfəli Soltan Kəngərliyə çatmışdı [9, s.139]. Bu faktlar sübut edir ki, Xəlilli adı kəngərlilərə məxsus tayfa başçısının adı əsasında yaranmış etnonim səciyyəli addır. Kənddə yaşayan indiki ailələr də Cəmişidli tayfasının nəsillərindəndir.

Kükəli kəndi. XVII-XVIII əsrlərə aid mənbədə qeydə alınmış keçmiş kənd adıdır [9, s. 149]. Kənd indiki Babək rayonu ərazisində Şıxmahmud kəndinə yaxın ərazidə yerləşmiş və əhali əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Bunu 1723-cü ilin may ayında Naxçıvan ölkəsinin vəziri Mirzə Məhəmməd Tahirin Allahverdi və Xudaverdi bəylərə satdığı «Mömin xan yeri» adlı torpaq sahəsinin qəbaləsi də təsdiqləyir. Sənəddən aydın olur ki, satılan ərazi şərqdən magistral küçə, qərbdən Kükəli kəndi, cənubdan su anbarı yeri, şimaldan isə Şeyx Mahmud ərazisi ilə həmhüdud idi [9, s.149]. Sənədi kəngərli elinin Ağabəyli, Kəc, Bilici, Yurtçu və Salehi oymaqlarına mənsub şəxslərin imzalaması kəndin kəngərlilərə məxsusluğunu sübut edir.

Kükəli adının mənası tam aydın deyil. Bu ada digər mənbələrdə rast gəlinmir. Güman edirik ki, Kükəli adı Kükü kənd (Şahbuz rayonu) adı ilə eyni mənşəlidir, yəni kənd adının ilkin forması Kükülü variantında olmuş və fonetik əvəzlənmə nəticəsində Kükəli şəklinə düşmüşdür. Bunu hər iki kənddə kəngərlilərə məxsus ailələrin yaşaması və əhalinin eyni mənşəli tayfaya məxsus olmaları ilə əlaqələndirmək olar. Digər tərəfdən, XVII-XVIII əsrlərdə Kükü kəndi tamamilə kəngərlilərin nüfuzlu bəylərinə məxsus olmuş, XIX əsrdə isə bu kəndin torpaqlarına Kəngərli elinin vəkili Hacı Lütfəli soltanın oğlu Novruz ağa sahiblik etmişdir [10, s.31, 136]. Novruz ağanın Naxçıvan şəhərinin ətrafı, eləcə də Kükəli kəndində də böyük torpaq sahələri var imiş. Dağlıq ərazidə yerləşən Kükü kəndinin əkin sahələri az olduğundan kənd əhalisi əkinçilik məqsədilə Kükəli kənd torpaqlarından istifadə edirmiş (Bu hal Şahbuzun digər kəndləri üçün də xarakterikdir). Elə buna görə də kəndə «kükülülərə məxsus yer», «kükülülər» mənasında işlənən Kükəli ( Kükülü) adı verilmişdir.

Həsənağa. XIX əsrdə qeydə alınmış bu kənd [7, s.134] Uzunoba kəndinin (Babək rayonu) bir hissəsini əhatə edirmiş. Sonralar bu kəndlər bir-biri ilə qaynayıb qarışmış və Həsənağa adı unudulmuşdur. Kəndin bütün ailələri kəngərlilərdən ibarət olmuşdur. Həsən ağa tirə başçısı və torpaq sahibi olduğu üçün kənd onun adı ilə adlandırılmışdır [2, s. 92].

Şükar kəndi. Kəndin əsasının nə zaman qoyulduğu məlum deyil. Kənd adı 1590-cı ilə aid mənbədə Dərəşahbuz nahiyəsində [ 5, s.167], 1727-ci ilə aid mənbədə isə Naxçıvan livasının Sisyan nahiyəsində Şikar variantında qeydə alınmışdır [5, s. 151]. Qədim Azərbaycan ərazisi olan bu kənd 1918-ci ilin milli qırğını dövründə ermənilər tərəfindən dağıdılmış, tamamilə müsəlmanlardan ibarət olan əhali Naxçıvan, Şuşa, Qubadlı, Füzuli rayonlarının ərazilərinə səpələnmişdir. Şükarda baş verən bu faciə haqqında «Qruziya» qəzetinin 9 noyabr 1918-ci il tarixli nömrəsində yazılır ki: «Şükar kəndi rayon mərkəzindən təqribən 22-24 km şimal-şərqdə, Sisyan- Naxçıvan yolunun üzərində, Şağat kəndinin yaxınlığında yerləşmişdir, 1873-cü ildə kənddə 186 nəfər, 1886- cı ildə 218 nəfər, 1897- ci ildə 238 nəfər, 1914 –cü ildə isə 514 nəfər əhali yaşamışdır. 1918- ci ildə erməni daşnaq hökumətinin gösrərişi ilə Andronikin quldur dəstəsi kəndi dağıtmış, əhalisini qırmış, sağ qalanları qovmuşdur. İndi ölü kənddir. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna raportunda qırğının miqyası belə göstərilir: «Şükar kəndi 1918- ci ilin iyulunda dağıdılmış, 95 nəfər öldürülmüş, kəndə 500 min manat zərər vurulmuşdur» [4, s. 464.].

Həmin dövrdən kənddə yaşayış olmamışdır. İndi Naxçıvan və Sumqayıt şəhərləri, Nursu kəndi (Şahbuz rayonu), Cəhri kəndi (Babək rayonu), Şuşa, Qubadlı, Füzuli rayonlarında 1918-ci ildə Şükardan didərgin düşmüş ailələrin nəsilləri yaşamaqdadır.

Şükar adının etimologiyasına toxunan B.Budaqov və Q.Qeybullayev E.M. Murzayevə əsaslanaraq ehtimal edirlər ki, kənd adı türk dillərində şoku – «konusvarı yüksəklik» və yar –«çay sahili qaya», «yarğan» sözlərindəndir. Azərbaycanda Çoxqar dağının ( Şəki rayony) adı ilə mənaca eynidir [3, s.445]. Bizim fikrimizcə, kəndə relyef quruluşuna, «konusvarı yüksəklik»də yerləşməsinə görə verilən bu ad özünü doğrultmur, digər tərəfdən kənd çay sahilində yerləşmir. Odur ki, adın bu yozumu ilə razılaşmaq olmaz. Bizim fikrimizcə, kənd adı şəxs adı əsasında yaranıb. Ata-babalarımın ulu yurdu olan Şükar kəndinin yerli sakinləri, 1918 –ci il hadisələrinin faciəli günlərini yaşayan şahidlərin babalarından eşitdiklərinə görə kəndin əsası Şükar adlı şəxs tərəfindən qoyulmuşdur. Buna əsaslanıb adın antroponim səciyyəli olması fikrini müdafiə edirik.

Deyilənlərdən aydın olur ki, qədim oğuz yurdu Naxçıvan ərazisində hər bir adın öz yaranma və formalaşma yolu, mənşəyi, zəngin leksik-semantik xüsusiyyətləri vardır ki, bunların da hərtərəfli şəkildə tədqiqi dilimiz və tariximiz üçün mühüm elmi əhəmiyyətə malikdir.


ƏDƏBİYYAT

  1. Bağırov A. Naxçıvanda oğuz tayfa adları əsasında yaranan oykonimlər //Azərbaycan onomastikası problemləri, X, Bakı, 2002, s. 73- 78.
  2. Bağırov A. Naxçıvanın oykonimləri, Bakı, «Nurlan» nəşriyyatı, 2007.
  3. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, Bakı, «Oğuz eli» nəşriyyatı, 1998.
  4. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyas, Bakı, «Gənclik» nəşriyyatı,1995.
  5. İrəvan əyalətinin icmal dəftəri, Bakı, «Elm» nəşriyyatı, 1996.
  6. Kaşğarlı M. Divanü lüğat-it-türk, (Çevireni: Besim Atalay), 5 Baskı, Cilt 1, Ankara, 2006.
  7. Григорйев В.В. Статистическое описание Нахичеванской провинции, Санкт-Петербургь, 1833.
  8. Naxçıvan sancağının müfəssəl dəftəri, Bakı, «Elm» nəşriyyatı, 2001.
  9. Seyidbəyli E. Naxçıvan torpaq mülkiyyətinə aid XV11 – XV111 əsr Kəngərli arxeoqrafik sənədləri, Bakı, «Elm» nəşriyyatı, 2000.
  10. Смирнов Н.К. Материалы по истории и этнографии Нахичеванского края (Тифлис, 1934 г), Баку, «Ozan» nəşriyyatı, 1999.
  11. Vəliyev (Baharlı) M. Azərbaycan, Bakı, «Azərbaycan» nəşriyyatı, 1993.
  12. 1918-1920-ci illərdə Azərbaycanın siyasi xəritəsi.



Bağırova Sevinc


BALONİYA TƏHSIİL PROSESİ VƏ AZƏRBAYCAN REALLIĞI


Avropa ali təhsil sistemlərində bu gün baş verən inqilabi dəyişikliklər hamı kimi Azərbaycan təhsil sisteminin işçilərini də narahat etməyə bilməz. Respublika ali məktəblərini yaxın gələcəkdə nə gözləyir? Avropa sisteminə qoşulacaq bizim ali məktəblərdə xarici tələbələrin kütləvi təhsil ala bilməsi nə qədər realdır və bu sahədə hansı işlər görülməlidir? Avropa təhsil xidməti bazarında mövcud olan rəqabətə bizim ali məktəblər davam gətirə bilərlərmi? Bütün bu suallara cavab verə bilmək üçün birinci növbədə Baloniya konvensiyasının nə olduğunu aydınlaşdıraq.

1997-ci il aprel ayının 11-də Avropada ali təhsil kvalifika­si­ya­la­rının tanınması üzrə Lissabon konvensiyası qəbul edildi. Bu sənəd, Avropa ali təhsil sistemlərinin vahid meto­doloji bazasını yaratma istiqamətində 1953-1997-ci illərdə qəbul edilmiş konven­siyaları­nı bir növ özündə ümumiləşdirmişdi.

1998-ci ildə Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Sarbon dekla­rasiyasına qol çəkdilər. Deklarasiyada Avropa ali təhsil sisteminin arxitekturasının harmonizasiyası nəzərdə tutulurdu.

1999-cu ilin sentyabrında Baloniya Universitetinin 900 illik yubileyinə toplanmış 29 Avropa ölkəsinin rektorları Universitetlərin Xaritiyasını qəbul etdilər.

Avropa təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması ilə əlaqədar Balo­niyada davam edən proses 2001-ci ildə Praqada 32 ölkənin ali təhsil nazirlərinin «2001-ci ilə qədər Avropa ali təhsil məkanı yaratmaq» təşəbbüsü ilə nəticələndi.

Bu konvesiyada müasir dövr üçün ali təhsilin əsas prinsipləri formalaşmışdı:

- universitetlərin avtonomiyası;

- universitetlərin dövlətdən asılı olmaması;

- müəllimliklə-alimliyin sıx vəhdəti;

- Avropa humanizminin əsas dəyərlərinin qorunması və s.

Beləliklə, Baloniya prosesinin əsas prinsipləri və arxitekturası formalaşdı.

Avropada Baloniya konvensiyasının yaranmasına səbəb nə idi?

Məsələ ondadır ki, 90-cı illərdə dünya təhsil sistemlərində inqilablar baş ve­rirdi. Təhsil iqtisadiyyatın bir sahəsinə çevrilirdi. İnkişaf etmiş ölkələr bundan çox böyük qazanc əldə etməyə başlamışdılar. Bu inqilab şimali Amerikada baş ver­mişdi və 90-cı illərin ortalarında Avropa universitetləri başa düşürdülər ki, bu sa­hə­də çox geridə qalırlar. Dünyanın müxtəlif ölkələrindən gənclər ABŞ-da oxumağa axışırdılar.

Bu yarış-müsabiqədə uduzmamaq üçün Avropa öz elm-təhsil potensialını səfərbərliyə almaq istiqamətində fəaliyyətini gücləndir­di. Baloniya konvensiyası da bu qəbildən olan tədbirlərdəndir.

Buradan belə nəticəyə gəlmək olar ki, əgər Azərbaycan bu pro­sesdən kənarda qalarsa, inkişafda olan dünyanın xammal əlavə­sinə çevrilə bilər.

Azərbaycanın ali təhsil sistemi də Avropa təhsil sisteminin tərkib hissəsi kimi Baloniya konvensiyasının irəli sürdüyü prinsipləri öz fəaliyyətində əsas götürməyə çalışır.

Artıq Azərbaycan da vahid ümumavropa təhsil məkanına qəbul edilmək ərəfəsindədir. Yaxın gələcəkdə Azərbaycan və Avropa Universitetlərinin diplom­la­rı­nın qarşılıqlı tanınması mümkün ola bilər. Baloniya konvensiyasını qəbul etmək bizim tələbələrə sərbəst olaraq Sorbonda, Praqada və ya Baloniyada mühazirələrə qulaq asa bilmək, 40 Avropa ölkəsinin 3 mindən artıq universi­tetlərinin diplom­larına uyğun diplomlar almaq imkanları verəcəkdir.

Birinci növbədə hər bir tələbə və müəllim yaxın gələcəkdə özünün şəxsi həyatında və professional fəaliyyətindəki perspek­tivləri reallaşdırmaq üçün yeni imkanlar əldə edəcəklər. Ancaq bunun üçün universitetdə iri miqyaslı reformalar aparmaq, «Açıq sistem» prinsipi üzrə universiteti açıq universitetə çevirmək lazımdır. Azərbaycanın hər bir vətəndaşı müasir təhsil sistemindən istifadə etmək imkanlarına malik olmalıdır. Bu imkan təhsilin bütün mümkün formalarını, distansion təhsildən, fərdi-əyani təhsilə qədər əhatə etməlidir.

Son illərdə dünyada distansion təhsilin populyarlığı sürətlə artır. Bir çox qabaqcıl uni­versitetlərdə əlavə təhsil və təkmilləş­dirmə institutlarının tərkibində distansion təhsil fakültələri fəaliyyət göstərir. Belə fakültələrdə tədris prosesinin təşkili universitetin ixtisas kafedralarının dövlət təhsil standartları əsasında hazırladığı tədris planları əsasında həyata keçirilir.

Distansion təhsilin birinci mərhələsində tədris prosesinin əsasında «Keys» təhsil tex­nolo­gi­ya­­sı təşkil edir. Bu texnologiya mühazirə materiallarının, məşğələ və test tapşırıqlarını elektron daşıyıcılarda (disketlərdə) istifadəsini nəzərdə tutur. Hər bir tələbə semestrin əvvəlində tədris vasitələri komplekti (Keys) alır. Bu komplektə: mühazirə konspektləri, işçi dəftərlər, laboratoriya işləri üzrə metodiki göstərişlər, testlər, nəzarət tapşırıqları və s. daxildir. Hər bir tələbə semestr ərzində 20-yə qədər vəsait alır.

Təcrübə göstərir ki, distansion humanitar və iqtisadiyyat ixtisasları daha geniş yayıl­mış­dır. Bu onunla izah edilir ki, ümumpeşə və ixtisas fənnlər bölümü üzrə texniki ixtisaslarda təhsil material texniki baza olmasını tələb edir.

Hal-hazırda bu problemi həll etmək üçün ayrı-ayrı ixtisas fənləri üzrə laboratoriya işləri onların virtual kompüter analoqları ilə, videofilmlərin nümayişi, multimediya tədris vasitələri ilə əvəz olunmaqla həll edilir. Bu materiallara çap şəklində və ya elektron şəklində mühazirə materialları da əlavə edilir.

Çox ola bilsin ki, gələcəkdə elektron multimediya tədris kursları, kompüter-öyrədici şəbəkə kompleksinin bir hissəsi kimi tədris-metodiki vasitələrini sıxışdıraraq distansion təhsil üçün əsas vəsait olacaqdır.

Təhsildə yeni informasiya texnologiyalarının tətbiqinin əsas məqsədi tədris materiallarının əyani və rahat təqdimatını təmin etməklə, materialların dinamiki yeniləşmə imkanları və INTERNET-də çap olunan əlavə informasiya resursları hesabına tədris posesinin effektivliyini artırmaqdır.

Xüsusilə də I və II semestrlərin ümumi humanitar və sosial-iqtisadi, tədris və fun­da­men­tal fənnlərinin distansion tədrisi üçün hal-hazırda kifayət qədər multimediya tədris vəsaitləri və virtual laboratoriya işləri mövcuddur.

Bu fakültələrdə ayrı-ayrı fənnəlr üzrə yoxlama həyata keçirmək üçün elektron test kom­plektləri işlənməlidir. Bu testləri tələbəyə, mühazirə material­larının mənimsənilməsinin keyfiy­yə­tinə və dərəcəsinə nəzarət etməyə imkan verəcəkdir.

Mətbəədə çap olunmuş tədris vəsaitləri və dərslikləri elektron şəklinə salınmalı və onların əsa­sında hipermətnli elektron dərsliklər yaradılmalıdır. Bu dərsliklərdən həm lokal elektron da­şı­yıcılarında (disketlər, CD-diski), həm də internetdə istifadə etmək mümkündür.

Distansion təhsildə informasiya texnologiyalarının tətbiqinin sonrakı inkişafının əsas isti­qa­mə­ti korporotip və internet-texnologiyalarından istifadə edən qlobal şəbəkələr bazasında kom­pleks şəbəkə – tədris-informasiya sisteminin tətbiqidir. Bunun üçün birinci növbədə tərkibinə şə­bə­kə server avadanlığı, kabel sistemləri, şəbəkə proqram örtüyü daxil olan texniki baza yara­dıl­mışdır. Digər şəhərlərdə informasiya-kompüter dayaq mərkəzləri yaratmaqla şəbəkə texniki vasi­tə­lərini genişləndirmək və müvafiq olaraq rayonlarda distansion təhsilin effektivliyini artırmaq mümkündür.

Əlbəttə buna bənzər layihələrin tətbiqi çox böyük vaxt və vəsait, həmçinin tələbələrdən də texniki təminat və əlavə xərc tələb edir.

Distansion təhsil sistemində müəllimə xüsusi rol ayrılır. Distansion təhsil mü­əl­limin rolunu genişləndirir və yeniləşdirir. Müəllim dərketmə prosesini koor­di­na­siya etməli, oxuduğu kursları daima təkmilləşdirməli, innovasiyalar və yeniliklərlə əlaqədar olaraq özünün yaradıcı aktivliyini və kvalifikasiyasını daima artırmalıdır.

Bununla belə klassik pedaqogikanın ənənələrini qoruyub saxlamaq da vacib­dir. Tələbələri mühazirə mətnləri və işçi dəftərlərlə təmin etmək o demək deyildir ki, bu ancaq müasir müəllim­lə­rin mühazirələri olmalıdır. Adlı-canlı qədim profess­sor­ların da mülahizələrini yenidən işləyərək elektron şəklində çap etdirmək mümkündür və lazımdır.

Distansion təhsil tələbəyə də müsbət təsir göstərir. Onun yaradıcı və intellektual potensia­lı­nı, səliqə-sahmanını, işini düzgün təşkil etməyi, biliyə olan həvəsini, kompüter texnikasından istifadə edə bilmək və sərbəst qərar qəbul etmək bacarığını artırır. Tələbənin qarşısın­da elektron kitabxananın hüdudsuz imkanları açılır. O, kompüter olan istənilən yerdən bu im­kan­lardan istifadə edə bilər.

Qeyd etmək lazımdır ki, distansion texnologiyalar üzrə təhsilin formaları çoxdur. Bütün bu təhsil formalarının kompleks inkişafı və onlarda müasir təhsil texno­lo­giyalarının elementlərindən istifadə Azərbaycan ali təhsil sisteminin imkanlarını ge­nişlən­di­rər, göstərdiyi təhsil xidmətlərini artırar və ona Avropa ali təhsil sisteminə inteqrasiya olun­ma­sında köməkliklər göstərərdi. **

Baloniya konvensiyası diploma əlavə üçün xüsusi forma nəzərdə tutmur və bu məsələni hər bir ölkənin öz öhdəsinə buraxır. Bununla belə, Xarici Ölkələrdə Təhsil üzrə Avropa Assiosasiyası tərəfindən 1999-cu ildə vahid forma və məzmunda işlənmiş diploma əlavə Avropa universitetlərində geniş tətbiq olunur. Bu sənəddə ixtisas barəsində dəqiq təsəvvür yaradan, onun digər ixtisaslarla müqayisəsinə və xaricdə tanınmasına imkan verən, 8 bölmədə qurplaşdırılmış, 25 mövqenin doldurulması tələb edilir. Bu formatda diploma əlavə milli və ingilis dillərində doldurulmuş 4 səhifədən ibarətdir.

Azərbaycan universitetlərində verilən diploma əlavələr Avropa analoqla­rından əsaslı fərqlənirlər. Dövlət təhsil standartlarında nəzərdə tutulmuş fənnlərin adının ingilis dilinə adekvat tərcüməsini hazırlamaq və məqbul vahidlərini kreditlə gös­tər­məklə bu əlavələrdə əsaslı dəyişikliklər aparmaq tələb olunur. Müvafiq fəaliyyətin həyata keçirilməsi üçün Respublika ali məktəblərində müsabiqə əsasında intensiv tədqiqatlar aparmalı, aparıcı dövlət və özəl universitetlərdə pilot layihələri həyata keçirilməli, əlavələrin düzgün doldurulmasına həsr edilmiş seminarlar və master-siniflər təşkil edilməlidir.

Diploma əlavənin Azərbaycan və ingilis dilində yazılması çox böyük dəqiqlik, peşəkarlıq və məsuliyyət tələb edir. Odur ki, Dövlət təhsil standartlarının nəzərdə tutduğu fənlərin ingilis dilində dəqiq tərcümələri hazırlanmalı və çap etdirilməlidir. Diploma avropa əlavəsinin doldurulması üçün metodiki göstərişlər-instruksiyalar işlənməlidir.

Baloniya konvensiyasının əsas müddəalarından biri də təhsilin yüksək key­fiyyətini təmin edən qiymətləndirmə meyarlarından və metodologiyalardan ak­tiv istifadə etməkdir. Azərbaycanda da digər MDB ölkələrində olduğu kimi təh­sil müəssisələrinin Dövlət tərəfindən tanınma prosedurası üç mərhələdən ibarətdir:

- lisenziyalaşdırma – təhsil üçün yaradımış şəraitin tədris auditoriyalarına, laboratoriyaların avadanlıqlarına, müəllimlərin səviyyəsinə, tədris ədəbiy­yat­la­rı­nın mövcudluğuna qoyulan Dövlət tələblərinə uyğunluğunun qiymətləndirilməsi;

- attestasiya – məzunların hazırlıq səviyyəsinin və keyfiyyətinin Dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi;

- akkreditasiya – ali məktəbin tipi (ali tədris müəssisəsi) və növü (institut, universitet, akademiya) üzrə dövlət akkreditasiya statusunun növbəti müddət üçün təsdiq olunması, akkreditasiya nəticəsində ali məktəbin təhsil haqqında Dövlət sənədi vermək hüququna malik olduğu ali ixtisas təhsili üzrə təhsil proqramları da müəyyənləşdirilir.

AİT-in keyfiyyətinə nəzarət, keyfiyyət göstəricilərinin lisenziyalaşdırma və akkreditasiya üzrə Dövlət tələblərinə uyğunluğunun qiymətləndirilməsi nöqteyi-nəzərindən Ali məktəblərin fəaliyyətlərinə xarici nəzarətlə bərabər, beynəlxalq standartlar İSO 9000-2000 çərçivəsində daxili keyfiyyətə nəzarət sisteminin tətbiq olunması da mühüm əhəmiyyət kəsb edərdi.

Baloniya konvensiyasının əsas müddəalarından biri də təhsilin keyfiyyəti­nin təminində, keyfiyyət meyarlarının müəyyən olunmasında və qiymətlən­dir­mə meto­do­lo­giyasının işlənməsində avropa əməkdaşlığına yardım gös­tər­mək­dir. Bu məq­sədlə dünya təcrübəsinə və Baloniya prosesinə uyğun olaraq təhsil müəs­sisəsinin fəaliyyətinin tələbələr tərəfindən qiymətləndirilmə gös­tə­ri­ciləri müəy­yənləş­diril­məlidir. Məsələn: tərbiyəvi fəaliyyət, tələbənin elmi-təd­qi­qat işi və s.

Dövlət akkreditasiyası ilə əlaqədar fəaliyyətin Ali təhsilin key­fiy­yə­tinə tə­minat üzrə beynəlxalq agentliklər şəbəkəsi və həmçinin Mərkəzi və Şərqi Avropa Öl­kələrinin Akkreditasiya Agentlikləri Şəbəkəsinin (ENQA) əmək­daş­lığı şə­rai­tin­də həyata keçirilməsi məqsədəuyğun olardı. Baloniya prosesinin müddəalarının hə­yata keçirilməsinə nəzarət funksiyası ENQA-ya həvalə olunmuşdur. Akkre­dita­siya agentlikləri Avropa ölkələrində keyfiyyətə təminat orqanlarının qarşılıqlı fəaliy­yə­tinin təmini Baloniya prosesi çər­çivə­sin­də vahid təhsil məkanı yaratmaq istiqa­mə­tində çox vacib əhəmiyyət kəsb edərdi.

Tələbələr və tələbə təşkilatları ali məktəblərin elmi şuralarında təmsil olun­ma­lı və dərslərin keyfiyyətinin qiymətləndirilməsində aktiv iştirak etməli­dir­lər. Təhsil prosesinin təşkili barəsində tələbələrin fikirlərini öyrənmək məqsədilə sorğular aparmaq, ali məktəbin fəaliyyətinin xaricdən qiymətləndirilməsini həyata keçirmək və bu məqsədlə beynəlxalq ekspertlərin cəlb edilməsi təcrübəsindən də istifadə etmək məqsədəuyğun olardı.

Ali məktəblərimizdə akademik mobillik hal-hazırda xarici ölkələr üçün kadr ha­zırlığı ilə əlaqədar beynəlxalq fəaliyyəti, təhsil xidmətlərinin eksportunu və müxtəlif beynəlxalq fondların qrantları əsasında fərdi mobillik proqramlarını əhatə edir. Azərbaycanda xarici ölkələr üçün milli kadrların hazırlanması fəaliyyəti kom­pleks tədbirlər planı əsasında həyata keçirilməlidir. Xarici tələbələrin ali mək­təb­lə­ri­mizə ödənişli əsaslarla qəbulunun genişləndirilməsi, MDB ölkələrindən ali məktəblərimizdə təhsil alan tələbələrin sayının artırılması, Azərbaycanlı tələbə, aspirant, müəllim və elmi işçilərin beynəlxalq müqavilələr və həmçinin xarici ölkə ali məktəblərinin birbaşa partnyor əlaqələri əsasında tam təhsil kursu, stajkeçmə, dil hazırlığı, elmi tədqiqatlar, ixtisasartırma və s. bu qəbildən olan tədbirlərdəndir.

Azərbaycanın ali ixtisas təhsili sisteminin Baloniya konvensiyasının prinsip­lə­ri çərçivəsində Avropanın vahid təhsil məkanına inteqrasiya olunması üçün böyük miqyaslı, asinxron təhsil texnologiyalarına söykənən, elmi tutumlu və yüksək professionallıq tələb edən sistemli fəaliyyət həyata keçirilməlidir. Əlbəttə ki, belə bir geniş miqyaslı fəaliyyət təhsil sistemindən asılı olmayan, iqtisadiy­yatın, cəmiyyətin və dövlətin mövcud durumundan irəli gələn obyektiv və həmçinin ali təhsil işçilərinin bir qisminin təfəkkür tərzindəki inresiyalılıqdan və konser­va­tizmdən bəhrələnən, subyektiv amillərin geniş bir spektrinin bu və ya digər səviy­yədə müqaviməti ilə rastlaşacaqdır. Odur ki, qarşıda duran vəzifələrin miqyası, məsuliyyəti və həmçinin ehtimal olunan maneələr bütün imkanların və resursların səfərbər olunmasını tələb edir, birinci növbədə isə ali ixtisas təhsili müəssisələrində aparıcı mövqe tutan mütəxəssislərlə bərabər sıravi təhsil işçilərinin də informatik səviyyələri və kvalifikasiyaları daima artırılmalı, professor-müəllim heyətinin əmək haqqı sistemi yenidən işlənməli və ən başlıcası isə müvafiq qanunverici baza yaratmaq üçün yeni təhsil qanunu Baloniya prosesinin prinsipləri və şərtləri kontekstində hazırlanmalıdır.