AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Heydər əliyev və azərbaycan təhsili
İNGiLİS DİLİNDƏ MƏKAN ONİLLİKLƏRİ VƏ
I had an early dinner at the Savage Club with Tarp Henry
Catherine sat in a chair by the bed
A shell burst near the river
Above the rear – view miror over the windshield, there was a small fromed photograph of a girl dressed in academic cap and down
Below önlüyü qədim ingilis dilindəki be
The difficulty was – below the big Air Force yet were five airline flights
On önlüyü ərazinin tərkib hissəsini təşkil edən predmet, əşya və hadisələrlə işlənir və Azərbaycan dilinə üst
He picked up valise, stepped over the ledge, and put the valise down again where it would be clear of the door’s swing
The cottage was off the coast
Under the archway of a bridge two little boys were lying in one another’s arms to try and keep themselves warm
Beneath önlüyü bilavasitə predmetin aşağı səthini göstərir. Beneath önlüyü under önlüyünə nisbətən nadir hallarda işləni, Azərba
It was lousy in the park
After I had left the laboratory, I escaped into the country outside the town
I went around the room, very quiet and all, looking at stuff for a while
Behind önlüyü qədim ingilis dilindəki zərf və önlük mənasında işlənən be – hindan
Some time before daylight something took one of the baits that were behind him
The carriage pulled up before the hotel
I went after them
...
Полное содержание
Подобный материал:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

ƏDƏBİYYAT
  1. Nəbioğlu.R “Hüseyn Cavidin estetik idealı” Bakı “Nurlan” 2009
  2. Hüseyn Cavid “Əsərləri” Vcilddə Icild Bakı “Elm” 2007
  3. Məmməd Cəfər “Seçilmiş əsərləri” İki cilddə II cild Bakı “Azərnəşr” 1974
  4. Huseyn Cavid:həyat və sənət yolu , Bakı “Elm” 2005
  5. Əkrəm Cəfər “Füzuli şeirinin vəzni”(Elmi – tədqiqi məqalələr) Bakı Azərnəşr 1958
  6. Əlioğlu.M “Hüseyn Cavidin romantizmi” Bakı “Azərnəşr” 1975



РЕЗЮМЕ

В статье исследуются романтические и психологические мотивы в творчестве Г. Джавида. Также в статье анализируется эстетический идеал автора, определяющийся по художественно-творческому методу и литературному течению.


SUMMARY

The article deals with romantic and psychological themes of H. Djavid' s creation. Given article analyses aesthetic ideal of author, defined on fiction-creative methods and literary trends.


Camalov Kamal

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ


«Təhsil millətin gələcəyidir» deyən ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günündən Azərbaycanda təhsilin ikişafına qayğını ön plana çəkmiş və mühüm xidmətlər göstərmişdir. Ulu öndər ölkənin sosial-iqtisadi inkişafında təhsilin aparıcı istiqamətlərindən biri kimi onun tərəqqisinə nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş meydan verdi və şərait yaratdı. Ölkədəki təhsil müəssisələri şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz inkişaf mənbəyini Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub.

Heydər Əliyevin sırf təhsillə bağlı yaradıcılıq irsi elmi-nəzəri, pedaqoji ideyalarla olduqca zəngindir. Azərbaycan təhsilinin son 40 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsil yüksəliş illərini dörd mərhələdən keçmişdir: 1969-1982-ci illər; 1983-1987-ci illər; 1988-1993 və 1993-cü ilin iyunundan başlayaraq 2003-cü ilə qədər dövr.

Haqlı olaraq Azərbaycanın intibah dövrü kimi səciyyələndirən 1969-2003-cü illər Azərbaycanda pedaqoji kadr hazırlığında keyfiyyətcə yeni mərhələdir. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə irəli çəkilən xalqımızın böyük oğlu H.Əliyev totalitar rejimin sərt qanunları çərçivəsində Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin yüksəldilməsində, pedaqoji və elmi-pedaqoji kadr hazırlığı ilə bağlı düşünülmüş strategiya və taktika seçdi. Onun rəhbərliyi dövründə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün pedaqoji təhsil ocaqları yeni inkişaf pilləsinə qalxdı, xalqın ümummədəni və intellektual səviyyəsi yüksəldi. Respublikamızın kadrlara olan ehtiyacını ödəmək məqsədilə azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi ali təhsil sahəsində uzaqgörənliklə düşünülmüş strategiya idi. Pedaqoji kadr hazırlığının ümumi səviyyəsi elmi pedaqoji kadr hazırlığının ümumi göstəricilərindən asılı olduğundan H.Əliyevin bilavasitə qayğısı sayəsində elmi işçilərin hazırlanması keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Respublikada elmi-pedaqoji kadr hazırlığına Azərb.KP MK-nın 1969-cu il avqust və 1971-ci il oktyabr plenumları əhəmiyyətli təsir göstərdi. Bu da Respublikanın elmi-pedaqoji həyatında böyük canlanmaya səbəb oldu. Elmi-pedaqoji kadr hazırlığının yeni sistemi formalaşmağa başladı. Əgər 1927-60-cı illərdə təhsil-tərbiyənin nəzəri, praktik və tarixi problemləri ilə bağlı 33 namizədlik dissertasiyası müdafiə olunmuşdusa, 1972-76-cı illərdə 41 nəfər tədqiqatçı yüksək səviyyəli nəzəri və praktik əhəmiyyəti ilə seçilən elmi əsərlərinə görə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdı. Həmin illərdə respublikanın elmi-tədqiqat institutları, ali məktəbləri və elmi idarələri dərəcəli kadrlarla – 198 elmlər doktoru və 1781 elmlər namizədi ilə daha da möhkəmləndirilmişdi.

Əgər əvvəllər ümumtəhsil məktəblərində işləyən müəllimlərin böyük əksəriyyətinin ali təhsili yox idisə, H.Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsin-də pedaqoji kadr hazırlığında müəyyən keyfiyyət dəyişikliyi baş verdi. Ümumtəhsil məktəblərində nəinki ali təhsilli müəllimlərin sayı artdı, hətta onlar istehsalatdan ayrılmadan böyüyən nəslin təhsil-tərbiyəsi ilə bağlı dissertasiyalar yazdılar, elmi dərəcə aldılar, elmi metodik əsərlərin və dərsliklərin müəllifi kimi tanındılar.

Milli ruhun, milli özünüdərkin və milli qürur hissinin güclənməsinə təsir göstərən əsərlərin yazılması, milli məktəb və pedaqoji fikir tariximizin qaranlıq səhifələrinə işıq salınması, fundamental tədqiqatların aparılması da bilavasitə H.Əliyevin sovet rejiminin ağır təzyiqlərinə, məhdudluqlarına baxmayaraq Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmasının nəticəsi idi. Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdi. Həmin proses H.Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. SSRİ-nin ayrı-ayrı regionlarında totalitar rejimin əleyhinə çıxan elm, təhsil və mədəniyyət xadimləri təqiblərə məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Həmin illərdə Azərbaycan dilinin dövlət dili statusu alması, Azərbaycan dilçilərinə və tarixçilərinə yüksək dövlət mükafatlarının verilməsi, EA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan tarixi şöbələrinin yaradılması, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibliyin təsis olunması Heydər Əliyev şəxsiyyətinin azərbaycançılıq və soykökə qayıdış ideyalarının dirçəldilməsinə, həyata keçirilməsinə yönəldilmiş çoxsahəli fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarıdır.

Qətiyyətlə demək olar ki, Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə keçmiş sovetlər birliyi ölkələrinin heç birində millətin inkişafının, tərəqqisinin ən başlıca şərti olan təhsilə, maarifə, tərbiyəyə, mənəviyyata, mədəniyyətə, pedaqoji və elmi-pedaqoji kadr hazırlığına H.Əliyev qədər geniş yer verən rəhbər, siyasi xadim olmamışdır. O, 1969-cu ildən bu günə kimi respublikanın özünəməxsus təhsil sisteminin qurulmasına çalışmış, bu məqsədlə ardıcıl və sistemli iş aparmış, mühüm dövlət qərarları qəbul etmiş, millətin təhsil almasını cəmiyyətin gələcək taleyini müəyyən edən qiymətli milli sərvət kimi dəyərləndirilmişdir

H.Əliyevin 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə xilaskar missiyası ilə qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni həyatının bütün sahələrində olduğu kimi təhsil sistemində də normallaşmaya, sabitliyə imkan verdi, tədris-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sistemimizin müstəqil dövlətçilik prinsipləri əsasında qurulması zərurəti yaratdı. H.Əliyev xalqı bir bayraq altında birləşdirdiyi, daxili sabitliyi qoruyub saxladığı, müstəqilliyimizi dönməz etdiyi kimi, cəmiyyətin bütün potensialını mənəvi-psixoloci, sosial-iqtisadi mühitin sağlamlaşdırılmasına yönəltdi. Onun bu fəaliyyəti 70-80-cı illərdəki fəaliyyətinin bilavasitə davamı, özü də yüksək formada davamı idi.

H.Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gəlişi respublikamızın dövlət və milli mənafelərinə xidmət edən elm sahələrinin hərtərəfli inkişafına, bunun üçün elmi və elmi-pedaqoji kadrların hazırlanmasına əsaslı təkan verdi. Nəticədə 1993-cü ildən 2002-ci ilədək AAK tərəfindən 388 nəfərə elmlər doktoru, 2119 nəfərə elmlər namizədi alimlik dərəcəsi, 407 nəfərə professor, 1453 nəfərə dosent, 401 nəfərə baş elmi işçi adı verildi. Göstərilən vaxtda alimlik dərəcələrinə və elmi adlara layiq görülənlərin ümumi sayı 4768 nəfər olmuşdur.

1906-cı ildə Nəriman Nərimanovun rəhbərliyi ilə çağırılmış Azərbaycan müəllimlərinin I qurultayında azərbaycanlılardan pedaqogika mütəxəssisi olmadığından gündəliyə daxil edilmiş pedaqoji cərəyanlar haqqında məruzə baş tutmadığı halda, bu gün 700-ə yaxın elmi və elmi-pedaqoji kadr pedaqogikanın problemlərinin tədqiqi ilə məşğul olur.

Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən elmin, təhsilin inkişafına hesablanan böyük xidmətlər göstərib. Hər iki dövrdə ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində elm və təhsildə qazanılan böyük uğurlar və faktlar təsdiqləyir. Statistika göstərir ki, 1969-1982-ci illərdə məktəbəqəd tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb, 1979-cu ildə orta məktəblərin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artıb.

Böyük öndərin imzaladığı /ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında/ qərarı isə onun xalqına böyük töhfəsi idi. Müəllimliyi ən şərəfli sənət hesab edən ulu öndər biz müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb. O illərdə 8718 təhsil işçisi SSRİ-nin orden və medallarına, 3 nəfər müəllim Sosialist Əməyi Qəhrəmanı, 817 müəllim /Azərbaycan SSR-in əməkdar müəllimi/ fəxri adına layiq görülüb. Bu, Heydər Əliyevin müəllimə ehtiramı idi. Azərbaycanda ali təhsil də Heydər Əliyev dövründə inkişafa qədəm qoyub. Ötən əsrin 70-80-cı illərində 5 yeni ali məktəb yaradılıb. Ulu öndərin təşəbbüsü ilə 1980-ci ildə /Azərbaycan SSR əməkdar ali məktəb işçisi/ fəxri adı təsis olunub. Müdrik dövlət başçısının təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən biri də o illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənarda 50-dən artıq iri şəhərin 170 ali məktəbində təhsil alıb. İndi xalqımızın fəxrlə «Heydər Əliyevin kadrları» adlandırdığı həmin insanlar xalq təsərrüfatının, elm, təhsil, mədəniyyətin müxtəlif sahələrində uğurla çalışırlar.

Ulu öndər sağlığında ikən ali təhsil almaq üçün xaricə göndərdiyi gənclərlə keçirilən görüşlərdə bunu qürurla dilə gətirirdi.

Böyük öndər Heydər Əliyevin hərbi milli kadrların yetişdirilməsindəki xidmətləri də danılmazdır. Onun qayğısı ilə minlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. 1973-cü ildə bu uzaqgörən dövlət başçısının təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradıldı. Bu qərar böyük cəsarət tələb edirdi, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu öynayacaq məktəbin yaradılmasına ovaxtkı SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını sübut etməyə çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası bu cəhdlərin qarşısını alıb. Bu hərbi məktəb isə Azərbaycanda ordu quruculuğunda əsas bazalardan birinə çevrilib və bu gün də hərbi kadr hazırlığı sahəsində mühüm əhəmiyyət daşıyır. Ümummilli lider o dövrü səciyyələndirərək deyirdi ki, xalqımızın öz ana dilində gənclərə təhsil verən məktəblər ən böyük nailiyyətlərimizdəndir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə texniki-peşə məktəblərinin sayı da artdı. Qeyd etdiyimiz kimi, böyük öndərin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Azərbaycan təhsilinin inkişafına qayğısını, diqqətini əsirgəmədi. 1998-ci ildə Təhsil Sahəsində İslahat Proqramının hazırlanması üçün xüsusi dövlət komissiyası yaradıldı, bununla da Azərbaycan təhsilinin gələcək inkişaf konsepsiyası müəyyənləşdirildi. Təhsildə 10 ildə strateji fəaliyyətin əsas istiqamətlərini özündə əks etdirən proqramda mühüm vəzifələr əksini tapdı. 1993-2003-cü illərdə tələbələrin xaricdə təhsil almağa göndərilməsi işi də davam etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alıb. 1998-2002-ci illərdə 10 rayonda 28 məktəb tikilib, 15 rayonda 70 məktəb binası əsaslı təmir olunub. Büdcədən təhsilə ayrılan vəsait ildən-ilə artırılıb. 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqı 9 dəfə artırılıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdünün, habelə istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğı idi. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb. Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə də şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən həyata keçirilməyə başlandı. Beləliklə, Azərbaycan postsovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə oldu. Heydər Əliyev təhsil müəssisələrinin problemləri və uğurları ilə daim maraqlanır, tez-tez ali təhsil müəssisələrinə, orta məktəblərə gedir, vəziyyətlə yerindəcə tanış olur, müəllim, tələbə və şagirdlərlə görüşür, onların arzu və təkliflərini dinləyir, dəyərli tövsiyələrini verirdi. Hər yeni dərs ilində, bilik bayramlarında böyük öndərin ölkənin məktəblərinə getməsi ənənə şəklini almışdı. «Azərbaycan təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, bizim təhsil sistemimiz dünya təhsil sisteminin müvafiq standartlarına uyğunlaşdırılsın» - deyən ulu öndərin arzuları bu gün gerçəyə çevrilir.

Prezident İlham Əliyevin təhsilə bugünkü qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin siyasətinin uğurlu davamının göstəricisidir. Son 3 ildə ölkəmizdə 735 yeni məktəb binası inşa edilib, 785 məktəb əsaslı təmir, 71 məktəb bərpa edilib. Heydər Əliyev Fondunun /Yeniləşən Azərbaycana yeni məktəb/ proqramına əsasən 2005-2006-cı illərdə 200-ə qədər məktəb tikilib istifadəyə verilib, 10 məktəb əsaslı təmir olunub. Və indi ölkədəki təhsil müəssisələri şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz inkişaf mənbəyini məhz ötən əsrin 70-ci illərində Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Xalqımız ulu öndərin bu əvəzolunmaz xidmətini hər zaman minnətdarlıqla xatırlayacaq.


SUMMARY

In the paper general and national leader Heydar Aliyevs unlimited contributions in the development of science and education in Azerbaijan is spoken about.


Cavadova Yeganə


İNGiLİS DİLİNDƏ MƏKAN ONİLLİKLƏRİ VƏ

ONLARIN AZƏRBAYCAN DİLİNDƏ İFADƏSİ


Dünyanın siyasi xəritəsində yer alan müxtəlif dövlətlər arasındakı müna­sibətlər çağdaş dövrümüzdə yeni səciyyə alır. İndi beynəlxalq münasibətlərdə inteqrasiya daha böyük sürət almaqdadır. Beynəlxalq münasibətlərdə ümumi və ümumbəşəri maraqların ön plana çəkilməsi, şübhəsiz ki, xalqlar arasında əlaqələrin yaranmasına və inkişaf etməsinə, bu əlaqələrin coğrafiyasının yeniləş­məsinə təkan verir. Dünyanın siyasi xəritəsinin dəyişməsi dövlətlərarası, xalq­lararası əlaqələrə də təsir göstərmişdir. «Xalqlar arasında əlaqələrin yaranması və inkişafında dil həmişə həlledici amil kimi çıxış etmişdir. Dil əlaqələri ictimai səciyyə daşıyaraq iqtisadi, siyasi, mədəni, dini və bu kimi əlaqələr zəminində höküm sürür» (1,75).

Qeyd olunduğu kimi, dil əlaqələri iqtisadi, siyasi, mədəni və sair əlaqələrlə bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu suveren dövlətin beynəlxalq hüququn subyektinə çevrilməsi baş verdi. İndi Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənmişdir. Azərbaycan dili ilə Avropa dilləri arasında təmaslı əlaqə genişlənmişdir.

«Ölkəmizin istiqlaliyyət qazandığı ilk illərdə, xüsusən də müstəqil Azrəbaycan Respublikasının Konstitusiyasında dövlət dili elan olunmasından keçən bu son altı ildə ana dilimiz özümlü ictimai hadisə – ünsiyyət vasitəsi kimi böyük uğurlar əldə etsə də, problemlər də az olmadı. Yeni ictimai quruluş, siyasi mühit, iqtisadi şərait 70 ildə vərdiş etdiyimiz ictimai-siyasi-iqtisadi şəraitdən fərqləndiyinə görə dilimizin ictimai funksiyasında da bir sıra yeniliklər yarandı, dəyişikliklər baş verdi» (2, 34).

Müasir dövrdə elm, texnika, mədəniyyət və iqtisadiyyatın inkişafı elə bir səviyyəyə çatmışdır ki, dünyanın heç bir xalqı, deməli, heç bir dili başqaları ilə əlaqədə, kontaktda olmazsa, inkişaf edə bilməz. Bu isə istər yazılı, istərsə də şifahi – sinxron tərcümənin əhəmiyyətini görünməmiş dərəcədə yüksəldir. Beləliklə, dilçilikdə dil vasitələrinin ekvivalentliyi problemlərinin araşdırılması günün vacib məsələlərindən birinə çevrilir. Köməkçi nitq hissələrinin müxtəlif sistemli dillərdə struktur-semantik planda müqayisəli araşdırılması, onların oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi dilçiliyin aktual məsələlərindən biridir. Bu baxımdan önlük kimi qədim, orijinal və maraqlı, eyni zamanda aktual bir mövzu ilə bağlı hər hansı bir məsələnin məhz ingilis və Azərbaycan dillərinin materialları əsasında, müqayisəli-araşdırma metodu ilə elmi tədqiqinə ehtiyac hiss olunur.

Müasir ingilis dilində ismin və əvəzliyin hal kateqoriyası çox məhduddur. Ona görə də önlüklər ingilis dilində sözlər arasında əlaqə yaradan vasitə kimi çox böyük rol oynayır: cümlədə qrammatik cəhətdən bir-birindən asılı olan sözlər arasında əlaqə, əsasən, önlüklər vasitəsi ilə ifadə olunur.

Önlük obyektlər və ya obyektlə hərəkət arasında məkan, zaman, səbəb-məqsəd, zidiyyət və başqa münasibətləri əks etdirməyə xidmət edən köməkçi nitq hissəsidir. Önlüklər, bir tərəfdən, isimlərin, əvəzliklərin və ya isimləşmiş sifət və sayların vasitəli hal şəkilçiləri, digər tərəfdən, fel, isim, əvəzlik, sifət, hətta bəzən də zərflər arasındakı sintaktik əlaqələri ifadə edən bir qrammatik kateqoriyadır (3,3). Önlük dilin elə bir qrammatik kateqoriyasıdır ki, onlarsız nə yazı nə də şifahi nitqdə keçinmək olmaz.

Önlük özündən sonra gələn isim (əvəzlik) ilə birlikdə müəyyən bir məna ifadə edir. O, yalnız qoşulduğu söz və ya birləşmələrlə birlikdə cümlənin tərkibinə daxil olur və cümlə üzvünün ayrılmaz bir hissəsini təşkil edir.

Dildə daşıdığı qrammatik və semantik xüsusiyyətlərinə görə önlüklərlə qoşmalar arasında müəyyən oxşarlıq vardır. Önlüklər kimi qoşmalar da köməkçi nitq hissələrinin tərkibinə daxildir. Bu kateqoriyaya aid olan sözlər köməkçi vəzifə ifadə etmələrinə baxmayaraq dildə mühüm əhəmiyyət kəsb edir. Qoşmalarsız nə yazı, nə də şifahi nitqdə keçinmək mümkün deyil. Nitqdə onların atılması cümlə quruluşunun pozulmasına səbəb ola bilər. Türk dillərinə aid tədqiqat əsərlərində qoşmalar haqqında onları səciyyələndirən bir sıra fikirlər söylənmişdir.

Qoşmalar isimlərin, əvəzliklərin və ya substantivləşmiş fel, sifət və sayların vasitəli hal şəkilçiləri ilə fellər arasındakı sintaktik əlaqələri göstərən qrammatik kateqoriyadır (4,78).

F.Zeynalov qoşmalar haqqında yazır ki qoşmalar adlar və adlarla fellər arasında müxtəlif sintaktik münasibətləri əks etdirməyə xidmət edən bir kateqoriyadır. Bu kateqoriyaya daxil olan sözlər əsas nitq hissələrinin məzmununu bu və ya digər cəhətdən tamamlamağa, zənginləşdirməyə xidmət edir (5, 118).

İngilis dilində hər hansı bir önlüyün öz mənası vardır. Buna görə də tərcümə edən zaman bu məna çalarına, ekvivalentliyə diqqət yetirmək vacibdir.

İngilis dilində məkan bildirən önlüklər Azərbaycan dilində əsasən yönlük, yerlik və çıxışlıq halları vasitəsi ilə ifadə olunur ki, bu halları da M.Hüseynzadə «məkani hallır» qrupuna daxil edir (6,35).

Gerçəklik ünsürlərinin məkan əlaqəsindən danışarkən at önlüyündən isti­fa­də edilir. Bu önlük Azərbaycan dilinə ismin yerlik hal şəkilçisi ilə tərcümə edi­lir.

I had an early dinner at the Savage Club with Tarp Henry (Conan Doyl) «Tarp Henri ilə «Savic Klab»da birgə nahar edib başıma gəlmiş əhvalatı ona danışdım». At the theatre things passed as they had in Hurstwood’s favour (Dreiser Th.) «Teatrda hər şey Herstvud üçün əlverişli idi».

Müxtəlif coğrafi və inzibati yerlərin, şəhərin, ayrı-ayrı qəsəbələrin adı ilə at önlüyü də işlənə bilir.

I bought a ticket at Milan (E.Hemingway) «Mən Milanda bilet aldım». At the station I had expected to see the porters from the hotel but there was no one (E.Hemingway) «Vağzalda mən otellərdən olan komissionerləri görəcəyimi zənn edirdim, lakin onlardan biri də orada yox idi»

At önlüyü bir–birinə yaxın yerləşən, yaxud əlaqəsi olmayan müxtəlif pred­met­­lər­lə işlənir.

Two soliders sat at a table (E.Hemingway) «Stolun arxasında iki əsgər əyləşmişdi».

Əgər predmetlərin yaxın yerləşməsi göstərilirsə by önlüyündən istifadə edilir. Bu önlüyü də Azərbaycan dilinə ismin yerlik hal şəkilçisi ilə tərcümə olunur.

Catherine sat in a chair by the bed (E.Hemingway) «Ketrin çarpayının yanındakı kresloda oturmuşdu»

Predmet arasında yaxınlıq near önlüyü ilə ifadə olunur. Bu önlük Azərbay­can dilinə yaxında köməkçi sözü ilə tərcümə olunur.

A shell burst near the river (E.Hemingway) «Mərmi çayın yaxınlığında partladı»

Predmetlərin, hadisə və əşyaların müxtəlif səviyyədə yerləşməsini bildirən önlüklər: above, below.

Above önlüyü qədim ingilis dilindəki a – bufan zərf və önlükdən əmələ gəl­mişdir (7, 135). Above önlüyünün tərkibindəki uf ünsürü qədim ingilis dilin­dəki upp zərfinə yaxındır (8, 12). Bu önlük məkan məzmunu ifadə edən isimlərlə əlaqəyə girir və Azərbaycan dilində üzərində, üstündə köməkçi adları və zərf ilə ifadə olunur:

Above the rear – view miror over the windshield, there was a small fromed photograph of a girl dressed in academic cap and down (Y.D.Salinger) «Qabaq şüşənin yuxarısında güzgüdən azca qəbildə tələbə geyimli, başı papaqlı balaca bir qız şəkli peyda olmuşdu».

Below önlüyü qədim ingilis dilindəki be önlüyü və low sifətindən əmələ gəlmişdir (9, 73).

Below önlüyü bəzən mücərrəd məna daşıyan adlarla (isimlərlə) işlənsə də, əsas məkan bildirən isimlərlə əlaqəyə girir. Odur ki, biz bu önlüyü də «sırf məkan» məzmunu bildirən önlüklər qrupuna daxil edirik. Bu önlük bir əşyanın o biri əşyaya nisbətən aşağıda yerləşdiyini göstərmək üçün işlədilir və Azərbaycan dilində altında köməkçi adı və aşağıda zərfi ilə ifadə olunur.

The difficulty was – below the big Air Force yet were five airline flights (Hailey Arthur) «Bu asan iş deyildi, məsələ burasındaydı ki, nəhəng reaktiv hərbi təyyarədən aşağıda beş mülki təyyarə vardı» (Tərcümə Z.Ağayev). The car passed in the snow directly below him (E.Hemingway) «Maşın elə Anse­lmo­nun oturduğu yerin aşağısından, qarın arasından göründü».

Gerçəklik ünsürlərinin yerləşməsi: on, over, off, under, beneath, in, inside, outside, in front of, before, behind, beside, between, among, opposite, against.

On önlüyü ərazinin tərkib hissəsini təşkil edən predmet, əşya və hadisələrlə işlənir və Azərbaycan dilinə üst sözünün müxtəlif halları ilə tərcümə olunur.

He entered it and after looking under the doors to make sure the booth were empty, dropped the manual on the floor (İ.Levin) «Oğlan içəri keçib, balaca xanaların boşlu­ğu­na əmin olandan sonra əlindəki illik məlumat kitabçasını döşə­mənin üstünə atdı» (Tərcümə Z.Ağayev). Her hands, folded on the table, made no move to accept it (İ.Levin) «Qızın stol üstündəki əlləri onu tutmaq üçün hərəkət etmədi» (Tərcümə Z.Ağayev).

Over önlüyü göstərilən ərazidə yayılmış predmet, əşya və hadisələr üçün istifadə edilir, Azərbaycan dilinə ismin yönlük hal şəkilçisi ilə tərcümə olunur.

Last night we crossed the lines in the dark and all day we have carried this dynamite over the mountain (E.Hemingway) «Dünən gecə cəbhəni keçəndən sonra bütün günü bu kisələrlə dağa qalxmışıq». He picked up valise, stepped over the ledge, and put the valise down again where it would be clear of the door’s swing (İ.Levin) «Oğ­lan çamadanı götürüb, beton çıxıntının üstündən adladı, onu qapı çərçivəsindən yerə qoydu» (Tərcümə Z.Ağayev). Off önlüyü ərazinin kənarında yerləşən isimlərlə işlənir.

The cottage was off the coast (Brian Abbs) «Koma sahilin kənarında idi».

Under önlüyündən predmetlərin aşağı tərəfini göstərmək üçün istifadə edilir, Azərbaycan dilinə alt köməkçi sözü vasitəsilə tərcümə olunur.

Under the table (stolun altında), under the tree «ağacın altında», under the bridge «körpünün altında.

Under the second officer’s table, behind Captain Harris and Demerest, a chime sounded loudly (Hailey Arthur) «Harrisin və Demerestin arxasında, ikinci pilo­tun stolu altında ratsiyanın çağırışı səsləndi». Under the archway of a bridge two little boys were lying in one another’s arms to try and keep themselves warm (O.Wilde) «Körpünün tağı altında iki balaca oğlan bir–birinin qoynuna girib qızınmağa çalışırdı». We walked on a way were stopped under a tree (E.Hemingway) «Biz bir qədər getdik və yenə ağacın altında dayandıq».

Beneath önlüyü bilavasitə predmetin aşağı səthini göstərir. Beneath önlüyü under önlüyünə nisbətən nadir hallarda işləni, Azərbaycan dilinə alt sözü ilə tər­cü­mə olunur.

Meanwhile, despite the heavy snow, there was still a pool of mud beneath the surface (Hailey Arthur) «Odur ki, qalın qar altında palçıq layı yaranmışdı».

In önlüyü predmet, əşya və hadisələrin müəyyən bir yerdə baş verməsini ifadə edir. Bu önlük həm mücərrəd, həm də konkret mənalarda işlənir. Önlük Azərbaycan dilinə ismin yerlik hal şəkilçisi vasitəsilə tərcümə olunur:

In the kitchen, Ellen adjusted the sighing gas flame under a pan of water (I.Levin) «Ellen mətbəxdə su qazançasının altında qazı yandırdı» (Tərcümə Z.Ağayev). It was lousy in the park (J.D.Salinger) «Parkda parklıq qalmamışdı». Miss Barkley was sitting on a bench in the garden (E.Hemingway) «Miss Barkli bağdakı skamyada oturmuşdu».

Inside önlüyü müəyyən hallarda işləyir.

It was a quarter to six by the clock inside the bar (E.Hemingway) «Bardakı saat altıya on beş dəqiqə qaldığını göstərirdi». Inside his car, Mel Bakersfeld shivered (Hailey Arthur) «Maşının içində Mel Beykersfeld titrəyirdi» (Tərcümə Z.Ağayev). We took off our goddam skates went inside this bar (J.D.Salinger) «Andıra qalmış konkiləri ayağı­mız­dan çıxaran kimi özümüzü bara verdik».

Outside önlüyü müəyyən hüdudlardan kənarda yerləşən əşya adı bildirən sözlərlə işlənir.

After I had left the laboratory, I escaped into the country outside the town (Mary Shelley). «Laboratoriyanı tərk edəndən sonra mən şəhər kənarında yerləşən bir kəndə qaçdım». I got a cab outside the hotel (J.D.Salinger) «Mehmanxananın önündə taksi tutdum».

Around önlüyü ətrafda baş verən hadisə və əşya adlarını ifadə etmək üçün işlənir. Bu önlük əsasən məkan bildirən isimləplə əlaqəyə girir. İlk mənşəyi qə­dim ingilis dilində a (prefikc) qoşması və round sifətindən əmələ gəlmişdir

I went around the room, very quiet and all, looking at stuff for a while (J.D.Salinger) «Sakitcə otağı gəzdim, görüm nə var, nə yox».

In front of önlüyü Azərbaycan dilinə qarşısında sözü ilə tərcümə edilir.

They stopped for a moment in front of a door (E.L.Voynich) «Onlar bir anlıq qapının qabağında dayandılar».

Behind önlüyü qədim ingilis dilindəki zərf və önlük mənasında işlənən be – hindan sözündən əmələ gəlmişdir. Behind önlüyündəki hind ünsürü əvəzlikdən əmə­lə gəlsə də, qədim ingilis dilində hinder «arxada» – zərf mənasında işlən­miş­dir. Behind önlüyü bəzən mücərrəd mənada işlənsə də, əsasən, məkan mənasında işlənən isimlərlə əlaqəyə girir. Buna görə də behind önlüyü «sırf məkan» məz­mu­nu bildirən önlüklər qrupuna daxil edilir. Z.İ.Siniçkina da behind önlüyünün xalis məkan məzmununu göstərdiyi haqda öz mülahizələrini bildirir (10, 12). Behind önlüyü Azərbaycan dilində arxasında, dalında köməkçi adları ilə ifadə olunur.

Suddenly the sledge went behind a mountain of ice and disappeared (M.Shelley) «Birdən kirşə buz təpənin arxasında görünməz oldu». Some time before daylight something took one of the baits that were behind him (E.Hemingway) «Dan sökülməzdən azca əvvəl arxa tərəfdəki kəndirdən biri tərpəndi».

Behind önlüyünün antonimi before, sinonimi isə after önlüyüdür.

Before önlüyü məkan bildirən isimlərlə əlaqəyə girdikdə, bir əşyanın o biri əşyadan əvvəl yerləşdiyini göstərir və Azərbaycan dilində qabağında, qarşısında köməkçi adları ilə ifadə olunur.

When the cab drew up before hotel, Cabriel jumped out (Jayce James) «Keb otelin qabağında dayanan kimi Qabriel sıçrayıb düşdü». The carriage pulled up before the hotel (E.Hemingway) «Fayton otelin qarşısında dayandı».

After önlüyü bir əşyanın o biri əşyadan sonra gəldiyini bildirmək üçün işlədilir. Belə halda after önlüyü behind önlüyünün sinonimi olur. After önlüyü hərəkətdə olan əşyanın (və ya şəxsin) yerləşdiyi məsafəni bildirmək üçün də işlə­dilir. Bu önlük Azərbaycan dilində arxa, dalına köməkçi adları ilə ifadə olunur.

They looked after us (E.Hemingway) «Onlar bizim arxamızca baxdılar». I went after them (E.Hemingway) «Mən onların ardınca getdim». He runs after us, a puffing, red – faced, irascible fiqure (M.Shelley) «Arxamızca qaçdığı üçün bərk tövşüyürdü».

By önlüyü ilk dəfə məkan məzmunu bildirən isimlərlə əlaqəyə girmişdir (8, 104). Bəziləri by önlüyünün be zərfindən əmələ gəldiyini söyləsə də bəzi dilçilər be prefiksindən (ön şəkilçidən) əmələ gəldiyini bildirir (9, 74). Bu önlük məkan məna­sında işləndikdə baş verən hadisənin həmin yerə yaxın məsafədə olduğunu göstərir və Azərbaycan dilində köməkçi ad və yönlük hal kimi ifadə olunur.

He sat by the packs and watched the old man climb the ledge (E.Hemingway) «O, çan­ta­ların yanında əyləşib qocanın qayaya necə dırmaşdığını seyr eləməyə başladı».

We sat down by the fire and he began to tell me his story (M.Shelley) «Biz ocağın qırağında əyləşdik, o, başına gələn əhvalatı nəql etməyə başladı». As the light went off, he found his motorcycle in the dark by the door (E.Hemingway) «Qapı bağlananda o qaranlıqda qapının yanında motosikletini tapdı».

Beside önlüyü predmetlər və əşyaların yaxın məsafədə yerləşməsini göstərir və Azərbaycan dilinə boyu köməkçi sözü ilə tərcümə edilir.

Beside the road were mulberry trees (E.Hemingway) «Yolboyu tut ağacları əkilmişdi». Closing the cover of the phonograph, he crossed the room and sat beside Marion on the blue – covered studio couch (I.Levin) «Fonoqrafın qapağını ör­tə­rək otaq boyu getdi və mavi örtüklü çaprayıda Marionun yanında oturdu» (Tərcümə Z.Ağayev) He went out leaving the five copper coins on the table beside the bed (E.Hemingway) «O, beş miss pulu çarpayının yanındakı stolun üstünə qoyaraq çıxdı».

Məkan önlüklərinin bir qismi Azərbaycan dilində qoşma və köməkçi ad vasi­təsi ilə ifadə olunsa da, məkani hallara uyğundur. Buna görə də biz ingilis dilində məkan bildirən önlüklərin qarşılığını, məkani hal kimi veririk. Deməli, ingilis dilində məkan bildirən önlüklər üçün Pr.+Noun, Pr.+Adverb tərkibləri, Azərbaycan dili üçün ad+hal şəkilçili tərkiblər (çox az hallarda isə ad+köməkçi ad) səciyyəvidir.