AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


İfadəliliyi üzrə işin təşkili
Alman və azərbaycan dilləridə
Подобный материал:
1   2   3   4   5   6   7   8   9   ...   69

ƏDƏBİYYAT
  1. “Kulturologiya”, Bakı, 2003
  2. “Tətbiqi kulturologiya”, Bakı, 2004



РЕЗЮМЕ

Проводимый научный анализ показывает что, в современном этапе азербайджанцы, проживающие в Германии, нуждаются изучения культуры и азербайджанского языка для детей. Это позволит лучше представит Родину за его пределами.


SUMMARY

Carrying out scientific analysis shows that Azerbaijanis, living in the Germany and their children to needs to knowledge the Azerbaijani and culture in the modern time.

These create opportunity to everybody better to represent country abroad.

Abdullayeva Gültəkin


ADPU-nun MÜƏLLİMİ İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN NİTQİNİN

İFADƏLİLİYİ ÜZRƏ İŞİN TƏŞKİLİ


Cəmiyyət üçün yararli, yetkin və mədəni vətəndaş formalaşdirilmasi hər bir demokratik təhsil sisteminin mühüm vəzifəsidir. Yeniləşən azərbaycan təhsilinin bütün pillələrində, o cümlədən ibtidai təhsil pilləsində fənlərim məzmun və strukturunda aparilan islahat buna xidmət edir. Bilik və bacariqlarin şagirdyönümlü, nəticəyönümlü olmasi, inteqrativ və praktik mahiyyət kəsb etməsi elmi-texniki tərəqqini duyub yaşamaği bacaran müasir gəncin yetişməsinə imkan verir. Məlumdur ki, intellektual inkişaf şagirdlərin həyat tərzinə, davraniş qaydalarina və nitq mədəniyyətinə müsbət təsir göstərir.

Müstəqillik illərində azərbaycan xalqinin mədəni səviyyəsi sürətlə yüksəlir, milli mədəniyyətin mühüm ünsürlərindən biri olan nitq mədəniyyətinə maraq getdikcə artir. Azərbaycan dilinin sözün həqiqi mənasinda, dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi müasir dövrdə düzgün, dəqiq, aydin, ifadəli, məntiqi, canli, sadə və təsirli danişa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşiya qoyulur. Müstəqil azərbaycan respublikasi gənclərinin birinci forumunda ulu öndər heydər əliyev gənclərə müraciət edərək demişdir: «... Hər bir xalqin milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir...ana dilimizi, azərbaycan dilini mənimsəmək lazimdir, bu dildə yaxşi danişmaq lazimdir, bu dili ana dili kimi duymaq lazimditr, bu dili sevmək lazimdir. Öz dilini bilməyən, öz dilini sevməyən insan öz tariximizi də bilməz».[3]

Danişiq və oxuda dilin zəngin ifadə vasitələrindən istifadə bacariğinin şagirdlərə aşilanmasi ana dili tədrisinin qarşisinda duran başlica vəzifələrdən biridir. Orta məktəb şagirdlərinin şifahi nitqi üzərində aparilan müşahidələrdən aydin olur ki, onlarin əksəriyyətinin oxusu və danişiği müasir tələblərə cavab vermir. Monotonluq, süstlük, həddindən artiq və ya aşaği sürətlə danişmaq, oxumaq, diksiyanin pozulmasi, kitab tələffüzü, intonasiyaca kasibliq, ifadəlilik yaradan fonetik, leksik, qrammatik normalara əməl olunmamasi və s. Qüsurlara şagirdlərin danişiği və oxusunda tez-tez təsadüf olunur. Bu qüsurlar, ilk növbədə, ibtidai siniflərdə şagirdlərin nitqinin ifadəliliyi üzərində məqsədəuyğun və sistemli iş aparilmamasi ilə bağlidir.

İbtidai siniflərdə ana dili fənninin əsaslandirilmasi ilə bağli «milli kurikulum»da qeyd olunur ki, ibtidai təlimdə «...düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacariqlarin mənimsənilməsi, lüğət ehtiyatinin zənginləşdirilməsi, ...ədəbi tələffüz normalarinin öyrəninilib tətbiq olunmasi, ekspressiv nitq bacariqlarinin formalaşdirilmasi, azərbaycan xalqinin dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqinda ilkin anlayişlarin yaradilmasi təmin olunur». [2; 3] fənn üzrə ümumi nəticələrdə şagirdin sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxumaq, dialoqa girmək və öz fikirlərinin sərbəst və ardicil ifadə etmək, oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirməsi vəzifələri irəli sürülür.

Uşaq və yeniyetmələrin estetik tərbiyəsində, formalaşdirilmasinda bədii ədəbiyyatin rolu əvəzedilməzdir. Mövcud oxu dərsliklərində bədii əsərlərin bütün janrlarindan nümunələr verilmişdir: nəqli və təsviri xarakterli hekayələr, bədii oçerklər, vətəndaşliq, psixoloji və peyzaj lirikasi, təmsillər, əfsanəvi və məişət nağillari, xalq mahnilari, atalar sözləri, zərb-məsəllər, tapmacalar və s.

Oxu materiallarinin seçilməsi, hər şeydən əvvəl təlim məqsədilə müəyyənləşdirilir: şagirdə oxumaği və oxuduğunu başa düşməyi öyrətmək, elmi-kütləvi bədii mətnlərlə işin üsul və vasitələrinə yiyələnmək, nitq mədəniyyətini inkişaf etdirmək, estetik, əxlaqi, əmək və ictimai tərbiyəni təmin etmək, fəal həyat mövqeyi formalaşdirmaq və s. Bu vəzifələr o zaman yerinə yetirilə bilər ki, oxu üçün seçilən materiallar ideya-mənəvi və estetik cəhətdən yüksək, uşaqlarin yaş, psixoloji və bilik xüsusiyyətlərinə uyğun emosional boyalarla, dinamik süjet quruluşuna, dəqiq məntiqə malik olsun.

İfadəli oxu bədii əsəri, o cümlədən lirik şeirlərin məzmununu, ideyasini və sənətkarliq xüsusiyyətlərini dinləyiciyə çatdirmaq üçün əsas vasitələrdən biridir. Ifadəli oxunun böyük əhəmiyyətini dərindən hiss edən böyük rus yaziçisi h.b.qoqol yazirdi ki, ancaq ifadəli oxu, gözəl oxu şair haqqinda düzgün təsəvvür verə bilər. Yaxşi oxuya bilmək üçün əsəri diqqətlə öyrənmək, şairin qəlbini dolduran böyük hissləri duymaği bacarmaq, onun hər bir sözünün ruhunu tapmaq lazimdir. [4; 97]

Deməli, hər hansi əsərdə müəllifin oxucuya çatdirmaq istədiyi fikri ifadə etmək üçün onu ifadəli oxumaq lazimdir. Müəllim oxunun gedişində şeirin ahənginə, qafiyəsinə, durğu işarələrindəki fasilələrə, bədii nidalara, məntiqi vurğuya ciddi nəzarət etməklə şagirdlərin ahəngdə buraxdiqlari səhvləri də düzəltməlidir. Ifadəli oxu prosesində yersiz olaraq cüzi dayanmaq belə, əsərin ümumi məna və ideyasinin mənimsənilməsinə mane ola bilər.

Müəllim əsərin həm ifadəli oxu nümunəsini verir, həm də həmin qabiliyyəti şagirdlərinə aşilayir, lirik əsərlərin ifadəli oxusunu təşkil edir. «kim daha yaxşi oxuyar?», «kim səhvsiz oxuyar?» və s. Kimi suallar vasitəsilə sinfə müraciət etməklə şagirdləri bir tərəfdən rəvan, səhvsiz oxumağa alişdirir, digər tərəfdən, onlari oxu prosesində fəal iştirak etməyə cəlb edir. Sinifdə işin belə təşkili nəticəsində gözəl oxuyan, öz rəvan oxusu ilə müəllimin rəğbətini qazanan şagirdlər sevinir, daha da həvəslənirlər.

İbtidai siniflərdə ana dili dərslərinin qarşisinda duran əsas vəzifələrdən biri şagirdlərə şüurlu oxu vərdişləri aşilamaqdan ibarətdir. «əsərdə bədiilik də, oynaqliq da, obrazliliq da, bütövlükdə onun emosional-ekspressiv təsir gücü də məzmunun şüurlu mənimsənilməsinə, dərk olunmasina xidmət etməlidir. Başqa sözlə, oxunun şüurluluğunda ifadəlilikdən bir vasitə kimi istifadə edilməlidir». [4;63] şagirdin oxunmuş mətni başa düşməsi, onun mahiyyətini, məntiqini dərk etməsi, müasir həyatla əlaqələndirməsi elmi dünyagörüşünün genişlənməsini, gələcək təlim müvəffəqiyyətlərini təmin edir. Ifadəli oxu ibtidai sinif şagirdlərinə insani keyfiyyətlər və oxu üzrə bacariq və vərdişlər aşilayir. Bunun üçün hələ ilk vaxtlardan şagirdlərdə həssasliq, dəqiq görmə və eşitmə qabiliyyətləri aşilanmalidir. Onlar oxuduqlarini eşitdikləri, gördükləri ilə, həyati təəssüratlari ilə tutuşdurmaği, təhlil-tərkibin köməyi ilə əqli nəticələrə gəlməyi, lazim gəldikdə, fakt və hadisələri təxəyyülündə canlandirmaği bacarmalidir.

İfadəli oxunun köməyi ilə şagirdlər yaziçinin məqsədini, onun irəli sürdüyü ideyani aydin başa düşməlidirlər. Şagird personaja uyğun səsini dəyişməli, qəhrəmanin daxili aləminə girməlidir. Yalniz belə bir şəraitdə şagird qəhrəmanin hərəkətlərini, mövqeyini, hadisələrə münasibətini düzgün qiymətləndirər, onun taleyi haqqinda düşünər, ona obyektiv münasibət bəsləyər.

İfadəli oxu prosesində bədii parçada verilmiş obrazli ifadələrin mənasinin kontekst daxilində açilmasina, şagirdlərdə belə söz və ifadələrə həssas münasibət yaradilmasina xüsusi diqqət yetirilməlidir. Şagirdlər dəsliklərdə belə obrazli ifadələrlə tez-tez qarşilaşirlar. Məsələn; “dəniz güldü uzaqlardan”, “atlas geyimli dağlar”, “açdi ürəyini bağça-bağ mənə”, “qizil budaq sünbülüm”, “gülümsəyir ana torpaq”, “qalxdi şəhər yuxusundan” və s. Müşahidələr göstərir ki, şagirdlər belə obrazli ifadələrin mənasini başa düşmədikdə, işlənmə yerinə görə onun yaratdiği ecazkarliği dərk etmədikdə mətni ifadəli oxuya bilmir, təsvir olunan hissləri, emosionalliği duymurlar. Odur ki, hələ ibtidai siniflərdə şagirdlərdə şüurlu oxu vərdişləri aşilamaq üçün müəllimin köməyi ilə obrazli ifadələrin mənasi açilmali, intonasiyanin gözlənilməsi üzrə işlər aparilmalidir. [5;157]

İfadəli oxu prosesində bədii ifadə vasitələrinin köməyilə mətndəki hadisələr, obrazlarin xarakteri və məqsədi açilir, şagirdlərdə kədər, sevinc, qorxu, səmimiyyət və s. Kimi həyəcanli hisslər özünü göstərir. Bununla da, oxunun şüurlu mənimsənilməsi təmin edilir.

Şagirdlərdə ifadəli oxu vərdişləri yaratmaq işində natiqlərin, bədii oxu ustalarinin danişiğina qulaq asmağin böyük əhəmiyyəti vardir. Mümkün qədər çalişmaq lazimdir ki, ayri-ayri şagird tərəfindən yol verilən nöqsanlar onlarin özləri tərəfindən islah edilsin.

Şagirdlərə ifadəli oxumagi öyrətmək üçün onlari səslərdən düzgün istifadə etməyə alişdirmaq, oxunun sürət, avaz, fasilə qanunlarini onlara başa salmaq müəllimin əsas vəzifəsidir.

İfadəli oxu üzrə işlərin belə təşkili materialin məzmununun şüurlu mənimsənilməsini təmin etməklə şagirdlərin hisslərini, fantaziyasini, təfəkkürünü, hadisələrə olan münasibətini inkişaf etdirir, oxusunu canli nitqə yaxinlaşdirir.

İfadəli oxu mətnin şifahi nitqdə ahəngdar, bədii şəkildə meydana çixmasidir. O, məzmunun şüurlu mənimsənilməsi üzrə aparilan işlərin nəticəsi, əsərin emosional məzmununun duyularaq oxunmasidir. Bu, oxunan əsərin mahiyyətinə nüfuz etməyə əsaslanan səs vasitəsilə lövhə yaratmaqdir. Bədii əsərlərin ifadəli oxusu, onlarin dili üzərində aparilan iş bütövlükdə məzmunun dərindən mənimsənilməsinə təminat verir.

İbtidai siniflərin ana dili dərslərində bədii əsərlərin ifadəli oxusu şagirdlərin nitqinin ifadəliliyinə imkan verməklə onlarin nitq mədəniyyətinin formalaşmasina kömək edir.


ƏDƏBİIYYAT
  1. Abdullayev N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyətinin əsaslari. Baki, 2008, 331 s.
  2. Azərbaycan Respublikasinda ümumi təhsilin konsepsiyasi (milli kurikulum). //«kurikulum» jurnali, 2008, № 1.
  3. Əliyev H.Ə. XX əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub yaratmaq və inkişaf etdirmək dövrüdür. (respublika gənclərinin i forumunda nitq) «azərbaycan» qəzeti, 5 mart 1999-cu il.
  4. Qoqol N.V. Seçilmiş əsərləri. Baki: gənclik, 1984, 196 s.
  5. Kərimov Y.Ş. Ana dilinin tədrisi metodikasi. Baki: nasir, 2003, 519 s.


РЕЗЮМЕ

В статье говорится об особенностях работы с художественными произведениями в начальных классах, а также анализируются пути подготовки к выразительному чтению художественных произведений.


SUMMARY

The article is about the speech expression of the students in mother-tongue lessons. The author explained the features and ways of organization on the basis of concrete samplas and gave some suggestions on it. The thoughts given by author help the development of students` speech.


Abdullayeva Ruhəngiz


ALMAN VƏ AZƏRBAYCAN DİLLƏRİDƏ

FRAZEOLOJİ ÇOXMƏNALILIQ VƏ FRAZEOLOJİ VARİANTLIQ


Dilçilik elminin müasir mərhələsində -frazaeoloji mərhə­lə­sin­də vahidlərin semantik struktur təhlili aktual məsələlərdən sa­yılır. Bu problemlə bağlı müxtəlif aspektdə tətqiqat aparan dilçilərin diqqət mərkəzində söz və söz birləşmələrinin semantik strukturunun qarşılıqlı münasibəti dayanır. Ayrı – ayrı frazeoloji vahidin seman­tik strukturunun araşdırılması nəticəsində bir daha aydın olur ki, kom­ponentlər arasındakı münasibətlər olduqca mürəkkəb, diferensi­allaşmış formaya malikdir. Sözlər kimi müxtəlif frazeoloji vahidlər də forma və mənasına, digər sözlərə münasibətinə, eləcə də üslub baxımından emosional–ekspressiv çalarlarına görə bir–biri­nə uyğun gələ bilər. Bu uyğunluğu eyni leksik–qramatik qrupda olan fraze­oloji vahidlərə aid etmək olar. Frazeoloji vahidlər tarixi inkişaf yolunda bəzən yaxınlığı və ya müəyyən bağlılığı itirir və nəticədə yeni bir vahidin əmələ gəlməsi üçün zəmin yaranır.

Semantik frazeologizmlərin tərkib hissələri bir–birilə elə əlaqələnmiş və qaynayıb qarışmışdır ki, onları ayrı – ayrılıqda təsəv­vür etmək mümkün olmur. Belə ifadələrdə sözlər öz müstəqilliyini, referensial mənasını itirir, tam məcazi məna kəsb edir, mənaca bölünməz, sabit səciyyəli və bütöv olur. Kompo­nentlərinin mənaca qovuşuq və ayrılmaz olması frazeoloji vahid­lərin də sabitliyini təmin edir. Belə birləşmələrin məna strukturunda inteqral və diferensial əlamətlər mövcuddur. Diferensial məna frazeologizmin rəngarəng olduğunu, inteqralın isə bir frazeoloji vahidin digərinə uyğunluğunu göstərir.

Frazeoloji vahidlərin semantik strukturunu bu baximdan araşdırarkən, hər şeydən əvvəl, frazeoloji sistemdə sinonimlik və polisemiya, frazeoloji sinonimlikdə frazeoloji variantlıq, çoxmə­na­lı­lığın frazeoloji vahidlərdə rolu, eləcə də frazeoloji omonimlik və frazeoloji antonimlik məsələlərinin öyrənilməsi ön plana çıxır. Frazeoloji vahidlər arasındakı müəyyən semantik münasibətlər semantik paradiqma yaradır. Bu paradiqmanın əsasında sinonim frazeoloji vahidlər və onların variantları dayanır. Semantik paradiq­manın çoxmənalı, antonim və digər növləri periferik vəziyyətdədir. Deməli, paradiqmatik cərgədə həmcins vahidlər, yəni frazeoloji vahidlər semantik cəhətdən birləşir. Bir sıra hallarda frazeoloji vahidin tərkibində müxtəlif mənalı bir neçə söz paradiqmatik münasibətdə olur. Beləliklə, sözlərin bütün mənaları öz aralarında bu və ya digər dərəcədə bir – birilə bağlanaraq olduqca mürəkkəb semantik bütöv yaradır. Bu isə sözün semantik quruluşu adlanır. Bu ad altında aşağıdakı tədqiqat istiqamətləri nəzərdə tutulur. Fraze­o­lo­ji vahidlərdə çoxmənalılıq (polisemiya), frazeoloji vahidlərdə sino­ni­mlik (sinonimiya) frazeoloji vahidlərdə variantlılıq (variasiya), frazeoloji vahidlərdə omonimlik və antonimlik. Bunlardan daha çox mübahisə doğuran məsələlərdən biri frazeoloji ifadələrdə çoxmə­nalılıq problemidir.

Elmi ədəbiyyatda dəfələrlə qeyd edildiyi kimi, çoxmənalılıq müxtəlif semantik mürəkkəb qarşılıqlı təsir prosesinin nəticəsidir.

Bu kateqoriya dilin inkişaf səviyyəsini və həmin dilin ifadəlilik imkanlarını əks etdirir. R. A. Budaqovun fikrincə, leksik polisemiya bütün dillərin mövcud olduqları bütün mərhələlərdə ayrılmaz xüsusiyyət olmuşdur.[4, 42] Şübhəsiz ki, dildə çoxmə­nalı­lığın inkişafı da digər dil hadisələri kimi özünə­məx­sus qanuna­uy­ğunluqlara əsaslanır. Çoxmənalılıq həm də həmin dildə danışanların baxışları, onların ətraf mühitlə münasibəti ilə sıx bağlıdır. Frazeoloji vahidlər də leksik vahidlər kimi çoxmənalı ola bilir və bu cəhət də öz zahiri ifadəsini onların nitqdə sözlərlə necə bağlanmasında tapır. Bu məsələyə tədqiqatçıların münasibəti müxtəlif olsa da, müəyyən hallarda ümumi rəy özünü göstərməkdədir. Məsələn, rus və alman dillərinin frazeoloji sistemi üzərində müşahidələr aparmış məşhur leksikoqraf L. Binoviç yazır: “Rus və alman dillərinin frazeoloji fondunun öyrənilməsi göstərir ki, çoxmənalılıq sözlərə deyil, idiomlara və frazeologizmlərə də aiddir” [6, 18].

A. B. Kuninin fikrincə çoxmənalı frazeoloji vahidlərin tərkib hissələrinin hər cür yenidən mənalandırılması birbaşa olmayan adlandırma çərçivəsində baş verir. Sözlərin çoxmənalılığı ilə müqayisədə frazeoloji ifadələrin çoxmənalılığı az yayılmışdır. Frazeoloji vahid nə qədər kiçik, yığcamdırsa, bir o qədər sözə yaxın olub, məntdə də mütəhərrik səciyyə daşıyır [5, 93-94]. Tədqi­qatçıların fikir müxtəlifliyi ondan irəli gəlir ki, sözlərlə müqayisədə frazeoloji vahidlərin çoxmənalılığında əhəmiyyətli dərəcədə fərq özünü göstərir, yəni çoxmənalılıq dilin frazeoloji sistemində üstün mövqeyə malik deyildir. Belə ki, frazeoloji ifadələr üçün birmənalılıq, monosemantika daha xarakterikdir. Bu, ümumiyyətlə dilin öz təbiətindən irəli gəlir. Məsələn, “Özbək dilinin qısa fra­zeoloji lüğəti” ndə qeydə alınmış 994 frazeoloji ifadənin yalnız 156 – sı, yəni 15% - i çoxmənalıdır. Mövcud tədqiqatların çoxluğuna baxmayaraq, çoxmənalı frazeoloji vahidlə çoxmənalı söz arasında əsaslı fərqlər, frazeologizmlərin çoxmənalılığını müəyyən edən faktorlar, çoxmənalı frazeologizmlərin həqiqi mənalarını üzə çıxaran semantik yollar və s. məsələlər hələ də kifayət qədər öyrənilməmişdir.

Alman və Azərbaycan dillərinin frazeoloji sisteminin tədqiqi göstərir ki, hər iki dildə formada müəyyən dəyişiklik etməklə, daha dəqiq desək, formal parçalanmaya məruz qalmaqla semantikanın bu frazeoloji xüsusiyyəti aradan götürülür. Leksilik lüğəvi və frazeoloji mənaları çulğalaşır və onun semantikası genişlənir. Frazeoloji vahidləri təşkil edən komponentlərdə semantik müstəqilliyin mövcudluğu onun çoxmənalılıq qazanmasına imkan vermir. Yalnız müstəqilliyin zəifləməsi və ya yox olması sayəsində frazeolo­gizm­lərin çoxmənalılıq kəsb etməsinə şərait yarada bilir. Aydın daxili formaya malik olan çoxmənalı frazeoloji vahidlərin ayrı – ayrı məna­ları eyni quruluşlu sərbəst söz birləşməsinin hər dəfə eyni metaforik dəyişməsi nəticəsində əmələ gəlir.

Qeyd edildiyi kimi, frazeoloji vahidlərdə çoxmənalılığın mövcud­luğu, hər şeydən əvvəl, onların semantik bütövlüyünün dərəcəsindən asılıdır.

Belə ki, frazeoloji vahidlərin komponentlərinin semantik bütövlük dərəcəsi yüksəldikcə onların çoxmənalılıq kəsb etmə imkanı azalır. Əksinə, komponentlər arasındakı semantik əlaqələr üzdədirsə, hələ qorunub saxlanılırsa, onların çoxmənalılığı üçün imkan yaranır. Məsələn, alman dilində j – n ferting machen 1) kaputtmachen, gesundheitlich schadigen, zugrunde richten, 2) j – n umbringen j – n nscharf tadeln j – n scharf tadeln Blut und Waqqes scwitzens. Ubermaber Aufregung, Angst sein. Azərbaycan dilində baş əymək – 1) hörmət əlaməti kimi, 2) məğlubiyyət əlaməti kimi; rol oynamaq – 1) əhəmiyyətli olmaq, 2) təsir etmək; ağızdan boş olmaq – 1) sözü keçməyən, 2) söz saxlamayan; can vermək – 1) aşiqinə canını qurban vermək, 2) ölümcül vəziyyətdə olmaq; can almaq – 1) məftun etmək, 2) öldürmək və s. Misallardan da göründüyü kimi, müəyyən bir leksik vahid sərbəst söz birləşmələrin tərkibində başqa sözlərlə əlaqəyə girərək özünəməxsus olan mənalardan uzaqlaşır və ya mənasını konkretləşdirir. Həmin söz frazeoloji vahidlərin tərkibində isə öz lüğəvi mənasını itirir, başqa sözlə birlikdə ümumi mənanın ifadəsinə xidmət edir. Sözlərin ayrı – ayrı mənalarına nisbətən frazeologizmlərin məna strukturu daha diferensiallaşır. Təbii ki, frazeoloji vahidlərin mürəkkəb semantik və qrammatik quruluşu onun müxtəlif mənalarda işlədilməsinə təsir göstərir. Onu da əlavə edək ki, frazeoloji vahidlərdə çoxmənalılıq heç də bütün tədqiqatçılar tərəfindən müsbət qarşılanmır [3, 93]. Frazeoloji vahidlərin təşəkkülünün sözlərin çoxmənalılığı ilə sıx bağlı olmasına baxmayaraq, onlarda bu semantik xüsusiyyət qabarıq şəkildə özünü göstərmir. Dil faktlarına əsaslanaraq belə nəticəyə gəlmək olur ki, alman dilində çoxmənalı frazeoloji vahidlərə Azərbaycan dilinə nisbətən daha tez – tez rast gəlmək mümkündür.

Alman və Azərbaycan dillərində frazeoloji vahidlərin semantik struk­tu­ru­nun tədqiqində diqqəti cəlb edən maraqlı məsələlərdən biri də belə dil vahidlərinin variantlığıdır.

Frazeoloji ifadələr başqa dil vahidləri kimi, məzmun və ifadə variantlarına malikdir. Frazeologizm variantlılığı ancaq ifadə formasında mövcuddur.

Frazeoloji birləşmələrin komponentlərinin variantlaşması, daha dəqiq desək, komponentlərin dəyişdirilməsi formaca müxtəlif səciyyə daşıyır; bəzən forma dəyişikliyi frazeoloji vahidlərin bir komponentini, bəzən də bütün kompo­nentlərini əhatə edir. Prinsip etibarilə frazeoloji vahidlərdə komponentlərin hər biri variantlama, bu və ya digər dəyişikliklərə məruz qala bilər. Frazeoloji vahid­lərdə komponentlərin dəyişməsi müxtəlif formalarda baş verir. Formal dəyişiklik (ağlını başına yığmaq // toplamaq), leksik dəyişiklik (əl – ayağı soymaq // süstləşmək) və qarışıq variant (gününü axşam etmək // gününü başa vurmaq // vermək) [7, 125]. Müasir dəyişik­likdə frazeoloji variantlıq məsələsi müqayisəli şəkildə kifayət qədər öyrənilməmişdir.

Bu baxımdan Azərbaycan tədqiqatçısı Ç. Qurbanlının fikirləri maraqlıdır. Onun Azərbaycan və Alman dillərində nomi­nativ feli frazeologizmlərin leksik variasiyasına aid diqqətəlayiq və əhəmiyyətli mülahizələri diqqəti cəlb edir. Müəllif müxtəlif sistemə malik olan Alman və Azərbaycan dillərinin fraze­olo­giyası əsasında frazeoloji variasiyalar daxilində universalların leksik, semantik və üslubi xüsusiyyətlərini aşkara çıxarmış və ümumiyyətlə, frazeoloji variansiaysının tipologiyasını araşdırmışdır [2, 75]. Hər hansı dil vahidi kimi frazeoloji vahidlər də məzmun və ifadə formalarına malik olduğundan onların variantlığı daha çox ifadə formasında meydana çıxır, yəni dəyişiklik daha çox ifadə formasında baş verir. Variantlıq sözün ifadə planına – fonetik tərkibin özündə baş ver­dikdə deno­tat, yəni əşya və siqnifikat dəyişməz qalır. Belə forma dəyişikliyi son nəticədə sinonimliyə gətirib çıxarır. Frazeoloji vahidlərin variantları isə, dediyimiz kimi, komponentlərdən birinin başqa bir sözlə əvəz edilməsi nəticəsində mənaya heç bir xələl gəlmədikdə mövcud olur. Bunu Alman və Azərbaycan dillərinin frazeoloji sisteminin müqayisəsində də müşahidə etmək mümkün­dür: alman – mit den Achseln // die Achseln zucken. J – m kein Haar // Harchen krummen. Azərbaycan – nəzərdən salmaq // gözdən salmaq, ürək qızdırmaq // könül qızdırmaq, ağlını başına yığmaq // toplamaq, dünya başına dolanmaq // fırlanmaq və s. [6]

Göründüyü kimi, dilin digər səviyyələrində olduğu kimi, frazeoloji vahidlərdə variantlıq invariantlıqla bağlıdır.

Frazeoloji vahidlərdə komponentlərin sabitliyinin pozulması variantlıq üçün şərait yaradır. Sabitlik çox vaxt nisbi xarakter daşıdığından onun pozulması prosesi davam etdikcə frazeoloji vahidlərin müxtəlif variantlarının mövcudluğu da mümkün olur. Belə frazeoloji vahidlərin yayılma arealı genişləndikcə onların variantlıq imkanı çoxalır və nəticədə eyni bir vahidin zəngin variantı meydana çıxır. Məsələn, Alman dilində: j – d ist daranf und dran // etw. Zu tun, j – m schlagt das Herz bis zum Hals // das Herz pocht j – m bisin den Hals hinauf // das Henz springht j – m in die Kehle // j – m schlagt das Herz im Hals // j – m schlagt das herz hoher. Azərbaycan dilində: ağlına batmaq // beyninə gəlmək // ağlı­na yerimək // ağlına düşmək // beyninə batmaq // beyninə yerimək və s. Belə forma­la­rdan daha çox danışıq dilində və bədii üslubda istifadə olunur, bu zaman onlardan hansının əsas, hansının isə okkozional olmasını müəyyənləşdirmək bir qədər çətin olur.

Variantlıq prosesində frazeoloji vahid öz məna bütövlüyünü və ya toxu­nul­mazlığını saxlamaqla ifadə dəyişikliyinə, daha dəqiq desək, tərkib dəyişikliyinə uğrayır. Variantlıq həm Alman, həm də Azərbaycan dilinin əksər frazeoloji vahid­ləri üçün səciyyəvidir. Frazeoloji vahid söz səviyyəsində əlaməti özündə saxla­dıqca variantlıq mümkündür. Onların variantlığını semantik hadisə hesab etmək mümkündür. Frazeoloji variantlar ümumi mənaya malik olub, obrazlı struktura ekspressiv – üslubi çalarlığın bir olması ilə seçilir.

Başqa sözlə desək, frazeoloji sistemdə variantlıq xüsusi struktur dublet­lərin əmələ gəlməsidir. Buna görə də onlar müxtəlif mətnlərdə paralel işlənmə imkanı qazanır. Bu cəhət isə frazeoloji sinonimlərdə müşahidə edilmir.

Frazeoloji variantlar – dubletlər bir leksik konstantı olmaq şərti ilə eyni frazeoloji vahidlərin şəkil müxtəlifliyi olub, ifadə keyfiyyəti, üslubi və sintaktik funksiyaları, eləcə də konsessuativ asılılığı baxımdan identik frazeoloji vahid­lər­dir. Almanca: j – m Beifall // klatschen // spenden die Oberhand bekommen // erhatten [6] Azərbaycanca: kiməsə üz // sifət göstərmək, kimdənsə üz // arxa döndərmək // çevirmək və s.

Hər iki dilin frazeologiyasının təhlili göstərir ki, frazeoloji variantlar bir leksik konstantı olmaq şərti ilə eyni distribusiyalı vahidlərin elə şəkil müxtəlifliyidir ki, burada əvəzlənən kompo­nent­lər frazeoloji vahidlər daxilində funksional, normativ, ekspressiv üslub rənglərinə, konsessiativ asılılığa və işlənmə tezliyinə görə bir – birindən fərqlənir. Məsələn, den Mund // Rand, Sabbel, Schnabel, das Maul, die Fresse, Klappe, Schauz halten, angst bekommen // kreielgen; gözə girmək // soxulmaq, baş saxlamaq // girlənmək, dolanmaq və s.

Alman dilindən fərqli olaraq, Azərbaycan dilində frazeoloji variantlıq daha geniş yayılmışdır. Buna səbəb, fikrimizcə, morfoloji – sintaktik, leksik və elleksisə uğramış variantlıqdan əlavə, Azərbaycan dilində fonetik variantlığın da mövcud olmasıdır.

riantlığın da mövcud olmasıdır.