AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Təkrarlarin mürəkkəb sintaktik
Həmişə də eyni sözləri deyərdi. Deyərdi ki, dədənə oxşayırsan, lap çox oxşayırsan, elə bil ki, bir almanı iki bölüblər… (Əylisli
Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki
Elə bil yerimək, oturmaq, yaşamaq icazəsini də böyük çətinlik və yalvar-yaxardan sonra almışdı, həm də müvəqqəti almışdı. (Anar)
Dick didn”t want to talk..., he wanted to be alone so that his thoughts about work and the future would overpower his thoughts o
Qonur atın vergil mana!
Cabir novruzun yaradiciliğinda
Azadlığı istəmirəm
Mən indi bildim ki, xeyli çətinmiş
Bu həyatda ən birinci
Bir arzum var, ay adamlar
Подобный материал:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

Hacıyeva Kifayət


TƏKRARLARIN MÜRƏKKƏB SINTAKTIK

BÜTÖVÜN YARAN­MASINDA ROLU

(Azərbaycan və ingilis dillərinin materiallari əsasinda)


Dil öz kommunikativ funksiyası baxımından yalnız fikirlərin ifadəsi üçün deyil, həmçinin hiss və arzuların ifadəsi üçündür. Dildə ekspressivlik müxtəlif üsul və vasitələrlə ifadə oluna bilər. Onlara əzizləyici formalar, müxtəlif tonlar, pauzalar, qoşa işlənən sinonimlər, antonim sözlər, təkrarlar və bir çox digər vasitələr aid edilə bilər. Belə vasitələrdən biri də təkrarlardır. Dünyanın heç bir dilini təkrarlarsız təsəvvür etmək mümkün deyildir.

Elə bu səbəbdən də, Azərbaycan və İngilis dillərinin materialları əsasında təkrarların qarşılıqlı öyrənilməsi məsələsi çox aktualdır. Belə ki, kontrastiv şə­kildə bu problem ümumiyyətlə tədqiq edilməmişdir. Halbuki təkrarların, xüsusilə də, leksik təkrarların müxtəlif dillərdə mətnyaratma xüsusiyyətlərində və mətndə təzahür formalarında olan oxşar və fərqli cəhətlərin müəyyənləşdirilməsi dillərin tipoloji inventarının tamamlanması üçün çox əhəmiyyətlidir.

Mətnin struktur-semantik təşkilində təkrarların və onların növlərinin, xüsusilə də, leksik, morfoloji, sintaktik, distant və kontakt, fonetik, morfonoloji növlərinin rolu çox mühüm və əhəmiyyətlidir.4

Azərbaycan dilində mətnin komponentlərinin struktur əlaqəsinin ən güclü ifadə vasitələrindən biri hesab olunan təkrarların mətnyaradıcı amil kimi rolu böyükdür. Bir-birinə bağlı iki və daha çox cümlədə mənanın daha da aydın çatdırılmasında üçün ən yaxşı vasitə təkrardır. Kommunikativ məqsəddən asılı olaraq mətn daxilində bütöv bir cümlə, söz birləşməsi, yaxud da ayrıca söz təkrarlana bilər.

Təkrar mətn yaradıcılığının çox güclü bir amilidir. K.Abdullayevin xüsusi olaraq vurğuladığı kimi, özünün struktur mürəkkəbliyindən və ya sadəliyindən asılı olmayaraq təkrar prinsip etibarilə mətn bütövlüyünə xidmət edən çox möhkəm sementvari bir üsul kimi üzə çıxır. Mətndə elə məqamlar olur ki, onun özünəməxsus düyünlü nöqtələrində məhz cümlənin təkrarı daha effektiv rol oynayır.5 Bu fikir bu və ya digər şəkildə başqa tədqiqatçıların əsərlərində də qeyd olunur: “Mətnin yaranmasında təkrarlar mühüm rol oynayır. Təkrar olunan ünsür mətn komponentlərini elə qapayır ki, bunu ancaq dairə... ilə müqayisə etmək olar”.6

Azərbaycan dilində təkrarlanan bağlayıcılar və hətta inkar əvəzliklərinə də təsadüf etmək olar. Bəzən təkrarlar yalnız bir cümlə daxilində olan tərkiblərdə deyil, həmçinin yanaşı gələn iki cümlədə özünü göstərə bilir.7 Əlavə edək ki, bu halda əvvəlki cümlənin son üzvü sonrakı cümlənin ilk sözü kimi işlədilə bilər. Məsələn:

Həmişə də eyni sözləri deyərdi. Deyərdi ki, dədənə oxşayırsan, lap çox oxşayırsan, elə bil ki, bir almanı iki bölüblər… (Əylisli)

İngilis dilində belə təkrarlanma xüsusilə isimlər üçün xarakterikdir.

Actors are rotten, not parts. You’ve got a wonderful voice, the voice that can wring an audience’s heart... (Maugham) Pis rol yoxdur, pis aktyor vardır. Sizin çox gözəl səsiniz var, elə səsiniz vardır ki, dinləyicilərin qəlbinə sirayət edə bilir.

Azərbaycan dilində:

Murtuz dayının hər tərəfində iki adam dayanırdı. Bunlardan bircəsi arvad idi – Zöhrə xala. Zöhrə xala tərpənmədən, qımıldanmadan dübbədüz dayanıb, gözünü zalın divarından asılmış “Alman faşistlərinə ölüm!” adlı plakata zilləyirdi. (Əylisli)

Azərbaycan dilində əvvəlki cümlənin bütöv bir söz birləşməsi şəklində olan üzvü də sonrakı cümlənin ilk üzvü kimi təkrarlana bilər:

Bu lap Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib, Xəzəri üzüb gedib düşmüşdü o istiyə; qaragül xəzi almağa getmişdi ki, gətirib Bakıda satsın. (Elçin)

M.Adilov ədatların da təkrarlanaraq mətnyaradan vasitə kimi çıxış etdiyini bildirir və yazılı ədəbiyyata şifahi nitqdən gəlmiş təkrar növü kimi əsasən inkar formalı fellərlə işlənən ki ədatının təkrarını misal göstərir.8 Məsələn: Yox ki, yox! Yazmır ki, yazmır! Gəlmir ki, gəlmir!

Azərbaycan dilində işlənən təkrar növlərindən biri də əlavəli təkrardır. Belə təkrarların əsas xüsusiyyəti ondan ibarətdir ki, təkrar komponentlər arasına cümlənin mənasını daha da konkretləşdirən bir, iki və ya daha artıq söz daxil ola bilir. Bu təkrar növü əsasən cümlənin xəbərini dəqiqləşdirmək məqsədilə işlədilir. Əlavəli təkrarlar eyni bir cümlə daxilində yalnız bir, yaxud iki dəfə deyil, daha çox işlənə bilir. Belə təkrarlar xüsusi intonasiya ilə müşayiət olunur. Məsələn:

Elə bil yerimək, oturmaq, yaşamaq icazəsini də böyük çətinlik və yalvar-yaxardan sonra almışdı, həm də müvəqqəti almışdı. (Anar)

Burada əlavəli təkrar rolunda çıxış edən hissə(həm də müvəqqəti almışdı) cümlənin xəbərinin mənasını daha da konkretləşdirmiş və dəqiqləşdirmişdir.

Təkrarlar həmişə dilin sintaktik strukturu ilə əlaqədar olur, yəni onların işlənməsində həmişə bir qanunauyğunluq vardır.

Bəzi tədqiqatçılar şifahi xalq ədəbiyyatında təkrarlardan əsasən nitqi bəzəmək, onu cəlbedici etmək məqsədilə istifadə olunduğunu qeyd edirlər. Hesab edirik ki, təkrarların həm şifahi nitqdə, həm də dialekt nitqində geniş şəkildə işlənməsi onların cümlələr arasında zəncirvari sintaktik əlaqənin ən güclü bir ifadə vasitəsi olduğundan xəbər verir.

Təkrarların bizim üçün daha mühüm olan xüsusiyyəti onların mətnin yaranma və formalaşmasında rol oynamasıdır. Onlar mətnin əsas daxili vahidi kimi fəaliyyət göstərir.

K.Abdullayev qeyd edir ki, “mətnin quruluşunda özünü göstərən təkrarlılıq hadisəsi struktur kompozisyon funksiya daşıyır. Bu onda özünü göstərir ki, təkrar komponentlərlə çərçivələndikləri zaman əlaqəli cümlələr toplusu bitkin frazafövqü birliyə çevrilir. Tekst qapanır və onun tərkibini bitmiş hesab etmək olar. Təkrar mətnin sərhədlərini göstərən ən vacib sintaktik məqam kimi özünü göstərir”.9

Qeyd etmək lazımdır ki, mətndə məna bütövlüyünü daha güclü hiss etdirmək üçün yalnız bir cümlədəki müəyyən komponentin digər cümlədə təkrarından deyil, həm də bir cümlənin daxilində bu və ya digər sözün dəfələrlə təkrarından istifadə edilir:

There were photographs of Julia when she was a child, and photographs of her as a young girl, and photographs of her in her first parts, photographs of her as a young married woman, with Michael, and then with Roger, her son, as a baby. There was one photograph of the three of them... (.Maugham)

İki cümlədən ibarət bu sadə MSB-nin başlanğıc mərhələsində photographs (şəkillər) sözü eyni cümlə daxilində dəfələrlə təkrarlanaraq onun məna bütövlüyün təmin edir.

İngilis dilində bir cümlə daxilində söz birləşməsi də dəfələrlə təkrarlanır: Dick didn”t want to talk..., he wanted to be alone so that his thoughts about work and the future would overpower his thoughts of love and today. (Fitzgerald)

Eyni hal Azərbaycan dilində də müşahidə olunur:

1) Gündüzlər göyün rəngi boz olurdu və bu bozluq sanki yerə də çökmüşdü. Hər şey boza çalırdı; evlər, ağaclar, hətta adamlar da. Xəlil yerlə göyü birləşdirən bozluğa baxır və deyəsən, seçmirdi bu rəngi. İndi havanın necə olmasına onunçün dəxli yox idi. Bu dəqiqə Xəlil bu soyuqdan da, bozluqdan da, hamamın gurultulu, fışıltılı ocaqxanasından da çox uzaqda idi. (Məlikzadə)

Gətirilmiş misallar göstərir ki, bu hal hər iki dildə həm ikikomponentli, həm də çoxkomponentli MSB-lər üçün səciyyəvidir.

Eyni bir sözün yalnız eyni cümlə daxilində deyil, həm də həmin cümlənin daxil olduğu mətnin digər hissələrində dəfələrlə təkrarlanması hallarına da tez-tez təsadüf etmək olar. Bu, Azərbaycan dili üçün daha xarakterikdir:

İnanan inansın, inanmayan inanmasın!...” ..., xəstə bu cümləni haradasa, kiminsə ağzından eşitdiyi bu bir neçə sözü özlüyündə bir də təkrar elədi. Harda eşitmişdi bunu, kimdən eşitmişdieşitmişdisə də, niyə məhz indi yadına düşdü: inanan inansın, inanmayan inanmasın! (Səmədoğlu)

Təkrarlar mətndə sadəcə obrazlılıq üçün, ekspressivlik yaratmaq üçün işlədilmir, onlar həmişə mətnin ümumi mənası ilə bağlı olur. Z.Y.Turayeva haqlı olaraq təkrarların heç vaxt mexaniki olmadığını, həmişə mətnin ən dərin mənası ilə bağlı olduğunu göstərir.10

Əlbəttə ki, bir-birinin ardınca gələn cümlələrdə eyni bir sözün dəfələrlə təkrar olunması onu bu mətnin mərkəzinə çevirməsə də, vacib tərkib hissəsinə çevirir və bununla oxucu və ya dinləyicinin diqqətini cəlb edir. Belə cümlələr təkcə bütövlükdə mətnə deyil, həmçinin öz aralarında sıx bağlanmış olur. Əslində təkrarların işlənməsində müəyyən paradoksallıq olduğunu desək, yanılmarıq: biz bir tərəfdən onlardan qaçmağa cəhd etdiyimiz halda, digər tərəfdən onlardan ornamental vasitə kimi istifadə etməyə çalışırıq.Əlbəttə, təkrar olunan sözlər heç də həmişə eyni şəkildə işlənmir, mətndə o, müəyyən dəyişikliklərə məruz qala, məsələn, şəkilçilər qəbul edə, əvəzliklərlə, yaxud öz sinonimləri ilə əvəzlənə bilər. Lakin onlar bütün hallarda mətnin komponentlərini əlaqələndirən vasitə funksiyasını saxlayır.

Təkrarlara daha çox poetik mətnlərdə təsadüf edilir.Şeirlərdə “zəncirvari” əlaqə vasitəsi kimi çıxış edən təkrarlar şeirin başlanğıcığın orta hissəsi ilə, orta hissəsini isə son hissəsi ilə əlaqələndirir. Bunu Azərbaycan dilindən gətirdiyimiz aşağıdakı nümunədə də görmək olar:

Qonur atın vergil mana!

Altmış tutam kondərini vergil mana!

Ap-alaca qalxanını vergil mana! (Kitabi Dədə-Qorqud)

Şeirdə təkrar bədii vasitə kimi əsas deyildir, o, obrazların ifadəsi üçün, ritm yaratmaq üçün köməkçi vasitədir, çünki şeirdə dərin məzmun və obrazlı fikir daha mühümdür. M.Adilovun fikrincə, Azərbaycan klassik şeiri bədii ifadə vasitələri ilə o qədər zəngindir ki, onları sadalamaq üçün poetika kitabı yazmaq lazım gələrdi.11

Təkrarlardan klassik ingilis poeziyasında da geniş istifadə olunur.

It is the hour when from the boughs.

The nightingale’s high note is heard;

It is the hour when lover’s vows

Seem sweet in every whispered word;

And gentle winds and waters near,… (Byron)

Təkrarlarla bağlı, M.L.Zakojurnikova fikri maraq doğurur: təkrarlar formalaşan uşaq nitqinin ən xarakterik xüsusiyyətidir.12 Təkrarları araşdıran tədqiqatçılar həmişə onların kökünü emosionallıqla, ekspressivliklə əlaqələndirmişlər. Bu fikir, hesab edirik ki, bütün dillər üçün məqbuldur.

Ümumiləşdirsək, təkrarlar əsasən bu məqsədlərlə işlənir:

1) mətndə sözlərin bir-birilə əlaqələndirilməsi məqsədilə,

2) emosional halları nəzərə çarpdırmaq məqsədilə ,

3) şeirdə ümumi təəssüratın tamlığına əsaslanan müəyyən bir xarakteri daha qabarıq şəkildə təsvir etmək məqsədilə.

Deməli, təkrarlı tərkiblər aşağıdakı əsas xüsusiyyətlərə malikdir:

-tam və ya natamam paralellizmlər yaradır,

-tək halda işlənə bilmir,

-paralel tərkiblər bir-birinə münasibətdə ya qarşılaşdırma, fərqləndirmə, ya da sadalama mənasında işlənir.

Belə tərkiblər üzvlənməyən tərkiblər hesab olunur, onlarda hər hansı şəkildə ixtisar aparıla bilməz.


ƏDƏBİYYAT
  1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, Maarif,1998.
  2. Abdullayev Ə. Aktual üzvlənmənin mətnyaratma imkanları (Azərbay­can və ingilis dili materialları əsasında). Filol. elm. nam. ... diss. Bakı, 1996.
  3. Adilov M. Azərbaycan dilində təkrarlar sistemi . Filol.elm.dokt. ... diss. Bakı,1967.
  4. Vəliyev K. Cümlənin semantik üzvlənməsi // Voprosı azerbaydjanskoqo əzıkoznaniə. Baku, 1981.
  5. Zakojurnikova M.L. Работа над предложением и связной речи в начальных классах . M.,1962.
  6. Turaeva Z.Ə. Лингвистика текста. M., 1986.

РЕЗЮМЕ

Данная статья посвешена повторам внутри сложного синтаксического целого, которые проявляются в тексте в разных формах и тем самым усиливают его значение. В основном проиводиться и сопративляется примеры с азербайджанской и английской литературы, в результате чего выявляется схожие и различные характерные черты повторов в тексте.


SUMMARY

The given article is about repetitions in the Azerbaijanian and English languages, which appear in different forms in texts. They emphasize the meaning of the text. In addition, many texts in both languages are compared and all the similar and different features are analyzed in the article.


Hacıyeva Nazəndə


CABİR NOVRUZUN YARADICILIĞINDA

AZƏRBAYCANÇILIQ İDEYASININ TƏRƏNNÜMÜ


Ötən əsrin 50-ci illərində Azərbaycan ədəbiyyatında yeni bir mərhələ başladı. Əsəb gərginlikləri ilə yaşayan və psixoz vəziyyətə düşmüş xalqlarda ölmüş ruhların oyanışı başladı. Bu oyanış yeni, aktual mövzularda təzə bədii əsərlərin meydana çıxmasına səbəb oldu. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Adil Babayev, Nəriman Həsənzadə, Əliağa Kürçaylı,Əli Kərim, Cabir Novruz, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca və başqaları müəyyən fərqlərlə ötən əsrin ortalarında müharibədən sonrakı quruculuq illərində ədəbiyyata gəldilər. Yaradıcılıqda istiqamət və keyfiyyət dəyişiklikləri meydana çıxırdı. Sovet təbliğat maşını hələ var güçü ilə işləsə də,ədəbiyyatda , başqa bir istiqamət, milli-azadlıq duyğularının rüşeymləri də baş qaldırırdı. Bəxtiyar Vahabzadə «Latın dili» şeirində bu dilin timsalında Azərbaycan dilinin o zamankı vəziyyətini əks etdirərək öz poetik məqsədinə nail olurdu. Milli istiqlal şairimiz Xəlil Rza «Afrikanın səsi» şeirində əslində Azərbaycanın səsini ucaldırdı:

Azadlığı istəmirəm

zərrə-zərrə,

qram-qram.

Qolumdakı zəncirləri

Qıram gərək, qıram-qıram!

Azadlığı istəmirəm

Bir həb kimi,

Dərman kimi.

Mən azadlıq istəyirəm

Səma kimi,

Günəş kimi,

Cahan kimi. [ 148, 95]


Səməd Vurğun poeziyasının vüsəti, Rəzul Rza yenilikçiliyi, Qulu Xəlilov, Məsud Əlioğlu, Bəkir Nəbiyev, Yaşar Qarayev, Aydın Məmmədov, Şamil Salmanovun fərqli ədəbi tənqidi məqalələri də bu illərdə yeni şeirin formalaşmasında müəyyən rol oynayırdı. Bu illərdə poeziya həyata və cəmiyyətə təzə rakurs bucağından baxmağa başlayırdı.

Beləliklə, yuxarıda qeyd etdiyim kimi, yeni poeziya yaranırdı və bu poeziya təkcə sovet məkanından deyil, dünya ədəbi prosesindən də bəhrələnir və yenilik duyğuları Azərbaycan şeir təvəkkürünə güclü şəkildə sirayət edirdi. Bu illərdə görkəmli şair Cabir Novruzun yaradıcılığı öz aktuallığı, təbiiliyi və rəvanlığı ilə şairlərdən seçilirdi. Onun yaradıcılığı 20-ci əsrin 50-ci illərindən sonra milli ədəbiyyatımız üçün çox ciddi səciyyəvi məqamları özündə əks etdirir,eyni zamanda müasirlik, ictimai-sosial məzmun, vətəndaşlıq duyğuları, həyatın yeniləşmə ritmləri onun əsərlərinin ahəngini təşkil edir.

Ötən əsrin ikinci yarısında ədəbiyyata gələn Cabir Novruz klassik ədəbiyyatı dərindən öyrəndi və öz qüvvətli istedadı ilə sürətlə parlamağa başladı. Onun yaradıcılığı, fərdi üslubu müasirlərindən fərqləndi, ədəbi prosesə təsir etdi və onu səciyyələndirdi. Çox şaxəli yaradıcılığa malik olan və fərdi üslubuna sadiq qalan şair ana torpağını böyük bir məhəbbətlə tərənnüm etmiş, geniş dünyaya bu torpaqdan baxmış, Azərbaycan ədəbi düşüncəsi ilə ölkəmizdən uzaqlarda da oxucuların qəlbinə yol acmışdır. Hələ yaradıcılığının ilk illərindən Cabir Novruz öz mənəviyyatında şairliyin ağır yükünü dərindən duyur və dərk edir. Şair öz ömrünü gecələrin əlindən alır, alın tərinə qarışdıraraq gələcəyin yollarında məşələ çevirir və həyat yolunu müəyyənləşdirir. Cabir Novruz insanı çox sevir, necə deyərlər, sadə insanı öz şerinə gətirir, onun mənəvi-psixoloji aləmini açır. Şair həyatın mürəkkəbliklərini bütün varlığı ilə dərk edir, həyat deyilən dəryanın dibinə enir, hər dəfə də oradan təzə dürr-şeir çıxarıb oxucularını sevindirir. Belə anların birində Cabir Novruz nədənsə birdən-birə hiss edir ki, şair olmaq doğrudan da çox çətindir.

Vaxtilə, Səməd Vurğun dünya ədəbiyyatına böyük incilər bəxş edəndən sonra yazırdı:


Mən indi bildim ki, xeyli çətinmiş

Dünyanı düşünən bir şair olmaq! [ 78]

Bəs görəsən şair nə üçün bu qənaətə gəlmişdir? Onu bu cür danışmağa vadar edən nədir? İnsan həyatının bu qəribə döngələri niyə qəflətən meydana çıxır? Belə məlum olur ki, bütün böyük sənətkarlar bir çox qiymətli əsərlər yazıb-yaratdıqdan sonra bu fikrə gəlirlər. Ona görə ki, onlar poetik sözün böyüklüyünü kənarda deyil,öz içlərində hiss eləyirlər. Bunu o sənətkarlar deyir ki, artıq onlar müxtəlif zamanların böyük şairlərini öyrənməklə, həm də müəyyən mənada özlərini kəşf edirlər. Səməd Vurğun həyatının sonlarına yaxın bu duyğunu dərindən yaşamış, nəticədə dünyanın qlobal problemlərini yaşayan şair olmağın nə qədər ağır olduğunu etiraf etmişdi. Cabir Novruz şerlərində öz və söz dünyasında demək olar ki, başlıca obyekt olan zirvəyə, insana müraciət etmişdir:

Bu həyatda ən birinci

Məni şair çağıranı

Gəzirəm mən.

Düşünürəm nəçi idi

Kim idi o, nəyimdi o?

Düşünürəm bəlkə elə

Bəxtimdi, taleyimdi o? [72, 41].

Bu şerdən də göründüyü kimi, adam onu şair adlandırması ilə şair olmur, tale, bəxt, içindəki siqlət, alnındakı yazı insanı şair edir. Ömür keçir, poeziya meydanlarında şair yeni şeirlərini oxuyur, xalqdan fikir, rəy, istəyir. Bu illərdə o dərk edir ki, poeziyanın istiqamətini dəqiq müəyyənləşdirən xalqdır, bu yolda xalqdan gözəl və etibarlı meyar yoxdur.

Belinski belə hesab edirdi ki, «Ədəbiyyat həyatın güzgüsüdür». Bu missiyaya Cabir Novruz həmişə əməl edirdi. Onun bütün mövzuları həyatın özündən gəlirdi. Bu, sadəcə köçürmə deyildi. Həyat əqiqətlərinin şair təxəyyülündə canlanıb yeni bir biçimdə doğulması idi.

Anar “ Şair ləyaqəti “ adlı məqaləsində yazır: “ Cabir Novruzu qırx ildən artıq bir müddətdə tanıyır, ictimai və ədəbi məclislərdə davranışlarını, rəftarını izləyir, müşahidə edirəm. Bu qırx ildə sakit , təlatümsüz vaxtlarda da , sürətlə dəyişən, püskürən, çalxalanan dövrlərdə də Cabirin həm şair, həm də insan kimi bütün sınaqlardan ləyaqətlə, dəyanətlə, həmişə abrını, vüqarını saxlayaraq çıxdığının sahidiyəm”[ 1,7]. Dövrü mətbuatda istər Cabir Novruzun özü haqqında, istərsə də onun yaradıcılığı haqqında ədəbiyyat və sənət adamları tərəfindən deyilmiş bu cür fikirləri oxuyanda ilk anda nəzərə o gəlir ki, şair həyatı boyu sözünün üstündə duran, bütöv bir şəxsiyyət olmuşdur. Şairdə isetad, şəxsiyyət və yaradıcılıq zəhməti birləşəndə poyeziya yaranır. Şəxsiyyəti olmayanın böyük poeziyası yoxdur. Şəxsiyyət poeziyanı şərtləndirən, onu yaradan və yaşadan əsas amildir. Bu amil Cabir Novruzun da yaradıcılıq manerasında aydın görünür.

Cabir Novruz şeirlərində milli-mənəvi-əxlaqi dəyərlərimizi, yer-yurd adlarını, adət-ənənələrimizi böyük bir şövqlə qələmə almışdır. Eyni zamanda o dünya xalqlarının mədəniyyətlərini, uzaq-yaxın ellərin adət-ənənələrini də unutmur, onları bəşəri dəyərlər müstəvisində qiymətləndirirdi. Vaxtilə Cabir Novruzun şeirlərində səsləndirdiyi bir həqiqət bu gün özünü doğrultmaqdadır. Məlumdur ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı Avropaya inteqrasiya edir. Dünyada qloballaşma dalğası güclənməkdədir. Amma isbata ehtiyacı olmayan bir həqiqət də var. Ən böyük beynəlmilərçilik elə sağlam milliliyin özündədir.

Cabir Novruzun şeirlərində Dədə Qorquddan bu günə kimi Azərbaycan ədəbi dilinin zaman-zaman qazandığı yüksək ədəbi-bədii keyfiyyətlər öz parlaq əksini tapmışdır.Bütün bunlar şairin ana dilinə həqiqi saf məhəbbətinin təzahürüdür ki, öz milliliyini bu gün də qoruyub saxlayır və bəşəri, dünyəvi ideyaları təbliğ edib yaşadır. Nədən yazırsa-yazsın, şeirlərində Cabir Novruzun beynəlmiləlçi şəxsiyyəti və xarakteri ilə, əsil vətənpərvər Azərbaycanlı ruhu vəhdətdə göstərilir.

Qeyd etdiyimiz kimi, C.Novruzun şeirləri insana məhəbbət hissindən yoğrulub. O,naqislikləri tənqid edəndə də məhz bu məhəbbətdən təkan alır, bu yolla da insanı qüsurlardan xilas etmək istəyir:

Bir arzum var, ay adamlar,

Qoyun deyim:

Sağlığında qiymət verin insanlara!

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara. [93,70]

C.Novruz zaman və cəmiyyət qarşısında böyük bir ali məqsədi, mən deyərdim ki, tarixi missiyanı, insana qiymət verməyi elə insanların özündən xahiş edir. Bu şeirin mənası çox böyükdür.

Cabir Novruzun «Sağlığında qiymət verin insanlara» şeirini vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı şeirlərdən biri hesab etmək olar. Vətəni sevmək, hər şeydən əvvəl onun insanlarını sevmək və qorumaqdır. Bu şeir ədəbiyyatımızda həyəcan təbili kimi səslənir. Mənə elə gəlir ki,bu şeir öz missiyasını əsasən yerinə yetimişdir və tariximizin gələcək mərhələlərində də bu nəcib vəzifəsini yerinə yetirəcəkdir.

Cabir Novruz bütün yaradıcılığı boyu heç vaxt vətəni, xalqı və ictimai məzmunu yaddan çıxarmır, şeirin ideyasını qlobal məsələlərlə aşılayır. Sağlam olmaq, həm də vətənə gərək olmaq deməkdir. Ən kiçik şeirlərində belə şair həyatın problemlərini ədəbi müstəviyə gətirir. Onun əsərlərində dünyəvilik, ümumbəşərilik, xəlqilik, yüksək əxlaq, mədəniyyət, cəmiyyətin ziddiyyətli məqamları poeziyanın gur işığında nəzərdən keçirilir.

Bütün bunlara rəğmən bu qənaətə gəlmək olar ki, Cabir Novruz ilk növbədə insanın, insan həyatının onun tarixi taleyinin, daxili aləminin yorulmaz tədqiqatçısı olub. Bu tədqiqatçı şairin bir kəlməsi belə öz doğma vətəni Azərbaycandan və xalqından ayrı deyil. Cabir Novruz insanın sevgisini, nifrətini, vətənini, tarixini, səadət, müharibə, faciə və ölüm haqqında qənaətlərini məhz bu müstəvidə, obrazlı dil və dərin səmimiyyətlə, xəlqilik mövqeyindən təsvir və təhlil etmişdir.

Poeziya hər şeydən əvvəl öz zamanının məhsuludur, o dövründən, yaşadığı mühitdən şirə çəkir, ətə-qana dolur. Zamanla səsləşən şeirlər vətənə, xalqa, onun problemlərinə həsr olunduqda əbədiyyət qazanır. Zaman şeirdən, xalq və vətəndən ayrı deyil. Bütün bu anlayışların hamısı bir-birinə qovuşmuş şəkildədir.

Cabir Novruz bütün şüurlu ömrü boyu yorulmaq bilmədən doğma Azərbaycana, Azərbaycançılıq ideyasına, milli duyğulara, vətənə, onun insanlarına, dünyaya, azadlığa həmişə sadiq qaldığına, bu ali, bəşəri dəyərləri yüksək bədii zövq və böyük sənətkarlıqla tərənnüm etdiyinə görə Vətən və Xalq şairi, Dünya və Azadlıq şairidir.